[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda "Mədəniyyət" yetərsizliyi: - "Yuxarı"dan icazə, bitməyən restavrasiya...


Ötən həftələrdə Lənkəran və Astara rayonlarına Azərbaycanın zənginliyi, sərvəti hesab edilən Hirkan meşələrini və Qızılağac Milli Parkının gözəlliklərini çəkmyə getmişdik. Düzdür, Hirkan və Qızılağac Milli Parklarında çəkilişlərimiz ürəyimizcə oldu və parkların əməkdaşları ilə söhbətlər zamanı problemləri, planları öyrəndik. Yəni söhbətlərimiz uğurlu alındı. Amma…
Milli Parkların çəkilişlərindən sonra yolumuzu əslində “vikipediyada” milli parkın tarixi, mədəni məkanı kimi göstərilən Lənkəran Tarix Diyarşünaslıq Muzeyindən saldıq. Hansı ki, bu bina Lənkəran Xanı Mir Əhməd xanının sarayı olub. Əvvəlcə, sizə xan sarayının tarixindən söz açım, sonra qarşılaşdığımız problemləri dilə gətirərik. Deməli, Mir Əhməd xan bu sarayı sevimli həyat yoldaşı Tuğra xanımın şərəfinə ucaldıb. Bina 1913-cü ildə Avropadan gətirilən memarlar tərəfindən inşa edilib. Biannın tikintisində istifadə edilən bütün tikinti materialları isə, Bakıdan Lənkərana aparılıb. Binanın fasadın mifoloji fiqurlar yer alıb. Bina o dövrlərdə Lənkəranda ilk çoxmərtəbəli bina hesab edilib. Onu da deyək ki, Mir Əhməd xanın evi o dövrlərdə ilk elektrik enerjisi olan bina olub. Mir Əhməd xanla Tuğra xanımın övladları olmayıb. Xan 1916-cı ildə Fransaya səfəri zamanı dünyasını dəyişir, onun nəşi Lənkərana gətirilir və burada dəfn edilir. Xanın öülümündən sonra sovet hakimiyyəti illərində bina Tuğra xanımın əlindən alınır. Tuğra xanım Bakıya köçür. Xan xanımı olan Tuğra xanım, Bakıda çox ağır günlər görür, yaşaya bilmək üçün xadimə işləyir.

İndiki Tarix Diyarşünaslıq Muzeyi 1978-ci ildə Lənkəran xanının həyat yoldaşı üçün tikdirdiyi binaya köçürülüb. Muzeyin əməkdaşları bizi gülərüzlə qarşıladı. Amma jurnalist olduğumuz öyrənildikdə, sərbəst çəkilişə icazə verilmədi. Dedilər ki, “yuxarı”dan icazə alınmalıdır. Biz də o “yuxarı” deyilən şəxsi axtarıb tapdıq. Rauf adlı şəxsin nömrəsinə zəng edib, Hirkan Milli Parkından reportaj üçün Bakıdan gələn jurnalist olduğumuzu və muzeydə kiçik bir çəkiliş etmək istədiyimizi bildirdik. Rauf “müəllim” isə dedi ki, “yox, Mədəniyyət Nazirliyindən icazə alınmalıdır”. Qeyd etdik ki, “Bura muzeydir, hər kəsin üzünə açıq olan bir məkandır, biz burada jurnalist olduğumuzu demədən də çəkiliş edə bilərdik”.

Qısası; Rauf müəllim, bizi dinləmək və anlamaq istəmədi… Dedi ki, “gedin, Mədəniyyət Nazirliyindən icazə alın”. Biz də “hansı Mədəniyyət Nazirliyini deyirsiniz? Dövlət Təhlükəsizlik Xidmətinin "baş çəkdiyi" nazirliyimi deyirsiniz?” demədik…. Demədik, amma bildirdik ki, qarşılaşdığımız bu anormal "soyuq" münasibəti kəlimələrə tökəcəyik ki, bu da bizim haqqımızdır… Ən az o muzeydə çəkiliş etmək haqqımız qədər...

Biz özümüzü təqdim etmədən muzeyi gəzə və çəkiliş edərdik, hətta özünə jurnalist deyən bəzi “fəaliyyət icraçıları” kimi birinin də üstünə beşini qoyub qərəzli yazı yaza bilərdik. Yazmadıq, çünki biz öz peşəmizə və işimizə hörmət edirik, digərlərindən fərqli olaraq…

Lənkəran Tarix Diyarşünaslıq Muzeyində mədəniyyətin məsullarına yaraşmayan "hörmətsizlik"lə qarşılaşsaq da… Nə isə.. Lənət “şeytan”a deyib, Lənkəranda yerləşən Zindan qalasını çəkməyə getdik. Qeyd edək ki, dairəvi qala XVIII əsrdə tikilib. İddialara görə, qala Nadir şahın əmri ilə tikilib. Lənkəran rus qoşunları tərəfindən tutulduqdan sonra, 1869-cu ildən qala həbsxanaya çevrilir. Həbsxana 140 nəfər üçün nəzərdə tutulsa da, burada 310 nəfər yaxın dustaq saxlanılır. Hətta XX əsrdə Stalin də bu zindanda məhkumlardan olub. Yəni qalanın tarixi, tikilməsi, hətta istifadə edilməsi və “qonaqlar”ı çox maraqlıdır. Taleyinə “həbsxana” olmaq yazılmış qaladan 1956-cı ilə qədər cəza məqsədilə istifadə edilib. Buna görə də elə qalanın adı “Zindan qalası” qalıb.

Qala Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına salınıb və dövlət tərəfindən mühafizə olunur… Ya da olunmalıdır... Sanki belə desək, daha məqsədəuyğun olar. Dairəvi qala 2006-cı ildə regionların sosial-iqtisadi inkişafı planına əsasən təmir olunub. Sonra 2015-ci ildə güçlü qar qalanın dam örtüyünü dağıdıb və yararsız vəziyyətə salıb. Tarixi abidənin yenidən bərpası Mədəniyyət Nazirliyində 2020-2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib. İndi isə, qala "deyilənə görə" restavrasiya edilir. Ətrafını qala şəklində dizayn edilmiş örtüklə bağlayıblar.

Xüsusilə qeyd edək ki, 2020-2022-ci illər Mədəniyyət Nazirliyi üçün çox da uğurlu olmayan illərdir. Həmin illərdə nazirlikdə dərin yoxlamalar aparıldı, həbslər həyata keçirildi. Zindan qalasına baxanda görünən də odur ki, qala üçün ayrılan büdcə də "kiminsə və ya kimlərinsə" güdazına gedib. Qala 2023-cü ildə tam bərpa edilməli idi. Bu gün isə, 2023-cü ilin 10-cu ayının ilk günüdür….3 aya bərpa işlərinin başa çatacağı isə, inandırıcı görünmür…

Məncə Mədəniyyət Nazirliyi yerlərdə şöbələrinə jurnalistlərin hüquqi və qanuni fəaliyyətinə qadağa qoydurmağı tapşırmaqdansa, öz daxili kommunikasiya və "mədəniyyət" problemlərini həll etsə daha yaxşı nəticə alar…

İradə Cəlil, Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“DİM-in test hazırlamaq səlahiyyəti ƏLİNDƏN ALINMALIDIR” - ÇAĞIRIŞ


Repetitorluq fəaliyyətinin genişlənməsi təhsil sisteminin ən aktual problemlərindən biridir. Ali məktəbə qəbul olmaq sevdasına düşən hər bir abituriyent 11 illik məktəbin öyrətmədiyi tədrisi 1-2 ilə repetitor yanında öyrənərək hədəfinə nail ola bilir. Yetər ki, valideyn pul xərcləsin. O da faktdır ki, şagirdlər təkcə məktəb dərsləri ilə uğur qazana bilməzlər. Çünki müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilgini vermir, bununla da şagirdləri əlavə saatlarda çalışmağa bir növ sövq etmiş olurlar.

Bundan əlavə ali məktəbə qəbul imtahanlarının sualları 11 illik tədris proqramı ilə kifayətlənmir.

Bu anormal sistemə nə vaxt son qoyulacaq? Niyə imtahan sualları 11 illik tədrislə kifayətlənməməlidir?

Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu gün repetitorluq dediyimiz kölgə təhsili ona görə ölkədə baş alıb gedir ki, Dövlət İmtahan Mərkəzinin test mexanizmi ümumtəhsil məktəblərinə inam və etimadı azaldır:

“Həmçinin, Azərbaycan gəncinin istədiyi ixtisas üzrə ali məktəbə qəbul olmaq şansını əlindən alır. O baxımdan repetitorluğun bu qədər geniş yayılması məhz Dövlət İmtahan Mərkəzi ilə bağlıdır. DİM-in özünün proqramı, dərslikləri və dəsti-xətti var. Bu dəsti-xətt elə formadadır ki, Azərbaycan gənci əlavə kursa və ya müəllim yanına getməsə DİM imtahana hazırlaşa bilmir.

Bu problemi aradan qaldırmaq üçün DİM-in test hazırlamaq səlahiyyəti əlindən alınmalıdır və DİM texniki bir quruma çevrilməlidir.

Test hazırlamaq Nazirlər Kabineti və ya Prezident Aparatı yanında xüsusi Testologiya İnstitutunda hazırlanmalıdır. Testlər şagirdlərin bu gün məktəbdə öyrəndikləri bilik və bacarıqlarına aid olmalıdır. Belə olarsa, repetitorluq minimuma endiriləcək və bu sahədə olan sosial ziddiyyətlər aradan qalxacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Pambıq respublikası"nda statistika var, pambıq yoxdur... - Susuzluq və əkinin gecikməsi pul "aparır"


Azərbaycan hələ sovet dövründə "pambıq respublikası" kimi tanınırdı. Müstəqillik dövründə zamanla məhsuldarlıq aşağı düşməyə başladı. Son illər bu istiqamətdə müəyyən canlanma hiss olunurdu. Neft qiymətləri düşən kimi hökumət pambığı xatırlayır. Guya ölkəyə böyük pullar gətirəcək. Pambıq tədarükü məntəqələri ilə bağlı çox danışılır. Rəsmi statistika istehsalın artdığını iddia edir. Amma ortada bir şey yoxdur.

DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, keçən il pambıq ixracı 121 milyon dollardan 52 milyon dollara düşüb. Qeyri-neft ixracı statistikasında bu məhsulun ölkəyə gətirdiyi gəlir digərləri ilə müqayisədə xüsusilə azalıb. Məsələn, meyvə-tərəvəz, kimya sənayesi məhsulları, metal ixracı heç bu qədər azalmayıb. Pambıq ölkəyə gözləniləndən dəfələrlə az qazanc gətirir. Heç ətrafında bu qədər ajiotaj yaradılmasına da dəymir.

Pambıq xəyalları niyə suya düşdü? Bəlkə də, ona görə ki, ölkədə su qıtlığı var. Hökumət vəziyyətin yaxşı olmamasını etiraf etmək istəməsə də, pambığın perspektivi görünmür. Məsələn, Saatlı pambıq rayonu sayılır. Burada həmişə məhsuldarlıq yüksək olub. Amma indi bu rayonda ciddi su qıtlığı var. Hətta sakinlər buna görə aksiya da keçirmişdilər. Kür hövzəsində yaşayanlar adicə bostan sulamağa aciz qalırlar. Pambığın inkişafından, məhsuldarlığın artırılmasından necə danışmaq olar?! Onsuz da tarlalarda çalışanlara pambıq toplamaq çox sərf etmir. Böyük əziyyət müqabilində qəpik-quruş alırlar. Tədarük məntəqələri zəhmətkeşləri razı salacaq şərtlərlə işləmir. Üstəlik, proses getdikcə daha mürəkkəb olmağa başlayıb. Susuzluq özünü bütün müstəvilərdə göstərir.

Eyni zamanda pambıq təsərrüfatında böyük nöqsanlara yol verilir. Məsələn, az qala hər il məhsulun əkilməsində gecikməyə yol verilir. Yəni aprelin sonuna qədər proses yekunlaşdırılmır. Pambıq yığımı da eyni taleyi yaşayır. Oktyabrın sonuna qədər məhsulun tam yığılması lazım gəldiyi halda bir çox hallarda sahələr hələ də "ağ libasını çıxarmır". Pambıq toplayanlar da işdə stimul görmürlər. Məhsulun kiloqramının 10-15, lap 20 qəpiyə yığmaq heç bir halda sərfəli görünə bilməz. Pambıq istehsalı kənd təsərrüfatının inkişaf planının tərkib hissəsi olmalıdır. Bizdə isə bu məhsul təbliğat predmetindən başqa bir şey deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallı zibil içində: İCRA BAŞÇISI DA ÖZ ALƏMİNDƏ... - FOTOLAR


Masallı rayonun Hacıtəpə və Həsənli kəndlərinin düz sərhəddində ta qədimdən su kanalı var. Mənbəyini dağlardan götürən Ağqobu çayından qidalanan kanalın suyu bu iki kəndin yaxınlığında yerləşən Çandıq su anbarına tökülür. Anbara yığılan su yay aylarında ətraf kəndlərin təsərrüfat işlərində, iribuynuzlu və xırdabaş mal-heyvanın suvarılmasında müstəsna əhəmiyyətə malikdir.

Kanalın Hacıtəpə kəndinə aid hissəsindən ta Hacıtəpə kəndinə qədər şose yolunun kənarı ilə kəndin Xeyriyyə Cəmiyyəti Xan Çinar ağacları əkmişlər. Lap başlanğıcda kəndin adını göstərən lövhə, ətrafında gül kolları və həmişəyaşıl küknar ağacları əkilmişdir. Bütün bu kol və ağaclar bu kanalın suyu ilə suvarılır.

Kanalın bu biri sahilində isə əsl dəhşət yaşadan acınacaqlı mənzərə adamda ikrah yaradır. İllərdir bu əraziyə tökülən zibillər ən azı yarım hektar sahəni üfunətli zibil girdabına çevirib.

“Zibilim var xanə-xanə...”

Həsənli camaatının dediyinə görə, illər öncə bu ərazidən qonşu kəndlər torpaq aparırmışlar. Elə bu qazıntılar zamanı yaranan çalalar buraya zibilin tökülməsinə rəvac vermişdir. Ətraf kəndlərin camaatı əllərinə keçən atılmalı nə varsa, gətirib buradakı çalalara töküblər. Beləliklə, ərazi zibilxana kimi fəaliyyətə başlayıb. Hər çala dolduqca yenisinə tökərək bu ərazini böyük bir zibil meydanına çeviriblər!

“Qoxusu nə yamandır...”

Bu çalalarda nə yoxdur? Nə desən, var! Yeyilmiş ərzaq tullantılarından tutmuş uşaq bezlərinə qədər, butulkalar və digər su qabları, kəsilmiş heyvanların başları, qarın və bağırsaqları, ölmüş qoyun-quzu, toyuq-cücə, mal cəsədləri!!! Daha nələr, nələr...

Bu ərazidən keçərkən bir neçə dəqiqə adama saat kimi gəlir – iydən nəfəs çəkmək olmur! Maraqlıdır, rayonun və ərazuinin rəhbərləri dəfələrlə bu yoldan keçirlər, nə əcəb heç bir münasibət göstərməyiblər?!!

Ərazinin iyrənc hala düşməsi, başçatladan qoxu sancması bir yana, ən qorxulusu onun antisanitariya mühiti yaratmasıdır. Belə ki, ora atılmış müxtəlif heyvan cəsədləri və qalıqları qalıb iylənir, çürümüş cəsəd qalıqlarından yaranan milçəklər müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilir. Zibilxanada “yaşayan” itlər, mış-siçovullar, çaqqalllar və digər “sakinlər” qoxumuş və iylənmiş “qidaları” ətrafa səpələyir, hətta yaxındakı kanala tökərək suyu da çirkləndirirlər ki, bu su da yaxındakı su anbarına töküldüyündən o sudan istifadə edən mal-heyvanların ağır xəstəliklərə tutulmasına səbəb olur. O sudan istifadə edən yaxın kəndlərin əhalisinin də zərər görməsi heç də çətin deyil. Hələ bura atılan zibillərin yandırılmasından yaranan tüstünün başçatladan iyindən cana gələn Hacıtəpə kənd camaatının çəkdiyi əzabları da əlavə eləsək, bu zibilxananın üzdəniraq “fəaliyyətinin” nə qədər böyük olduğunu təsəvvür eləmək çətin olmaz!

Yerli təşkilatların müraciəti Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsinin əraziyə diqqətinə səbəb oldu. Amma necə? Əvvəlcə gəlib ərazidə bir neçə əlavə çalalar da qazdılar. Bu da heç bir əhəmiyyət kəsb eləmədi, həmin iy-qoxu, həmin iyrənc səhnə! Çünki əslində ərazidən daşınmalı olan zibilllər yerindəcə qaldığından daha da çoxaldı, zibil tayalarına çevrilirdi. Bunu “görən” İdarə yeni bir “layihə” işləyib hazırladı və burada zibilin yığılması üçün 2X2 metr ölçüdə ağ daşdan bir zibil “anbarı” tikdi. Lakin heç bir gün keçmədi ki, bu “nəhəng anbar” da doldu və daşınmadığı üçün camaat zibili yenə də çalalara atmalı oldular. Yeni zibil tayaları yaranmağa başladı.

Bu əcayib vəziyyətin – iy-qoxunun, anti-sanitar vəziyyətin yaxındakı kəndlərə olan təsiri kənd camaatını hövsələdən çıxardığına görə Masallı Rayon Kommunal Təsərrüfat İdarəsindən tədbir görməsini tələb edirlər. Buna Masallı Rayon Epidomoloji Stansiyası da münasibət bildirməlidir. Əks təqdirdə kənd camaatı daha yuxarı instansiyalara müraciət edəcək.

Camaatın tələbi isə bu ərazidə yerləşən zibilxananın ləğv edilməsidir. Zibilxanalar hər kəndin özündə təşkil olunsa və xüsusi zibildaşıyan maşınlarla mütəmadi daşınsa, belə yarıtmaz nəticələr də olmaz.

Redaksiyadan: Yaranmış problemə aydınlıq gətirmək üçün Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsinin Məhərrəm müəllimlə əlaqə saxladıq. Məhərrəm müəllim etiraf etdi ki, həmin ərazidə vəziyyət doğrudan da acınacaqlıdır. Lakin həmin işləri sahmana salmaq bizim təşkilatın yox, birbaşa həmin kəndlərin ərazi dairələrinin və bələdiyyələrinin səlahiyyətlərinə daxildir. Kənd sakinləri isə dözülməz şəraitə görə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinə kütləvi şikayət etmək niyyətindədir. //CENUB.AZ//
Masallı zibil içində: İCRA BAŞÇISI DA ÖZ ALƏMİNDƏ... - FOTOLAR
Masallı zibil içində: İCRA BAŞÇISI DA ÖZ ALƏMİNDƏ... - FOTOLAR
Masallı zibil içində: İCRA BAŞÇISI DA ÖZ ALƏMİNDƏ... - FOTOLAR
Masallı zibil içində: İCRA BAŞÇISI DA ÖZ ALƏMİNDƏ... - FOTOLAR
Masallı zibil içində: İCRA BAŞÇISI DA ÖZ ALƏMİNDƏ... - FOTOLAR
Masallı zibil içində: İCRA BAŞÇISI DA ÖZ ALƏMİNDƏ... - FOTOLAR
Masallı zibil içində: İCRA BAŞÇISI DA ÖZ ALƏMİNDƏ... - FOTOLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşğulluq Agentliyinin verdiyi qoyunlar xəstə çıxdı - 400 manata rəsmiləşdiriblər


Dövlət Məşğulluq Agentliyinin özünəməşğulluq layihəsi çərçivəsində Cəlilabadda bir qrup şəxsə 20 baş qoyun və bir törədici qoç verilib.

Millitv.az -ın Qaynarinfo-ya istinadən məlumatına görə, vətəndaşlar Agentlik tərəfindən onlara təqdim edilən heyvanlardan narazıdırlar. Belə ki, təqdim edilən heyvanların əksəriyyəti xəstədir.

Fermerlərdən biri iddia edir ki, ona verilən qoyunların bir ədədi üçün dövlət qiyməti olaraq 400 manata imza atdırılıb. Amma qoyunların ikisi təqdim edilən yerdə ölüb. Biri isə halsız vəziyyətdədir. Digər heyvanlar da eyni vəziyətə düşürlər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylidir. Məsələdən xəbərdar olan agentlik rəhbəri nədənsə hələ də baş verən heyvan ölümləri ilə bağlı insanları günahlandırır.

VİDEO BURADA:
My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazov generalı vəzifədən azad etdi


Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

İ.Məmmədovun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllı sakininin ACINACAQLI DURUMU... - Başçıdan MƏDƏT UMURLAR...


İsmayıllı rayonunun Aşağı Baş kənd sakini Əliyeva Ramilə Qərib qızı «Təzadlar» qəzeti redaksiyasına göndərdiyi şikayət ərizəsinə problemini əks etdirən foto və videoçəkilişləri də əlavə edib.

Şikayətçi «Təzadlar» vasitəsilə İsmayıllı rayonunun icra başçısı Nahid Bağırova müraciət edərək kömək istəyir. Ərizədə yazılır: «Çox hörmətli Nahid müəllim. Bizim yaşayış şəraitimizi iki göz gərəkdir görsün və nəticə çıxartsın. Mən vəziyyətimizin kritik olduğunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliynə yazdığım ərizəmizlə bildirmişdim. Oradan nümayəndələr gəlib dedilər ki, siz yalan deyirsiniz, burada insan yaşaya bilməz, heyvan saxlamaq olar, yəqinki sizin başqa yerdə eviniz var və s. Amma onların dili niyə yol verirdi ki, göz ilə görünənləri belə ifadə etsin, bilmədik.

Bizim ev adlanan bu daxma köhnə «PAZ» avtobusunun ətrafının taxta-tuxta ilə bağlanması əsasında yaranıb. Yayımız da, qışımız da belədir, burada yaşamağa məhkumuq. Həyat yoldaşım da, özüm də xəstəyəm. Uşaqlarım da elə. Bit-birə əlindən tərpənə bilmirik. Çünki nəmişlik və yayda isə isti və bürkü bizi bu həşaratlara yem edib. Uşaqlar iki dəfədir qotur düşür. İmkanımız da yoxdur ki, özümüzə daşdan bir daxma düzəldək. Allah Prezidentimizin canını sağ eləsin, bizim kimi ailələrə qayğı göstərilməsinin şahidiyik. Lakin İsmayıllıda bunun şahidi olmuruq.

Hörmətli Nahid müəllim! Bilirik ki, iki ildən çoxdur cənab Prezident sizi İsmayıllıya başçı təyin edib. Deməli, bu rayonun sakinlərinin şikayətinə də siz əncam çəkməlisiniz, çünki burada rəhbər sizsiniz. Sizin ədalətli və insaflı, işgüzar rəhbər olduğunuzu eşidirik. Odur ki, bizim şəraitimizi görməyiniz və aidiyyəti tapşırıq verməyinizi arzu edirik.

Hörmətli Nahid müəllim! Mən bu müraciəti cənab Prezidentimiz İlham Əliyevə də ünvanlaya bilərdim. Amma düşündüm ki, əgər Sizin kimi işgüzar və ədalətli icra başçısı varsa, mən niyə hörmətli Prezidentimizi narahat edim. Ona görə də bizim bu kasıb ailəyə kömək etməyinizi bir daha xahiş edirik. Biz pul istəmirik, sadəcə, bizə soyuqdan xəstələnib ölməmək üçün başımızı salmağa daxma istəyirik. Səbrsizliklə gözümüz yolda olacaq. Əvvəlcədən minnətdarıq».

«Təzadlar»dan: inanırıq ki, İsmayıllı rayon İcra Hakimiyyətinin rəhbərliyi bu ailəyə mümkün köməyini əsirgəməyəcək…

Görülən tədbirlər barədə əlavə məlumat veriləcək. //«Təzadlar»//
İsmayıllı sakininin ACINACAQLI DURUMU... - Başçıdan MƏDƏT UMURLAR...
İsmayıllı sakininin ACINACAQLI DURUMU... - Başçıdan MƏDƏT UMURLAR...
İsmayıllı sakininin ACINACAQLI DURUMU... - Başçıdan MƏDƏT UMURLAR...
İsmayıllı sakininin ACINACAQLI DURUMU... - Başçıdan MƏDƏT UMURLAR...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəmkirin icra başçısını bitirəcək ŞOK FAKTLAR... - BU NƏDİ BELƏ?


"Bir neçə gündən sonra Rəşad Tağlyevin Şəmkirin icra başçısı təyin olunmağının 2 ili tamam olacaq. Qalmaqallı Alimpaşa Məmmədovun həbsindən sonra gənc oğlanın bu vəzifəyə təyin olunması ölkə gündəminin ən maraqlı hadisələrindən biri idi. Rəşad Tağıyev bu təyinata qədər həm özəl sektorda hüquqşünas kimi işləmişdi, sonradan hamilərinin dəstəyi ilə dövlət qulluğuna keçərək Bakı şəhər Təhsil İdarəsində qısa müddətdə sıravi işçidən müdir vəzifəsinə qədər yüksəlmişdi. Emin Əmrullayevin Təhsil naziri təyinatından sonra Rəşad Tağıyev bu nazirlikdə persona non-qratde elan edilərək, zaman-zaman özünün Təhsil Nazirliyindən uzaqlaşması üçün zəmin yaradılmışdı. Bu dəfə də Rəşad Tağıyevin harayına yüksək vəzifələrdə kadr işləri ilə məşğul olan tələbə yoldaşı çatmışdır (bu barədə növbəti yazılarımızda ciddi faktlar ortaya qoyacağıq)". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məaqlədə daha sonra bildirilir: "Rəşad Tağıyevin Şəmkirə icra başçısı təyin olunması onun üçün sonuncu şans idi. Yuxarıda qeyd etdiyimiz kimi 2021 ci ilin aprel ayının 26 da Alimpaşa Məmmədovun xidməti otağında həbs olunması xəbəri ölkə gündəminə bomba kimi düşmüşdü.

Rəşad Tağıyev 2 il ərzində nə ilə yadda qaldı ?!
İcra başçısının adı ötən 2 il ərzində dövrü mətbuatda yalnız səriştəsiz idarəetməsi, tədbirlərdə rabitəsiz cümlələrlə çıxışı, etdiyi yalnış kadr təyinatları, Alimpaşa Məmmədovdan qalma, adları bu gün də məhkəmə istintaqında keçən, hər ay 2 3 dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsində Alimpaşa Məmmədovun üzünə durmaqla keçən kadrları başına toplamaqla yadda qaldı.
İlk olaraq Bakıdan yüksək məvacibli işdə işləyən, öz hamisinin yaxın qohumu Alışan Yusibovu Şəmkir Kommunal Müəssisələr Kombinatına rəis təyin etdi. İcra hakimiyyətinin tabeliyində qalmış yeganə struktur, el arasında zibillik idarəsi deyilən KMK icra başçılarının yeganə “dolanma yeri” olması artıq heç kəsə sirr deyil.
2022 ci ilin aprelin 1 də Rəşad Tağıyev icra başçısının 1 ci müavini vəzifəsinə Süleyman Gəray oğlu Zeynallı adlı şəxsi təyin etdi. Kimdir Süleyman Zeynallı ?! Sizə təqdim etdiyimiz bütün xəbərlər internet resurslarından əldə etdiyimiz faktlara əsaslanır. Rəsmi məlumatda qeyd olunur ki, Süleyman Zeynallı Şəmkirin Seyfəli kəndində anadan olub. Son iş yeri Qala Sığorta Şirkətində Hüquq departamentinin rəhbəri vəzifəsi olub. Göründüyü kimi, bu şəxs Şəmkirdə sadəcə anadan olub və ya doğum yeri elə göstərilib. Uzun illər Şəmkirlə heç bir əlaqəsi olmadığı halda birdən birə Şəmkir sevgisinin arxasında dayanan faktları getdikcə açığa çıxaracağıq !
Bunun ardınca Şəmkir icra hakimiyyətində digər müavin yeri vakansiyası yarandı. Başçının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev təqaüd yaşı ilə əlaqədar dövlət qulluğundan çıxaraq, YAP Şəmkir təşkilatına sədr getdi. İşin maraqlı tərəfi bundan sonra başladı.....
Şəmkirin icra başçısını bitirəcək ŞOK FAKTLAR... - BU NƏDİ BELƏ?
Şəmkirin icra başçısını bitirəcək ŞOK FAKTLAR... - BU NƏDİ BELƏ?

İcra hakimiyyəti strukturundan azacıq məlumatı olan hər kəsə məlumdur ki, hazırda icra hakimiyyətlərinin büdcələri artıq çox ciddi nəzarətdədir. Dövlət satınalmaları, tender, kotirovka məsələləri ciddiləşdikcə, icra başçılarının və büdcə vəsaitində gözü olanların işi ağırlaşır. Bu işləri görmək sözün əsl mənasında peşakarlıq tələb edir. Və uzun uzadı məsləhətmələşmələrdən sonra, Süleyman Zeynallı öz yaxın dostunu, keçmişdə Qala Sığortada birlikdə çalışdığı, 2019 2021 ci illərdə Qala Sığortanın baş mühasibi işləmiş Rüfət Sahib oğlu Sahibsoyu icra başçısının müavini təyin etmək üçün Rəşad Tağıyevi razı sala bilir !

Bəs Rüfət Sahib oğlu Sahibsoy kimdir ?!
İcra hakimiyyətinin rəsmi dövlət səhifəsində haqqında heç bir məlumat yoxdur. Lakin internet resurslarında barəsində çox ciddi məlumatlar əldə edə bildik. Bir daha qeyd edirik ki, təqdim etdiyimiz bütün məlumatlar açıq resurslarda olan faktlardır.
İlk olaraq Rüfət Sahibsoy haqqında məlumat icra başçısının müavini təyin olunması xəbəri ilə başlayır. Qeyd olunur ki, “03 iyul 2023 cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısına yeni müavin təyin olunub. Bununla bağlı icra başçısı Rəşad Tağıyev müvafiq sərəncam imzalayıb.Sərəncama əsasən Sahibsoy Rüfət Sahib oğlu Şəmkir RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.O, bu gün kollektivə təqdim olunub.Qeyd edək ki, R.Sahibsoy bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin departament müdiri vəzifəsində çalışıb.” Maraqlıdır Bakı şəhərində, yüksək vəzifədə, yüksək əməkhaqqı ilə çalışan birisi birdən birə niyə həm vəzifəcə, həm statusca, həm əməhaqqıca aşağı işə niyə getsin ki ?!
Şəmkirin icra başçısını bitirəcək ŞOK FAKTLAR... - BU NƏDİ BELƏ?
Şəmkirin icra başçısını bitirəcək ŞOK FAKTLAR... - BU NƏDİ BELƏ?
Şəmkirin icra başçısını bitirəcək ŞOK FAKTLAR... - BU NƏDİ BELƏ?
Şəmkirin icra başçısını bitirəcək ŞOK FAKTLAR... - BU NƏDİ BELƏ?
Şəmkirin icra başçısını bitirəcək ŞOK FAKTLAR... - BU NƏDİ BELƏ?

Rüfət Sahibsoy haqqında araşdırma apardıqca daha ciddi faktlara rast gəlməyə başlayırıq. Təbii ki, bu məlumatlar yayılandan sonra Rüfət müəllim çalışacaq bunları internet resurslarından sildirsin, lakin biz redaksiya olaraq bütün faktları artıq yükləmişik. Klassik Xalq Cəbhəsi partiyasının rəsmi səhifəsində,16 may 2012 ci il və 08 sentyabr 2013 cü il xəbərlərində görünür ki, Rüfət Sahib oğlu Sahibsoy Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvüdür !
Dünya siyasətini araşdırarkən, məlum olur ki, bütün hakimiyyətlər əksər hallarda içəridən edilən xəyanətlər nəticəsində süquta uğrayır. Rüfət Sahibsoyun birdən birə iqtidar tərəfə keçməsi, dövlət qulluğunda mühum vəzifəyə gəlib çıxması bunun məntiqi nəticəsi ola bilərmi ?! Hər halda bu suala az da olsa cavab tapmışıq. Rüfət Sahibsoy işə başladığı ilk gündən Rəşad Tağıyevin çox yaxınında dayanmağa çalışır, bütün tədbirdə, görüşlərdə işin içərisinə girməyə çalışır. Büdcə ilə bağlı artıq bütün rəqəmlər onun nəzarətindədir. Hər halda özünə müavin təyin edən Rəşad Tağıyev ola bilməzdi ki, Rüfət Sahibsoy haqqında kiçik bir araşdırma aparmasın. İstənilən halda, gənc hüquqşünas başçı bilir ki, hərəkət və hərəkətsizlikdən yaranan nəticə eyni məsuliyyəti daşıyır.
Təbii ki, Rüfət Sahibsoyun qaranlıq keçmişi, müxalifət düşərgəsinin fəal üzvü olması, 2013 cü il prezident seçkiləri ərəfəsi meydanlarda açıq mitinqlərdə iştirak edərək, hakimiyyəti tənqid etməsini Süleyman Zeynallı bilməmiş olmazdı. Əlbəttə Süleyman müəllimin bu faktları ört-basdır etməsinin arxasında yuxarıda qeyd etdiyimiz kimi, Rüfət Sahibsoyun tender, kotirovka mütəxəssisi olması dayanmaya bilməz !
Rüfət Sahibsoy haqqında əldə etdiyimiz məlumatlarda təsdiq olunur ki, harda işləməsindən asılı olmayaraq, bu şəxs dövlət büdcəsi ilə istədiyi kimi rəftar etmişdir. Bu barədə faktları təqdim edirik !

Növbəti yazılarımızda zülmətə qərq olmuş, natəmizlik, antisanitariya, sosial probləri girdabında boğulan Şəmkir haqqında apardığımız araşdırmalarımızı, əldə etdiyimiz konkret faktları hissə hissə təqdim edəcəyik!"

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Burda vətəndaşı RƏSMƏN SOYURLAR... - NARAZILIQ VAR!


Bəzi yanacadoldurma məntəqələrində istehlakçılar aldadılsalar da, bunu sübut etmək mümkün olmur.

Sürücü Hüseyn Həsənzadə Dünyanınsəsi.Az-a ünvanladığı Videofaktda ” MSOÌL” yanacadoldurmaməntəqəsində aldadılmasından şikayət edib.
04.09.2023-xü il tarixdə Sūrūcū operatora 5 manat verib ki, benzin vursun.Benzin vurulduqdan sonra avtomobilin yanacaq deposunda benzin qutarıb..Məlum olub ki, operator maşına benzin vurmayıb.Sürücü bu hala etiraz etdikdən sonra yenidən 3 manatlıq benzin depoya vurulduqdan sonra mühərrik işə düşüb.
Qeyd edək ki, son zamanlar şikayət edən sürücülər aldıqları yanacağın kəmiyyət və keyfiyyətinə şübhə ilə yanaşırlar. Bəzilərinin iddialarına görə, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcmi monitorda göstərildiyindən 1-2 litr az olur. Maraqlı məqam şikayətçilər arasında yeni alınmış avtomobil sahiblərinin də olmasıdır. Onlar bildirir ki, hətta yanacaqdoldurma məntəqəsində vurulan yanacaq həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermir.
Şikayətçi mətbuat vasitəsi ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə eləcə də Daxili İşlər Nazirlyinin müvafiq qurumlarından xahiş edir ki, ona qarşı bü cür “dələduzluq” edən operator barəsində müvafiq tədbir görsünlər.
Daha ətraflı videosūjetdə…

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəbələ rayon İcra Hakimiyyəti başçısının şəhidlərlə nə ədavəti var? FOTO/VİDEO


Qəbələ rayonu Böyük Pirəli kənd sakini şəhid anası Eyyubova Mələk İsgəndər qızı tərəfindən
ŞİKAYƏT

Qəbələ rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayev bizi aldadıb süründürməçliyə məruz qoyub.
Mənim oğlum Eyyubov Sərvan Yusif oğlu vətən müharibəsində şəhid olub.Onun və kəndimizin digər 4 şəhidinin adına bulaq inşa etdirmək üçün yer ayrılmaısna görə icra başçısına müraciət etdim.Əraziyə baxdı və razılıq verdi.
Bundan sonra bulaq tikintsi üçün bütün materialları alıb gətiridik.Tikintiyə başlamaq isttədikdə Səbuhi Abdullayev birinci müavinini göndərib tikintini dayandırmağı əmr etdi.
Bu açıq-aşkar şəhidlərin ruhuna hörmətsizlikdir ki, icra başçıs Səbuhi Abdullayev edir.Şəhidlər üçün tikiləcək bulağın ərazisi heç 50 kvadrat yer etmir.
Bizim oğullarımız Azərbaycan Respublikasının tarixi torpaqlarını işğaldan azad edib şəhid olublar.İndi onların adına bulaq tikintisi üçün 50 kv-m torpaq sahəsinin ayrılması niyə mümkün olmasın ?
Bu suala Səbuhi Abdullayev cavab verə bilməz çünki onun başı dövlət işlərinə yox öz şəxsi işlərinə qarışıb o torpaq vətən məhəbbəti nə olduğunu anlamır.
Oğlum Sərvan şəhid olandan sonra oğlu dünyaya gəldi adını isə ölümündən əvvəl özü dediyi kimi Tuncay qoyduq.
Mən mətbuat vasitəsi ilə cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirəm Qəbələ rayonu Böyük Pirəli kəndinin 5 şəhidinin adına kiçik bir bulaq tikmək üçün 50 kv-m yer ayrılmasına köməklik göstərəsiniz.

Qəbələ rayon İcra Hakimiyyəti başçısının şəhidlərlə nə ədavəti var? FOTO/VİDEO
Qəbələ rayon İcra Hakimiyyəti başçısının şəhidlərlə nə ədavəti var? FOTO/VİDEO
Qəbələ rayon İcra Hakimiyyəti başçısının şəhidlərlə nə ədavəti var? FOTO/VİDEO
Teref.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO