[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovdan sonra Naxçıvana o rəhbərlik edəcək


Son günlər Naxçıvandan gələn xəbərlər, habelə DTX tərəfindən aparılan əməliyyatlar və həbslər gözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova yönəldib.

16 dekabr 1995-ci ildən Muxtar Respublikaya sədrlik edən V. Talıbovun ötən gün istefa ərizəsini yazması barədə mediada xəbərlər yayıldı.

Maraqlıdır, əgər V. Talıbov, istefa etsə, onun səlahiyyətlərini kim icra edəcək?

Apardığımız qısa araşdırma nəticəsində məlum ki, 29 dekabr 1998-ci ildə qəbul olunan Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Bildirək ki, hazırda V. Talıbovun birinci müavini AM üzvü Azər Yadulla oğlu Zeynalovdur. Yeri gəlmişkən, onun Naxçıvanda “boz kardinal” adlandırılması haqda internet mediada xəbərlər mövcuddur.

31-ci maddədə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılmasından söz açılır. Belə ki, müvafiq maddəyə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.

Xatırladaq ki, Ali Məclisə seçkilər hər 5 ildən bir keçirilir. Ordubad, Kəngərli, Şahbuz, Babək, Culfa, Sədərək, Şərur rayonları ilə yanaşı Naxçıvan şəhəri də daxil olmaqla 45 deputat Muxtar Respublika Ali Məclisində təmsil olunur.Yenisabah.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ erməniləri ilə bağlı razılığın əldə olunması yalandır - Prezidentin köməkçisi

"Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır".

Bunu "report"a Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış etməsinə münasibət bildirərkən deyib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi tərəfindən aparılmış müzakirələrin mahiyyətinin birtərəfli qaydada təhrif olunduğunu təəssüflə qeyd edib:

"Oktyabrın 13-də Azərbaycan mediasına verdiyim müsahibədə Vaşinqtonda keçirilmiş müzakirələrin məzmunu və mahiyyəti barədə ətraflı məlumat verilib. Bir daha qeyd etmək istərdim ki, guya Vaşinqtonda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunmasına dair açıqlamalar yalandır. Danışıqlarda hər hansı məsələnin qaldırılması həmin məsələyə dair razılığın əldə olunduğu demək deyil. Sentyabrın 27-də Vaşinqton şəhərində, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tərəfindən təşkil olunmuş görüşdə tərəfimizdən bir daha bildirildi ki, Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, bu, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında ölkəmizin daxili işidir, milli suverenlik məsələsidir və hər hansı beynəlxalq mexanizmin yaradılmasından söhbət belə gedə bilməz. Azərbaycan bu məsələni nə Ermənistan və nə də digər dövlətlə və təşkilatla müzakirə etmək fikrində belə deyil. Görüşdə ABŞ nümayəndəsi tərəfindən də Azərbaycanın suverenliyinə hörmətlə yanaşıldığı bir daha qeyd olundu".

H.Hacıyev bildirib ki, Praqa və Soçidə qəbul edilmiş bəyanatlara zidd olaraq, Ermənistan rəsmilərinin Azərbaycanın suveren əraziləri barəsində bu kimi açıqlamalarla çıxış etməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd kimi qiymətləndirilir:

"Bu və son vaxtlar Ermənistan rəsmiləri tərəfindən səsləndirilən digər ziddiyyətli açıqlamalar və irəli sürülən lazımsız yeni elementlər Ermənistan tərəfinin qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq və yalnız danışıqlar imitasiyası yaratmaq niyyətini göstərir. Ermənistan tərəfinə bu kimi destruktiv siyasətindən əl çəkməyi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirərək sülh müqaviləsi üzrə danışıqlarda ciddi surətdə iştirak etməyi tövsiyə edirik".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu mal fermasının üfunətli iyindən nəfəs ala bilmirik... - Gəncəni beləcə ƏN BÖYÜK KƏNDƏ çevirirlər...


Gəncənin Məhsəti qəsəbəsinin sakinləri su , kanalizasiya və yolsuzluq problemindən şikayətlənir.
Bu haqda Dünyanınsəsi.Az saytına Məhsəti qəsəbə sakinləri tərəfindən vido-şikayət daxil olub.
Şikayətçilər qey edir ki, yaşadığımız qəsəbənin problemləri ilə bağlı olaraq dəfələrlə Gəncə şəhər İcra hakimiyyətinin başçsı Niyazi Bayramov amüraciət etsəkdə heç bir köməklik edilməyib.Əkisnə tapşırıq verib heç bir ddövlət qurumları bizi qəbul etmir.Hətta satmış olduğu ərazinin bir hissəsində maldarlıq üçün ferma tikiblər.Bu fermanın tullantılarının üfunətli iyindən nə yayda nə də ki, qışda evimizdə yaşaya bilirik.Sözügedən ferma gəncə şəhərində fəaliyyət göstərən “Nur Market”in sahibi olduğu bildirilir.

Qəsəbə sakini Əliyev Asəf İlyas oğlu:
“Qəsəbəyə suyu Göygöldən su maşınları gətirir, biz də pul verib alırıq. Hər dəfə eşidəndə ki, su maşını gəlib, hərə əlinə bir neçə suqabı alıb qaça-qaça su almağa gedir. Su maşınının yanında uzun-uzadı növbə olur. Həftədə iki dəfə su alırıq”.
Redaksiya olaraq hörmətli Niyazi Bayramovun diqqətinə çatdırırıq ki, Şəhərdə, şəhərtipli qəsəbələrdə, digər yaşayış sahələrində heyvanların saxlanma qaydalarına nəzarət yerli icra hakimiyyəti, daxili işlər orqanları, dövlət sanitariya nəzarəti orqanları və baytarlıq idarələri tərəfindən həyata keçirilir.
“Dünyanınsəsi” olaraq inaırıq ki, Məhsəti qəsəbə sakinlərinin səsləndirdiyi problemlər cənab icra başçısı tərəfindən qısa bir zamanda öz həllini tapacaqdır.

Səsləndirilən iddialarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Qəsəbə sakinin video-şikayətini təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda vəzifəli şəxs zibilliyə görə CƏZALANDIRILDI-FOTO


Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirirlər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 5-də və 6-da Bakı şəhəri və Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbirlər zamanı Nəsimi rayonunun Cavadxan küçəsi 54 ünvanında 3 ağacın məhv edilməsi aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 253.2-ci (meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi və ya məhv edilməsi) maddəsinin tələblərini pozduğuna görə vətəndaş Ş.Ələkbərova barəsində inzibati protokol tərtib edilib.

Xəzər rayonu ərazisində keçirilən tədbir zamanı Şüvəlan qəsəbəsi, çöllük ərazidə “KamAZ” markalı avtomobildən tullantıların boşaldılması və qalaqlanması, Abşeron rayonu ərazisində keçirilən tədbir zamanı isə Aşağı Güzdək qəsəbəsi ərazisində sənaye, məişət və digər qarışıq tullantıların qalaqlanması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə “KamAZ” markalı avtomobilin sürücüsü S.Süleymanov və Aşağı Güzdək bələdiyyəsinin sədri S.İmamverdiyev barəsində inzibati protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
Azərbaycanda vəzifəli şəxs zibilliyə görə CƏZALANDIRILDI-FOTO
Azərbaycanda vəzifəli şəxs zibilliyə görə CƏZALANDIRILDI-FOTO
Azərbaycanda vəzifəli şəxs zibilliyə görə CƏZALANDIRILDI-FOTO
Azərbaycanda vəzifəli şəxs zibilliyə görə CƏZALANDIRILDI-FOTO
Azərbaycanda vəzifəli şəxs zibilliyə görə CƏZALANDIRILDI-FOTO
Azərbaycanda vəzifəli şəxs zibilliyə görə CƏZALANDIRILDI-FOTO

Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbi hissə tender keçirib: Qalib şirkət elandan 2 gün sonra yaranıb - BU NƏDİ BELƏ?


193 nömrəli hərbi hissə tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Pearl Light Suplier” MMC (VÖEN – 2007727161) olub.

DİA.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, açıqlanan rəsmi məlumatda 193 nömrəli hərbi hissənin bu MMC-dən avtomobillərin təmiri üçün ehtiyat hissələri satın alacağı göstərilib.

Satın alınacaq ehtiyat hissələri üçün hərbi hissə “Pearl Light Suplier” MMC-yə 44 min 955 manat ödəyəcək.

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, 193 nömrəli hərbi hissə tender elanını 22.11.2022-ci il tarixində açıqlayıb. Tender elanı açıqlanan zaman “Pearl Light Suplier” MMC mövcud olmayıb. MMC elandan 2 gün sonra – 24.11.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Tender müsabiqəsindəki maraqlı məqam isə tələb olunan sənədlər arasında şirkətin analoji sahələr üzrə fəaliyyətinin olmasını təsdiq edən sənədin olmasıdır. Tender elanında qeyd olunur ki, qiymətləndirmə üçün malgöndərən tərəfindən təqdim ediləcək ixtisas göstəriciləri ilə bağlı sənədlərin formalarına uyğun “analoji xüsusiyyətli, həcmli mallar və davam etdirilən layihələr” iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda (e-tender.gov.az) yerləşdirilməlidir.
Tender elanından sonra yaranan bir şirkətin analoji sahədə hansı təcrübəsinin olacağı və bu barədə tender komissiyasına hansı sənədləri təqdim etdiyi maraqlıdır.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində də malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Qeyd edək ki, “Pearl Light Suplier” MMC cəmi 2 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Xətai rayonu, Polad Həşimov, ev 94/B, Döngə 2”-də yerləşən şirkətin qanuni təmsilçisi Yusibova Lütviyyə Şöyüb qızıdır.
Hərbi hissə tender keçirib: Qalib şirkət elandan 2 gün sonra yaranıb - BU NƏDİ BELƏ?


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Oruc Zalovla bağlı SƏRƏNCAM


Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə, ordenə layiq görülüb.

Qeyd edək ki, O. Zalov Daxili işlər nazirinin müavinidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sədərək Yusif”in evində kriminal: 4 uşaq anasını həbs etdirdi


“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin İçərişəhərdəki evdən 803 min manatlıq qızıl oğurlanıb-məhkəmə

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluq etməkdə ittiham olunan 1980-ci il təvəllüdlü Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin İçərişəhərdə yerləşən evində xadimə işləyib.

İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus olan qızıl-zinnət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.

Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, istintaqa verdiyi ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Həmin ziyan da 217 min manat olub və apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

Daha sonra işin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Ruzan Cabbarovanın göstərdiyi yerdən həmin əşylar tapılaraq sahiblərinə qaytarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan ilkin iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Ruzan Cabbarova orta təhsilidir. O, orta məktəbin 8-ci sinifinə qədər təhsil alıb. Həmçinin, ailəlidir, 4 uşaq anasıdır. Ruzan Cabbarova bildirib ki, övladlarından 3-ü 18 yaşı tamam olub və ailə qurublar, ayrı yaşayırlar. O bildirib ki, himayəsində 11 yaşında olan azyaşlı övladı var.

Daha sonra hakim təqsirləndirilən şəxsin hüquq və vəzifələrini izah edib. Hakim həmçinin bildirib ki, cinayət işi üzrə zərərçəkmişlər – Orxan Qədimbəyli və Fəridə Qədimova məhkəmənin ilkin iclasında iştirak etmir. Hakim onların iştirakı olmadan prosesin davam etdirilməsi barədə tərəflərin fikirlərini öyrənib. Tərəflər isə zərərçəkmişlərin iştirakı olmadan prosesin davam etdirilməsinə etiraz etməyiblər.

Bundan sonra təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova vəsatətlə çıxış edib. O təqsirləndirilən şəxsin şüşə qəfəsdə yox, müdafiəçisi ilə yanaşı əyləşdirilməsini istəyib: “Təqsirləndirilən şəxsin şüşə qəfəsdə saxlanılması onun müdafiə hüququnun pozulmasıdır. Çünki orta təhsillidir, 8-ci sinifə kimi təhsil alıb və hüquqdan anlayış yoxdur. Ona suallar verəndə də mənim üzümə baxır. Bu da prosesdə tez-tez fasilələrin yaranmasına səbəb olacaq, məhkəmənin gedişinə təsir edəcək. Həmçinin təqsirləndirilən şəxsin əyləşdiyi şüşə qəfəsdə onun qeydlər aparması üçün şərait yoxdur. Onun müdafiə olunması üçün yaxşı omkanları olamayacaq”.

Prokuror Ziya Mənsurov təqsirləndirilən şəxsin şüşə qəfəsdən kənarda əyləşdirilməsinin mümkünsüz olduğunu deyib. Zərərçəkmiş şəxslərin nümayəndəsi, vəkil Əbülfəz Zeynalov isə bu məsələnin məhkəmənin mülahizəsinə verdiyini deyib.

Yerində müşavirə keçirən hakim heyəti müdafiəçinin vəsatətini təmin etməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin təhlükəsizliyinə nəzarətçilər cavabdehdir, onlar da Ruzan Cabbarovanı təqsirləndirilənlər üçün ayrılmış xüsusi yerdə saxlayılar.

Ruzan Cabbarovanın vəkilinin digər vəsatəti təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı olub. Vəkil qeyd edib ki, Ruzan Cabbarovanın daimi yaşayış yeri var: “Onun məhkəmənin çağırışlarından yayınması mümkün deyil. Barəsində seçilmiş qəti-imkan tədbiri dəyişdirilsə, vaxtı-vaxtında məhkəmənin çağırışlarına gələcək. Həmçinin himayəsində bir azyaşlı övladı var. 4 aydır ki, həbsdə saxlanılır. Həbs olunandan sonra azyaşlı uşağı bundan psixoloji sarsıntı keçirib. Bütün bunların nəzərə alınmasını xahiş edirəm”.

Vəkil daha sonra təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsi barədə vəsatət verib. Bildirib ki, Ruzan Cabbarovanın hüquqları ibtidai istintaq zamanı pozulub: “Ona dövlət tərəfindən vəkil təyin olunub. Onu da Ruzan Cabbarova istintaq zamanı cəmi 2 dəfə görüb. Ruzan Cabbarova həmin vəkili birinci dəfə məhkəmədə barəsində həbs qətimkan tədbiri seçiləndə, növbəti dəfə isə ifadə verən zaman görüb. Digər istintaq hərəkətləri vəkilin iştirakı olmadan aparılıb. Ruzan Cabbarovanın özünün dediyi kimi təhsili olmayıb, yazıb-oxumağı bacarmır. Belə olan halda müstəntiq nə deyibsə, təqsirləndirilən şəxsdə ona əməl edib.

Müstəntiq ona deyib ki, bu iş sənin xeyrinə həll ediləcək, bu yerlərə imza et. O da müstəntiqə inanıb və imza edib. Belə olan halda, Ruzan Cabbarova istintaq zamanı müdafəsiz qalıb”.

Vəkil Ruzan Cabbarovanın barəsində olan cinayət işinə xitam verilməsini, işin yenidən araşdırılması üçün prosessual hərəkətlər həyata prokurorluğa qaytarılmasını istəyib.

Prokuror isə bildirib ki, təqsirləndirilən şəxs xüsusi ilə külli miqdarda əmlak ələ keçirməkdə ittiham edilir: “Həmin əmlakın yarısı qaytarılsa da, yarısı qaytarılmayıb. Həmin əmlakların taleyindən isə xəbər yoxdur. Təqsirləndirilən şəxs məhkəmədən yayına bilər. Buna görə də həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yoxdur”.

Müşavirə keçirən hakimlər vəsatətləri təmin etməyib.

Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sədərəkdə ETİRAZLAR BAŞLAYIB... - Bu etirazlar digər rayonlara da SIÇRAYA BİLƏR...


İki gün əvvəl Sədərək rayonunun polisləri iş saatı rejiminə etiraz ediblər.

DİA.AZ-ın Ovqat.com-a istinadən məlumatına görə, polislərdən bəziləri özlərini yandıracaqlarını deyiblər.

Bildirilir ki, Naxçıvanın əksər polis idarələri kimi Sədərək polisləri də istirahət etmədən asayiş keşiyində dayanırlar. Bu da onlarda ciddi narazılıqlara yol açır.

Mənbəmizin fikrincə, bu etirazların digər rayon polis idarələrinə sıçraması da istina edilmir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aqrar Sığorta Fondu kəndliyə NECƏ PROBLEM YARADIR... - Prezidentə müraciət olundu


Qobustan rayonu, Ərəbşahverdi kəndində psport qeydiyyatında olan və yaşayan fermer Lətifov Becan Gülbala oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət olunub. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident, yazıb Sizə bildrmək istəyiəm ki, biz aqrar təsəsrrüfat fermerləri həmişə çalışmışıq ki, ölkəmizdə ərzaq bolluğu yaratmaq üçün taxıl istehsalı ilə məşğul olaq. Mənim ailəmə torpaq islahatı zamanı kəndimizin ərazisindən 21 ha sənədlə pay torpaq mülkiyyətimizə verilmişdir. Və hər ili də burada taxıl əkmiş, dövlətdən subsidiya almışıq. Bu il, 2022-ci ilin yazında KTN-yi yanında Aqrar Sığorta Fondunun əməkdaşları sahəmizdə bizə yaxınlaşdılar ki, bəs əkdiyiniz taxılı məcburi sığorta etməlisiniz. Əks təqdirdə, sizə subsidiya yazılmayacaqdır. Biz razılaşdıq. Mən 15 ha əkdiyim taxıl üçün sığrtaya ödəniş etdim ( Kapital bank vasitəsilə) Lakin Aqrar Sığorta Fondu tərəfindən bizə sonra heç bir sığorta müqaviləsi təqdim etmədi.
Çox təəssüflər olsun ki, bu ilin martın axırı, aprelin əvvəlində ümumi sahəmizdə güclü fırtınalar oldu. Nəticədə fırtına toxum qarışıq məhsulu aparmış, sahəni pis günə qoymuşdur. O cümlədən qonşuluqdakı bütün taxıl sahələrinə də təbii fəlakət nəticəsində ziyan dəymişdir. Aqrar Sığorta Fondunun komissiyasının 1-ci dəstəsi aprelin əvvəlində sahələrə baxış keçirdilər və fəlakəti olduğu kimi aktlaşdırdılar. Sonra nə fikirləşdilərsə, 2-ci dəstə komissiya bu ilin may ayında gəlib təzədən sahələrə baxış keçirdilər və yenidən aktlaşdırdılar. Lakin bu dəfə komissiya əvvəlki komisiyadan fərqli olaraq taxılımıza guya quraq nəticəsində ziyan dəyməsini aktlaşdırdılar. ASF-du qonşularımızın şikayətlərindən sonra onların sahələri üçün 100 % sığorta ödənişi etsə də bizə 15 ha-dan cəmi 2 ha ziyan dəyməsini sənədləşdirdilər. Qalan 13 ha bizlik deyil dedilər, quraq aparıb. Biz də 2 ha-ın sığortasını almaqdan imtina etdik. Halbuki, hamı blir ki, mən cəmi sahə olan 15 ha-ın biçilməsi üçün kombayn salmadım. Çünki əhəmiyyətsiz idi. Bunu komisiya da görmüşdü. Həmkəndlilərim isə narazı qalıb prokurorluğa şikayət edən kimi, dərhal sığorta onların hamısının pulunu ödədi. lakin mən məsləni soruşanda cavab verdilər ki, get məhkəməyə müraciət et. Guya fırtına mənim ortalıqda olan taxıl zəmimə hörmət əlaməti olaraq "DƏYMƏYİB" , yazığı gəlibmiş. Axı bu fermerlər arasında ayrısekçilikdir. Bununla ASF-rəhbərliyi bizə qarşı korrupsiya əməli törədir., süi-istifadə edib bizə qanunla düşən sığorta haqqını özləri mənimsəyirlər. Sahəmizə ikinci dəfə komissiya göndərib, əvvəl yazdıqları aktı dəyişib sənəd saxtakarlığı edirlər.
Cənab Prezident, cənab nazir İnam Kərimov və cənab Taleh Kazımov! Sizlərdən çox xahiş edirəm ki, biz müflis vəziyyətinə düşmüş fermerlərin haqqı olan sığorta ödənişinin həyata keçirilməsinə göstəriş verin ki, biz də indiki əkinimizi davam etdirək".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil Nazirliyi bu lövhəni hara vurduğunun FƏRQİNDƏDİR? - ACINACAQLI MƏNZƏRƏ...


Kəlbəcər rayon 127 saylı orta məktəb dağılmaq üzrədir. Məktəbin tavanı çöküb, döşəməsi çürüyüb, parta və yazı taxtaları sınıq-salxaqdır.

Bərdə rayonunun Həsənqaya kəndində yerləşən bu təhsil ocağı 15 ilə yaxındır ki, məcburi köçkünlər məskunlaşan ərazidə yerləşir.

Məktəbdə 20-dən artıq şagird təhsil alır. Təhsil ocağının mövcud vəziyyəti şagirdlərin və müəllimlərin həyatı üçün təhlükə mənbəyidir.

Sakinlərin sözlərinə görə, qış aylarında vəziyyət daha da acınacaqlı olur. Sinif otaqları odun sobaları ilə qızdırılır deyə uçuq-sökük olduğundan qızmır.

Valideynlər bildirir ki, müasir tələblərə cavab verən, yeni avadanlıqlarla təmin olunmuş məktəblərin olduğu bir vaxtda Həsənqaya uşaqlarının belə məktəbdə təhsil alması utancvericidir. Məktəb demək mmümkünsə...

Həsənqaya sakinləri övladları üçün modul tipli məktəb tikilməsini istəyirlər.

Məktəb rəhbərliyi yeni məktəb tikintisi ilə bağlı aidiyyatı qurumlara müraciət olunduğunu bildirirlər. Rəsmi qurumlardan verilən cavaba görə, sözügedən məktəbin yenidən tikintisi gözlənilmir.
Belediyye.net
Təhsil Nazirliyi bu lövhəni hara vurduğunun FƏRQİNDƏDİR? - ACINACAQLI MƏNZƏRƏ...
Təhsil Nazirliyi bu lövhəni hara vurduğunun FƏRQİNDƏDİR? - ACINACAQLI MƏNZƏRƏ...
Təhsil Nazirliyi bu lövhəni hara vurduğunun FƏRQİNDƏDİR? - ACINACAQLI MƏNZƏRƏ...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO