[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Millət vəkili Qənirə Paşayeva vəfat ETDİ

Millət vəkili Qənirə Paşayeva vəfat edib.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bolqarıstan Rusiya neftinin LUKOIL zavoduna tədarükünü qadağan edəcək


Bolqarıstan Rusiya neftinin yerli LUKOIL neft emalı zavoduna tədarükünü qadağan edəcək.

Bu barədə Bloomberg məlumat dərc edib. Ölkə Rusiya xammalının idxalını tədricən azaltmağa başlayacaq.

Bolqarıstan qanunvericiləri Neftohim Burqas neft emalı zavodunda Rusiyadan gələn neftin istifadəsinin bu ilin sonunadək 80%-ə qədər məhdudlaşdırılması, gələn ilin oktyabrına qədər isə tamamilə dayandırılması təklifini təsdiqləyiblər. Agentliyin məlumatına görə, zavod başqa təchizatçılar axtarmalı olacaq. Bu, Qazaxıstan, Yaxın Şərq və ya Şimali Afrika ola bilər.

Neftochim Burqas neft emalı zavodu Balkan yarımadasında ən böyük neft emalı müəssisəsi və Bolqarıstanın daxili bazarını yanacaqla təmin edən əsas təchizatçısıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi direktorun ailə şirkətinə çevrilib - İLGİNC İDDİALAR...


Təxminən bir ay əvvəl Sumqayıtın Evdə fərdi təhsil məktəbinin müəllimi Humay Nuriyeva işlədiyi müəssisədə baş verən qanunsuzluq faktlarını mediada ictimailəşdirdi. Müəllimənin “Teref.az” və bəzi başqa saytlarda dərc olunmuş iddialarına görə məktəb direktorunun xanımı dərs bölgüsündə söz sahibidir.
12 ildir ki, Sumqayıtda evdə fərdi təhsil məktəbində müəllimə işləyən Humay Nuriyevanın sözlərinə görə, məktəbdə əvvəlki direktorların vaxtında da korrupsiya halları olub, amma indiki kimisi olmayıb:
“2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbin direktoru Vladim İbrahimovdan həddən çox şikayətlər olduğuna görə Abşeron-Xızı təhsil idarəsi onu işdən çıxarmağa məcbur oldu. Bunu həmin məktəbin müəllimləri də açıq deyirlər. Amma işdən çıxarılan direktoru imtahansız gətirib bizim Evdə fərdi təhsil məktəbinə direktor qoydular. Həmin gündən də məktəbi Vladim müəllimlə birlikdə həyat yoldaşı Səidə müəllimə idarə edir. Səidə müəllimə başqa məktəbin müəlliməsi olsa da, evdə fərdi təhsil məktəbində saat hesabı dərs deyir, həm də Abşeron-Xızı təhsil idarəsində tibbi-pedaqoji ekspert komissiyasının rəhbəridir.
Komissiyanın keçmiş sədri İsa Tərlanov yoxlamalar nəticəsində işdən çıxarılsa da, Səidə müəlliməni himayə edənlər onu komissiyanın rəhbərliyinə gətirdilər, halbuki xeyli sağlam, heç bir xəstəliyi olmayan uşaqlar 9-11-ci siniflərdə müəllim yanına gedə bilmək üçün məhz həmin komissiyanın saxta rəyləri əsasında evdə fərdi təhsil məktəbinə qəbul edilmişdilər, onlardan hələ də məktəbdə təhsil alanlar var. Hətta deyilənə görə, sağlam uşaqların məktəbə qəbulu 1500-2000 manatdır. Vladim müəllim məktəbimizə direktor təyin olunandan Səidə müəllimənin bütün rəfiqələri aprel-may ayından etibarən məktəbimizə axın etməyə başlayıblar. Yoxlama aparılsa məlum olar ki, 2023-cü ilin aprel ayından başlayaraq 21 saylı məktəbdən və digər məktəblərdən onlarla müəllimə saat hesabı dərs verilib, məktəbin öz müəllimləri isə dərs üçün az qala yalvarır.
Bir neçə kurs müəllimi sövdələşmə əsasında illərdir məktəbimizdə işləyirlər və hər gələn direktor və ya əvəzi onların əmək haqqı kartlarını bir-birinə ötürməklə bir-birinin əyri işlərini ört-basdır edirlər. Həmişə də həmin müəllimlər təriflənir, əslində hamı bilir ki, tərif nəyə görədir. Lakin illərin təcrübəli müəllimləri kiçik bir səhv edən kimi dərhal Vladim müəllim çağırıb deyir ki, “ərizəni yaz, öz xoşunla çıx işdən”. İndi (avqust ayında – red.) hamı məzuniyyətdə olduğu vaxtda direktor Vladim İbrahimov həyat yoldaşı Səidə müəllimə ilə birlikdə dərs bölgüsü aparır, amma bu bölgüdən direktor müavinlərinin, məktəbin həmkarlar təşkilatı sədrinin xəbəri yoxdur. Məktəbimiz Prezidentin açılışını etdiyi 4-cü mikrorayondakı 20 saylı məktəbin binasına köçürüləndə təmir adı ilə 50 manatdan pul yığıb vermişik ki, dərs bölgüsü vaxtı bizi incitməsinlər, lakin indi bizi sayan yoxdur.
Direktorun həyat yoldaşı Səidə müəllimə qayda qoyub ki, bu dərs ilində ancaq diaqnostik bala görə dərs veriləcək. Buna da razıyıq, bəs onda başqa məktəblərin müəllimlərinə hansı prinsiplə dərs verilir? Həmin müəllimlər öz məktəblərində diaqnostik balla 20 saat, bizim məktəbdə də 16 saat dərs alanda bu 36 saat edir, bu da elə-belə olmur. Eşitdiyimizə görə, kim əlavə dərs saatı almaq istəsə əli cibində olmalıdır. 1 saat dərsin qiyməti isə 80-100 manat arasında dəyişir. Xüsusi təhsil sinifləri isə ümumiyyətlə direktorun özünə aid olacaq. Vladim müəllim və Səidə müəllimə məktəbimizi artıq özəl obyekt kimi işlədirlər, söz arası da deyirlər ki, biz birbaşa İlhamə xanımın, yəni regional təhsil idarəsi rəisinin tapşırıqlarını icra edirik, ona arxayınıq, bizə heç icra hakimiyyəti də söz deyə bilməz. Xahiş edirik bu məsələni araşdırın, Təhsil nazirliyi məktəbimizlə maraqlansın, düzgün, şəffaf və pulsuz dərs bölgüsü aparılsın”.
Sumqayıt Evdə təhsil məktəbindəki özbaşınalıqlarla bağlı bizim redaksiyaya da etibarlı mənbədən məlumatlar daxil olub. Həmin məlumatlara görə, məktəbdə 115 nəfər əvəzçi var, onların hər birindən 100 manat rüşvət alınıb: “Direktor Vladim İbrahimov öz bacısı, 5 nömrəli məktəbin müəllimi İsmayılova Müşkünaz Məhəmməd qızını, bacısının gəlinini məktəbdə işə düzəldib, hamısına haqq etmədikləri dərs saatları verib. Elnurə adlı şəxs ixtisasca müəllim olmadığına baxmayaraq, ona heç dərsə gəlmədiyi halda bilogiya fənnindən 36 saat dərs yükü verilib. Vladim İbrahimov Elnurə “müəlliməni” məktəbdə işdə adı qaldığı halda arvadı Səidənin yanına – Abşeron-Xızı təhsil idarəsində tibbi-pedaqoji ekspert komissiyasına göndərib ki, məktəbdə gördüyü, kollektivdə söz-söhbətə səbəb olan qanunsuz işlərini orada rahat davam etdirsin. O komissiyaya ki, özbaşınalıq tüğyan edir. Dərslər satılıb deyə sağlam uşaqları da xüsusi məşğul olma tələb edən sektora götürürlər. Rüşvətlə dərs saatları verilən əvəzçi müəllimlərin işə götürülməsi prosesi indi də davam edir. Son günlərdə Vladim İbrahimov iki qadın coğrafiya müəllimini işə götürüb”.
Xatırladaq ki, məktəb xüsusi təhsil müəssisəsi olduğu üçün müəllimlərin əmək haqqına 50 faiz əlavə də edilir, bu isə 36 saat dərsi olan 55-60 yaşlı 35-40 il stajı olan müəllimlərin ayda 3000-3500 manat maaş alması deməkdir. Ona görə də çəkinmədən 1 saat dərs üçün nə qədər rüşvət tələb olunsa, verirlər. Nəticə də belə olur ki, diaqnostik balı yuxarı olan kənarda qalır, balı aşağı olan 30-36 saat dərs saatına sahib olur. Növbəti yazılarımızda həmin “fədakar” müəllimlərin adlarını çəkəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bakı ilə İrəvan arasında sülh sazişi region dövlətlərinin xeyrinə olacaq" - TBMM sədri


"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bütün region dövlətlərinin xeyrinə olacaq".

Bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Dublində keçirilən Avropa Şurası Parlament Sədrləri Konfransının 1-ci sessiyasında çıxışı zamanı deyib.

O, Qarabağ bölgəsinin erməni işğalından azad edilməsi ilə bağlı beynəlxalq təşkilatların üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edib:

“Nəticədə Azərbaycan 44 günlük Vətən Müharibəsi zamanı öz torpaqlarını müstəqil şəkildə azad etdi”.

Kurtulmuş əlavə edib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması regionun bütün ölkələrinin xeyrinə olacaq. O, Zəngəzur dəhlizinin açılmasının bütün regional aktorların maraqlarına cavab verdiyini də vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrandakı səfirliyimizə hücum edən terrorçu EDAM OLUNUR?


İrandakı səfirliyimizə hücum edən terrorçunun edam olunacağı gözlənilir.

Bu günlərdə İran Ədliyyə Nazirliyinin sözçüsü elan edib ki, Tehran prokurorluğu səfirliyimizə hücum edən terrorçuya ən ağır, yəni edam cəzanın verilməsini istəyib. Cinayət işi də məhz bu ittihamnamə ilə məhkəməyə göndərilib.

Ekspertlərin fikrincə edam hökmünün verilməsi ehtimalı çoxdur:

“İranda terror və narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olanlara qarşı bir qayda olaraq edam hökmü çıxarılır. Bu mənada səfirliyimizə hücum edən şəxsə münasibətdə də edam hökmünün çıxarılacağı ehtimalı böyükdür. “

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaq doldurma məntəqələrinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına rəyin verilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, sözügedən rəyi Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, digər ərazilərdə isə əvvəlki qaydada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi verəcək.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müayinə ödənişsizdirsə, arayış üçün niyə 40 manat TƏLƏB OLUNUR? - GİLEY


Ölkəmizdə tibbi arayışın verilməsi ödənişlidir. Hazırda poliklinikalarda sağlamlıq haqqında standart arayış üçün 40 manat tələb olunur. Bir müddət əvvəl başlanan bu proses vətəndaşlar tərəfindən narazılıqla qarşılanır.

İcbari Tibbi Sığorta Agentliyindən verilən məlumatda deyilir ki, sağlamlıq haqqında arayışın rəsmi qiyməti 40 manatdır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanı ilə TƏBİB tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan və ödəniş tələb olunan tibb xidmətlərini və tarifləri TƏBİB müəyyənləşdirir.

18 yaşdan yuxarı vətəndaşların sağlamlıq barədə arayışı ödənişlidir. Bu məsələ İcbari Tibbi Sığortanın səlahiyyətində deyil. Yalnız 18 yaşa qədər uşaqlar və hərbi xidmətə çağırılanlar tibbi arayış alarkən heç bir ödəniş etmirlər. Lakin, bir məsələ var ki, 40 manat sosial müdafiəsi zəif olan insanlar üçün izafi xərcdir.

Digər tərəfdən hər bir vətəndaşın istədiyi vaxt pulsuz müayinə olmaq hüququ var. Vətəndaş bu hüquqdan istifadə edirsə və müayinənin nəticəsində rəsmi bilgi istəyirsə, onda buna görə niyə pul ödəməlidir? Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədlinin mövqeyini öyrəndik.

Deputat Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı seçicilərindən də müraciətlər alıb:

“Bu sual hər kəsi maraqlandırır. Ona görə də əvvəlcə mövcud vəziyyəti, sonra isə məsələyə şəxsi münasibətimi bildrimək istəyirəm. İcbari tibbi sığortada sığorta hadisəsi deyilən bir anlayış var. Məsələn, xəstələnmək, zədələnmək və s. sığorta hadisəsi hesab edilir. Sığorta hadisələri icbari tibbi sığorta xidmətləri zərfinə daxildir.

Ona görə də bir sıra xəstəliklərin xərcini İcbari Tibbi Sığorta Agentliyi qarşılayır. Amma arayış almaqla bağlı sağlamlığın müayinəsi sığorta hadisəsi olmadığına görə bu xidmət xidmətlər zərfi paketinə daxil edilməyib.

Ona görə də sırf sığorta hadisəsi olmadığına görə tibbi arayış alarkən ödəniş tələb olunur. Yada salaq ki, stomoloji və digər xidmətlər də hələki icbari tibbi xidmətlər paketinə daxil edilməyib. Yəqin ki, bu və digər xidmətlər də zamanla xidmətlər paketinə daxil ediləcək. Onu da deyim ki, dünya praktikasına baxsaq görərik ki, tibbi arayiş əksər ölkələrdə ödənişlidir”.

Müşviq Məmmədli məsələyə subyektiv münasibətini də bildirib:

“Mənə elə gəlir ki, tibbi arayışın alınmasını da xidmətlər zərfinə daxil etmək olar. Bununla bağlı bir millət vəkili kimi təkliflərimi müvafiq qurumlara çatdıracam. Bu məsələyə yenidən baxılsa, yaxşı olar.

Çünki, bizim dövlətin əsas hədəfi əhalinin sosial müdafiəsini ən yüksək səviyyədə təşkil etmək, əhalinin sağlamlıq indeksini daha yuxarılara daşımaqdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib.

DİM-dən verilən məlumata görə, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

Qeyd edək ki, ixtisas seçimi 2023-cü il sentyabrın 29-dan oktyabrın 2-dək in­ter­net vasitəsilə aparılacaq.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
XİN Paşinyana CAVAB VERDİ


Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizləmə"yə məruz qaldığı barədə 28 sentyabr 2023-cü il tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Bu cür həyəcan təbili çalan rəvayət, Ermənistan Baş nazirinin Azərbaycan tərəfindən erməni sakinlərə qarşı heç bir təhlükənin olmadığını söylədiyi 21 sentyabr tarixli bəyanatı ilə ziddiyyət təşkil etməklə yanaşı, o cümlədən Azərbaycanın humanitar dəstək və reinteqrasiya istiqamətində göstərdiyi səyləri pozmağa və Azərbaycan ilə Ermənistan arasında sülhün mümkün perspektivlərini sarsıtmağa hədəflənib.

Ermənistan rəhbərliyi, Azərbaycanın mərkəzi hökumət institutlarının operativ şəkildə Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün zəruri humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə və təcili ehtiyaclarının ödənilməsinə başladığını nəzərdən qaçırır.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq.

Ermənistan, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün erməni sakinlərin reinteqrasiya prosesinə maneələri aradan qaldırmalı və hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatmasına fokuslanmalıdır”, - açıqlamada qeyd olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“ŞAHDAĞ” MİLLİ PARKINDA KÜTLƏVİ KƏSİLİB SATILAN AĞACLARDAN ETSN-nin 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN XƏBƏRİ OLUB


Cari ayın 13 tarixli sayında “İsmayıllı və Masallı meşələrində ifşa olunan mütəşəkkil dəstələr nazırin karyerasına son qoya bilər” başlıqlı məlumat xarakterli yazımızda Masallı və İsmayıllının meşə və “Şahdağ” milli Parkında kütləvi formada kəsilən meşə cinsli ağacları məhv edən dəstələrin ifşa olunmalarından və hazırda aparılan istintaq zamanı ETSN 6 saylı Dövlət Ekologiya İdarəsinin müdiri Namiq Yusifov və İsmayıllı Regional Meşə Təsərrüfatının özündənrazı, və “pensioner komissar” müdiri Quliyev Rəsulun çox sərbəst surətdə meşələrimizi məhv edən mütəşəkkil dəstə olan “meşə quldurları” ilə əlaqələrinin olub olmaması barədə məlumat vermişdik. Bu məqaləmizdən qeyzlənən Yusifov Namiq bir neçə gün əvvəl bizimlə əlaqə yaradaraq İsmayıllıda bütün meşələrin göz bəbəyi kimi qorunmasından və bizim məlumatın tam əsassız olması barədə öz iradını bildirmişdir. Və hətta bir az da irəli gedərək bizi yalan və əsassız məlumat yaymağa görə söyüş sahibi ola biləcəyimizi də nəzərimizə çatdırmışdır. Biz də mətbu orqan olaraq ETSN 6 saylı Ekologiya İdarəsinin rəisi Yusifov Namiqin nəzərəinə baş vermiş ekoloji cinayət hadisəsini daha ətraflı formada ictimaiyyətə təqdim edəcəyimizə söz vermişik:

Yusifov Namiq 7 aydır ki, bu vəzifəyə təyinat alıb. Əslən Şəki şəhərindən olduğuna görə dövlətdən aldığı 970 manat əməkhaqqı ilə son 6 ildə Şəkidə çoxsaylı biznes obyektlərinə sahib olmuşdur. Bu barədə dövri mətbuatda jurnalistin sualını isə özünəməxsus formada sualla cavablandırmışdır ki, “Bə mənim obyektlərim olmasın, onda kimin olsun?”.

Ötən sayımızda İsmayıllının İstisu kəndi yaxınlığındakı “Şahdağ”Milli Parkının İsmayıllı Bölməsinə aid meşəli dağlardan son 7 aydır ki, Elçin adlı şəxsin sifarişləri əsasında dövlət qeydiyyat nişanları olmayan “Zil” və “QAZ -66” markalı yük avtomobilləri vasitəsilə uzunluğu 1.4 metr, diametric 44-76 sm olan yeni kəsilib yerində doğranmış fıstıq cinsli meşə materialları İsmayıllı şəhərində Ekologiya İdarəsinin yaxınlığında yerləşən taxta sexinə emal üçün daşınmışdır. Bu barədə İstisu kəndindəki mənbələrimiz qeyd edirlər ki, əvvəllər də bu barədə Ekologiya nazirliyinə və yuxarı orqanlara dəfələrlə şikayətlər etsək də xeyri olmamışdır. Təxmi nən 1 ay əvvəl DİN-nin 102 xidməti”nə edilən şikayətdən sonar məsələ nəzarətə götürülmüş, şikayətin əsaslı olması təsdiqini tapdıqdan sonara təşkil edilən əməliyyat nəticəsində hüquq-mühafizə orqanları “Şahdağ” Milli Parkında qırılan çoxsaylı ağacların kəsilməsini müəyyən etmiş, 18 kub m həcmdə kəsilmiş və sexə gətirilən ağaclar müsadirə edilmişdir. O da məlum olmuşdur ki, kəsilən ağacları Elçin sifarişlər əsasında taxta yeşiklər düzəltməklə iş adamlarına satmaqla məşğul olurmuş.

Bu fakta arayış verən Yusifov N isə qeyd edir ki, İsmayıllı Regional Meşə İdarəsində 1 dənə də olsun ağac mənim dövrümdə kəsilməyib. Bu adamı başa sala bilmədik ki, “Şahdağ” Milli Parkı daha yüksək səviyyədə qorunmalıdır və bu iş də sizin rəhbərlik etdiyiniz 6 saylı Ekologiya İdarəsinin vəzifəsinə daxildir. Necə ola bilər ki, aylarla gecə və gündüz yerli camaatın gözü önündə nömrəsiz yük avtomobillərilə daşınan yeni kəsilən fıstıq ağacları barədə sadə vətəndaşlarımız ETSN-ə şikayətlər edir, amma N.Yusifovun bundan “XƏBƏRİ OLMUR”. Axı Milli Parkdan kəsilən bütün ağac materialları nömrəsiz avtomobillərlə elə Regional İsmayıllı Regional Meşə İdarəsinin ərazilərindən keçərək İsmayıllı şəhərinin 6 saylı Ekologiya İdarəsinin yaxınlığında yerləşən Elçinin icarə götürdüyü taxta sexinə aylardır daşınmışdır. Bu olay bizə məşhur Mark Tvenin yazdığı “Ağ filin oğurlanması” hekayəsini bir daha yada salır. Və bundan sabiq “voenkom”, indiki İsmayıllı RMTM-nin müdiri Quliyev Rəsulun xəbəri olmayıb. Çox qəribdədir. Deyilənə görə ona görə bu qanunsuz yüklərdən meşə müdiri R.Quliyevin xəbəri olmur ki, hər yük avtomobili sürücüsü 100 manat xərc çəkir, eləcə də 6 saylı Ekologiya İdarəsinin də ona görə “xəbəri olmur ki,” hər ağac dolu yük avtomobilinə görə sürücü 40 manatından keçməli olurlar. Yoxsa ki, “qazdan ayıq” müdirlərin və onların onlarla işçilərinin gözlərindən yayınmaq əsla mümkün deyil. Budur, yerli sakinlərin şikayətlərindən sonra yük avtomobili sürücüləri də, ağacları kəsib yerində arxayınçılıqla doğrayanlar da, onları avtomobillərə yükləyənlər də, taxta sexinin sahibi Elçin də cəmi 13 nəfər şəxs saxlanılaraq naməlum istiqamətdə aparılmışlar. Çox güman ki, “Şahdağ” Milli Parkının İsmayıllı Bölməsində bu miqyasda törədilmiş ekoloji terror görə cinayət işi açılacaqdır. İsmayıllı şəhərindəki, taxta sexində də yarım doğranmış yaş formada ağaclar və hazırlanmış çoxsaylı taxta yeşiklər də aşkar edilmişdir.

Elçinin taxta sexindəhazırlanan taxta yeşiklər

Bəli, biz 2021-ci ilin martında da növbəti yazımızda Yusifov Namiqin ETSN 7 saylı Ekologiya İdarəsinin müdiri olarkən də eyni mənzərəni Qaxın Güdüllü kəndinin sakinləri tərəfində də qeyd edildiyi bildirilmişdik. Belə ki, Qax rayonu Çüdüllü kəndinin meşələri kütləvi şəkildə qırılmasının qarşısını almaq üçün kənd sakinlərinin Qax.org.az saytına verdiyi məlumata görə, 2021-ci ilin fevralında 1 həftədir ki, kəndin meşəlik sahələrindəki çoxillik ağaclar kütləvi şəkildə qırılır və naməlum istiqamətə daşınır.
Yerli icra hakimiyyətinin və icra nümayəndəliyinin göz yumduğu bu meşə soyqırımında deputat Azər Kərimlinin yaxın adamları yaxından iştirak edirlər.”

Güdüllü meşəsi, sakinlər meşə qorumaq üçün yoluna beton bloklar qoyublar

Çıxılmaz vəziyyətdə qalan kənd sakinləri meşənin girişinə beton baryerlər qoyublar ki, meşə cəlladları əraziyə daxil ola bilməsinlər.” Bəli, 2 il əvvəl də Yusifov Namiq şəxsi maraqları naminə öz vəzifə borcunu indi İsmayıllıda olduğu kimi yerinə yetirməmişdir.
Lakin 2021-ci ilin iyul ayında Qax rayonun Qıpçaq kənd bələdiyyəsinin ərazisində kəsilən qovaq ağaclarına görə bizim qohumumz olan İbaxlı kənd sakini Abdullayev Kamran Mövlüd oğlunu 28000 manat cərimə aktı yazaraq polisə vermişdır. Qax rayon Prokurorluğu da cinayət işini başladarq sənədləri məhkəməyə təqdim etmiş və Kamran həbsə atılmışdır. Yalnız Kamranının atası 5000 mant xərc çəkdikdən sonar oğlu azadlığa çıxa bilmişdir. Bəli, N.Yusifov kasıb və imkansız adamları dərhal cəzalandıraraq vəzifəsini ləyaqətlə və vicdanla da yerinə yetirən vaxtlar olmuşdur. Lakin deputat Azər Kərimli, son 20 ildə Qax meşələrinin axırına çıxana qədər cıqqırını da çıxara bilməmişdir.

Qobustan. Ceyrankeçməz çayı arxasında dağ sökülüb
Qobustan. “Diribaba” dağı arxasındakı dağ suxuru sökülüb daşınıb

Bu ilin may ayında Qobustan rayonun mərkəzinə yaxın olan “Dirbaba” dağının arxasındakı suxurlu dağın və Ceyrankeçməz çayının gündoğar hissəində yerləşən yüksək bərk suxurlu dağın yer səthindən 30 m aşağıya kimi qazılıb daşınması barədə ETSN-nə göndərdiyimiz sorğuya yenə də 6 saylı Ekologiya İdarəsi formal rəsmi cavabında bildirmişdir ki, yerlərə baxış keçirilmiş və yazılanlar öz əsdiqini tapmamışdır. Bəli, ona görə ki, Nərimankənd sakinlərinin gözləri önündə hər gün bu dağ suxurları dolu 300 yük yük avtomobili ilə daşınmış və 2016-cı ildə Bakı-Şamaxı yolunun yol yatağına doldurulmuşdur. Və icraçı təşkilat olan “Polat Yol Yapı” hər iki dağı 3 milyon manat rüşvət hesabına satın alıb materialından istifadə etmişdir. Yusifov Namiq isə baş vermiş cinayətləri gizlədərək ETSN rəhbərliyinə saxta və əsassız məlumat vermişdir. Necə deyərlər, “Görünən dağa bələdçi lazım olmadığı” deyilsə də, “Dirbaba” dağını “görünməz” etməklə atalar misalına yeni məzmun vermişdir.
Davamı var. Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu

“ŞAHDAĞ” MİLLİ PARKINDA KÜTLƏVİ KƏSİLİB SATILAN AĞACLARDAN ETSN-nin 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN XƏBƏRİ OLUB
“ŞAHDAĞ” MİLLİ PARKINDA KÜTLƏVİ KƏSİLİB SATILAN AĞACLARDAN ETSN-nin 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN XƏBƏRİ OLUB
“ŞAHDAĞ” MİLLİ PARKINDA KÜTLƏVİ KƏSİLİB SATILAN AĞACLARDAN ETSN-nin 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN XƏBƏRİ OLUB
“ŞAHDAĞ” MİLLİ PARKINDA KÜTLƏVİ KƏSİLİB SATILAN AĞACLARDAN ETSN-nin 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN XƏBƏRİ OLUB
“ŞAHDAĞ” MİLLİ PARKINDA KÜTLƏVİ KƏSİLİB SATILAN AĞACLARDAN ETSN-nin 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN XƏBƏRİ OLUB
“ŞAHDAĞ” MİLLİ PARKINDA KÜTLƏVİ KƏSİLİB SATILAN AĞACLARDAN ETSN-nin 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN XƏBƏRİ OLUB
“ŞAHDAĞ” MİLLİ PARKINDA KÜTLƏVİ KƏSİLİB SATILAN AĞACLARDAN ETSN-nin 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN XƏBƏRİ OLUB
“ŞAHDAĞ” MİLLİ PARKINDA KÜTLƏVİ KƏSİLİB SATILAN AĞACLARDAN ETSN-nin 6 SAYLI EKOLOGİYA İDARƏSİNİN XƏBƏRİ OLUB

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO