[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kişi arvadını bıçaqladı, ürəyi soyumadı...
Gəncədə 52 yaşlı X.Qəhrəmanov həyat yoldaşı, 53 yaşlı A.Qəhrəmanovaya bıçaqla xəsarət yetirib, daha sonra onu çəkiclə də döyüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Onun sözlərinə görə, hadisə ilə əlaqədar müəyyən ekspertizalar təyin olunub.

Həmin ekspertizaların rəyindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda iki kişi zəhərlənib öldü
Azərbaycanda iki nəfər dəm qazından zəhərlənərək ölüb.

Zamantv.az-ın əldə etdiyi məlumata görə, hadisələrdən biri Bakının Binəqədi rayonunda qeydə alınıb. Aprelin 23-ü saat 10:40-da 49 yaşlı Əhmədov Hilal Qabil oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Digər anoloji hadisə Abşeron rayonunda baş verib. Aprelin 20-də “At yalı” yaşayış massivində kirayədə qalan 82 yaşlı yaşlı Səmədov Sərxoş Əliabbas oğlu hamam otağında dəm qazından zəhərlənərək ölüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda mikroavtobus YANDI
Bakı şəhərinin Binəqədi rayonunda "Mercedes" markalı mikroavtobusun mühərrik hissəsi və qismən salonu yanıb.

Fövqəladə Hallar Nazirliyidən bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şabranda 16 yaşlı gənc itkin düşdü
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakini, 2006-cı il təvəllüdlü Samuray Qasımov aprelin 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

S.Qasımovun boyu 160 santimetrdir, orta bədən quruluşludur.

Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Erməni “soyqırımı” yalanını ABŞ bu cür hazırlayıb
Bu xəritə 1813-1914-cü illər arası Osmanlı imperiyasında yaşayan ermənilərin məskunlaşdığı yerlərdir. 1 milyon 20 min qriqorian, 60 mindən bir az çox katolik ermənilərin yaşadıqları böyük bir ərazidə 1.5 milyon erməninin öldürülməsi nə dərəcədə real ola bilər? Ümumiyətlə o dövrdə Osmanlı imperiyasında 1.5 milyon erməni yox idi və bu sualı ermənilərə verəndə susurlar. Zamantv.az kult.az-a istinadla xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev qondarma erməni soyqırımı haqda qeyd edib.

O bildirib ki, 1.5 milyon erməninin guya öldürülməsi söhbəti ABŞ-da yaranıb:

“Məhz Amerika bu qondarma rəqəmləri dünyaya yayıb. Çünki artıq 1914-cü ildə Amerika rəsmləri Osmanlı ərazisində bu prosesi hazırlayırdılar.

Osmanlı dövləti 1914-cü ildə ABŞ-a səfir təyin edir - bu Əhməd Rüstəm bəy idi və onun 24 iyun 1914-cü ildə vəzifəsinə başlayan kimi nəzərdən keçirdiyi ABŞ qəzetləri artıq müsəlman türklərin xristian erməniləri qılıncdan keçirdiyini yazırdı; türklər təhqir olunur, Amerika prezidentindən Osmanlının dənizlərinə döyüş gəmilərini göndərmək tələb edirdilər. 1914-cü ildə soyqırım söhbəti belə yox idi, amma Amerika mediası bunu yazırdı.

Amerika rəsmləri səfirə ciddi təzyiqlər edirdilər, onu persona non qrata elan etmək üçün səbəb axtarırdılar. 1914-cü ildə ABŞ-da erməni soyqırımı təbliğatına qarşı mübarizə aparan, ABŞ Prezidenti Vilsona “Sən əvvəl öz qanlı əllərini təmizlə” deyən səfir Prezident Vilsonun təkidi ilə Amerikanı tərk edir.

Bu, hadisələrin başlanğıcı idi. Amerika xüsusi missionerləri Osmanlı torpaqlarında üsyan layihəsi hazırlayırdılar və Osmanlı kəşfiyyatı bu barədə məlumatlı idilər. Köçürülmə qərarından sonra 13 vilayətdə yaşayan (300 min) erməni onlara dəyən zərəri ödəməklə digər ərazilərə köçürülməsi başlandı. Amerika və ona o zaman dəstək verən Fransa və Rusiya ermənilərin o ərazidən köçürülməsi ilə razılaşa bilmirdilər və bu hadisədən sonra dünyada Osmanlını sıxmağa başladılar. Ölən 250 min ölən erməninin sayı 1.5 milyona “qaldırıldı”. Amerika bu günə qədər də Türkiyəyə uydurma soyqırım vasitəsilə təzyiq etməyə çalışır”.

Dosent sonda bir daha vurğulayıb ki, Osmanlı torpaqlarında erməniləri üsyan etməyə təhrik edən Amerika, bu layihənin rəhbəri Vudro Vilson idi.
Erməni “soyqırımı” yalanını ABŞ bu cür hazırlayıb
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu həftəsonu da qansız ötmədi – Yol polisi işini düz qurmur?
Yol qəzaları və əsas da piyada ölümləri ölkənin ən ciddi problemləri olaraq qalmaqda davam edir. Bununla bağlı sual dəfələrlə məsul şəxslərə yönəlsə də düzü yetərli cavab alınmayıb hələ. Yol polisi işini düz qurmur? Ya...

Sürücü deyir günah piyadadır. Lap məşhur deyimdə olduğu kimi, “günah öləndədir”. Bəs görəsən günahkar kimdir?
Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilən 146 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 95, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 131 nəfər saxlanılıb.

Xatırladaq ki, xüsusən də, həftəsonları ağır yol qəzaları daha çox olur. Buna səbəb isə əsasən, rayonlara səfərlərin artmasıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda beş nəfər Ramazan ayında spirtli içki OĞURLADI - FOTO
Marketlərdən spirtli içki oğurlanması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Hələ nəzərə alsaq ki, Ramazan ayındayıq, vəziyyət bir qədər də çətinləşir.

Buna görə də, barəsində söz açacağımız oğurluğu edənlər öz əməlləri ilə daha çox gündəmə gələ bildilər.
Bir neçə rayonda mağazalardan oğurluq edən dəstə üzvləri Ağsuda tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Hacısəmədli və Muradlı kəndlərində yerləşən obyektlərdən naməlum şəxslər tərəfindən ümumi dəyəri 3000 manat olan tütün məmulatları, spirtli içkilər, qadın geyimləri və ərzaq məhsulları oğurlanıb. Bu barədə obyekt sahibləri Ağsu rayon Polis Şöbəsinə məlumat veriblər.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübəhli bilinən dəstə üzvləri, əvvəllər də məhkum olunmuşlar - Ağsu rayon sakini Sərxan Hüseynov, Şəki şəhər sakinləri Nicat Quliyev və Elvin Dursunəliyev, Balakən rayon sakini Tofiq Hacıyev, eləcə də Ağdaş şəhər sakini Rövşən Qasımov tutulublar. Onlar cinayət əməllərini etiraf ediblər və birgə oğurladıqlarını sataraq öz aralarında böldüklərini bildiriblər.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin Ağdaş rayonu ərazisində yerləşən mağazadan da oğurluq etdikləri müəyyən edilib.

Faktlarla bağlı Ağsu rayon Polis Şöbəsində cinayət işi başlanılıb, dəstə üzvlərinin digər rayonlarda da analoji cinayətlər törətdikləri istisna olunmur. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycanda beş nəfər Ramazan ayında spirtli içki OĞURLADI - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qanunsuz neft emalı zavodunda partlayış -  110 ölü
Nigeriyada qanunsuz fəaliyyət göstərən neft emalı zavodunda aprelin 23-də baş verən partlayışda 110 nəfər həlak olub.

Zamantv.az-ın “Figaro”ya istinadla xəbərinə görə, partlayış baş verən gün 80 nəfərin cəsədi tapılmışdı. Yerli polis bildirib ki, ölü sayının artması istisna deyil. Ətraf ərazilərdəki və avtomobillərdə qalan meyitləri tam toplamaq mümkün olmayıb.

Qeyd edək ki, Nigeriyada hər sutkada orta hesabla 200 000 barel xam neft oğurlanaraq qeyri-leqal zavodlarda emal olunaraq qara bazara çıxarılır. Bu müəssisələrdə vaxtaşırı insan ölümü ilə nəticələnən qəzalar baş verir. 1998-ci ildə neft kəmərində baş verən qəza mindən çox insanın həyatına son qoymuşdu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İtaliya Ukraynaya iriçaplı artilleriya və hava hücumundan müdafiə sistemləri göndərəcək
İtaliya hakimiyyəti Ukraynaya hərbi dəstək göstərilməsi ilə bağlı daha bir sənəd hazırlayır.

Ardıcıl üçüncü olan dəstək paketində ölkəyə iri çaplı özüyeriyən artilleriya qurğuları və hava hücumundan müdafiə sistemləri daxildir edilə bilər.

Məlumata görə, yeni paket aprelin 26-da NATO-nun Ramştayn hərbi bazasında keçiriləcək növbəti iclasda müttəfiq ölkələrlə razılaşdırılmalıdır.

Əgər alyansın qərarı müsbət olarsa, Ukrayna, SIDAM 25 zenit sistemləri, eləcə də Almaniya istehsalı olan PzH 2000 iri çaplı özüyeriyən artilleriya silahları ala bilər.

Mənbə: info24.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fransa paytaxtında polis minik avtomobilinə atəş açıb: Ölənlər var
Fransanın paytaxtı Parisdə polis əmrə tabe olmayan avtomobilə atəş açıb.

İnsident Parisin Pon-Nef rayonunda qeydə alınıb.

Qeyd olunur ki, polis əməkdaşları hərəkətdə olan avtomobilə “dayan” əmri veriblər.

Bu zaman sürücü avtomobili polislərin üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib.

Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilləri saxlatmaq üçün silah tətbiq edərək iki nəfəri öldürüb, bir nəfəri yaralayıb.

Mənbə: Actu17

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO