[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Veysəloğlunun satdığı PATRON tumunun içindən “paslı mismar” çıxır... - Aydın Talıbov, sən qurdlu şokoladı necə Azərbaycan brendinə çevirə bilərsən..?



Aydın Talıbov, satdığın xurmanın kiflənməsinə, pendirin vaxtının keçməsinə görə, biz günahkarıq?

“Gündəlik-Bakı” olaraq “Veysəloğlu” Şirkətlər Qrupunun “patron”u Aydın Talıbova dəfələrlə xəbərdarlıq etmişik ki, bizə minnətçi salma, bizimlə “bazar söhbəti” eləmə, xalqa layiqli xidmət göstər...onda biz nəinki sənin barəndə tənqidi yazılar yazmarıq, hətta sənin gördüyün müsbət işləri dövlətimiz, cəmiyyətimiz naminə təbliğ də edə bilərik.
Adama bundan artıq nə demək olar...
Adam, sən üzünü çevir millətimizə, xalqımıza sarı və ona doğru 1-cə addım at, biz sənin şirkətlərinə doğru 5 addım atmağa hazırıq. Çünki bu bizim prinsipimizdir, onu poza bilmərik.
Sən isə arxanı çevirmisən millətə və dövlətə...və bizdən dəstək istəyirsən. Bu necə ola bilər..?
Sən bizim millətimizə qurdlu şokolad yedirirsən və deyirsən bu barədə yazmayın, gəlin söhbət edək...
İndi də məlum olub ki, sənə məxsus “Araz” marketlərində satılan “Patron Tum Yaquar”ların içərisindən paslı mismar çıxıb.
Əlimizdə konkret faktlar var, ortada şikayətçi var.
Bəli, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanda yaşayan sakin Şıxıyeva Günel Nadir qızı “Gündəlik-Bakı”ya müraciət edərək bildirib ki, Araz marketindən aldığı 70 qəpik dəyəri olan Patron tumunun içərisindən paslı mismar çıxıb.
Buyurub baxa bilərsən: satış çeki N 91868
Ən maraqlısı isə məhsulun üstündə göstərilən istifadə müddətidir. 07.01.22 – 07.04.22
Deməli, şikayətçi şirkətə telefon açıb şikayətini bildirəndə şirkətin nümayəndəsi onu başından eləyir və laqeyd yanaşır.
Buna nə deyirsən, Veysəl müəllimin oğlu ?
Bütün bunları Gündəlik-Bakı eləmir, sizin müştəriniz olan Azərbaycan vətəndaşları edir.
Cənab patron, satdığın PATRON tumlarının kiflənməsi barədə yazanda, bunu qərəz, böhtan hesab edirdin.
Əhaliyə satdığın ULDUZ şokoladının içindən qurd çıxır və bunu yazdığına görə, Gündəlik-Bakını ittiham edirsən.
Adam, konkret müştəri deyir ki, “Araz” marketdən aldığım şokoladın içindən qurd çıxdı, növbəti dəfə eyni hal baş verib.
Şikayətçi deyir ki, “Araz” marketdən xurma aldım kiflənmişdi, pendir aldım vaxtı keçmişdi, hətta zəhərlənə bilərdik...
Cənab Aydın Talıbov, bunları müştərilər deyir.
Sən isə deyirsən ki, ULDUZ şokoladını dünyada Azərbaycan BRENDİNƏ çevirəcəm.
Adamın yadına “Alış, nəyinən...” lətifəsi düşür.
Aydın Talıbov, sən qurdlu şokoladı necə Azərbaycan brendinə çevirə bilərsən..?
Sən Allah, bizi dünyada biabır eləmə...
Çalış, 600 nəfərin işlədiyi “Ulduz” fabrikində qənnadı məhsullarının içindən QAYKA, BOLT çıxmasın...BRENDİN bizə lazım deyil.
Cənab Aydın talıbov, ötən yazımızda yazdıq ki, Araz marketdə reklam firmasının nümayəndəsi olan xanım marketdə əyləşib çay içdiyi zaman tavan uçaraq onun üzərinə tökülüb.
Nəticədə firma nümayəndəsinin üzü kəsilib, üz-gözü dəhşətli vəziyyətə düşüb, hətta zərbənin ağırlığından xanımın fəqərə sütunu sınıb…
Hətta əməkdaşlarınız Təcili yardım çağırmağa imkan verməyib, hətta kameradakı görüntüləri gizlətmisiniz və s.
Cənab Aydın Talıbov, biz bunu konkret şikayət əsasında hazırlamışdıq, niyə cavab vermədiniz ?
Yazdıqlarımızın birini niyə təkzib edə bilmirsən ?
Çünki yazdıqlarımız həqiqətdir. Necə təkzib edə bilərsən ?
Aydın Talıbov, sənə bir daha xəbərdarlıq edirik ki, səninlə şəxsi müstəvidə mübarizəmiz yoxdur.
Sən şirkət rəhbəri olaraq vergidən yayınma, vaxtı keçmiş məhsulları “Oba” marketdə kasıb təbəqəyə satma, qara mühasibatlığı yığışdır və s...Gündəlik-Bakının səninlə problemi olmayacaq. Vəssəlam. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yolumuz PUTİN YOLUDUR? - “Özümüz öz əlimizlə qandalı qolumuza vura bilmərik”
“Bu və ya digər təşkilata qoşulmaq qərarı, xüsusilə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq qərarı dövlətin suveren haqqıdır”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Biz görürük ki, ölkələrin Aİİ-yə inteqrasiyası iqtisadi baxımdan faydalı olub. Aİİ ölkələrinin toplam ümumi daxili məhsulu dörd faizdən çox, qarşılıqlı ticarət 30 faiz, xarici bazarlara ixrac 41 faiz artıb. Hazırda Aİİ ölkələri rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlıqda, kiçik və orta biznesə dəstək göstərilməsində təcrübəyə malikdir. Bundan başqa, bir sıra ölkələr bu təşkilata üzv olmağa maraq göstərir”, - deyə səfir bildirib.

Qeyd edək ki, ötən il dekabrın 10-da Avrasiya İqtisadi İttifaqının fəxri sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, Azərbaycan qurumda müşahidəçi statusu ala bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı fəaliyyət ticarətin intensivləşməsinə və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verəcək.

“Əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq”.

Bunu isə Ermənistanın baş naziri Nikol Paşinyan TASS-ın sualını cavablandırarkən deyib: “Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”.

Azərbaycanın, qeyri-rəsmi olaraq “Putin ittifaqı” adlandırılan bu quruma, üzvlüyü və ya hansısa statusla təmsilçiliyi haqda çağırışlar niyə artıb? Azərbaycanın Aİİ-yə üzvlüyü yalnız Ermənistana görəmi baş tutmayıb? Bakının hər hansı statusla bu qurumda təmsilçiliyi lazımdırmı?

Zamantv.az "Yeni Müsavat"a istinadla xəbər verir ki, beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev məsələyə geniş rakurslardan yanaşır: “Ölkələr arasında yumşaldımış iqtisadi əlaqələr bütün dövlətlər üçün mühüm əhəmiyyət daşıyır. Hamı bu əlaqələrdən öz xeyrinə nələrisə əldə etməyə çalışır. Böyük dövlətlər bundan, eyni zamanda həm də bəzi siyasi maraqlarını təmin etmək üçün istifadə etməyə çalışsalar da, ciddi iqtisadi ittifaq olarsa nəticə etibarı ilə hamı bu əlaqələrdən qazanar. Təbii ki, Azərbaycan da belə bir ittifaqlarda təmsil olunmaq və bununla iqtisadi gücünü və gəlirlərini artırmaq istəyir. O səbəbdən uzun illərdir ki, Avropa İttifaqı ilə assosiativ sazişlə bağlı müzakirələr aparır. Saziş layihəsində tərəflərin razılaşmadığı bir neçə bənd olmasaydı, bu sənəd çoxdan imzalanmışdı və bu gün artıq həmin sazişin iqtisadi dividentlərini götürürdük. Ümid edək ki, Avropa İttifaqı ilə sazişin imzalanması reallaşsın. Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqı isə əslində siyasi birlik mahiyyətini daşıyır. Bunun da təhlükəli tərəfi odur ki, ora üzv olan ölkələr siyasi müstəqilliklərinin əhəmiyyətli hissəsindən qeyri-rəsmi olaraq məhrum olurlar. Bu qurum yaranan gündən bəlli idi ki, ortada iqtisadi inkişafdan heç bir söhbət getmir. Birlikdə olan dövlətlər arasında iqtisadi göstəricilərin müsbətə doğru inkişaf etməsi ilə bağlı göstərilən rəqəmlər də real iqtisadi vəziyyəti əks etdirmir. Orta səviyyəli bir iqtisadçı rahat şəkildə birliyin mövcud olmaması səbəbindən ölkələrin güclənməsinə xidmət edəcək hər hansı iqtisadi inkişafın olmadığını isbatlaya bilər. Əvəzində bu dövlətlərin içində baş verən iqtisadi gərginlikləri, milli valyutalarının dəyər itirməsini və s. görürük. Enerjidaşıyıcıları, pambıq, taxıl və bir sıra təbii sərvətlər istisna olmaqla, gəlirlə işləyən, dünya bazarına çıxa biləcək məhsulları görə bilmirik. Yüksək texnologiyanın inkişafından, İKT sistemindən isə ümumiyyətlə danışmağa dəyməz”.

Ekspert fikirlərinə ünvanladığı bu sualla davam etdi: “8 ildir yaranmış iqtisadi birlik nədən uğurlar əldə edə bilmir? Çünki əsas hədəf iqtisadi birlik adı altında ilk növbədə dövlətlərin siyasi müstəqilliklərini zəiflətmək, gələcəkdə isə daha da irəli gedərək formal dövlətlər halına salmaq və ən nəhayət, siyasi bir ittifaq yaradaraq vahid idarəetmə sisteminə nail olmaqdır. Çoxları yanlış olaraq, yaxud bilərəkdən bu ssenarini SSRİ-nin bərpası kimi təqdim etməyə çalışırlar. Əslində isə burada yaxından-uzaqdan heç bir əlaqə görmürəm. Çünki təkpartiyalı, şəxsi mülkiyyət, fərdi biznesi inkar edən SSRİ tamam başqa bir quruluş idi və onun yenidən bərpası ehtimalları belə mümkün deyil. Postsovet ölkələrinin əksəriyyətində korrupsiya, rüşvət, haqsızlıq və xalqların maddi vəziyyətinin acınacaqlı olması orta nəsildən yuxarı insanlarda həmin dövr üçün bir nostalji hisslər yaradır. Bundan istifadə edərək məkrli planları işə salanlar isə həmişə olub. Ona görə də hesab edirəm ki, Azərbaycanın Avrasiya İttifaqında istənilən statusda təmsil olunması bütün istiqamətlər üzrə ziyanımıza işləyər. Bu bir imperiya planıdır. Özümüz öz əlimizlə qandalı qolumuza vura bilmərik. Baxın son illər nə baş verir? Rusiyanın müxtəlif səviyyəli siyasətçiləri, məmurları açıq şəkildə bəyan edirlər ki, postsovet məkanında olan dövlətlər yüz illərlə Rusiya imperiyasının torpaqları olduğundan bu gün həmin dövlətlər birmənalı Rusiyanın təsir və maraqları altındadırlar. Adamlar gizlətmədən deyirlər ki , dövlətlərin müstəqilliklərini həzm edə bilmirlər və bütün imkanlarla bu müstəqillikləri zəiflədəcəklər. Əgər ortada Qərb və ABŞ faktorları olmasaydı, çoxdan istədiklərini həyata keçirərdilər. Bunun üçün bütün imkanları belə hazırlayıblar. Dediyim kimi, iqtisadi birlik çətiri altında dövlətlərin iqtisadi siyasətinə nəzarət edən mexanizm qurulub, səbəb yaratmaqla KTMT adı altında istədiyi vaxt ”müttəfiq" dövlətlərin ərazisinə hərbi müdaxilə etmək üçün leqal hərbi güc də ortada var. Avrasiya İttifaqının şəriksiz lideri Rusiyadır. Bir müddət öncəyə qədər bu qurumun yaradıcılarından sayılan və fəxri lideri olan Qazaxıstanın keçmiş prezidenti Nazarbayevin birlik içində müstəqil fikir bildirmək, qərarlara təsir etmək imkanları var idisə, Qazaxıstandakı son hadisələrdən sonra o məsələ də artıq qapanıb. Yəni Rusiya artıq heç bir maneə olmadan kollektiv qərar adı altında özünün istədiyi qərarı verə bilir. Tutaq ki, bu gün Azərbaycan nəinki müşahidəçi, hətta tam hüquqlu üzv kimi oraya daxil olmaq istəsə, heç kim, hətta Paşinyan belə səsini çıxara bilməyəcək. Ona görə də Azərbaycanın Rusiya ilə ikitərəfli iqtisadi əlaqələr saxlaması daha doğru və təhlükəsiz olar. Bütün imkanlarımızla yalnız bu istiqamətdə fəaliyyət göstərməliyik. İqtisadi müstəqilliyimizi təhdid edən istənilən ittifaqdan kənarda durmağa çalışmalıyıq".
0
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda ana və oğul narkotacirlər saxlanılıb
Lənkəranda ana və oğul narkotacirlər saxlanılıb.

Bildirilib ki, Lənkəranda Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri növbəti ardıcıl əməliyyat-axtarı tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər saxlanılıb və dövriyyədən 5 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İbrahim Axundov, Şəhriyar İbadlı və Səidə Əskərov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Səidə Əskərovanın oğlu Müqəddəs Adıyevdən əldə etdikləri müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan M.Adıyevin üzərindən və yaşadığı evdən 5 kiloqram 100 qramdan artıq narkotik vasitə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər – Turac Rzazadə, Zahid Səlimov, Elvin Cəfərov, Bayram Nəsrullayev, Ramin Cəbizadə, Mirxəlil Mirverdiyev, Zeyqəm Rzayev, Fərid Hüseynov, Ruslan Əliyev, Musa Hüseynov və Ümid Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxslərdən Turac Rzazadə, Ramin Cəbiyev və Ruslan Əliyevin oğurluq əməllərinin də üstü açılıb. Belə ki, Turac Rzazadənin 2 yaşayış evindən 2040 manat dəyərində məişət əşyalarını, Ruslan Əliyevin 2 evdən 800 manat dəyərində elektrik generatoru, 2 ədəd velosiped və digər əşyaları, Ramin Cəbizadənin isə məzar daşları sexindən 2100 manat dəyərində notbuk, monitor və məzar daşlarının hazırlanmasında istiadə olunan avadanlıqları oğurladığı müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Belələri ölkənin adını yerə vururlar, azərbaycanlılar haqqında mənfi rəyin yaranmasına səbəb olurlar” - ETİRAZ
Özünü “müxalif jurnalist” kimi qələmə verərək Böyük Britaniyadan siyası sığınacaq istəyən 34 yaşlı Azərbaycan vətəndaşı Ceyhun Zeynalov bu ölkədə seksual qısnama cinayətinə görə mühakimə olunub. “Daily Mail” nəşri xəbər verir ki, Zeynalov Azərbaycanda “jurnalistika ilə məşğul olduğunu və hakim partiyanı tənqid etdiyi üçün təqiblərə məruz qaldığını” iddia edərək bu ölkədən siyasi sığınacaq almaq üçün müraciət edib. Onun müraciətinə baxılması prosesinin davam etdiyi bir vaxtda bu şəxs Stok-on-Trent şəhərində əqli qüsurlu qadına qarşı seksual xarakterli hərəkətlər edib (mənbə: Virtualaz.org).

Belə ki, qadın şirniyyat mağazasına daxil olarkən Zeynalov ona yaxınlaşıb, birlikdə içməyi təklif edib. Qadın ona rədd cavabı verib, amma Zeynalov bir butulka araq alıb və qadın mağazadan çıxanda onu təqib etməyə başlayıb. Dövlət ittihamçısı Ben Lourens bildirib ki, bu şəxs qadını Müqəddəs Mark kilsəsinin arxasına dartıb aparıb. Və orada ona qarşı zorla seksual xarakterli hərəkətlər edib, qadın Zeynalovun əlindən çıxıb evlərinə gedə bilib və baş verənləri anasına danışıb. Anası isə polisə müraciət edib. Və Zeynalovu tezliklə həbs ediblər.

Qadın məhkəmədə deyib: “Mən müntəzəm olaraq mağazaya piyada gedirəm. Amma baş verənlərdən sonra ora getməkdən qorxuram. İndi küçədə tanış olmayan kişilər görəndə narahat oluram. Baş verənlərdən sonra anam mənə görə çox narahatdır”.

Bildirilir ki, Ceyhun Zeynalov üç uşaq atasıdır. Siyasi sığınacaq barədə müraciət etdiyi üçün ona ayda 198 funt sterlinq verirlər. 13 illik birgə nikahdan sonra Zeynalov ailəsindən ayrı yaşayır. Əvvəlcə o, günahını boynuna almayıb, amma sonra hər şeyi etiraf edib. Hakim Zeynalovu hökmün icrası 18 ay təxirə salınmaq şərti ilə 10 aylıq həbsə və 30 günlük reabilitasiyaya məhkum edib. Habelə, o, alkaqol asılılığından 6 ay müalicə almalı, 120 saat məcburi əməklə məşğul olmalıdır. Bundan əlavə, Zeynalovun adı seksual zəmində cinayətlər törədən şəxslər siyahısına salınıb və 10 il bu siyahıda qalacaq.

Qeyd edək ki, Azərbaycan mənbələrində bu şəxsin jurnalist fəaliyyətinə dəlalət edən heç bir fakta, məlumata rast gəlinmir. Eləcə də həmkarlar arasında onu tanıyan yoxdur. Bəs İngiltərə belə saxta “müxalifətçilərə” necə sığınacaq verir? Müraciət edənlər hansısa prosedurdan keçirilmirmi? Avropada ən çətin sığınacaq verilən (iri biznesmenlərdən və oliqarxlardan başqa) yerlərdən biri İngiltərədir...

Zamantv.az "Yeni Müsavat"a istinadla xəbər verir ki, hüquqşünas Əsabəli Mustafayev bu şəxsi tanımadığını söylədi: “Miqrasiya məsələsində praktika çox qarışıqdır. Hər ölkədə müxtəlif cür praktika var. İngiltərəyə hətta viza almaq məsələsi belə müşküldür. Çünki o, Şengen vizasına daxil deyil. İngiltərə Avropanın özündən də qovulub. Özüm İngiltərədə olmuşam. Orada miqrantlar çoxdur. Özü də Afrika və Orta Asiyadan gələnlər hədsiz çoxdur. Orada hara gedirsən onlara rast gəlirsən. Hiss edirsən ki, onlar polis deyillər. İngiltərənin siyasətini başa düşmək çətindir ki, onlar hansı ölkələrə miqrant məsələsində daha çox üstünlüklər verirlər. Bilirsiniz ki, Londonun meri Pakistan əsilli olan şəxsdir. Bu fakt da çox sualın cavabıdır. Bildiyimiz qədəri ilə keçmiş sovet ölkələri ilə bağlı orada miqrant məsələsi çox qəlizdir. Bu, Azərbaycana da şamil olunur. Açığı, hər hansı bir azərbaycanlı miqrantın orada olmasını eşitməmişəm. Tanıdığım adamlar var ki, orada oxuyublar, elmi, hüquqi işlərlə məşğuldurlar. Burada da söhbət siyasi miqrantdan getmir, ağıllardan gedir. Çalışırlar ki, müxtəlif ölkələrdən olan alimləri, hər hansı bir sahənin peşəkarlarını öz ölkələrinə çəksinlər. Bu siyasət də başa düşüləndir. Mövzunuzda adı keçən şəxsin adını oxudum, tanımadım. Bilirsiniz ki, siyasi işlərdə həddindən artıq çox olmuşam. Hər zaman siyasi proseslərin içərisində yer almışam.

Çoxlu sayda ictimai-siyasi fəalları müdafiə etdiyim üçün proseslərin içərisində yer almışam. Bu şəxsin ora necə gedib çıxdığını bilmirəm. İndi deyirlər ki, Londonda 8 ildir yaşayır. Ola bilsin ki, 5-6 il bundan qabaq gedib. O vaxt bir sıra Avropa ölkələri fəxarətlə miqrantları qəbul edirdi. Hətta öz ölkəsində heç bir ictimai-siyasi fəaliyyəti olmayanları belə Avropa qucaq açıb qəbul edirdi. Sonradan məlum olanda ki, bunlar daha çox dələduzdurlar, həmin ölkələrin səmimiliyindən istifadə ediblər, orada özləri üçün isti yer tapıblar, ölkələrin insanlara humanist davranışlarının sui-istifadəçisinə çevriliblər, həmin şəxslərin kütləvi şəkildə olduqları yerlərdən çıxarılması mərhələsi başladı. Bu, təkcə Azərbaycana aid məsələ deyildi. Görünür, bu şəxsin gedib Londonda özünə yer tapması həmin dövrə düşüb. 2-3 il bundan qabaq Londona heç viza da ala bilməzdi”.

Hüquqşünas Azərbaycan adına utanc gətirəcək bu hadisədən çox təsirlənib: “Bu olay orada azərbaycanlılar haqqında çox mənfi rəy, imic yaradır. Bundan çox təəssüflənirəm. Həmin məhkəmədən mütləq reportajlar olub. Çünki orada məhkəmələrdən çox yazırlar. Orada da yəqin vurğulanır ki, bu şəxs azərbaycanlıdır, miqrantdır. Azərbaycanlı olaraq mənə pis təsir edir ki, ora elm sahəsi ardınca gedən həmvətənlərimiz var, texnika sahəsində uğurlar qazanıblar, amma belə insanlar da ölkənin adını yerə vururlar, azərbaycanlılar haqqında mənfi rəyin yaranmasına səbəb olurlar. Hər halda, İngiltərə hökuməti bundan bir nəticə çıxaracaq. Yəqin ki, təsadüfi, yaxud aldatma yolu ilə orada yaşaya bilən insanlar araşdırılacaq. Elə fırıldaqçılar o ölkələrdən çıxarılacaqlar”.

Almaniyada yaşayan, miqrasiya məsələləri üzrə ekspert, hüquqşünas Əlövsət Əliyev Azərbaycan tərəfdən bu şəxs haqqında qarşı tərəfə məlumat verilməsini çox vacib sayır: “Belə bir jurnalist tanımıram. Azərbaycanda hansı mətbuat orqanında çalışması haqqında da məlumatım yoxdur. Təbii ki, Azərbaycanda jurnalistlərin fəaliyyəti ilə məşğul olan, onların fəaliyyətlərini tənzimləyən jurnalist təşkilatları var. Onlar bu cür məsələlərə qarışmalıdırlar. Azərbaycanda belə bir jurnalistin olub-olmaması haqqında Britaniyanın müvafiq orqanlarını məlumatlandırmalıdırlar ki, orada obyektiv araşdırılma aparıla bilsin. Amma hər bir vətəndaşın qaçqın statusu üçün müraciətinə istər İngiltərə, istər Almaniya, istərsə də Azərbaycan olsun, dərhal müsbət cavab verilmir. Hər bir şəxs haqqında fərdi qaydada araşdırma aparılır. İngiltərə qaçqın statusu üçün müraciət edən şəxslər haqqında səfirliyi vasitəsilə Azərbaycanda araşdırma aparır, yoxlamaların nəticələrinə əsasən həqiqətən də müraciət edən şəxsin təqibi təsdiq olunduğu halda həmin şəxsə qaçqın statusu, yaxud sığınacaq axtaran şəxs statusu verir. Xaricdə oturum alanların çox olmasına baxmayaraq, onların təxminən 3-4%-i qaçqın statusu alır. Qalanları humanitar əsaslarla, xəstəliklərlə, ailə birləşmələri və s. əsaslarla müvəqqəti yaşayan şəxslərdir. Bu şəxs deyir ki, jurnalistəm. Azərbaycandakı jurnalist təşkilatları bir araya gəlib Britaniya səfirliyinə belə bir jurnalistin olub-olmaması barədə məlumat verə bilərlər. Bununla obyektiv araşdırmaya da yardım edilmiş olar. İstənilən halda obyektiv qərar çox vacibdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəb direktorunun rüşvət istədiyinə dair səs yazısı yayıldı
Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktorunun rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.

"Zamantv.az" Oxu.Az-a istinadən xəbər verir ki, məktəb direktoru Mətanət Məmmədova müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir.

V. Məmmədova isə pulu vermək üçün imkanının olmadığını bildirib.

Daha sonra direktor müəllimi otaqdan qovub və məsələ barədə danışacağı təqdirdə başına oyun açacağını bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda “Omicron” ştamı sürətlə yayılmağa başlayıb - RƏSMİ
Azərbaycanda koronavirusun “Omicron” ştamı sürətlə yayılmağa başlayıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən "Zamantv.az"a verilən məlumata görə, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.

Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirir ki, bəzi insanlarda arxayınlıq yaranıb və bu çox təhlükəlidir:

“İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. “Buster” (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki “buster” doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”.

Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omicron”a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 %-in üzərinə çıxır:

“Omikron”dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. “Buster” dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aparıcının həyat yoldaşını qətlə yetirən şəxslər SAXLANILDI - YENİLƏNİB
Aparıcı Ece Erkenin həyat yoldaşı vəkil Şafak Mahmutyazıcıoğlu ötən gecə Bakırköydəki balıqçı restoranında naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

"Zamantv.az" xəbər verir ki, xəstəxanada dünyasını dəyişən Şafak Mahmutyazıcıoğlunun qətli ilə bağlı 2 nəfər saxlanılıb, 3 nəfər isə axtarılır.

Bildirək ki, vəkilin ölümü ilə bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.

***09:31

Türkiyəli aktrisa, aparıcı Ece Erkenin həyat yoldaşı vəkil Şafak Mahmutyazıcıoğlu öldürülüb.

Zamantv.az xəbər verir ki, hadisə İstanbulun Bakırköy rayonunda qeydə alınıb.

Belə ki, Şafak Mahmutyazıcıoğlu restoranların birində silahlı hücuma məruz qalıb. Xəstəxanaya çatdırılan Mahmutyazıcıoğlunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müharibə ehtimalı 70 FAİZDİR: Ukrayna tək qalacaq və Rusiya… – SENSASİON DETALLAR
Zamantv.az günlər Ukrayna ilə Rusiya arasındakı gərginlik pik həddə çatıb. Kiyev və Moskva bir-birini təhdid etməklə məşğuldur. ABŞ Kiyevdəki səfirlik əməkdaşlarını təxliyə etməyə başlayıb. NATO “açıq şəkildə kömək etməyəcəyik” deyə bəyanat verib. Britaniya isə durmadan Ukraynaya silah daşıyır.

Bəs, müharibə ehtimalı nə qədərdir? Azərbaycan və Türkiyə tandemi bu savaşda kimin yanında olacaq?

Suallarımıza politoloq Cümşüd Nuriyevlə cavab tapmağa çalışdıq.

C.Nuriyev Publika.az-a müsahibəsində bildirdi ki, Ukrayna və Rusiya arasındakı müharibə ehtimalı hazırda 60-70 faizdir.

– Cümşüd müəllim, Ukrayna ilə Rusiya arasında müharibə ehtimalı hazırkı durumda nə qədərdir?
– Hər iki tərəfin münasibətlərindən görünən odur ki, tərəflər bir-birini hədələyir. Amma Qərb-İngiltərə və ABŞ mətbuatı üçün artıq müharibə “başlayıb”. Yəni, iki qütb arasındakı məsələləri təqdim etməklə məşğuldurlar. Hətta Qərb mediası desant qüvvələrinin də şəkillərini paylaşıb ki, guya ruslar desant itlər alır. Amma fikrimcə, müharibə olması ehtimalı yüksəkdir. Çünki burada iki məsələ var. Birincisi, Ukraynanın başqa çıxış yolu qalmayıb. İkincisi, Rusiyada sosial gərginlik var və həmin gərginliyi hərbi müstəviyə keçirmək Prezident Vladimir Putinə sərf edir. Çünki Kremlin strategiyasında sosial qarşıdurmanın yeni inqilaba gətirib çıxarması kimi xarakterizə olunur. Ona görə də Ukrayna ilə Rusiya arasındakı müharibə ehtimalı hələ ki, çox yüksək qalır. Hazırkı duruma görə, müharibənin olma ehtimalı 60 faizdir. Hətta deyərdim ki, 60-70% arasındadır.
Müharibə ehtimalı 70 FAİZDİR: Ukrayna tək qalacaq və Rusiya… – SENSASİON DETALLAR
Ukrayna müharibə istəyirmi?

– İş orasındadır ki, Ukraynanın Müdafiə naziri Aleksey Reznikov, həm də Xarici İşlər naziri Dmitri Kulebanın bəyanatları, məsələlərə münasibətləri daha çox qorxaq uşaq statusundadır. Yəni, Ukrayna Rusiyanı hədələsə də, geri çəkilmək qorxusu ilə bəyanatlar verir. Bəlkə də onların bəyanatlarını ruslar bizə o cür təqdim edirlər. Amma bütün hallarda bəyanatlar ukrayn dilindədir, ona görə də onların nə dərəcədə dəqiq ifadə olunduğunu deyə bilmərəm. Ukraynanın bəyanatlarının rus dilindəki tərcüməsinə baxdım, görünən odur ki, Vladimir Zelenskinin hakimiyyətində çalışanlar bir növ siyasi cəhətdən təcrübəsizdir. Qarşı tərəfdə xisləti hiyləgər və xarakteri həddindən artıq mürəkkəb Sergey Lavrov var.

– Danışıqlar müstəvisində Sergey Lavrov amili nə dərəcədə təhlükəlidir?

– Sergey Lavrov dünən Dövlət Dumasında Ukrayna ilə münasibətləri gündəmə gətirdi. Həm kommunistlər, həm də Rusiya Liberal Demokrat Partiyasının (RLDP) təmsilçiləri xarici işlər nazirinin mövqeyini dəstəklədilər. Görünən odur ki, Rusiya qanunvericilik səviyyəsində də müharibə istəyir.

– NATO Ukraynanı Rusiya ilə savaş meydanında təkbaşına buraxdı, yoxsa başqa səbəblər var?

– Hətta Azərbaycanda bir çox siyasətçilər bəyan etmişdi ki, NATO Ukraynanı öz ordusu ilə dəstəkləməyəcək. Bu, birmənalıdır. Çünki bu, NATO nizamnaməsinin beşinci bəndində də öz əksini tapıb. Orada qeyd olunur ki, ancaq bu təşkilata üzv olan dövlətlərdən birinə kənar müdaxilə baş verərsə, canlı qüvvədən istifadə həmin vaxt mümkün ola bilər. Bu da mümkünsüzdür. Ona görə ki, Ukrayna NATO üzvü deyil. İndiki halda ən çox İngiltərə canfəşanlıq edir. Bir də Birləşmiş Ştatların canfəşanlığını görmək mümkündür. Çünki onların hərbi elitasının Rusiyada maraqları var. Nəzərə alaq ki, Rusiyada neftçıxarma sahəsi üzrə ingilis şirkətləri də var. Bunlar transmilli şirkətlərdir. Görünən odur ki, son hadisələrdə İngiltərə daha çox maraqlıdır. Təbii ki, NATO hazırda dişsiz siyasət yürüdür. Guya, bu vaxta qədər NATO Rusiyaya qarşı dayanmışdı. Amma görünən mənzərə fərqlidir. Bizdə belə bir misal var, sən vur, arxanda durmuşam və ya dayanmışam dağ kimi, əsirəm yarpaq kimi… Əslində, NATO heç nə etməyəcək. Hazırda Şimali Atlantika Müqaviləsi Təşkilatı Ukraynaya maliyyə yardımı göndərməklə məşğuldur. Bu yardımların həcmi o qədər də böyük deyil. Almaniya cəmi 5 milyon avro və səhra hospitalı verir. Fransa ümumiyyətlə, oyundan kənarda qalıb. Xorvatiya isə öz ordusunu geri çəkir. Əsas yaxacıran tərəflər Polşa və İngiltərədir. Amma Polşanın da maliyyə imkanları məhduddur. Ordu ilə savaşa girməsi isə hərbi müdaxilə deməkdir.

– O zaman Qərbin və NATO-nun Ukrayna məsələsində əsas maraqları nələrdir?

– NATO istəyir ki, Ukraynanın özü Rusiya ilə vuruşsun. Onların marağı qırılası da deyil. Onların Ukraynanın ərazi bütövlüyünü bərpa etməsi, demokratikləşməsi kimi maraqları yoxdur. NATO-nun əsas marağı Rusiyanı zəiflətməkdir. Qərb Rusiyanı çökdürməyə çalışır. Beləliklə, Rusiyanın resurslarına sahiblənmək istəyirlər. Eyni zamanda, Rusiya və Çin duetini təkləməyə çalışırlar. Bu iki duet Qərb və NATO üçün çox təhlükəlidir. Qərbin və NATO-nun hərəkətləri Moskva-Pekin tandemini təkləməyə xidmət edir. NATO bundan başqa heç nə etməyəcək.

– Xarici ölkələr səfirlik əməkdaşlarını, ümumiyyətlə, vətəndaşlarını Ukraynadan təxliyə etməyə başlayıb. Bu, nədən xəbər verir?

– Bu, Birləşmiş Ştatların çoxdan istifadə olunmuş taktikasıdır. Kissincerin əsərlərində də var; hər hansı bir ölkədə qorxu yaratmaq, başqa ölkələrlə həmin dövlətin münasibətlərini korlamaqdan ötrü belə bir diplomatik gedişdən istifadə edirlər. Zbiqnev Bzejinskinin “Böyük şahmat taxtası” əsərində də Amerikanın bu taktikası bəyənilir. ABŞ hazırda Ukraynada müharibə ehtimalını artırmaqla məşğuldur. Müharibənin baş verəcəyi yox, olma istəyi bunu gündəmə gətirir. 5-6 diplomatik heyəti geri çəkmək heç nəyi dəyişmir. Amma Kiyevdə 5-6 dövlətin konsulluğu, səfirliyi yoxdur. Bildiyimə görə, orada 70-dən çox ölkənin səfirliyi var. Bizdən fərqli olaraq Ukraynada başqa ölkələrin səfirlikləri çoxdur. Sual olunur, bəs niyə Asiya, Afrika, Cənubi Amerika ölkələri öz səfirliklərini geri çəkmir?! Bir neçə Qərb ölkəsi və ABŞ səfirliklərini Kiyevdən geri çəkir. Görünən odur ki, bu ssenarinin başında anqlo-sakslar dayanır. Rusiyaya qarşı gələnlər də onlardır. Əgər tarixə nəzər salsaq, görərik ki, nə vaxt anqlo-sakslar hansı dövlətin üzərinə gəliblərsə, mütləq oranı qarışdırıblar. Ən azından maraqlarını 70-80% təmin ediblər. Hazırda anqlo-saksların regionda əsas maraqları iqtisadi xarakterlidir. Çünki pandemiyadan sonra Çin çox sürətlə önə keçib. Obrazlı desək, ABŞ-ın tavanı ilə dabanı pandemiyadan sonra bərabər olub. Nə istehsal edə bilirsə, o qədər ümumi daxili məhsulu var. Üstəlik, bir o qədər də borcu mövcuddur. Söhbət 21 trilyonluq borcdan gedir. Ümumi daxili məhsulu da elə bu qədərdir.

– Almaniyanın Ukraynaya qarşı soyuq davranışı nədən xəbər verir?

– Bəli, burada Almaniya oyundankənar qalır. Berlin Moskva ilə münasibətlərini korlamaq istəmir. Almaniya başa düşür ki, bütün müharibələrin arxasında zaman-zaman İngiltərə olub. Birinci və İkinci Dünya müharibələrinə baxmaq kifayətdir. İngilis-bur müharibələrindən tutmuş, ingilis-fransız müharibələrinə qədər. Son 500 ildəki bütün müharibələrin hamısını ingilislər həyata keçirib. Bu müharibələrin hesabına heç bir resursu olmayan dövlət hazırda dünyada ən varlı ölkədir. Britaniya hazırda dünyada milli valyutası ən dəyərli olan dövlətdir. İngiltərəyə indi yeni ərazilər lazımdır ki, işğal olunmuş yerlərdən yeni təbii sərvətlər gətirilsin. Ötən əsrin əvvəllərində Azərbaycandan aparılan təbii sərvətlər indi-indi üzə çıxır. İndi dünyanın müxtəlif muzeylərində sərgilənir. Elə İraqdan, Suriyadan, Əfqanıstandan da o cür apardılar. İndi İngiltərəyə yeni bazar lazımdır. Bu, istila bazarıdır. Bu da ən yaxşı halda Rusiyadır. Çünki dünya resurslarının 21 faizi Rusiyada cəmlənib. Yəni, bütün müharibələr iqtisadi maraqlardan doğub. Hazırda yeni dünya düzənini formalaşdırmaq istəyən anqlo-sakslar həmin düzəndə Rusiyanı görmək istəmirlər. Ona görə də çalışacaqlar ki, müharibə olsun.

– Əgər müharibə başlayarsa, Azərbaycanın və Türkiyənin mövqeyi necə olacaq?

– Azərbaycan Prezidenti yanvarın 14-də Kiyevə səfər etdi. Bundan da əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri baş tutmuşdu. Hətta Ərdoğanın fevral ayında da Ukraynaya səfəri gözlənilir. Bakı və Ankara açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Krımın Ukraynanın halal ərazisi olduğunu həm Bakı, həm də Ankara qəbul edib. Ona görə də müharibə olarsa, Azərbaycan və Türkiyə Ukraynaya diplomatik dəstək verəcək. Bundan artıq addım atılacağına inanmıram.



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SON DƏQİQƏ! Rusiya bu ölkəyə qarşı döyüş gəmiləri ilə HƏRƏKƏTƏ KEÇDİ – Hökümətdən ETİRAZ
Rəsmi Dublin Rusiyanın İrlandiya sahillərində təlim keçirməsinin nadir mavi balinalar da daxil olmaqla dəniz canlılarına zərər verə biləcəyindən narahatdır.

Zamantv.az xəbər verir ki, İrlandiyanın dövlət naziri Malkolm Nunan Rusiyanın Dublindəki səfiri Yuri Filatova məktub yazaraq narahatlığını bildirib.

O, məktubunda Rusiyanın təliminin bəzi dəniz növləri üçün fəlakətli ola biləcəyini qeyd edib.

Nunan təlimin necə həyata keçiriləcəyini dəqiq bilmədiklərini, amma dəniz radarları kimi hərbi cihazların səslərinin nadir balina növlərinə böyük zərər verə biləcəyini deyib. Onun sözlərinə görə, belə radarlarının çıxardığı səslər balinalar kimi məməlilərin eşitmə sistemini zədələyərək qalıcı ziyana və hətta ölümə səbəb ola bilər.

Rusiyanın hərbi dəniz təlimi gələn ay İrlandiyanın cənub-qərb sahillərindən təxminən 240 kilometr aralıda keçiriləcək.

İrlandiya müdafiə naziri Saymon Koveni də real döyüş sursatından istifadə ediləcək təlimdən narazı olduqlarını, amma bunun qarşısını almağa güclərinin olmadığını bildirib.

Rusiyanın hərbi dəniz təlimi Ukraynaya görə Moskva ilə Qərb arasında münasibətlərin gərgin olduğu dövrə təsadüf edir.

Rusiyanın İrlandiyadakı səfiri Yuri Filatov isə narahatlıqları həddindən artıq şişirdilmiş hesab etdiyini bildirib və planlaşdırılan təlimin İrlandiya və ya digərləri üçün təhlükə olmadığını söyləyib. Filatov təlimdə 3-4 gəminin iştirak edəcəyini açıqlayıb./teleqraf/


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NƏ HƏBS: Sahil Babayev elə bir çətir altındadır ki... - İLGİNC GƏLİŞMƏ
Zamantv.az - Ölkə mediasında və sosial şəbəkələrdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və nazirliyin struktrularındakı korrupsiya əməlləri barədə xəbərlər artmaqdadır. Ancaq irimiqyaslı faktlar ortada olsa nə nazir, nə də onun işçiləri məsuliyyətə cəlb olunub. Az əvvəl Zamantv.az olaraq gununsesi.info-ya istinadən xəbər vermişdik ki, Sahil Babayevin barəsində cinayət işinin başlanması üçün ölkədə imzatoplama kampaniyası keçirilib.
NƏ HƏBS: Sahil Babayev elə bir çətir altındadır ki... - İLGİNC GƏLİŞMƏ

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO