[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Ukraynanın silah-sursat anbarlarını vurdu
Rusiyanın "Su-25" bombardmançı təyyarələri Ukrayna Silahlı Qüvvələrinin silah-sursatl anbarlarını məhv edib.

Zamantv.az-ın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çerniqov vilayətində edilən bombardman nəticəsində Ukrayna ordusunun 20-yə qədər silah və hərbi texnikası məhv edilib.
Rusiya hərbi təyyarələri həmçinin martın 16-da Ukraynada "S-300" hava hücumundan müdafiə diviziyasını məhv edib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkovun sözlərinə görə, bir gündə operativ-taktiki, ordu və pilotsuz uçuş aparatları 46 hərbi obyekti vurub:

“Onların arasında 11 zenit-raket kompleksi, o cümlədən S-300 diviziyası, 1 reaktiv yaylım atəşi qurğusu, 3 komanda məntəqəsi, 1 elektron döyüş stansiyası, 7 silah-sursat anbarı və 18 hərbi texnikanın toplandığı yer var”.

Bundan əvvəl Konaşenkov bildirib ki, Ukraynanın hərbi infrastrukturuna yüksək dəqiqlikli uzaqmənzilli silah zərbələri nəticəsində Vinnitsadakı rabitə, kəşfiyyat, retranslyasiya və kommutasiya bölmələri sıradan çıxıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya ordusu Mariupolu bu günə qoyub
Rusiya ordusunun hücumu nəticəsində Ukraynanın liman şəhəri Mariupolun faktiki 90 faizi dağılıb.

Zamantv.az - ın Ukrayna KİV-nə istinadla məlumatına görə, bunu şəhər merinin müavini Sergey Orlov deyib.
Rusiya ordusu Mariupolu bu günə qoyub
Onun sözlərinə görə, şəhərdə zədələnməyən bir yaşayış evi və digər bina qalmayıb.

Sergey Orlov deyib ki, martın 13-nə olan məlumata şəhər sakinlərinin 2358 nəfəri Rusoya ordusunun hücumları nəticəsində həlak olub: “Dağıntılar altında qalan insanlar da var. Onların taleyi hələ ki məlum deyil. Bu səbəbdən ölənlərin sayının çox olacağı istisna deyil”.
O qeyd edib ki, həlak olanların əksəriyyəti şəhərdəki qardaşlıq məzarında dəfn edilirlər.
“Şəhərin kənarları bağlanıb. Ruslar bizi qəbiristanlıqlara buraxmırlar. Əvvəlcə onları qırx il bağlı qalan mərkəzi qəbiristanlıqda dəfn etdilər. İndi yerlər yoxdur. Buna görə də “Şəhər bağı”nda dəfn edilənlər də var. Bəziləri öz həyətlərində dəfn edilirlər”, - o, vurğulayıb.
demək olar tamamilə yerlə-yeksan edilən Mariupoldan fotoları təqdim edir.



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Taxıl ehtiyatımız 5 ay yetəcək, ondan sonranı düşünməliyik” - deputat
Dünyadakı bahalaşma, eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda yarana biləcək iqtisadi böhranın Azərbaycandan da yan keçməyəcəyi artıq sezilir. Ekspertlərin proqnozları da bu istiqamətdədir.
Bu böhranın qarşısını almaq üçün ölkəmizdə hansı addımlar atılmalıdır? Zamantv.az xəbər verir ki, məsələ ilə ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az -a açıqlama verib.
Deputat iqtisadi islahatlara ehtiyac olduğunu deyib:
“Hazırkı vəziyyətdə iqtisadiyyatımızı canlandırmaq üçün maliyyə amnistiyası elan olunmalıdır. Məmurların vəsaitlərinin aşkara çıxarılıb iqtisadiyyata yönəldilməsi vacibdir. Digəri isə tikinti amnistiyasıdır ki, müxtəlif insanların tikdiyi qanunsuz evlər, obyektləri leqallaşdırıb, özəlləşdirib ağlabatan qiymətlərlə sahibinə vermək lazımdır. Bununla da büdcəyə pul yığmaq və islahatlara başlamaq daha məqsədəuyğundur”.

Millət vəkilinin sözlərinə görə, islahatlar əhalinin iştirakı ilə olmalıdır:
“Rusiyada iqtisadi vəziyyətə görə taxıl böhranı yarana bilər. Ardınca Ukraynadakı hadisələr səbəbindən taxıl, qida məhsullarının qiymətində ciddi dəyişiklik olacaq. Çünki biz Ukrayna və Rusiyadan kənd təsərrüfatı, qida məhsulları da alıdırıq. Ona görə təcilli olaraq əhalinin potensialını bu işə cəlb etmək üçün liberallaşma daha da güclənməlidir. Düzdür, bizim müəyyən ehtiyatımız var. Amma bu ehtiyat 4-5 ay bəs edə bilər, deməli biz sonranı fikirləşməliyik. Hansısa uzaq bir ölkədən idxal edilən məhsulla, yaxından alınan məhsul arasında ciddi qiymət fərqi olacaq.
Problemlərin köklü şəkildə həll olunmasına çalışmalıyıq. Əks halda biz bir sıra problemlərin məngənəsində boğulacağıq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin Paşinyana hədə-qorxu gəlib… - Telefon danışığında mövzu nə olub?
İrəvanın məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

Putinlə Paşinyan Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib və 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış sazişlərin icrasına toxunublar.
Ətraflı

Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan hökuməti Azərbaycanın sülh müqaviləsi bağlamaq üçün təqdim etdiyi 5 təklifinə cavab olaraq 5 təkliflə çıxış edib. Hansı ki, İrəvanın bu təklifləri sırasında sülh danışıqları prosesinə ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin cəlb etməsi də yer alır. Ermənistan danışıqlarda özünə daha əlverişli mövqe əldə etmək üçün prosesə Minsk qrupunu da qoşmağa çalışır.

Amma görünür, İrəvanın bu istəyi Moskvada heç də yaxşı qarşılanmayıb. Belə ki, Ukraynaya hücumu fonunda Rusiya Qərbin ciddi sanksiyaları ilə üz-üzədir. Bu prosesdə isə ATƏT-in Minsk qrupu həmsədr ölkələrindən olan ABŞ-la Fransa əsas rol oynayır. Həmin ölkələrin Ukrayna məsələsində Rusiyaya qarşı çıxdıqları bir zamanda, Moskva çətin ki, digər məsələlərdə, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olmasında Qərblə əməkdaşlığa, birgə fəaliyyətə razılıq versin. Bütün digər cəbhələrdə ciddi şəkildə toqquşduqları ölkələrin, ayrıca olaraq hansısa bir məsələdə ümumi mövqedən çıxış edəcəkləri elə də gözlənilən deyil. Moskva həmin məsələdə Qərbə yaşıl işıq yandırmaqla əslində bölgədə onun da möhkəmlənməsinə imkan vermiş olar ki, indiki həssas məqamda Kreml heç bir halda buna yol verməz.

Bu mənada, böyük ehtimalla Putin İrəvanın Minsk qrupu ölkələrinə müraciətini müzakirə etməklə, əslində, Paşinyana həmin təşəbbüsündən vaz keçməsi üçün təzyiqlər edib.

Putinlə Paşinyanın Ukrayna ətrafında cərəyan edənləri müzakirə etməsinə gəldikdə, ola bilsin, Kreml rəhbəri ermənilərin bu müharibədə Rusiyaya canlı qüvvə sarıdan yardım etmələrinə görə təşəkkür edib. Qeyd edək ki, bir sıra mətbu orqanlarda erməni silahlılarının Ukraynada rus qoşunları tərəfindən vuruşduqları barədə məlumatlar yer alıb. Həmçinin, Putin telefon danışığında, ola bilsin, Qərbə meyilli Paşinyanı Ukrayna nümunəsini misal gətirməklə onu bu mövqeyindən geri çəkilməyə çağırıb. //qaynarinfo.az//
0
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu, Fransanın, Amerikanın və Rusiyadakı müəyyən qüvvələrin düşüncəsinin məhsuludur - Ekspert danışır
Ermənistan tərəfi Azərbaycanın iki ölkə arasında sülhlə bağlı irəli sürdüyü 5 baza prinsipləri təklifinə cavab verib. Rəsmi İrəvan müzakirələrə hazır olduğunu bəyan edərək, Azərbaycanla sülh sazişinin imzalanması üzrə danışıqların təşkili üçün ATƏT-in Minsk qrupunun həmsədrliyinə müraciət etdiyini açıqlayıb. Yəni İrəvan hökuməti rəsmi Bakının 5 şərtinə “ATƏT-in Minsk qrupu” ilə qarşılıq verib. Ermənistan tərəfi vurğulayıb ki, proses Helsinki Yekun Aktı və BMT-nin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı üzrə təşkil edilməlidir.

İrəvanın məqsədi Qarabağda məskunlaşan azsaylı erməni əhalisinə öz müqəddəratını təyinetmə hüququnu verməkdir.
Ermənistan yenidən niyə Minsk qrupunun dirçəldilməsini istəyir? Dia.az xəbər verir ki, məsələni “Şərq”ə dəyərləndirən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bunu Madrid prinsiplərinin müddəaları ilə əsaslandırıb:

“Ermənistan tərəfi baza prinsiplərinə cavab verdi. Əsaslandırdı ki, xalqların öz müqəddəratını həll etməyə yönəlik çağırışlar öz əksini tapmayıb. Daha sonra vasitəçi tərəf kimi ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması məsələsini gündəmə gətirdilər.

2019-cu ildə Madrid prinsiplərinin qəbul edilmiş yekun müddəalarında nəzərdə tutulan bir qayda var. Bu, bölgənin taleyi ilə bağlı referendum keçirilməsi və xalqların öz müqəddəratını təyin etməsi məsələsi ilə bağlıdır”.

Ekspert onu da qeyd edib ki, bu müddəalar Qarabağda yaşayan ermənilərə aid edilə bilməz:

“BMT-nin digər prinsipi dövlətlərin ərazi bütövlüyünün pozulmazlığı məsələsini meydana çıxarır. Azərbaycan xalqı öz müqəddəratını təyin edib respublika yaradıb. Erməni xalqı da eyni şəkildə öz respublikasını qurub. Lakin Qarabağda yaşayan ermənilər etnik azlıq olduğu üçün belə bir haqq onlara şamil edilmir. Eyni zamanda ATƏT-in Minsk qrupunun üzvləri bölgədə qarşı cəbhələrdə yer alırlar.

Bununla yanaşı, həmin ölkələr fərqli maraqlar çərçivəsində bölgəyə daxil olmaq və Azərbaycanın əldə etdiyi qələbədə müəyyən manipulyasiyalar etmək istədiklərinə görə bu məsələni yenidən gündəmə daşıdılar.

Bu təkcə Ermənistan ağlı deyil. Onun arxasında duran Fransanın, Amerikanın və Rusiyadakı müəyyən qüvvələrin düşüncəsinin məhsuludur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyanın təcavüzkar statusu: - "Kiçik ölkələr özlərini qorumaq məcburiyyətindədir"
“Əgər Rusiya Ukrayna üzərində istədiyini qazanarsa, onda digər ölkələr də çox ciddi təhlükə altına düşə bilər. Ancaq Ukraynada uğur qazanmadan, dişi qırılmış halda çıxsa, Rusiya qonşuları ilə xeyli dərəcədə ehtiyatlı davranmalıdır”. Zamantv.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin sonunda Azərbaycanın da yer aldığı bölgədəki proseslərin hansı xətt üzrə gedəcəyini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında söyləyib.

Elşad Musayev bildirib ki, Rusiya müharibədən qalib ayrılmasa, bölgədə bəzi dəyişikliklər mümkündür:

“Rusiya Ukraynaya girəndə bir neçə planı var idi. Birinci variant ondan ibarət idi ki, Ukraynanı işğal etsinlər, Kiyev və digər böyük şəhərləri tutsunlar. Siyasi rəhbərliyi kənarlaşdırsınlar, özlərinin istədiyi hakimiyyəti bərqərar etsinlər. Sonra da dünyaya meydan oxusunlar. Təbii ki, bunlar baş tutmur.

Rusiya hazırda şəhərləri mühasirədə saxlayaraq sahədə əldə edə bilmədiyini masada almaq istəyir.

Putinin də istədiyi odur ki, Ukraynadan qalib ayrılsın. Əslində, ölkə daxilində ona qarşı bir güc də yoxdur. Əksinə, yüz illərdir işğalçılıq təfəkkürü ilə böyüdülmüş rus xalqının böyük əksəriyyəti Putini qəhrəmanı kimi görür. Zəifləmişdə olsa, Putin Rusiyanın başında qalacaq.

Qərbin Ukraynaya etdiyi kömək yalnız partizan müharibəsi üçündür. ABŞ Ukraynaya maddi yardımlar edir. Belə olan halda müharibə uzanacaq. Ukrayna yalnız öz ərazisindən Rusiyanı təmizləyə bilər. Ukraynanın Rusiya ərazisinə girmək şansı yoxdur. Ona görə də hücum edib Putinin devrilməsini gözləmək əbəsdir.

Əgər Rusiya Ukrayna üzərində istədiyi qazanarsa, onda digər ölkələr də çox ciddi təhlükə altına düşə bilər. Çünki dişi qana batmış Rusiya rəhbərliyi Orta Asiyada və postsovet ölkələrinə istədiyini diqtə edəcək. SSRİ-nin bərpası xülyasına qapılanlar da var. Ancaq Ukraynada uğur qazanmadan, dişi qırılmış halda çıxsa, Rusiya qonşuları ilə xeyli dərəcədə ehtiyatlı davranmalıdır.

Bəzən populist çıxış edənlər var. Deyirlər, beynəlxalq hüquq var. Bütün dünya Rusiyaya deyir, Ukraynadan çıx, ancaq çıxmır. Kiçik ölkələr müəyyən qədər özlərini qorumaq məcburiyyətindədir. Rusiya prosesdən zəif çıxsa, Türkiyə kimi bir ölkə ilə müttəfiqik. Belə olan halda, Qarabağdakı məsələni həll etmək şansı qazanacağıq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dünyanın siyasi-hərbi mərkəzlərindən Bakıya ard-arda zənglər - ŞƏRH
Azərbaycanın xarici siyasət kursu çoxşaxəli və əhatəlidir. Rəsmi Bakı ABŞ, Avropa İttifaqı, Rusiya, MDB-nin digər respublikaları, "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələr, NATO, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər davamlı əlaqələr saxlaması bunu təsdiqləyir. Dünya birliyinin Azərbaycana diqqəti onun beynəlxalq hüququn prinsip və normalarına, eləcə də BMT nizamnaməsinə əməl etməsi, bu istiqamətdə pozuntulara qarşı çıxması ilə bağlıdır. Bu amillər onun beynəlxalq arenada nüfuzunun artmasına təkan verir. Azərbaycan həmin prinsipləri və BMT Nizamnaməsini əsas götürərək torpaqlarını işğaldan azad etməklə bunu təsdiqləyib.

Ötən müddət ərzində Prezident İlham Əliyevin qlobal və regional təhlükəsizliyin təmini, beynəlxalq hüququn qorunması və əməkdaşlıq təklifləri əsasında yürütdüyü xarici siyasi kurs ölkəyə diqqəti daha da artırıb. Azərbaycan bu müddətdə ABŞ, Avropa İttifaqı, Rusiya, ərazi bütövlüyü pozulan Moldova, Ukrayna, Gürcüstan liderləri, NATO, Türkiyə, İran ərəb dövlətləri, Çin, Pakistan rəsmiləri ilə müxtəlif səviyyədə danışıqlar aparıb. Bakıda NATO-nun bir sıra görüşlərinin keçirilməsi Alyansın Azərbaycana etimadından irəli gəlir. Bu istiqamətdə rəsmi Moskva da başqaları ilə müqayisədə Azərbaycana daha etibarlı tərəfdar kimi yanaşır. Bu baxımdan, Bakı NATO və ABŞ hərbi rəhbə
Dünyanın siyasi-hərbi mərkəzlərindən Bakıya ard-arda zənglər - ŞƏRH
Son aylar Qərb bloku ilə Kreml arasında gərginlik Rusiya-Ukrayna müharibəsinə səbəb olub. Dünyadakı münaqişə ocaqlarından biri yenidən alovlanıb. Rusiya Ukraynada hərbi əməliyyatlar keçirməyə başlayıb. Rəsmi Bakı beynəlxalq hüquq və normalara əsaslanaraq bu silahlı toqquşmada ortaq mövqe tutub. Hər iki tərəflə yaxşı münasibətləri qorumaqla yanaşı, obyektivliyini göstərib. Rusiyanın hərbi əməliyyatlara başladığı ilk günlərdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlaması Azərbaycana etimadın böyük olduğunu təsdiqləyir. Dövlət başçısı bir gün sonra Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyəti, həmçinin Rusiya-Azərbaycan münasibətlərini müzakirə edib. Azərbaycan silahlı münaqişə, separatçılıq, ərazi bütövlüyünün pozulması, bu məsələyə xarici müdaxilənin edilməsi kimi halları yaşadığı üçün Ukraynada baş verənləri beynəlxalq hüquq normaları və BMT-nin Nizamnaməsi çərçivəsində həllini ən doğru və düzgün sayır. Hər iki tərəfin etimadını nəzərə alan rəsmi Bakı tərəflərə vasitəçiliyini təklif edib. Qeyd edək ki, rəsmi Bakı 2008-ci ilin avqust hadisələri zaman Gürcüstanla Rusiya arasında uğurlu vasitəçilik etmişdi. Azərbaycan Ukraynaya humanitar yardım edərək insanlıq borcunu yerinə yetirib. Son bir ayda Prezident İlham Əliyevin keçirdiyi görüşlər, telefon danışıqları rəsmi Bakının mövqeyinin doğruluğunu sübut edir.

Dünyanın siyasi-hərbi mərkəzlərindən Bakıya ard-arda zənglər - ŞƏRH
Postsovet məkanındakı münaqişələrdə NATO-nun da adı tez-tez hallanır. Elə Rusiyanın əsas tələblərindən biri Ukraynanın neytrallığı, Alyansa üzv olmamasıdır. Bu baxımdan, ötən ay NATO rəhbərliyinin rəsmi Bakı ilə danışıqları diqqətçəkicidir. Ötən ay dövlət başçısı ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb. Bununla ən nüfuzlu hərbi-siyasi birlik Azərbaycana verdiyi dəyər və diqqəti nümayiş etdirib. Ukraynadakı vəziyyətin İlham Əliyevlə müzakirəsi Azərbaycanın beynəlxalq arenadakı etibarının, nüfuzunun göstəricisidir.

Dünyanın siyasi-hərbi mərkəzlərindən Bakıya ard-arda zənglər - ŞƏRH
Postsovet məkanında ərazi bütövlüyü pozulan dövlətlərdən biri də Moldovadır. Azərbaycan lideri Ukrayna ilə qonşuluqda yerləşən Moldovanın Prezidenti Maya Sandu ilə telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparıb. Bu, Azərbaycanın keçdiyi çətin və uğurlu yola münasibətin göstəricisidir. Münaqişəni həll etmək, Rusiya və Qərb dövlətləri ilə münasibətləri normal saxlamaq rəsmi Bakının yürütdüyü siyasətin nəticəsidir. Moldova və Azərbaycan liderlərinin danışıqları bu baxımdan da qiymətləndirilə bilər. Rusiya-Ukrayna müharibəsində Polşa rəsmi Kiyevi dəstəklədiyi sirr deyil. Bu ölkənin Azərbaycanla da çox sıx münasibət və əlaqələri var. Son hadisələr fonunda Polşa Prezidenti Andjey Dudanın dövlət başçısı ilə telefon danışığı Azərbaycanın nüfuz və beynəlxaq aləmdəki nüfuzunun göstəricisidir. Prezident polşalı həmkarı ilə telefon danışığı zamanı iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın Böyük Britaniya ilə siyasi, ticarət əlaqələri də inkişaf etməkdədir. 2021-ci ilin ilk 9 ayında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 550,655 mln. dollar təşkil edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 90,5 faiz çoxdur. Hesabat dövründə ixracın həcmi 336,737 mln. dollar təşkil edib. Bu da illik müqayisədə 4,6 dəfə çoxdur. Nəticədə 2021-ci ilin ilk doqquz ayında 122,818 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Bu ilin yanvar ayında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin həcmi 145,963 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin yanvar ayı ilə müqayisədə 6,1 dəfə çoxdur. Bu münasibətlər başqa dövlətlərlə də artan xətt üzrə inkişaf etməkdədir. Britaniyanın dünya siyasəti və ticarətində tutduğu yeri nəzərə alaraq nümunə kimi onu göstərdik. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consondan Böyük Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı təbrik məktubu da tərəflər arasında əlaqələrin genişlənməsi və qarşılıqlı etimadın artmasını göstərir.

Dünyanın siyasi-hərbi mərkəzlərindən Bakıya ard-arda zənglər - ŞƏRH
Azərbaycanla Avropa İttifaqı arasında da normal münasibətlər var. Düzdür, 44 günlük müharibə zamanı qurumun aparıcı üzvləri öz tərəfsizliklərini qoruya bilmədi. Onlardan biri də Fransa və onun Prezidenti Emmanuel Makron idi. Ancaq son zaman onun Azərbaycana münasibətində müsbət istiqamətdə dəyişikliyin baş verməsi müşahidə olunur. Bunu da rəsmi Bakının beynəlxalq arenada tutduğu obyektiv mövqeyin nəticəsi kimi qiymətləndirmək mümkündür. Prezident fransalı həmkarı Emmanuel Makronla telefon danışığında Ukraynadakı böhranı və bu ölkəyə humanitar dəstəyin göstərilməsi məsələlərini müzakirə edib.
Dünyanın siyasi-hərbi mərkəzlərindən Bakıya ard-arda zənglər - ŞƏRH
Martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Cənubi Qafqazda postmünaqişə dövrü, Ermənistanla Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib. Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək. Söhbət zamanı həmçinin Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə olunub.

Rusiya-Ukrayna müharibəsi Avropada bir sıra sahələrlə bağlı narahatlığın yaranmasına səbəb olub. Qitə dövlətləri liderlərinin yaranmış vəziyyəti rəsmi Bakı ilə müzakirə etməsi onun artan nüfuzundan və genişlənən təsir dairəsindən xəbər verir. Münaqişə bölgəsində baş verənlərin və ora humanitar yardımın edilməsi kimi məsələlərin Prezident İlham Əliyevlə müzakirə olunması Azərbaycanın beynəlxalq arenadakı etibarının, nüfuzunun artdığını isbatlayır. Avropada qitə dövlətlərinin liderləri rəsmi Bakı ilə hesablaşır, onun tutduğu obyektiv mövqeyə hörmətlə yanaşır.

Martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Cənubi Qafqazda postmünaqişə dövrü, Ermənistanla Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib. Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək. Söhbət zamanı həmçinin Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə olunub.

Rusiya-Ukrayna müharibəsi Avropada bir sıra sahələrlə bağlı narahatlığın yaranmasına səbəb olub. Qitə dövlətləri liderlərinin yaranmış vəziyyəti rəsmi Bakı ilə müzakirə etməsi onun artan nüfuzundan və genişlənən təsir dairəsindən xəbər verir. Münaqişə bölgəsində baş verənlərin və ora humanitar yardımın edilməsi kimi məsələlərin Prezident İlham Əliyevlə müzakirə olunması Azərbaycanın beynəlxalq arenadakı etibarının, nüfuzunun artdığını isbatlayır. Avropada qitə dövlətlərinin liderləri rəsmi Bakı ilə hesablaşır, onun tutduğu obyektiv mövqeyə hörmətlə yanaşır.
Dünyanın siyasi-hərbi mərkəzlərindən Bakıya ard-arda zənglər - ŞƏRH
Azərbaycanın uğurlu xarici siyasəti Türkiyə ilə qarşılıqlı əlaqələrin genişlənməsində də özünü bir daha göstərir. 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış şərait Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni vəziyyət yaradıb. Şuşa bəyannaməsinin icrası həm də regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün təminatdır. Azərbaycan, bu baxımdan, regional təminatçılardan biridir. Odur ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Türkiyə ilə münasibətləri də yeni müstəvidə formalaşdırıb. Dövlət başçısı bu günlərdə Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Bu, Azərbaycanın etibarlı tərəfdar olduğuna çoxsaylı nümunələrdən olmaqla yanaşı, həm də eyni etnosa aid dövlətlərin münasibətlərinin göstəricisidir. İki dövlət arasında belə münasibət beynəlxalq hüquqa aid ən yaxşı örnəklərdən sayıla bilər.
Rəsmi Vaşinqtonla Tehran arasında 43 illik gərginlik hər kəsə bəllidir. Ancaq rəsmi Bakı heç birinə üstünlük vermədən bu barışmaz tərəflərlə əlaqələri qoruyub, inkişaf etidirə bilir. Azərbaycan yürütdüyü uğurlu xarici siyasətlə İranı da əməkdaşlığa cəlb edib. Qeyd edək ki, bu ölkənin rəsmiləri 44 günlük müharibə zamanı, ondan sonra Azərbaycana qarşı çox sərt mövqe tutmuşdular. Onlar Azərbaycana qarşı böhtan kampaniyasının iştirakçısı belə olmuşdular. Ancaq martın 11-də iki ölkə arasında tarixi memorandumun imzalanması rəsmi Bakının qonşu dövlətlərlə dinc yanaşı yaşamaq və əməkdaşlıq etmək taktikasının doğruluğunu təsdiqləyib. Qeyd edək ki, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan hökuməti ilə İran hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan-ABŞ münasibətləri də genişlənməkdədir. Bu günlərdə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Azərbaycanın dövlət başçısı ilə telefonla danışıb. Tərəflər Cənubi Qafqazda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparıb, eləcə də bölgənin təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Dövlət başçısının bu və başqa əlaqələri Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, müsbət imicinə aid çoxsaylı nümunələrdəndir. Nəzərə almaq lazımdır ki, Azərbaycan enerji daşıyıcıları xəttinin keçdiyi ərazilərdəndir. O, dünyanın karbohidrogen daşıyıcıları ilə təhlükəsiz təmin olunmasında aparıcı yerlərdən birini tutur. Odur ki, bu istiqamətdə də əlaqələr və əməkdaşlıq Azərbaycanın artan nüfuzuna təkan verəcək. Dünyada baş verənlərə əsasən demək olar ki, yaxın zamanda ölkəyə diqqət daha da artacaq. Azərbaycan da qlobal və regional siyasi səhnənin bacarıqlı, etibarlı oyunçusu olduğunu yenidən sərgiləyəcək.







[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada müharibə nəticəsində həlak olan uşaqların sayı artır
Rusiyanın Ukraynada apardığı müharibə zamanı mülki əhaliyə qarşı hücumları nəticəsində indiyədək 108 uşaq həlak olub, 120-si də yaralanıb.

Zamantv.az” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokuror Ofisi “Telegram” kanalından bildirib.

Zərərçəkən uşaqların çoxu Kiyev (52 nəfər), Xarkov (34), Donetsk (25), Çernihiv (24), Mikolaiv (20), Jitomir (15), Sumı (14), Xerson (10) əyalətlərinin payına düşür.

Bununla yanaşı, Rusiya ordusunun artileriya və raket hücumları nəticəsində 411 təhsil ocağına ziyan dəyib, bunların 63-ü bütövlükdə dağılıb, həmçinin 11 səhiyyə müəssisəsi və 3 reabilitasiya mərkəzi atəşə tutulub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski beynəlxalq ictimaiyyəti Üçüncü Dünya müharibəsinə yol verməməyə çağırıb
“İnsanlarımızın qida, su, elektriklə təminatında ciddi problemlər var”.

Zamantv.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya parlamentində çıxışı zamanı deyib.

“Ruslar uşaqlar, qadınlar və qocalar da daxil olmaqla hər kəsi hədəf alırlar. Humanitar yardımların ərazilərə daxil olmasına, bizim vətəndaşlarımızı qorumağımıza imkan vermirlər”, - dövlət başçısı vurğulayıb.

O, beynəlxalq ictimaiyyətə müraciət edərək Üçüncü Dünya müharibəsinə yol verməməyə çağırıb: “Növbəti dünya müharibəsinə icazə verilməməlidir. Biz başqa bir ölkənin itaətində olmaq istəmirik”, - o bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çin rəsmisi: "ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını dəstəkləmirik"
"Çin dünya bazarında sabitliyi pozan və milli müəssisələrin maraqlarını müdafiə etdiyi üçün ABŞ Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir".

Zamantv.az” TASS-a istinadən xəbər verir ki, bunu martın 17-də Çin Ticarət Nazirliyinin nümayəndəsi Qao Fen bildirib.

“Biz beynəlxalq hüquq normalarını nəzərə almayan istənilən birtərəfli sanksiyaya qarşıyıq. Bu məhdudiyyətlər qlobal bazarda sabitliyi pozur. Çin adi ticarət fəaliyyəti ilə məşğul olan öz şirkətlərinin maraqların qorumaq üçün vacib addımlar atacaq”, - Qao Fen martın 17-də keçirdiyi mətbuat konfransında deyib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO