[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elman Rüstəmovun baş bankirlikdən “təqaüdə” yox, müşavirliyə getməsinin sirri


Azərbaycanda yüksək vəzifədə, özü də eyni vəzifədə uzun müddət qalan şəxslər arasında Elman Rüstəmovun adı ilk yerlərdə gəlir. 27 il Mərkəzi Bank kimi ölkənin bank sektoruna, pul-kredit siyasətinə düzən verən bir quruma rəhbərlik edən sabiq baş bankir hazırda "təsəlliverici” vəzifədədir.

Bir neçə ay əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılaraq baş nazirə müşavir təyin olunub. Əlbəttə, heç vaxt Nazirlər Kabinetinə - baş nazirə tabe olmayan bir qurumun rəhbərliyindən baş nazirin müşaviri kimi texniki vəzifəyə göndərilmə ilk baxışdan çox ciddi eniş kimi görünür. Lakin son illərdə vəzifədən alınan məmurların başına gələnlərin müqabilində E.Rüstəmovun vəzifədən sürüşdürülməsi, bir növ, əfvə düşmə hesab olunur. Çünki yüksək vəzifə tutaraq külli miqdarda var-dövlət toplayan sabiq məmurların bir çoxu korrupsiya ittihamı ilə həbsə atılır, yaxud iqtidar komandasından tamamilə uzaqlaşdırılaraq, vəzifədə olduğu müddətdə hakimiyyətin müxtəlif qollarına yerləşdirdiyi adamlar da işdən kənarlaşdırılır. Buna görə də sabiq baş bankirin Nazirlər Kabineti aparatında az qala texniki bir vəzifəyə təyin olunması onun üçün böyük üstünlük kimi qiymətləndirilir...

Halbuki E.Rüstəmovun Mərkəzi Bank rəhbəri kimi çox böyük səhvləri olub və bu səhvlər dövlətə on milyardlarla manata başa gəlib. Rüstəmovun ən böyük səhvi 2014-2015-ci illərdə səmərəsizliyini bilə-bilə manatın məzənnəsini saxlamaq üçün 3-4 ay ərzində Mərkəzi Bankın 12 milyard dollarlıq ehtiyatını göyə sovurmasıdır. Bu addım onun baş verən iqtisadi prosesləri vaxtında və düzgün qiymətləndirməməsinin göstəricisi idi. E.Rüstəmovun bu addımının səbəbləri uzun müddət müzakirə mövzusu olmaqla, hətta onun devalvasiyalardan öncə külli miqdarda - bəzi mənbələr 700 milyon dollar məbləğində vəsaiti özünə yaxın banklar vasitəsilə xaricə çıxartdığına dair iddiaların yayılmasına gətirib çıxardı. Özünə yaxın banklar demiş, E.Rüstəmov Azərbaycanda məmur biznesi deyərkən göz önünə gələn ilk adlardan biridir. Uzun illərdir o, ölkədə və ondan kənarda qurulan böyük biznes imperiyasının sahibi kimi tanınır. Məsələ burasındadır ki, keçmiş baş bankir həm də biznesdə kifayət qədər "bacarıqlı” olub. Vəzifəsinə görə biznesdə birbaşa iştirakı qanunla qadağan olunsa da, E.Rüstəmov etibar etdiyi adamlar vasitəsilə maliyyə sektorunda və iqtisadiyyatın başqa sahələrində gəlirli şirkətlər formalaşdıra bilib.

Öz şirkətlərini məharətlə böhranlardan qoruyan E.Rüstəmov onlarla bankın batmasını müşahidə etməklə kifayətlənib. Uzun illər boyu həmin bankların normal girov təminatını almadan dost-tanışa böyük həcmli kreditlər paylaması Mərkəzi Bankın və onun rəhbərinin gözləri önündə baş verdi. E.Rüstəmov bilavasitə vəzifəsindən irəli gələn nəzarət mexanizmlərini işə salmağa tələsmədi, yaxud qəsdən salmadı. Nəticədə, iki ardıcıl və kəskin devalvasiyadan sonra məlum oldu ki, 15-ə yaxın bankın rəhbər heyətinin yaxınlarına paylanan nəhəng həcmli kreditlərin qaytarılması mümkün deyil. Bu isə həmin bankların iflasına gətirib çıxardı və onların bir neçə milyardlıq borcunu dövlət ödəməli oldu. Hansı ki, bağlanan bankların əmlakı və alacaqları həmin vəsaitin böyük hissəsini qarşılamır.

E.Rüstəmovun uğurlu biznes layihələri yalnız bank sektorunda deyil. Belə ki, biznes sektorundakı mənbələr keçmiş baş bankirin onunla birgə "Səba” Şirkətlər Qrupuna və "Bakı Sığorta” şirkətlərinə nəzarət etdiyini bildirirlər. "Səba” Şirkətlər Qrupuna "Səba” ASC, "Biləsuvar Aqro”, "Qarabağ Taxıl” şirkətləri, eləcədə "Gündəlik” ərzaq dükanları şəbəkəsi daxildir. Şirkətlər qrupu ölkənin ən böyük quş əti, kərə yağı istehsalçıları arasındadır. Sabiq baş bankirin şirkətlər qrupunda 37,5 faiz paya malik olduğu deyilir. Aydın məsələdir ki, bu pay birbaşa E.Rüstəmovun adında deyil. Bunun üçün o, doğma xalası oğlu Hidayət Quliyevin adından istifadə edir.

Bütün bunlardan əlavə, Elman Rüstəmov bir sıra məşhur avtomobil istehsalçılarının Azərbaycandakı distribütorlarının da sahibliyində iştirakçıdır. Bura ilk növbədə Yaponiyanın məşhur "Mitsubishi”, "Subaru”, "Toyota” avtomobilləri aiddir. Bu markalar satış sayına görə ölkənin avtoparkında birinci onluqda yer alır. Onların əsas müştəriləri yerli və xarici şirkətlər, səfirliklərdir.

Sabiq baş bankirin həm də tikinti, ictimai iaşə sahələrində, həmçinin Türkiyə və Gürcüstanın daşınmaz əmlak sektorunda da biznes fəaliyyətləri olduğu deyilir. Məşhur "Planet” şadlıq sarayının bütnlüklə, onun yaxınlığında ucaldılan çoxmərtəbəli yaşayış binasının isə 50 faizinin E.Rüstəmova məxsus olduğu bildirilir. Bundan əlavə, "Neon” restoranının arxasında tikilməkdə olan böyük şadlıq sarayında da Elman müəllimin yarı paya malik olduğuna dair məlumatlar yayılır.

Baş nazirin indiki müşavirinin Avropanın müxtəlif ölkələrindəki biznesinə qızı Günel Rüstəmova rəhbərlik edir. Onun Çexiya, Monteneqro, Sloveniya kimi ölkələrin turizm sektoruna iri məbləğli investisyalar yatırdığı qeyd edilir. G.Rüstəmovaya məxsus "GYUNEL LIMITED” şirkətinin bu ilin yanvarında təqdim etdiyi maliyyə hesabatına görə aktivləri 6.208.065 funt sterlinq (14 milyon manata yaxın) təşkil edir.

Qeyd edək ki, Elman Rüstəmovun qızının qayınatası - Əhməd Əhmədzadə də keçən ilin aprel ayında "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyindən uzaqlaşdırılıb. Rüstəmov-Əhmədzadə qudalarının 20 ildən yuxarı rəhbər olduqları sahələr iqtisadiyyatın açar sahələridir. Və onların rəhbərliyi altında bu sahələrin yüksək inkişaf yolu keçdiyini söyləmək mümkün deyil. Meliorasiya sahəsinə uzun illər boyu ayrılan vəsaitlərin həcmi milyardlarla manatla ölçülür. Ə.Əhmədzadənin meliorasiyaya ayrılan pullardan nə qədər "səmərəli” istifadə etdiyini isə onun oğlu, E.Rüstəmovunsa kürəkəni olan Cuma Əhmədzadənin xaricdəki biznes fəaliyyətindən görmək mümkündür. Belə ki, ona məxsus "Lipno Investment s.r.o.” şirkətinin sənədləri 2019-cu il iyun ayının 4-də Çexiyanın Maliyyə Nazirliyinə təqdim olunub. Şirkətin aktivləri 2 milyon 89 min dollar, bundan başqa, şirkətin qeyri-maddi mal varlığı 1 milyon 860 min dollar təşkil edir.

"Lipno Investment s.r.o.” adlı bu şirkət 2017-ci ildə Cuma Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (ər-arvad) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktivləri 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib.

Bu şirkət ər-arvadın Avropada sahib olduqları onlarla şirkətdən biri, sərvətlərinin bir damcısıdır.

E.Rüstəmovun Nazirlər Kabinetinə az qala ehtiyac olmayan bir vəzifəyə təyinatı ona toxunulmadığını göstərir: cəmiyyət bunu belə qiymətləndirir. Lakin mümkündür ki, bu, həm də onun göz önündə saxlanmasını təmin etmək üçün atılan addımdır, hakimiyyət onu nəzarətdən kənara buraxmır. Bu isə E.Rüstəmovun 27 ildə qurduğu böyük biznes imperiyasının hər an əlindən alınması təhlükəsinin olduğu deməkdir...Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bələdiyyə sədri və bacısının şok əməlləri: "Qızıl alverindən qazanc..."


Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Zərinə Məmmədova ifadə verib.

O bildirib ki, zərərçəkmiş Gülnaz Məmmədovanın qızıdır, təqsirləndirilən şəxslər onlara ümumilikdə 189 min 500 manat ziyan vurublar.

Zərinə Məmmədovanın sözlərinə görə, 2021-ci ilin əvvəlində bacısı Aygünün vasitəsi ilə Aytacı tanıyıblar: "Aytac bacıma dedi ki, qızıl alveri ilə məşğul olurlar. Bizi də bu işə cəlb etdi".

Şahid deyib ki, həmin ilin yanvar-mart aylarında Aytac və İlknura pul veriblər: "Martın 8-də bizə gəlir verilməli idi, amma verilmədi. Dedilər ki, martın 21-ə kimi ödəniş olacaq. Amma ödəniş olmadı".

Şahid deyib ki, sonradan İlknur onların evində şikayət etməmələri üçün hədə-qorxu gəlib: "Dedi ki, Dövlət Təhlükəsizliyi Xidmətində adamı var, şikayət etsək də, nəticəsi olmayacaq. Aprel ayında şikayət etdik. Bizə dəymiş ziyan bu günə kimi də ödənilməyib".

Şahid deyib ki, sonradan Aytac onlara ziyanın ödənilməsi üçün torpaq sənədi verib: "Biz həmin sənədi yoxlatdıq. Sənədin saxta olduğu üzə çıxdı".

Prokuror Vüqar Quliyevin suallarını cavablandıran şahid deyib ki, anasının adına olan özünə məxsus evini, avtomobilini satıb, həmin pulu da Aytac və İlknura verib. Anası, bacısı və özü tərəfindən verilən pulların ümumi dəyəri 189 min 500 manat olub: 'Həmin puldan biz heç bir qazanc əldə etmədik".

Şahid deyib ki, 50 min manatlıq qızılın gəliri üçün 25 min manat qazanc əldə edəcəkdilər. Şahid əlavə edib ki, İlknurun onlardan pul almasını danışığı ilə video çəkiliş ediblər: "İlknur həmin videoda bizdən nə qədər pul aldığını etiraf edib. Aytac həmin vaxt Azərbaycanda olmadığı üçün onu çağıran bilməmişdik".

İlknur Turkut isə onun videoya çəkilməsini belə izah edib: "Həmin çəkilişdən xəbərim olmayıb. Onlara getmişəm. Mənə dedilər ki, anam xəstədir, nə desək təsdiq elə. Mən də onların dediyi kimi danışmışam. Çəkiliş aparılmasından xəbərim olmayıb. Ümumiyyətlə, onlara DTX söhbbətini etməmişəm".

Daha sonra zərərçəkmiş Gülnaz Məmmədovanın vəkili vəsatətlə çıxış edib. O deyib ki, həbsdə olan təqsirləndirilən İlknur Əliyeva zamindədir. Zamində olan təqsirləndirilən şəxs şahidlər təzyiq göstərir: "Sonuncu iclasda da müdafiə etdiyim Gülnaz Məmmədovaya və onun qızlarına söz atıb, təzyiq göstəriblər. Bu səbəbdən İlknur Əliyevanın barəsində olan ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsini, onun barəsində həbs qətinkan tədbirini seçilməsini istəyirik".

Vəkil həmçinin cinayət işi üzrə məhkəmənin sürətləndirilməsini istəyib. Məhkəmə vəsarəti təmin etməyib.

Növbəti proses noyabrın 1-də davam edəcək.

İttihama görə, Aytac Əliyeva və bacısı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçiriblər.

İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər.

Təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmişlərə vəd veriblər.

Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.

Onlar zərərçkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vurublar.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.Teleqraf.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cahangir Əsgərovun həyat yoldaşına məxsus bankın gəlirləri 3 milyon azaldı - RƏQƏMLƏR


Bu ilin ilk 3 rübü ərzində "Premium Bank” ASC-nin xalis mənfəəti 4 milyon 12 min manat olub.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankın mənfəəti 42,7% və ya 2 milyon 987 min manat azalıb.

Belə ki, 2021-ci ilin ilk 3 rübü ərzində "Premium Bank”ın xalis mənfəəti 6 milyon 999 min manat olub. "Premium Bank”ın xalis mənfəəti 2020-ci ilin eyni dövründə isə daha çox - 7 milyon 650 min manat təşkil edib.

Məlumat üçün bildirək ki, "Premium Bank”ın əsas səhmdarı olan Zərifə Həmzəyeva “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

Hazırda bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur. Bu isə o deməkdir ki, “Premium Bank” ASC-də Zərifə Həmzəyevaya məxsus 130,6 milyon manat var.

Onu da bildirək ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək “Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və “Premium Bank” adlandırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfər Mehdiyev “Gömrük İşi”nin istintaqına cəlb olunub - SABİQ KOMİTƏ SƏDRİ SAATLARLA DİNDİRİLİR


Bir müddət bundan əvvəl Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılan Səfər Mehdiyev həbs edilən gömrük generallarının işi üzrə istintaqa ifadə verib.

Bir neçə gün davamlı olaraq istintaqa dəvət olunan Səfər Mehdiyev ayrı-ayrı epizodlar üzrə saatlarla istintaqın suallarını cavablandırıb.

Xatırladaq ki, hüquq-mühafizə orqanları Gömrük Komitəsinin çoxsaylı vəzifəli şəxslərini həsb edib.

Həmin şəxslər rüşvət almaqda, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma cinayətlərində təqsirli bilinir.

Qeyd edək ki, Səfər Mehdiyev 2004-cü ildən 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından sədrin birinci müavini vəzifəsində çalışıb. 23 aprel 2018-ci ildə isə Dövlət Gömrük Komitəsinə sədr təyin edilib. //Gununsesi.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu karqo şirkəti oğurluqda ittiham olunur... - MÜRACİƏT


""Sunex.az" kargo xidmətindən bağlamamı götürdüyüm zaman bağlamanın paketi açılmışdı". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elvin adlı istifadəçi giley edir.
Bu karqo şirkəti oğurluqda ittiham olunur... - MÜRACİƏT

Narazı vətəndaş daha sonra bildirir: "Və içində satıcının qoyduğu hədiyyələr yox idi. Paketin açılma səbəbini soruşanda "ola bilsin ki, gömrüyün açdığını" bildirdilər. Mən isə daha əvvəl də bu sifarişi verdiyimi, lakin belə bir hal olmadığını bildirəndə "bizlik olmadığını" dedilər. Hədiyyə məsələsini soruşanda isə durub üzümə baxdılar, heçnə deyə bilmədilər.
Bu karqo şirkəti oğurluqda ittiham olunur... - MÜRACİƏT

Əmin olmaq üçün evə gəlib trendyolda satıcıdan bu haqqda məlumat aldım, və paketin içinə mütləq hədiyyə qoyulduğunu doğruladım. Mən özüm çoxdandır Sunexin müştərisiyəm və hardasa 20 yə yaxın sifarişim olub bu kargo vasitəsilə. Bu da bunların daimi müştərilərinə qarşı olan münasibəti".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bu işi Abbas Abbasovun oğlu qurub, Zakir Qaralov isə...” – Müstəntiqdən şok açıqlamalar


Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və onunla birlikdə mühakimə olunan sabiq polis əməkdaşı Ramin Talıbovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Ramin Talıbovun vəkili bir neçə vəsatətlə çıxış edib. Vəkilin ilk vəsatəti müdafiə etdiyi şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi olub. O bildirib ki, müdafiə etdiyi şəxs barəsində istintaq orqanı tərəfindən verilən ittihamda heç bir sübut yoxdur: “20 il əvvəl istintaqa ifadə verən Hindistan vətəndaşları deyiblər ki, Samir Kərimovun yanında bir cavan polis əməkdaşı olub, həmin polis əməkdaşı kənarda dayanıb, heç bir halda müdaxiləsi olmayıb. Bundan başqa, müdafiə etdiyim şəxsin həmin adamlarla telefon danışığı da olmayıb”.

Prokuror isə deyib ki, bu məsələyə məhkəmə araşdırmasının sonunda qiymət verilməlidir.

O, vəsatətin baxılmamış saxlanılmasını istəyib. Hakimlər hazırkı mərhələdə vəsatəti baxılmamış saxlayıblar.

Daha sonra vəkil prosesin audioyazı ilə aparılması barədə vəsatət verib. Hakimlər hazırkı mərhələdə prosesin audioyazı ilə aparılması üçün texniki imkanların olmadığını deyiblər. Bu səbəbdən vəsatət təmin olunmayıb.

Bundan sonra vəkil müdafiə etdiyi Ramin Talıbovun əleyhinə ifadə vermiş bəzi şahidlərin dindirilməsi barədə vəsatət verib.

Vəkil qeyd edib ki, həmin şahidlər 13 il əvvəl prokurorluqda dindirilsələr də, cinayət işi sonradan yenilənən zaman həmin şahidlərin dindirilməsi, təqsirləndirilən şəxslərlə üzləşdirilməsi təmin olunmayıb.

Bu vəsatəti digər təqsirləndirilən Samir Kərimovun vəkili Kamandar Nəsibov da dəstəkləyib. Onun sözlərinə görə, sabiq baş prokuror Zakir Qaralovun Samir Kərimovla yaxşı münasibətləri olub.

O qeyd edib ki, Qaralova kostyumu da Samir Kərimovun atası alıb. Vəkilin sözlərinə görə, Abbas Abbasovun oğlu Aydın Abbasovun şikayətindən sonra Samir Kərimovla bağlı araşdırma başlanılıb. Vəkil deyib ki, şikayətçi Hindistan vətəndaşları Aydın Abbasovun himayədarlığı altında olublar:

“Aydın Abbasovun müraciətindən sonra Zakir Qaralov məsələyə qarışıb. Amma Samir Kərimovla bağlı heç bir araşdırma aparılmayıb. Biz müdafiə tərəfi olaraq dəfələrlə bununla bağlı istintaqa müraciəöt etsək də, bu iş dondurulub. Cinayət işinin icraatı dayandırılıb. Biz də hesab edirik ki, həmin şahidlər cinayət işi təzələnəndən sonra dindirilməli idilər. Amma istintaq nədənsə bunu etməyib. Biz də həmin şahidlərin dindirilməsinin təmin olunmasını istəyirik”.

Samir Kərimov deyib kİ, hazırda 62 yaşı var, ürək-damar sıxıntısı xəstəliyi keçirib, həmçinin kəskin böyrək çatışmçazlığından əziyyət çəkir. Göz yaşlarını saxlaya bilməyən Samir Kərimov deyib ki, prokurorluq orqanlarında bir sıra yüksək vəzifələrdə xidməti olub, sonuncu iş yeri isə Bakı şəhər prokurorluğunda müstəntiq vəzifəsi olub. O bildirib ki, Baş prokurorluqda onun vəzifəsi daha yüksək olub və Zakir Qaralovun baş prokuror təyin olunması üçün təqdimatın verilməsində iştirak edib.

Samir Kərimov əlavə edib ki, Zakir Qaralov baş prokuror təyin olunandan sonra onu Baş Prokurorluqdan kənarlaşdırıb və Bakı şəhər Prokurorluğuna müstəntiq təyin edilib.

Samir Kərimov qeyd edib ki, bu cinayət işi üzrə 1 il istintaq aparılıb və işlə bağlı onu kiminləsə üzləşdirməyiblər.

Müşavirə keçirən hakim heyəti isə vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıb. Hakim İradə Həsənzadə deyib ki, cinayət işi üzrə əsas şahidlər dindirildikdən sonra əlavə şahidlərin dindirilməsi məsələsi müzakirə olunacaq.

Daha sonra Ramin Talıbovun vəkili o dövrdə bölmə rəisi işləyən Ülvi Allahyarovun əlavə şahid qismində dindirilməsi barədə vəsatət verib. Vəkilin bu vəsatəti təmin edilib. Hakim deyib ki, əsas şahidlər dindirildikdən sonra bu şahidin dindirilməsi təmin olunacaq.

Bundan sonra Samir Kərimovun vəkili Kamandar Nəsibov deyib ki, müdafiə etdiyi şəxs Baş Prokurorluqda müxtəlif yüksək vəzifələrdə çalışıb. Onun sözlərinə görə, sonuncu iş yeri isə Bakı şəhər Prokurorluğu olub və sonradan işdən çıxarılıb.

Kamandar Nəsibov bildirib ki, işdən çıxarılandan sonra Samir Kərimovun barəsində araşdırma başlanıb: “Bununla bağlı biz müdafiə tərəfi olaraq Baş Prokurorluğa dəfələrlə müraciət etmişik. Teleqramlar vurmuşuq. Bununla bağlı iş mareriallarında da var. Samir Kərimov burada iş tapa bilmədiyi üçün Rusiyaya gedib. Orada vətəndaşlığı qəbul edib, Rusiyada yaşayıb, amma heç yerdə gizlənməyib. Dəfələrlə Azərbaycanın Rusiyadakı səfirliyində olub, onların təşkil etdikləri tədbirlərdə iştirak edib.

Rusiyada olmasına baxmayaraq Samir Kərimov yenə də barəsində aparılan araşdırma ilə bağlı teleqramalar göndərib, dindirilməsini istəyib. Amma bu məsələ araşdırılmayıb. Bir gün Samir Kərimov səfirliyə gedib. Orada Daxili İşlər Nazirliyinin nümayəndəsi onu qəbul edib və deyib ki, barəsində araşdırma başlanıb. Bundan sonra onu Moskva prokurorluğuna aparılıb. Azərbaycan tərəfi onu tələb edib.

Amma Moskva prokurorluğa Samir Kərimovu təhvil verməyib və onun barəsində olan cinayət işinin materiallarını tələb edib. Azərbaycan prokurorluğu isə onun barəsində olan sənədləri Moskva prokurorluğuna göndərməyib. Biliriblər ki, onların sənədləri orada bərbad vəziyyətə düşəcək”.

Kamandar Nəsibov deyib ki, sonradan Daxili İşlər Nazirliyinə müraciət ediblər: “Nazirlikdən Samir Kərimovun barəsində axtarışın ləğv edildiyini deyiblər. Bir il sonra isə müraciətimizə cavab olaraq bildirilib ki, həmin sənədlər məhv edilib. 2004-cü ildən 2022-ci ilin fevralına kimi Samir Kərimovun barəsində axtarış aparılmayıb. Bu da rəsmi sənədlərlə iş materillarında öz təsdiqini tapır.

Həmçinin Samir Kərimov şəxsiyyət vəsiqəsini yeniləmək üçün ASAN xidmətə müraciət edir. Səhəri gün isə onu həbs edirlər. Bildirmək istəyirəm ki, Samir Kərimovun xəstəliyi var. Onun həbsdə saxlanılmasına ehtiyac yoxdur. Bundan əlavə, cinayət işinin cəlb etmə müddətinin vaxtı da keçib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirik”.

Samir Kərimov bildirib ki, onun bu işlərdə heç bir günahı yoxdur: “Məhkəmə araşdırması zamanı da bu müəyyən olunacaq. Mən də bu işə aydınlıq gətirilməsini istəyirəm. Bu işi Abbas Abbasovun oğlu Aydın Abbasov qurub”.

Prokuror isə deyib ki, təqsirləndirilən şəxs hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. Onun sözlərinə görə, Samir Kərimov Rusiyaya gedib və bundan sonra da ad-soyadını dəyişib: “2006-cı ildə isə Rusiya vətəndaşlığını alıb. Başqa ad-soyadla Azərbaycana gəlməsindən heç kim xəbərdar ola bilməzdi”.

Bu zaman prokurorla vəkil Kamandar Nəsibov arasında mübahisə yaranıb. Hakim isə vəkilə xəbərdarlıq edib. Müşavirə keçirən hakim heyəti Samir Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin etməyib.

Daha sonra çıxış edən Samir Kərimov deyib ki, o, hələ müstəntiq olan zaman Zakir Qaralovun göstərişi ilə barəsində araşdırma aparılması başlanılıb:

“Digər otaqda bununla bağlı araşdırmalar aparılırdı. Mənə bir söz deyilmirdi. Hiss edirdim ki, mənimlə bağlı nəsə bir iş görürlər. Bununla bağlı özüm Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getdim. Orada məni Nurəddin adlı müstəntiq dindirdi. Ondan sonra məni heç kim heç yerə çağırmayıb, dindirən olmayıb. Burada iş axtarsam da, tapa bilmədim. 2004-cü ildə Rusiyaya getdim. Orada vəkil olmaq üçün sənəd verdim. Rusiyada olduğum zaman səfirliyin tədbirlərindən iştirak etmişəm. Qanuna görə, cinayət işinin cəlb etmə müddətinin vaxtı 12 ildir. Amma bu işin üstündən 12, 14 il yox, düz 18 il keçib”.

Samir Kərimov cinayət işi üzrə adı keçən 11 nəfər Hindistan vətandaşının yerinin müəyyən edilməsini və məhkəmədə dindirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə baxışı oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və onunla birlikdə mühakimə olunan Ramin Talıbovla qabaqcadan əlbir olub, Hindistan vətəndaşlarından rüşvət alıb.

İstintaq sənədlərinə görə, 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən Samir Kərimov Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşı polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətə gedib.

Sabiq müstəntiq şirkətə baxış keçirib, hindistanlıları yararsız yuyucu tozlar satmaqda ittiham edib.
Bundan sonra müstəntiq məsələnin bağlaması üçün Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb.

Təqsirləndirilən Ramin Talıbov isə həmin vaxt sahə inspektoru kimi fəaliyyət göstərib, müstəntiqin tələbi ilə onunla birgə gedib.

Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə Samir Kərimov ölkəni tərk edib.

Faktla bağlı Samir Kərimov və Ramin Talıbov barəsində cinayət işi açılıb. Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.

İttiham olunan Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə sabiq müstəntiq Samir Kərimov cinayət hadisəsi törətdikdən sonra ölkədən çıxdığı üçün iş 20 il ərzində dayandırılıb. Bu ilin əvvəlində isə cinayət işi yenilənib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Təqsirləndirilən şəxslərdən Samir Kərimov həbsdə, Ramin Talıbov isə zamindədir.
Xatırladaq ki, Hindistan vətəndaşlarını işlədiyi şirkət baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus olub.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və onunla birlikdə mühakimə olunan Ramin Talıbovla qabaqcadan əlbir olub, Hindistan vətəndaşlarından rüşvət alıb.

Samir Kərimov 2001-ci ildən axtarışda olub və ötən il həbs olunub.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən Samir Kərimov həbsdə, Ramin Talıbov isə zamindədir.
Teleqraf.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bolt”dan taksi çağıranda diqqətli olun... - Yoxsa 2 qat ödəməli olacaqsınız


“Bolt” taksi xidmətinə məxsus tətbiq vasitəsilə eyni anda iki ünvana sifariş verdiyiniz zaman, gediş məsafəsi və buna uyğun olaraq da qiymət yaxındakı (birinci seçdiyiniz) ünvandan uzaqdakı (ikinci seçdiyiniz) ünvana deyil, əksinə uzaqdakı ünvandan yaxındakı ünvana hesablanır.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu cür anormal vəziyyətlə üzləşməmək üçün insanlar “Bolt” tətbiqindən əlavə düzəlişlər etməlidir.

Məlumdur ki, insanlar adətən “Bolt” tətbiqində əvvəlcə gedəcəyi birinci ünvanı seçir, daha sonra ekranın sol yuxarı künçündəki “+” işarəsi vasitəsilə ikinci ünvanı seçir və ekranda yaşıl fonda iri hərflərlə yazılan “Seçin” (“Select”) işarəsinin üzərinə basır.
“Bolt” tətbiqi bu zaman avtomatik olaraq əvvəlcə ikinci, sonra isə birinci seçdiyiniz ünvanları gediş istiqaməti kimi göstərir.
Belə vəziyyətlə üzləşməmək üçün ekranın sol yuxarı künçündəki işarənin üzərinə basaraq sıralamanı yenidən düzəltmək lazımdır.

Amma məlumdur ki, insanlar adətən taksi sifariş edərkən bir ünvan seçirlər və bu zaman ekranın sol yuxarı küncündəki işarə(lər) onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Bu səbəbdən insanlar bəzən eyni anda iki ünvan seçdikləri zaman da sol yuxarı künçündəki işarəyə əhəmiyyət vermirlər. Haqlı olaraq hesab edirlər ki, tətbiq bir ünvanda olduğu kimi, iki ünvanda da müştərinin ardıcıllıqla seçdiyi ünvanları qəbul edəcək. Amma, göründüyü kimi belə olmur və müştərilər səhv istiqamətdə getməyə, həmçinin artıq gediş haqqı ödəməyə məcbur olurlar.
Məsələn, biz Yeniavaz.com saytının yerləşdiyi ünvandan (Tbilisi pr. 1058-ci məhəllə) cəmi 700 metr uzaqlıqda yerləşən 8 Noyabr metrostansiyasının yerləşdiyi ünvana (Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə), ordan isə 8 km uzaqlıqda yerləşən Binəqədi Mədəniyyət Evinin yerləşdiyi ünvana (G.Ramazanov küçəsi 4 ) getmək istəyirik.
Tətbiqdə gedəcəyimiz ünvanları ardıcıllıqla (yaxından uzağa doğru) yazmağa başlayırıq... Əvvəlcə 8 Noyabr metrostansiyasını qeyd edirik və dərhal ekranda gediş haqqının 1,41 azn (Eco) olduğu göstərilir. Daha sonra ekranın yuxarı sağ küncündəki “+” işarəsi vasitəsilə ikinci ünvanı G.Ramazanov küçəsi 4-ü (Binəqədi Mədəniyyət Evinin) seçirik. Binəqədi Mədəniyyət Evini gedəcəyimiz ikinci ünvan kimi seçməyimizə baxmayaraq tətbiq oranı birinci ünvan kimi qəbul edir və istiqaməti dəyişərək əvvəlcə 8 km uzaqlığa, ordan isə 700 metrlik yaxın məsafəyə hesablama aparır. Nəticədə “Yeniavaz.com” – “Binəqədi Mədəniyyət Evi” – “8 Noyabr M/S” xətti üzrə gediş haqqı 7,93 azn göstərir. Məlumdur ki, insanlar əksər hallarda ekrandakı gediş istiqamətinə diqqət etmirlər, hətta bir çox insan diqqət etsə belə istiqamətin düz, ya da səhv olduğunu anlaya bilməyəcək.
“Bolt” taksi şirkətinin bunu bilərəkdən (əlavə qazanc əldə etsin deyə) etdiyi, yoxsa bizim bilmədiyimiz hansısa başqa bir səbəbdən etdiyini öyrənmək üçün suallarımızı şirkətin "e-mail" ünvanına yolladıq. Şirkət suallarımızı cavablandırdığı təqdirdə yazıya əlavə olunacaq.
Məlumat üçün bildirək ki, “Bolt” taksi xidmətini həyata keçirən şirkətin rəsmi adı “Bolt Services Az” MMC (VÖEN- 1503463041) adlanır. MMC 13 fevral 2017-ci ildə "Taxify Azerbaijan” MMC adı ilə dövlət qeydiyyatına alınıb. Sonradan şirkətin adı “Bolt Services Az” MMC olub. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Əzizov Naim İlxas oğludur.
Onu da qeyd edək ki, bir neçə ay əvvəl “Bolt” ilə əməkdaşlıq edən taksi sürücüləri etiraz aksiyası keçirərək şirkətə qarşı tənqidlər səsləndiriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - YENİLƏNİB

Bu gün AMEA-da prezident seçkiləri keçiriləcək.

Seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin əsas namizəd olacağı gözlənilir.

Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın strukturunda dəyişiklik edilib.Yeni strukturda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Akademiyanın işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.

Xatırladaq ki, R.Mehdiyev bu ilin fevralında istefa verib.

***

10:53

Seçkinin qapalı keçiriləcəyi gözlənilir.

***

12:02

Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiqlənib.

***

12:34

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

Qeyd edək ki, 73 yaşlı İsa Həbibəyli buna qədər AMEA-nın vitse-prezidenti olub.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycan” İES-də modernizasiya işləri aparılacaq - SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVt artırılması ilə əlaqədar rasional modernləşmənin həyata keçirilməsi iqtisadi, texniki, enerji sisteminin etibarlılığı, dayanıqlılığı və təhlükəsizliyi cəhətdən zəruridir.


Sərəncamda ölkə üzrə iri sənaye müəssisələrinin yaradılması, eləcə də əhalinin sosial rifahının artması ilə əlaqədar növbəti illərdə böyük həcmdə generasiya güclərinə yaranacaq tələbatın qarşılanmasının və ölkənin ixrac potensialının artırılmasının vacibliyini nəzərə alaraq, “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyasının həyata keçirilməsi məqsədilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması üçün zəruri tədbirlər görülməsi tapşırılıb.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması məqsədilə maliyyə vəsaitinin cəlb edilməsi, idxal olunacaq avadanlıqların və ehtiyat hissələrinin idxal gömrük rüsumlarından azad olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçı müəssisələrdən elektrik qurğu və avadanlıqların alınması və modernizasiya işlərinə podratçı təşkilatların cəlb olunması ilə əlaqədar tədbirlər görsün;

2.2. “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində görülən işlərlə əlaqədar avadanlıqların və ehtiyat hissələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na uyğun olaraq dövlət zəmanətli kreditlərin cəlb edilməsi ilə bağlı məsələləri həll etsin;

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO