[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fransadan şok Zelenski MESAJI: "Qərb yaratdığı kuklanı məhv edir"

NATO-nun baş katibi Yens Stoltenberqlə son müsahibə alyansın uğursuzluğa görə Ukrayna prezidenti Vladimir Zelenskini günahlandırmaq qərarını nümayiş etdirir.

Bu barədə Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippo bildirib.

"Zelenski üçün pis günlər başlayır. NATO rəhbəri Yens Stoltenberqin Almaniya telekanalına müsahibəsində dedikləri həqiqətən də ağlasığmazdır. NATO ölkələrinin uğursuzluğuna görə Zelenski "kuklası"nı günahlandırmağın vaxtı çatıb. Dərin dövlət həmişə etdiyi şeyi edir. Bir kukla yaradır və sonra onu içəri atıb məhv edir. Fransa Kiyevə pul və silah göndərməyi dayandırmalıdır", - Filippo vurğulayıb./teleqraf.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
100 min rüşvət alan Lənkəranın eks baş memarı bəraət istəyir - TƏFƏRRÜAT


Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri – baş memar Elgün Abdullayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək proses dekabrın 6-na təyin edilib.

Şikayət hakim İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd: Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri – baş memar Elgün Abdullayev ötən ilin oktyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Əməliyyat tədbirləri ilə Elgün Abdullayevin qeyd olunan vəzifədə işləyərkən rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş fərdi-yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

İttihama görə, o, 93 350 manat rüşvət alıb.

Elgün Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur və özünü ittihamlar üzrə təsirli bilmir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paracüdoçularımız iki gümüş medal qazandılar


Azərbaycan paracüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə iki gümüş medal qazanıblar.

60 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli həlledici raundda özbəkistanlı rəqibi Kemran Nurillayevə məğlub olaraq gümüş medalın sahibi olub.

Qadınlardan Şəhanə Hacıyeva (48 kiloqram) isə final görüşündə qazaxıstanlı Nautbek Akmarala uduzub və ikinci yeri tutub.
Qeyd edək ki, J2 kateqoriyasında mübarizə aparan hər iki idmançı 2021-ci ildə Tokioda keçirilmiş Yay Paralimpiya Oyunlarının qalibi olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kral” NİYƏ SATILMIR? - İLGİNC

Ölkənin kolbasa-sosis bazarında yer tutan “Kral” markalı məhsullar davamlı olaraq endirimdədir. İstehlakçılara “Kral” kolbasaları hər zaman ya endirimli məhsul kimi təklif olunur, ya da vitrində uzun müddət alınmayan mal kimi qalır. Müşahidəçilər də qeyd edirlər ki, nədənsə bu məhsullara tələbat azdır. Habelə, marketlərin satıcıları təsdiqləyirlər ki, “Kral” kolbasası çox satılan məhsullar sırasında deyil, ona görə məcburən ucuz qiymətə, yaxud endirimə qoyulur. Bunun səbəbi isə məlum deyil. Yəni hər hansı izah verilmir ki, məhsulun keyfiyyətində, yoxsa başqa məsələdə problem var. Tribunainfo.az yada salır ki, “Hakan Foods Azerbaican Trading Co LTD” MMC 2001-ci ildən “Kral” markası altında kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalı edir.
AQTA bu ilin aprelində Sevilən Ad” MMC, “AL-SANA” MMC, “Səhliyalı” Kiçik Müəssisəsi, “MİR-2016” MMC, “Hakan Foods Azerbaijan Trading” MMC, fiziki şəxs Vüqar Tahirov və fiziki şəxs Rövşən Məmmədov haqqında iş qaldırıb. Ət məhsullarının istehsalı və satışı zamanı əmtəənin keyfiyyəti və başqa xassələri barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrədir.
Bundan öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi müəyyən etmişdi ki, kolbasa və sosiska istehsalçıları üzərində mal əti yazdıqları halda alıcılara toyuq ətindən hazırlanmış məhsullar satıblar. Eyni zamanda, üzərində “halal” yazılmış kolbasaların tərkibində donuz əti olduğu aşkar edilmişdi.

Mənbə: Tribunainfo.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kral” NİYƏ SATILMIR? - İLGİNC

Ölkənin kolbasa-sosis bazarında yer tutan “Kral” markalı məhsullar davamlı olaraq endirimdədir. İstehlakçılara “Kral” kolbasaları hər zaman ya endirimli məhsul kimi təklif olunur, ya da vitrində uzun müddət alınmayan mal kimi qalır. Müşahidəçilər də qeyd edirlər ki, nədənsə bu məhsullara tələbat azdır. Habelə, marketlərin satıcıları təsdiqləyirlər ki, “Kral” kolbasası çox satılan məhsullar sırasında deyil, ona görə məcburən ucuz qiymətə, yaxud endirimə qoyulur. Bunun səbəbi isə məlum deyil. Yəni hər hansı izah verilmir ki, məhsulun keyfiyyətində, yoxsa başqa məsələdə problem var. Tribunainfo.az yada salır ki, “Hakan Foods Azerbaican Trading Co LTD” MMC 2001-ci ildən “Kral” markası altında kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalı edir.
AQTA bu ilin aprelində Sevilən Ad” MMC, “AL-SANA” MMC, “Səhliyalı” Kiçik Müəssisəsi, “MİR-2016” MMC, “Hakan Foods Azerbaijan Trading” MMC, fiziki şəxs Vüqar Tahirov və fiziki şəxs Rövşən Məmmədov haqqında iş qaldırıb. Ət məhsullarının istehsalı və satışı zamanı əmtəənin keyfiyyəti və başqa xassələri barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrədir.
Bundan öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi müəyyən etmişdi ki, kolbasa və sosiska istehsalçıları üzərində mal əti yazdıqları halda alıcılara toyuq ətindən hazırlanmış məhsullar satıblar. Eyni zamanda, üzərində “halal” yazılmış kolbasaların tərkibində donuz əti olduğu aşkar edilmişdi.

Mənbə: Tribunainfo.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəlbəcər yolunun yenidən qurulmasına 17 milyon ayrıldı - Sərəncam

Prezident İlham Əliyev Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla səksən kilometr uzunluğu olan Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 17,0 (on yeddi) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Xıllı Balıq” MMC-də satınalmalardan da, balıq biznesindən də kimlər daha çox faydalanır


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan biri də “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətidi. MMC bilavastə ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə tabedir. MMC Neftçala rayonunun Xıllı qəsəbəsində 2003-cü ildən istismara verilib və nərə balıqlarının artırılması ilə məşğul olur. Zavodda nərə cinsli balıqların dörd növü – bölgə, nərə, kələmo və uzunburunların süni yolla artırılır. Burada balıq körpələrinin satışı da həyata keçirilir ki, bu da digər balıqçılıqla məşğul olan sahibkarların balıq körpəsi əldə edərək öz fərdi təsərrüfatlarını yaratmasına və nərə balığının satışını təşkil etməyə imkan yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarında Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən 2019 və 2020-ci illərdə müvafiq olaraq 342 və 549 min ədəd körpə nərə cinsli balıqları artırılaraq Kür çayının Xəzər dənizi ilə qovuşan mənsəbi hissəsində təbii mühitə buraxıldığı bildirilir. Bu rəqəm 2021-ci ildə isə 564 min ədəd civarında olub. Sonrakı illərdə Zavod tərəfindən nə qədər balığın artırılması və Xəzər dənizinə nə qədər balığın buraxılması barədə məlumat yoxdu. Qeyd edək ki, Zavod 2021-ci ildən özəlləşdirilib. Dövlət Vergi Xidmətinin məlumatlarında nizamnamə kapitalı 3102006.61 manat olan “Xıllı Balıq” MMC-nin qanuni təmsilçisi Elşad Kənan oğlu Əhmədovdur.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlanılmasına heç də az vəsait ayrılmır. “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü-ildə yalnız bir açıq tender keçirib.

MMC-nin balıq yemlərinin satın alınması üzrə 30.03.2023-cü ildə başladığı açıq tender müsbiqəsində “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olub və tərəflər arasında 201.050 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 10.07.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına yerləşdirilib.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 saylı Ərazi Vergilər İdarəsində 20.11.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının NEFTÇALA RAYONU, NEFTÇALA ŞƏHƏRİ, KİMYAÇILAR, ev 23, m. 3, qanuni təmsilçisinin isə Əliyev Xalıq Qurban oğlu olduğu göstərilir.

Bəs “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətini “KƏHF” MMC ilə daha nələr birləşdirir?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Xıllı Balıq” MMC-nin nərəkimilər dəstəsinə daxil olan balıqlar üçün süni və canlı yemlərin satın alınması üzrə keçirdiyi bütün açıq tenderlərin qalibi “KƏHF” MMC olub. MMC ilə 14.04.2022-ci il tarixdə 254.290,94 manat məbləğində bir satınalma müqaviləsi, 21.05.2021-ci il tarixdə isə 219.670,1 manat məbləğində daha bir satınalma müqaviləsi bağlanılıb.

Çox maraqlıdır ki, “Xıllı Balıq” MMC – nin inzibati binasında, sexlərində və həyətyanı ərazisində cari təmir işlərinin satın alınmasının qalibi “MASTER-OFİS” MMC olub. 09.12.2022-ci ildə tərəflər arasında 41.625,68 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Bu MMC-nin fəaliyyət sferası məlum olmasa da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli bir çox qurumların keçirdikləri elektrik avadanlıqların sazlanması, işçilər üçün geyimlər, avtomobillər üçün ehtiyyat hissələri, dəftərxana və təsərrüfat malları, küçələrin işıqlandırılması, yuyucu və yuyunma vasitələri kimi açıq tender və kotirovka sorğulaının da qalibi olub. Şübhələr də məhz buradan başlayır.

Bunlardan əlavə “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.10.2022-ci tarixində açıqladığı satınalma planlarında göstərilən digər kotirovka sorğularının, cari təmir işləri və yumşaq inventar, işçi geyimi dəsti üzrə satın alınması planlaşdırılan mal və xidmətlərin satınalmasının nəticələri barədə heç bir məlumat yoxdu. Bu da “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyası tərəfindən illik satınalma planlarına daxil edilmiş, onlara uyğun keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyini, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsini, zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə qanunla müəyyən edilmiş qaydada tender və kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsini, habelə bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsini, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsini deməyə ciddi əsaslar verir.

Göründüyü kimi “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyası keçirilmiş açıq tender və kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron dəvət elanı verməmiş, lakin bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirmişdir. Bu da keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, bütün bu göstərdiklərimiz açıq mənbələrdə olan məlumatlardı. “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətində baş verən və çoxlarımızın görmədiyi digər qanunsuzluqlar da var. Məsələn, il ərzində nə qədər nərə balığının artırılması sual altındadır. MMC Xəzər dənizinə nə qədər balığın buraxılmasını açıqlayır, amma qara bazara çıxarılan balıqların sayı bəlli deyil və buradan əldə olunan gəlirlərin hara getməsi də həmçinin, sual altındadır. Təbii ki, bunu MMC-nin direktoru Elşad Əhmədov daha yaxşı bilər. O, dövlət satınlmalarından qazandığı kimi bu yollarla da az gəlir əldə eləmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin də, burada payı olmamış deyil. ETSN-nin digər rəsmilərini, məsələn elə Muxtar Babayevi hələ demirik. Yəni, burada balıq biznesindən də, satınalmalardan da faydalanan az adam yoxdu.

Aktualinfo.org

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Orta məktəb dərsliklərini repetitorsuz anlamaq mümkün deyil - ekspertlərdən ETİRAZ
"Dərsliklərdə özünü doğrultmayan məzmunlar dəyişməlidir. Metodik vəsaitlərdə nəzərdə tutulan işlərin dərsliklərdə tətbiq olunması düzgün deyil".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) dosenti, dərsliklərlə bağlı ekspert Fəxrəddin Yusifov Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun dərsliklərin məzmunu ilə bağlı səsləndirdiyi fikrə münasibətində söyləyib.

Dərsliklərdə nələr dəyişməlidir?
E.Bağırov bildirib ki, dərs yükünün ağırlığına yox, onların məzmununa yenidən baxılmalıdır. Bu, hansısa fənlərin dəyişdirilməsi yolu ilə edilir:
"Bu, əsasən şagirdlərin rəqəmsal bacarıqlarının artırılması istiqamətində həyata keçirilir. Lakin dərs yükünün çox olması ilə bağlı məsələyə baxmağa ehtiyac yoxdur".

F.Yusifovun fikrincə, dərsliklərdə bir sıra nöqsanlar var ki, onlar dərsliklər yenidən çap olunanda nəzərə alınmalıdır:
"Dərsliklərdə əsərlərin ixtisarla verilməsi səhvdir. Əslində dərsliklərdə sual və tapşırıqlar olmalıdır. Bu gün dərsliklərimizdə yarım səhifəlik şeiri də ixtisarla verirlər ki, metodik vəsaitləri dərsliyə gətirsinlər. Dərsliklərdəki metodik tövsiyələr çıxarılmalıdır. Elə başlıqlar var ki, onlara yenidən baxılmalıdır. Milli-mənəvi dəyərlər adı altında dərsliklərə elə əsərlər salınır ki, dəyərlərimizlə qəti əlaqəsi yoxdur".
F.Yusifov bildirir ki, bir müəllif, bir dərslik prinsipi tətbiq olunmalıdır. Bir müəllifin bir neçə dərslik yazması dərsliklərin keyfiyyətinə mənfi təsir edir:
"Bu gün bir müəllim bir neçə sinfin dərsliyini tərtib edir. Buna görə də dərsliklərdən heç nə başa düşmək olmur. Bir müəllifin təkrar dərslik yazmasının qarşısı alınmalıdır".

Dərsliklərin lazımsız informasiya yükü çoxdur
Təhsil üzrə ekseprt Kamran Əsədov da hesab edir ki, Azərbaycanda ümumtəhsil müəssisələri üçün çap olunmuş dərsliklərin məzmununa yenidən baxılması olduqca vacibdir. Onun qənaətinə görə, hazırki dərsliklər repetitor fəaliyyətinə rəvac verir. Dərsliklər akademik bilikləri özündə əks etdirir və informasiya yükü həddindən çoxdur.
"Dərsliklər şagirdlərin yaş xüsusiyyətinə və psixi inkişafına uyğun deyil. Kurikulumun məzmun və alt standartları bizim dərsliklərdə tam reallaşmır. Dərslik müəllifləri informasiya yükünü hədsiz çoxaldırlar, hansı ki, onları bilmək şagirdlərə lazım deyil. Ona görə də dərsliklərin məzmununa yenidən baxılmalıdır. Dərslikləri yoxlayan ekspertlər müəlliflərdən daha savadlı olmalıdır. Bu gün bunun əksi müşahidə olunur. Dərsliklərin öyrədicilik qabiliyyəti çox aşağıdır. Bu da ciddi bir qüsurdur. Əgər bu siyasət dəyişməsə, şagirdlər kitablardan uzaqlaşacaqlar. Dərsliklərin dilinin sadələşdirilməsinə ehtiyac var. Dərslikləri yazanlar mütəxəssis olmalıdır. Bəzən orta məktəb proqramını bilməyənlər dərslik yazır ki, bunun da əzabını şagirdlər çəkir".
Ekspert əlavə edib ki, ali məktəbdə veriləcək informasiyalar və biliklər orta məktəb dərsliklərinə salınmamalıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əksəriyyət gözləyirdi ki, Daşqın İsgəndərovu CƏZALANDIRACAQLAR... - AMMA...

"Unutmayaq!.
- 4-dekabr 2015-ci ildə ARDNŞ “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verdi. SOCAR vəzifəlilərinin məsuliyyətsizliyi ucbatından baş vermiş qəza nəticəsində 33 neftçi həlak olmuş və itgin düşmüşdür və müqəssirlər bu vaxtadək cəzasız qalmışdır.
-4 dekabr 2015-ci ildə tufan nəticəsində dalğalar SOCAR Neft Daslarinin 501-saylı meydançasını üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb.
Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar.
Allahdan qəza qurbanlarına rəhmət, ailələrinə səbir, müqəssirlərə cəza diləyirəm
Baş verən hadisəyə görə vəzifəli şəxslərdən heç kim cəzalanmadı.Əksinə həmin vaxt Azneft İB baş direktoru olan Daşqın İsgəndərov, vəzifə karyerasında irəli çəkilib SOCAR vitse prezidenti təyin olundu..."

Müəllif: Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

Hazırda Ali Məhkəmin sədri olan keçmiş Kənd Təsərrüfatı naziri İnam Kərimovun diqqətinə vaxtılə çatdırmışdıq. İndi də yeni yeni Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun nəzərinə çatdırırıq. Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmir. Zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə keçirilmiş dövlət satınalmalarında saxtakarlıq hallarına yol verilir. Həmçinin satın alınan malların (xidmətlərin) qiymətləri süni şəkildə şişirdilir. Bunları biz özümüzdən demirik. Bunlar dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardı ki, özü dil açıb danışır.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə tabeli Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən 2020-ci il üçün keçirilmiş bir sıra tender prosedurları ətrafında araşdırmalar aparmışdır. Məlum oldu ki, Elmi-Tədqiqat İnstitutunun Tender Komissiyası təkcə 2023-cü il ərzində satınalma planlarına daxıl etdiyi zəruri mal-materialların və xidmətlərin satınalmalarını qanunu tələblərinə uyğun həyata keçirməyib.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu bioloji aktivlər üzrə 25.10.2023 -cü il tarixdə başladığı kotirovka sorğusunu tamamlayıb və dövlət satınalmalarının vahid intenet portalına 17.11.2023-cü il tarixdə yerləşdirilmiş məlumata görə “KASKAD-DEN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22.760 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Kotirovka sorğusunun şərtlərinə görə MMC Elmi-Tədqiqat İnstitutuna göstərilən məbləğin dəyərində NPK kompleks gübrə. Nitroammofoska 16:16:16, Azot gübrəsi. Ammonium nitratr, Kalium sulfat, K2SO4 (0-0-51), Magnezium sulfat, MgSO4, Tərkibində 40-50% K2O və 5-15% üvvi biriləşmələr olan maye gübrə, Fulvik turşuları, dəmir, sink, bor, molibden tərkibli maye gübrə, Fulvik turşuları, dəmir, sink, bor, molibden tərkibli maye gübrə, Amino asid, üzvi maddə, oraqnik azot, orqanik karbon, CaO, K2O, kimi gübrələr alacaq.
Qeyd edək ki,Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən kotirovka sorğusu müsabiqəsinin şərtlər toplusunda başlanma tarixi 25.10.2023-cü ilə, zərflərin açılış tarixi isə 13.11.2023-cü il tarixə müəyyən edilib. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə “KASKAD-DEN GROUP”Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.10.2023-cü il tarixində, yəni müsabiqənin başlanılmasından cəmi 22 gün əvvəl dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, ELDAR XƏLİLOV (BAKIXANOV), ev 3, qanuni təmsilçisinin isə Həsənov Murad Əkbər oğlu olduğu göstərilir.
Göründüyü kimi İnstitutun satınalma müqaviləsi bağladığı MMC kotirovka sorğusu müsabiqəsinin başlanılmasından cəmi 23 gün əvvəl dövlət qeydiyyatına alınıb. Bu da Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilmiş satınalmalarda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulması deməkdir. Belə ki, müqavilənin bağlanıldığı vaxt MMC-nin müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığının olub, olmaması nəzərə alınmamışdır.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu 2023-cü il ərzində bir satınalma müqaviləsi də dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə “CASPIAN GEOMATICS”MMC ilə bağlayıb. Bu müqavilənin qiyməti isə 9.596,94 manat olub və dövlət satınalmalarının vahid intenet portalına 27.10.2023-cü il tarixdə məlumat yerlədirilib. Elmi-Tədqiqat İnstitutunun Tender Komissiyası tərəfindən sözügedən portala 18.11.2022-ci il tarixdə yerləşdirilmiş bildirişdə isə ” Dəftərxana və təsərrüfat mallarının satınalınmasl ” maddəsi üzrə 01.11.2022-cil tarixli yekun protokola görə 01.11.2022-ci il tarixli 01 saylı müqaviləyə əsasən 18 370.83 manat məbləğində “FOR OFFİCE” MMC qalib elan edilmişdir.
Göründüyü kimi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu 27.10.2023-cü il tarixdə dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə “CASPIAN GEOMATICS” MMC ilə satınalma müqaviləsi bağladığını açıqlayıb. Üstündən cəmi 5 gün keçdikdən sonra eyni lot üzrə, yəni ” Dəftərxana və təsərrüfat mallarının satınalınmasl ” maddəsi üzrə 01.11.2022-ci il tarixdə “FOR OFFİCE” MMC ilə 18 370.83 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Maraqlıdır deyilmi, 5 gün ərzində eyni lot üzrə, ayrı-ayrı MMC-lərlə iki satınalma müqaviləsi. Şübhəli gəlmirmi həm də?
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu 2023-cü ildə satınalma planlarına 2 açıq tender və 11 kotirovka sorğusu daxil edib. Yuxarıda göstərdiyimiz məlumatlardan da görsəndiyi kimi, dəftərxana və təsərrüfat mallarının satınalınması və bioloji aktivlər üzrə keçirilmiş kotirovka sorğularının nəticələrini açıqlayıb. Göründüyü kimi, artıq 2023-cü il sona çatmaqdadır. Bəs görəsən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu mətbəə məhsulları üzrə xərclərin alınması, digər malların alınması, Elmi-Tədqiqat xidmətlərinin satınalınması, maşın və avadanlıqların alınması, sair, torpaq,tikili və avadanlıqlar, istehlakyönlü müxtəlif xidmətlər, tikili və avadanlıqların cari təmiri xərcləri, maşın və avadanlıqların əsaslı təmiri, avtomobil nəqliyyat vasitələri, laboratoriya avadanlığının alınması, maşın və avadanlıqların satınalınması kimi açıq tender və kotirovka sorğularının nəticələri necə olub?
Biz deyək necə olub? Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Tender Komissiyası Maşın və avadanlıqların satınalınması, Laboratoriya avadanlıqlarının alınması və Elmi-Tədqiqat xidmətlərinin satınalınması üzrə keçirilməsi nəzərdə tutulan kotirovka sorğularından başqa dövlət satınalmalarının vahid internet portalında heç iddiaçılara heç bir E-kotirovka elanı verməyib. Yəni, kotirovka sorğularının əksəriyyəti gizlin təşkil olunub.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməməsinə, habelə büdcə vəsaitlərinin təyinatından kənarlaşdırılmasına şübhə yaradan bu kimi hallara aydınlıq gətirilməsi məqsədi ilə İnstituta ünvanladığımız sorğu cavabsız qaldı. Direktor Vüqar Səlimova zəng etmək məcburiyyətində qaldıq. Vüqar müəllimdən sorğu məktubuna nə üçün cavab verilmədiyini soruşduq. O, da dedi ki, Bizdə hər qaydasındadı, hər şeyə satınalmalar nəzarət edir. Bir də, özünüzü yormayın- dedi.
Lap başda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yol verilən özbaşınalıqları keçmiş Kənd Təsərrüfatı naziri İnam Kərimovun diqqətinə çatdırmağı əbəs yerə xatırlamamışdıq. Artıq İnam Kərimovdan keçib. Çünki, Vüqar Səlimov onu yola saldı, onun kadrı olmasına baxmayaraq. İndi Məcnun Məmmədova səslənirik. Keçmiş nazirin kadrı Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunu məhv edir. İnanmırsınız araşdırma apartırın, təcili yoxlatdırın, elektron mediaya nəzər salın. Bölgələrdən şikayətçi fermerlər də, İnstitutun əməkdaşları da belə yazırlar,belə deyirlər. Elmi- Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov isə sanki, elə, belə də olmalıymış kimi işini davam etdirir.

Aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO