[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"5 uşaqla 295 manatla dolanmaq olmur" - Şabran sakini AĞIR DURUMDA


Rəvanə İbrahimova Şabran rayon sakinidir. Onun sözlərinə görə 2022-ci ildə ona təyin olunan ünvanlı sosial yardımın vaxtı bitib və yenidən müraciət etsə də, imtina cavabı alıb. Səbəb kimi adına torpaq olduğu göstərilib.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İşdə xəsarət alan qazmaçının HAQQI YEYİLİR - ETİRAZ


Şirvan şəhər sakini İlyas Mahmudov bu il, aprelin 7-də işdə xəsarət alıb. Onun sol əlinin iki və üçüncü barmaqları 1-ci buğundan, eləcə də sol ayağının bütün barmaqları ambutasiya olunub.

Ancaq deyir ki, xəstəlik vərəqini çalışdığı “Şirvan Oyl” Əməliyyat Şirkətinə təqdim etsə də, bugünə qədər ödəniş olunmayıb.

“Fikirləşmirlər ki, necə dolanıram”, – deyən İlyas Mahmudov sözügedən şirkətdə qazmaçı kimi çalışıb.
İşdə xəsarət alan qazmaçının HAQQI YEYİLİR - ETİRAZ

Onun sözlərinə görə, müalicəsi hələ də davam edir:

“Mənimlə bağlanan əmək müqaviləsinin müddəti gələn ay bitir. Doğrusu, şirkət işdən çıxarmaqla bağlı heç nə deməyib. Lakin müvafiq komissiyadan keçmək üçün Bakıya göndərdilər. Müayinə edən həkimlər dedilər ki, xəsarətlər çoxdur, əli hərəkət etdirmək çətindir. Hələlik əlillik verilib-verilməyəcəyini də bilmirəm”.

“Xəstəlik vərəqəsini avqustun 1-də təqdim eləmişəm. Şirkət deyir ki, ödənişlə bağlı gecikmə onlarlıq deyil. Həyat yoldaşım evdar qadındır, üstəlik, himayəmdə yataq xəstəsi olan anam var”, – şikayətçi deyir.
İşdə xəsarət alan qazmaçının HAQQI YEYİLİR - ETİRAZ

“Şirvan Oyl” Əməliyyat Şirkəti 3 fevral 2009-cu ildə imzalanmış, 22 may 2009-cu ildə Parlament tərəfindən təsdiqlənmiş hasilatın pay bölgüsü sazişi əsasında “Kürovdağ” yatağının istismarı ilə məşğuldur. Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət olan “Global Energy Azerbaijan Group”un (“GEA”) operatoru olduğu 5 Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) iştirakçısıdır . Rəhbəri Aleksandr Alekseeviç Anoxindir.

Şirkətdən Meydan TV-yə bildiriblər ki, vəsaitin ödənilməsi şirkətlə bağlı məsələ deyil. Qurumdan əlavə məlumat vermək istəməyiblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildiriblər ki, müraciəti araşdırandan sonra açıqlama verəcəklər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda məşhur şirkətin sahibi ev dustağı oldu: - 14 mərtəbəli bina necə 17 mərtəbə olub?

Məşhur tikinti şirkəti "İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sahibi Rauf Əliyevə hökm oxunub.

DİA.AZ-ın qaynarinfo-ya istinadən məlumatına görə, şirkətin direktoru olan Əliyev Rauf Rəhim oğlu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti əsasında saxlanılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, iş adamı Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82, 103, 104.1, 105.1, 196, 201 və 219.3-cü və "Sosial sığorta haqqında” qanunun 1, 2, 6, 9-1,12, 14-cü maddələrinin tələblərini pozaraq, MMC-nin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyib, təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edib, xüsusilə külli miqdar təşkil edən - 398.9644,35 manat məbləğində vergini, 169.718,77 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bakıda məşhur şirkətin sahibi ev dustağı oldu: - 14 mərtəbəli bina necə 17 mərtəbə olub?

Rauf Əliyev şirkəti tərəfindən 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında icra başçılarının sərəncamı ilə tikilən binaların tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edib, ümumilkdə 3175824,89 manat, 2018-ci ildə Bakı şəhəri Xətai rayon icra başçısının sərəncamı ilə tikilən binaların tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi bəyannamədə 2019-cu ilin cəmi 673584,12 manat sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Bundan başqa, o, cəmiyyətin 2017-ci il üzrə ümumi gəliri 4237288,00 manat, gəlirin əldə edilməsi üçün çəkdiyi xərcləri 3531073,44 manat, vergiyə cəlb edilən ümumi mənfəəti 706214,56 manat, 2016-cı il üzrə cəmiyyətin 5101,75 manat zərəri nəzərə alınmaqla büdcəyə ödənilməli mənfəət vergisi 140222,56 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 140222,56 manat mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bakıda məşhur şirkətin sahibi ev dustağı oldu: - 14 mərtəbəli bina necə 17 mərtəbə olub?

Nizami rayonu, M.Abbasov küçəsi, 2038-ci məhəllədə yerləşən ərazidə, mövcud köhnə yaşayış və qeyri-yaşayış binaları sökülərək, yerində 3 girişli, 16 mərtəbə əvəzinə 17 mərtəbə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanda inşa edilmiş binanın layihə sənədlərində göstərildiyi 16 mərtəbə əvəzinə 17 mərtəbə (16+mansard), ünvan 8-də inşaa edilmiş binanın layihə sənədlərində göstərildiyi 14 (14+mansard) mərtəbə əvəzinə 17 mərtəbə tikdirib.

Rauf Əliyev müəmmalı yollarla tikdirdiyi binalarda əlavə mərtəbə tikilməsi ilə bağlı FHN əməkdaşlarını da "razı sala" bilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu binaların dayanıqlılığı ilə bağlı müayinələr aparıb və müvafiq texniki rəy veriblər.

Məhkəmənin qərarı ilə Rauf Əliyev Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilib və onun üzərində 3 il sınaq müddəti müəyyən olunub. İş üzrə verilmiş mülki iddia qismən təmin edilib. İş adamından 659.152,54 manat tutulub, dövlət büdcəsinə keçirilməsinə qərar verilib və qalan hissədə mülki iddia təmin olunmayıb.

Qeyd edək ki, "İnşaat Konstruksiyaları" MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. "Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur. Rəsul Əhmədov KİV-də keçmiş baş prokuror Zakir Qaralovun yaxın adamı kimi təqdim edilsə də, iddia heç vaxt təkzib edilməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hippokratın `gorunu çatladan` daha bir ÜNVAN - İTTİHAM VAR!


Vallah uzun-uzadı yazmağa ehtiyac görmürük. Azərbaycan səhiyyəsi fəlakətli vəziyyətdədir. Bir tərəfdə Səhiyyə Nazirliyi, o biri yanda TƏBİB, bu tərəfdə İcbari Tibbi Sığorta Dövlət Agentliyi və daha nələr…

Ortada isə nəinki nəticə yoxdur, durum fəlakətlidir… Təkcə son illər Azərbaycan səhiyyəsində baş vermis 3 faktı qeyd etmək yetərlidir.. Həkim qadının xəstə sağ ayağının əvəzinə onun sağlam sol ayağını kəsib… Və bütün ölkə bu barədə danışanda həkim deyib ki, mexaniki səhv olub…
Təsəvvür edirsiniz, xəstənin sağlam ayağı kəsilib, həkim isə bunu mexaniki səhv hesab edir… Əslində belə həkimin tutub ayağını, yaxud da ki, başqa bir orqanını kəsib ona mexaniki səhvin nə olduğunu başa salsalar bir daha belə səhvə yol verməz..

Başqa bir rayonda həkim xəstənin kor bağırsağının ( apendiks) əvəzinə düz bağırsağını kəsib və nəticədə xəstənin nəcisi əməliyyat olunan yerdən bayıra tökülür… Xəstə hüquq-mühafizə orqanlarına şikayət etsə də faydası olmadı… Başqa bir misal… “Premium Clinic”da həkim boğaz ətinin yerinə xəstənin dilçəyini kəsib… Adam istəyir “Premium Clinic” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru cərrah-travmatoloq Nağıyev Mübariz Şəmistan oğlundan soruşsun ki, bəs deyirsən ATU-nu qırmızı diplomla bitirmişəm… Bəs sənin ATU-da içdiyin Hippokrat andı nə oldu..?
Klinikanı açıq bazara döbdərmisən, cənab Mübariz Nağıyev… Hələ koronavirus dövründə xəstələrdən yığdığınız pullar, ölən xəstələr barədə dövrü mətbuatda çox yazıldığı üçün bu mövzuya təkrar qayıtmaq istəmirik. Xəstələrə göstərdiyiniz xidmətin səviyyəsi SIFIR, amma aldığınız pullar külli miqdarda…

Bəli, əbəs yerə yuxarıda qeyd etmədik ki, Azərbaycan səhiyyəsi fəlakətli durumdadır. Kimin pulu varsa klinika açır…özəl klinikalar özünü qəssəbxana kimi aparır.. Bu klinikaları yalnız PUL maraqlandırır, xəstələrin sağlamlığı və düzgün diaqnoz, müalicə veclərinə deyil. Səhiyyə Nazirliyinə müraciət ediləndə isə deyirlər ki, klinikaların işinə qarışmırıq, onların qiymət siyasətinə müdaxilə etmək ixtiyarımız yoxdur… Təsadüfi deyil ki, əhalinin İran, Gürcüstan, Türkiyə, daha çox imkanı olanların Avropa xəstəxanalarına üz tutması məhz ölkəmizdəki bu klinikaların soyğunçuluq siyasəti, dövlət xəstəxanalarında rüşvətin tüğyan eləməsi, həkimlərin bazar açması, yanlış diaqnozlar qoyulması, səhv müalicələr aparılmasının nəticəsidir. Bu günədək kim görüb ki, hansısa nazir, icra başçısı, deputat Azərbaycanda müalicə olunsun..? Haqqında bəhs etdiyimiz “Premium Clinic”da qiymətlər həddən artıq baha olsa da xəstələrə qəbz verilmir, vergidən yayınılır.

Təsəvvür edirsiniz, təkcə həkimin qəbuluna yazılmaq 40-50 manatdır. “Premium Clinic”dakı həkimlərin guya xarici ölkələrdə təcrübə keçdiyi deyilir, amma onların peşəkarlıq səviyyəsi çox aşağıdır. Bu klinikada dəfələrlə vətəndaşlara yanlış diaqnozlar qoyulub. Sonradan həmin insanlar əlavə xərc çəkib xarici ölkələrdə müayinə olunmağa yollanıblar.

Yuxarıda qeyd etdiyimiz kimi “Premium Clinic”ada xəstədən 1100 manat alıb, heç bir çek vermədən boğaz ətinin əvəzinə dilçəyini kəsiblər. Əlavə şərhə ehtiyac varmı..? Çalışın xəstələnməyin…

Növbəti yazımızda "Premium Clinic"nın rəhbəri Mübariz Nağıyev soyadından necə istifadə edir? Məzahir Pənahov, yoxsa Ramiz müəllim, başlıqlı məqalələri oxuyacaqsınız. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bələdiyyə hara baxır, millətə yazığı gələn yoxdur?" - ETİRAZ

Bura Zabrat qəsəbəsi 118 A nömrəli marşrutun son dayanacağıdır. Sakinlər deyir, sözügedən ərazilərdə kanalizasiya yoxdur və yağış yağanda hərəkət mümkünsüz olur. İllərdir müraciət etsələr də, heç bir nəticəsi olmur. “AzərSu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Toplum Tv-yə bildirdi ki, sözügedən ərazidə kanalizasiya infrastrukturu mövcud deyil və bu il üçün quraşdırılması nəzərdə tutulmayıb.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Məhkəmələr ancaq məmurları müdafiə edir” - AXI NİYƏ?!


Naxçıvan sakini Kərim Əhmədov hazırda həbsdə olan oğlu Röyal Əhmədovun aclıq etdiyini deyir. Onun sözlərinə görə, oğlu saxlandığı 7 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyini də bu barədə yazılı şəkildə xəbərdar edib.

“Başına açılmayan oyun qalmamışdı”

Keçmiş polis əməkdaşı olan 37 yaşlı Röyal Əhmədov 9 ildir ki, həbsdədir. O, bu müddətin 5 ilini Qobustandakı qapalı həbsxanada keçirib. 2019-cu ilin dekabrında Şəki Penitensiar Müəssisəsinə köçürülüb. Təxminən ilyarımdır ki, 7 saylı cəzaçəkmə müəssisəsindədir.

“Oğluma Şəkidə zülm elədilər. Oranın rəisi Fərhad Hüseynovun işgəncələrinə görə sabun udmuşdu, dəsmal udmuşdu. Onun başına açılmayan oyun qalmamışdı. Röyal danışır ki, Ombudsman Aparatının əməkdaşlarının gözü qarşısında ağız-burnumun qanını bir-birinə qatmışdılar. O qədər məhbusun gözünün qarşısında, yanvar ayında soyuğun qılınc kimi kəsən vaxtında oğlumu bir ay çöldə üst paltarsız saxlamışdı. Oğlum nə hala qalmışdı. Onu oradan Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərmişdilər, sonra da 7 saylıya gəldi…”, – ata Meydan TV-yə danışır.

Cəzaçəkmə müəssisəsinin rəisini məhkəməyə verib, iş Ali Məhkəmədədir

Onun sözlərinə görə, 7 saylı cəzaçəkmə müəssisəsində də Röyal Əhmədova xəbərdarlıq edilib ki, ona qarşı təxribat hazırlanır. Hətta bu məqsədlə məhbuslardan istifadə etməyə cəhd olunub:

“Bu yaxınlarda oradan çıxan məhbuslardan biri xəbər verdi. Ondan Röyala qarşı ərizə almaq istəyiblər. Düşünürük ki, Şəkidən qalma düşmənçiliyi davam etdirirlər. Eyni sistemdir, hamısı da bir-birinin tanışıdır”.

Kərim Əhmədov oğlu ilə Şəki Penitensiar Müəssisəsinin rəhbərliyi arasında problemin nədən qaynaqlandığı haqda da danışıb. Atası deyir ki, Röyal Əhmədov 2019-cu ilin dekabrında ora köçürüləndə onu çox nimdaş bir yerə salıblar:

“Deyib ki, “oranı təmir elətdir, normal yerdə qal”. Biz nə qədər pul göndərdik, təmir elətdirdik. Sonra oğlumu oradan başqa yerə köçürdü. Bu da oğluma acıq gəldi. Oğlum dedi ki, “ya pulumu qaytar, ya da mən orada qalacam”. Bundan sonra Röyalla düşmən oldu, onun gününü qara elədi…”.

Röyal Əhmədov Şəki Penitensiar Müəssisəsinin rəisini məhkəməyə də verib. Məhkəməyə şikayətində göstərib ki, müəssisədə qeyri-insani rəftara məruz qalır, rəis Fərhad Hüseynov vəzifə səlahiyyətlərindən sui-istifadə edir və s. Lakin Şəkidə məhkəmə onun şikayətini təmin etməyib. İddia olunub ki, onun göstərdiyi hallar təsdiqini tapmayıb.

Birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verməsinə baxmayaraq, bu addımı da nəticəsiz qalıb. Röyal Əhmədov Şəki Apelyasiya Məhkəməsinin qərarından da Ali Məhkəməyə şikayət edib.

“Məhkəmələr ancaq məmurları müdafiə edir”

“Oğlumun aclıq etməkdə tələblərindən biri də Ali Məhkəmənin bu məsələyə həssas yanaşmasıdır. Məhkəmələr niyə ancaq məmurların mövqeyindən yanaşır məsələyə? Niyə vətəndaşın durumunu anlamaq istəmir? Məsələn, məhkəmə onlarla şahidi saya salmadı, Fərhad Hüseynovun xeyrinə qərar verdi. Halbuki, onun soyuqda, şaxtada paltarsız saxlanması məhbusların gözü qarşısında olmuşdu. Bəs hakimin insafı, vicdanı hardadı? İndi 7 saylı cəzaçəkmə müəssisəsində də oğlum şikayətlər yazmaq istəyir, məktubları göndərməyə imkan vermirlər. Röyal həm də buna etiraz edir. Həbsdə olan şəxsin azadlığı məhdudlaşdırılıb, başqa hüquqları yox. Bu adam məktub da yaza bilər, məktub da ala bilər. Bu, nə deməkdir?”- ata sorğulayır.

Penitensiar Xidmət cavab vermir

Kərim Əhmədovun səsləndirdiyi iddialar, eləcə də Röyal Əhmədovun aclıq aksiyası keçirməsi haqda dediklərilə əlaqədar Meydan TV Penitensiar Xidmətin ictimaiyyətlə əlaqədar şöbəsinə sorğu göndərib. Lakin bu qurumdan sorğuya cavab verilməyib.

1986-cı il təvəllüdlü Röyal Kərimov 2014-cü ildə həbs edilib. O, keçmiş polis əməkdaşı Şakir Orucov, Rəşad Tağıyev və Rəhim Səttarovla birlikdə mühakimə olunub. Tamah məqsədilə qəsdən adam öldürmə, quldurluq və s. əməllərdə təqsirli bilinən Naxçıvan sakini 20 il azadlıqdan məhrum edilib. Lakin o, bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

Onunla birlikdə mühakimə olunanlardam Şakir Orucov ömürlük, digərləri isə 13 il həbs cəzası alıb. //meydanTV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş hərbçi general Rəhim Cəfərovdan şikayətçidir – “Soruşdum ki, tək uşaqlar da əməliyyata gedəcək, məni tərxis etdirdi…”


Naxçıvan Muxtar Respublikası, Culfa rayon sakini Əsədli Şahin Rza oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, general Kərəm Mustafayevin birinci müavini Rəhim Cəfərov onu şərləyərək, hərbi hissədən tərxis etdirib:

"Mən, Əsədli Şahin Rza oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2022-ci ilin yanvar ayında əsgərliyə getmişəm, fəxri fərmanla əsgərliyi bitirmişəm. Əsgərliyə gedən ilk gündən istəyirdim hərbçi kimi işləyim. Qalıb, kurs keçdim və hərbçi kimi işlədim. İmtahanlardan hər dəfə 5 qiyməti almışam. Cəmi 2 ay idi işləyirdim, birinci ayı normal maaş aldım, lakin 2-ci aydan maaşım kəsildi…

19 sentyabr 2023-cü ildə antiterror əməliyyatı zamanı komandirə yaxınlaşıb sual verdim ki, tək uşaqlar da əməliyyata gedəcək? Bu zaman general Rəhim Cəfərov məruzə edib ki, Əsədli Şahin Rza oğlu tərxis edilsin.

Evin tək uşağıyam, bir xəstə anam var. Bu səbəbdən o sualı verdim ki, anamla danışıb gedim.

Sentyabrın 26-da məhkəmə oldu, bir daha tərxis olunmağım haqda qərar verildi. Komandirim orada olmadığı halda məni tərxis etdilər.

Mənim şikayətim Rəhim Cəfərovdandır. Məni niyə, hansı səbəbə görə tərxis edib? Bir suala görə belə etməzlər axı.

Anam Fuad Nəcəfliyə və Baş nazirə teleqram vurub. Məhkəmədə mənə dedilər ki, anan teleqram vurub, amma xeyri yoxdur, əmrin veriləcək.

Özümüz kirayədə yaşayırıq, anamın gözləri zəifdir, görmür, indi dirduq yerə işimdən də oldum. Müharibədən qorxsaydım hərbçi kimi qalıb işləməzdim.

Cənab Fuad Nəcəflidən və Baş nazirdən xahiş edirəm ki, mənə köməklik etsin”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO