[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda yataqxanada yanğın, sakinlər təxliyə edildi
Şirvan şəhərində yataqxanada yanğın olub.

Zamantv.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İşdən evə gələn kişi ŞOKA düşdü: Arvadı iki uşağını öldürüb İNTİHAR etdi
Voloqdada ana və iki uşaq evdə ölü tapılıb.

Zamantv.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarına zəng edən yerli sakinlərdən biri deyib ki, işdən evə qayıdanda həyat yoldaşının və iki uşağın - 4 yaşlı oğlu və 3 yaşlı qızının meyitlərini öldüyünü görüb. Onların bədənlərində kəsilmiş-deşilmiş yaralar da aşkarlanıb.
Voloqdada ana və iki uşaq evdə ölü tapılıb.
İlkin versiyaya görə, uşaqları öldürən ana sonradan intihar edib. Qadının əvvəllər psixiatrik müalicə aldığı məlum olub.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gizlətdikcə yayılan bəla: “8-9-cu siniflər, qızlar artıq narkotik aludəçisinə çevrilirlər” - TƏHLİL
Biz hər şeyi ailənin üstünə atırıq. Ailə bacarmırsa, bu məsələni özbaşına buraxmaq olmaz. Kostyum geyinib, qalstuk taxıb videolar təqdim etməklə də bunun qarşısını ala bilmərik. Yeniyetmələrlə ayrı-ayrılıqda öz dillərində söhbət edilməlidir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

“8-9-cu siniflər, qızlar artıq narkotik aludəçisinə çevrilirlər. Bəzən məktəblərin tualetlərində narkotik vasitələrin tapıldığını inkar edirlər. “Əvvəllər var idi, indi yoxdur” deyirlər. Biz ört-basdır etməklə məşğuluq. Amma gizlətməklə heç nəyə nail ola bilmərik. Gizlətdikcə bu bəla hamımıza təsir edəcək. Bilmək olmaz gələcəkdə kimin qapısını döyəcək. Bununla hamılıqla mübarizə aparmalıyıq”.

Bu fikirlər millət vəkili Fazil Mustafaya aiddir. Təkcə deputatın fikirləri deyil, ötəni ilin statistikası da “ağ ölüm”ün artıq azyaşlılara, yeniyetmələrə sirayət etməsini sübut edir.

Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Azərbaycanda narkotik istifadəçilərinin sayının artdığını vurğulayıb: “2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib”.

Statistikaya nəzər salsaq, görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.

Bakı Şəhər Narkoloji Mərkəzinin (BŞNM) direktoru Qalib Məmmədov “Kaspi”yə açıqlamasında bildirib ki, məktəblərdə narkotikdən istifadə halları, nadir də olsa, mövcuddur. 14-16 yaşlı yeniyetmələr arasında il ərzində BŞNM-nə 20-30 müraciət qeydə alınıb və bunlar, əsasən, oğlanlardır: “Konsultasiya üçün valideynlər azyaşlılarla birgə və ya yeniyetmələr özü müraciət edirlər. Valideynlər yeniyetmədə davranışın dəyişdiyini və şübhələndiklərini bildirirlər. Təəssüfedici məqam odur ki, valideynlərin əksəriyyəti bu halları gizlədir, həkimə müraciət etmirlər. Çünki narkotik maddələr və onların törətdiyi fəsadlar haqda məlumatsızdırlar”.

Narkomaniyanın yaşının azalması səbəblərinə gəldikdə, mütəxəssis vurğulayır ki, yeniyetmələri pis yola çəkmək daha asandır: “Narkotik maddələri əldə etmək asanlaşıb. Sosial şəbəkələrdə bu haqda reklamlar gedir. Müasir yeniyetmələr formalaşmamış psixika ilə düzgün məlumat əldə etmədiklərinə görə, onları bu yola çəkmək daha asan olur. Valideynlər kifayət qədər diqqətli olmalı, övladını izləməlidirlər. Narkotik maddələrdən istifadə zamanı başlanğıc dövrlərdə yeniyetmələrin həyat ritmi dəyişir, davranışlarında kəskin dəyişiklik, məktəbdə dərs buraxmaları müşahidə olunur. Dərslərə həvəs azalır, yalançılıq artır, heç bir aydınlıq gətirmədən evdən pul tələbləri artır. Valideynlər övladlarında davranış dəyişikliyi gördükdə bunu gizlətməməli, əksinə həkimə, psixoloqa müraciət etməlidirlər”.

Narkomaniya tək bizdə deyil, bütün dünyada əsas problemlərdən biridir. Əbəs yerə “21-ci əsrin bəlası” adlandırılmır. Maarifləndirmə aparılır, bukletlər paylanılır, videoçarxlar çəkilir. Lakin azalma müşahidə olunmur. Ölkədə narkotiklərə qarşı mübarizənin yeni mərhələsi başlanmalıdır. Bəs nə etməli? Hansı yeni metodlardan istifadə edilməlidir? Günahkar təkcə ailələrdir?

Narkoekspert Emil Maqalov deyir ki, heç bir ailə istəməz ki, övladı narkoman olsun. Bütün məsuliyyəti ailənin üstünə atmaq düzgün deyil: “Məktəblərdə psixoloq məsələsi ciddi problemdir. Hər 100 şagirddən birinə bir psixoloq verilməlidir. Biz hər şeyi ailənin üstünə atırıq. Ailə bacarmırsa, bu məsələni özbaşına buraxmaq olmaz. Kostyum geyinib, qalstuk taxıb videolar təqdim etməklə də bunun qarşısını ala bilmərik. Yeniyetmələrlə ayrı-ayrılıqda öz dillərində söhbət edilməlidir. Məktəblə valideyn əlaqəsi pozulub. Heç kim dərdini ictimailəşdirmək istəmir”.

Ekspertin sözlərinə görə, ölkədə bu bəladan xilas olmaq üçün müalicə müəssisələrinin sayı həddən artıq azdır: “Tutaq ki, şəxsin narkotik istifadəçisi olduğu aşkarlandı, amma bir problem var ki, müalicə lazım gəldikdə narkodispanserlərdə yer yoxdur. Bakıda 5000 narkoman varsa, 400 yerimiz var. Hara müalicəyə göndərək? Öncə bunu həll etməliyik. Narkotik istifadəçiləri dispanserdə müalicə aldıqdan sonra reabilitasiya mərkəzlərinə yönləndirilməlidir. Belə mərkəzlər var, amma özəl sektordadır, bahalıdır və hər kəsin buna imkanı çatmır. Ona görə də dispanserdə müalicə alanların çox az hissəsi asılılıq vəziyyətindən çıxa bilir, qalanları yenidən narkotik istifadəçisinə çevrilir”.

Ekspert vurğulayır ki, reabilitasiya mərkəzlərindəki xərcin, heç olmasa 50 faizini dövlət ödəməlidir: “Bəzi insanlar düşünür ki, çıxış yolu qanunları sərtləşdirməkdir. Bu, həll yolu deyil. Kubada ölüm hökmü var, amma ən çox da narkotik oradadır. İmkanı olmayanlar reabilitasiya mərkəzlərinə gedə bilmir. Xərclərin, heç olmasa 50 faizini dövlət ödəməlidir, 50 faizini də valideyn. Valideynlər uşaqda fərqli vəziyyət müşahidə edərsə, mütləq test etdirməlidirlər. Məsələn, insan qaşınır, onu yaralar basır, dişləri qaralır, tökülür, bir yerdə durmur, ağzına gələni danışır, gecələr yatmır, guya, kitab oxuyur, amma kitabı tərs tutur. Bunları müşahidə etdikdə, həkimə müraciət edin. Nə qədər tez bilsəniz, o qədər yaxşıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Siyəzəndə iki yaşlı uşaq ağ nefti içdi
Siyəzəndə daha bir valideyn ehtiyatsızlığı baş verib.

Bizim.media.az xəbər verir ki, rayonun Gilgilçay qəsəbəsində 2 yaşlı oğlan uşağı ağ neft içib.

Uşaq dərhal Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb. Uşağın mədəsi yuyulduqdan sonra paytaxtdakı Toksikologiya Mərkəzinə göndərilib.

Qeyd edək ki, Siyəzəndə bir neçə gün əvvəl digər bir azyaşlı uşaq kimyəvi məhlul içmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdamda minik avtomobili ilə mikroavtobus toqquşdu: Ölən var
Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, qəza rayonun Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb.

“VAZ-2107” ilə mikroavtobusun toqqusması nəticəsində “VAZ-2107”nin sürücüsü Cabir Qənbərov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kanalda batan əsgərin meyiti TAPILDI
Aprelin 15-də Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

A.Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Allahverdi Əhmədov altı ay idi ki, hərbi xidmət göstərirdi. O, 10 günlük məzuniyyətə çıxaraq, yaşadığı Mingəçevir şəhərinə gəlib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Traktor avtomobillə toqquşub: Ölən var
Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun “PMK-9” adlanan ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan traktor “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilin sürücüsü, rayonun Dərvişli kənd sakini Elçin adlı şəxs (soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəblərimizdə təhsil əzaba çevrilir... - HƏQİQƏTƏN DƏ...
Zamantv.az - Bir neçə gün öncə Bakı metrosunda (“20 Yanvar”) yeniyetmə yaşında iki bacının intihara cəhd etməsi haqda məlumat yayıldı. Bacıların Sumqayıt şəhər sakinləri və 10-cu sinif şagirdləri olduğu bəlli olub. Əvvəl yayılan məlumatda bildirilirdi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onlarla söhbət zamanı qızlar məhz intihar məqsədi ilə paytaxta gəldiklərini deyiblər.

Məlum olub ki, bacıları belə radikal addıma vadar edən səbəb məktəbdə bəzi videogörüntülərin yayılması olub. İstehza obyektinə çevrilməmək üçün bacılar intihar etmək qərarına gəliblər. Daha sonra yayılan məlumatda isə deyilir ki, qızlar qatar gələn anda tunelə düşməklərini “TikTok” sosial şəbəkəsində paylaşmaq üçün video çəkmək istədikləri ilə əlaqələndiriblər. Hər halda, iki yeniyetmə məktəblinin hansı səbəbdən bu cür təhlükəli addım atdıqları suallar doğurur.

Bu hadisədən cəmi bir gün qabaq - aprelin 26-da isə Bakıda 8 yaşlı oğlan uşağı sinifdə mütəmadi üzləşdiyi təhqirlərə dözməyərək intihar edib. Məlum olub ki, bu haqda o, anasına danışıbmış. Həmçinin ötən həftə Ağdam rayonun Böyükbəyli kəndində 11-ci sinif şagirdi yaşadığı evdə özünü asaraq intihar etmişdi.

Məktəblərimizdə nə baş verir? Nədən təhsil almaq əzaba çevrilib? Bu olaylarda məktəb rəhbərliyinin, məktəb psixoloqlarının günah payı nə qədərdir? Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Burada həm məktəblərin, həm də ailələrin, valideynlərin üzərində məsuliyyət var. Hesab edirəm ki, məsələ ilə bağlı kütləvi maarifləndirmə işləri aparılmalı, tədbirlər görülməlidir. Bir çox hallarda təhsil, imtahan, gündəlik problemlərlə bağlı övladlarımıza psixoloji təzyiqlər göstəririk ki, bu da birmənalı olaraq öz təsirini göstərir. Bu gün nəinki məktəblərdə, bir çox sahələrdə intihara meyil var. Bunun da qarşısını almaq üçün daha geniş maariflənmə aparmağa çalışmalıyıq. Məktəblərdə direktorlar şagirdlərlə işləməlidir, həmçinin valideynlər öz növbəsində övladları ilə dostluq etməyi bacarmalıdır. Bir sıra hallarda təzyiqlərdən, sərt münasibətlərdən uşaqları, yeniyetmələri başa düşməməyimizdən bu cür hallar baş verir. Ona görə də təkcə maarifləndirmə ilə deyil, həm də düzgün tərbiyə metodu seçməliyik ki, bu cür problemlərin qarşısı alınsın”.

Millət vəkili əksəriyyət məktəblərdə yaşanan psixoloq problemindən də söz açıb: “Çox təəssüf ki, bu gün məktəblərdə kifayət qədər psixoloq yoxdur. Bu, problemin birinci tərəfidir. İkinci tərəfi isə ondan ibarətdir ki, hələ də məktəblərimizin əksəriyyəti psixoloq nəyə lazımdır, onu başa düşmür və bilmir, bu sahəyə o qədər də önəm vermir. Əgər ölkədə 5 minə yaxın orta məktəb varsa, bir o qədər psixoloq yoxdur ki, bu da ciddi problemdir. Təəssüf ki, olan psixoloqların da bir qismi peşəkar deyillər. Beləliklə, məktəblər bir çox hallarda psixoloq məsələsinə faktiki olaraq ciddi yanaşmır, bəzən də peşəkar olmayanları işə götürür ki, bu da birmənalı olaraq təhsildə öz təsirini göstərir”.

Psixoloq Elnur Rüstəmov bu məsələyə bir çox aspektlərdən yanaşmaq lazım olduğunu qeyd etdi: “Mütəxəssislər də bunu bir neçə aspektdən izah edirlər. Xüsusən də ”zed" nəslin uşaqlarının psixoloji vəziyyəti, həyata baxışı, fərqli olması ilə bağlı müxtəlif araşdırmalar aparılır. Bu nəsil daha çox informasiya texnalogiyalarından asılıdır, daha ox informasiya alır, özünə çox özünə qapanır. Eyni amanda heç kimə sirr deyil ki, bu gün ailədaxili konfliktlər, boşanmalar artıb və tərəflər arasındakı mübahisə və münaqişələr daha çox uşaqların, yeniyetmələrin psixologiyasına təsir edir. Bu halda yeniyetmə və uşaqlarda bir çox hallarda depressiya, ünsiyyət problemi, bir sıra narahatçılıqlar müşahidə edilir. Bütün bunlar da özünü daha çox məktəbdə büruzə verir. Narahat uşaq məktəbdə narahatçılıq yaradır və bu narahatçılıq müəllim və yaşıdları ilə ünsiyyətdə ortaya çıxır. Əlbəttə ki, burada “buldinq” də olacaq, zorakılığın başqa formaları ortaya çıxacaq, necə ki, çıxır da".

Psixoloq qeyd edib ki, mövcud problemlə bağlı qabaqlayıcı tədbir görmək üçün ilk növbədə orta məktəblərdə psixoloji xidməti yüksək səviyyədə təşkil etmək lazımdır: “Ümumtəhsil müəssisələrində psixoloji xidmət ən yüksək səviyyədə təşkil olunmalıdır ki, uşaq və yeniyetmələr ilkin psixoloji dəstək ala bilsinlər. Ümumiyyətlə, məktəblərdə psixoloji vəziyyət normal halına gəlməlidir ki, problem qismən öz həllini tapsın. Bu gün Azərbaycanda 1 milyon 600 min nəfərə yaxın şagird məktəblərdə təhsil alır. Bu da əhalinin az qala beşdə biri deməkdir. Əlbəttə ki, birdən-birə bütün məktəblərdə psixoloji xidmətin təşkil olunması çətin məsələdir. Amma bu istiqamətdə addımlar atılır. Burada ən vacib məsələlərdən biri də kadr potensialının hazırlanması və psixoloji xidmətin təşkili ilə bağlı məsələlərin həll edilməsidir.

Xatırladım ki, 2018-ci ildə “Psixoloji yardım” haqqında qanun qəbul olundu. 2018-ci ildə isə “Təhsil haqqında qanun”da dəyişiklik olundu. Eyni zamanda 2020-ci ildə aprelin 30-da Nazirlər Kabineti tərəfindən təhsil müəssisələrində psixoloji xidmətin təşkili ilə bağlı qaydalar təsdiq olundu. Yəni, ümumtəhsil müəssisələrində psixoloji xidmətin təşkili ilə bağlı qanunvericilik müstəvisində demək ola ki, hər şey öz həllini tapır, sadəcə qalır bu prosesin həyata keçirilməsi. Necə ki, təhsil fasiləsiz bir mərhələyə keçib, eləcə də psixoloji yardım da fasiləsiz mərhələyə keçməlidir. Çünki günün reallığı bunu tələb edir. Bir az əvvəl qeyd etdiyim kimi, kadr potensialını da artırmaq lazımdır. Yəni, kadrların bir qismi ali məktəblərdə hazırlanır, bir qismi yenidən hazırlanmalı, ixtisas artırma təlimlərinə cəlb olunmaqla hazırlanıb təhsil müəssisələrində fəaliyyətini həyata keçirmək lazımdır".

Psixoloq onu da qeyd edib ki, bu cür məsələlərdə valideynlərin özləri də aktiv olmalıdırlar: “Yəni, övladında hər hansı narahatçılıq müşahidə edərsə, tədbirlər görməli, xüsusən məktəb ilə sıx əməkdaşlıq etməlidir. Təhsil əslində əzaba çevrilməyib, sadəcə təhsil alanlar orada baş verən proseslərdən əziyyət çəkir. Bura xüsusən şantaj halları, buildinqin olmasıdır”.

Təhsil eksperti Elşən Qafarov isə mövzuya bu cür şərh bildirdi: “Son vaxtlar şagirdlərin canlarına qiyması, intihar hadisələrinin artması ilk növbədə şagirdlərin ailələrdə tam nəzarət olunmaması ilə bağlıdır. Xüsusən də şagirdlərin sosial şəbəkələrdə daha çox vaxt itirməsi bu səbəblərdən biridir. Daha bir səbəb, bəzən yuxarı sinif şagirdlərinin universitetə hazırlaşması, gecə saatlarınadək dərslə məşğul olması onları bezdirir. Ümumiyyətlə, ölkənin təhsil sistemi ideoloji xətt üzərində qurulmalıdır. Təəssüf ki, Azərbaycanda bu yoxdur və bu da öz təsirini göstərir. Hesab edirəm ki, uşaq və yeniyetmələrin intihar hadisələri daha çox övladla valideyn arasında olan soyuq münasibətlər olan ailələrdə baş verir. Buna görə də valideyn öz övladına daha çox vaxt ayırmalı, nəzarət etməlidir. Hadisə baş verəndə də məktəbi günahlandırırlar. Əlbəttə ki, məktəblərimizdə psixoloji xidmət lazım olan səviyyədə deyil. Lakin qeyd etdiyim kimi, bu cür hadisələr daha çox ailədən qaynaqlanan problemlər üzündən baş verir”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə qeyd etdi: “Hər şeyi məktəbin üstünə atmaq doğru deyil. Uşaq evdən çıxıb məktəbə gedir. Əgər uşaq evdən nəyisə gizlədirsə, bu artıq ailənin problemidir. Demək ki, ailənin uşaqla ünsiyyət qurmasında problem var, çətinlik çəkir. İki gün öncə iki bacının Sumqayıt şəhərindən Bakıya gəlib metroda reyslərin üstünə çıxması məsələsi də sual olaraq qalır. Əvvəl bir versiya ortaya çıxdı ki, qızlar intihar etmək istəyib. Çox yaxşıdır ki, bu versiya öz təsdiqini tapmadı. Əgər qızlar məktəbdə həqiqətən şantaj olunursa, yenidən həmin məktəbdə oxuması əlbəttə ki, onlar üçün problem ola bilər. Bu məsələnin ictimailəşməsini düzgün hesab etmirəm. Lakin məsələni ört-basdır da etmək olmaz. İcra hakimiyyətlərində yetkinlik yaşına çatmayanlarla iş qrupu var, onlar fəaliyyətlərinin intensivləşdirməlidirlər.

Bəzən məktəblərdə şagirdlərlə görüşür, seminarlar aparırıq. Amma sonra müşahidə edirik ki, uşaqlar bizə yaxınlaşıb soruşurlar, “olar ki, hansısa problemlə bağlı sizə sosial şəbəkədən yazım?” Bu onu göstərir ki, biz elə bir şərait yaratmalıyıq ki, artıq uşaqlar sosial şəbəkələr üzərindən hara müraciət edəcəklərini bilsinlər. Lakin qeyd etdiyim kimi, daha çox ailələrə fokuslanmalıyıq".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əvvəlcə kartı, sonra hesabdakı pulu oğurladı...
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aprelin 26-da M.İbrahimov küçəsindəki evlərin birindən ev sahibəsinə məxsus bank kartının oğurlanması və hesabındakı 1200 manatın çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Namiq Quliyev və Murad Həmidov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir narkoman sükan arxasında SAXLANILDI
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Zamantv.az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 29-da Salyan rayonu ərazisində Bakı şəhər sakini Əbülfəz Hacıyev idarə etdiyi “Khazar” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.
Salyan rayon Məhkəməsinin qərarı ilə Ə.Hacıyev 500 manat məbləğdə cərimələnəib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO