[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev 137 milyonu necə qazanıb və bank təsis edib..? - Ramiz Mehdiyevin "qara kassası" Əhməd Vəliyev çətin durumda...


Rektorun oğlanları Munir və Samir Vəliyev həbs olunacaq...
Təsəvvür edirsiniz, bir müddət əvvəl Qarabağ qazisi polkovnik Şahmurad Məmmədov kredit borcuna görə stress keçirdi və ürəyi partlayaraq dünyasını dəyişdi. Döyüşlərdə ölməyən qazinin ürəyi Əhməd Vəliyevin oğlanlarının və özünün bankının qarşısında partladı.
Belə ki, Şahmurad Məmmədovun Əhməd Vəliyevin ailəsinə məxsus "Muğanbank”a 11 min manat kredit borcu olub. Məhkəmə və bank kredit borcunu Qarabağ qazisinin pensiya kartına yönəldib. Və Şahmurad Məmmədovun kartı bloklanıb. Ailəsinin adicə çörək tələbatını ödəməkdə çətinlik çəkən, pensiya ala bilməyən Qarabağ qazisi bu boyda ədalətsizliyə dayana bilməyərək dünyasını dəyişib.
İndi gəlin görək, “Muğanbank” kimindir..? Hamıya bəlli olduğu kimi “Muğanbank” Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə məxsusdur. Ortaya sual çıxır ki, rektor kimdir ki, 137,5 milyon manata bank təsis edir..? Bəli, bütün bu pulların hamısı saxta yolla universitetə qəbul olunan tələbələrin valideynlərindən rüşvət kimi alınıb.
Onu da qeyd edək ki, rektor Əhməd Vəliyev həmişə PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin sağ əli, “kassiri” hesab olunub. Az-çox bank sistemindən başı çıxanlar “Muğanbank”ın səhmdarlar siyahısına baxsa, bankın Əhməd Vəliyevlərin ailə bankı olduğunu görə bilərlər.
İndi gəlin, bir ay öncə mətbuatda yayılan ən son məlumata nəzər salaq: "Əhməd Vəliyev “Muğan Bank”ı övladlarına verdi. "Muğanbank" ASC-yə 2 yeni səhmdar gəldi.. Bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevdir. Onların hər biri Bankda 40% pay əldə etdi, yəni bankın 80 faizi Əhməd Vəliyevin oğlanlarına verildi".
Əhməd Vəliyevin ailə biznesi təkcə “Muğan Bank”la bitmir. Bu millət vəkili, rektor, biznesmen, oliqarx Əhməd Vəliyevin biznesinin sərhədləri Türkiyəyə, Rusiyaya, İngiltərəyə qədər uzanır. Nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğulları – Samir və Munir Vəliyev geniş ailə biznesi yaradaraq hazırda “JMR” adlandırılan “Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar Yurdu Universiteti, “Muğanbank” ASC və “Oksigen” klinikasını idarə edirlər. Rektorun oğlu Samir Vəliyev Təhsil Nazirinin Müşaviri olanda ata-bala “diplom biznesi” ilə milyonlar qazandılar.
Məlumat üçün qeyd edək ki, Samir Vəliyev əvvəl Təhsil Nazirinin Müşaviri, sonra peşə təhsili üzrə sektor müdiri, daha sonra Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Yəni xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlərə Samir Vəliyev baxıb və bu yolla milyonlar qazanıb. Təsəvvür edirsiniz, rektor Əhməd Vəliyev oğlunun səlahiyyətlərindən istifadə edərək “Odlar Yurdu”nda xaricdə təhsil alan tələbələr üçün mərkəz yaradıb və saxta diplomların tanınması ilə külli miqdarda pul qazanıb.
Sözün qısası, Əhməd Vəliyevin ailə üzvlərinə, oğlanlarına məxsus olan Londonda, Türkiyədə, Avropanın müxtəlif ölkələrində olan və dəyəri yüz milyonlarla ölçülən mülklərin mənbəyi Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılmalıdır.
Redaksiyamıza daxil olan məlumata görə, yaxın zamanda Əhməd Vəliyevin oğlanları Munir və Samir Vəliyevin həbsi gözlənilir. Bizə daxil olan məlumatlarda Əhməd Vəliyev və oğlanları Samir və Munir Vəliyevə məxsus milyardların "Muğan Bank" vasitəsilə necə Azərbaycan - Avropa - Azərbaycan dövriyyəsini edir... Mövzu çox maraqlı və geniş araşdırma tələb etdiyi üçün yaxın zamanlarda Türkiyə müxbirimizin araşdırma yazısını dərc edəcəyik. Bizi izləyin.

gundelik baki.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Regional Təhsil İdarələrinin rəhbərləri nə işlə məşğuldur?

Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu cədvəli açıqlanıb. (BAX: https://edu.gov.az/az/graphic/page)

“AzPolitika.info” xəbər verir ki, vətəndaş qəbulu cədvəlində nazir, nazir müavinləri, aparat rəhbəri, şöbə müdirləri, agentliklərin idarə heyyətinin üzvləri, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyindəki Regional Təhsil İdarələrinin qəbul günləri və saatları qeyd olunub.

Qeyd edək ki, sözügedən cədvəldə tabeliyində yüzlərlə ümumtəhsil müəssisəsi olan Regional Təhsil İdarələrinin müdirlərinin vətəndaş qəbulu cədvəli bir xeyli maraq və təəccüb doğurub. Bu cədvəldə 13 regional təhsil idarəsindən yalnız 4-nün (Şərqi Zəngəzur Regional Təhsil İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi) həftədə iki dəfə vətəndaşları qəbul etdiyi məlum olub.

Digər 9 regional təhsil idarəsində (Abşeron-Xızı Regional Təhsil İdarəsi, Bakı Şəhər üzrə Təhsil İdarəsi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Mərkəzi Aran Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şirvan-Salyan Regional Təhsil İdarəsi) isə vətəndaş qəbulunun həftədə cəmi bir dəfə olmaqla 2- 3 saat müddətində keçirildiyi ortaya çıxıb.

Məlumat üçün qeyd edək ki, Regional Təhsil İdarələri ölkə başçısının müvafiq Sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin əsasında yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı Regional Təhsil idarələrinin balansına verilib. Adıçəkilən 13 müəssisə rayonda təhsili idarə edən, regional idarələrin tərkib hissəsi kimi fəaliyyət göstərən qurumlar hesab olunurlar. Bu qurumların yaradılmasında əsas məqsədin sözügedən sahədə vahid idarəçilik siteminə keçid edərək, mərkəzləşmiş şəkildə fəaliyyəti təmin etmək olduğu bildirilirdi.

Həmin vaxt Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Regional Təhsil İdarələrinin yaradıldıqdan sonra vətəndaşların müraciətlərinə daha keyfiyyətli şəkildə baxılacaq:”Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola bilərik. Bu mənada inanıram ki, Regional Təhsil İdarələrinin qurulması yerlərdə vətəndaşların müraciətlərinə keyfiyyətli baxılması, vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir edəcək”.

Ancaq nazirin qulağa xoş gələn açıqlamaları ilə vətəndaş qəbulu cədvəlindəki məlumatlar arasında ciddi bir qeyri-müəyyənlik var. Çünki ay ərzində təhsil işçilərinə və vətəndaşlara ümumilikdə cəmi 8 saat vaxt ayıran bir qurumun müdiri onların şikayətlərini, üzləşdikləri problemləri hansı səviyyədə həll edə bilər? Burada hansısa “keyfiyyətli” xidmətdən danışmaq mümkündürmü?

Digər tərəfdən, yüzlərlə təhsil müəssisəsinin bir qurumda birləşməsi, təhsil mühitimizin bərbad bir vəziyyətdə olduğu indiki dövrdə saysız-hesabsız vətəndaş müraciəti, şikayəti anlamına gəlir. Belə nəticəyə gəlmək olar ki, həftədə bir dəfə görüş təşkil edən Regional Təhsil İdarələrinin başlıca məqsədi vətəndaşın şikayətini dinləyib, həll etmək yox, sadəcə “yola verib” cari iş həftəsini başa vurmaqdan ibarətdir.

Onu da qeyd edək ki, hazırda 13 Regional Təhsil İdarəsinin tabeliyində ümumilikdə nə az, nə çox düz 4009 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan – Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində ən çox (553) ümumtəhsil müəssisəsi olan qurum olmasına baxmayaraq, həftədə cəmi bir dəfə, 3 saat müdətinə vətəndaş qəbulu keçirir. Ən az ümumtəhsil müəssisəsi isə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindədir (99). Burada da qəbul həftədə bir dəfə olmaqla, 2 saat müddətində aparılır.

Bütün Regional Təhsil İdarələrinin tabeliyindəki təhsil müəssisələrini təqdim edirik:

– Abşeron-Xızı Regional Təhsil İdarəsinin – 99 ümumtəhsil müəssisəsi;

– Bakı Şəhər üzrə Təhsil İdarəsi – 312 ümumtəhsil müəssisəsi;

– Dağlıq Şirvan Regional Təhsil İdarəsi – 205 ümumtəhsil müəssisəsi;

– Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi – 248 ümumtəhsil müəssisəsi;

– Lənkəran-Astara Regional Təhsil İdarəsi – 553 ümumtəhsil müəssisəsi;

– Mərkəzi Aran Regional Təhsil İdarəsi – 337 ümumtəhsil müəssisəsi;

– Mil-Muğan Regional Təhsil İdarəsi – 242 ümumtəhsil müəssisəsi;

– Qarabağ Regional Təhsil İdarəsi – 450 ümumtəhsil müəssisəsi;

– Qazax-Tovuz Regional Təhsil İdarəsi – 323 ümumtəhsil müəssisəsi;

– Quba-Xaçmaz Regional Təhsil İdarəsi – 386 ümumtəhsil müəssisəsi;

– Şəki-Zaqatala Regional Təhsil İdarəsi – 362 ümumtəhsil müəssisəsi;

– Şərqi Zəngəzur Regional Təhsil İdarəsi – 303 ümumtəhsil müəssisəsi;

– Şirvan-Salyan Regional Təhsil İdarəsi – 189 ümumtəhsil müəssisəsi;

Bu anlaşılmaz vəziyyətin səbəbini öyrənmək üçün Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən müraciətimizin qısa zaman ərzində cavablandırlacağı bildirilsə də, yazı hazır olana qədər mövzu ilə bağlı ünvanladığımız suallara cavab gəlmədi.

Bir sıra Regional Təhsil İdarələrinə ünvanladığımız sorğuları isə, ümumiyyətlə, cavablandıracaq şəxs tapılmadı. Belə görünür ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Regional Təhsil İdarələri vətəndaş qəbulu ilə yanaşı, media əlaqələrini də bu cədvəl əsasında qurub və yalnız müəyyən edilmiş zaman aralığında xidmət göstərir…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərsu” 10 manatlıq şirkətdən yarım milyonluq beton alır


“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Rapid Services Azerbaijan” MMC olub.

“Azərsu” ASC-nin daxili vəsaiti hesabına müxtəlif markalı hazır beton qarışığının satın alınmasına görə “Rapid Services Azerbaijan” MMC-yə 450 min 184 manat 16 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 10 manat olan “Rapid Services Azerbaijan” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı, ev 55, mən.1145, Ağa Center-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəcəfov Elnur Ələddin oğludur.Yeniavaz.com

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur iş adamı ilə keçmiş müavini arasında qalmaqal davam edir


"Koroğlu” MMC-nin prezidenti Tahir Əliyevlə bu şirkətdə direktor müavini işləmiş Emin Babaşov arasında məhkəmə çəkişməsi davam edir.

Emin Babaşov Tahir Əliyev və "Koroğlu ” MMC ilə yanaşı, iş adamının digər şirkətləri - "Konfirom” MMC, "Nur Retail” MMC və "Tikilməkdə olan müəssisə” Kiçik Müəssisəsi barəsində də iddia qaldırıb.
İş hazırda apellyasiya mərhələsindədir.

10 oktyabr 2023-cü il tarixdə məhkəmə baxışı iclası keçiriləcək. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Məhəmməd Rüstəmlinin sədrliyi ilə baxılacaq.

Emin Babaşov 2021-ci ilin mart və aprel aylarında o, "Koroğlu” MMC və digər şirkətlərdəki işindən ayrılıb. Direktor müavininin işdən ayrılmasının səbəbi Tahir Əliyevin qanunsuz tapşırıqlarını icra etmək istəməməsi olub.

Bundan başqa, Tahir Əliyevin oğlu Oruc Əliyev Emin Babaşova qarşı fiziki zor tətbiq edib. Emin Babaşovun hüquq-mühafizə orqanlarına müraciətindən sonra faktla bağlı Cinayət Məcəlləsinin 145.2.5-ci (Qanunsuz azadlıqdan məhrum etmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Qaynarinfo

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO