[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
8 saylı Cəzaçəkmə Müəssəsinin məhkumu döyüb xəstəxanalıq edən əməkdaşlarından Prezidentə müraciət olundu


Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, Ümüd Sağlamlıq zonası, Duzdlu Göl Şəx.vəs AZE15954788 Qarabağ müharibəsi veteranı, YAP üzvü, 2-ci qrup alil Zəngilan məcburi köçkünü Abdullayev Cəmil Bozu oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə Qafarovaya, Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədova, Azərbaycan Respaublikası Baş prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikası Milli Məclisin Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri insah hüquqları komisiyasının sədri Zahid Orucova, Milli Məclisin İnsah hüquqları komisiyasının üzvü Fazil Mustafaya, Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazova, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Bakı şəhər Propkuroru Elşən Abbasova müraciət ünvanlanıb.
Bir surəti də Aktualinfo.org-a daxil olmuş müraciətdə deyilir:
Hörmətli Prezidentimiz İlham Əliyev cənabları!
Hörmətli Mehriban xanım Əliyeva!
Sizin Qarabağ torpaqlarımızın azad olunmasında Ali baş komandan kimi əziyyətinizi bilib qiymətləndirirəm. Sizləri Allah qorusun. Amin !!
Pozulmuş insan haqlarını, hüquqlarının qorunmasında bərpa olunmasında zəhmətinizi əməyinizi qiymətləndirərək Sizlərə müraciət edirəm.
Mən Zəngilan rayon sakiniyəm. Məcburi köçkünəm, Qarabağ müharibəsi veteranıyam. YAP üzvüyəm.2-ci qrup əliləm. Mənim oğlum Abdullayev İlkin Cami oğlu hərbidən gələndən sonra iki uşaq anasının əməllərinə görə əsəbləşib namus üstə öz arvadını öldürmüşdü. Oğluma 18 il 2 ay həbs verildi. 5 il cəzasını cəkib.Qalanını da çəkir. Oğlum Abdullayev İlkin Cəmi oğlu Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 8 saylı Cəzacəkmə Müəssəsində cəzasını çəkir. İki nəvəmi özümüz, yəni,baba nanə birlikda saxlayır, özümüz oxuduruq. Noyabr ayının 2023-cü ildə mənə xəbər verildi ki, bəs oğlun Xətai rayon ərazisində mərkəzi cəzaçəkmə qosbitalında yatır. Gedib nə görsəm yaxşıdır. Oğlumu8 saylı Cəzacəkmə Müəssəsində karsa salınıb. Başda Hüseyin, Vasif, Kamran, Vüqar adlı polis əməkdaşları sanki erməni tututblar. Dubinka ilə o qədər başına, bədəninə vurublar ki, oğlum İlkin necə gün koma vəziyyətində olub. Heç adamlarımızı öldürən, yandıran erməniləri türmədə döymədilər. Bu 4 nəfər polis işciləri hansı əsasla oğlumu öldürmək istiyiblər. Nədir tələbi bunların. Getdim Baş İdarəyə ki, Mirsaleh müəllimin qəbuluna düşüm. Düşə bilmədim.
Hörmətli Prezidentimiz İlham Əliyev cənabları!
Hörmətli Mehriban xanım Əliyeva!
Mənim oğlum onda aylıb ki, mərkəzi qospitalda koma vəziyyətindən ayılıb. Deyiblar ki əgər şikayət etsən, yenə axırda bura gələcəksən. Səni zorla asdırıb cibinə zapisqa qoyacayıq ki, özü yazıb ki, bezmişəm özüm-özümü asıram. Ya da türmədə olan lotuların yanına salacam gecə onlar səni öldürəcəklər. Cənab nazi,r bu da mənim polisim, bu cür polislər olar?
Hörmətli Prezidentimiz İlham Əliyev cənabları!
Hörmətli Mehriban xanım Əliyeva!
Mən Qarabağ müharibəsi veteranı kimi, 2-ci qrup əlil kimi, YAP üzvü kimi Sizlərə güvənib, müraciət edirəm oğlum Abdullayev İlkin Cami oğluna qruppa şəkilində, məqsədli şəkildaə oğlumu 4 nəfər birlikdə kruqa salıb vurki vurasan. Oğlumu neçə gün koma vəziyyətinə salanlara cinayət işi qaldırmaqla polis adını ləkə gətirən ,qanunlarımıza hörmətsizlik edan Hüseyin, Vasif, Kamran, Vüqar barəsinda tədbir görülməyinizi xahiş edirəm. Cinayətkarın layiqli cəza alınısı üçün Ərizəmi şəxsən nəzarətinizə götürüb ,araşdırılıb tədbir görülməsi üçün göstəriş verməyinizi xahiş edirəm.
Abdullayev Cəmil Bozu oğlu

Aktualinfo.org

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
RDM-də əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT+AÇIQLAMA

Məmmədov Rafiq Əli oğlu Respublika Diaqnostika Mərkəzindən şikayətçidir. AFN.az-a müraciət edən şikayətçi oğlunun orada əməliyyat olunduqdan sonra vəfat etdiyini deyir.

“Oğlum 06.06.1988-ci il təvəllüdlü Məmmədov Elnur Rafiq oğlunun mədəsində yara vardı. Bununla bağlı biz Respublika Diaqnostika Mərkəzində anestiazoloq Hüseyn adlı həkimin qəbulunda olduq. Hüseyn həkim bizi cərrah İlqar İsmayilov adlı həkimə yönləndirdi. Biz İlqar həkimlə görüşdük. O, oğlumun analizlərinin nəticələrinə baxıb bizə bildirdiki, təcili əməliyyat olunmalıdır. Həmçinin o bizə bildirdi ki, oğlumun əməliyyatının öhdəsindən layiqincə gələcək və narahatçılıq üçün heç bir əsas yoxdur, əməliyyatdan sonra oğlum əvvəlki sağlamlığına qayıdacaq.
RDM-də əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT+AÇIQLAMA

Cərrah İlqar İsmayılov

İlk əməliyyat 14 sentyabr 2023-cü il tarixində olundu, əməliyyatdan sonrakı beş gün ərzində oğlumun vəziyyəti yaxşı oldu. Lakin sonradan oğlumun halı yenidən kəskin pisləşdi. Biz dərhal həkimin qəbulunda olduq. O, oğlumun yarasına baxış keçirdikdən sonra əməliyyat yerinin tikişlərinin söküldüyünü və yenidən əməliyyat olunmalı olduğunu bildirdi.

İkinci əməliyyat 19 sentyabr 2023-cü il tarixində oldu. Əməliyyatdan sonra oğlum ayılmadı, komada qaldı. Həkim İlqar İsmayilov bizə ikinci əməliyyatdan sonra bildirdi ki, xəstənin palatasının yanında olun, xəstə palataya köçürüləcək. Bizdə bir neçə saat palatanın yanında oğlumun ora köçürüləcəyini gözləsək də, oğlum palataya gətirilmədi. Bundan sonra isə biz Hüseyn həkimin yanına getdik. O da bizə bildirdi ki, oğlum narkozdan ayılmayıb, 3-4 saata ayılacaq və palataya köçürüləcəkdir. Əməliyyatdan bir neçə gün sonra isə bizə bildirdilər ki, xəstənin qanına və ciyərinə virus düşüb. Sentyabr ayının 19-dan 29-na kimi, ikinci əməliyyatdan 10 gün müddətində həkimlər bizə müxtəlif bəhanələr gətirərək, oğlumun bu gün-səhər ayılacağını bildirərək bizi aldatdı. Əməliyyat etdiyi xəstənin komada olmasına baxmayaraq, cərrah İlqar İsmayılov əməliyyatın üçüncu günündə ölkəni tərk etdi. 10 gün oğlum xəstəxanada qaldıqdan sonra ona “Bona Dea” xəstəxanasından Elmar adlı cərrah həkim baxış keçirdi və bizə bildirdi ki, xəstənin vəziyyəti həddindən artıq ağırdır. Əgər sabaha vəziyyətində müsbət dinamika olmasa o, “Bona Dea” xəstəxanasına köçürülməlidir. 29 sentyabr 2023-cü il tarixində oğlum “Bona Dea” xəstəxanasına köçürüldü.
RDM-də əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT+AÇIQLAMA

Anestezioloq Hüseyn həkim

Əlavə olaraq bildirmək istəyirəm ki, oğlum “Bona Dea” xəstəxanasında yatdığı müddətdə bizə bildirdilər ki, xəstə RDM-də iki yox, üç dəfə əməliyyat olunub. Lakin üçüncü əməliyyatı Diaqnostika Mərkəzinin həkimləri bizdən gizlətmişdilər. Həmçinin biz xəstəmizi “Bona Dea” xəstəxanasına yerləşdirdikdə həkimlər bildirdilər ki, oğlunuzun bu duruma düşməsinin səbəbi cərrahın səhvi olub. “Bona Dea” xəstəxanasında bir müddət yatdıqdan sonra oğlum 15 oktyabr 2023-cü il tarixində vəfat etdi. Ölüm səbəbi kimi isə mədəsindəki problem yox, ciyərlərindəki problem – infeksiya göstərilib. Mənim övladım cərrah İlqar İsmayılov Hüseyn adlı anestiazoloq həkimlərin səhlənkarlığı ucbatından dünyasını dəyişdi”.
R.Məmmədov bütün bu qeyd edilənlərlə bağlı Baş Prokurorluğa şikayət ünvanladığını qeyd edib. O, müxbirimizlə söhbətində bildirib ki, əməliyyat üçün İ.İsmayılova 11 800 manat pul verib: 4 min rəsmi ödəniş edilib, 7800 nağd formada verilib.
RDM-də əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT+AÇIQLAMA

Mərhum Elnur Məmmədov

“Xəstə Məmmədov Elnur Rafiq oğlu bizim klinikaya muraciət etməmişdən öncə mədə xərçənginə bağlı mədə qanaxması diaqnozu ilə başqa bir mərkəzə bayılma ilə aparılıb, oranın reanimasiya şöbəsinə yerləşdirilib. Orada götürülən qan analizində xəstənin hemoqlobininin 3.0 a qədər düşdüyü görülüb, xəstə yaxınlarının verdiyi məlumata görə xəstəyə 8 paket qan köçürülüb. Daha sonra klinikamıza müraciət edib, xəstə tərəfimizdən müayinə olunub”.
Bunu AFN.az-a açıqlamasında E.Məmmədovu əməliyyat edən RDM-in cərrahı İlqar İsmayılov bildirib. O, qeyd edib ki, xəstənin kompyuter tomoqrafiya müayinəsində mədə xərçənginə bağlı mədə deşilməsi, dalağa invaziya, həmçinin ətraf limfa düyunlərinə yayılma görülüb: “Deyilənlər komputer tomoqrafiya raporunda da təsdiqini tapıb. Mövcud vəziyyət yəni əməliyyatın digər xəstələrlə müqayisədə daha riskli olduğu, xəstəliyin gecikdirilmiş bir xəstəlik olduğu, həmçinin xəstənin immunitetinin də son dərəcə zəif olduğu və əməliyyat sırasında və əməliyyatdan sonrakı dönəmdə ölüm riski, əməliyyatın ağırlaşmaları xəstə və xəstə yaxınlarına (atası, əmisi və qardaşı) detallı şəkildə izah edilib və əməliyyata yazılı razılıq alındıqdan sonra xəstə əməliyyata götürülüb. Xəstə əməliyyat olunduqdan sonra onda ağciyərə bağlı ağırlaşma olub, xəstə klinikamızda reanimasiya şöbəsində müalicə alıb. Daha sonra yaxınlarının istəyi ilə “Bona Dea” klinkasına köçürülüb, mülicəsi orada davam etdirilib. Xəstə “Bona Dea” klinkasında olarkən də cərrahi baxımdan tərəfimizdən izlənib. Çox təəssüf ki, o, “Bona Dea” klinikasına köçürüldükdən 3 həftə sonra ağciyərə bağlı səbəbdən vəfat edib”.
RDM-də əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT+AÇIQLAMA

Mənbə: AFN.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Bulud Qaya` MTK vətəndaşı ÇİLƏDƏN ÇIXARDI... - "Hara və kimə müraciət edə bilərəm... BİLMİRƏM"

"Keçən dəfə post paylaşmışdım... "Bulud Qaya MTK" ilə bağlı....

Sakinlər əllərinə keçən hər tullantını mənim həyətimə, evimin damına atırlar.

Futbol oynayırlar top düşür həyətimə, topu götürmək üçün kecirlər həyətimə.
`Bulud Qaya` MTK vətəndaşı ÇİLƏDƏN ÇIXARDI... - "Hara və kimə müraciət edə bilərəm... BİLMİRƏM"

Bununla bağlı DİN-nə muraciətim oldu amma heç bir tədbir görülmədi... verilən cavab o oldu ki sakinlərlə söhbət aparıldı...

Amma yenə də tullantı atıldı həyətimə və yeni təmir olunmuş evimi korladı. Mən bununla bağlı hara və kimə müraciət edə bilərəm?"
`Bulud Qaya` MTK vətəndaşı ÇİLƏDƏN ÇIXARDI... - "Hara və kimə müraciət edə bilərəm... BİLMİRƏM"
`Bulud Qaya` MTK vətəndaşı ÇİLƏDƏN ÇIXARDI... - "Hara və kimə müraciət edə bilərəm... BİLMİRƏM"
`Bulud Qaya` MTK vətəndaşı ÇİLƏDƏN ÇIXARDI... - "Hara və kimə müraciət edə bilərəm... BİLMİRƏM"
`Bulud Qaya` MTK vətəndaşı ÇİLƏDƏN ÇIXARDI... - "Hara və kimə müraciət edə bilərəm... BİLMİRƏM"

Şikayətçi: İsmayıl Hacızdə Mənbə: "Şikayətim Var" SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı Alı Alıyevin Horadizdə təmir işləri aparmaq niyyəti baş tutmadı

Füzuli Rayonu İcra Hakimiyyətinin “Horadiz şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması” ilə bağlı elam etdiyi tender ləğv edilib.

Buna səbəb Müvafiq icra hakimiyyəti orqanının qərarıdır. Bu da DSQ 4.1.2, 38.2, 57.3.7-ci maddələri ilə tənzimlənir.

Xatırladaq ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir.(32gun.az)

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO