[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda qatar maşınla toqquşdu, ölən var - VİDEO
Bakıda teplofoz maşınla toqquşub.

Zamantv.az xəbər verir ki, hadisə fevralın 26-da gecə saatlarında paytaxtın Xəzər rayonu Pirallahı-Qala yolunda qeydə alınıb. Teplofoz “Chevrolet Cruze” markalı avtomobillə toqquşub.

Ağır xəsarətlər alaraq 3 saylı Kliniki şəhər Xəstəxanasına yerləşdirilən avtomobilin sürücüsü 21 yaşlı Nicat Fərzəliyev orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda DƏHŞƏTLİ QƏTL: ər arvadını öldürdü, qaynı və qayınanasını...
Prokurorluq Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

Xətai rayon Prokurorluğundan verilən xəbərə görə, fevralın 25-i saat Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Bakıda qətl hadisəsi olub.

Zamantv.az-ın məlumatına görə, hadisə fevralın 25-dən 26-a keçən gecə paytaxtın Xətai rayonunda qeydə alınıb. 48 yaşlı Bəxtiyar Məmmədov 41 yaşlı arvadı Ülkər Məmmədovanı bıçaqlayaraq öldürüb. Daha sonra o, qaynı və qayınanasına da bıçaq xəsarətləri yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna məhkumları döyüşə buraxır - Zelenski AÇIQLADI
"Döyüş təcrübəsi olan məhkumlar həbsdən azad olunacaq və öz günahlarını ən qaynar nöqtələrdə yuya biləcək".

Zamantv.az verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski növbəti müraciəti zamanı söyləyib.

O qeyd edib ki, antiterror əməliyyatlarında iştirak edən bir sıra şəxslərdən sanksiyalar götürülür. İşğalçılarla mübarizə aparmağa hazır olan hər kəs bunu etməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX və polisdən XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - FOTO
Cəlilabad rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Qabil Əzizli və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov Fərzili kəndi ərazisində saxlanılıblar.

Daxili İşlər Nazirliyindən mətbuat xidmətinin Lənkəran regional qrupundan Zamantv.az-a verilən məlumata görə, onlardan ayrı-ayrı bağlamalarda ümumi çəkisi 16 kiloqrama yaxın narkotik vasitə heroin və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində onun dediyi yerlərə çatdırmaqla satışını təşkil etməli imişlər.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.
DTX və polisdən XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - FOTO

DTX və polisdən XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - FOTO


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pensiya və təqaüdlərin nə qədər artırıldığı AÇIQLANDI
Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında bu ilin əvvəlindən növbəti islahat paketi çərçivəsində pensiya, müavinət və təqaüdlərin artırılması təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, ölkə əhalisinin 12 faizini əhatə edən pensiya təminatında ilin əvvəlindən iki istiqamətdə artım baş verib:

Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib; Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılmaqla və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılmaqla, pensiyalarda orta hesabla 9 faiz artım edilib. 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunacaq.
2022-ci ilin 1 yanvarından sosial müavinətlər və bəzi təqaüdlərdə də artımlar olub. Əlilliyə, yaşa, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud uşaqlar və b. üçün aylıq sosial müavinətlər orta hesabla 25 faiz, birdəfəlik müavinətlər orta hesabla 46 faiz artırılıb.

Bəzi təqaüdlərdə isə orta hesabla 32 faiz, tələbə təqaüdlərində orta hesabla 20 faiz artım baş verib.

Ümumilikdə 722 min şəxsin (o cümlədən 132 min tələbənin) rifahına dəstək olan bu artımlar üçün də illik əlavə 194 mln. manat ayrılıb.

Sosial ödənişlərdə davamlı artım ünvanlı sosial yardımı da əhatə edir.

Ünvanlı yardımın hesablanması üçün tətbiq olunan ehtiyac meyarı cari ilin əvvəlindən 170 manatdan 200 manata çatdırılıb. Bu artım 250 minədək insanı əhatə edən ailələrə yönələn ünvanlı yardımların da artması ilə nəticələnir. Həmin artım üçün illik əlavə 20 mln. manat xərclənəcək.

Yeni sosial islahat mərhələsi dövlət başçısının tapşırıqları əsasında müharibə iştirakçılarına yeni dəstək tədbirlərini də nəzərdə tutur.

Bu tədbirlərə 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təmin edilməsi və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdünün təyin olunması daxildir.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah hava çiskinli olacaq - PROQNOZ
Martın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Zamantv.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rus diversantlar təslim oldu - VİDEO
Ukraynanın Nikolayev vilayətində 4 rus diversant təslim olub.

Zamantv.az-ın yerli KİV-ə istinadla məlumatına görə, onlar silahlarını yerli sakinlərə təslim ediblər. Ukrayna Milli Polisi faktı təsdiqləyib.

Məlumata əsasən, onlar Volqoqrad vilayətində yerləşən 33-cü alayın hərbçiləri olublar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada daha 3 azərbaycanlı YARALANDI
Ukrayna-Rusiya sərhədində 3 azərbaycanlı yaralanıb.

Bu barədə Zamantv.az-a Azərbaycanın Xarkovdakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

Ukraynanın Dnepr vilayətindən Rusiyanın Belqorod şəhərinə yük maşını ilə kənd təsərrüfatı məhsulları aparan Tahirov Samir Sürəddin oğlu, Bayramov Yusif Asif oğlu və Əsgərzadə Nadir Qadir oğlu sərhəddə atəşə tutulma nəticəsində güllə yarası alıblar.

Qeyd edək ki, Ukrayna hərbçiləri onları xəstəxanaya yerləşdiriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada mer şəhəri ruslara TƏSLİM ETDİ
2020-ci ildə "Müxalifət platforması – Həyat naminə" siyasi partiyasından mer seçilən Xarkov vilayəti, Kupyansk şəhərinin meri Gennadi Matseqora şəhərin rus qoşunlarının nəzarətində olduğunu bəyan edib.

Zamantv.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, o qeyd edib ki, sabahdan uşaq bağçaları və məktəblər “adi iş rejiminə” qayıdacaq.

Bu barədə Matseqorun fevralın 27-dəki videomüraciətində deyilir.
“Dörd gün əvvəl hamı şəhəri tərk etdi: Ukraynanın Təhlükəsizlik Xidməti, prokurorluq, hərbi komissarlıq, ərazi müdafiə dəstəsi. Biz özümüz qaldıq. Tabeçiliyimdəkilər və rayon polis şöbəsi son ana qədər yanımdadır”, -Matseqora vurğulayıb.

Matseqora qeyd edib ki, şəhəri Rusiya ordusuna təslim etmək onun şəxsi qərarıdır.

“Mən bu qərarı verdim. Qərar mənimdir. Şəhərdə baş verənlərə görə məsuliyyət mənim üzərimdədir. Bütün bu müddət ərzində şəhərdə olmuşam və qalıram. Bütün həyat təminatı məsələləri mənim üzərimdədir”, - mer əlavə edib.

O, sabahdan şəhərin “adi yaşayışa” keçdiyini vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lassa qızdırması 86 nəfərin həyatına son qoydu
Bu il Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 86-ya çatıb.

"Zamantv.az" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Mərkəzin mütəxəssislərinin verdiyi məlumata görə, fevralın 14-dən 21-dək ölkədə bu təhlükəli xəstəlikdən 21 nəfər dünyasını dəyişib, 91 yeni yoluxma faktı aşkarlanıb.

Bir ildən artıqdır davam edən hazırkı epidemiyada ölüm halları 19% təşkil edir.

Nigeriyada 2021-ci ildə Lassa qızdırmasından 80-dən çox ölüm qeydə alınıb. Bu xəstəliyin əvvəlki ciddi epidemiyası ölkədə 2017-2018-ci illərdə müşahidə olunub.

Lassa qızdırması qızdırma qrupunun arenavirus ailəsinə aid olan kəskin yoluxucu xəstəlikdir. Bir sıra cəhətdən Ebola virusunun yaratdığı xəstəliyə yaxındır. Lassa qızdırması ən çox Qərbi Afrikada, o cümlədən Nigeriya, Liberiya, Qana, Qvineya və Syerra-Leonedə yayılıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO