[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cənub bölgəsi: Əlini qatla ki, başçılardan biri işə yarayır... - FAKT BUDUR!

Belə bir el deyimi var, "xalqın mədəniyyəti yoldan başlayır".

Bu məsəldə sürücü və piyadaların hərəkətləri ilə yanaşı, yolların səliqə-sahmanı da nəzərdə tutulur. Təəssüflə bildiririk ki, dünya ölkələrinin ayda su axtardığı 21-ci əsrdə, ölkəmizin bir çox bölgələrinin - xüsusilə cənub bölgəsinin yolları paytaxtın Neftçilər prospekti qədər şanslı deyillər. Belə ki, bu barədə zaman-zaman bir çox yerli mətbuatda tənqidi materiallar yayımlanır.

Hətta, yaxınlarda Cəlilabad rayonundan olan Şəhid Nəcməddin Quliyevin şəhadətindən əvvəl qan pulu ilə yaşadığı kəndin yolunun çəkilməsini vəsiyyət etməsi, onun ömrü boyu yolsuzluqdan əziyyət çəkməsinin göstəricisi idi.

Bundan əlavə, Lənkəran rayonunun Alazəpin kəndindən "DogruXeber.az"a müraciət edən şəhid Raqim Hadıyevin anası Nəzakət xanım Hadıyeva da yolsuzluq problemindən gileylənirdi və bildirirdi ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı hələ üç il əvvəl kəndin yollarının çəkiləcəyinə söz verib və bir daha o kəndə getməyib. Elə bu səbəbdəndir ki, Raqim Hadıyevin heçolmasa istər doğum günlərində, istərsə də anım günlərində kimsə gedib onun evini, məzarını ziyarət edə bilmir.

Şəhid anasına söz verən başçıya 3 ildir sözünü tutmağa nə mane olur? - VİDEO

Astara rayonunun Ərçivan qəsəbəsindən Fuad Nuriyev adlı qəsəbə sakini palçıqlı bərbad küçələri lentə alaraq, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanması üçün redaksiyamıza göndərib.

Görüntülərdə az yağışdan sonra bataqlığa dönüşmüş qəsəbə yolları sakinlərin hansı əziyyətlər çəkdiyini deyir. Görüntüləri qeydə alan Fuad Nuriyev onu da bildirir ki, Ərçivan bələdiyyəsinin sədri su kanalını torpaqla doldurub torpaq sahəsi kimi vətəndaşlara satıb.

Həmçinin Yardımlı rayonunun Separadi kənd sakini Hüseynov Mərahim bir qrup kənd sakinləri adından "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, kəndin yollarının palçıqlı, keçilməz vəziyyətindən gileylənib. Bildirir ki, şəhid Müdrət Ağayev adına kənd orta məktəbinə gedilən yol azca yağış yağan kimi palçıq və gölməçələr səbəbilə gedilməz hala gəlir.

Məktəblilər və müəllimlər məktəbə "qaloş" və "sapoq" deyilən rezin çəkmələrlə məktəbə getmək məcburiyyətində qalırlar. Susuzluq problemi yaşayan kənd sakinləri uşaqlarının palçığa batmış paltarlarını yumağa su tapmırlar ki, bu da Separadi kəndinin daha bir dərdidir.
Cənub bölgəsi: Əlini qatla ki, başçılardan biri işə yarayır... - FAKT BUDUR!
Cənub bölgəsi: Əlini qatla ki, başçılardan biri işə yarayır... - FAKT BUDUR!

Mərahim Hüseynov bildirir ki, onlar illərdir ki, susuzluq problemi yaşayırlar və illərdir ki, aidiyyatı qurumlara müraciət edə-edə qalıblar. Nəhayət, 2017-ci ildə ölkə başçısının tapşırığına əsasən aidiyyatı qurum tərəfindən kəndin yaxınlığına su xətti çəkilib. Lakin, sakinlərin su sevinci yarımçıq qalıb. Kəndin yaxınlığına çəkilən su xətti elə oradaca dayandırılıb və istəyən hər kəsin öz vəsaiti hesabına evinə xətt çəkdirməli olduğu deyilib. Su sarıdan illərin min bir əziyyətini çəkən yerli sakinlər "buna da şükür" deyib, varını-yoxunu xərcləyib, su xətlərini öz vəsaiti hesabına çəkdiriblər, amma ki, bu 6 ildə o, xətlərlə onların evinə bir damcı da su gəlməyib. Çünki, aidiyyatı qurum "Azərsu" ASC-nin Regional nümayəndəsinin yayda onlara verəcək su olmadığı üçün, Separadi sakinlərini suya abunə edə bilmədiklərini deyib.

Qeyd edək ki, Mərahim Hüseynovun sözlərinə görə bu barədə kənd sakinləri aidiyyatı qurumlara dəfələrlə rəsmi müraciət ediblər, həmçinin Yardımlı rayonunu Milli məclisdə güya təmsil edən Millət vəkili Musa Qasımlıya məlumat verib, ondan köməklik istəyiblər.

Elə canlı yayımdaca Millət vəkilinin sözügedən problemlərlə bağlı hansı addımlar atdığını və hər hansı bir nəticənin olub-olmadığını öyrənmək məqsədilə, "DogruXeber.az" informasiya agentliyinin rəhbəri - eyni zamanda, "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramının aparıcısı Kamal Əsgərov millət vəkili Musa Qasımlıya zəng etdi. Millət vəkili zəngin haradan gəldiyini eşidən kimi toyda olduğunu bildirdi və məsələyə aidiyyatı olmasa da aid etməyə çalışdığı 3-5 kəlmə ilə sağollaşmağa çalışdı. Rayonun mövcud problemləri ilə bağlı hansı addımları atdığı və nə kimi nəticələrə nail olduğu barəsindəki suala "aidiyyatı üzrə müraciət etmişik, inşallah yaxşı olar" deyə, arzularla sağollaşdı...

Belə olan halda isə cənub bölgəsinə sözün əsl mənasında adamın ürəyi ağrıyır. Yol yox, su yox, hətta Cəlilabad rayonunun Darılıq kəndinin sakini Əli Qurbanovun redaksiyamıza bildirdiyinə görə onların kəndində, eləcə də Lerik rayonunun bəzi kəndlərində məktəb belə yox... Adam özünü lap, 20-ci əsrin əvvəllərində hiss edir...

"Allah səbr versin" desək, cənub bölgəsinin sakinlərinə "bəd dua" etmiş olarıq bəlkə də, görün neçə illərdir ki, onlar səbr edir?! Dəyişən isə sadəcə rayonların rəhbərləridir, rayonlarda heç nə...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SOCAR yeni şirkət yaradıb - qanuni təmsilçisi Fərid Hacıyevdir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "SOCAR Projects International" MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni kommersiya qurumu Dövlət Neft Şirkətinin (SOCAR) vaxtilə baş ofisinin yerləşdiyi, hazırda şirkətin "Azneft" İstehsalat Birliyinin ofisinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Fərid Məzahir oğlu Hacıyevdir. //report//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Evini su yuyub apardı, “qənaətbəxşdir” dedilər - Sabirabadda analoqu olmayan hadisə…

Sabirabad rayonu, Yaxabeşdəli kənd sakini Səmədov Pərviz Əlişəfa oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Kür çayının daşması ilə əlaqədar evi ciddi zədələnsə də, rəsmi qurumlar yaşayış evinin vəziyyətini “qənaətbəxş” hesab ediblər:

"Mən, Səmədov Pərviz Əlişəfa oğlu, başıma gələn haqsızlığı işıqlandırmağınızı sizdən xahiş edirəm.

Təbii fəlakət, daha dəqiq desək Kür çayının daşması nəticəsində yaşayış evim yararsız vəziyyətə düşdü. Bununla əlaqədar müvafiq qurumlara müraciət etdim, baxış keçirildi və dəyən zərəri gördülər. Bir müddət sonra tikinti başlayacaqdı, lakin fikirlərini dəyişdilər, heç bir köməklik göstərmədilər. İndi heç qəzalı vəziyyətdə olan ev də yoxdur, qalmayıb, su yuyub aparıb.

Dövlət tərəfindən qarşılanmasın deyə, bəzi məmurların saxtakarlığını sizə sübüt edirəm. Hadisədən 10 il keçib, mənə indi məktub göndəriblər ki, “bizə təqdim etdiyiniz sənədlərə əsasən sizin fərdi yaşayış evinin vəziyyəti qənaətbəxş hesab edildiyindən, tərəfimizdən hər hansı bir tədbirin görülməsinə əsas yoxdur”.

Qeyd etdiyim kimi, hadisədən 10 il keçib artıq qəzalı vəziyyətdə olan ev yoxdur, qalmayıb, bunlar hansı “qənaətbəxş” hesab edilən evdən danışırlar, biz bilmirik”.
Evini su yuyub apardı, “qənaətbəxşdir” dedilər - Sabirabadda analoqu olmayan hadisə…
Evini su yuyub apardı, “qənaətbəxşdir” dedilər - Sabirabadda analoqu olmayan hadisə…

Redaksiyadan: Rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuz sakini ACINACAQLI DURUMDA... - İCRA BAŞÇISI İSƏ...

Tovuz sakinin yaşadığı ev və şərait görənləri dəhşətə gətirib.

Xalqxeber.az Tribunainfo.az-a istinadla xəbər verir ki, Tovuz rayonunda yaşlı tənha qadın uçub dağılmaq üzrə olan daxmada yaşamaq məcburiyyətindədir. Günlərdir sosial şəbəkələrdə paylaşılan və müzakirə olunan sakinin uçmaqda olan evindən Tovuz Rayon İcra Hakimiyyətinin isə ümumiyyətlə xəbəri yoxdur.
Acınacaqlı vəziyyətdə yaşayan qadın kömək istəyir. Qarşıdan qış gəlir. Onun yaşadığı evin isə nə divarları salamatdır, nə qapısı, nə də pəncərələri. Evin tavanı uçub, döşəməsi yoxdur. Yaşlı qadının nə yatmaq üçün, nə də oturmaq üçün yeri var.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki Qazi atasından alınan RÜŞVƏT GERİ QAYTARILDI - "Demişdim o pulu sizə yedirtməyəcəm"

Babək rayon Nehrəm qəsəbə sakini Kamran Teymurbəylidən avtomobili öz adına qeydiyyata saldırmaq üçün alınan 510 manat rüşvət geri qaytarılıb. Həmin məbləği ondan BYPİ-nin „Meyvəli terminal ərazisindəki“ qeydiyyat-imtahan şöbəsinin əməkdaşları ötən həftə almışdı. Bu haqda „Gündəlik Naxçıvan“a Kamran Teymurbəylinin özü məlumat verib.
O bildirir ki, „Gündəlik Naxçıvan“ problemi işıqlandırdıqdan dərhal sonra şöbə əməkdaşları ona zəng edərək, anlaşılmazlıq olduğunu bildiriblər:
“Dedilər ki, əməkdaş səhv edib. Məndən üzr istəyib, aldıqları pulu geri qaytardılar. Etibarnamənin vaxtına üç gün qalırdı deyə, məcbur o pulu vermişdim. Yoxsa, aldığım maşın əlimdən çıxacaqdı. Mən halal pul qazanan adamam. Demişdim o pulu sizə yedirtməyəcəm, elə də oldu. Qeydiyyat və nömrə
üçün 100 manata yaxın qanuni dövlət rüsumunu saxlayıb, gerisini özümə qaytardılar”.
İki qazi atası olan Kamran Teymurbəyli problemlə bağlə bir neçə gün öncə „Gündəlik Naxçıvan“a müraciət etmişdi. O öz müsahibəsində prezident İlham Əliyevə müraciət edərək, ondan alınan artıq pulun geri qaytarılmasını xahiş etmişdi. //„Gündəlik Naxçıvan“//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nizaminin icra başçısı rayonu GİZLİCƏ SATIR... - BU DA FAKT!!!

2015-ci ildə baş verən devalvasiyalardan öncəki plana görə, Bakıda və Bakıətrafı qəsəbələrdə 5 mərtəbəli binalar sökülməli idi. Çünki “xruşşovka”, “stalinka” kimi adlanan bu binalar istismar müddətini başa vurmuş hesab edilir. 2016-cı ildə Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarına əsasən adları qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulub.
Nizaminin icra başçısı rayonu GİZLİCƏ SATIR... - BU DA FAKT!!!

Pilot layihələrə əsasən 5 il müddətində Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 ev sökülməli idi. Hazırda bu qərara müvafiq olaraq Bakının müxtəlif rayonlarında pilot layihələr həyata keçirilir.

Lakin qəzalı binaların söküntüsü ləngiyir. Manatın devalvasiyasına qədər bu məsələ çox aktual idi. Lakin sonradan yəqin ki, vəsait çatışmazlığı baxımından məsələ bir qədər öz aktuallığını itirdi. ”Xruşşovka"ların sökülməsi və onların yerində binaların tikilməsi üçün iş adamlarına hazırda icazə verilir. Dövlətin bura vəsait qoyması, düşünürəm ki, bugünkü gün üçün real deyil. Çünki hazırda dövlətin başqa maliyyə yükləri kifayət qədər böyükdür.

Paytaxtın Nizami rayonunda qəzalı vəziyyətdə olan binalardan biri də Qara Qarayev prospekti – 66 ünvanda yerləşir. Maraqlıdır ki, həmin binanın 14-cü mənzilinin qarşısında, təyinatı hələlik məlum olmayan obyektin inşasına başlanılıb və tikinti üçün material tökülüb. Uşaqdan-böyüyə hamıya məlumdur ki, rayon rəhbərliyinin xəbəri olmadan ikicə dədə daşı belə bir-birinin üstünə qoymaq olmaz. Deməli, qeyri-rəsmi də olsa, tikintini aparmaq istəyən şəxsə icazə verilib. Bu isə binanın söküləcəyinə və yeni mənzillərlə təmin olunacaqlarına ümid edən sakinlərin narazılığına səbəb olub. //azerinfo.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovun “sağ əli” – Azər Zeynalov vəzifəsini necə qoruyur?


Uzun illər Naxçıvanda fəaliyyət göstərən və Vasif Talıbov çetesi tərəfindən əmlakı zorla əlindən alınan Türkiyəli iş adamı Ali Serdar Oba öz əmlakının geri qaytarılması tələbi ilə Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

DİA.AZ-ın Ovqat.com-a istinadən məlumatına görə, iş adamı şikayət ərizəsində başda Vasif Talıbov və övladları Seymur və Rza Talıbov olmaqla onun haqqını yeyən bütün məmurların cəzalandırılmasını tələb edib.

Vasif “xan” Naxçıvanının reallıqlarına işıq salan məktubu nöqtə və vergülünə toxunmadan yayımlayırıq

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
İNZİBATİ -İQTİSADİ MƏHKƏMƏSİNİN
SƏDR- CƏNAB HİCRAN MURADOVA
NAXÇIVAN ŞƏHƏR QARAXANBƏYLİ KƏNDİ İKİNCİ KÜÇƏ EV 6 DA QEYDİYYATDA OLAN TÜRKİYƏ VƏTƏNDAŞI ALİ SERDAR OBA TƏRƏFİNDƏN ŞİKAYƏT
MYİ №0597810
Tel: 050 322 64 50
Tel: 0090 542 531 44 41



Naxçıvan Muxtar Respublikasında Vasif Talıbov dövründə rəhbərlik etdiyi hakimiyyətin 2007 ildən 2023 cü il tarixinə qədər olan tarixlər içərisində pozulmuş insan hüquq ve azadlıqlarının bərpası məqsədi ilə Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına uygun olmayan fəaliyyətlər səbəbindən gördüyüm haqsızlıqlara görə.

Vasif Talıbovun Naxçıvan MR nı idarə ettiyi dövrdə bütün varidatımı zorla əlimdən alıb və qanunsuz olaraq məni deport etdirdiyi üçün 09 iyul 2023 tarixli Azərbaycan Respublikasının baş prokurorluğuna şikayətimlə əlaqədar müraciət etdim. Şikayetimdəki bütün sübutlarıda ədliyyə müfettişlerine təqdim etdim. Yoxlamalar nəticəsində aparılan 232006021 №li cinayət işi açılmış və aidiyyatı üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququmun olduğu mənə bildirilmişdir.

Şikayətimin Naxçıvan İnzibati Məhkəməsinə verməyimin səbəbi Vasif Talıbov bu qədər haqsızlıqları ve dövlət təşkilatındakı qanun adamlarını bilərək ve istəyərək qanunsuz fəaliyyet göstərməyə məcbur etmişdir.

Vasıf Talıbov hər ne gədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi bir dövlət başçısı Səlahiyyəti almış olsada fəaliyyətləri tamamile qanunlara zidd olan tam bir cinayətkarlıq sisteminə çevirmişdir

1 - Naxçıvan Ədliyyə Nazirliyi

2 - Naxçıvan Migrasiya İdarəsi

3 -Naxçıvan İqtisadi İnkişaf Nazirliği

4 - Naxçıvan Qostandart

5 - Naxçıvan Vəkillər Kollegiyası

6 - Naxçıvan Şəhər Məhkəməsi

7 – Naxçıvan Ali Məhkəməsi

8- Naxçıvan İqtisadi İnzibati Məhkəməsi

9- Naxçıvan Baş Prokurorluğu

10 - Naxçıvan Daxili İşlər Nazirliyi

Naxçıvan Muxtar Respublikasının öz maddi imkanları ilə istehsal edən ilk xarici iş adamıyam. Umid edirdimki, uğurlu fəaliyyətlərimiz bundan sonrakı iş adamları üçündə nümunə olacaq Naxçıvanın inkişafında böyük rol oynayacaqdır, ancaq dövlət məmurları Vasif Talıbovdan aldığı əmrlər nəticəsində mənə qarşı qanunsuzluqlar edərək mənə zülm etmişlər.

Vasif Talıbov cinayətlərini gizlədə bilmək və mənə qarşı edilən haqsızlıqların və qanunsuzluqların Azərbaycan Respublikasında bilinməsini əngəlləmək üçün bütün qohum əqrəbalarına ve ailəsinə yaxın insanlara yüksək vəzifələr verərək işlədikləri cinayətlərin, vəzifələrindən istifadə edərək, etdikləri qanunsuzluqların Azərbaycan Respublikasında bilinməsinə mane olmuşdur.

Hər nə gədər internet yolu ilə Azərbaycan Respublikasının Prezident Aparatına şikayətlər göndərmiş olsamda heç bir müraciətim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmamıştır.

Vasif Talıbovun qurmuş olduğu sistem sayəsində müraciətlərimiz prezident aparatına göndərilmək əvəzinə təkrardan Naxçıvan Ali Məclisinə göndərilmiş Azər Zeynalovun rəhbərliyinə şikayət eden şəxslər Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən işgəncələrə məruz qalmış və Vasıf Talıbovun qardaşı Baş prokuror müavini Məhərrəm Talıbov tərəfindən bütün maddi imkanları əlindən alınaraq Türməyə göndərilmiş və yaxud dəlixanaya yerləşdirilmişdir. Vasif Talıbovun qanunsuz tələblərini yerinə yetirmediyim üçün:

2007-ci ildən 2023- cü illəri arasında bu zülmlərə məndə məruz qaldım.

2007-ci ildən 2012-ci ilinə qədər Naxçıvan Qostandart İdarəsinin Rəisi Rzayev Malik İbrahim oğlu tərəfindən dövlətə ödənəcək rüsum adı altında dövlət zoru ile 600.000$ (altı yüz min dollar) ödədim. Daha artıq pul istədikləri və verə bilmədiyim üçün plastik tullantılarının yenidən emalı ve xortum sexim ilə bərabər Türk məscidi yanındakı tikinti materialları satışı mağazam ganunsuz olarak dövlət zoru ilə 2 il möhürləndi, ve daha sonra pul aldıqları haldq mənə Qostandart istehsal lisanziyası vermədi.

Dəfələrlə müraciət etməyimə baxmayaraq seximin Qostandartlara uyğun olmadığı deyilərək fəaliyyətlərim qanunsuz dayandırıldı.

Həmin sexi Bulaq MMC-nin sahibkarları həmin Gostandarta müraciət etdiler və onlara uyğunluq sertifikatı verildi ve İqtisadı İnkişaf Nazirliyi tərəfindən 500.000$ (beş yüz min dollar) kredit ayrıldı. Daha sonraları həmin sexin pulunu mənə ödəmədikləri üçün məndə həmin sexi geri aldım. Nəticədə Qostandart yenə mənə istehsal lisenziyası vermədi ve istehsal avadanlıqlarımı fəaliyyət göstərə bilmeyim deyə möhürlədilər və istifadəyə uyğun olmadığını dedilər, buna görədə Qostandart idarəsinin rəhbərliyindən və işçilərindən mənə vurduğu ziyana göre şikayətçiyəm.

2007-ci ildən 2012-ci ilə qədər Ordubad Parağaçay mədənlərini Vasif Talıbov rəhbərliyində İnkişaf Naziri Famil Seyidov nəzarətində xarap olmuş mədən şaxdalarını təmir edərək 2.048.000$ (iki milyon qırx səkkiz min dollar) pul xərcləyərək 22 milyard $ (iyirmi iki milyard milyard dollarlıq) mədən rezervini ortaya çıxardım. ve Naxçıvan rəhbərliyinə bu mədənin işlədilməsi üçün xaricdən sərmayə gətirmək üçün xarici holdinqləri razı saldığım halda Famil Seyidov, Azer Zeynalov mədən haqqındakı mənim verdiyim gizli sirləri öyrəndikdən sonra Vasif Talıbovun tapşırığına görə fəaliyyətimizi dayandırdı. Famil Seyidov dediki:

Mədən adı çəkmə, Cənab sədr deyirki, mədəni özümüz işlədəcəyik. Mənim 5-il müddətində mədən üçün etdiyim araşdırmanın dəyəri 20.000.0000$ (İyirmi milyon dollardır)

Daha önce Türkiye Cumhurbaşkanı Abdullah Gülə də mədənin işlədilməsini bizim üçün verileceyini, daha sonra ən çətin işlərini həll olduğunu görüp geri aldığı üçün Famil Seyidov, Azer Zeynalov ve Vasif Talıbovdan şikayətçiyəm.

Keçmiş Naxçıvan KGB Naziri Vəli Ələsgərova Parağaçay mədənindən mənim əl çəkməyimi və bu səbəblə başqa işlər görməyim üçün Vasif Talıbov tərəfindən təlimat verildiğinə görə ayri işlər görməyə məcbur edildim.

Həmin vaxtlardakı Nəqliyyat Naziri Mir Sənani Seyidovun təsdiq ettiği, lisenziyasını verdiyi Metro Turizm və OBA GROUP MMC adına 5 illik dövlətlərarası avtobuslarla sərnişin daşıma icazələrini aldım, lakin 46 gün işləyə bildik. 46 gün sonra fəaliyyətimizi Nəqliyyat Naziri Mirsənani Seyidov dayandırdı. Vasif Talıbovun tapşırığı ilə mənə icazəsi verilən Metro Turizm lisenziyasının Nəqşicahan Holdinq tərəfindən işlədiləcəyini ve birdaha aftovağzala və firma ile yaxınlıq qurmamı dövlət zoru ile əlimdən alındığı bildirildi. Mən həmin iş üçün 105.000 $( yüz beş min dollar) pul xərcləmişdim.

2015-ci ildən 2021- ilə qədər 5 il lisenziyasını aldığım halda işlətməyimə imkan verilmədiyi üçün Mir Sənani Seyidov ve Vasif Talıbovdan şikayətçiyəm.

Əli Ələsgərov ilə şərik açdığımız Şərur Gümüşlüdəki Arpaçay Balıkçılık MMC yə 413.000$ (Dörd yüz on üç min dollar) pul xərcləyərək əla balıqçılık sistemi qurduq. Vasif Talıbovun oğlu Rıza Talıbov tərəfindan zorla 2016 ildə əlimizdən alınan balıqçılık çiftliği Şərur rayon sakini Gagaş .....a hədiyyə etti. Bu sebepten Rıza Talıbov və Vasif Talıbovdan şikayətçiyəm.

2016- cı ilin əvvələrində Babək rayon Qoşadizə kəndində yerləşən Bulaq MMC-nin sahibləri Əli Ələsgərov və Yusif Babayevə aid çörək zavoduna plastik tullantılardan yeniden emal sexini köçürmüşdüm. Öz şirkətimə Qostandart idaresi lisenziya vermediği üçün fəaliyyətim dayandırılmışdı. Bulak MMC-nin sahibləri ilə 250.000$ (iki yüz əlli min dollar) qarşılığında plastik boru sexini ümumiyyətlə satmağa razılaştıq. Tam pulumun ödənməsi zamanında Bulak MMC-nin sahibləri ilə Naxçıvan rəhbərliyi arasında problemler yarandı. Mənə məxsus xortum sexim menim razılığım olmadan 2016-cı ildə Babək rayon İcra hakimi tərəfindan Vasif Talıbovun tapşırığı ilə qanunsuz olarak Nehrəm sakini Şəhriyar Səfərova satıldı . Menim qanuni əmlakım dövlət zoru ilə əlimdən alındı.

Buna görə də 2016 ildəki Babək Rayon İcra hakimindən və Vasif Talıbovdan şikayətçiyəm.

Mənə edilən bu haqsızlıkların düzəldilmesi üçün məhkəmələrə müraciətlər ettim. 2018 ci ildə Naxçıvan İnzibati İqtisadi məhkəməsində Faiq Heydərov hakimliyində məhkəmələrimiz oldu. Faiq Heydərov Naxçıvan Ali Məclisi tərəfindan təcili olaraq iş maşınlarımın geri qaytarılmasını barışq sazişi bağlanılmasını iş avadanlıqlarımı geri qalan mənim razılığım olmadan mənnən alınıb başqalarına satılan 91.600 $ ( doxsan bir min altı yüz dollar) dəyərindəki malların yada pulun qaytarılması işinə daha sonraki proseslərdə baxılacağını bildirərək qərar verdi. Daha sora müraciət etdiyimdə sənədlərə xitam verildiyini artıq heç bir tələbimin olamayacağını mənə bildirdi.

2018- ci ildən bu günə qədər haqqıma çata bilmək üçün 100- ə yaxın məhkəmə prosesi keçirməyimizə baxmayaraq haqlarımı ala bilmədim.

Bu səbəbdən 391.600 $ (üç yüz doxsan bir min dollarlıq) mənə vurulan ziyana görə İnzibati İqtisadi məhkəməsi hakimi Faiq Heydərovdan, və Vasif Talıbovdan şikayətçiyəm.

Naxçıvan Şəhər məhkəməsində bu işlə bağlı verilən qərarlarla bağlı Naxçıvan Şəhər məhkəməsi hakimlərindən

Naxçıvan Ali Məhkəməsində başda Vera Kərimova olmaqla digər məhkəmədə mənə qarşı haqsız qərar verən digər hakimlərdən və Vasif Talıbovdan şikayətçiyəm.

Gördüyüm haqsızlıqlara qarşı yorulmadan mücadilə etdim. Məhkəmələrin Azərbaycan dövləti adına verdiyi qərarlar olduğu halda əgər Naxçıvan da haqqımı ala bilməzsəm Bakıdan yanlışlıqların düzəldiləcəyinə inanırdım. Yorulmadan bezmədən 8 il boyunca məhkəmələrdə mücadilə verərkən əldə etdiyim sübutları məhkəmələrə təqdim etməyimə baxmayaraq haqlılığımı sübuta yetirə bilmədim məhkəmələr yolu ilə haqlılığımı gecikdirməyə məni bezdirməyə çalışdılar

Ədliyyə Nazirliyi və məhkəmələr dövlətin qanunveriliciyinə ləkə gətirəcək haqsızlıqlar etdilər. Vasif Talıbovun cinayətlərini gizlədə bilmək üçün Naxçıvandaki bütün dövlət idarələri o zamanki Daxili İşlər Naziri Fazil Ələkbərov və Baş prokuror Məhərrəm Talıbov tərəfindən idarə edilirdi. Məhkəmələrdə haqsızlıqlarla mücadilə verərkən Türkiyə Konsulluğu İşçiləri nəzarətçi kimi məhkəmələrə gəlib edilən haqsızlıqları və Vasif Talıbovun cinayətlərinin məhkəmələr tərəfindən necə örtbasdır edildiyini lazimi yerlərə bildirdikləri üçün məni 18 mart 2020 ci il tarixində Naxçıvan polis şöbəsinə Polis rəisi Mirzə Cəlilov tərəfindən çağrılaraq polis rəisinin əmri ilə işgəncələr edərək oradakı 12 dən cox polis məmuru tərəfindən öldürülməyə cəhd edildi.

Polis Şöbəsinə getdiyimi Türk Konsulluğuda bilirdi.

Məndən xəbər alınmayanda Daxili İşlər Nazirliyinə və Ali Məclisə sorğu verirlərki Ali Serdar Oba polis Şöbəsinə girdi lakin neçə saatdır ona niyə əlimiz çatmir deyə. Konsulluğun xəbərinin olduğunu bildikdən sonra məni təcili yardım ilə Naxçıvan Respublika xəstəxasının kordioloji şöbəsinə apararaq təcili yardım etdirdilər. Müalicə 4 saatdan artıq çəkdi. Telefonlarımı polislər zorla əlimdən almışdılar. Konsulluğa başıma gələn hadisəni zamanında bildirməyimə mane oldular.

Xəstəxananın işçilərinə Türk vətəndaşı olduğumu və vəziyyətimin Türk konsulluğuna xəbər verilməsini istedim. Ancaq heç bir həkim və işçilər polislərin qorxusundan xəbər vermədilər.

Axşam yenidən polis şöbəsinə gətirildim . Polislər mənə kağız qələm verərək ərizə yazmağımı istədilər.

Şöbəyə bir şikayətim üçün gəldiyimi 2-ci mərtəbədən enərkən ayağımın sürüşdüyünü və pilləkənlərdən yıxıldığımı və polis şöbəsində heç kimdən şikayətçi olmadığımı yazmağımı istədilər.

Belə bir şey olmayacağını onlardan şikayətçi olacağımı dedim meni o pərişan halımla təkrar döyüb dəmir barmaqlıqlar arasına yenidən bağladılar.

Saat 21:00 ərəfələrində Daxili İşlər Nazirliyində cinayət axtarışının rəisi Qasım Həsənov yanıma gəldi, məni təhdit etməyə başladı. Bu məsələnin rəhbərliyin təlimatı ilə edildiyini, istəsələr məni rahatca öldürüb bir yerə basdıra biləcəklərini, istəsələr evimdən narkotik ve silahlar çıxara biləcəklərini, istəsələr məni öz evimdə öldürüb cinayəti intihar kimi göstərə biləcək qədər güclü olduqlarını. Naxçıvan dövlətinin bu işi bilgisi daxilində olduğunu artıq bir daha konsulluqlara və məhkəmələrə müraciət etməməyimi və Naxçıvanı tərk etməyimi tələb etdi. Tələblərini qəbul etməzsəm öldürüləcəyimi söylədi. Əgər hər hansı bir yerə şikayət etsəm istər Bakı, istər Ankara, istər Türk konsulluğu nəticədə incələnməsi üçün sənədlərin ona gələcəyini və nəticədə yenə mənim zərər görəcəyimi Naxçıvan dövlətinin dövlət kimi deyil mafiya kimi çalışdığını mənə canlı-canlı sübut etdi. Telefonlarımı dinlədiklərini konsulluq işçiləri daxil kimsədən qorxmadıqlarını Vasif Talıbovun əmrlərini yerinə yetirdiklərini şikayət etsəmdə heç bir şey sübut edə bilməyəcəyimi söylədi.

Və polis maşını ilə məni yanlız yaşadığım sabir küçəsi döngə 4 ev 18-ə göndərdi.

Aldığım zərbələrdən ötrü ürəyimdə və iç organlarımda xəsarət aldığım üçün gecə təcili yardım ilə xəstəxanaya qaldırıldım xəstəxanada 2 gün müalicə aldım.

Bu səbəpdən

Daxili İşlər Naziri Fazil Ələkbərovdan

Cinayət axtarışın rəisi Qasım Həsənovdan

Polis rəisi Mirzə Cəlilovdan

İşgəncədə fəaliyyət göstərən 12 polis məmurundan

Məni xəstaxanaya gətirib konsulluğa xəbər verməyimə əngəl olan polis məmurklarından və bu cinayətlərin başındakı Vasif Talıbovdan və Seymur Talıbovdan şikayətçiyəm.

Xəstəxanadan çıxdıqdan sonra başıma gələnləri Türk Konsulluğuna yazılı şəkildə müraciət edərək bildirdim. Mənə vurulan zərbələr nəticəsində ürək damarlarımda yırtılmalar və genişlənmələr olduğu için konsulluq vasitəsi ilə İran İslam Respublikasına gedərək Təbriz şəhərindəki özəl Behbout xəstaxanasında 4 ay müalicə aldım. Sonra Naxçıvana 20 mart 2021-ci il tarixində geri qayıtdım. Migrasiya idarəsinə yeni 1 illik oturma icazəsi verilməsi üçün müraciət etdim, lakin Naxçıvan Migrasiya rəisi Şahin Nəbiyev haqsız bir qərar ilə 5 il məni deport etdirdi.

2 il övladlarımdan ayrı qaldım. Sumqayıtdakı iş yerimi aça bilmədim. Bütün Azerbaycandan deport edildiyim üçün işyerim sahipsiz qaldı. Sumgayıtdakı Seximi işlədə bilmədim.

100 dəfədən artıq Ali Məclisə Prezident aparatına, Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə, Dövlət Migrasiya idarəsinə lazımi olan Azərbaycandaki bütün məqamlara dəfələrlə müraciət etdiyim halda heç bir cavab ala bilmədik. Bakıdakı dövlət məmurları deyirdilər ki, Nahçivan Vasıf Talıbovun əmrindədir. Biz Naxçıvana qarışa bilmərik.

700 günə yaxın bir zamandırkı Migrasiyanın haqsız deportuna görə iş yerimi işlədə bilmədiyim üçün hər gün 1000$ (min dollar) gəlirimdən oldum. Gəlib gedə bilmədiyim üçün 150.000$ ( yüz əlli min dollarlıq sexim nəzarətsiz galdığı üçün talandı. Bu gün etibarı ilə hardasa 1.000.000$ (1 milyon dollar) bu deport ucbatından zərər görmüşəm. Bu səbəbdən Şahin Nəbiyevdən, Rıza Talıbovdan, Azerbaycan migrasiya naziri Vüsal Hüseynovdan və Vasif Talıbovdan şikayətçiyəm.

Deport olmadan əvvəl Daxili İşlər Nazirliyinin əməkdaşları məhkəmələrə girə bilməyim deyə karantin dövründə məni polis gücü ilə Türkiyəyə göndərirdilər. Mənim deport edilməyim üçün saxta şikayətlər yazdırırdılar. Bu səbəblə Daxili İşlər Naziri Fazil Ələkbərovdan, cinayət axtarışın rəisi Qasım Həsənovdan Polis Bəxtiyar Rzayevdən və Vasif Talıbovdan şikayətçiyəm. Deport olduğum dönəmdə Naxçıvan Ali Məhkəməsində və Naxçıvan şəhər məhkəməsində və Naxçıvan İnzibati İqtisadi məhkəmələrində proseslerim olduğu üçün Türk konsulluğu vasitəsi ilə özəl icazə ilə miqrasiya nəzarətində məhkəmələrə gətirilirdim.

Cinayətkar olmadığım halda məni Migrasiyanın dəmir barmaqlıqları, cinayətkarların daşındığı maşına mindirib gətirirdilər. Öz maşınlarımız sürücülərimiz olduğu halda mənim etibarımı və şəxsiyyətimi alçaltmaq üçün türmə maşınını məcbur edirdiler. Başqa bir çıxış yolum olmadığı üçün hardasa 10 defədən çox türmə maşını ilə gəlip proseslərdə iştirak etdim. Ancaq Ədliyyə Nazirliyinin oyunları sayəsində 3 dəfə tərcüməçi olmadığı üçün, 2 dəfə icraçı olmadığı üçün, 2 dəfə 3 dəqiqə yubandığımız bəhanəsi ilə boş- boşuna gedip gəldim. Bu proseslerde Naxçıvan dövləti dövlət kimi yox dövlətin etibarını alçaltmaq üçün fəaliyyət göstərirdi. İstər Migrasiya İdarəsi, istər məhkəmələr, istər prokurorluk, istər nazirliklər Seymur Talıbovun, Məhərrəm Talıbovun, Rıza Talıbovun, Şahin Nəbiyevin, Vasif Talıbovun oyuncağı olmuşdur.

İnsanların həyatlarını məhv etməkdən insanlara zülm etməkdən zövq alırdılar. Onlar üçün mən bir nümunə idim. Hər nə qədər xarici vətəndaş olsamda Türk konsulluğu sonuna qədər məni dəstəkləsədə millətə göstərmək istəyirdilərki bizə heç kim qarşı gələ bilməz.

Mənə edilən bu əziyyətlərə görə onlardan şikayətçiyəm.

Bütün bu haqsızlıqlar ilə mücadilə vərərkən deport olduğum üçün məhkəmələrdə haqqımın müdafiəsi üçün vəkil Allahverdi Bağırov ilə vəkillik müqaviləsi imzalayaraq vəkillik ödənişi etdiyim halda vəkillər kollegiyasının sədri Kamil Şükürov və baş prokuror Səbuhi Şahverdiyev vəkili qorxudaraq vəkillik vəzifəsini yerinə yetirməsinə mane olmuşlar və 5 illik deportumunun etiraz vaxtını keçirərək qanunsuzluğun qurbanı olmağa davam etməyimə səbəb olmuşlar.

Bu haksızlığı vəkillər kollegiyasına şikayət etdiyimizdə edilən şikayətin haqlı olduğunu sübut etdikləri halda ziyanımı bərpa etmək yerinə töhmət cəzası verilmişdir.

Yuxarıda göstərdiyim səbəplərdən ötrü iddialarımı sübut edecek sənədləri baş prokurorluqdakı açılan cinayət dosyasında mövcuddur. Prokurorluqdakı müraciət dosyamında məhkəməyə gətirilməsini və başda Vasif Talıbov olmaqla digər böyük vəzifəli şəxslərin dövlətdən aldıqları güc və imkanlardan bilərək və istəyərək süi istifadə edərək Naxçıvan dövlətini alçaltmışlardır. Mənim və Naxçıvanda yaşayan insanların gözləri önündə bunları edərək insanları Naxçıvan hakimiyyətindən qorxmalarına və susmalarına səbəb olmuşlar 100.000 dən çox insanın bu səbəblər üzündən Naxçıvanı tərk etmələrinə səbəb olmuşlardır. Kobud bir şəkildə dövlət məmurları tərəfindən pozulan insan hüquqları ve bilərək, istəyərək edilən inzibati xətaları səbəbi ilə Naxçıvan İnzibati Məhkəməsi tərəfindən şikayətimi qəbul edəsiniz. Cinayətkarların mənə verdiyi ziyanlara görə məhkəmə bitənə qədər

1 – Mənə vurulan maddi və mənəvi ziyanlar ödənilsin.
2- Cinayətkarlar haqqında Azərbaycan qanunlarına görə cinayət işi açılsın


İmza: Ali Sərdar Oba
12.10.2023
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BDYPİ-nin Yevlax şöbəsində BAZAR QAYDALARI - İTTİHAM VAR...


Baş Dövlət Yol Polisi İdarəsinin ayrı-ayrı bölgələrdəki idarələrində müşahidə olunan özbaşınalıqlar artıq bir ənənə halını alıb. Hər halda görünəni budur və acınacaqlı həmm də odur ki, ortalıqdakı ifşa faktlarının bolluğuna rəğmən aidiyyatı üzrə rəhbər qurumlar tədbir görməyə, nöqsanları aradan qaldırmağa maraqlı və həvəsli görünmürlər.

Həa bəzən elə olur ki, bu barədə vətəndaş gileylərini ictimailəşdirən KİV-lərin özləri açıq şəkildə hədələnir. Elə bir müddət əvvəl DİA.AZ olaraq eyni şəkildə hücuma məruz qalmışdıq...

Bu dəfə isə şikayətçi Göyçay rayon sakini Kamil Həsən oğlu BDYPİ-nin Yevlax Regional Qeydiyyat-İmtahan Baxış Şöbəsindən giley edir.

Narazı vətəndaş iddia edir ki, ondan dövlət rüsumunun əvəzinə əlavə vəsait istənilib.

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda Vasif Talıbovun yaxınlarına aid olan bir sıra müəssisələri alan “APF” kimə məxsusdur? - İLGİNC

Naxçıvanda yeni şirkətlər qrupu yaradılıb.

DİA.AZ bildirir ki, TNS-in əldə etdiyi məlumata görə, “APF” şirkətlər qrupu əvvəllər Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun yaxınlarına aid olan bir sıra müəssisələri alıb.

Şirkət hazırda üç istiqamət üzrə fəaliyyət göstərir: inşaat, kənd təsərrüfatı və qida sektorları.

APF qida sektorunda çörək, süd və süd məhsulları istehsal edir. Bu müəssisə 2005-ci ildə “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyətə başlayıb. Müəssisə artıq “APF Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə fəaliyyətini davam etdirir. Müəssisədə müxtəlif istehsal sahələri fəaliyyət göstərir.

Şirkətlər qrupunun daha bir müəssisəsi “APF Agro”dur. Babək rayonunun Nehrəm kəndinə 12 km məsafədə yerləşən münbit torpaqlarda üzüm və alma bağları salınıb. Əvvəllər bu müəssisə də “Gəmiqaya Holdinq”in tərkibində idi.

Yuxarıda qeyd etdiyimiz kimi, “APF” şirkətlər qrupu tikinti sektorunda da fəaliyyət göstərəcək. Qrupa daxil olan “APF inşaat” Naxçıvan şəhərində çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisi üzrə yeni layihələrin həyata keçirilməsini planlaşdırır. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində 21 yaşayış binasından ibarət “Nakhchivan Residence”in inşasına tezliklə start veriləcək. Artıq təsdiq edilən layihə çərçivəsində 2, 3 və 4 otaqdan ibarət 5-11 mərtəbəli binalarda 1100 mənzil inşa ediləcək.

Göründüyü kimi, “APF” şirkətlər qrupuna Naxçıvanda yaşıl işıq yandırlıb və geniş imkanlar yaradılıb. Maraqlıdır ki, şirkətlər qrupu cəmi bir ay bundan əvvəl yaradılıb. Yəni, APF hansısa köklü şirkət deyil.

Bəs şirkətin sahibi və ya sahibləri kimdir?

Şirkət təmsilçisi TNS-in əməkdaşının bu sualını cavablandırmaqdan imtina edib. Görəsən, şirkətin sahibini niyə gizli saxlayırlar?

“APF-nin açıqlaması nə deməkdir?” sualımız da cavabsız qalıb.

Əldə etdiyimiz məlumata görə, “APF” şirkətlər qrupunun adı üç şəxsin adının baş hərflərindən götürülüb: Anar, Pərvin, Fuad. Bu şəxslərin kimiliyini dəqiqləşdirə bilmədik. Ümid edirik ki, yaxın günlərdə şirkətin sahibləri və fəaliyyət istiqamətləri barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcəkdir. Naxçıvan ictimaiyyəti bunu bilməlidir. Çünki muxtar respublikada ən iri layihələr bu şirkətə verilir. Yəni, şirkətin sahibi sıradan biri deyil.

Qeyd edək ki, APF-nin aldığı deyilən müəssisləri və əmlakları bir neçə ay bundan əvvəl yenə yeni yaradılmış “HİMAL” Holdinqin alacağı bildirilirdi. Sonra hansısa müəmmalı səbəbdən holdinq ona təklif olunan əmlakları satın almaq fikrindən daşındı.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO