[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Heydər Əliyevin toyu oldu - Fotolar


Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin toy mərasimi keçirilib.

Bu barədə H.Əliyevin anası, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva öz instaqram səhifəsində görüntülər paylaşıb.

"Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun!", - deyə Mehriban Əliyeva paylaşımında qeyd edib.

Qeyd edək ki, toy mərasimi dünən baş tutub.
Heydər Əliyevin toyu oldu - Fotolar
Heydər Əliyevin toyu oldu - Fotolar
Heydər Əliyevin toyu oldu - Fotolar
Heydər Əliyevin toyu oldu - Fotolar



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sizi gecə yatmağa qoymayan nədir?” sualına - Prezidentdən cavab


“Mən gecə rahat yatıram və oyaq qalmıram. Yox, həqiqətən belədir. Elədir ki, var”.

Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Şotlandiyadan olan enerji təhlükəsizliyi üzrə ekspert Con Robertsin “Sizi gecə yatmağa qoymayan nədir?” sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib ki, gecə oyanmaq üçün ona səbəb yoxdur. Xüsusən də indi, belə bir dinc şəraitdə:

“Çünki Azərbaycan iki ildən çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb. Eskalasiya riski yoxdur, çünki ola bilsin, siz eşitmisiniz ki, işğal zamanı Ermənistanın yüksəkrütbəli rəsmiləri bizi “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyirdilər. Bu, hazırda cənab Paşinyanın həbs etdirdiyi Ermənistanın keçmiş müdafiə nazirinin kəlamıdır. Lakin həmin sözlər Azərbaycana açıq təhdid idi. Başqa çox yekəxana şərhlər də səsləndirildi ki, əgər müharibə başlasa, erməni tankları Bakının küçələrində olacaqlar. Əslində, bu lovğa şərhlər reallığa çevrildi. Erməni tankları Bakının küçələrinə gəlib çıxa bildi, amma hərbi parad üçün gətirdilər. İndi isə onlar Hərbi Qənimətlər Parkındadır.

Beləliklə, bu cür möhtəşəm Qələbədən sonra, gecəni yatmaq üçün istifadə etməməyin səbəbi yoxdur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zəngəzurla bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparırıq - Prezident


“Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq”.

Bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

“Biz nəqliyyat şirkətlərimizin birgə səylərini bir araya gətirmişik. Çünki əvvəllər, bu şirkətlərin bir növ daha korporativ siyasəti var idi. Mən Azərbaycan dəmir yollarını, dəniz limanını, Xəzər dəniz gəmiçiliyini və bəzi başqalarını nəzərdə tuturam. İndi bizdə tam koordinasiya var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu prosesi koordinasiya edir. Beləliklə, Azərbaycanda vahid pəncərə olacaq ki, bu da bürokratiyanı minimuma endirməklə bu marşrutdan istifadə etmək istəyən şirkətlərin işini asanlaşdıracaq. Əlbəttə ki, nəqliyyat şirkətlərimizin səmərəliliyi. Biz bütün nəqliyyat şirkətlərində korporativ idarəçilik meyarlarını təqdim etmişik. Beləliklə, bu, artıq öz nəticələrini verir. Siz soruşdunuz ki, İran və ya Ermənistan bu prosesə əngəl törədə bilərlərmi, mən belə düşünmürəm. Birincisi, Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq” – deyə Prezident qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaqatalada vətəndaşın başına BELƏ OYUN AÇDILAR... - NARAZILIQ VAR!


Zaqatala rayon Yuxarı Tala kənd sakini Qasımov Rəşad İbrahim oğlu üzləşdiyi qanunsuzluqla bağlı cumhuriyyet.az-a müraciət edib. R.Qasımov 2018-ci il iyunun 27-də Zaqatala rayonunda yerləşən qeyri-yaşayış obyektini 3 illiyə icarəyə götürür və bununla bağlı əmlak komitəsi ilə müqavilə bağlayır. Obyekti işlək vəziyyətə gətirmək üçün vətəndaş müəyyən qədər vəsait xərcləyir. Amma pandemiya məhdudiyyətlərinə görə obyekt işləmir və gəlir gəturmir. Müqavilədə göstərilən 3 ilin tamamında 2021-ci il avqustun 10-da Rəşad Qasımov müqaviləni yeniləyərək 5 illik müqavilə bağlayır və yenidən küllü miqdarda vəsait xərcləyərək obyektin fəaliyyətini bərpa edir. Amma iki ay sonra Abdullayev Fuad Aydın oğlu və Əhmədov Azər Elyar oğlu bu obyekti icarəyə götürməkləri ilə bağlı müqavilə ilə gəlib obyektə sahib durur. R.Qasımov baş verənlərelə bağlı Əmlak Komitəsinin məsul işçisi Elnur Rzayevə müraciət etsə də o obyektin başqalarına verilməsinn prezidentin sərəncamıyla əlaqələndirib. Ətraflı videomaterialda: //cumhuriyyet.az//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarını təltif etdi - Sərəncam


Prezident İlham Əliyev Azərbaycan ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Əliyev Lətif Paşa oğlu

Məmmədov Elnur Rövşən oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Ağayev Davud Maşalla oğlu

Əliyev Emin Rza oğlu

Əliyeva Pərvin Afiq qızı

Əliyeva Səkinə Qamboy qızı

Qasımov Elçin Zeynalabdın oğlu

Qurbanov Qismət Rəşid oğlu

Nəsirova Xalidə Tofikovna.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirliyin əməkdaşlarına ali rütbələr verildi - Siyahı


Azərbaycan Prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Əliyev Şahin Məhərrəm oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru

Məmmədov Rəhman Elmaz oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə bu tibb ocağı BAZARI XATIRLADIR... - İTTİHAM VAR!


Artıq xeyli müddətdir ki, Elmira Mirzəyevanın rəhbərlik etdiyi Gəncə Psixatriya Xəstəxanasında yaşanan hoqqaların varlığı ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrildiyindən, bu gün də əksər media qurumlarında bu səhiyyə müəssisəsi ilə bağlı silsilə tənqidi məqalələr tirajlanmaqdadır. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, ölkə rəhbərinin verdiyi tapşırıqlar əsasında Gəncə şəhərinin “Bağmanlar” adlanan ərazisində, yəni B. Əliyev-2 ünvanında 2020-ci ilin iyun ayında inşaası həyata keçirilən bu səhiyyə müəssisəsi, hal-hazırda Elmira Mirzəyevanın əsas gəlir mənbəyinə çevrilib. Məsələn, media üzərindən apardığımız araşdırmalardan, şəhər sakinləri arasında dolaşan söz-söhbətlərdən bəlli olur ki, Gəncə Psixatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyeva vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan, məhz daşıdığı vəzifəsindən sui-istifadə etməyə qərar verir. Yəni, xanım Mirzəyeva bu vəzifəsinə sahibləndikdən sonra idarəçiliyini öz düşüncə tərzinə uyğun həyata keçirməyə başlayır. Belə ki, o, adı işdə olub özü iş üzü tanımayan bəzi işçilərə əmək haqları yazır və onlara çatmalı olan əmək haqqlarını mənimsəyir, hətta dövlət tərəfindən xəstələrə verilən ərzaq məhsullarını, yataq dəstlərini, ayaqqabları, suyuyucu mayeləri, geyim paltarlarını, bəzi dərmanları və s. bazarlarda, ticarət mərkəzlərində satdırır. Hətta dolaşan söz-söhbətlərə görə, baş həkim bu cür mənimsəmə əməllərini özünə bağlı olduğu bildirilən şəxslərin idarə etdikləri “VAZ-06” markalı 57-BE-836 və “Mersedes” markalı 20-DJ-856 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə yerinə yetirir. Belə bir səbəbdəndir ki, Elmira Mirzəyeva Gəncə Psixatriya Xəstəxanasına baş həkim təyin olunduğu ilk vaxtlardan başlayaraq, bu müəssisədə rüşvətxorluğa və korrupsiyaya geniş yollar açılır.
Gəncə Psixatriya Xəstəxanası ilə bağlı dolaşan söz-söhbətlərdə o da qeyd olunur ki, bu səhiyyə müəssisəsi inşa olunub qurtardıqdan sonra, əslində köhnə bina Əmlak Komitəsinə (xeyli müddətdir ki, bu Komitə ləğv olunub) təhvil verilməli idi. Həmin vaxtlarda baş həkim vəzifəsini daşıyan Elmira Mirzəyeva, nəinki köhnə binanı təhvil verir, əksinə o, teztələsik köhnə binanın dam örtüklərini, su borularını, qapı və pəncərələrini, bir neçə tonluq dəmir su çənlərini, mişar daşlarını, dəmir reşotkaları, elektrik trasformatorunu və digər lazımi avadanlıqları sökdürərək satır. Deyilənlərə görə, xanım Mirzəyeva təkcə belə bir yolla xeyli məbləğdə qazanc əldə etməyi bacarır. Bundan əlavə, Elmira xanım vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan bu səhiyyə müəssisəsində ikili tabel sisteminə keçir. Yəni, birinci sənəddə gündəlik işə gəlib-gedən şəxslərin siyahısı olur, ikinci sənəddə isə ümumi xəstəxananın işçiləri, o cümlədən iş üzü tanımayanların ad və soyadları tam şəkildə yazılır. Ad və soyadları ikinci sənəddə olan işçilərin əksəriyyəti gecə növbəsinə yazılırlar ki, onlardan da bəziləri gecə növbəsində işə çıxmırlar. Əksər vaxtlarda tabel sənədlərinə həmin şəxslərin əvəzindən baş tibb bacıları qol çəkirlər.
Söylənilənlərə görə Gəncə Psixatriya Xəstəxanasının baş həkimi rəhbərlik etdiyi bu sahəni bir növ “kolxoz bazarı”na çevirib. Elə ki, hansısa bir şəxs zəng edib xəstəxanada boş yerin olub-olmadığını soruşur, o halda baş həkim üstüörtülü formada olsa belə, həmin şəxsdə pulun olub-olmadığını dəqiqləşdirə bilir. Əgər həmin şəxsdən “pul iyi” gəlmirsə, həmin vaxt ona “gələn ay gələrsən” cavabını verir. Növbəti ay da başqa bir bəhanəni ortaya atır. Beləliklə həmin şəxs etdiyi telefon zənglərindən bezir və bir daha ora zəng etmir. Bundan əlavə, Psixatriya Xəstəxanasına verilən yeni ştatları baş həkimin “bazara çıxartdığı” da söylənilir. Faktdır ki, Elmira Mirzəyeva rəhbərlik etdiyi bu müəssisədə gündəlik külli miqdarda var-dövlət qazanır. Yəni, baş həkim daim “başını işlədir” və gündəlik əldə etdikləri ilə heç də kifayətlənmir. Belə ki, o, daim müştəri axtarışına çıxır və hansı şəxs xəstəlik adı altında pensiyaya çıxmaq istəyirsə, o halda həmin şəxslə “dil tapmağı” bacarır. Bir sözlə, Elmira Mirzəyeva ayrı-ayrı şəxslərdən aldığı “haqq-hesablar”ın qarşılığında, məhz həmin şəxslərə saxta əlillik dərəcəsinin müəyyən olunmasında xüsusi rola malik olur.
Qeyd edək ki, həm media üzərindən apardığımız araşdırmalar zamanı, həm də Gəncə şəhər sakinləri arasında dolaşan söz-söhbətlər əsasında redaksiyamıza daxil olan bu kimi məlumatları dəqiqləşdirmək üçün, təqribən üç-dörd gün bundan öncə Elmira xanıma zəng etdik və qarşı tərəf olaraq ondan məsələlərə münasibətini öyrənmək istədik. Həmin vaxt o, ünvanladığımız suallardan heç birinə cavab vermədi. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elvin Hacıyevə ünvanladığımız suallar da cavabsız qaldı. Deməli, «balıq başdan işlənibmiş». Belə qənaətə gəldik ki, bu səhiyyə müəssisəsi baş həkiminin qol qoyduğu “qara-qura əməllər”, məhz bundan sonra daha çox ictimailəşdiriləcək, aidiyyatı dövlət qurumları baş verənlərlə bağlı daha ətraflı məlumatlandırılacaq.
Mövzuya qayıdacağıq.

P.S. Hörmətli oxucular! Çox yaxın vaxtlarda hər kəsi Gəncə Psixatriya Xəstəxanasında qol qoyulan türürpədici əməllərin mahiyyəti ilə də məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Geniş araşdırmamız davam edəcək.

Dəryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident YAP-ın 30 illik tədbirində


Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.


***11:33

Bakıda Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı tədbir keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident AZƏRTAC-ın rəhbərini vəzifəsindən AZAD ETDİ


Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aslan Əhməd oğlu Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əliyev-Mişustin görüşü: İpucları “Zəngəzur”a, İran gündəliyinə, Ermənistana təzyiq edilməsinə aparır – TƏHLİL


Noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub.

Danışıqlara siyasi-iqtisadi münasibətlər sisteminə yeni konsepsiya ilə yanaşmanın əlamətləri kimi baxa bilərik.

Azərbaycanla Rusiya arasında yaşanan siyasi gərginliyin üstünə su çiləmək üçün Mişustin cəlbedici ideyalarla Bakıya gəlib.

Bir gün öncə isə Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə zəng edib, onlar ikitərəfli münasibətlərin bütün sferalar üzrə xarakterini müzakirə ediblər.

Mişustinin səfəri kodlu ştrixlərlə zəngin deyil, yəni hər hansı subliminal motivləri yoxdur, lakin perspektiv üçün əldə edilə biləcək razılaşmaların gündəliyini göz önündə tutmaq baxımından ipucları verir.

Rusiya Cənubi Qafqazda iki əsas beynəlxalq nəqliyyat dəhlizinin – Şimal-Cənub və Şərq-Qərb – kəsişməsinin yaradılmasına nail olmağa və maksimal iqtisadi faydalarla cibini doldurmağa çalışır.

Zəngəzur dəhlizi layihəsi isə hər iki beynəlxalq marşrutun Cənubi Qafqazdakı damarı olmaq potensialındadır, ona görə də Moskva koridor mövzusunda Azərbaycanın mövqeyini dəstəkləyir.

Rusiya ən çox Şimal-Cənub dəhlizi ilə daşınmalara önəm verir, çünki bu onun strateji maraqlarına daha uyğundur.

Əliyev-Mişustin danışıqlarında hər iki tərəf Şimal-Cənub dəhlizinə vurğu edib ki, bu da həmin marşrutla yükdaşımaların həcminin artmasına şərait yaradan praqmatik ideyalara söykənir.

Bununla belə, ortaya çıxa biləcək əngəllər siyahısında İran da dayanır, Tehran Bakı ilə yaşadığı siyasi gərginliklər səbəbi ilə iqtisadi layihələri də axsatmaq qabiliyyətinə malikdir.

Bu isə Azərbaycanın Şimal-Cənub dəhlizinin həmtəsisçilərindən olan Rusiya, İran və Hindistan arasındakı ticarətdə, bu ticarətin Avropa ilə arteriyasının yaradılmasında orta həlqə kimi faydalanmaq imkanlarını sual altında qoya bilər.

Üstəgəl, Rusiya, Azərbaycan və İran dəmiryolları şəbəkəsinin tam birləşdirilməsi reallaşmayıb, bunun səbəbləri Tehranın Rəşt-Astara dəmiryolunun tikintisini yubatmasıdır. Ona görə də belə bir fikir güclənir ki, Əliyev Mişustinə İranın sərgilədiyi mövqenin həmin arteriyaya vura biləcəyi ziyanlar barədə danışıb və indi Kreml Tehranı yola gətirmək məcburiyyətini hiss edir.

İstənilən halda, Mişustinin səfərindən çıxan nəticə budur ki, Azərbaycanla Rusiya Zəngəzur dəhlizinin açılması üçün iradə nümayiş etdirirlər və bu istiqamətdə İrəvana növbəti təzyiqlərin başlaması qaçılmazdır.

Ermənistan dəhliz barədə nala-mıxa vurduqca Azərbaycan dəhlizin açılması üçün taktiki və strateji həmlələrini gücləndirəcək və bu, hərbi müstəvidə də özünü göstərə bilər.

Rusiya isə sərhəd və dəhliz mövzularında Azərbaycanın mövqeyinin əksəriyyətini dəstəklədiyindən Moskva Bakının İrəvana təzyiqlərinə səssiz qalacaq.

İranın regionda təhlükəsizlik mühitini zədələyən xətti tutması Rusiyanı da narahat edir və bu mənada Bakı-Tehran gərginliyinin sonlanması üçün Kreml dövriyyəyə girməyə çalışır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO