[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyandan sensasion tapşırıq: Qarabağ, Rusiya, Zəngəzur... - ŞOK DETALLAR


Sentyabrın 27-də Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş müqavıləsi” fraksiyasının deputatları ilə 3 saatdan çox davam edən qapalı görüşü keçirilib.

DİA.AZ “Ölkə.Az”a istinadla xəbər verir ki, qapalı görüşdə müzakirə edilən əsas məsələlər barədə bəzi məlumatlar erməni mediasına sızıb.

Qapalı toplantıda Qarabağdakı son hadisələrdən danışan Nikol Paşinyan komandasına tapşırıq verib ki, Qarabağdan çıxan ermənilərin Ermənistanın müxtəlif bölgələrində dövlət idarələrinə mümkün qədər tez və rahat şəkildə köçürülməsini, həm də onların işlə təmin olunması təşkil edilsin. O, Qarabağdan çıxan ermənilərin maksimum dərəcədə İrəvanda yerləşdirilməsinə imkan verməməsi barədə göstəriş verib.
O eyni zamanda deyib ki, rusların öz fəaliyyətlərini Qarabağda davam etdirmək üçün müəyyən sayda erməninin Qarabağda saxlamağa çalışacaq.

“Bu, artıq Ermənistanın yox, Rusiyanın Azərbaycanla olan problemidir və özləri bu problemləri həll etsin”, - Paşinyan qeyd edib.

Qapalı toplantıda 5 oktyabrda Azərbaycan Prezidenti İlham Əliyevlə İspaniyanın Qranada şəhərində baş tutacaq Avropa İttifaqı sammiti çərçivəsində Aİ Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun birgə iştirakı ilə keçiriləcək görüşü də ciddi müzakirə edilib.

Paşinyan komanda yoldaşlarına çoxdan gözlənilən sülh müqaviləsinin imzalamağa indi daha çox yaxınlaşdıqlarını dilə gətirib. O deyib ki, oktyabrın 5-də keçiriləcək iclasda sülh sənədin imzalanmasının əsasları qoyulmalıdır. “Bununla bağlı Qranadada bəyanat qəbul ediləcək. Bəyanatda sülh sazişinin əsas bəndləri hesab edilən delimitasiya, demarkasiya, bir-birinin ərazi bütövlüyünün tanınması və sair olacaq”, - o vurğulayıb.

Nikol Paşinyan iclasda az qala açıq mətnlə bəyan etsin ki, Ermənistan Rusiyanı regiondan sıxışdırıb çıxarır və prosesin faktiki başlanması da oktyabrın 5-də keçiriləcək görüşlə elan olunacaq.

Paşinyan onu da bildirib ki, Qarabağın itirilməsindən sonra 10 noyabr 2020-ci il bəyanatı da qüvvədən düşür və bununla da Rusiya tərəfinin roluna son qoyulur.

Erməni mediasının yazdığına görə, Qranada görüşündə 10 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndinin ləğvi gündəmin əsasını təşkil edəcək. 9-cu bənd bölgədə kommunikasıyalırın açılmasını nəzərdə tutur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Rusiyanı Ermənistandan sıxışdırmaq üçün siyasi xəttin qəbul edilməsinə baxmayaraq, Paşinyan komanda yoldaşlarını daha diqqətli və sakit olmağa, Rusiyaya qarşı birbaşa bəyanatlardan çəkinməyə çağırıb. O əlavə edib ki, bu da onların hökuməti üçün dönməz nəticələrə gətirib çıxara bilər.

Paşinyan komanda yoldaşlarını hələlik KTMT-dən çıxma, Ermənistanın bəzi sərhədyanı rayonlarında Rusiya sülhməramlılarının, rus sərhədçilərinin gələcək taleyi ilə bağlı məsələlərdə ehtiyatlı davranmağı tövsiyə edib.
O eyni zamanda Roma Nizamnaməsinin də ratifikasiya olunmasının vacibliyini vurğulayıb.

Paşinyan həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı İrəvanın razılıq vermədiyi təqdirdə İrandan keçəcəyi ilə bağlı komanda yoldaşlarının sualını da cavablandırıb.
Paşinyan komanda yoldaşlarını bu məsələdə səbrli və təmkinli olmağı tövsiyə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
General-mayorun birinci müavini işdən çıxarıldı - Nazirin qohumudur


Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin birinci müavini vəzifəsindən azad edilib.

DİA.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə FHN Akademiyasının rəisi, general-mayor Baba Salayevin birinci müavini, polkovnik-leytenant Bağırov Qəzənfər Nofəl oğlu vəzifəsindən azad olunaraq, ehtiyyata göndərilib.

Qeyd edək ki, Qəzənfər Bağırovun işdən çıxarılması barədə əmr 5 gün əvvəl imzalanıb.

Qəzənfər Bağırov 24.03.1984-ci ildə Şəmkir şəhərində anadan olub. Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasını bitirib. Ailəlidir. 4 övladı var. Onu da vurğulayaq ki, Qəzənfər Bağırov nazir, general-polkovnik Kəmaləddin Heydərovun bacısının kürəkənidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aktualinfo.org Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması ilə bağlı keçirilmiş açıq tender ətrafında apardığı araşdırmaları davam etdirir. Xatırladaq ki, sözügedən qurum əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillərin satınalması üzrə keçirmiş olduğu açıq tenderə 12.07.2023 -cü ildə yekun vurub və fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb. Xüsusilə qeyd etmək istərdik ki, nazirliyin Tender Komissiyası şərtlər toplusundə tələb olunan sənədlərin təqdim edilməsinin son tarixini 03.07.2023-cü ilə müəyyən edib, amma nədənsə tenderdə iştirak üçün sənədlərin qəbulu tarixini göstərməyib. Bu isə müəyyən şübhələr yaradır. Belə ki, tender proseduru başlaması üçün verilmiş elandan sonra iddiaçılara sənədləri təqdim etmək üçün ən azı bir ay vaxt verilməlidir. Amma məlumatlardan da göründüyü kimi nazirlik 3 milyon manata yaxın dəyəri olan açıq tenderi cəmi 9 günə yekunlaşdırıb.

Bu tenderin keçirilməsi zamanı yol verilən bir qanunsuzluq, birinci şübhəli məqam. Növbəti şübhəli məqamlar 3 milyon manata yaxın dəyəri olan açıq tenderin qalibi olmuş Ağaməmmədova Xanım Şamil qızı ilə bağlıdır. Ötən yazılarda da qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, redaksiyanın araşdırma qrupu həmin vaxt açıq internet axtarış sistemlərində Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Xanım Ağaməmmədova barədəsində heç bir məlumat əldə edə bilməmişdi. Yalnız Dövlət Vergi Xidmətinin fiziki şəxslərin reytestr məlumatlarından məlum oldu ki, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da yerləşir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu göstərilir.

Məlumatların ən maraqlı tərəfi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığı Ağaməmmədova Xanım Şamil qızının 1951-ci il təvəllüdlü olması idi. Yəni, 72 yaşlı bir qadının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasını reallaşdıra biləcəyi bir qədər şübhəli görsənirdi. Odur ki, araşdırmalarımızı davam etdirməli olduq.

Şəkidəki mənbələrimizdən əldə etdiyimiz məlumata görə Xanım Ağaməmmədova həqiqətən də ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da pasport qeydiyyatındadır. Mənzil Şəki şəhərindəki 8 nömrəli məktəbin üst tərəfi, Şəki bazarının aşağısındakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Xanım Ağaməmmədova ildə bir-iki dəfə sözügedən mənzildə olur, ya olmur. Xanım Ağaməmmədova hazırda Bakı şəhərində, 4-cü mikrorayonda yaşayır, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində, “Lider”TV-nin yanında yerləşən böyük bir idarənin baş mühasibidir.

Həmin mənbədən əldə etdiyimiz ən son məlumatda Xanım Ağaməmmədovanın ayaqlarında ağrılar olduğundan çox yeriyə bilmədiyi bildirilir. Yəni 72 yaşlı xanım daim oturaq şəraitdə yaşayır. Belə olan halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tender Komissiyası və satınalmaların keçirilməsinə birbaşa cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Xanım Ağaməmmədovanın Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında mənzillərin satın alınmasına necə razılıq verib? Yəni xanım oturaq şəraitdə yaşayırsa, rayonlar arasında bu qədər məsafələri necə qət edib, bu dövlət sifarişini yerinə yetirəcək?

Burada başqa maraqlı bir məqam da var. Göründüyü kimi, 3 milyon manata yaxın dəyəri olan açıq tenderin qalibi Ağaməmmədova Xanım Şamil qızı fiziki şəxsdir. Təbii ki, qanun fiziki şəxslərin də tenderdə iştirakına icazə verir. Bunun üçün fiziki şəxslərdən bank hesabı tələb olunur ki, bu hesabda tenderdə təklif ediləcək məbləğin ən azı 50 faizi olmalıdır. Bu tenderdə risklərin qarşısını almaq üçündür. Göründüyü kimi, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı tenderə 2.531.250 manat təklif edərək qalib olub. Burada sual yaranır bir fiziki şəxs olaraq 72 yaşlı xanımın bank hesabında ən azı 1 milyon manat varmı? Varsa, ömrü boyu mühasib işləmiş bu xanım bu 1 milyon manatı necə qazanıb?

Göründüyü kimi cavabsız suallar və şübhəli məqamlar çoxdu. Amma bir cavab var ki, o da Ağaməmmədova Xanım Şamil qızının bu tenderdə qalib gəlməsinin formal olduğudur. Ötən yazılarımızda da da qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, məlumatlı mənbənin sözlərinə görə əvvəllər Xanım Ağaməmmədovanın adına bir neçə MMC olub. Həmin MMC-lər vasitəsi ilə o, həm Şəki rayon İcra Hakimiyyətinin, həm də bir sıra dövlət qurumlarının həyata keçirdiyi dırnaqarası layıhələdə dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması işlərinə baxıb. Mənbəmizin verdiyi məlumatda Xanım Ağaməmmədovanın hazırda Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən böyük bir idarənin baş mühasibi işlədiyi bildirilir. Şəfayət Mehdiyev küşəsində, “Lider”TV-nin yanında Ağalar Vəliyevə məxsus başqa bir şirkət, “Azəraqrartikinti” ASC də yerləşir. Məlumatlı mənbənin sözlərindən görsənən odur ki, 72 yaşlı Xanım Ağaməmmədova hazırda “Azəraqrartikinti” ASC -nin mühasibatlığında ya çalışır, ya da adı gedir.

Qeyd edək ki, tenderdə şübhəli məqamların araşdırılması, ləğv edilməsi və hüquqi qiymət verilməsi məqsədi ilə redaksiya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Respublika Hesablama Palatasına, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Nəticələri barədə yaxın gələcəkdə daha ətraflı məlumatları diqqətinizə çatdıracağıq.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göygöl sakini ÇARƏSİZ DURUMDA... - MÜRACİƏT

Göygöl rayonu, Cümşüdlü kənd sakini İsayev Anar Tahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Məşğulluq Xidmətindən narazılığını bildirir:

"Mən, İsayev Anar Tahir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2020-ci ildən bu günə kimi Məşğulluq Xidmətində qeydiyyatdayam. Nümayəndələr gəlib baxış keçirməlidir, amma indiyədək gələn yoxdur. Məndən sonra müraciət edənlərə cavab gəlib, heyvan verilib, mən isə hələ də gözləyirəm. Nə vaxt getsəm deyirlər ki, get, yoxlama gələcək. Bu qədər rahatçılıq, özbaşınalıq mövcuddur.

Mənim ehtiyacım var ki, 3 ildir həmin idarəyə gedib-gəlirəm. İnsanı yaşamaqdan soyudurlar, bu, mənə düşürsə, niyə vermirsiz, niyə uzadırsız?!”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, məsələnin araşdırılacağı bildirildi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azər Şükürovdan bunun hesabını soran olubmu? - İLGİNC


Ekonazirliyin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində nələr baş verir..?

Beləki, 19 iyul 2022-ci il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Samir İdayətov Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinə sədr təyin olunub.
Söhbət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən gedir.
İndi isə cənab ekologiya naziri Muxtar Babayevin 2 il öncə Azər Məcid oğlu Şükürovu Agentliyin sədr müavini təyin etməsinə nəzər salaq.
Bəli, Muxtar Babayev 20.10.2020-ci il tarixdə Azər Şükürovu Agentliyə sədr müavini təyin edib.
Yeni təyin olunan sədrin fəaliyyəti haqqında nəsə deyə bilmərik, çünki təyin olunduğu heç bir həftə də deyil.
Ona görə də mövzunu 2 ildir sədr müavini olan Azər Şükürovun üzərində quracağıq.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda “Yerin təki haqqında” qanun var. Və Agentlik “Yerin təki haqqında” qanunda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir.
Amma Azər Şükürov üçün nə yerin təki, nə yerin üstü deyilən anlayış yoxdur. Onun bildiyi bir meyar var ki, o cənab nazirin dostudur, tələbə yoldaşıdır və istədiyini edə bilər. Hətta deyir ki, onu nazir də vəzifəsindən çıxara bilməz, çünki açar sandığı, tökər rüşvəti…
Bəli, məlumdur ki, bu gün Azərbaycanda onlarla daş karxanaları, qum-çınqıl sexləri fəaliyyət göstərir.
Təkcə onu qeyd edək ki, çayların məcrasında olan qum-çınqıl o dərəcədə şəhərlərə daşınır ki, hətta çaylar artıq öz məcrasını dəyişir və ətraf mühitə ciddi ziyan dəyir. Bunun bircə adı var- ekoloji terror.
Bütün bunlara görə Azər Şükürov rəhbər şəxs olaraq məsuliyyət daşıyır.
Təsəvvür edirsiniz, real dövriyyəsi milyonlarla olan daş, çınqıl, qum, qızıl, əhəng karxanaları, klinker istehsal edən sexlər bütün ekoloji normaları pozur. Və nəticədə Azər Şükürovun rəhbərlik etdiyi Agentlik kağız üzərində həmin daş karxanalarına 500 min, bəzən 1 milyon, hətta 2 milyona yaxın cərimə müəyyən edirlər və sonra cərimə etdikləri şəxsləri bazarlığa çağırırlar. Beləcə sövdələşmə başlayır.
Nəticədə 100 minlərlə kifayətlənməyən Agentliyin rəhbərliyi həm də karxana sahiblərini “aylığa” otuzdururlar. Yəni bu qədər sadə və bəsit bir rüşvət-korrupsiya mexanizmi.
Amma sözdə Azər Şükürov kimilər təbiətə sevgidən danışırlar.
Və utanıb-qızarmadan başlarının üstünə Ulu Öndərin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyan olasınız” sözlərini asıb, təbiətə qənim kəsilirlər.
Araşdırma zamanı Azər Şükürovun ana təbiətə sevgisi ilə bağlı xeyli uzun müsahibələrə rast gəldik.
Hətta Azər Şükürov öz müsahibəsində qeyd edir ki, kaşki, təbiəti qoruyanlar olasınız.
istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız.
Mədən sənayesi üzrə kadr hazırlığı bu günün tələblərinə cavab vermir:
“Hazırda Azərbaycanın inkişafı fonunda bu təhsil ocaqlarının dağ-mədən sənayesi sahəsində kadr hazırlığı istiqamətində ciddi fəaliyyətləri nəzərə çarpmır. Dağ-mədən sənayesi elə kadr tələb edir ki, müəyyən hazırlıqdan, praktikadan sonra konkret mədənlər üzrə müasir texnologiyaların iş prinsiplərinə uyğun müstəqil fikirlər irəli sürsün və təkliflərini qəbul etdirə biləcək savada malik olsun. Düzdür, bu cür kadrlar hər bir sahəyə lazımdır. Ancaq müasir dağ-mədən sənayesi tamamilə yeni, müasir təfəkkür tərzinə malik kadrlar tələb edir. Dağ-mədən sənayesi elə bir sahədir ki, burada işləyən kadr ətraf mühitin mühafizəsindən tutmuş kollektiv və şəxsi təhlükəsizliyə qədər bütün detalları nəzərə almaq istedadına malik olmalıdır. Sovetlər dövründə bu sahə üzrə çox gözəl mütəxəssislər hazırlanmışdı. Ancaq Sovet İttifaqı dağıldıqdan və Azərbaycanda dağ-mədən sənayesində geriləmələr baş verdikdən sonra onların çoxu öz işini itirdi və bu gün ixtisaslarına uyğun olmayan sahələrdə fəaliyyət göstərirlər”.
Həə, indi mətləb üstünə gəlmək olar.
Cənab Azər Şükürov, sizin bu müsahibənizi oxuyanda vaxtilə Prezident Administrasiyasının rəhbəri olan cənab Ramiz Mehdiyevin “Mənə savadlı və təmiz bir hüquqşünas” verin deməyi yada düşür.
Sizə savadlı kadrlar lazımdır yoxsa?- rüşvət və korrupsiyanı əla bilən kadrlar?
Ona görə də oxuduğum bütün müsahibələrindən bir nəticə çıxardım. Sənin kimilərin avazı yaxşı gəlir, amma oxuduğunuz təbiətə sevgi deyil. Bu olsa, olsa Ekalogiya naziri və siz Azər Şükürovun prezidentən gizli “EKOLOJİ TERROR”a bilərəkdən rəvac verib, cib idarəçiliyində şərik dostlar olaqraq nazirliyi zəbt edən yarıtmaz vəzifə sahiblərisiz!
Video və mətini yaydı Gundelik baki.com //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Cəbrayıla səfər etdi


Prezident İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.

Dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi –

Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

***

İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kənd Təsərrüfatı Nazirliyinin “çevik” Aparat rəhbəri... - Azad Cəfərli bu posta hansı “xidmət”lərinə görə gətirilib?


Hesablama Palatasının daha bir dövlət qurumunda apardığı yoxlamalar nəticəsində ciddi pozuntulara yol verildiyi aşkarlanıb.

Yenicag.az xəbər verir ki, Hesablama Palatasının iki həftə öncə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə apardığı auditin nəticələrinə dair hesabatı müəyyən ajiotaja səbəb olub.

Hesabata görə, aparılan audit 2020-2022-ci illər üzrə dövlət büdcəsindən Xidmətə yönəldilən 22 milyon 214,1 min manat vəsaiti əhatə edib. Yoxlamaların nəticələrinə əsasən, qeyd olunan dövrdə sözügedən Xidmətin nəzarət sahəsinə aid edilən 4331 ədəd daşınmaz tarix və mədəniyyət abidələrinin 87,9 faizinin (3809 abidə) pasportlaşması təşkil edilməyib, 94,7 faizinin (4102 abidə) mühafizə zonaları təyin olunmayıb, 86,1 faizinin (3730 abidə) balans mənsubiyyəti müəyyən edilməyib, abidələrin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə 17 halda cərimə tətbiq olunmayıb, bir sıra hallarda isə tətbiq edilmiş cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb.

Bundan başqa, Xidmət tərəfindən podratçılar və digər icraçılarla bağlanılmış müqavilələrin şərtlərinə tam əməl edilməyib, müqavilənin bitmə müddətinə yaranmış debitor borcun bağlanması təmin edilməyib, satınalma müqaviləsinin müddətində işlərin başa çatdırılmaması fonunda 3 halda podratçıya artıq vəsait ödənilib, işlərin başa çatdırılması müddətinin pozulmasına (gecikməyə) görə 2 halda cərimə məbləği icraçılara tətbiq edilməyib.

Auditlə əhatə olunan obyektlər üzrə layihə-smeta sənədlərinin və yerinə yetirilmiş işlərin qəbulu aktlarının tikinti norma və qaydalarına uyğunluğu təmin edilməmiş, əsaslı təmir və yenidənqurma işləri üzrə yerinə yetirilmiş işlərin dəyərinin, həmçinin binaların sökülməsi və mədəniyyət obyektlərində ilkin təmir-bərpa işləri yerinə yetirilmiş iş həcmlərinin qəbul aktlarında əhəmiyyətli dərəcədə artıq göstərildiyi müəyyən edilib.

Xidmətin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olub, yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi halları, həmçinin bir sıra satınalma prosedurlarının pozulması halları olub.

Aparılmış inventarizasiya nəticəsində əsas vəsaitlər üzrə çatışmazlıqların müəyyən edilməsi, yaranmış debitor borc məbləğinin uçotdan yayındırılaraq maliyyə hesabatlarında əks etdirilməməsi, yaranan öhdəliyə görə kreditor borc məbləğinin uçotda artırılması və bu kimi halların xarakterik olması, ümumilikdə Xidmət üzrə nəzarət mexanizmlərinin tətbiq edilməməsi, aktivlərin uçotunun aparılması prinsiplərinin pozulması maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla, maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində əsaslı risk amillərini formalaşdırıb.

Xidmətdə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının auditi üzrə aşkar edilib hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Hesablama Palatasının məlumatından göründüyü qədər, fəaliyyəti yoxlanılan bir sıra dövlət qurumlarında olduğu kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işində də kifayət qədər ciddi sayılacaq pozuntular aşkara çıxarılıb. Ancaq yuxarıda qeyd olunanlar məsələnin bir tərəfidir. Başqa sözlə desək, fəaliyyətdə nöqsanlar varsa, bunun əsas səbəbi rəhbərlik tərəfindən işin düzgün qurulmaması və nəzarətin yetərli səviyyədə təşkil olunmamasıdır. Bu sayaq səhlənkarlığa və məsuliyyətsizliyə yol verən rəhbər işçinin isə cəzalandırılması adi hal olmalıdır.

Lakin fəaliyyətində çox sayda pozuntular aşkar olunan quruma yaxın aylara qədər rəhbərlik etmiş şəxsin başqa bir dövlət qurumuna təyinat alması heç də normal qarşılanacaq durum deyil. Haqqında danışılan Xidmətin sabiq rəhbəri Azad Cəfərli də nəzərdə tutulan həmin məmurların sırasındadır. Yəni Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri vəzifəsindən azad olunan Azad Cəfərli uzun müddət işsiz qalmadı. “Uğurlu” kadr bu ilin iyununda Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri postuna gətirilib. Bu təyinata hər hansı şərh vermək və Cəfərlinin yeni vəzifəsində özünü necə göstərəcəyini proqnozlaşdırmaq niyyətimiz yoxdur. Maraqlı olan onun əvvəlki vəzifəsində işlədiyi müddətdə aşkarlanan pozuntulara görə qanun qarşısında necə cavab verməsidir. Baş Prokurorluğun bununla bağlı təhqiqatı yəqin ki, vurğulanan məsələyə də aydınlıq gətirəcək.

www.yenicag.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qərb Ərazi Baş Gömrük İdarəsində QANUN HƏRLƏYƏN YOXDUR... - Sahibkarlar NARAZIDIR


Bir qrup ixracatçı sahibkar Prezident İlham Əliyevə müraciət edərək Dövlət Gömrük Komitəsinin onlara yaratdığı əngəldən şikayətləniblər. Anaxeber.info bildirir ki, iş adamları Azərbaycanın qərb bölgələrindən xurma ixrac edirlər. Onların sözlərinə görə, bu məhsullar əsasən Ukraynaya göndərilir. Sahibkarlar qeyd edirlər ki, müqavilə əsasında ixrac etdimkəri xurma 51 qəpiyə qiymətləndirilib.
"Lakin Yevlax, Tovuz rayonlarında rəsmiləşdirmə zamanı xəbərdar etmədən hər bir xurma maşınının hesab fakturasını 1.30 manat dəyərində qiymət qoyaraq bütün ixracı iflic ediblər. Müzakirə zamanı hər iki gömrük postunun Qərb bölgəsi üzrə regional idarə rəisi Pərviz müəllimin tapşırığı olduğunu bizə bildirdilər.
Məsələyə aydınlıq gətirərək bildirirk ki, ölkə ərazisində xurma məhsulunun kiloqramı
15 qəpikdir, bunu qarşı tərəfə 51 qəpiyə razılaşdırsaq da, Gömrük Komitəsinin regional idarəsi məcbur edərək 1.30 manatdan hesablamaqla Ukraynada rəsmiləşməni düz 3000 dollar bahalaşdırıb.
Bu isə Azərbaycanda olan xurma məhsulunun ölkədən ixracının qarşısının kəskin şəkildə alınması deməkdir", - deyə Prezidentə müraciətdə qeyd edilib.
Hazırda Ukrayna xurma məhsulunun ikinci dərəcəli alıcısıdır, bu cür gömrük yanaşması konseqnasiya zamanı vəsaitin geri qayıdan hissəsini yarıya çatdıracaq ki, bu da tam vəsaitin geri qayıtması deməkdir. Sahibkarlar əlavə edib ki,
Yevlax və Tovuz ərazisində bəyannamə geri qaytarılarkən əsas səbəb kimi qiymət uyğunsuzluğunun qeyd olunmaması da şübhə doğuran haldır: "Çünki bu zaman bəyannaməni geri qaytararkən Gömrük Komitəsinin sahibkara invoys dəyərini artırmaq səbəbini gömrük portalında qeyd etmirlər.
Səbəb başqa qeyd edilir. Çünki özləri də xurma məhsuluna şişirdilmiş qiyməti yazdıqlarının fərqindədirlər. Ölkəmiz bu gün ağır imtahanlar verdiyi halda, Qərb gömrük komitəsinin rəhbəri Pərviz müəllimin bu rəftarı nəyə xidmət etdiyi bəlli deyil.
Məlumdur ki, xurma məhsulu ölkədən ixrac olunmazsa, ölkədə bu məhsula tələbat olmadığından külli miqdarda xurma daxildə xarab olacaq. Hörmətli Prezident və Şahin Bağırov, sizə Qərb regional gömrük barədə tapşırıq verməyinizi xahiş edirik".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vardanyan həbs edildi - Rəsmi - Video

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, toplanmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilib ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib.

Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib. Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO