“Xıllı Balıq” MMC-də satınalmalardan da, balıq biznesindən də kimlər daha çox faydalanır

13:26 4.12.2023 76
“Xıllı Balıq” MMC-də satınalmalardan da, balıq biznesindən də kimlər daha çox faydalanır


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan biri də “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətidi. MMC bilavastə ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə tabedir. MMC Neftçala rayonunun Xıllı qəsəbəsində 2003-cü ildən istismara verilib və nərə balıqlarının artırılması ilə məşğul olur. Zavodda nərə cinsli balıqların dörd növü – bölgə, nərə, kələmo və uzunburunların süni yolla artırılır. Burada balıq körpələrinin satışı da həyata keçirilir ki, bu da digər balıqçılıqla məşğul olan sahibkarların balıq körpəsi əldə edərək öz fərdi təsərrüfatlarını yaratmasına və nərə balığının satışını təşkil etməyə imkan yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarında Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən 2019 və 2020-ci illərdə müvafiq olaraq 342 və 549 min ədəd körpə nərə cinsli balıqları artırılaraq Kür çayının Xəzər dənizi ilə qovuşan mənsəbi hissəsində təbii mühitə buraxıldığı bildirilir. Bu rəqəm 2021-ci ildə isə 564 min ədəd civarında olub. Sonrakı illərdə Zavod tərəfindən nə qədər balığın artırılması və Xəzər dənizinə nə qədər balığın buraxılması barədə məlumat yoxdu. Qeyd edək ki, Zavod 2021-ci ildən özəlləşdirilib. Dövlət Vergi Xidmətinin məlumatlarında nizamnamə kapitalı 3102006.61 manat olan “Xıllı Balıq” MMC-nin qanuni təmsilçisi Elşad Kənan oğlu Əhmədovdur.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlanılmasına heç də az vəsait ayrılmır. “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü-ildə yalnız bir açıq tender keçirib.

MMC-nin balıq yemlərinin satın alınması üzrə 30.03.2023-cü ildə başladığı açıq tender müsbiqəsində “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olub və tərəflər arasında 201.050 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 10.07.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına yerləşdirilib.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 saylı Ərazi Vergilər İdarəsində 20.11.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının NEFTÇALA RAYONU, NEFTÇALA ŞƏHƏRİ, KİMYAÇILAR, ev 23, m. 3, qanuni təmsilçisinin isə Əliyev Xalıq Qurban oğlu olduğu göstərilir.

Bəs “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətini “KƏHF” MMC ilə daha nələr birləşdirir?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Xıllı Balıq” MMC-nin nərəkimilər dəstəsinə daxil olan balıqlar üçün süni və canlı yemlərin satın alınması üzrə keçirdiyi bütün açıq tenderlərin qalibi “KƏHF” MMC olub. MMC ilə 14.04.2022-ci il tarixdə 254.290,94 manat məbləğində bir satınalma müqaviləsi, 21.05.2021-ci il tarixdə isə 219.670,1 manat məbləğində daha bir satınalma müqaviləsi bağlanılıb.

Çox maraqlıdır ki, “Xıllı Balıq” MMC – nin inzibati binasında, sexlərində və həyətyanı ərazisində cari təmir işlərinin satın alınmasının qalibi “MASTER-OFİS” MMC olub. 09.12.2022-ci ildə tərəflər arasında 41.625,68 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Bu MMC-nin fəaliyyət sferası məlum olmasa da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli bir çox qurumların keçirdikləri elektrik avadanlıqların sazlanması, işçilər üçün geyimlər, avtomobillər üçün ehtiyyat hissələri, dəftərxana və təsərrüfat malları, küçələrin işıqlandırılması, yuyucu və yuyunma vasitələri kimi açıq tender və kotirovka sorğulaının da qalibi olub. Şübhələr də məhz buradan başlayır.

Bunlardan əlavə “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.10.2022-ci tarixində açıqladığı satınalma planlarında göstərilən digər kotirovka sorğularının, cari təmir işləri və yumşaq inventar, işçi geyimi dəsti üzrə satın alınması planlaşdırılan mal və xidmətlərin satınalmasının nəticələri barədə heç bir məlumat yoxdu. Bu da “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyası tərəfindən illik satınalma planlarına daxil edilmiş, onlara uyğun keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyini, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsini, zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə qanunla müəyyən edilmiş qaydada tender və kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsini, habelə bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsini, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsini deməyə ciddi əsaslar verir.

Göründüyü kimi “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyası keçirilmiş açıq tender və kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron dəvət elanı verməmiş, lakin bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirmişdir. Bu da keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, bütün bu göstərdiklərimiz açıq mənbələrdə olan məlumatlardı. “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətində baş verən və çoxlarımızın görmədiyi digər qanunsuzluqlar da var. Məsələn, il ərzində nə qədər nərə balığının artırılması sual altındadır. MMC Xəzər dənizinə nə qədər balığın buraxılmasını açıqlayır, amma qara bazara çıxarılan balıqların sayı bəlli deyil və buradan əldə olunan gəlirlərin hara getməsi də həmçinin, sual altındadır. Təbii ki, bunu MMC-nin direktoru Elşad Əhmədov daha yaxşı bilər. O, dövlət satınlmalarından qazandığı kimi bu yollarla da az gəlir əldə eləmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin də, burada payı olmamış deyil. ETSN-nin digər rəsmilərini, məsələn elə Muxtar Babayevi hələ demirik. Yəni, burada balıq biznesindən də, satınalmalardan da faydalanan az adam yoxdu.

Aktualinfo.org
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO