[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Baş həkim deyir ki, orqanların fəaliyyətini itirib, yeriyə bilməyəcəksən, amma bu haqda arayış vermir” – ŞƏRUR SAKİNİ ADƏM İMANOVDAN ŞİKAYƏTÇİDİR

Naxçıvan şəhər sakini İsmayılov Fariz Yusif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 7 aydır iflic olub, Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanov ona xəstəliyi ilə bağlı arayış vermir:

"Mən, İsmayılov Fariz Yusif oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

7 aydır iflic xəstəsiyəm, yataqda yatıram, özüm özümü idarə edə bilmirəm. Belimdən aşağı fəlç olub.

Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanov arayış vermir ki, əlillik dərəcəsi alıb, pensiya düzəldim, o yolla müalicəmi edim.

Məni bu halımla Naxçıvandan Şərura göndərirlər. 3 dəfə yalandan yola xərçi verib, zülmlə gedib-gəlmişik.

Adəm həkim yeriməyimlə bağlı mənə ümid vermir. Deyir ki, orqanların fəaliyyətini itirib. Amma bu dediklərini sənədə yazmır.

İmkansız ailəyik, xahiş edirik bu məsələni ictimailəşdirin, həkimlərb izim sənədimizi versin".

Məsələ ilə bağlı Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanovla əlaqə saxlamaq mümkün olmadı.
“Baş həkim deyir ki, orqanların fəaliyyətini itirib, yeriyə bilməyəcəksən, amma bu haqda arayış vermir” – ŞƏRUR SAKİNİ ADƏM İMANOVDAN ŞİKAYƏTÇİDİR
“Baş həkim deyir ki, orqanların fəaliyyətini itirib, yeriyə bilməyəcəksən, amma bu haqda arayış vermir” – ŞƏRUR SAKİNİ ADƏM İMANOVDAN ŞİKAYƏTÇİDİR

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu gün Füzuli Şəhəri Günüdür

Bu gün Füzuli Şəhəri Günüdür.

Bu gün ilk dəfə Azərbaycanda Füzuli Şəhəri Günü qeyd olunur.

Belə ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunmuşdu.

Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb.

Prezident müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu elan edib.

Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb.

Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müştərisi 'Azercell'dən niyə GİLEY EDİR... - "Bu nə cavabdır?"

Özünü ölkənin ən böyük mobil operatoru adlandıraraq öyən 'Azercell'dən vətəndaş şikayətləri davam edir. DİA.AZ bildirir ki, bu dəfə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edən narazı müştəri aşağıdakı fotonu təqdim edərək yazır:
Müştərisi 'Azercell'dən niyə GİLEY EDİR... - "Bu nə cavabdır?"
"Ay "Azeecell" rəhbərliyi, bu nə deməkdir? Bu nə cavabdır?

Biznes nömrəsi almışıq. 60 gb "gigmax" internetə giririk, bu açıqlamanı yazır..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkan Məmmədlinin həyat yoldaşı intihar etdi


Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədli intihar edib.

Bu barədə prodüser Tarix Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

İntiharın təfərrüatı bəlli olmasa da, iş adamı kimi tanınan O.Məmmədlinin özünü ofisində asdığı bildirilir.

Qeyd edək ki, cütlüyün iki övladı var.
Türkan Məmmədlinin həyat yoldaşı intihar etdi
Türkan Məmmədlinin həyat yoldaşı intihar etdi
Türkan Məmmədlinin həyat yoldaşı intihar etdi
Türkan Məmmədlinin həyat yoldaşı intihar etdi


XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO