[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

Neft və Energetika sənayesi avadanlıqlarının quraşdırılması ilə məşğul olan "Batı-X" şirkətinin ağacları qanunsuz olaraq kəsdiyi aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İş hakim Sevinc Quliyevanın icraatına verilib.

Əgər məhkəmə protokolu təsdiq edərsə, "Batı-X" şirkətini yol verdiyi bu qanunsuzluğa görə 35 000 manat cərimələnəcək.

Çünki şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.

Qeyd edək ki, "Batı-X" şirkəti 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi şirkətin direktoru Tağıyev Vidadi Mirsədi oğludur. Şirkət neft və energetika sənayesi avadanlıqlarının quraşdırılması sahəsində xidmət göstərir.

Məlumat üçün bildirək ki, şirkətin hazırda 33 372 manat vergi borcu da yığılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”


Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilib. Dəyişikliyə əsasən, yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib. Belə ki, onlar müvafiq ərazidə məişət zorakılığının qarşısının alınması sahəsində qanunla müəyyən edilmiş tədbirlər görəcək.

Maraqlıdır, icra hakimiyyətləri məişət zorakılığının qarşısının alınmasına necə töhfə verə bilər?

Məsələyə Millət vəkil Ceyhun Məmmədov aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında təəssüflə qeyd edib ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da getdikcə məişət zorakılığı halları artır:

“Təsadüfi deyil ki, bu problem də davamlı olaraq mediada da işıqlandırılır. Ona görə də bizim qarşımızda mühüm vəzifə durur. Hesab edirəm ki, Ölkə Başçısının imzaladığı məlum Fərman da bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, Fərmanın icrası bu problemin həllinə öz müsbət töhfəsini verəcək. Ona görə də bu Fərmanı yalnız alqışlamaq lazımdır”.

Ceyhun Məmmədov hesab edir ki, məlum proseslərin tənzimlənməsində rayon icra hakimiyyətləri çox ciddi və müsbət rol oynayacaqlar:

“Təbii ki, bu mütərəqqi bir addım olacaq. Bu Fərman sübut etdi ki, məişət zorakılığının aradan qaldırılmasına dövlət özü müdaxilə edəcək. Dövlətinsə müdaxiləsi nəticəsiz qalmayacaq. Çünki ailə institutunun qorunması və möhkəmlənməsi də dövlət siyasətinin bir qoludur.

Dövlət çalışır ki, ailə sağlam təməl üzərində qurulsun, inkişaf etsin, zorakılıq halları aradan qalxsın və ortaya çıxan istənilən problem, anlaşılmazlıq zor gücü ilə deyil, qarşılıqlı anlaşma yolu ilə həll edilsin. Ona görə icra hakimiyyətləri yerlərdə məişət zorakılığını aradan qaldırmaq üçün çox iş görə bilər.

Yerlərdə nümunəvi ailə, uzunömürlü ailə modelləri təşviq edilə bilər. Ağsaqqalların, ağbirçəklərin nəsihətləri, həyat yolları nümunə kimi ictimaiyyət arasında geniş təbliğ olunar.

Zorakılığa meyilli ailələri tədricən başa salmaq olar ki, problemin həllində alternativ və daha ağrısız yollar var. Çünki məişət zorakılığından təkcə qadınlar və kişilər ziyan görmür. Bu məsələdə ən böyük zərbə uşaqlara dəyir. Bir sözlə məişət zorakılığının qarşısının alınmasının bır sıra həll yolları var. Bu yollara çıxışı isə yerli icra hakimiyyətləri təmin edə bilər”.

Bizim.Media

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB" məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, banka qarşı Rusiyanın "Belqorod Solyanaya Kompaniya" şirkəti iddia qaldırıb.

Belə ki, şirkətin iddiası Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmə işinin mahiyyəti açıqlanmayıb.

Qeyd edək ki, "BTB Bank" 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Bankın nizamnamə kapitalı 66 450 000 manatdır. Bank "BTB"nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

Göycay rayon Qarabaqqal kəndin sakini Zəkəriyev İlqar Çovdar oğlu tərəfindən ölkə rəhbərliyinə və bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə üzləşdiyi problemlərlə bağlı müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olmuş müraciətdə deyilir:

“Mənim şikayətim Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev, onların mütəxəssisləri Məmmədov Tural və Aqşin Həmidovdandır. Mənə aid olan 62 sot xüsusi torpaq sahəsini 2012 -ci ildə şəhid ailəsi Sadıqov Surxay Xumar oğlundan almışam .Sol tərəfimdəki 75 sotu elektron ucotu ilə təsdiq olunmuş sahə isə 1995-ci il ildə islahatlar kecirilən vaxt qonşum Musayev Kifayət Şahlar qizina verilib. Arada görsəninən xətt var ki, onu qanunsuz olaraq acıblar Mənim qonşum Muayev Kifayət Şahlar qızı 2018- də məhkəməyə iddia qaldırıb ki, guya mən onun 20 sot torpağını zəbt etmişəm.

Şəki Apelliyasiyya məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinə tapşırıq verib ki bu torpaq sahəsi ölcülsün və zəbt olma halı müşahidə olub- olmamasına dair rəy təqdim edilsin. Şəki Apellyasiya məhkəməsinin göstərişinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinin mütəxəsisi Tural Məmmədov və Aqşın Həmido torpaq sahəsinə gəlib Göycay rayon Qarabaqqal bələdiyyəsinin sədrinin və icra nümayəndəsinin iştirakı ilə torpaq sahəsinin ölcüsünü apardılar Ölcü aparıb mənə bildirdilər ki, 60 sot torpaq sahəsi Musayev Kifayət Şahlar qızının sərhəd xəttindən görünən xəttdən başlayır və burada 60 sot torpaq sahəsində hec bir zəbt halı yoxdur Mən sənədlərimi alqı-satqı müqavilələrimi, cıxarışlarımı təqdim etdim, bildirdim ki, bu torpağa aid mənim cıxarışlarım və sənədlərim var.Onlarda mənə bildirdilər ki, hec bir zəbt olma halı yoxdur. Akt tərtib etdilər yerində məndə imzaladım cıxıb getdilər.

Mən Şəki Apellyasiya məhkəməsində iştirak edəndə hakim Günay Cavadova məni rəylə tanış etdi, rəyi oxuyanda məlum oldu ki, rəydə göstərilib ki, sərhəddən o tərəfdə olan Musayev Kifayət Şahlar qızının 20 sot torpağın zəbt etmışəm 60 sot torpağın içində 20 sot torpaq ona məxsusdur.Onlar yerdə apardıqları ölcü başqa rəydə başqa qərar vermişdilər. Musayeva Kifayət Şahlar qızı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəsisi Tural Məmmədovla yaxın qohumluq əlaqələri vardır. Mənim aldığım məlumata görə Tural Məmmədov Musayev Kifayət Şahlar qızından bu işin müqavilində rüşvət alaraq Aqşin Həmidovla əlbir olaraq qanunsuz rəy verib Şəki Apellyasiya məhkəməsini aldadıblar.Şəki Apellyasıya məhkəməsi onların rəyinə əsaslanaraq qərarı cıxatmışdılar.

Bu günkü gündə mənim sənədlərim var və qanunsuz rəyə əsasən torpağımın sərhədi acılb ortadan şum cəkilib mənim hüquqlarım tapdanıb,

Nəzərinizə catdırım ki,torpağın arakəsməsi açıldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin torpağı mənə satan şəhid ailəsinin oğlu ilə birlikdə qəbulunda olanda bildirdim ki cənab rəis sizin mütəxəsislər qanunsuz rəy veriblər bu rəyə əsasəndə mənim hüquqlarım pozulub.O, isə mənə dedi sən qapı arxasında gözlə. Sonra Aqşın Həmidovu cağırdı bir necə dəqiqə söhbət etdikdən sonra mənə bildirdi ki, Aqşin Həmidov düzgün rəy verib sən hara ürəyin istəyir gedib şikayət edə bilərsən. Mən ona narazılğmı bildirdim yenidən torpağın ölcülməsini xahiş etdim. Dedi ki bu mümkün deyil. Aşağıdan polis mühafizəsini öz köməkci xanımını cağırdı göstıriş verdi ki birdə bu vətəndaş mənim qəbuluma gəlsə icəri buraxmayin yoxsa sizi işdən çıxaracam.

Mən ölkə başcımızdan, hüquq mühafizə orqanlarından xahiş edirəm ki, verilmiş qeyri qanuni rəy ləvğ olunsun Aqşin Həmidov və Tural Məmmədov haqqında hüquq mühafizə orqanları qanunu tədbirlər görsünlər Mənim pozulmuş hüquqlarım bərpa olsun”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

Bir müddət əvvəl restoran müdiri ilə sevgili olan yeni-yeni səhnələr alan müğənni populyar olmağın yolunu vəzifəli şəxsləri ləkələməkdə gördü...? Bəzi media qurumlarında yayılan və heçdə həqiqəti əks etdirməyən informasiya marağımıza səbəb oldu. Məsələ ilə bağlı adı çəkilən və bir çox məsələlərdə qalmaqalarla gündəm olmağa cəhd edən Aynur Nəbiyeva adlı müğənni nəyə nail olmağa çalışır? Çoxda populyar olmayan bir müğənni müsahibəsində bir rayonun icra başçısı tərəfindən əxlaqsız təklif aldığını bildirib.
A.Nəbiyava müsahibəsində qeyd edir ki, “Adını çəkməyəcəm, bu yaxınlarda restoranların birində səhnə aldım, oxuyub qurtarandan sonra məlum oldu ki, restoranda rayonlardan birinin icra başçısı olan qardaşının ad günüdür. Başçının yaxın adamı mənə paket gətirib verdi, düşündüm hansısa mahnım xoşuna gəlib əvəzində jest edir, paketi açanda açar olduğunu gördüm. Bunun nə olduğunu soruşanda dedi bu maşındı, maşın da filan hotelin qarşısındadı, 1 saata cənab başçı sizi orada gözləyir səhər saat 7-8-ə kimi onunla qalarsız maşında sizin olacaq, nə vaxt istəsəz də qulluğunuzda dayanacaq. Təbii ki, bundan imtina etdim, yani təkcə siravi insanlar deyil, bəzən bir rayonu idarə edən şəxsin düşüncə davranışı təhsili, savadı olmayan insanlardan betərdir" -deyə müğənni Aynur Nəbiyeva bildirib.”
EkologiyaTv.Az xəbər verir ki, buradanda anlaşıldığı kimi Aynur Nəbiyeva ən ucuz reklam növü ilə gündəmə gəlmək istəyir. Əgər doğurdanda belə bir şey olubsa niyə həmin icra başçısının tutduğu posta layiq olmamasını ifşa etmir. Lakin qeyd edək ki, A.Nəbiyeva ucuz bir restoranın sahibi ilə sevgi macərası yaşayıb. İndi özünü bu qədər təmizə çıxarmaq və ucuz reklamla populyarlıq ardına düşməsidə gülünc görsənir. Hər hansı bir icra başçısı restoranda müğənniyə əxlaqsız təklif etməsi heçdə qəbul edilən deyil. Şəxs ağzından çıxardığı ifadənin Başçı postunda oturan hər bir icra başçısını barəsində əhalidə neqativ rəy formalaşdırdığının göründüyü qədər fərqində deyil. Amma düşünürük ki, məsələ ilə bağlı aidiyyatı qurumlar xanım müğənnini çağırıb verdiyi açıqlamanın təfərrüatını öyrənməklə digər icra başçılarının ləkələnməsinin qarşısını alacaqdır. Ziba və Aynur qalmaqalı nələrə hesablanıb? Hətta qeyd edək ki, bu müğənni olduğunu iddia edən A.Nəbiyeva 11 ildir səhnədə olduğunu deyir. Böyük iddialar edən A.Nəbiyeva göründüyü qədər 11 ildə 11 mahnıya sahib ola bilmədiyi üçün digər müğənnilərin mahnıları ilə səhnə alır. Lənkərandan Bakıya gələn Aynur işsiz, gücsüz xanım obrazında idi. O zamanla bu gün arasında dəyişən nələr oldu? Orxan adlı “Boss Baku” restoranın sahibi ilə tanış olur. Orxan xanımın arzularını gerçəkləşdirmək məqsədi ilə onu səhnələrə çıxarır böyük pullar xərcləyir. Nəhayət ki, xanım artıq müğənni deyə çağırıldıqda yeni planlar meydana çıxır. Necə edək ki, bu xanım olsun populyar müğənni, hamının arzuladığı şəxsə çevrilsin? Və bu minvalla səhnələrdə qalmaqallar başlayır bir müddət əvvəl isə Ziba Osmanlı ilə qalmaqal yaşayan bütün restoranlarda səhnəsinə qadağa qoyduran Zibanı media vasitəsi ilə tənqid atəşinə tutur. Burda həm Zibanı məşhurlaşdırmaq həm də özünün gündəm olması təmin edilirdi. Sonda istədiyinə nail olan A.Nəbiyeva Z.Osmanlını özünə ram edir. Gələk əsas məsələyə Ziba və ya Aynur bunlar kimdir və bunlara görə restoranlar niyə hansısa şəxsə qadağa qoysun? Apardığımız kiçik araşdırmadan məlum oldu ki, sən demə heç elə bir şey yoxmuş sadəcə reklam olmaq xətrinə iki qadının gizli sövdələşməsindən bu obraz yaranıb. Hər ikisi yaxın media qurumları ilə özlərini ucuz reklam etdirməkdədir deyə başa düşülən görüntülər sadəcə yaranıb. Məsələ ilə bağlı adı çəkilən şəxsləri dinləməyə hazırıq.
Aftv.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

Son vaxtlar ölkəmizdə dələduzluq faktları ilə bağlı şikayətlərin sayı kəskin artıb. Mediada, sosial şəbəkələrdə rast gəlinən şikayətlərdən məlum olur ki, dələduzlar müxtəlif adlar altında vətəndaşları aldadırlar. Problemin bu qədər genişlənməsinin bir səbəbi də odur ki, bəzən dələduzluq cinayətini törədənlərin aldatdıqları vətəndaşların pulunu geri qaytarması təmin edilmir. Bəzən isə cinayət törədən şəxs ağır həbs cəzasına məhkum olunmur, ya da az cəza verilir. Bu da dələduzların sayının artmasına, onların qurbanlarının çoxalmasına səbəb olur.

“AzPolitika.info”-ya verilən məlumata görə, bu yaxınlarda daha bir qrup insan dələduzluq faktı ilə üzləşib. Belə ki, Nizami rayon 2 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyində (MKTB) - "JEK"də (MKTB) baş mühəndis vəzifəsində çalışan Məmmədov Rafiq Fərəməz oğlu və Elşən Məmmədov 5 nəfərə ümumilikdə 40 min manat məbləğində ziyan vurub.

Zərərçəkmişlər iddia edir ki, Məmmədov Elşən xaricdən avtomobil gətirəcəyi vədi ilə ayrı-ayrı şəxslərdən aldığı pul vəsaitini mənimsəyərək ailə problemlerinin həllinə yönəldib. Uzun müddət müxtəlif bəhanəlrlə onları aldadıb, əlavə vəsaitlərini alıb.

Xeyli müddət sonra dələduzluğun qurbanı olduqlarını başa düşən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra Elşən Məmmədov saxlanılıb, istintaq başlayıb.

Ancaq həmin vaxtdan 7 ay keçsə də, zərərçəkmişlərin heç birinin vəsaiti qaytarılmayıb. Zərərçəkmişlər bu müddət ərzində də davamlı aldadıldıqlarını bildirirlər.

“Hazırda külli miqdarda dələduzluq maddəsi ilə məhkəmə prosesi davam edən Məmədov Elşənin "JEK"də rəhbər vəzifəsində çalışan atası da zərərçəkmişləri aldatmaqla məşğuldur. Belə ki, o, aylardır şəxsi evini satıb borcu bağlayacağını bildirsə də, vədinə əməl etmir. Zərərçəkmişlər dəfələrlə evə müştəri göndərsə də, Rafiq Məmmədov müxtəlif bəhanələrlə müştəriləri geri qaytarır”, – deyə saytımıza verilən məlumatda bildirilir.

Buna görə də zərərçəkmişlər onların aldadıllmasını ata və oğulun birlikdə planlaşdırdıqlarını düşünürlər. Rafiq Məmmədovun da istintaqa cəlb olunmasını tələb edəcəklərini bildirirlər.

O da iddia edilir ki, Rafiq Məmmədov pensiya yaşını keçməsinə baxmayaraq hansisa yollarla tutduğu vəzifədə qalmağa nail olub. Bunun da araşdırılmasını zəruri hesab edirlər.

Zərərçəkmişlər dəymiş ziyan ödənməyəcəyi təqdirdə şikayəti geri götürməyəcəklərini və Məmmədov Elşən barəsində ən ağır cəza verilməsini, eləcə də atasının məsuliyyətə cəlb olunmasını tələb edəcəklərini qeyd edirlər.

Məsələni diqqətdə saxlayacaq, qarşə tərəfin və müvafiq orqanların da mövqeyini işıqlandırmağa çalışacağıq.

“AzPolitika.info”

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

"Şikayətim "Umico" şirkətindəndir". Dia-az.info bildirir ki, bu barədə Nərmin Novruz adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupuundakı paylaşımında giley edir.

Narazı vətəndaş daha sonra əlavə edib: "Bir ay əvvəl telefon sifariş etmişdik. Məlum oldu ki , səhv məlumat verilib (NFC funksiyası yoxdur). Əməkdaşların məsləhəti ilə geri qaytardım. Rayona çatdırılma edilmişdi deyə poçtla qaytardım. 19 martda bağlama tehvil alınıb, amma mənim ödədiyim məbləği geri qaytarmırlar. Telefon haradadır, mağazaya geri verilib verilməyib bilinmir. Yazıram, zəng edirəm. Heç bir əməkdaş doğru düzgün məlumat verə bilmir. “Sizin işinizə baxılacaq” deyib yola verirlər. Öz səhvləridir, əziyyəti çəkənsə müştəri. Umico Market kimdir sizin rəhbər? Nə etmək istəyir? Utanmırsınız insanları dolamağa. Üzə salmısınız. Heç kimə məsləhət görmürəm nəsə almağı. Əgər xarab, defektli və ya yalnış məhsul gəlsə pulunuzu geri ala bilməyəcəksiniz."
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

Abşeron sakini Cabbarov İntizam Əmiraslan oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki,

“Mən, Cabbarov İntizam Əmiraslan oğlu, yazaraq sizləri məlum edirəm ki, ali təhsilliyəm, YAP-nın üzvü və 3 övlad atasıyam.

Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167-də yerləşən "AAAF İnşaat" MMC-də 2018-ci ilin noyabr ayından 2024-cü ilin yanvarınadək komendant işləmişəm! İşlədiyim MMC-də 6 komendant çalışırdıq.

2023-ci ilin oktyabrından bu günə kimi MMC-də baş verən cinayət tərkibli qanun pozuntuları ilə bağlı 5 dəfə cənab Prezidentimizə, 2 dəfə Birinci vitse-prezidentə, 2 dəfə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, 3 dəfə Dövlət Vergi Xidmətinə, 2 dəfə DTX-ya və digər aidiyyəti dövlət qurumlarına şikayət və müraciətlər etmişəm! Müraciətlərimdən 3 ay sonra - 30 dekabr 2023-cü il tarixdə (Yeni il günü) MMC-nin rəhbəri Camal Rəcəbov tərəfindən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir!

İşlədiyim 5 il müddətində MMC-də baş verən cinayət tərkibli qanun pozuntuları faktlarını sizin də nəzərinizə çatdırıram:
- Dövlət büdcəsindən 10 mliyonlarla manat yayınma faktları;
- Mənzillərin alqı-satqısı zamanı hər mənzildən 2 min manat rüsum adı altında 10 mliyon manatdan çox pulun toplanılması;

- 5 il ərzində yüzlərlə işçinin nağd cədvəl əsasında əmək haqqlarının ələ verilməsi, məzuniyyətsiz işlədilməsi faktları;
- Kommunal xidmətlər adı ilə ay ərzində 60-70 min manat pulların yığılaraq, mliyonlarla manatın təyinatı üzrə xərclənmədən mənimsənilməsi faktları;
- İllərdir liftsiz təhvil verilmiş binalarda yaşayan insanların zülm çəkməsi. Binalar da elektrik şitlərinin ölüm mənbəyi olması, dəfələrlə binaların yarasız elektrik şitlərinə ğorə alışıb yanması faktları və sairə kimi faktların mövcudluğu.
Altı aydır ki, bu faktları bütün aidiyyəti dövlət qurumlarına təqdim etmişəm! 2 dəfə Dövlət Vergi Xidmətində qəbulda olmuşam, bir dəfə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qəbulda olmuşam və faktları təqdim etmişəm! Bir dəfə Dövlət Əmək Müfəttişliyində qəbulda olmuşam! Çox təəssüf edirəm ki, bu qurumlar hələ də susurlar!

MMC-yə 2 ildir rəhbər təyin edilmiş Camal Rəcəbov əvvəllər Dövlət Vergi Xidmətində çalışmış və naməlum səbəblərdən xaric edilmişdir. O, keçmiş millət vəkili Hadı Rəcəblinin qardaşı oğludur! Əlaqələri böyük olduğundan şikayət və müraciətlərə baxan yoxdur! Mənə xəbər göndərir ki, ölkədə Prezidentdən yuxarısı yoxdur, yazanda ona yaz!
Üç aydır Camal Rəcəbova görə işsiz qalmışam! Bunları Sizə yazmaqda məqsədim odur ki, bəlkə Prezidentimiz, Birinci vitse-prezidentimiz sizin sayt vasitənizlə mənim səsimi eşidə".

Jalə FAMİLQIZI, ("Hurriyyet")
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

“Oba” marketlərlər şəbəkəsi saxta vitrin qiymətləri ilə alıcıları aldadır.

Tribunainfo.az xəbər verir ki, marketdə satışa qoyulan əksər ərazqların üzərində endirilmiş qiymət qeyd edilib. Lakin məhsulu alıb kassaya yaxınlaşan müştəri tamam başqa qiymətlə qarşılaşır. Yalançı qiymət endirimini əksər məhsullarda görmək mümkündür.

Bu cür yalançı endirimlər xüsusilə uşaqlar üçün nəzərdə tutulan şirniyyatlarda daha çoxdur. Məsələn, bütün market və mağazalarda 80 qəpik olan “Ozmo” çubuqlu şokalad “Oba” marketlərdə endirimlə 70 qəpiyə qoyulsa da, kassada qiymət 1 manat çıxır.
Satıcılar isə buna müxtəlif bəhanələrlə cavab tapıb məhsulu elə 1 manata da satırlar.

Yuyucu vasitələrdə, meyvə və tərəvəzlərdə də bu cür saxta endirimlər var. Kassada məhz bu endirimlər səbəbində alıcılarla satıcılar arasında mübahisə da yaranır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, F.Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.

O, əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru vəzifəsində çalışıb.

Daha sonra F.Adıgözəlov 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini olub.

F.Adıgözəlov Prezident İlham Əliyevin 2021-ci il dekabrın 7-də imzaladığı Sərəncamla Dövlət Sığorta Kommersiya Şirkətinə Sədr təyin edilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO