[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda və Sumqayıtda mənzillər xeyli bahalaşıb, ipotekanın da "söz"ü keçmir - NƏ ETMƏLİ?


Mənzil bazarında sabitliyi pozan bir sıra amillər var. Məsələn, manatın devalvasiyası hər iki halda özünü göstərib. Milli valyuta dəyər itirəndən sonra qiymətlərə münasibət də dəyişmişdi. Buna qədər bazarda mənzilləri dollarla qiymətləndirmək dəb idi. Devalvasiyadan sonra ABŞ valyutası ilə danışmağın mənası qalmadı. Çünki bu halda ciddi alıcılıq qabiliyyətindən söz açmağa dəymirdi. Mənzillərin manatla qiymətləndirilməsi başlandı. Amma yenə qiymətlərin sürətlə artması dayanmadı.
Bizimyol.info xəbər verir ki, Bakıda və Sumqayıtda mənzillər xeyli bahalaşıb. Əmlak məsələləri üzrə ekspertlər bahalaşmanın qəfil baş vermədiyini, qiymətlərin zamanla artdığını bildirirlər. Ölkədə sosial-iqtisadi durumun pisləşməsi bu istiqamətdə başqa reallıq yaradıb.

Mənzil sahibləri özünü panikada hiss edir, daşınmaz əmlakını ucuz qiymətə satmamağa çalışır. Əslində, son aylar kəskin bahalaşma olmayıb. Amma keçən ilin analoji dövrü ilə müqayisədə ciddi qiymət artımı müşahidə edilir. Məsələn, Sumqayıtda şəhərin mərkəzindən uzaq olmayan mikrorayonlarda “Leninqrad” layihəli binaların üçotaqlı mənzilləri 80 min manatdan ucuz təklif olunmur. Əvvəllər Bakıda belə qiymət nəzərə çarpırdı. İndi paytaxtda eyni şərtlərlə mənzil tapmaq üçün azı 110-115 min manata ehtiyac var.

Təsəvvür edin, Sumqayıtda beşmərtəbəli binalardakı ikiotaqlı mənzillər 60 min manat civarında satılır. Bakıda metronun “20 Yanvar” stansiyası ətrafında belə mənzili 85 min manata tapmaq müşkül görünür. Şəhərin mərkəzinə doğru qiymətlər isə əl yandırır.

Qiymətlərin artması ipoteka mənzil bazarına da böyük zərbə endirir. Çünki güzəştli ipoteka şərtləri ilə yalnız 100 min manat əldə etmək mümkündür. Qiymətlər o qədər yüksəlib ki, getdikcə paytaxtda bu civarda normal mənzil tapmaq çətin işə çevrilir. Yalnız güzəştsiz ipotekaya bel bağlamaq mümkündür. Burada isə faizlər müştərinin nəfəsini kəsir. Bahalaşma kirayə bazarında da özünü çox göstərir. İndi metro stansiyalarına yaxın aylıq 300 manata mənzil tapmaq olmur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qurman Plyus" 25 min cərimələnə bilər! - İşçiləri əmək müqaviləsiz işlədib?

"Qurman Plyus" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

DİA.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi, baş direktoru Vüqar İbrahimovdur.

Şirkət "Kamar", "Ostankino", "Cherkizovo", "Cherkizovo Toyuq" "Remit" "Şahin" kolbasa və ət məhsullarının, "Milch Farm" yağı, "Lotte" içki məhsullarının satışını həyata keçirir
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycanda qanun yoxdur, rüşvət başkəsənlik dövrüdür” - ETİRAZ


Xaçmaz rayonu, Hacıəlibəyli kənd sakini Dadaşova Zərifə Mustafa qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun pensiyasını qanunsuz olaraq kəsiblər:

"Mən, Dadaşova Zərifə Musatafa qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

1961-ci ildə anadan olmuşam. 2002-ci ildə əməliyyat olunmuşam. Yüksək təzyiqim olduğu üçün müddətsiz pensiyaya çıxmışdım. 2014-cü ildə açıq ürək əməliyyatə olunmuşam. Ürəyimin 3 klapanı və şah damarımı dəyişib, plastmas qoyublar.

Əməliyyat pulum olmadığından, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etdik və Heydər Əliyev Fondunun hesabına əməliyyat olundum.

Xəstəxanadan çıxandan sonra penisyamı artırmaq niyyəti ilə sənədlərimi yenidən quruma göndərdim. Müraciətimdən sonra müddətsiz alacağım pensiyamı 5 ildən birə saldılar. Daha sonra pensiyamı tamamilə kəsdilər, səbəbini isə bilmədim.

Dəfələrlə Prezident Administrasiyasına, Birinci vitse-prezident Mehriban xanıma məktublar yazıb göndərsəm də, şikayətimə baxan olmadı. Daha sonra məktuba sığorta idarəsi cavab verdi. Bizi 5 nömrəli xəstəxanaya yönləndirdilər, orada da pul öz sözünü deyirdi. Pulum olmadığından pensiyam düzəlmədi.

2 dəfə Əlillərin Bərpa Mərkəzinə çağırıblar, amma oradada nə mənimlə, nə də digər xəstələrlə maraqlanmadılar.

Ailədə 8 nəfərik, dolanışığımız çətindir, müalicələrim qalıb, ürəyimin vəziyyəti günü-gündən pisləşir. Sağ olsun Mehriban xanım, ölməyə qoymadı, amma bəzi qurumların sayəsində ölümə tərk edilmişəm.

Azərbaycanda qanun yoxdur, rüşvət başkəsənlik dövrüdür”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cahangir Əsgərov da yoxdur... bəs, qiymətləri KİM UÇURDUR? - Endirim var... HƏM DƏ YOX!


Azərbaycan Hava Yollarının (AZAL) sərnişinlərə təqdim etdiyi aviabiletlərin qiymətlərinin baha olması müzakirə olunan məsələlərdən biridir.

Sosial şəbəkələrdə vətəndaşlar aviabiletlərin qonşu ölkələrlə müqayisədə baha olmasından narazılıqlarını bildirirlər. Koronavirus pandemiyası səbəbilə Azərbaycandan xarici ölkələrə yalnız hava yolu vasitəsilə səfər mümkündür. 2020-ci ilin mart ayından insanlar ancaq hava yolundan istifadə edərək səfərlərini həyata keçirirlər.

Belə olduqda, aviabiletlərin qiymətlərinin bahalığı insanlarımız üçün problemə çevrilir. Sosial şəbəkədə vətəndaşlar əsasən qonşu ölkələr üçün təklif edilən biletlərin qiymətində endirimlərin olmasına çağırış edirlər. Sentyabr ayının birində AZAL-ın prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edildi. Əhali arasında bundan sonra aviabiletlərin qiymətlərində ucuzlaşma olacağına dair fikirlər səslənirdi. Hətta sosial şəbəkələrdə sentyabr ayından etibarən qiymətlərin endiyinə dair məlumatlar dolaşır.

Cebhe.info Azərbaycan Hava Yolları (AZAL) QSC-nin saytına əsasən məlumat verir ki, aviabiletlərin qiymətlrəində ümumi enmə müşahidə edilmir. Qurum müəyyən müddətli kampaniyalar təşkil edir və təklif olunan biletlər də məhdud saydadır. Yəni AZAL ən populyar istiqamətlər - Tbilisi, İstanbul və Dubaya xüsusi aksiyaya başlayıb.

Belə ki, Tbilisiyə aviabiletin bir istiqamətə dəyəri 90 manatdan başlayaraq, gediş-gəliş isə 180 manatdan başlayaraq təşkil edir. Ən populyar turizm şəhərlərindən olan İstanbula səyahət bir tərəfə 174 manatdan başlayaraq, gediş-gəliş isə 347 manatdan başlayan qiymətə başa gələcək. İstanbula uçuşlar Sabiha Gökçen Beynəlxalq Hava Limanına həyata keçiriləcək.

Dubaya səyahət etmək arzusunda olanlar üçün isə AZAL bir tərəfə 237 manatdan başlayaraq, gediş-gəliş aviabiletini - 437 manatdan başlayaraq təklif edir.

Xüsusi təklif 1 noyabr 2023-cü il - 29 fevral 2024-cü il tarixləri arasındakı aviabiletlər üçün keçərlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
„Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin direktoru özünü GERÇƏK XAN ZƏNN EDİR... - TƏFƏRRÜAT

Naxçıvandakı „Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin direktoru Nəzakət Əsədova muyez əməkdaşlarını qanunsuz olaraq, öz həyətində işləməyə məcbur edir.

DİA.AZ-ın məlumatına görə, muzeyin bağbanı İsmayıl Hüseynov və elektriki Hüseyn Əliyev „Gündəlik Naxçıvan“a bildirir ki, direktor onları uzun müddət öz evində və həyətində qul kimi işlədib, tikinti və təmir işləri görməyə məcbur edib.

Bu yaxınlarda isə, onlar bu qanunsuzluğa etiraz edərək, Nəzakət Əsədovanın həyətində işləməkdən imtina ediblər. Elə, onların qara günləri də bundan sonra başlayıb. Baş verənləri şikayətçilərin öz dilindən eşidək.

Daha ətraflı aşağıdakı videoda:

videoya baxmaq üçün bura tıklayın...My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tiflis Qranadadadn DAHA YAXINDIR... - ELƏ HƏR MƏNADA...


Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da masaya oturacağı görüşə getməməsi mübahisəsiz doğru qərardır.

Əslində, Şarl Mişelin vasitəçilik formatına əvvəl Makronun soxulması, onun ardınca isə Almaniya kanslerinin də masya oturması heç bir xüsusi perspektiv vəd etmirdi. Fransanın danışıqlarda daima "bacısı”nın maraqlarını müdafiə etməsi hələ Minsk Qrupunda vasitəçi olandan bəllidir. Almaniya isə Qarabağ danışıqlarında heç vaxt xüsusi rol almayıb. Ukrayna ilə Rusiya arasında imzalanmış və yerinə yetirilməmiş Minsk razılaşmasında Fransa daxil, Almaniyanın da imzası olsa da, indi hər iki ölkə ABŞ-ın təhriki ilə bu müharibədə əsas qızışdırıcı rol alıblar. Fransa bu münaqişə konteksində ölkəsində ciddi sosial problemlərlə üzləşib, xalq etirazlarını görməzdən gələn, onlara küçələrdə divan tutan və danışıqlar masasına oturmayan prezident Makronun vasitəçilik iddiası qeyri-ciddilikdən başqa bir şey deyil.

Aydındır ki, Fransa o masada ermənilərin müdafiəçisi kimi oturub və rəsmi Parisin son aylar daha da artan anti-Azərbaycan fəaliyyəti bunu bir daha təsdiq edir. Guya bitərəf kimi baxdığımız Almaniya da Qarabağdakı son antiterror tədbirlərindən sonra qərəzini gizlədə bilmədi. Xarici işlər naziri Annalena Berbok Azərbaycana qarşı xüsusilə aqressiv mövqe sərgiləyir. Məhz hakim koalisiyaya daxil olan “yaşıllar” ardıcıl olaraq anti-Azərbaycan və anti-Türkiyə mövqedən çıxış edirlər.

Annalena Berbok Azərbaycana qarşı sanksiyaların tətbiqinin zəruriliyi ilə bağlı bəyanatından əlavə, Azərbaycan Silahlı Qüvvələrinin faktiki olaraq qanunun aliliyinin bərpasına yönəlmiş antiterror tədbirlərini də kəskin tənqid edib. Siyasi savadsızlığı ilə heyrətləndirən Berbokun (bu günlərdə deyib ki, Avropa Birliyinin sərhədləri Lissabondan Luqanskıya qədər (Rusiyanın işğalındadır) uzanmalıdır) məsələn, Xankəndini Azərbaycan xəritəsində göstərə biləcəyi şübhəlidir.

Almaniyanın erməni yalanına və anti-Azərbaycan xoruna qoşulması ancaq təəssüf doğurur. Çünki nə Fransa, nə Almaniya nə digər erməni dəstəkçiləri Azərbaycanın Qarabağda tam suverenliyinin bərpa etməsinə əngəl ola bildilər. İndi mümkün görüşdə gündəm Ermənistanla sülh müqaviləsi olmalı idi. Azərbaycanın beş prinsipi bəllidir. Amma şübhə yoxdur ki, “Euronews” telekanalına müsahibəsində “Azərbaycanın Qarabağda hərbi əməliyyat keçirmək qərarından son dərəcə məyus olduğunu” açıqlamaqla özünü vasitəçi mövqeyindən sapındıran Şarl Mişel də daxil məlum üçlüyün niyyəti heç də təməlli sülh sazişinin müzakirəsi olmayacaqdır. Onlar “birləşərək” Azərbaycanı ittiham etmək niyyətində idilər ki, Prezident Əliyevin indi bu boş və əsassız iddialara qulaq asmağa zamanı yoxdur.

O səbəbdən, Azərbaycan regionda ciddi təsir imkanları olan Türkiyənin də bu formatda iştirakında təkid edib. Axı necə ola bilər ki, regiondan uzaq olan ölkə liderləri, Avropa İttifaqı masada otursun, Türkiyə isə kənarda qalsın. Həm də haqlı sual ortaya çıxır: Fransa və Almaniya NATO-nun üzvü olduğu halda, niyə Şimali Atlantika blokunun ən güclü ikinci ordusuna sahib müttəfiqləri Türkiyənin masada olmasına qarınları ağrıdı ki? Demək bu regiona Ermənistanın himayəçisi kimi daxil olmaq istəyənlərə “yaşıl işıq” olmalı, amma Azərbaycanla müttəfiq olan Türkiyəyə “qırmızı işıq”? Bu təklifə tərəflərin niyə razılaşmadıqlarının hər hansı bəhanələri varsa, bu bizi qətiyyən maraqlandırmır.

Çünki əsl niyyət bəllidir: Azərbaycanın bölgədə artan gücünün qarşısını almaq, Türkiyənin regional güc mərkəzi olmasını əngəlləmək. Qranada görüşündən imtina özünü az qala istənilən situasiyanın yönləndirici hesab edən dövlətlərə etiraz deyil, xəbərdarlıqdır. Prezident Əliyev o görüşə əvvəlki kimi tək də gedə bilər, Azərbaycanın da mövqeyini ən yüksək səviyyədə müdafiə edə bilərdi. Amma buna ehtiyac yoxdur, Azərbaycanın heç kimə verə bilməyəcəyi cavab yoxdur, amma ən əsası öz ərazisində separatizmin kökünü kəsmək üçün kimdənsə icazə alası, razılq gözləyəsi də deyildi. O dövrlər keçib, indi regionda özünü müdafiə edə biləcək, sözükeçən Azərbaycan və onun ən yaxın müttəfiqi olan Türkiyə var. Bununla hesablaşmaq lazımdır, bu, bir reallıqdır.

Azərbaycan Prezidenti xalqa son müraciətində də regiondan uzaq ölkələrin Cənubi Qafqaza müdaxilə etməməyə səslədi. Məncə, Brüsselin vasitəçiliyinə də daha çox ümid etmək gərək deyil.

Tiflis bu danışıqlar məkanı, Gürcüstan vasitəçi kimi ən uyğun ölkədir. Qranada danışıqlarında sülh mövzusunda xüsusi irəliləyiş gözləmək əlbəttə ki, sadəlövhlük olardı. Zatən, indi İrəvanın və Paşinyanın başı ölkədaxili gərginliyə qarışıb.

Paşinyan hökuməti indi vurnuxur və ona Qərb liderləri ilə görüş çox lazımdır. Getsinlər, nə qədər istəyirlər şəkil çəkdirsinlər...

Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirin müəllimlərə göndərdiyi təbrik SMS-nin qiyməti 3,2 dəfə bahalaşdı - DETALLAR


Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

DİA.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, ötən il açıqlanan rəsmi məlumatda Emin Əmrullayevin adından 150 mindən çox müəllimin telefonuna təbrik mesajının göndərildiyi bildirilib.

Bu il Emin Əmrullayevin adından müəllimlərin telefonuna təbrik mesajının göndərilib-göndərilməməsi bağlı rəsmi məlumat açıqlanmayıb.
Lakin, yayılan məlumatlardan məlum olur ki, ötən il olduğu kimi bu il də Emin Əmrullayevin adından müəllimlərin telefonuna təbrik mesajı göndərilib.
Nazirin müəllimlərə göndərdiyi təbrik SMS-nin qiyməti 3,2 dəfə bahalaşdı - DETALLAR

Məlumat üçün bildirək ki, müəllimlərin telefonuna göndərilən kütləvi SMS xidmətini Elm və Təhsil Nazirliyinə “Softline Azərbaycan” MMC (VÖEN – 1401404781) göstərir.
Bu ilin avqust ayında Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirib və “Softline Azərbaycan” MMC-yə 500 min SMS xidməti üçün 15 min 918 manat 20 qəpik ödəyib.
Nazirin müəllimlərə göndərdiyi təbrik SMS-nin qiyməti 3,2 dəfə bahalaşdı - DETALLAR

Rəqəmlərdən də göründüyü kimi, Elm və Təhsil Nazirliyi 1 SMS-in göndərilməsi üçün “Softline Azərbaycan” MMC-yə 3,2 qəpik ödəyib.
Müqayisə üçün bildirək ki, Elm və Təhsil Nazirliyinin ötən il “Softline Azərbaycan” MMC-yə 1 SMS üçün ödədiyi məbləğin orta qiyməti 1 qəpik olub.
Məlumat üçün onu da bildirək ki, Elm və Təhsil Nazirliyinə SMS xidməti göstərən “Softline Azərbaycan” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkət Rusiyanın məşhur “Softline” şirkətinin Azərbaycandakı nümayəndəliyi kimi fəaliyyət göstərir. Şirkət 1993-cü ildə Moskvada təsis olunub. Hazırda dünyanın onlarla ölkəsində fəaliyyət göstərən şirkətin təsisçisi İqor Borovikovdur. İqor Borovikov Rusiyaya tətbiq edilən sanksiyalardan yayınmaq üçün şirkətin təsisçiliyindən rəsmi şəkildə imtina edib. Lakin, qeyri-rəsmi şəkildə şirkətə nəzarəti İqor Borovikov həyata keçirdiyi bildirilir. “Softline” Rusiyanın ən böyük İT (İnformasiya Texnologiyaları) şirkəti hesab olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
3 il öncə olunmuş müraciətə düzgün qiymət verilsəydi, hazırki rüsvayçılıq baş verməzdi... - Elşad Quliyevin başı yenidən dərddə...

"Bir ildən çoxdur ki, işsizəm. Dəfələrlə işlə bağlı müxtəlif qurumlara müraciətlərim cavabsız qalıb. Hətta başqa bir rayonda digər bir müəssisəyə müraciət etmişdim. Orada işçilər məndən soruşdu ki, siz həmin qalmaqallı Nicat müəllimsiniz?” DİA.AZ bildirir ki, bu sözləri 2019-cu ilin yanvarında Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsindən ərizə yazaraq çıxan Nicat Göyüşlü deyir. Söyləyir ki, kollecdə işlədiyi müddətdə bir sıra ciddi qanun pozuntuları ilə üzləşib. Bununla bağlı kollecin direktoru Elşad Quliyevə irad bildirdiyi üçün təzyiqlərə məruz qalıb:
“Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecində müəllim işləyirdim. Həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışırdım. 2017-ci il mayın 31-də keçmiş Təhsil naziri Mikayıl Cabbarovun (2013-2017) əmri ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olundum. İyunun 16-dan - kollecdə fəaliyyətə başladığım gündən bu təhsil ocağında tədris planının tələblərini tam yerinə yetirməyən tələbələrə saxta diplomların verilməsi, ixtisası uyğun gəlməyən şəxslərin müəllim kimi işə qəbul edilməsi, həmçinin tələb olunandan çox sayda müəllim işə götürüldüyü üçün dərs saatlarının hər hansı bir formadasa, əsassız şəkildə şişirdilməsi kimi qanun pozuntuları ilə rastlaşdım. Direktorun birinci müavinini təyin etmək səlahiyyəti Təhsil nazirindədir. Direktor həmin Vüqar Eyyubov ad-soyadlı şəxsi özbaşına müavin təyin etmişdi. Bilmirəm, kimin tapşırığı və istəyi idisə, direktor bu təyinatı özbaşına həyata keçirmişdi. Direktor 2016-cı ildə ödənişli əsaslarla oxuyan tələbələrin də təqaüd ala biləcəyi haqda Nazirlər Kabinetinin qərarının qulaqardı edirdi. Həmçinin onlara mühasibatlıq sənədlərində adı olub, anbara daxil edilməyən mallar haqqında və daha ciddi qanun pozuntuları barədə iradlarımı bildirdim”.

Şikayətçi bildirir ki, direktorla aralarındakı münasibət ilk gündən yaxşı olmayıb. Zamanla vəziyyət daha gərgin xarakter alıb: “Kollecə gəldiyim ilk gündən direktor Elşad Quliyev məni yanına çağırırdı, basqılar altında olduğunu deyirdi. İddia edirdi ki, mən kollecə gələndən sonra ona qarşı təzyiqlər var. Onu da deyim ki, direktor müavini vəzifəsinə mənə qədər Vüqar Eyyubov təyin olunmuşdu. Onu bu vəzifəyə direktor özü təyin etmişdi”.

Nicat Göyüşlü bildirir ki, Təhsil Naziri postunda dəyişiklik edildikdən sonra yenidən ona qarşı ciddi problemlər yaranmağa başlayıb:

“Kollecin direktoru Elşad Quliyevin basqıları ilə üzləşdim. O, söyləyirdi ki, sənin kollecdə işləməyini Təhsil Nazirliyi istəmir. Məsələni dəqiqləşdirmək məqsədilə, Təhsil Nazirliyinin əməkdaşları ilə danışanda, belə bir iddialarının olmadığını dedilər”.

“Tək kollec və rayon deyil, bütün Gəncəbasara yayılmışdı ki, direktor məni sıxışdırıb işdən çıxarmaq istəyir. Bu haqda mətbuatda yazılar da dərc olunmuşdu. Buna görə kollecin tələbələri yığışıb, imza toplayaraq Təhsil Nazirliyinə müraciət etmək istəmişdilər”,- sabiq tədris işləri üzrə direktor müavini söyləyir:

“Bundan xəbər tutub, həmin tələbələri çağırıb, polislə qorxutmuşdular. Təşkilatçı olan tələbənin mənə qohumluğu çatır. Onu çağırıb, polislə təhdid edib, tələbələr sırasından xaric olunması ilə bağlı hədələyərək izahat yazdırmışdılar. Bu məsələni tələbələrin arasında iğtişaş yaradırmışam kimi aktlaşdırmaq istəyirdilər. Mən həmin tələbələrlə danışmışam, onların səs yazısı telefonumda qalıb. Bir neçə işçi ilə məni üz-üzə qoyduqları üçün başa düşdüm ki, məni ləkələməyə çalışırlar. Gördüm ki, bunlar nəsə qondarma quramayla məni ləkələməyə çalışır. Buna görə də ərizəmi yazıb, işdən ayrıldım”.

Şikayətçi deyir ki, məqsədi kollecdə baş verən qanun pozuntularının təkrarlanmamasıdır. Əlində ciddi faktların olduğunu bildirən Nicat Göyüşlü, məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib:

“Bir daha söyləyirəm, əlimdə kollecin fəaliyyəti ilə bağlı əsaslı şəkildə qanunsuzluqları əks etdirən faktlar var. Ölkə başçısının son dövrlər apardığı islahatlara güvənərək, yola çıxmışam. Cənab Prezidentin Ağstafada və Neftçalada keçirdiyi islahat, həmçinin Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və direktor müavininin korrupsiya faktına görə həbs olunması əsas verdi ki, mən də fikrimi bildirim. İstəyərdim ki, bu məsələ cənab Prezidentin diqqətini çəksin. Qazax Dövlət Sosial-İqtisadi Kollecində baş verən bu özbaşınalıqlarla bağlı da bir tədbir görülsün. Eyni zamanda da mənim üzərimdə olan bu dırnaqarası ləkə aradan götürülmüş olsun”.
İndi isə, Qazax Dövlət Sosial-İqtisadi Kollecində elə hadisələr baş verir ki, hazırki dövrdə bu işləri mətbuata çıxarmaq nəinki utancverici, heç insanlığa sığmayan bir şeydir. Yəni, Emin Əmrullayevin əlində çox böyük problemdirmi ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində rəhbər şəxsləri hamılıqla işdən azad etsin. Axı, bu məsələlərin prokurorluqda araşdırılması və ya hər hansı bir qiymət verilməsi, kiminsə yenidən işdə qalması ağlasığmaz bir işdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rüşvətə görə tutulan hərbi komissar hakim qarşısına çıxarılır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Eks-hərbi komissarın işi hakim Rafiq Abbasovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, R.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Onun vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311-ci ( rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hakimlə vətəndaş arasında ev qalmaqalı - TƏFƏRRÜAT


Bakı sakini Səlahəddin Kərimov paytaxtda aldığı evə sahiblənə bilmir.

Bu barədə Qaynarinfo-ya şikayətçi özü məlumat verib.

O, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 27 ünvanda yerləşən fərdi yaşayış evinə çıxarış almaq istəyərkən məlum olub ki, evin başqa mülkiyyətçisi də var: "Məlum oldu ki, mənə məxsus ev Mərdanova Şahnaz Abdulla qızı tərəfindən Mərdanova Xumar Afət qızına bağışlanıb. Məsələ burasındadır ki, bu ev 1959-cu ildən bizim olub. Şahnaz Mərdanovanın bunu hansı əsasla Xumar Mərdanovaya bağışlaması məlum deyil”.

Şikayətçinin sözlərinə görə, bununla bağlı mübahisə yaranıb və o, məhkəməyə müraciət edib. Yasamal Rayon Məhkəməsi bağışlanma ilə bağlı müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində Saləddin Kərimovun xüsusi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarıb.

"Qarşı tərəf apellyasiya şikayəti verib. Onların şikayəti təmin olub. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, qarşı tərəf, yəni Xumar Mərdanova Bakı Apellyasiya Məhkəməsinin hakimidir. O, bundan yararlanaraq qətnaməni ləğv etdirib. Eyni zamanda bu məsələ ilə bağlı məhkəmə mübahisələrində səlahiyyətindən istifadə edərək işə obyektiv baxılmasına mane olur”, deyə Saləddin Kərimov vurğulayıb.

Şikayətçi onu da qeyd edib ki, evinin yerləşdiyi ərazidə söküntü işləri aparılır. "Lux Residence” MMC köhnə evləri sökərək yerində yeni binalar inşa etmək istəyir. Xumar Mərdanovanın ərizəsi əsasında mənim evimlə bağlı hər hansı addımın atılmasına qadağa qoyulub”, deyə Saləddin Kərimov vurğulayıb.

O, məsələ ilə bağlı yuxarı instansiyalara da şikayət etmək niyyətindədir.

Qaynarinfo məsələ ilə bağlı Xumar Mərdanovanın da mövqeyini öyrənməyə cəhd edib. Lakin cəhdlər nəticə verməyib. Əməkdaşımız Bakı Apellyasiya Məhkəməsinə zəng vurub. Oradan isə bildirilib ki, yalnız icraatda olan işlər barədə məlumat verilə bilər.(Qaynarinfo)
Hakimlə vətəndaş arasında ev qalmaqalı - TƏFƏRRÜAT
Hakimlə vətəndaş arasında ev qalmaqalı - TƏFƏRRÜAT

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO