[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazaxın icra başçısı yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırıb?

Son illər ölkənin müxtəlif sahələrində, o cümlədən idarəetmədə aparılan islahatlar ciddi müsbət dəyişikliklərə səbəb olub. Bu fonda, illərlə kreslosuna yapışıb qalmış yaşlı məmurların gənc kadrlarla əvəzlənməsi xüsusi diqqət çəkir. Müasir texnologiyalarla ayaqlaşa bilməyən, sovet psixologiyasının əsiri olan odioz fiqurların yerinə müasir dünya görüşlü, çevik qərarlar qəbul etməyi bacaran cavan və perspektivli şəxslərin gətirilməsi idarəetməyə yeni nəfəs verir.

Yenilənmə, gəncləşmə siyasəti, təbii ki, köhnə məmurların ürəyincə deyil. Ürəklərində bu prosesdən narazılıq və narahatlıq keçirsələr də, dilə gətirməyə cəsarət etmirlər. Amma heç də hamısı yox…

Sən demə, ali rəhbərliyin qərarlarına açıq şəkildə etiraz etmək cəsarətini özündə hiss edən məmurlar da varmış. Bu fakt Müdafiə Sənayesi Nazirliyinə 37 yaşlı bir şəxsin rəhbər gətirilməsindən sonra xüsusi diqqət çəkib. Daha doğrusu, aşağıda adını çəkəcəyimiz məmurun “partlamasına” səbəb olub.

“TƏCRÜBƏSİZ, İDARƏETMƏ QABİLİYYƏTİ OLMAYAN, AĞZINDAN SÜD İYİ GƏLƏN UŞAQLARI YÜKSƏK VƏZİFƏLƏRƏ TƏYİN EDİRLƏR. MƏNƏ ÇATMIR DƏ! QƏBUL ETMİRƏM BELƏ TƏYİNATLARI!”.

Bu sözlər Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) başçısı Rəcəb Babaşova məxsusdur. Söhbət Prezidentin imzası ilə 2016-cı ildə vəzifəyə təyin edilmiş və 8 ildən çoxdur böyük bir rayona rəhbərlik (yerli sakinlərin dili ilə desək, ağalıq) edən bir məmurdan gedir. Və bu məmur, yenə Prezidentin imzası ilə təsdiqlənən digər təyinatlara etiraz edir!

Təəccüblüdür və təsəvvür etmək çətindir, hə? Bəli, bunu onun dilindən eşidənlər də öncə təəccübləniblər. “Bunu onun dilindən eşidənlər” deyərkən, ailə üzvləri və ya ən yaxın dostları nəzərdə tutulmur. İşin ən təəccüblü tərəfi odur ki, adam bu fikirləri rayon sakinləri ilə görüşlərin birində dilə gətirib – qorxmadan, çəkinmədən, açıq və acıqlı şəkidlə!

Yaxşı, başçı niyə od püskürüb? Cəsarətli olduğunu camaata göstərmək üçünmü? “Yuxarıdan” qorxmadığını nümayiş etdirmək üçünmü? Arxasının bərk olduğunu isbat etmək üçünmü?

Gəlin öz dilindən anlamağa çalışaq. Yuxarıdakı açıqlamaları verməzdən bir neçə ay öncə QRİH-in Aparat işçiləri ilə iclasda cənab Babaşov belə bir qəzəb-hikkə-narazılı dolu açıqlama verib:

“O ZAMAN MƏNƏ DEMİŞDİLƏR Kİ, SƏN QAZAĞA MÜVƏQQƏTİ GÖNDƏRİLİRSƏN, BİR AZ ORALARDA BAŞINI QAT, DAHA YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİLƏCƏKSƏN. AMMA 2016-CI İLİN MAYINDAN MƏNİ ATIBLAR BU BATAQLIĞA, YADA SALAN DA YOXDUR. BU 8 İLDƏ UŞAQ-MUŞAĞI YÜKSƏK POSTLARA GƏTİRDİLƏR, MƏNƏ VERDİKLƏRİ SÖZÜ TUTMADILAR. DEMƏLİ, MƏNİM BAŞIMIN ALTINA YASTIQ QOYUBLAR, YA DA İSTƏYİBLƏR Kİ, PUL XƏRCLƏYİM”.

Pul xərcləmək demişkən, adam sonradan “səhvini” anlayıb, öz təbirincə desək, “aldadıldığını” anlayıb və daha “ağıllı” davranmağa qərar verib. Başlayıb rayonu qarış-qarış satmağa, yağmalamağa, sərvət toplamağa – yenə öz təbirincə desək, “itirdiklərini geri qaytarmağa”. Bu gün mədəniyyət beşiyində, üç dövlətin qovşağında yerləşən yurdda, strateji bir rayonun inzibati mərkəzi olan Qazax şəhərində satılmamış, mənimsənilməmiş bir qarış torpaq qalmayıb. Adam uşaqların əyləndiyi, yaşlıların dincəldiyi parkları belə, satmaqdan tamahını saxlaya bilməyib.

Hörmətli başçı “yuxarıdan” gözləntilərinin doğrulmamasının (sanki ölkə başçısı buna vəd veribmiş kimi) acısını təkcə Prezidentin qərarlarına etiraz etməklə çıxara bilmir, hirsi bununla da soyumur. Tabeliyində olan məmurlara, tabeliyində olmayan idarə-müəssisələrin rəhbərlərinə və işçilərinə, məktəb direktorlarına, bağça müdirlərinə, hətta sıradan rayon sakinlərinə demədiyi təhqiramiz ifadə qalmayıb. Ağır söyüş-təhqirlərinə qarşı çıxanları ya işdən çıxardır (çıxartdırır), ya da şərləyir, ləkələyir, “ilişdirir”.

Bu cəsarətli məmurla bağlı rayon camaatı daha bir maraqlı faktdan danışır. Azərbaycanda tərif təəccüblü məsələ deyil, amma bəllidir ki, bu təriflərin bəlli ünvanları var və həmin ünvanların buna haqqı çatır. Məsələn, dövlət başçısı gördüyü böyük işlər, misilsiz xidmətlər qarşılığında, ən azından, Qarabağ zəfərinin memarı olaraq tam haqq edir ki, xalqı tərəfindən xoş sözlər eşitsin.

Bəs, Babaşov hansı haqqın sahibidir ki, şanını ucaltmaqla məşğul olsun? Bütün toplantılarda, görüşlərdə, kef məclislərində insanlar bir-bir ayağa qalxıb bunu mədh etməyə məcbur və məhkumdurlar. Artıq Qazaxda Prezident barədə xoş demək, iclaslarda dövlət başçısının xidmətlərindən danışmaq təcrübəsi arxivə göndərilib. Varsa-yoxsa, Rəcəb Babaşov! Ancaq onu mədh etməli, başqa rayonların icra başçılarını pisləyib bunu tərifləməli və “Allah sizi başımızdan əskik etməsin” duasını dilindən düşürməməlisən.

Deyəsən, adam həqiqətən cəsarətlidir. Heç bir məmurun dilinə gətirə bilmədiyi narazılığı mərdi-mərdanə bəyan edirsə, yuxarılarla olan məxfi söhbətlərini camaatla rahatca bölüşürsə, mədhiyyələrdə adını onu ora təyin edənin adından qabağa keçirə bilirsə, demək ki, gerçək cəsarət sahibidir. İndi belə bir məmuru təqdirmi edəsən, yoxsa tənqidmi?

Mənbə: Avronews
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? – ŞOK FAKTLAR

Təhsil sahəsinin gələcək nəslin yetişməsində əvəzsiz olduğu hər kəsə məlumdur. Boş yerə deyilməyib ki, bir milləti məhv etmək üçün öncə onun düşünən beyinlərini və savadlı kütləsini yox etmək lazımdır. Gələcək isə təhsil ocaqlarından, bağça və məktəblərdən başlayır. Çünki məhz təhsil ocaqlarında təlim-tərbiyə ön plana çıxır. Bu iş isə zəhmətkeş, dürüst və peşəsini vicdanla görən müəllimlərin üzərinə düşür. Lakin təəssüflər olsun ki, hələ də Azərbaycanın təhsil sahəsini uçuruma aparan, sağlam gələcək yetişdirmək əvəzinə gələcəyimizi məhv etməyə səy göstərən “pedaqoq”lara rast gəlinir. Özüdə ən təhlükəli məqam ondan ibarətdir ki, bu cür “pedaqoq”ların əksəriyyəti məktəblərdə rəhbər vəzifələrdə təmsil olunurlar. Bu rəhbərlər isə “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edərək təhsil müəssisələrini bərbad vəziyyətə qoyurlar. Beləcə gələcək nəsillərimiz məhv edilir.

TehsilMedia.az xəbər verir ki, özbaşınalığın, qanunsuzluğun tüğyan etdiyi növbəti təhsil müəssisəsi Bakı şəhər Xəzər Rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbdir. Hər halda bu barədə iddianı adının açıqlanmasını istəməyən mənbə səsləndirib və məlumatları redaksiyamıza göndərib. Mənbənin iddiasına görə, adıçəkilən məktəbin direktoru Şərbətova Aysel Bəxtiyar qızı təhsil müəssisəsinə ayaq basdığı ilk gündən guşədəki şəhid şəkillərini 10 manatdan satıb: “Məktəbdə dəfələrlə bıçaqlanma hadisəsi olsa da, direktor müxtəlif yollarla bunu ört-basdır etməyi bacarıb. Eyni zamanda, məktəbin fiziki tərbiyə müəllimi 8-ci sinif şagirdinə cinsi təcavüz etsə də, direktor Aysel Şərbətova faktı gizlətməyə cəhd göstərib. Lakin hüquq mühafizə orqanlarının araşdırması nəticəsində fakt öz təsdiqini tapıb və cinayətkar “müəllim” həbs olunub”.

Mənbənin bildirdiyinə görə, direktor Aysel Şərbətova 2021-ci ildə direktor vəzifəsinə təyin olunsa da, cəmisi iki il ərzində özünə xeyli mülk almağı bacarıb: “Onun Bakıda çoxmərtəbəli binada evi, Binə qəsəbəsində həyət evi var. Sentyabr ayında isə özünə, dəyəri 50 min manat olan son model avtomobil alıb.

Hətta övladlarının baş hərfi ilə başlayan “zerkalnı” avtomobil nömrəsi almaqdan çəkinməyib. Övladı illiyi 5 min manat olan Atatürk liseyində oxuyur. Aysel Şərbətova bütün bu var-dövləti məktəb direktoru və MİQ imtahanında komissiya sədri olmaqla əldə edib. Amma təbii ki, dövlətin verdiyi maaş yox, aldığı rüşvət hesabına. Bundan başqa direktor müəllimlər, texniki işçilər və valideynlərlə kobud rəftarı ilə tanınır. Bakı Şəhər Təhsil İdarəsində ona himayədarlıq edənlərin olması Aysel Şərbətovanın əl-qolunu açır və direktor özbaşınalıqlarını davam etdirir. Onun yarıtmaz idarəçiliyi səbəbindən neçə-neçə savadlı müəllim məktəbi tərk etmək məcburiyyətində qalıb. On ildən çox pedaqoji fəaliyyəti olan şəxsin son iki ildə bu qədər var-dövlətə sahib olması ciddi suallar doğurur”.

Ümid edirik ki, bu qədər qanunsuzluğun, rüşvətin və özbaşınalığın tüğyan etdiyi məktəb və onun rəhbərliyi haqda aidiyyatı qurumlar ciddi araşdırmalara başlayacaq və iddialar təsdiqini taparsa, Aysel Şərbətova barəsində ciddi ölçü götürəcəklər. Əks halda, təhsil adına xələl gətirən bu cür şəxslərin sayı günbəgün artacaq və gələcəyimiz ciddi təhlükə altına düşəcək.
Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? – ŞOK FAKTLAR
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vaşinqton tərəflərə nə deyib? - Bölgədə daha maraqlı proses başlayır

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsində israrlıdır. İki gün ərzində Vaşinqtonda verilən bəyanatlar, atılan addımlar bunu göstərir.

Dövlət katibinin köməkçisi Ceyms Obraynın noyabrın 16-da Senatın Xarici əlaqələr Komitəsində Bakı ilə yüksək səviyyəli münasibətlərin təxirə salınması barədə bəyanatı, habelə Senatın 907-ci düzəlişin 2 il müddətinə tətbiqi barədə qəbul etdiyi qərar iki tərəf arasında ciddi gərginlik yaradıb.

Azərbaycan XİN adekvat cavab addımı ataraq ABŞ-la yüksək səviyyəli səfirlərin səfərlərini dayandırdığını bildirib və xarici işlər nazirlərinin noyabrın 23-də Vaşinqtonda planlaşdırılan görüşündə iştirak etməkdən imtina edib.

Güman edilirdi ki, tərəflər arasında gərginlik yüksələn xətlə davam edəcək. Amma gözləntilər doğru olmayıb, tərəflər münasibətləri baltalamaq üçün bir-birinə qarşı növbəti təzyiqdən imtina ediblər. Əksinə, Azərbaycana qarşı sərt bəyanatın, sanksiya hədələrinin müəllifi Obrayn sülh danışıqlarını davam etdirmək mesajı verib.

O, mətbuata açıqlamasında Birləşmiş Ştatların Azərbaycan və Ermənistan üçün sülhün bərqərar olması üçün real fürsət gördüyünü açıqlayıb: “Tərəflərin bir-biri ilə birbaşa və vasitəçilərlə danışması bizi ruhlandırır. Burada biz bütün regiona fayda gətirmək üçün real fürsət görürük. Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə keçə bilsə, bu, həmin ticarət yolunda olan bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq. Və biz bunun bir hissəsi olmaq fürsətini alqışlayırıq”.

Obrayn eyni zamanda vurğulayıb ki, əgər bu ticarət yolunun qeyri-sülh yolu ilə açılmasıyla bağlı qərar qəbul edilsə (Zəngəzur dəhlizinin güc yolu ilə açılması) Vaşinqton bunun qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək.

ABŞ rəsmisi bildirib ki, Birləşmiş Ştatlar tərəflərə əks tədbirlərin nəticələrinin nə olacağını çox açıq şəkildə bildirib.

“Ona görə də, gəlin görək tərəflər nə qərar verəcək. Biz bilirik ki, onlar sülh sazişinin tezliklə bağlanmasında maraqlı olduqlarını bildiriblər və biz bunun baş verməsini çox istərdik”, – deyə Dövlət katibinin köməkçisi qeyd edib.

Obrayn Ermənistanın Baş nazir Nikol Paşinyanın sərhədlərin açılması və Qərblə əlaqələrin güclənməsi istiqamətində atdığı addımları təqdir edərək vurğulayıb ki, o, əvvəlki liderlərin çalışdığı kimi Ermənistanın Rusiyadan tam asılı olmasını istəmir.

“Baş nazir Paşinyan cəsarətli şəkildə Azərbaycanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı kimi çıxış edib. Bu da Ermənistana öz iqtisadi inkişafına diqqət yetirməyə, təhlükəsizlik əlaqələrini qurmağa və Mərkəzi Asiyadan Türkiyəyə ticarət əlaqələrini genişləndirməyə imkan verəcək. Biz bunu görmək istərdik”, – Obrayn deyib.

Bu bəyanatdan qısa müddət sonra – noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyana və Azərbaycan lideri İlham Əliyevə zəng edib.

Dövlət Departamentinin sözçüsü Metyu Millerin adından yayılmış bəyanatda deyilir ki, telefon danışığında Blinken Əliyevin Azərbaycanla Ermənistan arasında davamlı və ləyaqətli sülh sazişinin bağlanmasına sadiqliyini alqışlayıb. “Dövlət katibi bu uzunmüddətli münaqişənin azərbaycanlılara və ermənistanlılara eyni cür yaşatdığı əziyyəti anlayaraq sülhün regionda hər kəsə verəcəyi faydanı vurğulayıb. Dövlət katibi bizim Azərbaycanla davamlı münasibətimizi müzakirə edib, son vaxtlar münasibətlərdə narahatlıq doğuran məqamlara toxunub, həmçinin əməkdaşlığı, özəlliklə də sülh prosesini möhkəmləndirmək imkanlarından danışıb, yüksək səviyyədə qarşılıqlı işin vacibliyini vurğulayıb”, – açıqlamada vurğulanır.

Azərbaycanın rəsmi dövlət agentliyi AZƏRTAC-ın Blinken-Əliyev danışığı barədə yaydığı məlumatda müzakirələrin detalları qeyd olunub. Bildirilir ki, telefon söhbəti zamanı Prezident Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar iki ölkənin münasibətlərinə ciddi zərər vurub.

“Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib”, – xəbərdə vurğulanır.

Metyu Millerin E.Blinkenin N.Paşinyanla telefon söhbəti barədə yaydığı açıqlamada isə qeyd olunur ki, tərəflər Birləşmiş Ştatların Ermənistanla Azərbaycan arasında davamlı və ləyaqətli sülh razılaşmasına nail olmaq səylərinə dəstəyini müzakirə edib.

“Dövlət katibi Birləşmiş Ştatların Ermənistanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinin davam etdiyini bir daha vurğulayıb, Ermənistanın çiçəklənən və demokratik gələcəyinə dəstəyimizi, ikitərəfli əməkdaşlığı gücləndirmək səylərimizi müzakirə edib”, – Millerin aqçıqlamasında qeyd olunur.

Bu arada Ermənistandan verilən bəyanatlarla ABŞ siyasi idarəsindən verilən açıqlamalar üst-üstə düşür. Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə asçıqlamasında deyib ki, siyasi iradə olarsa, 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlana bilər.

“Deyə bilərəm ki, biz demək olar bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə zərər verməmək üçün bu barədə təfərrüatları açıqlamaq istəmirəm”, – Simonyan deyib.

Spiker vurğulayıb ki, Ermənistan üçün “Dağlıq Qarabağ” məsələsi mövcud deyil: “Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyıb. Biz, son il yarım ərzində bunu bəlkə də səkkiz dəfə bəyan etmişik. Hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır”.

Simonyanın açıqlamasında daha diqqətçəkən cümlələr yer alıb:

“Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar bir-birinin yanında yaşamalı olacaqlar. Biz buna ümid edirik və bunun üçün hər şeyi edəcəyik. Ermənilər və azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi adamlar Azərbaycan ərazisində öz evlərinə qayıdacaq, eləcə də bir müddət sonra azərbaycanlılar gəlib burada məskunlaşacaqlar”.

Son siyasi-diplomatik mənzərə Birləşmiş Ştatların Bakı ilə yaranan müvəqqəti gərginliyə görə öncədən qarşısına qoyduğu planlardan geri çəkilmək niyyətində olmadığını göstərir. Qərb Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına Cənubi Qafqazda mövqeyinin gücləndirilməsi, habelə Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasının açarı kimi baxır. Açıq mətnlə təklif olunan ssenari belədir ki, sülh razılaşmasının ardınca Rusiya hərbçiləri Azərbaycanı tərk etməlidir, rəsmi Bakı Qarabağa dönmək istəyən ermənilərin hüquqlarının qorunmasına və təhlükəsizliyinə təminat verməli, bu barədə beynəlxalq ictimaiyyət qarşısında hesabatlı olmalıdır. Paralel olaraq azərbaycanlıların Ermənistana qayıdış hüququ tanınmalıdır və Ermənistan da eyni öhdəliklər götürməlidir. Xatırladaq ki, spiker Alen Simonyan bu gün verdiyi açıqlamada rəsmi İrəvanın belə razılaşmaya hazır olduğuna işarə edir.

Azərbaycana gəldikdə, Qərbin regiona ciddi müdaxiləsi, Rusiyanın bölgədən tamamilə sıxışdılması onun maraqlarına cavab vermir. Rəsmi Bakının son zamanlarda ortaya qoyduğu mövqedə bu məqam əksini tapıb. Amma reallıqlarla hesablaşmaq da diplomatiyanın, siyasətin əsas qanunlarından biridir, bu kontekstdə ABŞ-ın israrlı olduğu sülh prosesində kompromislər axtarmaq qarşıdurmaya getməkdən daha faydalıdır.

Blinken-Əliyev danışığında ABŞ-ın yüksək səviyyəli diplomatının Bakıya səfəri barədə razılıq əldə olunub. Çox güman Obrayn regiona əliboş gəlmir, onun çantasında sülh sazişi ilə bağlı yeni təkliflər var. Vaşinqtonun əsas hədəfi Azərbaycanı razı salmaqdır, ona görə də təzyiq ritorikasından sonra növbə kompromislərə çatıb…

Müəllif: Turqut - Mənbə: Pressklub.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paytaxtda avtomobillər qanunsuz park edilərək tıxac yaradır - VİDEO

Parklanmaya görə nağd ödəniş qanunsuzdur.

Lakin, paytaxtda metronun “Neftçilər” stansiyası yaxınlığında xaotik vəziyyət hökm sürür.

Belə ki, burada avtomobillər sıra ilə park edilib.

Ərazidə hətta sarı jiletli parklanma işçilərini də görmək mümkündür.
Bu da günün pik saatlarında yollarda tıxac yaradır, gediş-gəlişə mane olur.

Yaranmış vəziyyətdən ən çox zərər görən isə, yoldan keçən piyadalardır.

Ətraflı “ATV Xəbər”in süjetində:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Konor Makqreqor Dublində iğtişaşları qızışdırmaqda şübhəli bilinir

İrlandiya polisi noyabrın 23-də Dublində baş vermiş iğtişaşları qızışdırmaqda şübhəli bilinən “Ultimate Fighting Championship”in (UFC) çempionu Konor Makqreqor barəsində araşdırma aparır.

Bu barədə yerli qəzet yazır.

Verilən məlumata görə, Makqreqor bıçaqla silahlanmış bir şəxsin məktəbli qızlara hücumu ilə bağlı iğtişaşlara dair polisin başlatdığı üç istintaqdan birində təqsirləndirilən şəxs olub. Makqreqorun nümayəndəsi hələlik vəziyyətlə bağlı fikir bildirməyib.

Qeyd edək ki, Makqreqor noyabrın 23-də axşam saatlarında, iğtişaşçıların həbsindən sonra “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) vəziyyəti şərh edib. O, İrlandiya hökumətini və Dublin polisini tənqid edib. İdmançının sözlərinə görə, polis və hökumət diqqəti cinayətin özünə deyil, onun səbəb olduğu etirazlara cəmləşdiriblər.
“İrlandiyada ətrafımızda elə bir ölüm təhlükəsi var ki, bu təhlükə burada olmamalı idi. İnsanları bu qorxulu faktla bağlı dəstəkləmək üçün heç bir iş görülməyib. Siz çox az iş görürsünüz. Vəziyyəti dəyişdirin və ya istefa verin. İrlandiya qalib gələcək”, - deyə uzun müddətdir ölkə rəhbərliyini tənqid edən Makqreqor yazıb.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sea Breeze”dəki dava ilə bağlı daha bir məhkəmə araşdırması başladı – 2-ci CİNAYƏT DOSYESİ


Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı daha bir cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Məsələ burasındadır ki, bu ilin iyununda “Sea Breeze”də baş verən, sonradan davaya çevrilən mübahisə ilə bağlı 3 cinayət işi başlanıb.

Dava tərəfləri bir cinayət işi üzrə zərərçəkən, digər cinayət işi üzrə isə təqsirləndirilən şəxslərdir. Azərbaycan istintaq-məhkəmə tarixində bu yanaşma bir yenilikdir. Bundan başqa “Sea Breeze”dəki dava ilə bağlı cinayət işlərinin eyni hakimin icraatında olması da maraq doğurur. Məhkəmələrdə cinayət işlərinin hakimlərin icraatına verilməsi qaydası elektronlaşıb. Buna baxmayaraq məhkəməyə daxil olan hər iki cinayət işi elektron qaydada olsa da, hakim Mirheydər Zeynalovun icraatına verilib.

Noyabrın 28-də Cavad Vahid oğlu Muradovla Şamxal İlham oğlu Məmmədovun cinayət işi üzrə məhkəməyə hazırlıq iclası baş tutub. Cavad Muradov əmlaka qəsdən ziyan vurmaqda və qrup halında xuliqanlıqda, Şamxal Məmmədov isə qrup halında xuliqanlıqda ittiham olunurlar.

Bu cinayət işi üzrə Elmir Üzeyir oğlu İsmayılov, Elgün Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə və Məhəmməd Natiq oğlu Həsənzadə zərərçəkəndirlər.

Elgün İsmayılovdan savayı digər 3 şəxs və məktəbli Murad Məzahir oğlu Əhmədli digər cinayət işində təqsirləndirilən şəxs, Cavad Muradovla Elnur Leysan oğlu Məmmədov isə zərərçəkəndirlər.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, zərərçəkən Elgün İsmayılov xəstə olduğundan onu nümayəndəsi Faiq Nəcəfov təmsil edir.

Tərəflərin anket məlumatları aydınlaşdırılandan sonra zərərçəkən Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli iş üzrə Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməli olduğunu deyib. Hakimə Elnur Məmmədovun harada olması ilə bağlı sual ünvanlayıb. Hakim isə onun harada olduğunu bilmədiyini deyib.

Vəkil şifahi vəsatətlə çıxış edib:

- Bu iş üzrə biz ittiham tərəfiyik. Digər iş üzrə təqsirləndirilənik. Siz həm həmin işdə, həm də bu işdə hakimsiniz. Elnur Məmmədov digər iş üzrə ifadə verib. Bir daha məlum olub ki, o bu işdə tək iştirakçı deyil, həm də təhrikçidir, söyüşü də o söyüb, Elmir İsmayılovun maşınının qabağını da o kəsib, davanı da o salıb. Amma o, bu gün burada yoxdur. O, gəlsin, otursun Cavad Muradovun yanında.

Dövlət ittihamçısı Amin Şəkərəliyev Elnur Məmmədovla bağlı vəsatətə məhkəmənin gedişində baxıla biləcəyini söyləyib.

Vəkil şifahi vəsatətinin yazılı şəkildə təqdim edəcəyini bildirib. Hakim vəsatətə bundan sonra baxılacağını deyib.

Vəkil Abbas Kərimbəyli eyni zamanda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı dövründə həbsdə saxlanılması üçün əsasların olmadığını və onların bu müddət ərzində azadlıqda qalmalarına etiraz etmədiklərini məhkəmənin diqqətinə çatdırıb:

-Bu məsələyə hazırlıq iclasında baxılacağını bildiyimizdən hesab edirik ki, təqsirləndirilən şəxslər Cavad Muradovla Şamxal Məmmədovun həbsdə saxlanılmaları üçün hər hansı bir ağırlaşdırıcı hal da yoxdur. Təqsirləndirilənlər əvvəllər məhkum edilməyiblər, residiv yoxdur, Cavad Muradov ailəlidir, himayəsində azyaşlı uşağı var, işdə isə hər hansı bir ağırlaşdırıcı hal da mövcud deyil. Ən əsası isə mübahisədən bir gün sonra tərəflər barışıblar.

Vəzifəli şəxslərin uşaqlarının kütləvi davası: restoranda nə baş verib? - Sensasiyalı məhkəmə prosesi (VİDEO)

Cavad Muradovun vəkili çıxışında müvəkkilinə verilmiş ittihamın əsassız olduğunu bildirib. Tərəflərin barışığını əsas gətirərək məhkəmənin cinayət işinə xitam vermək səlahiyyətnin olduğunu vurğulayıb.

Məhkəmənin diqətinə çatdırıb ki, ittihama görə də münaqişəni digər şəxs başlayıb, Cavad Muradov münaqişədən sonradan xəbər tutub, bundan sonra da tərəfləri sakitləşdirməyə çalışıb. Vəkil bildirib ki, Cavad Muradovun niyyəti heç bir halda xuliqanlıq olmayıb, bu səbəbdən də ona verilmiş xuliqanlıq maddəsi digər maddəyə tövsif olunaraq bu maddəyə xitam verilməlidir. Hakim bu məsələyə məhkəmə baxışı zamanı baxıla biləcəyini söyləyib.

Bundan sonra vəkil Cavid Muradovun barəsindəki həbs qəti-imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsinə dair vəsatətlə də çıxış edib: “Siz də, biz də bilirik ki, bu cinayət işinin istintaqı nəzarətə götürülüb”.
Hakim: “Biz bilmirik”

Vəkil: “Amma bu nəzarətə götürülmə heç bir halda insanların kütləvi həbsi ilə nəticələnməməli idi. Kütləvi qardaşlıq məzarı qazılmamalı idi. Əminəm ki, nəzarətə götürən deməyib ki, Cavad Muradovu, ucdantutma hamını həbs edin. Niyə məhkəmə qanuni əsaslar ola-ola Cavad Muradovu həbsdən azad etməməlidir?

Digər təqsirlədirilən şəxs Şamxal Məmmədovun vəkili İlqar İsmayılov da müvəkkilinin barəsindəki həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.

Təqsirləndirilən Cavad Muradov vəkilinin vəsatətini müdafiə edib. Bidirib ki, ittiham üzrə özünü qismən təqsirli bilir. O, əmlaka qəsdən ziyan vurulması ittihamını qəbul etmədiyini söyləməklə vəsatətin təmin edilməsini xahiş edib:

-Ailəliyəm, 1 il 6 aylıq qız övladının atasıyam. Ailəmin yeganə gəlir gətirəni mənəm. İş üzrə zərərçəkənlərlə də barışmışıq. İttiham verilmiş maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Xahiş edirəm bunları nəzərə alıb barəmizdə ev duqtaqlığı qərarı verəsiniz.

Hakim vəsatətlərə dekabrın 1-də keçiriləcək iclasda münasibət bildiriləcəyini açıqlayıb.

İttihama görə, müttəhimlər bu ilin yayında “Sea Breeze”də kütləvi davada tərəf olublar. Mübahisə baş verən gün Elnur Məmmədov qohumu Vüqar Tağıyev, uşaqlıq dostu Cavad Muradov və 3 xanımla birgə restoranda olublar. Həmin zaman bu gün həbsdə olan, təqsirləndirilən statusuna gətirilən Elmir İsmayılov dostları ilə birgə yaxınlıqdakı masada əyləşiblər. Vüqar Tağıyev Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov əlində qədəh masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Bu zaman Elmirlə Elnurun arasında mübahisə yaranıb. Vüqar Tağıyev araya girərək Elnurun əvəzindən Elmirdən üzr istəməklə tərəfləri sakitləşdirib. Lakin Elnur Məmmədov Elmirin restorandan çıxmasını görüncə onun arxasınca çıxıb. Elnur Məmmədov Elmir İsmayılovla mübahisəni davam etdirib, digərlərinin də qoşulması ilə mübahisə kütləvi hal alıb. Sonradan Elnur Məmmədov Elmir İsmayılovun maşınına tərəf gedib, ərazidən uzaqlaşmağa çalışan İsmayılovu maşından düşürərək ona zərbələr vurub. Nəticədə Elmir İsmayılovun sifətinə vurulan yumruqla qaşı partlayıb, ona məxsus maşına küt alətlə vurulan zərbələrlə bəzi hissələri zədələnib, yarasız hala düşüb, sındırılıb. Hadisənin növbəti günü Elnur Məmmədovun dostu Cavad Muradovun təşəbbüsü ilə tərəflər görüşüb, barışıblar. Buna baxmayaraq baş vermiş hadisəyə görə 3 cinayət işi başlanıb, Elmir İsmayılov və dostları həbsə alınıblar. Elnur Məmmədov barəsində cinayət işi başlansa da, o istintaq tərəfindən zərərçəkən kimi tanınıb. Cavad Muradov Elmir İsmayılov və digərilərinə qarşı xuliqanlıqda, Elmir İsmayılova məxsus nəqliyyat vasitəsinə 12 min 400 manatlıq ziyan vurmaqda ittiham olunur.

Mənbə: “Yeni Müsavat”
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi VƏ... - Putyovkalar 30 faiz bahalaşdı

Bir neçə gün əvvəl parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dolayı yolla sanatoriyalara getmək üçün putyovkalarla bağlı dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasını tələb etdi.

Qaynarinfo-nun məlumatına görə, Səttar Möhbalıyev bildirib ki, 10-15 il bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılan vəsait hesabına 35 min insanı sanatoriyalara getmək üçün putyovkalarla təmin etmək mümkün idi: "Amma hazırda ayrılan həmin vəsait hesabına yalnız 12 min insana putyovka verə bilirik. Odur ki, bu kimi məsələlərə baxılmasını təklif edirəm".

Apardığımız araşdırmaya əsasən, AHİK 16135 həmkarlar ittifaqı təşkilatını və təqribən 1121946 həmkarlar ittifaqı üzvünü əhatə edir. Bu, 2021-ci ilin statistik göstəricisidir. Hazırda həmin rəqəm 1,2 milyon nəfəri əhatə edir.

Bu gün heç kimə sirr deyil ki, dövlət qurumlarında və digər təşkilatlarda çalışanların aylıq əmək haqqından ayrılan üzvlük pulları hesabına həmkarlar təşkilatına milyonlarla vəsait daxil olur. Onlar arsında illərdir ki, əmək haqqından həmkarlar təşkilatına vəsait ödəyib, putyovka almayanlar da var. O, da sirr deyil ki, əksər həmkarlar təşkilatı rəhbərləri putyovkaları öz yaxınlarına verir və ya satır, ən yaxşı istirahət yerlərinə rəhbər şəxslərin özləri və yaxud yaxınları göndərilir.

AHİK-in tabeliyində olan "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin tərkibində 5 sanatoriya mövcuddur. Bu sanatoriyaların əksəriyyətində putyovkalar satılır. Satışdan gələn gəlirin hara sərf olunması isə Səttar Möhbalıyev və onun çevrəsindən başqa heç kimə məlum deyil.

İnsanlar "Kurort" QSC-də putyovkaları həm nağd şəkildə ödəniş etməklə, həm də cəmiyyətin hesabına müvafiq vəsaiti köçürməklə əldə edə bilirlər. Bu sanatoriyalarda ötən il 1 nəfərin günlük istirahəti üçün 40 manatdan 65 manata kimi putyovka satırıldısa, hazırda bu vəsaitin məbləği 30 faizdən çox artırılıb.

"Şıx" sanatoriyasında (dayaq-hərəkət xəstəliklərinin müalicəsi) bir günlük bir nəfərin istirahəti 77-85 manat arasında dəyişir. Sanatoriya əməkdaşı saytımıza açıqlamasında qiymət artımının səbəbini son illər müşahidə olunan bahalaşma ilə əlaqələndirib.

"Abşeron" mədə-bağırsaq sanatoriyasında bir nəfərin istirahəti ötən il günlük 35-45 manat arasında idisə, hazırda bu rəqəm 58 manatdan 78 manata kimi dəyişir. Sözügedən sanatoriyanın əməkdaşı da saytımıza açıqlamasında qiymət artımını ərzaq və qeyri-ərzaq məhsullarının dəyərinin artması ilə əlaqələndirib.

Əldə etdiyimiz məlumata görə, imtiyazlı şəxslər üçün putyovkalardan yalnız şəhid ailələri və kiçik qrup əlillər istifadə edirlər. Dövlət qurumların tabeçiliyində fəaliyyət göstərən həmkarlar təşkilatlarının özlərində də güzəştli şərtlərlə işçilərə verilən putyovkaların qiyməti qaldırılıb.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov sözügedən məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, dövlət büdcəsindən ayrılan vəsait artırılarsa, həmkarlar tərəfindən istirahətə göndərilənlərin sayında da artım olacaq:

"Təbbi ki, biz dövlət büdcəsindən bu məsələyə ayrılan vəsaitin artırılmasını istəyirik. AHİK sədri Səttar Möhbalıyev də parlamentin komitə iclasında da bu məsələyə aydınlıq gətirdi. Amma dövlət büdcəsindən məbləğin nə qədər artırılması mənim səlahiyyətimdə olan məsələ deyil. Səttar müəllim hazırda Türkiyədə səfərdə olduğundan bu məsələyə açıqlama verə bilməyəcəyik".

AHİK rəsmisi bəzi dövlət qurumlarından putyovkalar satılması və yaxud öz qohum-əqrabalarına verilməsi ilə bağlı məsələyə isə belə aydınlıq gətirib:

"Bu barədə AHİK-ə heç bir məlumat daxil olmayıb. Əgər ittifaq üzvü putyovka satılması ilə bağlı faktla üzləşibsə, o zaman AHİK-in qaynar telefon xəttinə (012 492 66 93) və elektron poçt (info@ahik.org) ünvanına müraciət edə bilər. Bütün müraciətlər araşdırılır və iddia olunan fakt öz təsdiqini taparsa, müvafiq tədbirlər görülür".

Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi VƏ...
Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi VƏ... - Putyovkalar 30 faiz bahalaşdı

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO