[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Ərdoğana başsağlığı verdi


Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Bartın vilayətindəki mədəndə baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər Laçını və Daşkəsəni ATƏŞƏ TUTDU


Oktyabrın 14-ü axşam saatlarından 15-i gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Hacılar və Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Mövqelərimizi dəqiqləşdirməyə həmişə ehtiyac var” - Prezident


“Bizim münasibətlər nə dərəcədə dinamik inkişaf etsə də, Siz dediyiniz kimi, bir çox məsələlər üzrə mövqelərimizi dəqiqləşdirməyə həmişə ehtiyac var”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
“Biz ölkələrimiz arasında münasibətlərin bu cür inkişaf etməsinə görə çox şadıq. Fikrimcə, bu münasibətlər ən yüksək səviyyəyə - müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb və biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik”, - Azərbaycan Prezidenti qeyd edib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İqtisadi operatorlarımız Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə yatırıblar” - Putin


Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri kimi qalmaqdadır və əmtəə dövriyyəsi ötən il 14 faiz, bu ilin ilk 7 ayı ərzində 7 faizdən çox artıb. Bizim iqtisadi operatorlar Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə yatırıblar.

Bunu Astanada Prezident İlham Əliyevlə görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Hökumətlərarası Komissiyanın həmsədrlərinin müntəzəm görüşdüklərini bildirən Rusiya Prezidenti deyib:

“İşlər Sizin təklif etdiyiniz plan üzrə gedir. Düşünürəm ki, 2024-cü il də daxil olmaqla, Sizin tərəfinizdən təklif olunan bir sıra perspektivli, maraqlı layihələr üzrə gedir. Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri də həmişə diqqətdə saxlayırıq. Ümidvaram ki, bütün bu məsələlər üzrə bir daha danışmaq fürsətindən də istifadə edəcəyik və mövqelərimizi dəqiqləşdirəcəyik”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev İbrahim Rəisi ilə görüşdü - Fotolar+Yenilənib


Oktyabrın 13-də Prezident İlham Əliyevin Astanada İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.

***

Görüşdən məmnunluğunu ifadə edən Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının İran İslam Respublikasının qonşuları içərisində ölkəsi üçün çox vacib tərəfdaş olduğunu bildirdi. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən İran Prezidenti dedi ki, İranın Azərbaycanla əməkdaşlığı hərtərəfli inkişaf etdirmək üçün ciddi niyyəti var.
Ətraflı

Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyini dedi.

Dövlət başçısı xüsusilə Xəzəryanı ölkələr arasında münasibətlərin dostluq əsasında inkişafından razılığını ifadə etdi.

Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırdı. Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib. Dövlətimizin başçısı Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd etdi.

Görüşdə İranla Azərbaycan arasında Ağbənd körpüsünün açılışının həm rəmzi, həm də böyük praktiki əhəmiyyətinin olduğu qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıldı.
İlham Əliyev İbrahim Rəisi ilə görüşdü - Fotolar+Yenilənibİlham Əliyev İbrahim Rəisi ilə görüşdü - Fotolar+Yenilənibİlham Əliyev İbrahim Rəisi ilə görüşdü - Fotolar+Yenilənib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərbaycan Zəngəzur dəhlizini açmağı hədəfləyir" - Başqa yolu YOXDUR!


"27 Sentyabr 2020-ci ildə başlayıb 44 gün ərzində Azərbaycanın zəfəri ilə bitən II Qarabağ savaşından sonra həm Azərbaycan, həm də dünyada yeni dövrün əsası qoyuldu.
10 Noyabr 2020-ci ildən etibarən Azərbaycanın xarici siyasət strategiyada yeni konsepsiyaya keçməsi getdikcə öz məntiqi nəticəsini verməkdədir".

Bu barədə “Sherg.az”a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bildirib. O qeyd edib ki, Azərbaycanın seçdiyi xarici siyasi strateji xətt çoxşaxəli xarici siyasət strategiyasından ibarətdir:
" Azərbaycan bir tərəfdə Ermənistanı sülhə məcbur edib, Zəngəzur dəhlizini açmağı hədəfləyir. Digər tərəfdə Avropa ilə enerji sahəsində əməkdaşlığı dərinləşdirir. Naxçıvana keçid üçün İranla anlaşmaya imza atır. Ukrayna müharibəsindən öncə Rusiya ilə müttəfiqlik müqaviləsi imzalayır. Həmçinin Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının dialoq ortağı olaraq sammitə önəmli tərəf kimi qatılır. Avropa Siyasi Birliyinin Praqada keçrilən ilk sammitinə dəvət alır və orada 30 ildən sonra Avropanın gözü önündə Ermənistana Azərbaycanın ərazisini tanıtmağı bacarır.

Nəhayət, bütün türkdilli dövlətlərlə müttəfiqlik haqqında sənədə qol çəkir. Asiyada təhlükəsizlik və əməkdaşlıq platformasında aktiv şəkildə iştirak edir.

Azərbaycan ən çətin vəziyyətdə belə dünyanın mövcud şərtlərini nəzərə almaqla yanaşı, həm də balanslı xarici siyasət qurmaqla, öz təhlükəsizliyini təmin etməklə region və dünya dövlətləri ilə aktiv xarici siyasət yürüdür. Ən başlıca şərt siyasəti və onun şərtlərini bilməkdən asılıdır.

Azərbaycan prezidenti cənab İlham Əliyevin uzun dövlətçilik təcrübəsi və dərin siyasi savadı imkan verir ki, hətta kiçik dövlət olmağımıza baxmayaraq, əlimizdə olan maddi və mənəvi resurslarımızdan səmərəli şəkildə faydalanmaqla dünyanın nəhəng dövlətləri ilə bir masada nüfuz mübarizəsi apara bilək".

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edib. Ölkəmizin başçısı Zəngəzur dəhlizi məsləsinə toxunaraq qeyd edib:
"Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Hörmətli həmkarlar, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səhiyyə naziri, TƏBİB-in rəhbərliyi hara baxır..? - İLGİNC İDDİALAR...


Haqqında bəhs edəcəyimiz Fazil Alməmmədov haqqında qısa məlumat verək.

Deməli, Fazil Alməmmədov Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkim olub. 2017-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya baş həkim təyin edilib. O zaman 35 yaşı olan Fazil Alməmmədovun Bakının ən böyük xəstəxanalarından birinə baş həkim təyin olunması xeyli suallar yaradıb.

Sonradan isə Fazil Alməmmədov TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinə direktor təyin olunub. Məlumat üçün qeyd edək ki, Mərkəzin direktoru olan Fazil Alməmmədov artıq təkcə 5 saylı xəstəxanaya deyil, həm də 6, 7, 8, 18 saylı şöbələrə də rəhbərlik edir. Hansı ki, həmin şöbələr vaxtilə müstəqil xəstəxanalar olublar.

Sözümüzün canı odur ki, TƏBİB-in “səxavəti” nəticəsində Fazil Alməmmədovun “səhiyyə biznesi” birdən birə 5-6 dəfə böyüyüb. Və Fazil doktor da “əl əli yuyar, əl də üzü” prinsipinə sadiq qalaraq TƏBİB rəhbərliyi qarşısında “borclu” qalmayıb.

Gəlin ölkə mediasında 35 yaşlı gənc Fazil Alməmmədovun barəsində yazılanlara ötəri nəzrə salaq. Bütün maxinasiyaları bir kənara qoyub Fazil Alməmmədovun keçirdiyi 100 minlik saxta tenderləri qeyd eləsək çox uzun olacaq. Qeyd edək ki, kotirovka sorğularının nəticələri ictimaiyyətdən gizlədilib. Abadlaşdırma xidmətləri üzrə, İsitmə sistemlərinə xidmət üzrə, Digər malların alınması üzrə, Yangınsöndürən balonların doldurulması üzrə, İcarə və muzdlu xidmətlər üzrə, Torpaq, tikili və avadanlıqlar üzrə, Maşın və avadanlıqlar üzrə, Mətbəə məhsulları üzrə, Yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə, Dəftərxana və təsərrüfat xərcləri üzrə, Mühafizə xidməti üzrə... Bu siyahını uzatmaq da olar.

Ancaq bir neçə tenderə nəzər salaq: Təmir üzrə 92 793 manat, Mühafizə xidmətlərinə 105 800.69 manat, Maşın və avadanlıq mallarının satınalınması üzrə 137 757.92 manat... Görəsən, Fazil Alməmmədov hansı mühafizəyə 105 min manat xərcləyib..?

Deyirlər, Fazil Alməmmədov cangüdənlə gəzir, hətta ona yaxın düşmək mümkün deyil... Əgər buna şübhəniz varsa, buyurun Fazil Alməmmədovun tabeçiliyində olan, “Nərimanov Tibb Mərkəzi”nin Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında provizor-həkim vəzifəsində işləyən xanımın dövlət başçısına müraciətini oxuyun: Həkim xanım dövlət qurumlarından tələb edir ki, Fazil Alməmmədovun maliyyə maxinasiyaları yoxlanılsın, koronavirusdan qazandıqları ortaya çıxsın: “ Fazil Alməmmədov həkimlərin əlavə əmək haqqını niyə vermir..?

Mən Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 112 nömrəli “Yeni növ Koronavirus ( COVİD-19 ) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarın 1.1 bəndinə uyğun olaraq vəzifə maaşının 3 misli məbləğində əlavə əmək haqqını 2021-ci ilin noyabr ayına kimi almışam. Sonrakı dövrlər üçün əlavə ödənişləri “Nərimanov Tibb Mərkəzi”nin baş direktoru Fazil Alməmmədov ödəməkdən imtina edir. Hörmətli Alməmmədova rəsmi müraciət etməyimə baxmayaraq, müraciətimə cavab o yana, heç qəbul etmədi. Bu cənabın köməkçisi, müxtəlif cangüdənləri var. Bu cangüdənlər heç vətəndaşı “Hörmətli Alməmmədova” yaxınlaşmağa qoymurlar”. İndi gördünüzmü, Fazil Alməmmədovun işçisi belə ona yaxınlaşa bilmir, cangüdənlər qoymur. Bunu biz demirik ee, Alməmmədov… Bütün bu maliyyə maxinasiyaları azmış kimi, Fazil Alməmmədov ölkənin tibbi kadr korpusunu da məhv edir. Belə ki, təcrübəli, savadlı, həkim adına layiq olan kadrları işdən uzaqlaşdırıb, özü kimi “biznesmen-həkimləri”, alverçiləri vəzifəyə təyin edir. Özü də çox nəzakətsiz şəkildə…
Bəli, redaksiyamıza daxil olan məlumata görə, Fazil Alməmmədov bu yaxınlarda Nərimanov Tibbi Mərkəzə tabe olan 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbə ) baş həkim təyin edib. Hansı ki, həmin polklinikada 35 il işləyən, sahə həkimindən başlayaraq şöbə müdiri vəzifəsinə yüksələn Gülnar Əfəndiyeva orada baş həkimi əvəz edirdi.

Daha doğrusu, 1 saylı şöbəyə çevrilən 8 saylı poliklinikada baş həkim vəzifəsi ləğv olunmuşdu, amma şöbəyə Gülnar Əfəndiyeva nəzarət edirdi.
Təsəvvür edirsiniz Fazil Alməmmədov 18 saylı poliklinikada ( indiki 2 saylı şöbə ) baş həkim işləyən, 67 yaşlı Şəhla Məmmədovanı şöbəyə “müdir” təyin edir, 55 yaşlı, 35 il iş təcrübəsi olan Gülnar Əfəndiyeva isə işsiz qalır. Bəli, sentyabrın 23-də Fazil Alməmmədovun dəstəsi otağa daxil olaraq 35 ilin həkiminə deyirlər ki, otağı tərk elə, çıx get…

Bütün bunlar azmış kimi, sentyabrın 24-də səhər Şəhla Məmmədovanın özü ilə gətirdiyi mühafizəçilər Gülnar Əfəndiyevanı işə buraxmırlar.

Nəhayət Şəhla Məmmədovadan icazə alandan sonra Gülnar Əfəndiyevanı içəri buraxırlar. Yəni Gülnar Əfəndiyeva əvvəl olduğu kimi həkim-terapevt işini davam etdirmək qərarına gəlir. Amma buna da imkan vermilər. Belə ki, bu dəfə isə həkim-terapevtin yanına xəstənin gəlməsi üçün onun adına kompüterdə çek vurulmalıdır. Buna da Şəhla Məmmədova icazə verməyib. Deyib ki, çek başqa həkimin adına vurulacaq. Və beləcə Gülnar Əfəndiyeva 35 il çalışdığı işindən qanunsuz olaraq uzaqlaşdırılıb. Qanunsuz olaraq işini itirən Gülnar Əfəndiyeva səhiyyə naziri Teymur Musayevə, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rəhbəri Zaur Əliyevə, TƏBİB-in sədri Vüqar Qurbanova müraciət edərək hüquqlarının qorunmasını tələb edir.

Redaksiyadan: Görəsən, Fazil Alməmmədovun şəhid ailəsi olan, 55 yaşlı, hələ təqaüd vaxtına 10 il qalmış bacarıqlı həkimin yerinə, 68 yaşlı təqaüdçü, vaxtı 2 dəfə uzadılmış şəxsi təyin etməkdə məqsədi nədir..? //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astanada Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü BAŞLAYIB


Astanada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan Facebook səhifəsində yazıb.

Xatırladaq ki, oktyabrın 14-də Rusiya tərəfinin təşəbbüsü ilə Astanada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Qazaxıstana getdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO