[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İSBAM sədir: "QHT Agentliyinin yeni nəzarətçisi də QHT-lərə qarşı çox səxavətlidir. "

Dəyərli dostlar,
Müstəqil Azərbaycanın vətəndaş cəmiyyəti sektorunda ən önəmli hadisələrdən biri və qazanılmış ən böyük nailiyyət Nazirlər Kabineti tərəfindən ötən ay təsdiq olunmuş QHT Agentliyinin qrant qaydalarıdır. Həqiqətən verilən açıqlamalardan, tezislər əsasında maraqlı açıqlamaların verilməsində bu qənaətə gəlmişəm.
Tam səmimi deyirəm, mənim qaydalarla işim yoxdur, dövlətimiz bu cür sənəd təsdiq edib, biz ona əməl etməliyik.
Zamanla həmin sənəd təkmilləşə və ya dəyişikliklər edilə bilər. Amma mən həmin sənədi tərifləmək uğrunda yaxa cıranlara məəttəl qalmışam.
Fevral ayında həmin vicdan yoxsullarını görəcəyik. Təbii ki, onların ətrafı ən çox bu qrantlardan yararlananlar olacaq.
Bu gün QHT Agentliyində 5 aydır davam edən özbaşınalığı, QHT sektorunun məhvə doğru getməsini sevinclə və həvəslə seyr edən qüvvələr var.
Onlar dünən də və bu gün də pusqudadırlar.
Onların adamları bu gün həm QHT Agentliyində, həm də QHT sektorunda yer alıblar.
İstənilən vaxt çömçələrini işə salıb bu sektoru necə lazımdır qarışdıra bilirlər. Özləri də yaxşı bilir ki, dedikləri səhvdir, amma Agentliyi uçuruma aparmaq üçün bilərəkdən təriflər yağdırırlar.
Şan şöhrətə həvəsli adamlar həmişə saxta tərifi xoşlayırlar. Ona görə hələ ki təriflərdən baş gicəllənmə mərhələsindəyik, bir az zaman lazımdır ki, daşlar yerinə otursun.
Artıq QHT-lərə mesaj verilir ki, cəmi 200 və ya bir az artıq QHT-yə pul ayrılacaq. Əvvəllər 400-500 QHT-yə qrant verilməsi yanlış yanaşma idi. Həmin qərarı o vaxt bir nəfər verirdi, bundan sonra hər şey kollegial olacaq.
Necə ki, 2023-cü il qrantlarını da elə “kollegial” verdilər.
Saxtakarlıq sanki bizim canımızdadır, nə vaxta qədər görüntü yaradacaqlar anlamıram.
QHT Agentliyinin yeni nəzarətçisi də QHT-lərə qarşı çox səxavətlidir. Keçmişdə “Qulp” verilişinin aparıcısı Mübariz Əsgərova bu il yüz minə yaxın pul verdirib.
Ancaq film və roliklərə üstünlük verir. Hazırda Zəfər Günü ilə bağlı video hazırlanması üçün də QHT-lər axtarırlar.
Görünən odur ki, bundan sonra prodakşn açmaq, “nadir hallarda efirə getmək şansı olacaq” filmlər layihəsi hazırlamaq lazımdır.
Agentlik bu qədər film çəkib, 1-2 nəfərin filmindən başqa qarşıma çıxan olmayıb.
Nə isə. Hər şey kənardan açıq aydın görünür.
Oyunu quranlar da, oyunu oynayanlar da, məttahlar da. Biz də pulsuz tamaşaya baxırıq.
Samir Adigozelli
Teref.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehdiyevlərin işi çətinləşdi: - satışa çıxardı dedilər, vəziyyət riskli oldu


“Bank BTB” ASC 2023-cü ilin üçüncü rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

Millitv.az-ın “Ölkə.Az”a istinadən məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 376,759 mln manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.

Müştərilərə verilmiş xalis kreditlərin həcmi illik müqayisədə 15,8% artaraq 276,855 mln manat təşkil edib.

Ötən ilin üçüncü rübünün yekunları ilə müqayisədə bankın tələbli depozitlərin həcmi 0,9% azalaraq 11,961 mln manata, müddətli depozitləri isə 1,5% azalaraq 135,361 mln manata enib. Bankın cəmi öhdəlikləri isə 4,9% artaraq cari ilin sentyabrın 30-na 327,537 mln manat təşkil edib.

Kapitalı 50 milyon həddindən aşağı endi

Cari ilin ikinci rübündə 50,297 mln manat olan “Bank BTB”nin cəmi kapitalı yenidən 50 mln manat həddindən aşağı düşərək 49,222 mln manat olub.

2023-cü ilin ilk rübündə bankın xalis faiz gəlirləri 8,324 mln manat, xalis qeyri-faiz xərcləri isə 6,429 mln manat təşkil edib.

Zərərdədir

Əməliyyat mənfəəti 1,895 mln manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 2,529 mln manat azaldıb. Lakin bankın gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən 5,411 mln manat xərci yaranıb və nəticədə, cari ilin üçüncü rübünü 987 min manat xalis zərərlə başa vurub.

Qeyd edək ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda “Bank BTB”nin Ramiz Mehdiyevin oğlu tərəfindən satışa çıxarıldığı, banka müştəri də tapıldığı yazılıb. Hətta onların arasında bankın 15 milyon manata satılması barədə razılıq da əldə olunduğu deyilir. R. Mehdiyev isə mətbauta açıqlamasında məlumatın doğru olmadığını deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Yol Polisi Qazi atamı Öldürüb” QANINI BATIRDI-İDDİA

Sabitliyin və asayişin qorunması, həmçinin vətəndaş cəmiyyətinin formalaşmasında, hüquq və azadlıqlarlarının təmin olunmasında Azərbaycan Polisininin xidmətləri əvəzsizdir. Ancaq bəzi hallarda görülən işlərə kölgə salanlar da tapılır. Elə radaksiyamıza daxil olan şikayət məktubunda da belə hallardan söhbət gedir.
Qeyd edək ki, redaksiyamıza YPX-nin Qarabağ qazisinin vurub öldürməsi ilə bağlı Müslümov Abdulla Əlimət oğlu tərəfindən şikayıt daxil olmuşdur. Təqdim olunan məlumatlarda bildirilir ki, YPX-nin inspektoru yolun əks istiqamətində Müslümov Abdulla Əlimət oğlunun atasını vurub. Bir neçə aydan sonraxəstə aldığı xəsarətlərdən dünyasını dəyişib.Hadisənin xranalogiyasını nəzərinizə çatdırırıq.
Müslümov Hüseyn Əlimət oğlu bildirir ki, 15.01.2023-cü il tarixdəAtamoğlanov Orxan Nadir oğlu idarə etdiyi YPX-ti maşınında iş yoldaşı Ramin Yarməmmədovladislokasiya üzrə Xudat-Yalama və Nabran ərazisində xidmətə cəlb olunmuşlar. O, hadisə olan gün saat 10.40 radələrində “KİA Sportage” markalı, 99-YP-191 dövlət qeydiyyat nişanlı xidməti avtomobili ilə Xaçmaz rayonu xudat nabran yolu istiqamətində hərəkətə davam etdirərkən dairədən Nabran kəndi istiqamətində təxminən 80-90 metr irəliyə getdikdən sonra atamı yolun sol hissəsində vurmuşdur. Sürət çox olduğu üçün avtomobili saxlaya bilməmişdir. Atamoğlanov Orxan Nadir oğluiş yoldaşı Raminnin köməkliyi ilə idarə etdiyi avtomobillə vurduğu piyadanı avtomobilə mindirərək Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Xəstənin vəziyyəti ağır olduğundan Xaçmaz RMX-na məxsus təcili tibbi yardım maşını ilə Respublik Klinik xəstəxanasına göndərilmişdir. XəstəRespublika Klinik xəstəxanasının reanimasiya şöbəsində “Koma” vəziyyətində olmuşdur. Bir müddətdən sonra xəstə palataya köçürülmüşdür. Təəssüflər olsun ki, xəstənin vəziyyətində müsbət dəyişiklik qeydə alınmamışdır. Həyat yoldaşı ilə bir palatada qalan Müslümova Adilə Bəykəs qızı mərhum həyat yoldaşının vəziyyətində müsbətə doğru dəyişikliyin olmaması barədə xəstəxana rəhbərliyinə dəfələrlə məlumat verməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. 19.05.2023-cü il tarixdə xəstəxananın həkimi Eldar adlı həkim xəstənin artıq burada qalmasının mümkünsüzlüyünü deyir, yaşadığı ərazi üzrə xəstəxanada müalicəsinin davam edilməsinin məqsədəmüvafiq olduğunu bildirir. 19.05.2023-cü il tarixdə xəstəni yenidən Xaçmaz RMX-na yerləşdirirlər. Xəstə 02.08.2023-cü il tarixə qədər müalicə alır. Xəstənin vəziyyəti pisləşdiyinə görə yenidən Respublik Klinik xəstəxanasına göndərilir. Bir həftə mülaicə aldıqdan sonra 09.08.2023-cü il tarixdə vəfat edir.
Məhkəmə Tibbi Ekspertizasının ŞÜBHƏLİ rəyi
Şikayətçi bildirir ki, Məhkəmə Tibbi Ekspertizasının 09 sentyabr 2023-cü il tarixli 85/MEŞ nömrəli rəyi təəssüf doğurur. Müslümov Əlimət Hacıməhəmməd oğlunun almış olduğu xəsarətlər aşağıdakı ardıcıllıqla ekspert tərəfindən sənədlərdə göstərilir-Ağır açıq kəllə-beyin travması, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, alın cibinin hər iki divarının və sağ orbita divarlarının sınığı, hər iki beyin yarımkürəsinin ağır dərəcəli əzilməsi, sağ gicgah-bazal nahiyəsinin epidural, sol alın təpə-gicgah nahiyəsinin subdural hematoması, subaraxnodial qansızma, pnevmosefaliya, hər iki qarsıq sümüyünün yuxarı və aşağı şaxələrinin sınıqları, oma sümüyü və sol sirkə kasasının sınığı, 4 bel fəqərəsinin sağ yan çıxıntısının sınığı, sol tərəfli alın-təpə, üz nahiyəsində yumşaq toxumaların əzilməsi, hər iki göz orbitasına qan sızması, bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər. Törəmə müddətləri 15.01.2023-cü il tarixdə Xaçmaz RMX-na müraciət etməsindən bir qədər əvvələ uyğun gəlir. Yol-nəqliyyat hadisəsi zamanı yetirilə bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümə səbəbli əlamətləri yoxdur.
Elə buradan da görünür ki, Ekspert “nala-mıxa” tərəf yönəlir. Əvvəlcə xəsarətləri yazır, onun ağırlığını qeyd edir, sonra isə həyati təhlükəliliyindən bəhs edərək yekunda ölümə səbəb olaraq başqa xüsusatları yazır.
Müslümov Əlimət Hacıməhəmməd oğlunun ölümünün bilavasitə səbəbi qaraciyərin sirrozu ilə əlaqədar inkişaf edən kəskin qaraciyər çatışmazlığı kimi göstərilir. Rəydən də görünür ki, Ekspert ilk olaraq mərhumun xəsarətləri barədə tam ətraflı yazır və qeyd edir ki, bu xəsarətlər həyat üçün sağlamlığa ağır hallar yaradan təhlükəli xüsusatlardır. Amma, sonradan qaraciyər sirrozu diaqnozu peyda olur. Həkim manevr edir, yuxarıda yazdığı xəsarətləri sadaladıqca adam vahimələnir. Mərhumun əzilməyən və ağır xəsarət almayan nahiyəsi yoxdur. Başındakı xəsarətlər təkcə onun hayatına son qoyulmasına kifayət edir. Qarabağ qazisi, xüsusi təyinnatlı Polis dəstəsinin qəhrəman döyüşçüsünün bu acıncaqlı həyat hekayəsi polisin xidməti maşınla vurması və ekspertn saxta rəyi ilə sona çatır.
Vəkildən məsuliyyətsiz açıqlama
KİV-ri haqqında qanunna uyğun olaraq qarşı tərflə əlaqə saxladıq.Orxan Atamoğlanovun vəkili Vüsal Haçıyev bəzi açıqlamalar verdi. Amma hüquq müdafiəçisinin bu açıqlamaları onun rəsmi dövlət müəssissəsini ağır iddihamlarla yüklədi. “Mənim müdafiə elədiyim şəxs 80.000(səksən min) manat bu işdə xəstəxanalara pul xərcləyib, xəstənin palata pulu, həkim, tibb bacısı, xadimə və digər xərcləri üzərinə götürərək külli miqdarda pulundan keçib. Belə olmaz. İşdən də çıxardıblar. Daha nə istəyirlər”–deyə vəkil Vüsal hacıyev bildirdi.
Vəkil yəqin ki, 80.000 manatın qəbzini də özündə saxlayır. Yox əyər qəbz yoxdursa bu açıqlama hüqquşünasa yaraşmayan haldır. Nəzərə alsaq ki, xəstəxana dövlət xəstəxamasıdır. Məsuliyyətdən uzaq və dövlət orqanlarına qarşı ağır ittihamdır. (Bu barədə geniş yazı olacaq)
Saxta “notarial” öhdəlik
YPX-nin əməkdaşı vəziyyətin ağır olduğunu və işlərin yolunda getmədiyini anlayıb, yeni bir metoda əl atır. Zərərçəkmiş ailə ilə notarial qaydada öhdəlik sənədi təsdiq elətdirir. Kasıb və savadsız ailə bu sənədlərə və onların saxta canfəşanlığına inanıb onun bu hərəkətlərini normal hal kimi qəbul edirlər. Öhdəlikdə görün nə yazır.
Baş vermiş avtoqəza nəticəsində xəsarət almış Müslümov Əlimət Hacıməhəmməd oğlu sağalana qədər özünün və ailəsinin bütün xərclərini ödəməyə hazıram.
Əziz oxucular, görün keçmiş polisin qoruyucusu hansı variantlara gedib. əsl həqiqətdə isə şikayətçi bildirir ki, onlar nə bizə, nə də mərhuma köməkdarlıq etməyiblər. Birtərəfli öhdəliyin isə nə üçün alındığını işi araşdıran müstəntiqdən başqa heç kim bilmir. Ekspertin rəyi, avtotexniki müayinə və müstəntiqin rəylər üzərində gəldiyi qərar mərhumun oğlunu şikayət etməyə vadar edib.
Göstərilən ərazidə yerləşən kameradan da götürülmüş görntülərdən də görünür ki, “OBA Market”MMc-nin qarşısında sürətlə hərəkət edən YPX-nin maşını piyadanı yolun əks istiqamətində vurub. Avtotexniki baxışın nəticəsində də bu xüsusatlar göstərilib.

Tərəqqi.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milyard dollardan çox pul qoyulan Azərbaycan futbolu niyə can verir? - Tahir Süleymanov

Ötən gün millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya ilə qarşılaşdı və böyük əksəriyyətin gözlədiyi kimi məğlub oldu. Qrup mərhələsində növbəti dəfə bu rəqibə məğlub olduqdan sonra şübhəsiz, narazılıqların sayı bir qədər də artdı. Artıq zəif nəticələrdən bezən futbol ictimaiyyəti, azarkeşlər, mütəxəssislər və digər insanlar həm baş məşqçi, həm də komandanı bu vəziyyətdə görmək istəmirlər. Haqlı tənqidlər edilir və müxtəlif çıxış yolları təklif olunur ki, bunlardan biri də De Byazinin postundan ayrılmasıdır.

Bəs Tahir Süleymanov nə düşünür?

DİA.AZ bildirir ki, tanınmış futbol funksioneri, keçmiş FİFA referisi Qaynarinfo-ya açıqlamasında yığmanın nəticələrindən sonra təəssüratlarını bölüşüb:

"Millinin çıxışı ilə bağlı 1-2 oyun üzərində müzakirələr aparılmamalıdır, ümumi futbola, mövcud duruma kompleks yanaşma olmalıdır. Əgər Azərbaycan futbolunun dirçəlməsi, inkişafı istənilirsə…”

Süleymanov sözünün davamında hamının nəticələrdən narazı olduğunu deyib və bundan sonra De Byazinin Azərbaycanda işləməsinə gərək qalıb-qalmaması haqda düşüncələrini dilə gətirib:

"Nəticələrdən narazılıq haqlı olaraq illərdi davam edir. Bununla yanaşı, əcnəbi və ya yerli, fərq etməz, millinin baş məşqçi məsələsi də uzun illərdir müzakirə edilir. Adların əvəzlənməsi ilə nəsə dəyişirmi? Deməli, problem daha geniş, qlobal xarakter daşıyır. Məşqçi məsələsinin yenidən müzakirələri, böyük anlamda əlavə illərin itirilməsi deməkdir. Azərbaycan futboluna yanaşma, cavabdeh olan strateji beyinlər dəyişməyincə, belə də davam edəcək. Millidə o vaxt məşqçi məsələsi ciddi müzakirəyə çıxarılar ki, futbol strukturu, idarəçilik mexanizmi yerində olsun.
Ətraflı

Son iki tura baxış keçirib qardaş Türkiyə ilə paralellik aparaq. Uğursuz nəticələr fonunda hədəfə uyğun dərhal millinin baş məşqçi dəyişikliyinə gedildi və ardıcıl qələbələrlə Avropa çempionatının final mərhələsinə vəsiqə təmin edildi. Niyə? İnfrastruktur, çempionatın səviyyəsi yerində, xaricdə və daxildə yetişən futbolçular top-klublarda çıxış edirlər, azarkeş tələbi/dəstəyi inanılmazdır. Belə durumda məşqçi seçimi, ortaya qoyulan iş keyfiyyəti önə çıxır. Qəti addımlar, səhvlərdən nəticə çıxarılması dərhal geridönüşü təmin etdi. Azərbaycanda futbol idarəçiliyindən tutmuş uşaq futbolu, bölgələrdə şərait bir çox halda bərbad vəziyyətdədir. İlk öncə, bu problemlər həll edilməli, futbolda təfəkkür, strateji xətt dəyişməlidir, futbol təsərrüfatı uğuru təmin edə biləcək işlək mexanizmə çevrilməli, konveyer kimi çalışmalıdır. Milli komanda futbolun ən yüksək, son mərhələsidir. Azərbaycanda futbol nizamı yoxdursa, yığmanın baş məşqçi müzakirələri vaxt itkisidir, necə ki, illər itirilib. Heç olmasa, bundan sonra düzgün yol seçilməlidir”.

Keçmiş hakim azarkeşlərin millidən üz döndərməsinin günahkarının kimlər olduğu ilə bağlı sualı belə cavablandırıb:

"Azarkeşlər millidən üz döndərməyib, millini yığmaya çevirən, 20 ilə yaxındır ölkə futbolunu xarabalığa sürükləyən futbol cavabdehlərindən üz döndərib. Düşmənlər Ağdamı Xirosimaya çevirdikləri kimi, futbol başbilənləri də cavabdeh olduqları sahəni Naqasakiyə döndəriblər. Baxmayaraq ki, bu illər ərzində dövlət qayğısı, sponsorların sayəsində futbola toplam, AFFA, klublar, infrastrukturla birgə 100 milyonlar deyil, milyard dollar vəsaitdən daha çox sərmayə qoyulub, yatırım edilib. Azərbaycan şəŕtlərinə uyğun fantastik rəqəmdir. Yaradılan şəraitin qarşısında ölkə futbolu layiq olduğu tam fərqli yerlərə qalxmalıydı. Bunun əvəzinə isə, yanlış addımlarla, mənasız milliləşdirmələrlə, Avropa, Afrika, Cənubi Amerikanı təmsil etmiş oyunçulardan ən bərbad dünya yığması formalaşdırıblar. Vəsaiti doğru istiqamətə yönəltmək, bölgələrə sərf etmək, yerli futbol istedadlarını üzə çıxarmaq, yetişdirmək əvəzinə, milyonlar qitələrə səpələnib. Bu, azarkeşlərin milliyə laqeydliyi yox, futbolu idarə edənlərə qarşı birmənalı inamsızlığıdır.

Azarkeş millini bir qrup insanın əlində yığmaya çevrilmiş komanda yox, əsil milli görsə, münasibət fərqli olar, tribunalar tam dolar. Futboldan küsdürülən azarkeşin heç bir günahı yoxdur, günahkar futbolu bataqlığa gətirib çıxaran cavabdeh məmurlardır. Təəssüf ki, proses davam edir. Tək AFFA deyil, bir çox klublarda aparılan kadr "islahatları" onu göstərir ki, futbol düşünülmür, dövlətin ayırdığı vəsaitlə dost-tanış yığını "layihə"ləri davam edir. Qarabağımız, Şuşamız, Xankəndimiz, torpaqlarımız da azad edildi, futbol düzəlmədi. AFFA-ya rəhbərlik etdikləri dövrdə, federasiyaya cavabdehlər Avropaya, İsveçrəyə daha çox səfər ediblər, nəinki bölgələrimizə. Futbolda milli-mənəvi ideologiya ən üst səviyyədə olmalıdır. Dirçəlməsi üçün, öncə, Azərbaycan futbolu nəhayət ki, daxili işğaldan azad edilməlidir!”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerikdə NƏFƏSİMİZİ KƏSƏN KİMLƏRDİR? - NARAZILIQ VAR...

Lerik rayonunun meşələrində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayətlər səngimir. Rayon sakinlərinin bildirməsinə görə, meşələr ildən-ilə tükənir.

"Qızılağacın tamamilə yoxolma təhlükəsi var"
Adının çəkilməsini istəməyən sakinlərdən biri deyir ki, bəzi məktəblər, mavi yanacaq çəkilməyən kəndlər odunu meşədən aparırlar. Onun vurğulamasına görə, meşədə qiymətli ağaclar da ayrıca doğranıb satılır: "Oduncaq kimi daha çox dəmirağacına, nilə üstünlük verirlər. Bu ağaclar yaxşı yanır, közü olur. Qızılağacın tamamilə yoxolma təhlükəsi var. Mən başa düşmürəm ki, sənədsiz maşınlar ağacları uzaq məsafəyə necə aparırlar? Meşəyə nəzarət edənlər, yol polisləri var....".

Şikayətçilərdən biri də Lerik rayonu Mistan kənd sakini, sabiq meşə gözətçisi İdrak Qədimovdur. O, meşəni talayanlarla mübarizə apardığına görə işdən uzaqlaşdırıldığını iddia edir: "Meşə gözətçisi işləyirdim. İşlədiyim müddətdə töhmətim olmayıb. Meşədə qanunsuz ağacların kəsilməsinə yol vermirdim. Ərazidə fəaliyyət göstərən işbazların ayağını meşədən kəsdim, buna görə də məni ilişdirdilər. Meşədə məndən xəbərsiz ağac kəsdilər, yıxdılar boynuma. İşimi verdilər məhkəməyə. Mənə 2 il ev dustaqlığı kəsiblər, cərimə ediblər".

"Vaxtaşırı yaşıl ağaclar kəsilir"
Onun sözlərinə görə, meşənin talanmasına göz yuma bilmir, qanunsuzluqlarla bağlı əlində tutarlı faktlar var: "Kəndimizin yaxınlığında olan meşəni diqqətdə saxlayıram. Vaxtaşırı olaraq yaşıl ağaclar kəsilir. Əlimdə kifayət qədər sübut var. Regional idarəyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Çağrı mərkəzinə zəng etmişəm. Heç bir tədbir görülmür".

"Bir maşın ağacın qiyməti 2-3 min manatdır"
Lerik rayon sakini Mais Hüseyn də meşədə qanunsuz ağacların kəsilməsini pisləyir. O deyir ki, son aylar meşədən "işlik"(ağac material) daşıyan maşınların sayı da artıb: "Bir maşın ağac materialın qiyməti 2-3 min manatdır. Materiallar mebel fabriklərinə, tara sexlərinə və digər yerlərə daşınır. Burada böyük qazanc olduğu üçün çoxlarının əli var. İşlik daşıyan yük maşınlarını Brkandul və Vistən kəndlərin yollarında hər gün görmək olur. Bu maşınlar işbazlara məxsusdur. Onlara "gözün üstə qaşın var" deyən yoxdur".

Onun sözlərinə görə, Lerik meşələrində nəzarətsizlik var: "Belə hal 90-cı illərdə baş vermişdi. Kütləvi şəkildə meşələrdə qiymətli ağacları kəsib aparırdılar. İndi təkrar olunur. Bununla bağlı müxtəlif instansiyalara müraciət etmişəm, hələ ki, nəticəsi yoxdur".

Şikayətlərlə nə Daxil İşlər, nə də Ekologiya və Təbii Sərvətlər nazirliklərindən, hələlik, münasibət öyrənmək mümkün olub.

İcra hakimiyyətindən deyilənlər...
Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə deyir ki, rayonda 56 yaşayış məntəqəsi qazlaşdırılıb, 106 kənd yanacaq kimi odundan istifadə edir: "Qayda belədir ki, hər vətəndaş meşədən odun gətirmək üçün ödəniş etməlidir".

Müavin vurğulayır ki, belədə hər şey qanuni həyata keçirilir, qurumuş ağacların qalıqlarından istifadə edilir: "İstəsək də, istəməsək də, ağacların qanunsuz kəsilməsi halları baş verir. Regional idarədən deyirlər ki, belə hallar yoxdur. Rayona yeni polis rəisi gəlib, o, bu məsələlərə diqqət verir".

AzadlıqRadiosu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Səhərdən axşama qədər silah səsləri gəlir... - Ora quş gələr?!"

“Bir ara müxtəlif ölkələrdən Azərbaycana gəlib nadir heyvan ovçuluğu ilə məşğul olanların sayı artmışdı”. Bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib.

Deputat qeyd edib ki, onlar ov etməyə müəyyən vəsait ödəyir: “Heç o vəsaitin büdcəyə xeyri yoxdur. Amma təbiətimizi məhv edirlər. Bu vəziyyəti dəqiq təsəvvür edə bilmirəm. Lakin bununla bağlı şikayətlər var. O dəfə Qızılağac qoruğuna getmişdim. Elə bildim, orada müharibə gedir. Səhərdən axşama qədər silah səsləri gəlir. Ora quş gələr?!”

S.Rüstəmxanlı düşünür ki, xaricdən gələnlərin Azərbaycanda ov etməsinə qadağa qoyulmalıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Badamdarda məktəblə bağlı qalmaqal: - Direktorla sakin arasında nə problem var?

"Laçınlı məcburi köçkünlər üçün tikilən məktəbin direktoru mənə hədə-qorxu gəlir".

Bunu Qaynarinfo-ya açıqlamasında Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Topçubaşov küçəsi, 159 saylı fərdi evin sakini Zəminə Zahirova deyib:

"15 ildir ki, qorxu içindəyəm. Evlərin arasında 2-3 otaqlı bir yer tikilib və oranı məktəb ediblər. Susurdum, fikirləşirdim ki, qonşudurlar, qaçqındırlar və s. Məktəbin qapısını mənim evimə birləşdiriblər. Qorxulu məqamdır, qapıya bir maşın dəysə, evim uçulacaq. Məktəbdə kanalizasiya yox idi, oradan axan su birbaşa mənim həyətimə yığışırdı. Biz uçurumda yaşayırıq. Dözə bilmədik, şikayət elədik. 10 gün bundan əvvəl gəlib kanalizasiya xətti çəkilib. Amma bilmirəm ki, bu xətt qanunidir, ya yox".

Şikayətçi qeyd edib ki, məktəbə avtomobili ilə gələn vaideyn və müəllimlər onu narahat edir:

"Evimə nə qapı qoya, nə də hasar çəkə bilirəm. Hər dəfə məktəbin darvazası açılanda, evimə ziyan dəyir. Məktəbin darvazası niyə mənim evimə birləşməlidir? Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etmişəm, amma hələ cavab verilməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət etdim. Oradan nümayəndə gəldi və bildirdi ki, kanalizasiya çəkilməsə, burada qala bilməyəcəksiz. "Azərsu”un nümayəndəsinin iştirakı olmadan kanalizasiya xətti çəkdirdilər”.

Zəminə Zahirova deyib ki, məktəbin direktoru ona hədə-qorxu gəlir:

"Deyir ki, mən belə işləyirəm. Elm və Təhsil Nazirliyi ona deyib ki, get qonşunu narahat elə, evini kanalizasiya suyu ilə doldur? Məktəbin yaxınlığında başqa orta məktəb var, hər cür də şəraiti var, niyə həmin şagirdlər gedib orada oxumurlar? Yollar da bərbad vəziyyətdədir. Ona təklif onunub ki, həmin məktəbə köçsün, amma direktor razılaşmayıb. Niyə? Nə maraqları var? Gör, nə qədər sakini narahat edir. Xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilsin”.

Məktəbin direktoru Piyalə Xudayarova Qaynarinfo-ya açıqlamasında məktəbin 2006-cı ildən fəaliyyətdə olduğunu bildirib:

"Rəhbərlik etdiyim müəssisə 9 illik məktəblər arasında ikinci yerdə durur. Məzunlarımızın sorağı ADA Universitetindən gəlir. Bunların hər biri bizim uğur və naliyyətlərimizdir. Fəaliyyət dövründə heç kim deyə bilməz ki, bizin məktəb kiminsə, hansısa bir valideynin narahatçılığına səbəb olub. Kollektiv əsasən şəhid ailələridir. Məktəbin həyətində şəhid xatirə lövhəsi tikilib. Bununla bağlı bütün dövlət orqanlarına məlumat verilib, hara lazımdırsa yazılıb. Zəminə xanım bizi narhat edir, dövlətin işini pozur. Kollektiv olaraq məsələ ilə bağlı narahat oluruq. Müraciət olunan orqanlardan gəlib baxış keçiriblər. Görüblər ki, bizim heç bir kanalizasiya xətti onların həyətinə axmayıb”.
Badamdarda məktəblə bağlı qalmaqal: - Direktorla sakin arasında nə problem var?
Badamdarda məktəblə bağlı qalmaqal: - Direktorla sakin arasında nə problem var?

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şirkətlər “RabitəBank”dakı pullarını çəkməyə davam edir - NƏ BAŞ VERİR?

“RabitəBank”ın öhdəliklər cəmi 40 milyon 890 min manat və ya 4.84 faiz artaraq 884 milyon 284 min manata çatıb.

Xalqxeber.az Kommersant.az-a istiinadla xəbər verir ki, bu artımda depozit portfelinin payı 68.85 faiz olub. Belə ki, bankın depozit portfeli 9 ay ərzində 28 milyon 153 min manat və ya 4.63 faiz artaraq 635 milyon 157 min manata yüksəlib. Fiziki şəxslər banka yerləşdirdikləri əmanətləri 62 milyon 964 min manat artıraraq 379 milyon 996 min manata çatdırıb. Buna baxmayaraq digər rüblərdə olduğu kimi hüquqi şəxslər “RabitəBank”dakı əmanətlərini geri götürməyə davam edir. Belə ki, şirkətlərin banka yerləşdirdikləri depozitlərin həcmi 9 ay ərzində 34 milyon 812 min manat və ya 12 faiz azalaraq 255 milyon 160 min manata enib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni qanunla fərdi taksiləri nələr gözləyir? - Ekspert danışır...

İllərini taksiyə həsr etsələr belə, xüsusi təlimdən keçməyən sürücülər taksi sürə bilməyəcəklər. Oktyabrın 1-dən qüvvəyə minən “Avtomobil nəqliyyatı haqqında” qanun taksi fəaliyyətinə dəyişiklik gətirib. Dəyişikliklərə görə, taksi sürmək üçün xüsusi icazə vərəqəsi alınmalıdır. İcazə vərəqəsi üçün sürücü ödənişi 76 manat olan 5 günlük təlimi uğurla başa vurmalıdır. Həmçinin sürücü taksi ilə sərnişindaşımaları üçün buraxılış vəsiqəsi və buraxılış kartı üçün ümumilikdə 150 AZN ödəməlidir. Taksi fəaliyyətinə icazə 7 il müddətinə verilir.

Heç bir xarici şirkətə bağlı olmayıb, fərdi çalışan sürücülər yeni qanunun tələblərindən narazıdır. Gediş haqqını müəyyən etmək üçün taksilərə rəqəmsal taksoqraf və taksometr cihazları quraşdırılmalıdır. Fərdi işləyən taksilər bu xərcləri özləri qarşılamalıdırlar.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, reys qabağı avtomobil texniki müayinədən, sürücülər isə tibbi müayinədən keçməlidirlər. Məcburi köçkün düşəndən Bakıda ailəsini dolandırmaq üçün məcburiyyətdən taksi sürücüsü işləyən Elbrus Məmmədov yoxlanışların hər gün keçirilməsinin texniki çətinliklərindən danışır. Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri sürücülərə qanunun qüvvəyə minməsilə bağlı xəbərdarlıq mesajı göndəriblər.

Təlimdən keçməyib, icazə vərəqələri almayanların proqramları bağlanacaq. Yerüstü Nəqliyyat Agentliyi bildirir ki, taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsinə, qeyri-formal məşğulluğun qarşısının alınmasına hədəflənib. 2024-cü il yanvarın 1-dən taksi fəaliyyətilə bağlı qanuna gətirilən dəyişikliklərə əməl etməyənləri cərimələr gözləyir. //meydanV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“2026-cı ilin sonunda Füzuli rayonunda 22 min insan yaşayacaq”


“Füzuli indi tamamilə yenidən qurulur. Dünən burada olarkən bir neçə önəmli obyektin təməlini qoyduq. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu”.

Bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq”, - deyə dövlət başçısı vurğulayıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO