[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyə və Polşa Prezidentlərinin görüşü olub
Polşa Prezidenti Andjey Dudanın Türkiyəyə səfəri başlayıb.

Zamantv.az” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan polşalı həmkarını rəsmi mərasimlə qarşılayıb.

Hazırda iki ölkə liderləri arasında görüş keçirilir. Görüşdən sonra R.T.Ərdoğan və A.Duda birgə mətbuat konfransı keçirəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya sərhədində mindən çox azərbaycanlı var, sərhədi keçə bilmirlər
“Bu ilin fevralında Rusiyaya gəlmişdik, geri dönüş biletlərimiz də alınmışdı. Lakin hava sərhədi bağlandığından Azərbaycana qayıda bilmədik. Martın 7-dən Dağıstanın Dərbənd şəhərində “Oqonyok” düşərgəsinə yerləşdirilmişik. Biz gələndə düşərgədə 150 nəfər var idisə, hazırda burada qeydiyyata alınanların sayı 1000-i keçib. Aralarında körpə uşaqlar, yaşlılar, xəstələr var, hamısı qalıb, evinə-eşiyinə gedə bilmir”.

Bu şikayətlə “Qafqazinfo”ya Rusiya ilə sərhəddə qalan bir qrup azərbaycanlı müraciət edib.

Onların sözlərinə görə, hazırda düşərgəyə Rusiyanın müxtəlif şəhərlərindən azərbaycanlılar toplaşıblar.

Şikayətçilər iddia edirlər ki, onlara sözügedən düşərgədə 1-2 gün saxlanıldıqdan sonra Azərbaycana buraxacaqları bildirilib:

“Biz 14 nəfər Həştərxanda təhsil alan tələbələrik. Bizdən başqa yüzlərlə insan burada düşərgədə qalıb. Hazırda gələnlərin sayı o qədər çoxdur ki, qapıdan içəri girə bilmirlər, 40 nəfər soyuqda qalıb. Burada vəziyyət çox pisdir. Bizə dedilər ki, quru sərhədi bağlı olsa da, bu düşərgədən azərbaycanlıları ayda bir neçə dəfə, hissə-hissə ölkəyə buraxacaqlar. Əslində Rusiya sərhədindən keçə bilirik, amma Azərbaycan tərəfi bizi buraxmır. Öz vətənimizə qayıda bilmirik. Bütün aidiyyəti dövlət qurumlarına - Xarici İşlər Nazirliyinə, Rusiyadakı səfirliyimizə, Nazirlər Kabinetinə müraciət etsək də, bizimlə bağlı tədbir görən yoxdur”.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında uçuşlar martın 6-dan dayandırılmışdı. Bu beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqələndirilirdi. Ötən gün isə Rusiyanın “Aeroflot” aviaşirkəti martın 21-dən Azərbaycana reysləri bərpa edəcəyini açıqlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaponiyada güclü zəlzələ: Sunami xəbərdarlığı edilib
Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib.

Bu barədə yerli meteorologiya idarəsi məlumat verib.

Zəlzələnin maqnitudası 7,3 ​​bal olub. Ölkədə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Yaponiyanın meteorologiya idarəsindən verilən məlumata görə, artıq Miyaqi prefekturasında bir metr hündürlüyündə sunami qeydə alınıb.

İlk dalğalar 10-15 dəqiqəyə şimal-şərq sahillərindəki Miyaqi və Fukusima prefekturalarına çatacaq. Yerli sakinlərdən sahil zolağına yaxınlaşmamaq xahiş olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərmin Quliyeva cinayəti ilə bağlı iki şahid DANIŞDI
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nazim Vəliyev və Mahir Orucov ifadə verib.

Onlar kənd sakinləridir və Nərmin Quliyevanın meyti tapılan zaman görənlərdir.

Onlar həmin anlarla bağlı təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin suallarını cavablandırıblar.

Hakimin qərarı ilə növbəti məhkəmə martın 30-na təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan oldu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə müraciət etdi
Bakı Ukraynadakı vəziyyətin nizamlanmasında mühüm rol oynaya bilər.

Zamantv.az” xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və idarə heyəti üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir.

“Biz Sizin Azərbaycanda Rusiya və Ukrayna nümayəndələri arasında sülh danışıqlarının aparılması təklifinizi yüksək qiymətləndiririk. Bakı belə müzakirələr üçün neytral platformadır, o, artıq NATO və Rusiya arasında görüşlər üçün platforma olub. Ümid edirik ki, tərəflər bu təklifi qəbul edəcək və Bakı İkinci Dünya Müharibəsindən sonra Avropanın üzləşdiyi ən böyük təhlükəsizlik böhranının həllində mühüm rol oynaya bilər”, - məktubda qeyd edilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakçıları, həmçinin bu dəhşətli humanitar böhranı dayandırmaq üçün istənilən mümkün dialoq kanalından istifadə etməyə çağırıblar.

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və onun tərəfdaşları kimi biz Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı dərhal nəticəyönümlü dialoqun başlanmasına çağırırıq”, - məktubda vurğulanır.

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin Ukraynada apardıqları xüsusi əməliyyatdan DANIŞDI
Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukraynada apardığı xüsusi əməliyyatla bağlı danışıb.

Zamantv.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, o bildirib ki, Ukraynadakı xüsusi əməliyyat uğurla davam edir:

“Rusiya Müdafiə Nazirliyi və Baş Qərargah tərəfindən aparılan xüsusi əməliyyat planı özünü doğruldub”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ Ukraynaya kamikadze dronları göndərir: tankları məhv edəcək
Ağ Ev hərbi yardımın bir hissəsi kimi Ukraynaya “Switchblade” pilotsuz təyyarələrini göndərə bilər.

Zamantv.az, bu barədə “NBC News”a istinadən xəbər verir. Bildirilir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası tankları məhv edə bilən “Switchblade” dronlarının Ukraynaya təhvil verilməsini nəzərdən keçirir. Dronların təhvil verilməsi Ukraynaya milyard dollarlıq hərbi yardımın göstərilməsi çərçivəsində planlaşdırılır.

“NBC News”a görə, dronlar, hədəfi birbaşa özləri vurduqları üçün kamikadze adlandırılır. Dronun iki versiyası var. Daha yüngül “Switchblade 300”,10 kilometrə qədər məsafə qət edə və saatda 160 kilometrə qədər sürət yığa bilir. O, insanları və yüngül avtomobilləri vurmaq üçün nəzərdə tutulub
Daha güclü versiya olan “Switchblade 600” hədəfin üzərində 40 dəqiqə hərəkət edə bilir, saatda 180 kilometr sürətə çata bilir və tankı məhv etmək gücündədir.

Qeyd edilir ki, bu dronlar həm də onları daşıyan “Predator” və ya “Reaper” kimi pilotsuz təyyarələrdən buraxılan raketlərdən daha ucuzdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski: "Təxribata uymayın, sonacan döyüşəcəyik"
Ukrayna prezidenti Vladimir Zelenskinin xalqa yeni müraciəti yayılıb.

Zamantv.az xəbər verir ki, görüntülər prezidentin sosial şəbəkə hesaında paylaşılıb. O, barəsində yayılan "fake" məlumata cavab verib. Zelenski xalqa müraciətində bildirib ki, heç bir təxribata uymayın və yalan xəbərlərə inanmayın:

"Silahı yerə qoymağa hazırlaşmırıq. Qələbəyə qədər döyüşürük. Biz silahı yerə qoymağı ancaq rusiyalı hərbçilərə təklif edə bilərik".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müharibənin nəticəsi BAHALAŞMA - Yağ, şokolad, un, paltar yuyan maşınlar və...
“Ukrayna və Rusiyadan məhsul idxalında çətinliklər olacaq. BMT-nin proqnozu ondan ibarətdir ki, bütövlükdə ərzaq məhsullarının qiymətində növündən asılı olaraq Rusiya-Ukrayna müharibəsi səbəbindən 8 və 22 faiz intervalında qiymət artımı olacaq”.

Bunu Zamantv.az-a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir:

“Rusiya Azərbaycan idxalında və eyni zamanda qeyri-neft ixracatında əsas ticarət tərəfdaşıdır. Eyni zamanda Azərbaycanda Rusiyadan il ərzində 2,1 milyarda yaxın məhsullar idxal edirdi.
Rusiyadan ən çox idxal etdiyimiz məhsul buğda idi. İdxal olunan buğdanın 70 faizdən çoxu Rusiyadan gəlirdi. Baxmayaraq ki, biz Ukraynadan da buğda idxal edirdik, amma buğda idxalında Rusiya ilə daha böyük əməkdaşlığa sahibik.
Son zamanlar Rusiyanın tətbiq etdiyi qadağalardan sonra buğdanın da gətirilməsində müəyyən çətinliklərin olacağı gözlənilir. Amma Rusiya yaxın zamanlarda buğda ixracatının bərpa olunacağını bildirib”.
Onun sözlərinə görə, buğdaya olan tələbatın ödənməsində problem olmayacaq:
“Dünən Milli Məclisdə baş nazir qeyd etdi ki, Azərbaycanın ehtiyatları sayəsində buğdaya olan tələbatın ödənməsində problemlər yoxdur. Qeyd edim ki, ölkəmizə il ərzində 315 milyon dollarlıq buğda idxal olunur”.

Millət vəkili bildirib ki, Azərbaycan Rusiyadan günəbaxan yağı, marqarin, soya yağının da idxalını həyata keçirir:
“Rusiyadan bitki yağı ilə yanaşı Azərbaycana şabalıd və şabalıd məhsulları, bir sıra dərman preparatları, kartof və qeyri-ərzaq məhsulları da idxal olunur. Bundan başqa bizə Rusiyadan il ərzində 100 milyona yaxın gübrə gətirilirdi. Paltar yuyan maşınlar, televiziya qəbulediciləri də gətirilənlər arasındadır.”

İqtisadçı-ekspert vurğulayıb ki, biz Ukraynadan daha çox tütün, iri buynuzlu heyvan əti, quş əti, kərə yağı idxal edirik:
“Bundan başqa oradan dərman vasitələri, şokolad məhsulları, şəkərdən hazırlanan qənnadı məhsulları, diri iribuynuzlu heyvanlar, təzə meyvə, çörək və un məmulatları, marqarin və digər yağlar da Ukraynadan ölkəmizə gətirilirdi. Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi illik olaraq 8 milyon dollar ətrafında dəyişir”.

Vüqar Bayramovun sözlərinə görə, idxal inflyasiyası var və bu qaçınılmazdır:
“Qiymət artımın hansı səviyyədə olması isə birbaşa alternativ mənbələrdəki xərcdən və daxili mənbələrdən asılı olacaq. Amma reallıq bundan ibarətdir ki, Rusiya və Ukrayna müharibəsindən sonra idxal inflyasiyası səviyyəsində artımlar olacaq”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO