[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir” - Prezident


Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

Bunu Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Dövlət başçısı Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu qeyd edib.

Prezident bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılıb, lakin qanunsuz separatist rejimin bundan imtina edib.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırladıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Düşmən Laçını atəşə tutdu

Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
100-dən çox rusiyalı idmançı vətəndaşlığını dəyişib

100-dən çox rusiyalı idmançı vətəndaşlığını dəyişib.

Bunlardan 55-i olimpiya idman növləri üzrə yarışır. Bunu idman nazirinin müavini Aleksey Morozov deyib.

“Təlimlərə xərclənən vəsaitin geri qaytarılması ilə bağlı presedentlər var. Vətəndaşlığın dəyişdirilməsinə gəlincə, bəzi ölkələr özlərini tam düzgün aparmır”, - deyə rəsmi bildirib. O, hansı dövr üçün statistik rəqəmlərə istinad etdiyini dəqiqləşdirməyib.

Martın 28-də BOK İcraiyyə Komitəsi beynəlxalq federasiyalara xüsusi əməliyyatı dəstəkləməyən rusiyalılara neytral idmançı kimi turnirlərdə iştirak etməyə icazə verməyi tövsiyə edib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrük Komitəsində nə baş verir? – 20 gündə 4 HƏBS

Səfər Mehdiyev 2022-ci il iyul ayının 16-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad ediləndən sonra bu qurumda islahatların aparılacağına dair ümidlər yarandı. Rüşvət və korrupsiyanın girdabında boğulan gömrük orqanlarına rəhbərlik edəcək şəxsin müəyyənləşməsi təxminən 7 ay çəkdi.

S.Mehdiyev 2022-ci ilin iyulunda postu ilə vidalaşandan sonra onun vəzifəsinin icrası birinci müavini Şahin Bağırova həvalə olunmuşdu. İş adamları və iqtisadçılar Ş.Bağırovun DGK sədrinin səlahiyyətlərini icra etdiyi zaman kəsiyini “qızıl dövr” adlandırırlar. Həmin müddət gömrükdə şəffaflığın maksimum təmin olunduğu, iş adamlarına münasibətdə ayrı-seçkiliyə yol verilmədiyi, rüşvət və korrupsiyaya qarşı müharibə elan edildiyi dövr kimi yadda qalıb.

Qeyd edək ki, Ş.Bağırovun bu fəaliyyəti həmin vaxt təqdirlə qarşılanmışdı. Müşahidəçilər Ş.Bağırovun 14 fevral 2023-cü ildə DGK sədri təyin edilməsi ilə bağlı sərəncamın arxasında da 7 aylıq fəaliyyətinin dayandığını iddia edirlər.

Hadisələrin inkişafı gömrükdəki islahatların yarımçıq qaldığını göstərdi. Gözlənilənin əksinə olaraq, Ş.Bağırov DGK sədri postuna təyinat alandan sonra sələfinin yolu ilə getməyə başladı. S.Mehdiyevin dövründən qalan pis ənənələr tezliklə “dirçəldi”, gömrük orqanları əvvəlki “rejim”də işləməyə başladı. İndi iş adamlarının narazılıq dolu bəyanatlarını tez-tez eşitmək mümkündür. DGK-nın ayrı-ayrı məsul şəxsləri ilə bağlı irəli sürülən ittihamlar isə araşdırılmır, yol verilmiş qanunsuzluqlarla bağlı ciddi tədbirlər görülmür. Son vaxtlar gömrük orqanlarının fəaliyyəti ilə bağlı narazılıq kütləvi xarakter almağa başlayıb.

DGK-nın ayrı-ayrı vəzifəli şəxslərinin iş prosesində yol verdikləri özbaşınalıqlar artıq hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib. Təsadüfi deyil ki, son 20 gündə hüquq-mühafizə orqanları tərəfindən DGK-nın müxtəlif strukturlarında 4 dəfə əməliyyat keçirilib.

Aldığımız məlumata görə, rəhbərlik etdiyi dövlət qurumunda baş verən özbaşınalıqlar DGK sədri Ş. Bağırovun karyerası üçün ciddi problemlər yaradıb. Hüquq-mühafizə orqanları öz fəaliyyətlərində qanunsuzluqlara yol vermiş ayrı-ayrı DGK rəsmiləri ilə yanaşı, Ş.Bağırovun özünü də nəzarətə götürüblər. DGK sədrinin fəaliyyəti hərtərəfli araşdırılır, işdə yol verdiyi nöqsanlarla bağlı müvafiq hesabatlar hazırlanır.

DGK ətrafında cərəyan edən hadisələrin sədrin karyerası üçün fəsadsız ötüşməyəcəyi bildirilir. Rəhbərlik etdiyi qurumda islahatların aparılmasına həvəs göstərməyən Ş.Bağırovun özünün hakimiyyətin başlatdığı “islahat dalğası”nın qurbanına çevriləcəyi iddia olunur. //Yenisabah//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pensiya yaşını keçmiş icra başçıları - SİYAHI


Son illər ölkəmizdə idarəetmə sahəsində gedən davamlı islahatların nəticəsində bir sıra vəzifələrə yeni təyinatlar olub. Xüsusilə də, icra hakimiyyəti başçısı postlarına gənc kadrların təyin olunması artıq ənənəyə çevrilib. Bununla yanaşı stajlı icra başçılarının sayı da az deyil.

Bizim.Media pensiya yaşını doldurmuş icra başçılarını araşdırıb.

Alı Qocayev

Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin 76 yaşı var. O, 1947-ci ildə anadan olub. Alı Qocayev 2005-2012-ci illərdi Binəqədi rayonuna rəhbərlik edib. Artıq 11 ildir ki, o Samux rayon İcra Hakimiyyətinin başçısıdır.

Mübariz Əhmədzadə

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin də 76 yaşı var. O, 1947-ci ildə anadan olub. Mübariz Əhmədzadə 2007-2009-cu illərdə Qax, 2009-cu ildən isə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyır.

Bayram Səfərov

Şuşa şəhər İcra Hakimiyyəti başçısı Bayram Səfərovun 72 yaşı var. O, 1951-ci ildə anadan olub. Bayram Səfərov 2009-cu ildən Şuşanın icra başçısıdır.

Adil Məmmədov

Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun 71 yaşı var. O, 1952-ci ildə anadan olub. Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonuna rəhbərlik edib. O, artıq 12 ildir ki, Qobustan rayon İcra Hakimiyyətinin başçısıdır.

Rafil Hüseynov

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun 70 yaşı var. O, 1953-cü ildə anadan olub. Rafil Hüseynov 2012-2019-cu illərdə Masallı, 2019-cu ildən isə Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısıdır.

Malik İsaqov

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun 70 yaşı var. O, 1953-cü ildə anadan olub. Malik İsaqov 22 ildir ki, eyni vəzifəni daşıyır.

Tofiq İbrahimov

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun 69 yaşı var. O,1954-cü ildə anadan olub. Tofiq İbrahimov 2004-2010-cu illərdə Qəbələ, 2010-2012-ci illərdə Lənkəran və 2012-ci ildən bəri isə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb.

Novruz Novruzov

Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun da 69 yaşı var. O,1954-cü ildə anadan olub, Novruz Novruzov 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə Şabran və 2019-cu ildən isə Siyəzən rayon İcra Hakimiyyətinin başçısıdır.

Zakir Fərəcov

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 69 yaşı var. O 1954-cü ildə anadan olub, Zakir Fərəcov 2005-2015-ci illərdə Abşeron, 2015-ci ildən bu günədək Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısıdır.

Alı Alıyev

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin 68 yaşı var. O, 1955-ci ildə anadan olub. Alı Alıyev 12 ildir ki, bu vəzifənin başındadır.

Mərdan Camalov

Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun 57 yaşı var. O, 1956-cı ildə anadan olub. Mərdan Camalov 2005-2019-cu illərdə Şirvan şəhərinin, 2019-cu ildən isə Zərdab rayon İcra Hakimiyyətinin başçısıdır.

Eldar Əzizov

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun 66 yaşı var. O, 1957-ci ildə anadan olub, Eldar Əzizov 2000-2003-cü illərdə Nizami, 2003-2011-ci illərdə Gəncə şəhər, 2011-2015-ci illərdə Sumqayıt şəhər, 2015-2018-ci illərdə Səbayil və 2018-ci ildən etibarən isə Bakı şəhər İcra Hakimiyyətinin başçısıdır.

Şahmar Usubov

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun 70 yaşı var. O. 1953-ci ildə anadan olub, Şahmar Usubov 2000-ci ildən bu vəzifəni daşıyır.

Xatırladaq ki, Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 63-dür.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir Amal Teymurovun yerinə idarə rəisi təyin etdi - ƏMR


Xəbər erdiyimiz ki, uzun illər Fövqaladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi vəzifəsində işləmiş Amal Teymurov maliyyə pozuntularına görə işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə onun yerinə daxili xidmət mayoru Elnar İmanov təyin edilib.

Qeyd edək ki, Elnar İmanov bu vəzifəyə kimi Maliyyə-iqtisadiyyat Baş idarəsinin rəisi Zaur Zeynalovun müavini və baş zabiti vəzifəsində çalışıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
44 günlük müharibənin iştirakçısına təqaüd niyə verilmir? - MÜRACİƏT

Yevlax rayonu, Köver kənd sakini Şahverdiyev Sadiq Qənimət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. 44 günlük Qarabağ müharibəsinin iştirakçısı olan şikayətçi deyir ki, hələ də dövlət tərəfindən müharibə iştirakçılarına ayrılan 80 manat pulu ala bilmir:

"Mən, Şahverdiyev Sadiq Qənimət oğlu, yazaraq sizə bildirirəm ki, II Qarabağ müharibəsi iştirakçısı olmuşam. Lakin müharibə iştirakçılarına ayrılan 80 manatı səbəbsiz olaraq ala bilmirəm.

1 medalım var. Hər yerə müraciət etsəm də, şikayətimə baxılmır.

Talış, Suqovuşan istiqamətindəki döyüşlərdə iştirak etmişəm.

Xahiş edirəm ki, mənə də 80 manat təqaüd ayrılmasına köməklik göstərəsiniz".
44 günlük müharibənin iştirakçısına təqaüd niyə verilmir? - MÜRACİƏT
44 günlük müharibənin iştirakçısına təqaüd niyə verilmir? - MÜRACİƏT

//Hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbi xidmətə çağırılanların tibbi müayinəsini bu nazirlik həyata keçirəcək - FƏRMAN


Prezident İlham Əliyev Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçiriləcək:

sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;

sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;

dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;

həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

Yekun tibbi müayinənin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılması, yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilməsi müəyyən edilib.

Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla altı ay müddətində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn maliyyələşməni təmin etməli, Agentliyin inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirliyə 2024-cü il iyulun 1-dək altsistemin təkmilləşdirilməsini təmin etmək, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş nazir oğlunun alveri `XOD GEDİR`... - YENİ FAKTLAR

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun biznesmen oğlu Anar Məmmədovla yeni faktlar açıqlanıb. DİA.AZ bildirir ki, bu dəfə də tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli Anar Məmmədovun ictimailəşməyən fəaliyyətinə işıq salıb.

C.Həsənli yazır:
"Ziya Məmmədovun oğlunun Britaniyadakı şirkətlərinin birinin audit sənədində qeyd olunur;
The principal activity of the company in the period under review was that of retail of Kentucky Fried Chicken and its associated products.
(Nəzərdən keçirilən dövrdə şirkətin əsas fəaliyyəti Kentucky Fried Chicken və onunla əlaqəli məhsulların pərakəndə satışı olmuşdur)
Kentucky Fried Chicken -KFC brendinin tam adıdır.
Ziya Məmmədovun İngiltərədə oğluna məxsusluğunu inkar etdiyi onlarla restorandan 6-sı Anar Məmmədovun benefisiarı olduğu şirkətlərdən təkcə birinin vasitəsilə idarə olunur ki, onun da aktivləri 4 milyon funt sterlinq təşkil edir. Amma bu restoranlar KFC deyil, "Pizza Hut" adı altında fəaliyyət göstərir".

Hər halda, sual yarana bilər ki, Anar Məmmədov artıq nazir oğlu deyil və onun bizneslə məşğul olma kimi hüquqları var. Təbii ki, var. Amma o da var ki, eyni haqq və hüquq hər bir Azərbaycan vətəndaşına da aiddir ki, onun dövlətinin büdcəsindən oğurlanan vəsaitlərin sonrakı aqibətindən xəbərdar olsun...

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlabndırmağa hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu şəxslərlə bağlı tədbirlər görüləcək - DTX-dən XƏBƏRDARLIQ


Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, son günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib sosial şəbəkələr vasitəsilə yayılmasına təhrik edən çağırışlar yer almaqdadır:

"Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi hallar nəzarətə götürülüb və analoji hərəkətləri etməyə təşəbbüs göstərən şəxslər barəsində zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Bildiririk ki, ölkəmizin milli təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ciddi ziyan vuran, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid və dövlət sirri təşkil edən məlumatları özündə ehtiva edən videoçəkilişləri apararaq yaymaq qətiyyən yolverilməzdir və vətəndaşları belə əməlləri etməkdən çəkinməyə çağırırıq.

Eyni zamanda vurğulayırıq ki, qeyd olunan hüquqazidd hərəkətlərə qəsdən yol verilməsi dövlət sirrini yayma, bəzi hallarda isə dövlətə xəyanət cinayət əməllərinin törədilməsi şübhəsi üzrə araşdırma predmeti kimi çıxış edir və müvafiq hüquqi məsuliyyət tədbirlərinə səbəb olur".

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO