[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qubadlının işğaldan azad edilməsindən 2 il ötür


Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.

İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.

Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.

Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oktyabrın 24-də başa çatıb.

Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yola saldı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyevlə İrakli Qaribaşvilinin görüşünün əhəmiyyəti: Prezident yeni planlar barədə açıqlama verdi – ŞƏRH


Prezident İlham Əliyevin Gürcüstana səfər edərək bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşü, dövlət başçısının yüksək səviyyədə qarşılanması iki ölkə arasındakı strateji tərəfdaşlığın və yaxşı qonşuluq, dostluq münasibətlərinin bariz nümunəsidir.

Azərbaycanla Gürcüstan arasındakı münasibətlər həm iki ölkənin birgə maraqlarına xidmət edir, həm də Avropa üçün önəm daşıyır.

Bunun üçün iqtisadi-siyasi münasibətlər möhkəmləndirilməlidir. Enerji və nəqliyyat layihələrinin şaxələndirilməsi bu istiqamətdə həlledici vasitə sayıla bilər.

Qaribaşvili ilə Əliyev görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Liderlərin bəyanatından görünür ki, iki ölkənin strateji tərəfdaşlığı sülh və təhlükəsizlik üçün töhfə vermək məqsədlərinə söykənir.

Qaribaşvili Azərbaycan-Ermənistan münasibətlərinə toxunub. O bildirib ki, İlham Əliyevlə regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirib.

Sitat: “Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik”.

İqtisadi layihələrlə yeni stimullaşdırıcı amillər yaratmaq olar ki, bu da təhlükəsizlik modelinin dayanıqlı olmasına şərait yarada bilər.

İlham Əliyev mətbuata birgə bəyanat zamanı gələcək layihələr haqqında bəzi məlumatlar verib.

“O ki qaldı ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin doqquz ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana üç milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq.

Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti beş ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır.

Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər, hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var”, - deyə o əlavə edib.

Bundan başqa, Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin beş milyon tona çatdırılması, eyni zamanda Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq da hədəflər sırasındadır.

Görünür ki, Ermənistanın da proseslərdə iştirakı üçün şərait yaradılır. Lakin hər şey Ermənistanın öz mövqeyindən asılı olacaq. İlham Əliyevin Qaribaşvili ilə Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə dair fikir mübadiləsi aparması da buna dəlalət edir. Lakin Prezidentin dediyi kimi, Ermənistan tərəfi buna hazırdırsa, Azərbaycan da buna hazırdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Xahiş edirik, təhsil hüququmuzu bərpa edin..." - Bakıda ETİRAZ


Elm və Təhsil Nazirliyi önündə oktyabrın 21-i etiraz aksiyası keçirilib. Aksiyanı 335 nömrəli məktəbin direktorundan şikayətçi olan Züfüqar Qubadov təşkil edib. O ailəsi ilə birlikdə nazirliyin önünə gələrək piket qaldırıb və uşaqlarının təhsil hüququnun bərpa edilməsini tələb edib.

Zülfüqar Qubadov uşaqlarının dərsində iştirak etmək istəyib. Ancaq direktor buna etiraz edib. Onun sözlərinə daha sonra direktor bir qrup şəxsi onun üzrinə göndərib və təhqir etdirib.

Təhsil Muzeyində qəbula alınan Züfüqar Qubadov daha sonra bu barədə Toplum TV-yə danışarkən şikayətinə biganə yanaşıldığını bildirib.

Nazirliyin müasibətini öyrənmək üçün əlaqə saxladıq. Əvvəlcə cavab verəcəklərini bildirsələr sə, daha sonra telefona cavab vermədilər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ermənistanın sülh müqaviləsi imzalamasının vaxtı gəlib çatıb" - Dövlət başçısı


"Baş nazir İrakli Qaribaşvili ilə danışıqlarımızın mərkəzində bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi idi".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bildirib.

İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişi ilə bağlı Gürcüstanın Baş nazirini məlumatlandırdığını qeyd edən dövlətimizin başçısı deyib: “Biz hesab edirik ki, Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasının vaxtı gəlib çatıb. Hər halda bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu Tibb Kollecində hər il əsaslı təmir işləri aparmaq zərurəti haradan yaranıb - HƏQİQƏTƏN DƏ...


Əsaslı təmir nəticəsində əsas vəsaitlərin bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Cari təmirin aparılması nəticəsində isə əsas vəsaitlərin vaxtından əvvəl köhnəlməsinin qarşısı alınır. Əsas vəsaitlərin əsaslı və cari təmiri təsərrüfat üsulu və podrat üsulu ilə aparıla bilər.

Təmir xərcləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalar ilə tənzimlənir.

Belə ki, əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər cari təmir məsrəflərinə aid edilir.

Bunlarla yanaşı, əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış ( köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş xərclərdir.

Əsaslı və cari təmir işləri arasındakı fərqi niyə xatırladırıq? Son dövrlər Azərbaycanda bəzi dövlət müəssisisələri hər il əsaslı təmir işlərinə xeyli dövlət vəsaiti xərcləyirlər. Buna baxmayaraq əsaslı təmir olunan yerlərdə heç bir təmir işlərinin aparılmadığı müşahidə olunur. Ən uzağı kosmetik işlər aparılır. Ad da olur əsaslı təmir aparılıb. Əsaslı təmir ən azı iki ildən bir aparılmalıdır. Amma Bakıdakı 1 nömrəli Tibb Kolleci 2019-cu ildən bu yana hər il əsaslı təmir işləri aparır.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki 1 nömrəli Bakı Tibb Kolleci 2022-ci ilin sentyabr -oktyabr aylarında təhsil müəsisəndə təmir, abadlıq işlərinin satınalması üçün iki tender və beş koturovka sorğusu keçirib.

Cari təmir işlərinin satın alınmas üzrə 76 824.25 manat, əsaslı təmir işlərinin satın alınması üzrə isə 131 456.03 manat məbləğində satınalma müqavilələri “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 30.09 və 19.10-2022-ci il tarixlərində bağlanılıb. Bu işlərin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınmasına isə 4950 manat vəsait ayrılıb.

Abadlıq işlərinin satınalması üzrə 12 440.86 manat, kommunal kommunikasiya işlərin satınalması üzrə isə 16 182.7 manat məbləğində satınalma müqavilələri “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 21.09.2022-il tarixində bağlanılıb. Bu işlərin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınmasına isə 4430.04 manat vəsait ayrılıb.

Bir satınalma müqaviləsi də bu işlərin layihə-smeta sənədlərinin hazırlanması üzrə yenə bağlanıb ki, buna da 3343 manat dövlət vəsaiti xərclənib. Ümumilikdə isə 1 nömrəli Bakı Tibb Kolleci yuxarıda sadaladığımız işlərin satın alınmasına 249 626 manat dövlət vəsaiti ayırıb.

İndi gəlin görək 1 nömrəli Bakı Tibb Kolleci eyni işlərin görülməsinə əvvəlki illərdə nə qədər dövlət vəsaiti xərcləyib.

Abadlıq işlərinin satınalması üzrə 9671.28 manat, kommunal kommunikasiya işlərin satınalması üzrə 11 362.75 manat, cari təmir işləri üzrə 24 052.53 manat bir, 51 847.84 manat da bir, əsaslı təmir işləri üzrə isə 22 484.78 manat bir, 57 040.26 manat da bir satınalma müqavilələri “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 2021-ci ilin iyun-noyabr aylarında bağlanılıb. Bu ümumi olaraq 176 459 manat dövlət vəsaitinin xərclənməsi deməkdir.

Kommunal kommunikasiya işləri üzrə 24 017.25 manat, abadlıq işləri üzrə isə 14 410.99 manat məbləğində daha bir satınalma müqaviləsi 17.05.2021-ci il tarixdə “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Bu işlərə isə 38 428 manat ayrılıb ki, ümumi olaraq 2021-ci ilədə 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən sadalanan işlərə 214 887 manat dövlət vəsaitinin xərcləndiyini göstərir.

2020-ci ildə isə koronavirus pandemiyası ilə əlaqədar ölkədə sərt karantin rejiminin tətbiq olunduğu, təhsil müəssisələrinin və bir çox iş yerlərinin bağlı olmasına baxmayaraq cari təmir üzrə 21 453.11 manat, əsaslı təmir üzrə 31 826.72 manat, kommunal kommunukasiya işləri üzrə 9 918.37 manat, abadlaşma işləri üzrə 9747.51 manat məbləğində satınalma müqavilələri “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə 19.11.2020-ci il tarixdə bağlanılıb.

Həmin ildə yenə cari təmir üzrə 44 608.98 manat, əsaslı təmir üzrə 48 729.87 manat, abadlaşma işləri üzrə 9766.92 manat məbləğində satınalma müqavilələri “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 23.09.2020-ci il tarixdə bağlanılıb. Kommunal kommunukasiya işləri üzrə 8 366.2 manat məbləğində satınalma müqaviləsi “Dotector” MMC ilə bağlanılıb. Sadaladığımız işlərə 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən 2020-ci ildə isə ümumi olaraq 184 417 manat dövlət vəsaiti xərclənib.

1 nömrəli Bakı Tibb Kolleci tərəfindən 2019-cu ildə ildə də əsaslı və cari təmir işləri aparıb. Abadlıq işlər üzrə 13444.45 manat, əsaslı təmir üzrə 24632.03 manat, cari təmir üzrə 29738.83 manat məbləğində satınalma müqavilələri də “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.12.2019-ci il tarixdə bağlanılıb. Bu da ümumilikdə 67 815 manat təşkil edir.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi 1 nömrəli Bakı Tibb Kolleci son dörd ilədə cari və əsaslı təmir, abadlıq və kommunal kommunukasiya işlərinin görülməsinə ümumi olaraq 716 745 manat dövlət vəsaiti xərcləyib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeliyində olan 1 nömrəli Bakı Tibb Kollecinə uzun müddət Nəriman Mövsümov rəhbərlik edib. Nəriman Mövsümovun direktorluğunun sonuncu ilində. yıni 2018 ci ilədə isə Kollecdə əsaslı təmir işlərinə 29 978 manat, cari təmir işlərinə 29 947 manat bir, 29 940 manat da bir, kommunal və kommunikasiya işlərinə isə 32 565.64 manat dövlət vəsaiti xərclənib. Bu da ümumilikdə 122 430 manat təşkil edir.

2019-cu ildə Kollecdə yaranmış çoxsaylı narazılıqlardan sonra Nəriman Mövsümovun yerinə 1994-cü ildə Bakı şəhəri 9 saylı Qadın məsləhətxanasına həkim-terapevt, 1999-cu ildən 1 nömrəli Bakı Tibb Kollecinə “Anatomiya, fiziologiya, patologiyanın əsasları ilə” fənn müəllimi vəzifəsində çalışmış Nailə Əliyeva təyin olub. Nailə Əliyeva Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il qərarı ilə əvvəlcə 1 nömrəli Bakı Tibb Kollecində tədris-tərbiyə işləri üzrə direktor müavini , daha sonra isə 2019-cu il 17 oktyabr tarixli qərarı ilə direktor vəzifəsinə gətirilir.

Göründüyü kimi Nailə Əliyevanın təyinatına qədər, yəni 2018-ci ildə 1 nömrəli Bakı Tibb Kollecinin təmirinə dövlət vəsaiti ayrılıb. Amma bu vəsaitlərin təyinatı üzrə xərclənib, xərclənməməsi müəyyən suallar yaradır. Sözügedən vəsaitlər 2018-ci ildə 1 nömrəli Bakı Tibb Kollecinin təmirinə xərclənibsə, nədən Nailə Əliyeva kollecdə rəhbərliyə gəldiyindən dərhal sonra hər il külli miqdarda dövlət vəsaiti ayrılıb. Əgər 2018-ci ildə Kollec əsaslı təmir olunmayıbsa 2019-2020-ci illərdə yenə vəsait ayrılıb, onda təmir olunaydı. Belə çıxır ki, onda da təmir olunmadığından növbəti il də vəsait ayrılıb. Onda bu vəsaitlər haralara yönəldilib? Cəmi 15 dərs otağı, idman zalı, mədəni-kütləvi tədbirlər keçirmək üçün akt zalı, böyük kitab fondu olan kitabxana, bir neçə fənnkabineti, metodkabinet və digər yardımçı otaqlardan ibarət olan Tibb Kollecində hər əsaslı təmir işlərinin aparılması, kommunal kommunukasiya işlərinin görülməsi nə dərəcədə real görsənir. Cari təmir işləri aydın məsələdir. Tes sıradan çıxan malların, əşyaların dəyişdirilməsi, sazlanması zəruridir. Amma görəsən hər il yüz minlərlə dövlət vəsaitini əsaslı təmir adı ilə xərcləmək zəruridirmi?

Düzdü Nailə Əliyeva 1 nömrəli Bakı Tibb Kollecinə sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin xeyir-duası ilə təyin olunub. Amma çox istərdik bu zərurətin haradan qaynaqlandığına hazırki nazir Teymur Musayev aydınlıq gətirsin. Hər il əsalı təmir olarmı? Axı qanunvericiliyi görə əsaslı təmir işləri minimum iki ildən bir aparılmalıdır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"On milyonlarla qan qardaşlarımızı dəstəkləyəcəyik" - İlham Əliyev


"Azərbaycandan kənarda yaşayan azərbaycanlıların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir".

Bunu Prezident İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən deyib.

"Əlbəttə, Türk dünyası Türk Dövlətləri Təşkilatının üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir. Buna görə də əminəm ki, bizim humanitar əlaqələrimizə, insanlar arasında, geniş dünya coğrafiyasında yaşayan türkdilli xalqların nümayəndələri ilə əlaqələrə gələcəkdə də ehtiyac olacaq. Hər halda, Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Həmçinin mən bunu da bilirəm ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər.

Buna görə də düşünürəm ki, qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatı çərçivəsində bu mövzunu - taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik", - dövlət başçısı bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən İtaliya–Azərbaycan Universiteti layihəsi ilə bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev İtaliya–Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. İtaliya–Azərbaycan Universiteti layihəsini həyata keçirən ADA Universitetinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilsin.

2. Müəyyən edilsin ki, ADA Universiteti İtaliya–Azərbaycan Universiteti çərçivəsində tətbiq etdiyi təhsil proqramlarını İtaliya Respublikasının ali təhsil müəssisələrinin akademik standartlarına uyğun qurmaq və idarə etmək hüququna malikdir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. İtaliya–Azərbaycan Universiteti layihəsinə cəlb olunması ilə əlaqədar ADA Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etsin;

3.2. İtaliya–Azərbaycan Universiteti layihəsi çərçivəsində kadr hazırlığı aparılan ixtisasları və təhsil alan tələbələrin sayını hər il müəyyən etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Müşahidə Şurası yaradılır - FƏRMAN

Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla müəyyən edilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

1.2. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.

2. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6, maddə 590, № 12, maddə 1405) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

“4.2-1. İdarənin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;”;

2.2. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.3. İdarənin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.”;

2.3. 5-ci hissə üzrə:

2.3.1. 5.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.1.3. Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;”;

2.3.2. 5.1.4-cü yarımbənd və 5.2-ci bənd ləğv edilsin;

2.3.3. 5.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.3.2. bu Fərmanın 5.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.”;

2.4. 7-ci hissə ləğv edilsin;

2.5. həmin Fərmanla təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” üzrə:

2.5.1. 3.2.18-ci yarımbənddən “Azərbaycan Respublikası Prezidentinin razılığı ilə” sözləri çıxarılsın;

2.5.2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. İdarənin idarə olunması

4.1. İdarə öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. İdarənin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.

4.3. Müşahidə Şurası (bundan sonra – Şura) İdarənin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər 4 (dörd) üzvdən ibarətdir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçi səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən İdarənin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.2. İdarənin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;

4.7.3. İdarənin fəaliyyətinə nəzarət etmək;

4.7.4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla İdarənin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiq etmək, o cümlədən İdarənin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.7.5. İdarənin təsərrüfat cəmiyyətlərinin yaradılması və onlarda iştirak barədə, həmçinin İdarənin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.6. İdarənin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.7.7. İdarənin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə İdarənin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.8. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.7.9. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.10. İdarənin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.11. İdarənin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.13. İdarədə daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.7.14. İdarənin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.7.15. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4.8. Şuranın sədri rübdə azı bir dəfə Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. Şuranın üzvlərinə, İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.

4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.13. Şuranın iclaslarının nəticəsi Şura üzvlərinin və Şuranın katibinin imzaladıqları iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Şura tərəfindən təsdiq edilərək İcraçı direktora göndərilir.

4.14. Şuranın katibini Şuranın sədri Şura üzvü olmayan əməkdaşlar sırasından təyin edir və katib Şuranın sədrinə hesabat verir.

4.15. Şuranın katibi:

4.15.1. Şuranın iclaslarını təşkil edir;

4.15.2. bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulan vəzifəni icra edir;

4.15.3. Şuranın iclaslarının protokolunu tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və İcraçı direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.17. Şura sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.18. Şuranın üzvləri:

4.18.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.18.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.18.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.18.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılmaq barədə təkliflər verirlər;

4.18.5. Şuranın qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.19. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.20. İdarənin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

4.21. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.

4.22. İcraçı direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.23. İcraçı direktorun vəzifələri aşağıdakılardır:

4.23.1. İdarənin fəaliyyətini təşkil etmək;

4.23.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

4.23.3. Şuranın qərarlarını icra etmək;

4.23.4. aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.23.5. İdarənin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.23.6. bu Nizamnamənin 3.1.34-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.23.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

4.23.8. bu Nizamnamənin 3.1.28-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.23.9. İdarənin cari fəaliyyətinə rəhbərlik etmək və onu təmsil etmək;

4.23.10. İdarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;

4.23.11. İdarənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;

4.23.12. özünün və İdarənin struktur bölmələrinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;

4.23.13. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində İdarənin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq etmək;

4.23.14. İdarənin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;

4.23.15. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, İdarənin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək;

4.23.16. İdarənin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;

4.23.17. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində İdarənin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;

4.23.18. İdarənin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq;

4.23.19. İdarənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;

4.23.20. İdarədə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;

4.23.21. İdarədə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;

4.23.22. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.”;

2.5.3. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.1. İdarənin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən olunmuş qaydada İdarənin idarəetmə orqanları həyata keçirirlər.”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev ölkəmizdə avtomobil qəzası keçirən Binəli Yıldırım və Şamil Ayrıma xəstəxanada baş çəkib - FOTO


Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.

Dövlətimizin başçısı xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.

Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi də öz növbəsində qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılmalarına və onların dərhal tibbi müayinədən keçirilərək müalicə almalarına görə dövlətimizin başçısına və tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər
İlham Əliyev ölkəmizdə avtomobil qəzası keçirən Binəli Yıldırım və Şamil Ayrıma xəstəxanada baş çəkib - FOTO
İlham Əliyev ölkəmizdə avtomobil qəzası keçirən Binəli Yıldırım və Şamil Ayrıma xəstəxanada baş çəkib - FOTO
İlham Əliyev ölkəmizdə avtomobil qəzası keçirən Binəli Yıldırım və Şamil Ayrıma xəstəxanada baş çəkib - FOTO
İlham Əliyev ölkəmizdə avtomobil qəzası keçirən Binəli Yıldırım və Şamil Ayrıma xəstəxanada baş çəkib - FOTO


XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO