[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası? - NARAZILIQ VAR!


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( AHİK ) və eyni zamanda təhsil işçiləri həmkarlar komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin həmkarlarının istirahətlərini yüksək səviyyədə təmin etməsini danmaq, ən azı, insafsızlıq olar. Özəlliklə, əlil və şəhid ailələrinə diqqət və qayğı, onların pulsuz yollayışlarla təchiz edilməsi belə fikirləşməyə əsasdır. Di gəl, yollayış verilməsinin hələ istirahət yerində normal dincəlməyə əsas vermədiyini də vurğulayaq. Vətəndaş yollayışla kurortlara üz tutanda istirahət mərkəzinin rəhbərliyinin elə özbaşınalıqları ilə üzləşir ki, əli üzündə qalır.

Nabrandakı “Təhsil” istirahət mərkəzi dənizdən ortalıq iki kilometr aralıqda meşə massivinin içində salınıb. Bilgiyə görə, birdəfəyə 260 nəfər turisti qəbul etmək gücündədir. Burada bir neçə kottec və üçqatlı otel dincəlməyə gələnlərin ixtiyarına verilib. Oyun meydançaları, açıq-qapalı basseyn, tibb məntəqəsi də öz yerində. Hələ yeni üçqatlı otel kompleksinin tikintisi də davam edir. Hər gün iki dəfə avtobus istirahətçiləri (iki saatlıq) çimərliyə aparıb – gətirir . Yemək evlərinin yalnız biri istirahətə gələnlərə ayrıldığından yemək vaxtı ikinövbəlidir. Amma bu da yemək zamanı darısqallıqdan xilas etmir. Fikrimizcə, digər istirahət mərkəzlərində olduğu kimi, burada da biznes marağına xidmət edən yeməkxanaların gündə üç dəfə bir saatlıq yollayışla və digər yolla gələn turistlərə ayrılması ilə problemi çözmək olar. Amma deyəsən, turistlərin istirahəti biznes marağından aşağıda tutulur. Hələ üstəlik mərkəzə girişə yeni qaydalar , daha düzü, qadağalar qoyulub.

İki gün öncə -3 avqustda saat 10 radələrində “Təhsil” istirahət mərkəzinin dəmir qəfəslikli qapısına yollayışla gələnləri gözətçi köşkünün kiçik pəncərəsindən qarşılayan şəxs içəri girməyə qadağa qoyub ki, növbə ilə buraxılmalıdırlar. Hətta Qarabağ qazisi ailəsinə də güzəşt tanımayan buyruq qulları, heç olmazsa, qapının çölündə oturmağa yer də fikirləşmir. Amma növbədənkənar xidmət hüququ olan əlil(lər) ailəsindən sonra gələnləri xüsusi tapşırıqla içəri buraxıblar. Onu da vurğulayaq ki, mərkəzin giriş qapısından qeydiyyat otağına kimi ortalıq əlli metrlik məsafə var və mərkəz böyük -on hektara yaxın ərazidə yerləşir. Belədə insanları qapının ağzında dəmir barmaqlıqlar arxasında saxlamağın nə anlamı var? Bilmək olmur, bura istirahət mərkəzidir, yoxsa islah koloniyası?

Qeydiyyat otağına uzun növbədən , halbuki növbədə görünən də yoxdu, girmək şərəfinə nail olan Qarabağ əlili ailəsinə yalnız birinci qatda iki havasız otağın olduğunu bildiriblər. Bu necə ola bilər? On günlük yollayışla səhər tezdən mərkəzdə olan vətəndaşa bütün nömrələrin tutulması yalanı necə sırına bilər? Belə çıxır, yerlər öncədən xüsusi tapşırıqla bron edilib?

Özbaşınalıq və ayrı-seçkilik ilə bağlı millət vəkili, AHİK -in sədrinə köməkçisinin araçılığı ilə müraciət edən qazi- müəllim ailəsi hələ də “Təhsil xidməti”ndən gileylidir. Elə digərləri kimi. ..

Məğrur BƏDƏLSOY //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaşayış evləri ilə bağlı Komissiyanın tərkibi dəyişdi


Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə olan Komissiyanın tərkibi dəyişib.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi olacaq:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri.

Bundan əvvəl Komissiyanın tərkibi belə idi:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüqar Kərimovun ünvanına YENİ İTTİHAM... - Dövlət malına elə daraşıblar ki...


DİA.AZ bildirir ki, etibarlı mənbədən Azerinfo.az xəbər portalına daxil olan məlumata görə, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizzəmin meşəbəyliyinin 16 saylı meşə dolayında (Bibiyan şəlaləsinin yanında) dövlət meşə fondu torpağı obyekt yeri kimi satılıb və artıq orada obyekt də tikilib .
Artıq sözügedən obyektin dama qədər inşası da başa çatıb.
Mənbə qeyd edir ki, sözügedən yerə meşə məcəlləsini qanunları pozularaq yol da çəkilib.

Mənbənin bildirdiyinə görə, obyekt yeri külli miqdarda pul müqabilində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Şakir Quliyev satıb və aldığı məbləğin də bir qismin "krışa"sı olan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimova verib.
Sözügedən şikayəti araşdırmaq məqsədilə aidiyyatı qurumlarla (ETSN-nin mətbuat katibi İradə xanım, DEİ-nin rəisi Mirsalam Qəmbərov və 1 saylı RETSİ-nin rəisi Şakir Quliyevlə) əlaqə saxlayıb qarşı tərəfin mövqeyin dinləmək üçün zəng vurduq , amma çox təəssüflər olsun ki, bizim telefon zənglərimizə cavab vermədilər. Buradan görünür ki, verilən məlumatlar doğrudur.

Bu dırnaq arası ekoloqlara hələlik aidiyyatı qurumlar tərəfindən "dur" deyən yoxdur.

Qarşı tərəfi dinləməyə hazırıq
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq deputat Kəmaləddin Heydərovu İSTEFAYA ÇAĞIRDI - “Bu nə rəzalət, bu nə biabırçılıqdır?”


“Təxminən 2 il əvvəl unutduğum hansısa bir məsələ ilə bağlı FHN-nin "Qaynar xətt"inə zəng etmişdim. Yadımdadır ki, problem həllini öz-özünə tapdı. FHN-ə ehtiyac olmadı. Sadəcə o vaxt diqqətimi o çəkdi ki, müraciətimlə bağlı FHN-dən reaksiya gəlmədi. Hətta bununla bağlı Facebook səhifəmdə Kamaləddin Heydərova replika da yazmışdım. Yadımda qalan odu ki, heç həmin replikama da reaksiya olmadı”.

DİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov deyib.

E.Hüseynov xatırladıb ki, iki gün əvvəl, yaşadığı Xırdalan şəhərində qaz sızmasından güclü partlayış baş verib: “Eyni bir halın təkrar baş verə biləcəyindən narahat olaraq dünən FHN-nin 112 Qaynar xəttinə 2 dəfə zəng edib xahiş etmişəm ki, ərazi üzrə əməkdaşlardan kimsə mənimlə əlaqə saxlasın. Amma heç bir reaksiya yoxdu. Bu gün bir daha zəng etmişəm. Xəttin o başındakı növbəti "russko yazıçnı" xanıma iradımı bildirmişəm. Mənə deyir ki, "Bizdə müraciətlər təlimata görə 15 gün ərzində araşdırılır, səbrli olun". Deyirəm "Bəlkə 15 dəqiqə sonra partlayış olacaq, nə 15 gün? Hətta belədirsə, bunu mənə niyə siz deyirsiniz, ərazi üzrə səlahiyyətli şəxs yox? Niyə axı bir adam yalandan da olsa zəng edib maraqlanmır ki, "ay vətəndaş nə olub?" Cənab Kəmaləddin Heydərov, bu nə rəzalət, bu nə biabırçılıqdır? "Ömürlük" rəhbərlik etmək istədiyiniz nazirlikdə bu nə anarxiyadı hökm sürür? Digər "Qaynar xətt"lərə- "Təbib", DİN, Azərsu, AzəriQaz və.s zəng edəndə heç olmasa aidiyyatı üzrə ərazidən zəng edib maraqlanırlar ki, nə məsələdir? Sizinkilər heç olmasa bunu formal da olsa etmir. Bəlkə də buna görədir ki, rəhbərlik etdiyiniz nazirlik yarandığı gündən bu günə qədər bircə dəfə də olsa bir uğurlu əməliyyat keçirə bilməyib. Əksinə həmişə biabır olub, qınaq obyektinə tuş gəlib, gülüş hədəfinə çevrilib. “Google”da baxıram, əməkdaşlarımızın adı o cinayət, o rəzalət qalmayıb ki, hallanmasın. Bəlkə yetər? Bəlkə özünüz istefa verib gedib bəstəkarlıq edib, mahnılar yazasınız? Axı sizdə o daha uğurlu alınır".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Ordusunun mövqeləri ATƏŞƏ TUTULDU


Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Uzun müddətdir ki, bu “Xəzəriaşə”ni Allah yoluna gətirən olmayıb..." - İTTİHAM VAR!


"Dəniz platformalarında işçilərə verilən aylıq ərzaq normasını (siyahını) oxudum. Cürbəcür meyvələr, şirniyyatlar, cemlər, ət, toyuq, bir sözlə, ən bahalı restoran menyüsü. Restoranda bu yeməklər təbii ki, satılır. Amma bu menyüdə adı qeyd olunan ərzaq, meyvə və şirniyyatı işçi görürmü? Trolları salıb deməyin ki, yalandır. Aylıq siyahı məndədir. Araşdırma aparıram".

Bu sətirləri Neftçilərin Hüquqlarını Müdafiəsi İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün feyzbuk səhifəsində yazıb.

Hüquq müdafiəçisi daha sonra yazır: “Dəfələrlə yazdığım problemin nəzarətə götürülməməsi məndə şübhə yaratmağa başlayır. Krışanızın ailəsi sizin neftçidən çırpışdırdığınız "payoka" möhtacdır ki?”

M.Qəhrəmanlı ona edilən müraciətlərə də toxunub: "Neftçi yazır: - Salam, Mirvari xanım. Mən uzun müddətdir “28 May” NQCİ-də işləyirəm. Uzun müddətdir ki, bu “Xəzəriaşə”ni Allah yoluna gətirən olmayıb. Sifaris verilən ərzaqların siyahısına baxanda adam zənn edir ki, oliqarx ailənin sifarişidir. Amma ortaya gəlib çıxanda görürsən ki, nəticə ortada, hamıya bəllidir.

Mirvari xanım, gündəlik hər işçiyə görə 29 AZN pul ayrılır, amma işçiyə bunun heç 10 AZN-i verilmir. “Şefpover”lərin siyasəti – gündəlik eyni yeməyi verməkdir: vermeşil, makaron, qarabasaq, bulğur, toyuq əti. Çünki gündəlik eyni yeməyi heç kim yemir. “Pover”lər belə edirlər ki, ayın axırı yaxşı faiz alsınlar. Ümumi gəlirin ekonomiyasının 7%-i “şefpover”lərə qaytarılır. Məsələn, 1 ay ərzində gündəlik platformada ortalama 50 adam olur. Bu da 1500 AZN deməkdir, aylıq isə 45000 AZN edir . Həmin vəsaitə maksimum qiyməti 15000 AZN-lik ərzaq verilir. 30000-lik AZN ərzağın 7%-i “şefpover”ə çatır. Yerdə qalanı isə “Xəzəriaşə”yə və buna göz yumanlara, 30000-dən 2100 AZN-i şefin, yerdə qalanı yekələrin.

Yerlərdə ərzağa göz yuman platforma rəisi və komendatlardır. Rəis və komendatın da öz payı var. Rəis yekə rəisdən qorxur səsin çıxarmır və şefin verdiyi payla kifayətlənir. Komendatlar isə “Cilov”dan və digər təşkilatlardan gələn işçilərə yeməkpulu yazmır, əvəzində həmin sexdən nağd pul alır.

Bir sözlə, fəhlənin ərzağından hamı faydalanır, birce fəhlədən basqa”.

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq... //tezadlar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna düşmək olmur..." - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR


İkinci Qarabağ müharibəsi iştirakçıları yerli icra hakimiyyətlərindən narazıdır.

Beyləqan sakini, 1985-ci il təvəllüdlü Elçin Paşayev də müharibə başlayandan sonra könüllü döyüşlərə getdiyini deyir.

DİA.AZ-ın məlumatına görə, o, Meydan TV-yə bildirib ki, heyvandarlıq və təsərrüffatla məşğul olmaq məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinə müraciət edib.

Dediyinə görə, qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev hər dəfə ona müxtəlif bəhanələr gətirib:

“Pandemiyadan öncə Rusiyada yaşayıb, işləyirdim. Müvəqqəti olaraq Azərbaycana gəlmişdim. Sentyabrın 27-də müharibə başladı. Növbəti gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə getdim. Yalvardım ki, döyüşlərə qoşulmaq istəyirəm. Oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlər zamanı kəllə-beyin travması ilə Əhmədbəylidəki hərbi hospitala yerləşdirilmişəm”.

Elçin Paşayev deyir ki, hospitalda uzun müddət qalmayıb, təkrar döyüş bölgəsinə qayıdıb:

“Həkimə dedim ki, əlim-ayağım yerindədir, məni burax, döyüşə gedirəm. O da dedi ki, siz şokdasınız, bir neçə gün də xəstəxanada yatmalısınız. Xəstəxanada qalmadım, təkrar gəlib Beyləqandakı N saylı hərbi hissəyə qoşulub, döyüşə getdim. Bütün hücum əməliyyatlarında iştirak etmişəm. Şuşaya qədər getmişəm, oradakı əməliyyatda da olmuşam. Dekabrın 27-də oradan tərxis olunmuşam”.

Keçmiş döyüşçü “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarını alıb.

Deyir ki, müharibə zamanı səhhətində yaranan problemlər indi onun normal yaşamağına, fiziki işlərdə çalışmasına mane olur:

“Əsəbi olmuşam, kiminsə əlinin altında işləyə bilmirəm. Sağ olsunlar, tanış-biliş iş verir. Amma bir ayın beş gününü zorla işləyirəm. Kənd təsərrüffatı ilə məşğul olmaq istəyirəm. Torpaq almaq üçün aidiyyəti quruma müraciət etmişəm, amma baxan yoxdur. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna düşmək olmur ki, dərdimi deyim. Bir il üç ay öncə heyvandaqlıqla bağlı adımı yazdırmışam. Hələ də heç bir cavab yoxdur. Mən demirəm ki, mənə milyonlar versinlər. Mən pula görə gedib, döyüşməmişəm. Sadəcə, şikayətimə baxıb, problemimi həll etsinlər”.

Beyləqan Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev Meydan TV-yə bildirib ki, bir qrup İkinci Qarabağ müharibəsi döyüşçüsü avqustun 3-də icra hakimiyyətinin qəbulunda olub:

“Onlar torpaq məsələsi ilə bağlı müraciət ediblər. Yaxınlarda problemləri həll olunacaq”.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Sumqayıt sakini Asif Hüseynov isə torpaq sahəsi almaq məqsədilə bələdiyyəyə müraciət edib:

“Səkkiz il hərbi xidmətim olub, özüm də veteranam. Altı il Bakıda, bir il Qusarda, bir il isə Laçında işləmişəm. İkinci Qarabağ döyüşləri zamanı ön cəbhədə olmuşam. 2021-ci ildə torpaqla təmin olunmağımla bağlı Sumqayıt bələdiyyəsinə getdim”.

“Orada mənə dedilər ki, sən torpaqla təmin olunmalısan, amma haradan təmin edək? Dedilər ki, elə bir torpaq sahəmiz yoxdur. Hər dəfə də gedirəm, deyirlər ki, ilk olaraq şəhid ailələrinin müraciətlərinə baxırıq. İcra hakimiyyətinə də getdim, qəbul etmədilər”, – deyə o bildirib.

Meydan TV Sumqayıt Rayon İcra Hakimiyyəti və bələdiyyəsinə dəfələrlə zəng etsə də, cavab verən olmayıb.
Sumqayıt Bələdiyyəsinin Asif Hüseynovun müraciətinə verdiyi cavabda qeyd edilir ki, bələdiyyənin ehtiyat torpaq fondunda sərbəst torpaq sahəsi yoxdur.

“İlk növbədə şəhid ailələrinə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulur”, – məktubda deyilir.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Meydan TV-yə bildirib ki, qurum müharibə iştirakçılarının sosial vəziyyətini yaxşılaşdırmaq üçün proqram hazırlayaraq, aidiyyəti qurumlara göndərib:

“Qarabağ Qaziləri İctimai Birliyi olaraq on yeddi təklif göndərmişik. Təkliflərdən biri də odur ki, kənd təsərrüffatı rayonlarında şəhid ailələri, veteranlar, qazilər üçün torpaq sahəsi ayrılsın və onlara şəraiti yaradılsın. Onların eləsi var ki, arıçılıqla, digəri əkinçilik, yaxud da heyvandarlıqla məşğul olmaq istəyir. Onlara dəstək olunmalıdır. İcra hakimiyyətlərində yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin bəziləri heç bir iş görmürlər. Yaxud da qazinin birinə yardım edirlər, əllisi kənarda qalır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Belə biabırçılıq, bu qədər yalan olar?.." - NARAZILIQ VAR!


15 il əvvəl Xəzər dənizində qazma quyularında onurğa sütunundan xəsarət alan, əməliyyatdan sonra da səhhətindəki problem aradan qalxmayan Nəriman Abdullayev bu səbəbdən ikinci qrup əlil kimi, 13 il pensiya alıb. 2021-ci ilin iyunundan sonra onun əlillik müddətini uzatmaqdan imtina ediblər. Deyiblər ki, hazırkı durumuna görə ona əlillik dərəcəsi düşmür. Bu üzdən pensiyası da kəsilib.

DİA.AZ-ın məlumatına görə, Nəriman Abdullayev Meydan TV-yə bildirib ki, hazırda nə təqaüd ala bilir, nə də səhhətindəki problemlərə görə işə götürülür:

“Bəzən ağrıdan dayana bilmirəm, bəs mən lazım olan dərmanları necə alım? Hardan pul tapım? Səhhətimdəki ciddi problemlər işləməyə imkan vermir, bunlar da pensiya vermirlər ki, “yox, sağalmısan”. Belə biabırçılıq, bu qədər yalan olar? Mən acından ölməliyəm?!”

Nəriman Abdullayev hazırda onurğa sütunu üçün korsetlə gəzir, əl ağacından istifadə edir. Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan 57 yaşlı keçmiş neftçi 1985-ci ildən bu sahədə çalışıb. Öncə Tamponaj İdarəsində Kompleks qazma işləri üzrə trestdə sürücü-motorçu işləyib. Sonradalan başqa vəzifələrdə çalışıb.

1988-ci il noyabrın 2-də ikinci qrup əlilliyə gətirib çıxaran peşə xəstəliyinə tutulub – ayaqları yeriməyib, iki il yataq xəstəsi olub. Müalicə olunandan sonra 1993-cü ildə yenidən işə götürülüb.

2006-cı il dekabrın 31-də gecə Qum adası yatağında (Bahar buruqları quyusu) növbə dəyişikliyi zamanı qazma qurğusundan gəmiyə keçərkən eniş meydançası qırılıb. Nəticədə Nəriman Abdullayev dənizə düşüb. Onun sözlərinə görə, qazma qurğusunun altında onu uzun müddət axtarıblar, xeyli cəhdlərdən sonra xilas ediblər:

“Həmin vaxt kürəyimdən güclü zərbə almışdım. O vaxtdan onurğa sütunumda və belimdə dəhşətli ağrılar var. Onurğa sütunumda xəsarət, peşə xəstəliyi və ikinci qrup əlillik səbəbindən 2008-ci il iyunun 21-də işdən azad edildim…”.

Nəriman Abdullayevin əlilliyi əvvəllər hər il yenidən təsdiqlənirdi və o, pensiya alırdı. 2016-cı ildə dəyişiklik olub və əlillik müddəti 5 illik təsdiqlənib. 2021-ci ilin iyununda müddətin başa çatması əsas gətirilərək, pensiyası dayandırılıb.

“Qaradağdakı 23 saylı xəstəxananın baş həkimi məni 4 dəfə təkrar müayinəyə göndərib. Hər dəfə MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) keçmişəm. Həm MRT-nin, həm də EMQ-nin (Elektromioqrafiya) nəticələrini, epikrizləri əlavə edib göndərmişəm. Keçən il avqustun 25-dən sentyabrın 2-nə qədər də Neftçilər xəstəxanasında müayinələrim aparılıb. Mənə “Bel sütununun sol L4 köklərinin sıxılması (hemilyanin ektomiyasi), L4-L5 fəqərələri arasında yırtığın çıxarılmasından sonrakı vəziyyət, kürək fəqərələrinin osteoxondrozu, uzunmüddətli kəskin ağrılı diskogen radikulopatiya, sağ ayağın parezi, ağır asteno-nevrotik vəziyyət diaqnozu qoyulub. Sonradan Neftçilər xəstəxanasında bir də müayinədən keçdim. L4-L5 fəqərələri arasında yırtığın çıxarılmasından sonra kürək fəqərələrinin diffuz osteoxondrozu diaqnozu da əlavə olundu. Bu il yanvarın 31-də Respublika Kliniki Xəstəxanasında dördüncü dəfə müayinə olundum, orada da diaqnozlar təsdiqləndi. Buna baxmayaraq, əlilliyimi təsdiq eləməkdən imtina elədilər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Nəriman Abdullayev yanvarın 25-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində də müayinə olunub:

“Məlum olub ki, tibb müəssisəsinin onurğa sütununda zədələnmələr haqqında diaqnozu təsdiq edilmir. Ümumilikdə Nəriman Abdullayevin vəziyyəti ona əlil statusunun verilməsi üçün əsas vermir”.

Nazirlik vurğulayıb ki, Azərbaycanda əlilliyin müəyyən edilməsinin yeni meyarları tətbiq edilir. Daha əvvəl sağlamlıq vəziyyətilə əlaqədar müavinət alan bəzi insanlar bu meyarlara uyğun deyil:

“Təkrar attestasiya zamanı vətəndaşın əlil statusu olmadan normal yaşamaq iqtidarında olduğu müəyyən edilsə, onun daha əvvəl aldığı müavinətlər xəzinəyə qaytarılmır. Vətəndaşlar komissiyanın qərarından məhkəməyə şikayət vermək hüququna malikdilər”.

Nəriman Abdullayev də bu ilin aprelində məhkəməyə üz tutub. Onun hüquqlarını məhkəmədə vəkil Rauf Əzimov müdafiə edib. Vəkilin əsas arqumentlərindən biri bu olub ki, qanunvericilik 10 il fasiləsiz əlil kimi təqaüd almış adama münasibətdə belə davranışı qadağan edir. O vurğulayıb ki, 13 il ərzində ciddi xəstəliklərdən əziyyət çəkən, bu müddətdə sağalmayan adamın indi sağalması məntiqli deyil. Vəkil məhkəmədə vurğulayıb ki, bütün bunlar əsas götürülməli, sabiq neftçinin şikayəti təmin olunmalıdır.

Məhkəmədə cavabdeh qismində çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi isə buna etiraz edib, Nəriman Abdullayevin iddiasının təmin olunmamasını istəyib.

Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban Qarayeva iyulun 26-da Nəriman abdullayevin xeyrinə qərar verib – onun şikayəti təmin edilib.

“Bu qurum bilə-bilə ki, haqsızdılar, yenə də bu cür məhkəmə qərarlarından yuxarı instansiyalara şikayət verir. Məqsəd insanları süründürməkdir. Adama deyərlər ki, əgər təqaüd vermirsənsə, sağaldığımı iddia edirsənsə, buyur, məni SOCAR-dakı işimə bərpa elə…”, – keçmiş neftçi əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın diqqətə gətirdiyi Xəyalə Əhmədzadə... KİMDİR?


Təhsil Nazirliyi ( indi Elm və təhsil nazirliyi ) ilə bağlı yazıya hazırlıq üçün media üzərindən xırda bir araşdırma aparmalı oldum.
Və mat-məəttəl qaldım. Niyə..?
Təvəzökarlıqdan uzaq olsa da, özümü məlumatlı şəxs hesab edirəm və ölkəmizin son 30-35 ili gözümün qarşısından gəlib keçib. Amma…
Əmması odur ki, sonuncu sovet təhsil naziri Qurban Əliyev 1987-ci ildə vəzifəsindən gedib. Və ondan sonra təhsilimizə rəhbərlik edən şəxslərin bu gün axtarış zamanı ad və soyadlarına rast gələndə, onları tanımadığım üçün pərt oldum.
Təsəvvür edirsiniz, Azərbaycanda Ağalar Abasbəyli ( 1987-88 ) kimi təhsil naziri olub.
Sonra ( 1988-89-cu illərdə ) Müslüm Məmmədov təhsil naziri olub.
Sonra 1 il Rafiq Feyzullayev təhsil naziri olub.
Sonra 1 il cəbhəçi Firudin Cəlilov təhsil naziri olub.
Cəbhəçilər gedəndən sonra qısa müddət kimsə nazir oldu.
Tarixlərə fikir verdinizmi ..?
Hər şey 1988-də başladı.
1 il müddətinə nazir, yaxud təhsil naziri olarmı..?
Yadınıza gəlirsə, həmin dövrdə kəndlərdə kolxoz sədrləri də 2 aydan bir dəyişirdi.
Bəli, təhsilimizin tənəzzülü təzəcə başlamayıb. Bunun dərin kökləri var.
Sözün qısası, bu gün təhsilimiz böhranlı durumdadır, təhsil sahəsində rüşvətxorluq, qohumluq, tayfabazlıq-traybalizm, dost-aşnalıq halları baş alıb gedir.
Təsəvvür edirsiniz, yenə də təhsil nazirləri 1-2 ildən bir dəyişir.
Bu hələ harasıdır..?
Artıq Elm və Təhsil Nazirliyinin rəhbərliyində pedoqoju təhsili olan şəxslər yoxdur.
Bircə misal çəkək.
Adını çəkməyə ehtiyac görmədiyimiz bir şəxs Peşə Dövlət Agentliyində işləyir və birdən səsi Xarici İşlər Nazirliyinin Ümumi Katibliyin rəisi vəzifəsindən gəlir, 2 ay sonra Təhsil nazirinin müşaviri olur.
Cənablar, bu adam 4 ayda 3 dəfə vəzifə dəyişir.
Sözün qısası, təhsilimizi oturub ağlayan lazımdır. Bütün ölkəni özəl kurslar, repetitor müəllimlər bürüyüb. Belə olan halda məktəblərə nə ehtiyac var..?
Bir məsələ də son vaxtlar Təhsil Nazirliyində adi hala çevrilib.
Təsəvvür edirsiniz, özəl hazırlıq kurslarından Təhsil Nazirliyinə rəhbər vəzifəyə müəllimlər gətirilir.
Bütün bunlar hamısı ancaq və ancaq dostluq və tanışlıq prinsipi ilə baş verir. Bunların bir çoxu hətta müsabiqələrdən də keçmirlər.
Filan xanım filan deputatın xanımıdır, ona bir yağlı vəzifə ..
Bunun bir sonu olmalıdır.
Məsələn, bir il öncə təhsil naziri Emin Əmrullayevin əmri ilə Xəyalə Əhmədzadə Bakı Şəhər Təhsil İdarəsinin rəis müavini təyin olundu.
Həmin dövrdə xanım müavinin qardaşı nazir tərəfindən nazirin müşaviri vəzifəsinə təyin olundu.
Cənablar, bu ailə podratı-zad deyil ee, dövlət qurumudur, millətinn gələcəyini kor edirsiniz…
İndi gəlin görək, Xəyalə xanım paytaxt Bakının Təhsil idarəsinə rəis müavini postuna haradan gəlib.
Əhmədzadə Xəyalə Fərhad qızı 1980-ci ildə Bakı şəhərində anadan olub.
1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.
1999-cu ildən pedaqoji fəaliyyətə başlayıb. Bakı şəhəri 272 nömrəli tam orta məktəbdə və Bakı Atatürk liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.
2014-2020-ci illərdə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində çalışıb.
Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibidir.
Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 2 mart tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib.
Deyəsən kimlərsə bu qardaş-bacıdan gələcək nazir, nazir müavini hazırlamağa girişib.
Yuxarıda qeyd etdiyimiz kimi dövlət qulluğuna təyinatlar müsahibədən sonra həyata keçməlidir.
Ancaq son illər rast gəldiyimiz təyinatlar şəxsi evlərdə, istirahət mərkəzlərində, toyda-zadda keçirilir. Aydın oldumu..?
Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək.
Təhsilimizə rəhbərlik edən şəxslərin bəziləri “Kaspi” Təhsil Mərkəzindən, nazirliyin informasiya siyasətinə cavabdeh şəxslər “Mədəd Azərbaycan” mərkəzindən, “Hədəf”, “Türk” və “Araz” kurslarından gətiriliblər.
Bir sözlə, təhsilimiz sanki bazara çevrilib.
Yuxarıda qeyd etdiyimiz kimi Xəyalə Əhmədzadə və nazir müşaviri olan qardaşı da deyirlər ki, Təhsil Nazirliyinin rəhbərliyinə “bazar yolu” ilə gələnlərdəndir.
Bazarın heç mübarək olmasın, Təhsil Nazirliyi...
Adın dəyişsə də əməllərin dəyişənə oxşamır.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.
P.S. Emin Əmrullayev, əvvəl yaşadığı evinin döşəməsinin taxtalarının arasından "balalı inək" keçərdi, indi isə deyilənə görə o ara-bərəni pulla doldurmusan. Deyirlər Təhsil Nazirliyinin balansında olan məktəblərin və baxçaların ərazisində hündür mərtəbəli binalar tikirlər, mağazalar açırlar, görmürsünüz? Göstərsək tədbir görərsiniz. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sumqayıt-Sərnişin" ASC-də OYUNBAZLIQ - GƏLİR HARA GEDİR?


Redaksiyamıza "Sumqayıt-Sərnişin" ASC-nin səhmdarları Bədəlov Naib ƏLİ oğlu və Aslanov Yaqub Sahibiyə oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla bir neçə yüksək instansiyalara ünvanladıqları məktubun surəti daxil olub. Müəlliflər müraciətdə 24 ildir ki, "Sumqayıt-Sərnişin" ASC-nin səhmdarları olmalarına baxmayaraq məlum haqq və hüquqlarından məhrum olmalarından bəhs edirlər. Bu problemin həllində-haqqlarının bərpa olunmasında dövlət başçısından kömək istəyirlər.

Biz Yenixeber.org olaraq müraciətdə yer alan iddialarla bağlı "Sumqayıt-Sərnişin" ASC-dən açıqlama almaq istəsək də olmadı... Bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb müraciəti olduğu kimi dərc edirik:

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin (maddə 106-1) ” Səhmdar Cəmiyyətinin səhmdarları hüquqları “ Qanunvericiliyə əsaslanaraq bildirirəm ki , 15.06.1998 -ci ildə “Sumqayıt Sərnişin “ ASC yaradılmışdır. 24 il keçməsinə baxmayaraq bu müəssisənin səhmdarları kimi qanunvericilikdə nəzərdə tutulmuş “səhmdarların hüquqların”dan istifadə etməmişik.

Bu illər ərzində Cəmiyyətin fəaliyyət göstərməsinə baxmayaraq (Qeyd:bütün obyektlər icarəyə verilir) 24 il ərzində (1998) bir dəfə də olsun səhmdarların yığıncağına dəvət edilməmişik və ötən illərə görə cəmiyyətin gəlirindən divident verilməyib.

İlk dəfə olaraq 14 avqust 2020-ci il tarixində səhmdarların yığıncağı barədə poçt vasitəsi ilə dəvət almağımız barədə məlumat aldıq.

14.08.2020-ci il tarixdə “Sumqayıt-Sərnişin” ASC-yə səhmdarların yığıncağına getdik. Səhmdarların yığıncağı heç bir qanun səviyyəsində aparılmadı. Pandemiyanı əsas gətirərək balaca bir otaqda səhmdarları tək-tək dəvət etdilər. Yeganə məsələ sahib olduğumuz səhmləri daha yüksək faizlə səhm əldə etmiş şəxsə verilməsi idi. Cəmiyyətə sahib olan sahibkarların özü və yaxud səlahiyyətli nümayəndəsinin kim olduğu məlum olmadı. Belə məlum oldu ki, 24 il müddətində sahib olduğumuz səhmlərin yeganə “Dividenti” səhmlərimizin bu gün kiməsə pay verməyimizdir.

Mülki məcəllənin “106-1.3.6 maddəsinə əsasən səhmdarların cəmiyyətin fəaliyyətini təftiş komissiyası və ya auditor tərəfindən yoxlanmasını tələb etmək” “106-1.3.7 cəmiyyətin xalis mənfəətindən divident almaq” hüququndan istifadə edərək , və Azərbaycan Respubluikası Konustitusiyasının 57-ci maddəsinə (vətəndaşların müraciət etmək hüququ) əsaslanaraq Sziə müraciət etməklə, Azərbaycan Respublikası Qanunları çərcivəsində hüquqlarımızın qorunmasını Sizdən xahiş edirik".

Mövzunun davamı olacaq. //Yenixeber.org//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO