[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hansı müğənnini Zeynəb Xanlarovaya bənzətdilər? – Heyrətləndirici PAYLAŞIM - FOTO

Müğənni Afət Fərmanqızının yeni görünüşü təəccüblə qarşılanıb.

Fərqli imici ilə diqqəti çəkən sənətçi yeni fotosunu “Instagram” hesabında paylaşıb.

Onun “Zahiri gözəllik və paklıq, əslində, daxili gözəllik və paklığın gözlə görünən ifadəsidir” şərhi ilə paylaşdığı görüntüsü sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.

Müğənnini saç düzümü, qaşı-gözü, ümumiyyətlə, görünüşünə görə Xalq artisti Zeynəb Xanlarovaya bənzədiblər. Hətta fotonun Zeynəb Xanlarovaya məxsus olduğunu zənn edənlər də olub.

Fotonu təqdim edirik:
Hansı müğənnini Zeynəb Xanlarovaya bənzətdilər? – Heyrətləndirici PAYLAŞIM - FOTO

Hansı müğənnini Zeynəb Xanlarovaya bənzətdilər? – Heyrətləndirici PAYLAŞIM - FOTO

Müğənni Afət Fərmanqızının yeni görünüşü təəccüblə qarşılanıb.

Fərqli imici ilə diqqəti çəkən sənətçi yeni fotosunu “Instagram” hesabında paylaşıb.

Onun “Zahiri gözəllik və paklıq, əslində, daxili gözəllik və paklığın gözlə görünən ifadəsidir” şərhi ilə paylaşdığı görüntüsü sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.

Müğənnini saç düzümü, qaşı-gözü, ümumiyyətlə, görünüşünə görə Xalq artisti Zeynəb Xanlarovaya bənzədiblər. Hətta fotonun Zeynəb Xanlarovaya məxsus olduğunu zənn edənlər də olub.

Fotonu təqdim edirik:
Hansı müğənnini Zeynəb Xanlarovaya bənzətdilər? – Heyrətləndirici PAYLAŞIM - FOTO

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sələmçi Göyçay sakinini aldadaraq, evini əlindən alıb - GİLEY

Göyçay rayonu Potu kənd sakini Abdullayev Elşad Arif oğlu iddia edir ki, onun evini sələmçilər əlindən alıblar. Onun JAMAZ.İNFO-ya göndərdiyi şikayət məktubunda qeyd edilir ki, hazırda iki azyaşlı uşaqla zirzəmidə yaşayır.

Başına gələnləri isə belə nəql edib: “Mənə pul lazım oldu deyə, 2020-ci ildə Göyçay rayon sakini Famil Xurşud oğlu Həmidovdan 10.000 manat sələmlə pul götürdüm. Famil mənə bildirdi ki, bir ilə 10 min əvəzinə 20 min manat verəcəksən. Həmidov Famil evimi alqı-satqı yolu ilə həyat yoldaşının adına keçirib, 10 min manatı sələmi ilə mənə verdi. Bir ildən sonra pulu qaytarıb evimin sənədlərini öz adıma keçirmək istədikdə, Famil mənə bildirdi ki, 50 min manat verməlisən ki, evini sənin adına sənədləşdirim”.

Elşad Abdullayev yazır ki, Famil Həmidov onu öz evindən çıxarılması üçün məhkəməyə müraciət edib və əleyhinə qərar çıxartıdırıb. “Mən məhkəmələrdə tam subut etdim ki, Famil Həmidov 10 min manat pulu mənə sələmiyə verib deyə, evi onun həyat yoldaşının adına keçirmişəm. Çünki hamı bilir ki, Göyçay rayonunun Potu kəndində belə yeni inşa edilmiş, 20 sot torpağın içində hər il gəlir gətirən, meyvə bağı olan evi 10 min manata qətiyyən almaq olmaz. Təkcə hər il mövsümdə həyətimdəki bağdakı xurma meyvəsindən 5-6 min manat pul gəlir əldə etmək olur”.

Göyçay sakini bildirir ki, hazırda Həmidov Famil həmin evi 60 min manata satışa çıxarıb. “Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikaısnın Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb, çox-çox xahiş edirəm qanunsuz sələmiçiliklə məşğul olub, evimizi ələ keçirmiş Həmidov Famil Xurşud oğlunun barəsində tədbir görülməsinə və bizim evimizin geri qaytarılmasına köməklik göstərəsiniz. Xahiş edirəm imkan verməyin iki azyaşlı uşağım zirzəmidə acınacaqlı vəziyyətdə məhv olsun”.

Mənbə: JAMAZ.İNFO
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın bu rayonlarında zəlzələ oldu


Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Gəncə, Yevlax, Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

20:04

Azərbaycanda zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, zəlzələ Mingəçevirdə olub. Yeraltı təkanlar Gəncə və Yevlaxda hiss edilib. Yaxın dəqiqələrdə ətraflı məlumat veriləcək.

20:02

Azərbaycanda zəlzələ olub.

Zəlzələ Qərb rayonlarında hiss edilib.

Ətraflı məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Buna görə də yazıq qadın boşanmır və xəyanət edir” - Qalmaqallı açıqlama


Bir neçə gün əvvəl canlı efirdə yad kişilərlə yazışdığını etiraf edən 3 oğul anasının sözləri cəmiyyətdə geniş müzakirələrə səbəb oldu.

Belə ki, həyat yoldaşı olmasına baxmayaraq, yad kişilərlə telefonla danışdığını açıqlayan hicablı qadın hər kəsi təəccübləndirdi. O, bu etirafından sonra studiyadakıların qəzəbinə tuş gəldi, daha sonra sosial şəbəkələrdə günlərlə qınaq atəşinə tutuldu.

"Azərbaycan Reallığı" xəbər verir ki, Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bu tip xoşagəlməz hadisələrdə əsas günahın cəmiyyətdə olduğunu bildirib:

“O xanımda da günah var, amma əsas problem cəmiyyətdədir. Bizim cəmiyyət boşanan qadını hələ də daş-qalaq edir. Tez-tez deyirik ki, avropalaşaq, Avropaya inteqrasiya edək, amma hələ də boşanan qadınının üstünə şər atmaq istəyirik, ona pis baxırıq, alçaltmağa çalışırıq.

Boşanmaq istəyən qadın düşünür ki, mən indi təkcə həyat yoldaşıma dözürəm, lakin boşansam, atam, anam, bacım, əmim oğlu, dayım oğlu, qonşum, bir sözlə, ətrafdakı hər kəs mənə “ərlik” edəcək. Buna görə də yazıq boşanmır və xəyanət edir. Görün, iş nə yerə çatıb ki, o boşanmadan xəyanət etməyi seçir.

Mənə görə, xəyanət edən insan özünə, öz mənəviyyatına xəyanət edir, hər hansı kişiyə yox. Xəyanət insanın özünə aid bir şeydir.

Efirə gələn qadın da etiraz edir ki, mən o kişi ilə yaşamaq istəmirəm, mənə kobud davranır və s. Lap yaxşı, yaşamaq istəmirsənsə, bunu dilə gətirirsənsə, o zaman ayrıl, uşaqlarını da götür get. Ondan sonra necə həyat istəsən yaşaya bilərsən, heç kəs buna qarışa bilməz. Heç dövlət də buna müdaxilə edə bilməz”.

Ekspert efirdə qınanan ananın bu addımının psixoloji səbəblərini də açıqlayıb. O, bunu sevgisiz böyüməklə əlaqəli olduğunu bildirib:

“Efirə gələn qadın əslində sevgiyə ehtiyac duyub. Ona görə, hər zaman valideynlərə səslənirəm ki, kiçik yaşlardan uşağınızı sevin, onu qoruyun.

Övladınıza qarşı olan sevginizi hiss etdirməyə çalışın. Bəzən ata səhərdən axşama qədər gedib işləyir ki, qızı oxusun, o oxuyur, amma sevgi cəhətdən boşluq yaşayır. Valideyn çalışmalıdır ki, o boşluğu doldursun. Bunu uşağın başına sığal çəkib alnından öpməklə də etmək olar, bu zaman o qıza nə qədər güvən verdiyinizin fərqində olmalısınız.

Vaxtında ata-ana tərəfindən verilməmiş sevginin, diqqətin, qayğının yaratdığı bir boşluq olur, bu gün 3 uşaq anasının gördüyü iş həmin boşluğun günahıdır. Qadın həqiqətən o sevgiyə ehtiyac duyub, özü də bunu etiraf edir”.

G.Orucova canlı efirdə həmin qadının ekspertlər tərəfindən bu qədər sərt şəkildə qınanılmasını doğru hesab etməyib:

“İnsan heç vaxt bilərəkdən səhv etmir. O səhv etdiyini sonradan anlayır. O qadın da efirə çıxandan, efirdə ekspert olan psixoloqun, vəkilin, aparıcının ona hücumundan, psixoloji şiddətindən sonra səhv etdiyini başa düşür.

Biz bütün gün şiddətdən danışır, onu pisləyirik, lakin hazırda efirdə ekspertlər ora gələnlərə psixoloji təzyiq göstərir. Gələnə səhvini deyə bilərsən, amma bu tərzdə fikrini demək düzgün deyil”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Suqovuşan‒Kəlbəcər yoluna pul ayırdı

Prezident İlham Əliyev Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə 4,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İnternational Medical Center 1” xəstəxanasında yeni doğulmuş körpənin taleyindən xəbər yoxdur - VİDEO


"Azərbaycan Reallığı" xəbər verir ki, bu haqqda sözü gedən mərkəzin qarşısında yeni doğulan körpənin Nənəsi açıqlama verib.

Nənənin sözlərinə görə uşaq sağlam anadan olub dedilər uşaq əladır, şekilində çekib bizə göndərdilər.

Daha sonra gəldik Bəhram adlı həkimin yanına həkim dedi uşaqda problem var 2 gün hər gün üçün 400 manat ödəməlisiz həkimə bildirdim ki, şəhid ailəsiyik.

Mənim qardaşım balası şəhid olub bir qardaşımda qazidir onu ödəməyə imkanımız yoxdur. 100 manat ödədim dedim qalanında qızılarımı satıb ödəyərəm dedi problem yoxdur.

Narahat olmayın indi gəlmişəm deyillər aparata başqa uşaqı qoyublar bilmirəm hansı imkanlının uşaqın aparata qoşublar.

Bizim uşağı isə aparatdan çıxarıblar 3 saatdı uşağın vəziyyəti ağırdır bilmirik ölüb qalıb uşağı bizə göstərmirlər.

Gələn təcili yardımlarda cavabdeh olmayıb gedirlər 5 ildən sonra tapılan uşaqdır indidə çıxıb deyirlər uşaq ölür.

Bəhmən həkim 400 manat ala bilmədiyi üçün bizim uşaqı güclü aparata qoşmadı.

Mən buranın direktorundan şikayətçiyəm deyə yeni doğulmuş körpənin Nənəsi bildirib.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

"Azərbaycan Reallığı"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DSMF-in pensiya təminatı orqanlarının məhkəmə dələduzluğu 9 aydır sürür

Dövlətin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarını , vətəndaşlara layiqli həyat səviyyəsini təmin etmək olduğunu Konstitusiyanın 12-ci maddəsi doğrulayır. Ana Qanunun 38-ci maddəsi sosial təminat, 60-cı maddəsi inzibati və məhkəmə təminatı, 68-ci maddəsi vicdanlı davranış və özbaşınalıqdan müdafiə hüququnu əsas insan və vətəndaş hüquq və azadlıqları kimi doğrulayır. Dövlətin ən yüksək hüquqi qüvvəyə malik olan qanununun – Konstitusiyanın bu maddələrini vurğulamaqda amacımız dövlətin sosial müdafiə qurumlarının sosial təminat, məhkəmə müdafiəsi hüququna vicdansızlıqla, özbaşınalıqla, dələduzluqla qadağa qoymasını diqqətə çatdırmaqdır.

ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ( DSMF) pensiya təminatı qurumları nə qanun sayır, nə məhkəmə , nə də Konstitusiya. Bu sətirlərin yazarının pensiyaların düzgün hesablanmamasından, prezident fərmanlarının, NK qərarlarınının, “Əmək pensiyaları haqqında” qanunun heç bir maddəsinin Qarabağ əlillərinə, qazilərə tətbiq edilməməsindən çoxillik şikayətlərinə cavab olaraq DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (XŞTMF) direktoru Şahin Əliyev 26.01.2023 tarixli, onun müavini Elnur Qurbanov 22.02.2023 tarixli məktublarla 1-ci dərəcəli Qarabağ əlilinin təminat xərcliyinin 100 faizindən formalaşan pensiyasını özbaşına hissələrə bölüb (?), pensiya məbləğinə məhkəmə qərarı ilə ayrılan 110 manatın əlavə edildiyini , 30 gün müddətində məhkəməyə müraciət etmək hüququnu bildiriblər. Məhkəmə mart ayında iddianı icraata götürüb , aprel ayından pensiyaya məhkəmə qərarı ilə əlavə olunan 110 manatı cavabdeh – borclu XŞTMF özbaşına kəsib, pensiyanı daha 138.79 manat azaldıb. Özbaşınalığa, dələduzluğa baxın, dövlətin adından çıxarılan 05.07.2017 tarixli məhkəmə qərarını 6 ildən sonra üzərinə öhdəlik qoyulan pensiya təminatı orqanı kəsir!(?) Burda deyiblər, Əzrayıl bala paylayır, cavab verdi ki, balası lazım deyil, öz balamıza dəyməsin. XŞTMF də pensiyanı artırmaq yerinə, məhkəmə qərarı ilə ayrılanı da kəsib.

9 aydır məhkəmə qərarı ilə ayrılan pensiyanın kəsilə bilməzliyini bütün dövlət orqanları bildirsə də, DSMF-in pensiya təminatı orqanlarına anlada bilmirlər. 9 aydır özbaşınalıq, dələduzluq “dedığım dedik, çaldığım düdük” prinsipi ilə sürür. Əksinə, 9 aydır borclu dövlət orqanı ali dövlət hakimiyyəti , hüquq mühafizə orqanlarına “konstitusiya hüququ”ndan dərs” keçir ki, vətəndaşın vəziyyətini pisləşdirən qanunun geriyə qüvvəsi var, məhkəmənin əsaslandığı “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi 2021-ci ildən ləğv olunduğundan, məhkəmə qərarı da ləğv olunub və s. və i.a. Tərs kimi Ombudsman, qərarı qəbul edən Bakı İnzibati Məhkəməsi də borclunun bu dərsinə 3-5 manat müavinət-yardım qarşılığında uyur. Nə qədər anladırsan ki, dövlətin adından çıxarılan məhkəmə qərarını heç dövlətin ( prezidenti, qanunverici , məhkəmə hakimiyyəti) özü də ləğv edə bilməz, anlamazlıq sürür.

Bu günlərdə DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov baş prokurluqdan, Prezident Administrasiyasından daxil olan şikayətlərə 15 gün sonra göndərdiyi 13.11.2023 tarixli cavabla XŞTMF-nin 9 aydır kəsdiyi 110 manatın məhkəmə qərarı ilə yox, “Əmək pensiyaları haqqında” qanunun 19.1.7 maddəsi ilə verildiyini və 2021-ci ilə kimi verilməli olduğu halda, yanlış olaraq 2023-cü ilin apelinə kimi verildiyindən 3188.72 manat tələbkarın borcluya borclu olduğunu bildirib.(?) Özbaşınalığa, Konstitusiyaya, məhkəməyə hörmətsizliyə baxın, borclu dövlət pensiya orqanı tələbkar Qarabağ qazisindən borc tələb edir. Departament müdirinin məhkəmə qərarını danan məktubunu kimin hazırladığını bilmirik, amma onu bilirik ki, ümumiyyətlə pensiyadan tutma yalnız məhkəmə qərarı ilə mümkündür. “Əmək pensiyaları haqqında” qanunun 39-cu maddəsində belə yazılıb. O ki qaldı 6 ildən sonra məhkəmə qərarının görməzliyə vurulmasına, 110 manatın məhkəmə qərarı ilə ayrıldığını XŞTMF-nin direktoru Ş.Əliyev və müavinləri rəsmi məktublarla bildiriblər. Müavin K. Sarıyevin 08.04.2022 tarixli cavabını bir daha diqqətə çatdırırıq: “ ..müvafiq MƏHKƏMƏ QƏRARINA ƏSASƏN 110 manat məbləğində əlavə hesablanmaqla pensiyanın üzərinə əlavə edilərək ödənilir”. Direktor Şahin Əliyev, müavini Elnur Qurbanov da yanvar-fevral aylarında eyniməzmunlu məktublarla 110 manatın məhkəmə qərarı ilə ayrıldığını bildiriblər. 9 aydan sonra 110 manatın “Əmək pensiyaları haqqında” qanunun 19.1.7 maddəsinə əsasən verilməsini saxtalıqla iddia etmək nədən qaynaqlanır? Axı , ümumiyyətlə, bu maddə 15 il qüvvədə olduğu müddətdə Qarabağ əlillərinə dələduzluqla tətbiq olunmayıb!(?) . Belə çıxır, qüvvədən düşəndən sonra qanun qazilərə “tətbiq olunub”? Onu da vurğulayaq ki, 1 BİİM-in dövlətin adından çıxardığı 05.07.2017 tarixli məhkəmə qərarında da 19.1.7 maddəsinə yox, 19.2.5 maddəsinə əsaslanılıb.

DSMF-in pensiya təminatına cavabdehlik daşıyan qurumlarının cinayətkar saxtalığının 9 aydır sürməsində ali dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarının, məhkəmənin özünün suçu böyükdür. 9 aya dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını təmin edə bilməyən qurumlardan nəsə gözləməyə dəyərmi? Hamı pensiyadan 3-5 manat payını alıb susur, ən yaxşı halda müraciət edənə cavab verməyi tapşırır. Cavab isə məhkəmə qərarının danılması ilə verilir. Maraqlıdır ki, sonda iddianın mümkün sayılmaması haqqında 13.09.2023 tarixli qərardaddan (h. Bəhlul Cəlaliv) danışılır. İddianın mümkün sayılmaması haqqında qərardad isə elə 6 il qabaqkı 05.07.2017 tarixli QƏRARın qüvvədə olması ilə əsaslandırılıb. DSMF-in pensiya , məhkəmə-vəkil orqanlarının (?-bəli, bəli, DSMF-də 39 saylı vəkil bürosu məhkəmə filialı kimi fəaliyyətdədir-M.B.) məhkəmə dələduzluğuna baxın, məhkəmə qərarını 6 ildən sonra “ləğv edib” icrasını dələduzluqla dayandırırlar, məhkəmə isə bu icrası dayandırılan qərarı əsas tutub, iddianı mümkün saymır.

Dələduzluq, korrupsiya cinayəti isə 9 aydır sürür. Bəyəm dövlətin ali məqsədi sosial təminat, məhkəmə təminatı, özbaşınalıqdan müdafiə hüququna qadağa qoymaqdır? DSMF-in pensiya təminatı qurumlarının 9 aylıq özbaşınalığı belə fikirləşməyə əsas verir.

Məğrur BƏDƏLSOY

"Hurriyyet.az"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabadda dövlət əmlakına RƏSMİ XƏYANƏT... - İTTİHAM VAR...

"Heydər Əliyev Fondu tərəfindən 2015-ci ildə Cəlilabad rayonunda uşaq bağçası inşa edilmişdir və açılışını da ölkə Prezidenti İlham Əliyev etmişdir. Və bundan sonra "Bənövşə" adlı uşaq bağçası körpə-fidan balaların istifadəsinə verilmişdir.
Ramil Əmənov adlı şəxs həmin dövrdə Cəlilabad rayon Daşınmaz Əmlak Məsələləri Üzrə Dövlət Reyestr Xidmətinin rəhbəri Qalib Xudaverdiyevin vasitəsi ilə, 250.000 (iki yüz əlli min) manat pula müqabil dövlətin balansında olan ictimai və sosial inzibati binasını saxta yollarla özəlləşdirib mənimsəmişdir".
Bu barədə bizə göndərilən məlumatda deyilir.
Məlumatda daha sonra bildirilir: ""Bənövşə" uşaq bağçasının adı dəyişdirilərək, "Texno Tədris Mərkəzi" kimi fəaliyyət göstərməyə başlamışdır. "Texno Tədris Mərkəzi" fəaliyyət göstərməsi üçün Cəlilabad rayon təhsil şöbəsinin müdir müavini olan Hafiz Cavadovla və "inspektor" İlkin Zeynalovla əlbir olaraq, Təhsil nazirliyinin qeydiyatından keçmədən testlər hazırlatdırıb rayon üzrə bütün məktəblərdə məcburi formada şagirdlərə satdırır. Və aydın olur ki, dövlətin inzibati binasının alınmasında verdiyi pulun beş qat mislini bu yolla qazanmışdır.
Bəli, necə deyəllər bir müddətdən sonra Cəlilabad rayon icra hakimiyyətinə başçı təyin edilən Rafiq Cəlilov, saxtakarlığa imza atan həmin şəxsləri vəzifələrə daşımağa başladı".
Cəlilabadda dövlət əmlakına RƏSMİ XƏYANƏT... - İTTİHAM VAR...Cəlilabadda dövlət əmlakına RƏSMİ XƏYANƏT... - İTTİHAM VAR...Cəlilabadda dövlət əmlakına RƏSMİ XƏYANƏT... - İTTİHAM VAR...Cəlilabadda dövlət əmlakına RƏSMİ XƏYANƏT... - İTTİHAM VAR...Cəlilabadda dövlət əmlakına RƏSMİ XƏYANƏT... - İTTİHAM VAR...Cəlilabadda dövlət əmlakına RƏSMİ XƏYANƏT... - İTTİHAM VAR...Cəlilabadda dövlət əmlakına RƏSMİ XƏYANƏT... - İTTİHAM VAR...Cəlilabadda dövlət əmlakına RƏSMİ XƏYANƏT... - İTTİHAM VAR...
Qeyd edək ki, məlumatda yetərincə əlavə ittihamlar da var... Bu barədə növbəti yazıda... Bizim bloqu izləyin...

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kamaləddin Heydərovun qohumu Ağdaşı belə məhv edir


Yazıma Ulu öndə Heydər Əliyevin söylədiyi “Bayrağmız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidi” sözləri ilə başlamaq istəyirəm. Yazıma bu sözlərlə başlamaq isə heçdə əbəs yerə deyil. Yazıda sizə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla yaxın qohumuğu ilə bilinən Tofiq İbrahimovun ölkə bayrağına hörmətsizliyi və rəhbərlik etdiyi rayobda baş verənlərdən məlumatsız olmasından və vurdum duymazlığından yazacam..
Ölkə başçısı Cənab İlham Əliyevin
14 aprel 2012-ci tarixində imzaladığı sərəncamla Tofiq İbrahimov Ağdaş rayonuna İcra başçısı təyin edilmişdi. Təyinatından bu günə qədər Tofiq İbrahimov demək olar ki, Ağdaş rayonu üçün ürək açan bir iş görməmişdi. Ağdaş rayonundan edilən şikayətlərdən də aydın görünür ki, bu firimiz də yanılmamışıq 11 il rayona rəhbərlik edən T. İbrahimov Ölkə başçısının rayonda səlahiyyətli nümayəndəsi olaraq rayon əhalisi arasında məşğulluğun artırılması sosial rifahın və rayonun infrastrukturunun yaxşılaşdırılması yönündə məqsədli olaraq çalışmayıb.

Bir nüansı da nəzərənizə çatdırım ki, Tofiq İbrahimov Ağdaş əhalisinin güzaranının yaxşılaşdırılması yönün də bir iş görməmısi ilə yanaşı ölkə atributlarına da hörmətsizlik edir. Bir neçə gün öncə sosial şəbəkə istifadəçisi Murad Rza Oğlunun Ağdaş rayon bayraq meydanından çəkib paylaşdığı videodan da aydın görsənir ki, rayonun İcra hakimiyyatinin inzibati binasının bir neçə yüz metirliyində yerləşən rayonun bayraq meydanından T.İbrahimovun xəbəri yoxdu..

Ən dəhşətlisi isə yazını hazırlayan zaman icra başçısı haqqında bizə deyilən söz oldu. Çünki yazını hazırlayan zaman icra başçısının fəaliyyəti haqqında araşdırma aparırıq və bəzi məlumatları rayonda olan mənbəmizdən dəqiqləşdiririk. Məlumatı dəqiqləşdirən zaman bizə olduqca çox maraqlı sual verildi. Siz bilirmisiniz ki, Tofiq İbrahimov Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun qohumudu. Buradan belə çıxır ki, T.İbrahimovun etdiklərindən föqal nazir Kəmaləddin Heydətərovun da məlumatı var.
Tofiq İbrahimov rayona rəhbərlik etdiyi 11 il ərzində demək olar ki, rayon düşüş dövrünü yaşamışdı. Mənbə: 24Xeber.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ŞÜBHƏLİ TENDER... - BU NƏDİ BELƏ?!

Yenə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından xəbər var. Sözügedən xəstəxanada bu ilin o fəsli olmadı ki, tender elan edib maliyyə əldə etməsinlər. Müasir xəstəxanalar, poliklinikalar olduğu, heç bir avadanlığa ehtiyac olmadığı halda tender keçirmək şübhə doğurur.

TƏBİB-in üzərinə düşür ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının aldığı tender maliyyəsini ciddi yoxlasın. Bu ilin sonuna az qalmasına baxmayaraq, ilin əvvəlindən ortasına kimi dəyəri 3 milyon manatdan artıq olan tender keçirən Gəncə Şəhər Birləşmiş Xəstəxanası yenə iki tender keçirərək, 150 min manat tender qalibi olubdur.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ŞÜBHƏLİ TENDER... - BU NƏDİ BELƏ?!
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ŞÜBHƏLİ TENDER... - BU NƏDİ BELƏ?!
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ŞÜBHƏLİ TENDER... - BU NƏDİ BELƏ?!
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ŞÜBHƏLİ TENDER... - BU NƏDİ BELƏ?!

Hurriyyet.az xəbər verir ki, xəstəxana “PROMATECH GROUP" MMC ilə “Mal materiallarının alınması”na görə məbləği 73.186,51 AZN-lik, Rayonlararası İstehsalat Kombinatı ilə “Müəssisələrdə cari təmir işləri Z.Məmmədov adına xəstəxana” tenderinə görə məbləği 75.521,91 AZN olan müqavilə imzalayıb.

Bildirmək yerinə düşər ki, “PROMATECH GROUP" MMC-nin qanunu təmsilçisi Esmira Məhərrəm qızı Əliyevadır, nizamnamə kapitalı isə 20 AZN-dir. Rayonlararası İstehsalat Kombinatının direktoru isə Nəsib Məhərrəm oğlu Həsənovdur, nizamnamə kapitalı isə 20 AZN-dir.

Mövzuya qayıdacağıq.

Mənbə: "Hurriyyet.az"
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO