İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

21:10 27.03.2024 34
İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Abşeron rayon, Xırdalan şəhər 2 nömrəli orta məktəbin direktoru və ona havadarlıq edən, Abşeron-Xızı Regional İdarəyə rəhbər təyin olunmuş İlhamə Abdullayeva barəsində redaksiyamıza olunan müraciət əsasında aparılan araşdırmanın nəticələri aşağıdakı kimi olmuşdur və nəticələr tədbir görülməsi üçün Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya, Elm və Təhsil Naziri Emin Əmrullayevə, Baş Prokuror Kamran Əliyevə Baş redaktor Pənah Azər tərəfindən göndərilib.

Araşdırma 1: Məlum olmuşdur ki, Abşeron-Xızı Regional İdarəyə rəhbər təyin olunmuş İlhamə Abdullayeva Bakı şəhər 116 nömrəli orta məktəbdə direktor vəzifəsində işləmiş, qohumu ( xala nəvəsi, - Akstafada doğulsa belə ) Gülnaz Kərimovanı Xırdalan şəhər 2 nömrəli orta məktəbə, xalası qızı Arifə Balakişiyevanı Bakı şəhəri 44 nömrəli orta məktəbdən Xırdalan şəhər 1 nömrəli orta məktəbə, həmyerlisi və qohumu Səkinə Abbasovanı isə Qobu qəsəbə orta məktəbindən son dəbdəbə ilə, yüksək səviyyədə tikilmiş və 2022-cü ildə yeni istifadəyə verilmiş Saray qəsəbə 2 nömrəli orta məktəbədirektor təyinatı aldırtmışdır ( sonuncular barədə araşdırmalarımız davam edir ).
Gülnaz Kərimova əvvəl işlədiyi, şagird kontingenti təxminən 1400 ( min dörd yüz ) nəfərə yaxın olan Bakı şəhəri Xətai rayonu 116 saylı məktəbə direktor vəzifəsinə təyin olunana qədər həmin məktəbin Bakı şəhərindəki məktəblər sırasındakı reytinqi 10-cu yerdə olmuşdur.
Gülnaz Kərimova 116 nömrəli məktəbdə direktor vəzifəsində işlədiyi müddətdə məktəbin reytinqi 69-cu yerə düşmüşdür. Belə olduğu halda hansı xidmətlərinə görə İlhamə Abdullayeva qohumu Gülnaz Kərimovanı Respublikada ən çox şagird kontingenti (6300 şagird və 430 müəllim) və müəllim heyyəti olan Xırdalan şəhər 2 nömrəli orta məktəbə direktor gətizdirtmişdir. Nəzərə alaq ki, adı çəkilən məktəbdə təşkilatçılıq qabiliyyəti olan, məktəb direktorluğuna imtahandan keçmiş ali-təhsilli və elmi dərəcəsi olan bacarıqlı və işgüzr kadrlar yetərincədir.
Sual olunur, İlhamə Abdullayevanın marağı nə olub ki, məktəbin TARİFAKASİYASINI işləməyi bacarmayan bir adamı özünün tabeliyində olan məktəbə direktor təyinatı aldırtdırıb?
İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Araşdırma 2: Gülnaz Kərimova 2 nömrəli tam orta məktəbin təhfil-təslim aktından sonra əvvəlki direktor səlahiyyətlərini icra edən Nərgiz İsmayılovanın vaxtında 41 761(qırx bir min yeddi yüz altmış bir) manat invertar əşyaların çatışmamazlığının üstünü bağlamışdır.
Məktəb kollektivinin etdiyi şikayət Elm və Təhsil Nazirliyinin AUDİT və Daxili Nəzarət şöbəsi( DNŞ ) şöbəsi tərəfindən yoxlanmalı olduğu halda İlhamə Abdullayeva bu yoxlamanı regionun özünə yaxın əməkdaşları tərəfindən səthi və bayağı yoxlatmış və mənimsənilmiş, talanmış dövlət əmlakının üstünü ört-basdır etmişdir. Bu cinayət faktorudur. Yoxlamanın nəticələri Elm və Təhsil Nazirliyindən, eyni zamanda hüquq-mühafizə orqanlarından bilərəkdən gizlədilmişdir.

Sual: İlhamə Abdullayeva ilə Gülnaz Kərimovanın həmin cinayətin gizlədilməsində marağı nə olub? Həmən 41 761(qırx bir min yeddi yüz altmış bir) manat pul vəsaitini mənimsəmiş Nərgiz İsmayılova bu günə qədər öz vəzifəsindədir. Maraq???

Araşdırma 3: Araşdırmalarımızdan məlum olmuşdur ki, 2022 - ci ilin noyabr ayında məktəb direktoru Gülnaz Kərimova 5 iş günü işdə olmadığı halda bütün ayı özünə əmək haqqı hesablatdırıb və bu qanunsuzluğu öz imza və möhürü ilə təsdiq etmişdir. Onun bu hərəkəti Az. Res. C.M-nin 308-ci və 309-cu maddəsi ilə “Vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə öz həllini tapmalıdır. Lakin İlhamə Abdullayeva tərəfindən məktəb direktoru barəsində heç bir tədbir görülməyib?

Araşdırma 4 : 2022-ci ilin dekabr ayında “Ümrə” ziyarətinə gedən Nahidə Abbasovaya məktəb direktoru Gülnaz Kərimova tərəfindən qanunsuz icazə verilmiş və onun iş günləri qeyd edilmişdir. Məktəb direktoru barədə İlhamə Abdullayeva məlumatlı olsa da tərəfindən heç bir tədbir görülməyib.

Araşdırma 5: Məlum olmuşdur ki, 2022-2023 cü tədris ilində təxminən 47 şagird qeyri qanuni yollarla məktəbi bitirərək attestat alıb və bunlar heç də şifahi salamla ötüşməyib. Adının çəkilməsini istəməyən “N” adlı valideyn bildirdi ki, bu hörmətin müqabilində Gülnaza 1000 manat pul ödəyib. Belə olduğu halda şagird hesabına görə Gülnaz Kərimovanın cibinə gedəcək məbləği hesablamaq sadə vətəndaş üçün belə çətin olmaz ( 47 x 1000 = ? ).

Araşdırma 6: Niyə məktəbdə şagirdlərin davamiyyətinə direktor yox, texniki işçilər nəzarət edir?

Araşdırma 7: Məktəbin futbol meydançası Orxan adlı şəxsə saat 9-00-dan axşam saat 18-00- a qədər nə məqsədlə və hansı əsaslarla icarəyə verilib?

Araşdırma 8: Müəlimlərin işə davamiyyəti məktəb rəhbərliyi tərəfindən yox, Gülnaz Kərimovanın kuryer kimi saxladığı texniki işçilər tərəfindən həyata keçirilir? Hansı qanunla və maraq?

Araşdırma 9: Gülnaz Kərimovaya hansı yüksəlişlərinə və bir illik nailiyyətlərinə görə İlhamə Abdullayeva tərəfindən Xırdalanda yeni tikilmiş 11 nömrəli tam orta məktəb filal olaraq həvalə edilib?

Araşdırma 10: Gülnaz Kərimova özünün istirahət xoşluğu üçün məktəbi qeyri qanuni 5 günlük iş rejiminə keçirib. Nəzərə alsaq ki, məktəbdə irili xırdalı (sinif otaqlarının tutumu çox xırdadır) 89 sinif otağı olduğu halda məktəbin 204 sinif komplekti mövcuddur. Həmçinin, bu sinif komplektlərinin 27 sinfi yəni, ibtidai rus bölməsi Xırdalan şəhər 3 nömrəli məktəbdə təhsil alır. Belə məlum olur ki, Xırdalan 2 nömrəli məktəbdə 177 sinif komplektləşdirilib. Birinci növbədə 89 sinif otağına qarşılıq olaraq 89 sinif komplekti, ikinci növbədə isə 88 sinif komplekti daxil olur. Maraqlıdır, bölünən saatlar necə olur? Mövcud qaydalara uyğun olaraq 1- ci növbə dərslər saat 8 tamamda başlayıb 13:50 bitir, ikinci növbə saat 13:55 də başlayıb axşam saat 19:40 da bitir. Nəzərə alsaq ki, məktəbin həyətində sahibsiz itlər insanlara hücum edir, bunun insan həyatı üçün nə qədər təhlükəli olmağı və verəcəyi fəsadlar qaçılmazdır. Əlavə edim ki, məktəbin 5 günlük olması barədə pedaqoji şurada iştirak edən müəllimlər və texniki işçilərin heç biri rəsmi dövlətsənədi ilə tanış olmayıblar və həmən sənədlərə də imza atılmayıb.(BakuNews)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO