[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...


Azərbaycan Mərkəzi Bankı (AMB) avto-icbari sığorta üzrə şikayət indeksini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, şikayət indeksi ötən ilin aprelindən bu ilin mart ayına qədər olan dövrü əhatə edir.

Belə ki, ən çox şikayət edilənlər arasında “Xalq Sığorta” 4,27, “Bakı Sığorta” 2,57 və “AtaSığorta” isə 1.62 indekslə ilk üçlükdə qərarlaşıb.
Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

Bundan əlavə, “Paşa Sığorta” 0,93, “Atəşgah Sığorta” 0,90, "Meqa Sığorta" 0,64, "Qala Sığorta" 0,50 və "Azərbaycan Sənaye Sığorta" 0,40 indekslə şikayət olunanlar sırasında yer alıb.

Qeyd edək ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınıb. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

"Sabirabad rayonunun Ulacalı və Qruzma kəndlərini birləşdirən çox təhlükəli bir körpü var. İşimlə əlaqədar ayda bir neçə dəfə həmin körpüdən istifadə etməli oluram. Həmin körpüdən istifadə edən sakinlər hər dəfə ödəniş edirlər, minik maşınları 50 qəpik, böyük maşınlar isə 1 manat. Hər dəfə həmin körpüdən keçərkən həyəcan keçirir, bir gün Kür çayında batacağımı düşünürdüm, belə bir körpünün varlığına hansı qurumun icazə verdiyini özümə sual edirdim". Dia-az.info bildirir ki, bunu öz etirazında tanınmış jurnalist, criminal.az saytının baş redaktoru Anar Məmmədov qeyd edib.
Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

Jurnalist daha sonra bildirir: "Bu gün ağlıma gələn başıma gəldi, həmin körpüdən keçərkən maşının qabaq təkərləri qum doldurulmuş kisədən sürüşərək çaya düşdü. Kənd sakinlərinin köməyi ilə əraziyə çağırdığım başqa avtomobilə qoşqu edərək düşdüyüm yerdən çıxarıldım.
Əraziyə toplaşan kənd sakinlərindən öyrəndim ki, həmin körpü Anar adlı şəxsin nəzarətindədir. O, şəxsi maraqlarına görə dövlət qurumları ilə anlaşaraq həmin körpünü qəzalı və insan həyatı üçün təhlükəli olmasıba baxmayaraq, pul yığmaqda davam edir.
Məni az qala çay apara, körpünün pul yığanı üstümə düşüb ki, maşınların gəlhagəl vaxtı işimi "sorvat" etdin…
Həmin Anarla əlaqə saxladım, bildirdi ki, körpüdən yığdığı pulla dövlətə vergi ödəyir, şəhid və qazi ailələri saxlayır və s. Utanmadan deyir ki, hadisə hər yerdə olur, göydə təyyarə, yerdə avtomobil də qəzaya uğrayır.
Aidiyyatı dövlət qurumlarına, şəxsən fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edirəm, qısa zamanda həmin əraziyə yoxlama göndərsin və gələcək facilərin qarşısını alsın. Sonra gec olacaq…"

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

Bu gün ölkənin bir sıra məkanlarında yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Düzdür, bu cür obyektlərin sayının çox olması sürücülər üçün əlverişlidir. Lakin bununla bərabər tez-tez qalmaqallı mövzular da ortaya çıxır.

Bir neçə gün əvvəl “SOCAR Petroleum” QSC və “İST Petrol” yanacaqdoldurma məntəqələrində sürücülərə su ilə qarışdırılmış yanacağın satılması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Məlumata görə, “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti aşağıdır. İddia olunub ki, yanacağa benzinlə birlikdə su qatılır.

Məsələ ilə bağlı “SOCAR PETROLEUM” QSC-nin mətbuat xidməti bildirib ki, “SOCAR PETROLEUM” QSC 11.04.2024-cü il tarixində “İST Petrol” MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürmüşdür.

“SOCAR Petroleum” QSC sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyini bildirərək, sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb ödəsə də, insanlar bundan sonra da keyfiyyətsiz məhsulun satışından narahatdırlar. Bundan başqa, paytaxt sakinləri xüsusən “İST Petrol”un “Əhmədli” filialında müxtəlif problemlərin olduğunu bildirirlər.

Bəs, görəsən, bu təsadüfdür yoxsa reallıq?

Belə ki, adı zaman-zaman müxtəlif ittihamlarda və qalmaqallı vətəndaş şikayətlərində hallanan “İST Petrol” MMC-nin adı son zamanlar yenidən gündəm olub. “İST Petrol”la bağlı şikayətlər sadəcə bununla bitmir. Yaxın keçmişə nəzər saldığımız zaman sözügedən yanacaqdoldurma məntəqəsi ilə bağlı zaman-zaman şikayətlərin sosial şəbəkələrdə və KİV-də yayıldığının şahidi oluruq.

Məsələ ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı redaksiyamıza bildirdi ki, Azərbaycanda bir çox yanacaqdoldurma məntəqələrində satılan benzinin keyfiyyəti heç də ürəkaçan deyil:

"Minlərlə sürücü bu kimi problemlərin fəsadını yaşayır, təəssüflər olsun ki, bu cibəgirmələr aidiyyatı qurumların gözü qarşısında baş verir və bununla bağlı tədbirlər də görülmür. Yanacaqdoldurma məntəqələrinin təhlükəsizlik qaydaları ilə bağlı bəzi təlimatlar var. O təlimatlardan da biri yanacaq çənlərinin vaxtında təmizlənməsi məsələsidir. Bu təmizləmə olduqca ağır bir prosesdir, bu zaman bütün iş dayanır və çən tam boşalır. Bu təxminən ayda bir, ya da 3 ayda bir dəfə baş verən bir prosesdir".

Ekspert qeyd edib ki, bu gün istər bəzi yanacaqdoldurma məntəqələrində, istərsə də onlara nəzarət edən qurumlarda özbaşınalıq baş verir. Onun sözlərinə görə, illərdir bu kimi problemlər var, lakin heç bir tədbir görülmür.

Şikayətlərə məsuliyyətsiz yanaşılır

Araşdırma apardığımız zaman məlum olur ki, Bakıda sürücülərin ən çox şikayətləndiyi və narazı qaldığı yanacaqdoldurma məntəqələrindən biri elə məhz "İST Petrol" MMC-dir. Vətəndaşları narazı salan əsas faktorlar isə “İST Petrol” MMC-nin qanunsuz və yarıtmaz fəaliyyəti ilə bağlıdır.

Məlumata görə, bir müddət əvvəl Bakıda sürücü "İST Petrol"un yanacağının keyfiyyətindən narazı qalıb. O, yanacağın içərisindən torpaq çıxdığını bildirib. Sürücünün sözlərinə görə, yanacağın içərisindəki torpaq avtomobilin filterini yararsız hala salıb.

Məlumat üçün qeyd edək ki, avtomobillərin mühərrikinin sıradan çıxmasına səbəb olan 5 əsas problemdən biri benzinə su, qum və ya digər qatqı maddələrinin qatılmasıdır. Benzinin tərkibinə qarışan su qısa zaman ərzində avtomobilin yanacaq sisteminə, nasosa, eləcə də slindirlərə ciddi zərər vurur.

“İST Petrol” MMC sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyini bildirərək, sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürsə də, bundan sonra itirilmiş keyfiyyətini, sürüclərin və vətəndaşların güvənini yenidən qazana biləcəkmi? Təəssüflər olsun ki, xeyr.

Məlumat üçün qeyd edək ki, bu xəbəri dərc etməklə müəssisənin işgüzar nüfuzunu zədələmək niyyətimizin olmadığını bir daha bəyan edir, “İST Petrol” MMC-yə qarşı hər hansı qərəzli mövqeyimizin olmadığını vurğulayırıq.

“Hürriyyət”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

Bu gün "Azpulmat" tətbiqindən bir çox şəxs istifadə edir. Bu tətbiq banklar kimi müvafiq təkliflər ilə vətəndaşlara kredit verir. Lakin bir məsələ var. Bu tətbiq vətəndaşların şəxsi məlumatlarını ələ keçirir və telefonda kontakt sayında nə qədər insan varsa onlara mesajlar göndərməyə başlayır. Bir sıra ekspertlər bu tətbiqin qanun pozuntusuna yol verdiyini, fırıldaqçılıq və şəxsi məlumatların oğurlanması kimi qiymətləndirir. Bu baxımdan sözügedən bu tətbiqdə fəaliyyət göstərən şəxslərə qanunvericilik ilə hansı cəza verilməlidir?

Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev Sonxeber.az-a açıqlama verib:

"Nəzərə almaq lazımdır ki, şəxslər tətbiqlərlə iş görən zaman diqqətli olmalıdır. Vətəndaşlar tətbiqlərə qoşularkən şərtləri diqqətlə oxumalıdır. Bu kimi tətbiqlərdə kontaktlara giriş icazəsi ilə bağlı telefonlara bildiriş gəlir. Belə olanda əgər vətəndaş buna icazə verirsə, günahkar tətbiq yox elə zərərçəkənin özüdür. Bu kimi tətbiqlər şəxsin məlumatlarına, fərdi informasiyalarına icazəsiz yaxud tam məlumatlandırmadan bu informasiyalara daxil olması cinayət məsuliyyəti yarada bilər. Eyni zamanda kompüterdə informasiya, texnologiyalarına qanunsuz daxil olma və şəxsi toxunulmazlıq hüququnun pozulması kimi məsuliyyətə səbəb ola bilir. Vətəndaşlar bununla bağlı cinayət məsuliyyətinə cəlb edilməsi üçün həmin hüquqi və fiziki şəxslər ilə bağlı prokurorluğa və hüquq mühafizə orqanlarına müraciət edə bilər. Eyni zamanda aidiyyəti qurumlara vurula zərərə görə təzminat almaq üçün mülki məhkəməyə müraciət etmək hüquqları vardır".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir
Hidrogen enerjisi texnologiyalarının inkişafı üzrə təşəbbüslər genişlənəcək.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının ekoloji cəhətdən təmiz hidrogen üzrə mütəxəssislər qrupunun rəhbəri Məhəmməd Əbu Laban deyib.

Ekspert hesab edir ki, bu cür enerjidən istifadə etmək üçün infrastrukturun yaradılmasının ilkin xərcləri yüksək olsa da, uzunmüddətli iqtisadi səmərə belə keçidi cəlbedici edir: “Hökumətlər və enerji şirkətləri hidrogendən istifadə edərək enerji saxlama ilə bağlı həll yolları tapmaqda daha çox maraqlanırlar”.

Onun sözlərinə görə, bu cür tədqiqatlara siyasi dəstək irəliləyişi sürətləndirə və hidrogen anbarını real layihəyə çevirə bilər.

Siyasi liderlər, ekspertin fikrincə, hidrogen keçidinin inkişafını təşviq edərkən sosial bərabərlik və ədalət məsələlərini də nəzərdən keçirməli olacaqlar, çünki bu, texniki və iqtisadi çətinlikləri olan “mürəkkəb konsepsiya”dır.

O qeyd edib ki, infrastrukturun təyinatının dəyişdirilməsi və mövcud qaz kəmərlərinin hidrogenin nəqli üçün uyğunlaşdırılması da texniki maneələrlə üzləşə bilər, ona görə də belə texnologiyaların inkişafı və tətbiqi qlobal səviyyədə beynəlxalq əməkdaşlıq və təşəbbüslər tələb edir: “Hidrogen keçidi ədalətli yanaşma tələb edir, çünki biz qalıq yanacaq sektorunda potensial iş itkilərini həll etməliyik və işçiləri hidrogen enerjisinə hazırlamaq üçün proqramlar hazırlamalıyıq”.

Bizim Telegram kanalımıza abunə olun
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

Məlum olduğu kimi bu ilin əvvəlində General-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsindən azad olundu və həmin vəzifəyə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin gətirildi. Ənvər Əfəndiyevin Quru Qoşunları Komandanı olduğu müddətdə bir sıra qanunsuzluqlara yol verdiyi haqda mediada iddialar səslənir.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq bildirək ki, general vəzifədən azad olunduqdan bir müddət sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Əliyev Alı İsrayıl oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Hərbi Prokurorluğun yaydığı məlumata görə, Əliyev Alı İsrayıl oğlu haqqında vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr yaranıb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub.

Məsələ ilə bağlı cumhuriyyet.az ölkə mediasında yer alan xəbərlərə əsasən bildirir ki, saxlanılan Əliyev Alı İsrayıl oğlu bir müddət öncə Quru Qoşunlar Komandanı vəzifəsindən azad edilən general-leytenant Ənvər Əfəndiyevin “sağ əli” olub. Amma şəbəkə bununla da bitmir. Etibarlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Quru Qoşunların keçmiş komandanı general- leytenant Ənvər Əfəndiyevin sağ əli Firuz İsmayılov ətrafında baş verən xoşagəlməz olaylar var. Belə ki, F. İsmayılovun korrupsiya əməlləri və həbsxana həyatında keçirtdiyi qalma-qallı günləri olduqca şok doğuracaq. Dəhşətlisi isə odur ki, belə bir şəxsin hansı haqla general- leytenant Ənvər Əfəndiyevin sağ əli kimi hərbi hissədə söz sahibi olub. 2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı təyin edilən general-leytenant Hikmət Mirzəyev yuxarıda qeyd edilən məsələni şəxsi nəzarətinə götürəcək. Apardığımız araşdırmalar tam yekunlaşmadığından məsələnin bəzi detallarını ictimayətə açıqlamırıq.(Cumhuriyyet)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

Böyük Britaniya multikultural dövlətdir. Bunun səbəblərindən biri onun tarixi imperiya ərazisi olmasıdır. Ona görə də krallıqda çoxsaylı etnik qrupların nümayəndələrinin yaşaması, məskunlaşması və ora köç etməsinə də təbii yanaşılır.

Ancaq son zamanlar Böyük Britaniya hökuməti multikulturallıqdan əziyyət çəkdiklərini açıq şəkildə etiraf edir. Xüsusən krallıq ərazisində törədilən terror hadisələri rəsmi Londonun narahatlığının əbəs olmadığını təsdiqləyir.

Rusiyanın paytaxtı Moskvada “Crocus city hall”da törədilən terror hadisəsi mühacirət məsələsini beynəlxalq ictimaiyyətin yenidən gündəliyinə çıxmasına təkan verib.

Avropa ölkələri miqrant məsələsini terrorla daha çox əlaqələndirirlər.

Bu baxımdan onlar qanunsuz miqrantların öz ölkələrinə qaytarılmasını müzakirə edirlər.

“The Times” qəzetinin yaydığı məlumata görə, krallığın Xarici İşlər Nazirliyi qanunsuz miqrantların ölkədən çıxarılması məsələsinin dörd dövlət – Ermənistan, Botsvana, Kot d-İvuar və Kosta-Rika ilə müzakirəsini aparır. Rəsmi İrəvan krallıq ərazisindəki qanunsuz erməni köçkünlərindən imtina edib. Bu ölkənin Xarici İşlər Nazirliyi qanunsuz miqrantların Ermənistana göndərilməsi ilə bağlı xəbəri cavablandırıb. Qeyd olunub ki, Ermənistan və Böyük Britaniyanın geniş siyasi dialoq gündəliyi var, lakin konkret bir nəşrdə (“The Times”) qaldırılan məsələ ilə bağlı heç bir əsaslı və texniki danışıqlar aparılmayıb.
Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

Qəzetin yazdığına görə, London məhz bu dörd ölkə ilə Böyük Britaniya və Ruanda arasında əvvəllər əldə edilmiş razılaşmanın analoqunu bağlamağı gözləyir. Braziliya, Kolumbiya, Paraqvay, Peru və Ekvadorla mümkün əməkdaşlıq məsələsi də qaldırılsa da, Krallığın Xarici İşlər Nazirliyi bu ölkələrin hakimiyyət orqanlarının bununla xüsusi maraqlanmayacaqlarını da istisna etmir. Britaniyanın dialoqa başlaya biləcəyi Anqola, Kabo-Verde, Tanzaniya, Toqo, Seneqal və Syerra-Leonenin daxil olduğu Afrika dövlətlərinin ehtiyat siyahısı da mövcuddur. Qambiya, Mərakeş, Namibiya və Tunis isə krallıqla məsələni müzakirə etməkdən imtina ediblər.

Qəzet xatırladıb ki, Böyük Britaniya artıq bir il yarımdır krallıqdan qovulmuş qeyri-qanuni mühacirləri qəbul etməyə hazır olacaq ölkələri axtarır. Baş nazir Rişi Sunak ötən ilin payızında müvafiq sazişlər bağlamağa ümid etsə də, Britaniya səlahiyyətliləri Ruandaya bir nəfər də olsun qanunsuz miqrant göndərə bilmədiyi üçün danışıqları dayandırıb.
Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

Qəzetin vurğuladığı kimi, London İrəvanla texniki danışıqlara ötən ilin sentyabrında krallığın xarici işlər nazirinin müavini Leo Doçerti İrəvana səfər edərkən başlayıb. Ancaq Britaniya parlamenti yeni qanuna səs verdikdən sonra Ermənistan hakimiyyəti Ruanda ətrafında vəziyyətin inkişafını gözləyir.

Bu hadisə Avropada erməni miqrantların gələcəyini gündəliyə çıxarır.

Qeyd edək ki, hazırda Böyük Britaniyada ermənilərin sayı 20 mindən çoxdur. Krallıqda bir neçə erməni təşkilatı var - Erməni Ümumi Xeyriyyə İttifaqı (AGBU), Erməni İcması və Kilsəsi Şurası, Erməni İnstitutu və başqaları. Bundan başqa Britaniyada birgünlük məktəblər, idman cəmiyyətləri və s. fəaliyyət göstərir. İngiltərədə erməni dilində 20 qəzet nəşr olunur. Erməni icması üzvlərinin çoxu Birinci Dünya müharibəsi illərində krallığa köç ediblər.

Sovet İttifaqı dağılandan sonra ermənilərin krallığa yeni miqrasiyası başlayıb. 2020-ci ildən sonra onlar Fransaya, oradan isə La-Manş boğazından keçməklə qanunsuz olaraq Böyük Britaniyaya keçiblər.
Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

Ehtimal etmək olar ki, rəsmi Paris ermənilər də daxil olmaqla Böyük Britaniyaya qanunsuz miqrantlarla bağlı təzyiq göstərir. Qeyd edək ki, 2021-ci ildə Rusiya Daxili İşlər Nazirliyi 61 qanunsuz erməni mühacirin ölkənin ərazisini tərk etməsini istəmişdi.

Ermənilər Böyük Britaniya ərazisindən niyə qovulur? Təbii ki istənilən dövlətin qapısı qanunsuz miqrasiyaya bağlıdır. Çünki onlar keçmək istədikləri ölkə üçün yalnız sosial problem yaratmır, həm də perspektivdə dövlətin təhlükəsizliyinin təhdid mənbəyi olurlar.

Bu baxımdan erməni icması da yerləşdiyi istənilən ölkədə terror quruluşlarına dəstək verə bilər. Düzdür, Avropa hazırda daha çox müsəlman ölkələrindən, Afrikadan köç axınının qarşısını almağa çalışır. İddiaya əsasən, qitənin bir sıra ölkələrində törədilən terror aktlarında onların adları hallanır.

Ermənilərin Avropada türklərə qarşı belə cinayətlər törətmələrinin “ənənəsi” mövcuddur. ASALA terror qruplaşmasının fəaliyyət göstərdiyi ölkələr sırasında Livan, Türkiyə, ABŞ, Fransa, Yunanıstan, İsveçrə, İspaniya, Avstriya ilə yanaşı Böyük Britaniya da var.
Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

2022-ci il avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edilmişdi. Bu məsələdə erməni radikallarının da əli olduğu ehtimal az deyil. Yaxud bu ölkədə Türkiyəyə qarşı aksiyalara erməni icması da qatılır. Bu isə Londonla Ankara arasında münasibətlərə mənfi təsir göstərir. Odur ki, erməni icması belə çirkli əməlləri soydaşlarından ibarət qanunsuz miqrantlar vasitəsi ilə də reallaşdıra bilər.

Rusiya ilə Ermənistanın münasibətlərinin perspektivdə mümkün pisləşməsi ermənilərin Avropaya xüsusi ilə Fransaya yeni köçünə təkan verə bilər. Bu halda La-Manş boğazından qanunsuz köçkünlər, o cümlədən ermənilərin Britaniya keçməsi mümkündür.

Terroru daha çox yoxsul və kasıb təbəqənin nümayəndələri törədir. Miqrasiya insanları həm də yoxsullaşdırır. Onların müxtəlif cinayətlərə əl atmasına səbəb olur. Bu baxımdan qanunsuz miqrant ermənilərin dolanışıq səbəbindən də mənsub olduqları icmanın tapşırığını yerinə yetirməsi mümkündür. Odur ki, rəsmi Londonun ölkəni erməni köçündən təmizləməsi həm də krallığın təhlükəsizliyinin möhkəmlənməsinə yardım sayılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb.

Tribunainfo.az məlumat verir ki, yayılan xəbərlərə əsasən, BAU-nun prorektoru dostları ilə birlikdə Gürcüstanın paytaxtı Tiflisə istirahətə yollanıb və aprelin 11-də əyləncə məqsədi ilə Tiflisdəki məşhur “Ambasodor” kazinosuna gedib. Amma onun əyləncəsi necə deyərlər, “burnundan gəlib”. Belə ki, prorektor kazinoda yüksək məbləğdə pul uduzub. Ümumiyyətlə, onun azart həvəskarı olduğu haqda iddialar var.
Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT
Nazim Hüseynov

Qeyd edək ki, Gürkan Hüseynov həm də Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğludur. Əslən Gədəbəydən olan rektor öz oğlunu ali məktəbin prorektoru təyin edib. Lakin göründüyü kimi, prorektor elm və tədrisi deyil, bayram günlərində qumarı üstün tutub. Bildirilir ki, bu hadisə rektor atasını möhkəm qəzəbləndirib və Nazim Hüseynov prorektor oğlunun kazinoda yüksək məbləğdə pul uduzmasına görə bərk dilxor olub. Yayılan məlumatlarda o da deyilir ki, sözügedən kazinoya yalnız pasportla və video qeydiyyatla daxil olmaq mümkündür.
Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

Yəni müştərinin şəxsiyyətinin kimliyi qeydə alınır, eləcə də video görüntü götürməklə üzü skayner edilir. Ona görə də kazinodakıların kimliyi haqda obyektin administrasiyasında səhih məlumatlar olur. Bu səbəbdən yayılan informasiya ilə bağlı “Ambasodor” kazinosu ilə əlaqə saxlayaraq dəqiqləşdirmə aparmağa çalışdıq. Lakin oradan saytımıza deyildi ki, onlar müştəriləri barədə məlumatları məxfi saxlayırlar və yalnız rəsmi sorğu əsasında cavab verilə bilər. Onu da deyək ki, qeyri-iş günləri olduğu üçün xəbəri Hüseynovların özü və universitetlə aydınlaşdırmaq imkanımız olmadı. Bütün hallarda yayılan bu məlumatlarla bağlı qarşı mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

Duzdağ Fizioterapiya Mərkəzinin işçiləri əməkhaqqı ala bilmədiklərinə görə, etiraz edirlər.

TNS xəbər verir ki, bu gün mərkəzin 40-dan çox əməkdaşı Naxçıvan Ali Məclisi binasının önünə toplaşıb.

Onlar bildirib ki, sonuncu dəfə dekabrın 15-də əməkhaqqı alıblar.

İşçilərin dediyinə görə, onları Naxçıvan şəhərindən Duzdağa aparan servis avtomobili ödənişlidir. Bu gün pul tapa bilməyiblər, ona görə də heç kim işə çıxmayıb.

İşçilər indiyədək dəfələrlə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Mərkəzin əməkdaşları Yeni ili, Novruz və Ramazan bayramlarını pulsuz keçirdiklərini deyiblər: “Belə vicdansızlıq olar? Biz 3 bayramı pulsuz keçirmişik. Nə dərdimizi dinləyən var, nə də şikayətimizə baxan. 4 aydır, əməkhaqqı ala bilmirik”.

Məlumata görə, Naxçıvan Ali Məclisinin yüksək vəzifəli şəxsi şikayətçiləri qəbul edib. Onlara problemin tezliklə həll olunacağı bildirilib.

Qeyd edək ki, son vaxtlar Naxçıvanda belə hadisələr tez-tez baş verir. Bir müddət əvvəl Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin bir qrup əməkdaşı iş şəraitinə etiraz olaraq işə çıxmaqdan imtina etmişdi. Onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısına gələrək çalışdıqları yerdə təhqir olunduqlarını, işləmək üçün heç bir şəraitin yaradılmadığını, əməkhaqlarının azaldıldığını bildirmişdi.
Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir
Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir
Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir
Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq.

Sərəncamda qeyd olunub ki, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mingəçevir və Yevlax şəhər icra hakimiyyətləri, Goranboy, Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan və İmişli rayon icra hakimiyyətləri, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Qarabağ suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.

Qeyd edək ki, Azərbaycanın ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir, habelə Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO