Aprelin 15-də Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
A.Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Allahverdi Əhmədov altı ay idi ki, hərbi xidmət göstərirdi. O, 10 günlük məzuniyyətə çıxaraq, yaşadığı Mingəçevir şəhərinə gəlib.
Zamantv.az