[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi


Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür.

Dekabrın 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçayda vətəndaşı incidən kimdir? - GİLEY


Göyçay rayonu Heydər Əliyev pr. 2-ci Ərəbcəbirli kənd sakini Xasıyev Əziz Səadətdin oğlu tərəfindən ölkər rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, təxminən 2015-ci ildə şiddətli şaxtalar zamanı donvurma nəticəsində istifadəmizdə olan su sayğacı xarab olmuşdur. Mən problemin həlli ilə bağlı "Azərsu" ASC Göyçay Su Kanal İdarəsinə müraciət etdim. Mənə bildirdilər ki, sayğacını özün öz vəsaitin hesabına təmir etməlisən, ondan sonra biz gəlib sayğacı yenidən möhürləyərik. Beləliklə mən onların dediyi kimi etdim. Yenicə təmir olunmuş smart-kart su sayğacımıza 2 manat dəyərində su yüklədim. Lakin 15 gündən daha artıq müddət keçməsinə baxmayaraq kartda olan suyun qurtarmadığını görüb, sayğacın düzgün işləmədiyini anladım və yenidən Göyçay Su Kanal İdarəsinə getdim. Mənə "Sən get, biz gəlib tezliklə maraqlanarıq" dedilər və bir də nə az, nə çox, düz 3 ildən sonra "xəbərdarlıq" bildirişi göndərdilər. Bildirişə əsasən, 342 (üç yüz qırx iki) manat borcumuz var idi. Sən demə smart kart tipli su sayğacında verilən su mexaniki qaydada hesablanıbmış. Onlar bu müddət ərzində kanalizasiya sisteminə qoşulmadığımız halda, qoşulmuş kimi qeyd etmişdilər. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsinə əsas verir. Çünki “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı maddə 5.1.5. -də: "Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək" istehlakçıların hüquqlarındandır. Öz qaydalarına uyğun hərəkət edən Göyçay Su Kanal İdarəsinin yazdığı qanunsuz borc səbəbilə suyumuzu kəsdilər. Qohum-aqrabadan xahiş-minnətlə pul alıb suya olan borcun bir hissəsini ödəməklə, suyumuzu bərpa etdirdim. Əlimdə pul olduqca vaxtaşırı suya olan borcumdan ödəyirdim. Xarab olmuş smart kart tipli su sayğacımız mexaniki qaydaya keçdiyi üçün onlar mənə "çek" təqdim etməli idilər. "Çek" verilmədiyinə görə isə qanunsuz olduğunu bilib qalıq borcu ödəməkdən imtina etdim. Mən öz etirazımı bildirdikdə, müxtəlif əsassız bəhanələr gətirirdilər. Beləliklə onlar da 186 (yüz səksən altı) manat borca görə yenidən içməli suyumuzu kəsdilər. Halbuki bu hesablamalar qeyri-dəqiq idi. İşləməyən və eyni zamanda "çek" vermədikləri sayğacın borcunun düzgün bilmək mümkün deyil. Ancaq suya olan zəruri ehtiyacımız səbəbilə çarəsiz vəziyyətdə borcdan 100 (yüz) ödəməklə bir daha suyumuzu bərpa etdirdim. Artıq 3 gündür ki, yenə də bizi içməli suya məhrum qoyublar. Göyçay Su Kanal İdarəsi açıq-aşkar vətəndaşlarla oyun oynayır. Gah qanunsuz cərimə yazırlar, gah yalnış hesablamalar aparırlar, gah da "çek" verməməklə, şəxsi maraqlarına uyğun qaydada pul tələb edirlər, hər dəfə suyumuzu bərpa etmək məqsədilə isə ən azından 15 (on beş) manat pul alırlar. Neçə illərdir ki, onların özbaşınlıqlarından təngə gəlmişəm. Lazım gəldikdə pul alırlar, kefləri istəyəndə suyumuzu kəsirlər. Ailəmin, qohum-aqrabalarımın, qonşularımın yanında rüsvay olmuşam. Bu idarə heç kimdən qorxmadan qanunsuzluqlar edir. Satış müdiri Kazıma da narazılığımı bildirmişəm. O, "get kimə şikayət edirsən, et" deyir. Onlar məni sözün həqiqi mənasında intihar həddinə çatdırıbdır. Dəfələrlə üzərimə benzin tökərək Göyçay Su Kanal İdarəsinin qarşısında özümü yandırmaq fikrində olmuşam, lakin qorxuram ki, iki körpə balam atasız qalar.
Sizdən çox xahiş edirəm, adı çəkilən idarənin özbaşınalıqlarına son qoyasınız və içməli su problemimizi qanuna müvafiq qaydada həll edəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Heydər Əliyevin anım günüdür


Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Heydər Əliyevin vəfat etməsindən 19 il ötür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində, dəmiryolçu ailəsində dünyaya gəlib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilb. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974–1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olub.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub, Ali Sovetin sessiyalarında fəal iştirak edib.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi.

Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur olublar. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlayıb. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərininqarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyulub.

1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalanıb.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başlayıb. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olunub.

1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul edib.

2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunub.

Bu gün Heydər Əliyev kursunun davamçısı Prezident İlham Əliyev Azərbaycanı güclü dövlətə çevirib.

Azərbaycan 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatları ilə ərazilərimizi işğaldan təmizləyib.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan qələbə qazanıb, ordumuzun apardığı əməliyyatlar isə müasir hərb tarixinin müzakirəsinə çevrilib.

Qeyd edək ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabr tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev sərəncam imzaladı


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilir:

Abdullayev Kamal Mehdi oğlu

Əbdüləziz bin Osman əl-Tüveycri

Əliyeva Fərəh Şirməmməd qızı

Əliyeva Leyla İlham qızı

Əli-zadə Firəngiz Əli Ağa qızı

Həbibbəyli İsa Əkbər oğlu

Koiçiro Matsuura

Şarovski Aleksandr Yakovleviç

Vəlixanova Nailə Məmmədəli qızı

Zabelin Mixail Yuryeviç.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)


Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, işğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən “KamAZ” markalı 100 yanğınsöndürən və “İveco” markalı 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobil alınıb. “İveco” markalı avtomobillərdən 9-u artıq idxal olunub, 41-nin idxalı isə 2023-cü ilin birinci rübündə nəzərdə tutulur.

Bildirildi ki, “KamAZ” və “İveco” markalı avtomobillərdən xüsusilə yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, yanğın yerinin fasiləsiz olaraq odsöndürücü maddələrlə təmin edilməsi, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, lafet lüləsi vasitəsilə yüksəklikdə yanğınların söndürülməsi, yanğın yerinin işıqlandırılması, eyni zamanda, digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq.

Diqqətə çatdırıldı ki, müxtəlif texnogen, təbii qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, işğaldan azad edilmiş ərazilərdə yüklərin və köməkçi materialların daşınması üçün FHN tərəfindən “Nissan Patrol” markalı 5, “Lada Niva Travel” markalı 11 və “QAZEL” markalı 6 avtomobil (onlardan 3-ü idxal edilib, digərləri isə cari ilin sonunadək idxal olunacaq) alınıb.

Bildirildi ki, nazirlik tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.

Təqdim edilən texnikalar arasında “Ural” markalı avtomobillər də var. Bu avtomobillərdən də yanğın hadisəsi zamanı yüklərin daşınması və digər işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Sonra dövlətimizin başçısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobillərinə baxdı.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verdi ki, artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.

Agentlik tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd “Fiat Doblo”, 131 ədəd “Mercedes”, 34 ədəd “Ford Transit” markasına aid olan ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb. Həmçinin xüsusi 2 differensiallı (4x4) “Mercedes Vito” avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir. Həmin avtomobillərdən 44 günlük Vətən müharibəsi zamanı çətin və yolsuzluq şəraitlərində yaralıların təxliyəsində istifadə olunub.

Bildirildi ki, Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssislərinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub və indiyədək tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib.

Təqdim edilən “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə differensiallı, 7-si xüsusi 2 differensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlar ilə təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir.

Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq.

x x x

Respublikamızda təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradıldı. Beləliklə, fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyuldu. Əhalinin mülki müdafiəsinin, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və xilasetmə işlərinin təşkili, ölkə ərazisində radioaktiv tullantıların zərərsizləşdirilməsi, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə və tikintidə təhlükəsizliyə nəzarət kimi mühüm vəzifələri yerinə yetirən bir neçə dövlət qurumunun Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi əhalinin və ərazilərin fövqəladə hallardan daha etibarlı müdafiəsinin təmin olunması sahəsində mühüm rol oynadı. Nazirlik tərəfindən ötən dövr ərzində fəlakətlərin sistemli qaydada mərkəzləşdirilmiş idarə olunmasını təmin etmək üçün zəruri normativ hüquqi və maddi-texniki bazanın formalaşdırılması, müxtəlif funksiyaları həyata keçirən qurumlar arasında əlaqəli fəaliyyətin təşkili istiqamətində zəruri işlər görüldü. Nazirliyin fəaliyyətində operativliyin artırılması məqsədilə zamanın çağırış və təhdidləri nəzərə alınaraq müvafiq struktur dəyişiklikləri aparıldı, regional mərkəzlərin fəaliyyəti təmin olundu. Bir sözlə, ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi maddi-texniki cəhətdən hərtərəfli şəkildə təmin edilmış və qarşısına qoyulmuş məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlmək iqtidarında olan mobil bir quruma çevrildi.

Azərbaycan vətəndaşlarının təhlükəsiz həyat və fəaliyyətinin təmin olunmasını ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dəfələrlə çətin sınaqların öhdəsindən layiqincə gəlib. Ötən illər ərzində yaşayış, sənaye və ictimai-iaşə obyektlərində, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı, sürüşmə hadisələri, zəlzələlər və digər fövqəladə hadisələr zamanı operativ və səmərəli müdaxilə tədbirləri ilə nazirliyin qəza-xilasetmə qurumları öz peşəkarlıqlarını nümayiş etdiriblər.

Fövqəladə Hallar Nazirliyi yaradılarkən tabeliyinə verilən qurumların balansında olan xüsusi təyinatlı avtomobillərin və digər nəqliyyat vasitələrinin, avadanlıqların əksər hissəsi mənəvi və fiziki cəhətdən köhnəldiyinə görə müasir tələblərə cavab vermirdi. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirliyin texnika parkının müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılıb, büdcə vəsaitləri hesabına dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı maşın və avadanlıqlar alınıb. Nazirliyin qurumlarında əsaslı təmir və yenidənqurma işlərinə xüsusi diqqət göstərilib, yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir olunub, yeniləri tikilərək istifadəyə verilib. Bölgələrdə 9 regional mərkəzin fəaliyyəti təmin edilib. Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınlarının, fövqəladə hallar zamanı hadisə yerində böhranları idarə etmək üçün ən müasir rabitə sistemləri ilə təchiz olunmuş və nazirliyin qurumları ilə videokonfrans əlaqəsi yaratmaq gücünə malik mobil qərargah - avtobusun, radiosistemli xüsusi təyinatlı avtomobillərin, hündürlük nərdivanlarının, xilasetmə işlərinin aparılmasında istifadə olunan xüsusi texnikaların, motosikletlərin, mina və hərbi sursatların aşkar edilməsi və zərərsizləşdirilməsi sistemlərinin, dənizdə xilasetmə əməliyyatları üçün yüksək sürətli və çoxfunksiyalı katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən "Be-200 ÇS" amfibiya-təyyarənin, helikopterlərin, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyaların, fövqəladə hadisə baş vermiş ərazidə, yol şəraiti çətin olan yerlərdə qısa müddət ərzində zərərçəkənlərə tam həcmli tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki avadanlıqların imkanlarından gündəlik iş prosesində bacarıqla istifadə edilir.

Onu da qeyd edək ki, FHN-in qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birlikdə ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları tərəfindən 2021-ci ilin yanvar ayından etibarən Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatları aparılır.

Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə qısa müddət ərzində dislokasiya məntəqəsi Bərdə şəhərində olmaqla Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi yaradılıb. Hazırda hərbi hissənin ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi işləri sürətlə davam etdirilir.
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)
Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xətai rayonunda rəsmi özbaşınalıqdır... - BUNUN BAŞQA ADI YOXDUR...


Xətai rayonu ərazisində yerində obyektlərin tikilməsi üçün məhv edilən yaşıllıq ağacları, məişət tullantılarının bol olduğu, kol-kos bitirmiş küçələr, 8 noyabr prospektindəki hələ də açıq qalmış kanalizasiya quyuları, abadlaşdırılan küçələrdə sakinlərdən pul yığılması və sair barəsində zaman-zaman "DogruXeber.az" informasiya agentliymizdə məlumatlar yayımlamışıq.

Son yazımızda növbəti yayımda Xətai rayonu ərazisində tikilən qanunsuz tikintilərdən bəhs edəcəyimizin anonsunu vermişdik.
Öncəliklə onu qeyd edək ki, yaşayanlar, yaxud görənlər bilir ki, Xətai rayonunun çox hissəsində, xüsusilə də Həzi Aslanov qəsəbəsi və Əhmədli kəndi ərazisində tikilən evlərin əksəriyyətinin elə ilk baxışdan qanunsuz yerdə tikildiyi aydın görünür.

Belə ki, sözügedən ərazidə yüksək cərəyanlı elektrik xətləri həyətlərin içindən, hətta yaşayış evlərinin düz üstündən keçir.
Taksi sifariş edəndə, taksi qalır yollarda fırlana-fırlana. Çünki, xəritədə taksiyə yol olduğu görünən bir çox ərazilərdə həyət evləri - yaşayış var.

Əgər həmin ərazilər yaşayış üçün nəzərdə tutulubsa, o zaman niyə xəritədə yol kimi göstərilir?
Əgər, yol kimi göstərilibsə, o zaman orada yaşayış evlərinin tikilməsinə niyə, hansı məqsədlərlə icazə verilir?

Özü də bu kimi tikintilərin elə də çox yaşı yoxdur. Əksəriyyəti yeni tikililərdir. Hətta, bir neçəsinin də hazırda tikintisi aparılır.

İcra Hakimiyyətinin bundan xəbəri yoxdur?

Ərazi üzrə Sahə müvəkkilinin də maşallahı var. Bütün gün Həzi Aslanov qəsəbəsinin hər yerində onlarla rastlaşmaq mümkündür. Lakin, nədənsə hər gün daha çox göründükləri, dükan, market və kafelərin çox olduğu Kazımağa Kərimov küçəsində, biraz irəlidə - Şirin Mirzəyev küçəsində pandemiya zamanı maskasız girildiyini hardansa anında görüb, cərimə yazmaq üçün döydükləri salon qapısı ilə üzbəüz aparılan və yolun yarısına qədər çıxmış tikintini, həmçinin Neyrocərrahiyyə xəstəxanasının yanında, yol kənarında az qala dayanacağa bitişik aparılan çoxmərtəbəli biznes obyektinin tikintisini aidiyyatı üzrə idarələrin məsul işçiləri görmürlər, ya da görməzdən gəlirlər.

Əslində kimsənin xəbəri olmadığına inanmaq təbii ki, sadəlövhlük olar, amma yeri gələndə bir çox yerlərdə aidiyyatı qurumların məsul işçiləri"məlumatsızıq" cavabı ilə yaxasını kənara çəkməyə çalışdıqlarını az görmədik. Odur ki, gördüklərimizi aidiyyatı üzrə Xətai rayon İcra Hakimiyyətinə də bildirmək üçün rəsmi internet səhifəsində qeyd edilən telefon nömrəsinə zəng etdik.
Çox dövlət qurumlarında olduğu kimi dəstəyi qaldıran olmadı.

Ardından, İctimai-siyasi və humanitar məsələlər şöbəsimin Müdiri Pənah İmanova zəng etdik. O da şəxsi votsap nömrəsini bizə verib, bəhs etdiyimiz ərazilərin ünvanlarını və əldə etdiyimiz görüntüləri göndərməyimizi xahiş etdi.
Ünvanı yazdıq, fotogörüntünü göndərdik. Amma, 3 gündür nə bir cavab var, nə də ki, bir xəbər.

Odur ki, mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ erməniləri ilə bağlı razılığın əldə olunması yalandır - Prezidentin köməkçisi

"Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır".

Bunu "report"a Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış etməsinə münasibət bildirərkən deyib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi tərəfindən aparılmış müzakirələrin mahiyyətinin birtərəfli qaydada təhrif olunduğunu təəssüflə qeyd edib:

"Oktyabrın 13-də Azərbaycan mediasına verdiyim müsahibədə Vaşinqtonda keçirilmiş müzakirələrin məzmunu və mahiyyəti barədə ətraflı məlumat verilib. Bir daha qeyd etmək istərdim ki, guya Vaşinqtonda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunmasına dair açıqlamalar yalandır. Danışıqlarda hər hansı məsələnin qaldırılması həmin məsələyə dair razılığın əldə olunduğu demək deyil. Sentyabrın 27-də Vaşinqton şəhərində, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tərəfindən təşkil olunmuş görüşdə tərəfimizdən bir daha bildirildi ki, Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, bu, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında ölkəmizin daxili işidir, milli suverenlik məsələsidir və hər hansı beynəlxalq mexanizmin yaradılmasından söhbət belə gedə bilməz. Azərbaycan bu məsələni nə Ermənistan və nə də digər dövlətlə və təşkilatla müzakirə etmək fikrində belə deyil. Görüşdə ABŞ nümayəndəsi tərəfindən də Azərbaycanın suverenliyinə hörmətlə yanaşıldığı bir daha qeyd olundu".

H.Hacıyev bildirib ki, Praqa və Soçidə qəbul edilmiş bəyanatlara zidd olaraq, Ermənistan rəsmilərinin Azərbaycanın suveren əraziləri barəsində bu kimi açıqlamalarla çıxış etməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd kimi qiymətləndirilir:

"Bu və son vaxtlar Ermənistan rəsmiləri tərəfindən səsləndirilən digər ziddiyyətli açıqlamalar və irəli sürülən lazımsız yeni elementlər Ermənistan tərəfinin qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq və yalnız danışıqlar imitasiyası yaratmaq niyyətini göstərir. Ermənistan tərəfinə bu kimi destruktiv siyasətindən əl çəkməyi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirərək sülh müqaviləsi üzrə danışıqlarda ciddi surətdə iştirak etməyi tövsiyə edirik".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Oruc Zalovla bağlı SƏRƏNCAM


Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə, ordenə layiq görülüb.

Qeyd edək ki, O. Zalov Daxili işlər nazirinin müavinidir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO