[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azəryaşlandşaft” elan etdiyi 144 minlik tenderdə bu xanımın şirkətini qalib seçdi


"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin " "Azəryaşlandşaft” ASC tərəfindən 3 saylı Yaşıllaşdırma idarəsinin Müşfiqabad ərazisinə salınması nəzərdə tutulmuş yaşıllıqların suvarma sistemi ilə təchiz edilməsi üçün boruların satın alınması suvarma sistemi ilə təchiz edilmiş boruların satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi "High Tech Polymer" MMC olub. Tərəflər arasında 144.366,89 AZN dəuərində müqavilə imzalanıb.

Bildirək ki, nizamanmə kapitalı 10 Azn olan "High Tech Polymer" MMC-nin qanuni təmsilçisi Məsmə Vəliyeva Vaqif qızıdır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin ("Azəryaşlandşaft") sədri Ramik Əşrəfovdur.32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
QHT sektorunun `MASKASI YIRTILMAQDADIR`... - "Agentliyə ayrılan dövlətin milyonları..."


Dünən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevin ünvanına ağır ittihamların yer aldığı məlumatı təqdim etmişdik.

Həmin məlumatı təkrar olaraq diqqətinizə çatdırırıq:

***

Neçə müddətdir ki, ölkənin QHT sektorunda bir təlatüm müşahidə olunmaqdadır. Əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevin ünvanına səslənən ittihamlarla müşaiyət oluann bu proses müəyyən bir dönəmlik səngimiş kimi göründü. DİA.AZ bildirir ki, amma son açıqlamasında "Heç bır məsələ sakitləşməyib" deyən İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli olduqca ağır ittihamlar səsləndirməklə sözügedən prosesi yenidən canlandırmış olub.

"Cəmiyyətdən, dövlətdən, prezidentdən gizlədilən həqiqətləri bır-bır üstünün açılmasına çalışacağam" deyən İSBAM sədri eyni zamanda hüquq-mühafizə orqanlarını da açıqladığı faktların araşdırılmasına dəvət edir.

DİA.AZ Samir Adıgözəllinin məlum ittiham dolu və həm də anons xarakterli açıqlamasını təqdim edir: "Hazırda bır sualla QHT Agentliyinə , Agentliyin Müşahidə şurasına, sədr Azay Quliyevə, icraçı direktor Aygun Əliyevaya üzümü tuturam:

Ötən il "Şuşa ili " münasibətilə nəzərdə tutulmuş "Heydər Əliyevin Şuşa sevgisi " adlı layihənin taleyi necə olub?
Bilirəm bu suala heç bırınız cavab verə bilməyəcəksiniz Odur ki , bu məsələ ilə bağlı qısa məlumatı ictimaiyyətə açıqlayıram .
"Heydər Əliyevin Şuşa sevgisi " adlı layihəyə 35000 manat pul ayrılıb. Şuşada keçirilməsi nəzərdə tutulan tədbir keçirilməyərək saxta hesabatla ayrılan vəsait mənimsənilib.

Belə bır tədbirlə bağlı KİV də heç bır məlumat yoxdur.
Qeyd edım kı, mövzu QHT agentliyinin öz layihəsi olub.
Burada hansı formada saxtakarlıqlar həyata keçirildiyini faktlarla sübut edəcəm. Müvafiq dövlət qurumlarını məsələni ciddi araşdırmağa çağırıram".

Göründüyü kimi, bu, başlanğıcdır... Hələ daha konkret və ağır ittihamlar irəlidədir...

***

Və vəd edilən kimi - yeni ittihamlar artıq ictimailəşib. DİA.AZ bildirir ki, yenə də eyni qaynaq...

DİA.AZ-ın məlumatına görə, yenə də İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli ittihamlar səsləndirib.

İSBAM sədri bildirir:

"QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu günlərdə növbədənkənar maliyyə vəsaiti ayırdığı təşkilatlar :
- Qərbi Azərbaycan internet TV _yə 80 000 manat,
-Milli Dəyərlərin Təbliğinə dəstək ictimai birliyi Mübariz Əsgərov 60 000 manat,
- Azərbaycan Bolqarıstan Dostluq Cəmiyyətinə Marya Pavlovna Hüseynova 10 000 manat...

Agentliyə ayrılan dövlətin milyonları "ədalətli və şəffaf" olaraq paylanılır..."

***

Görünəni odur ki, hörmətli Azay Quliyevin rəhbəri olduğu təşkilatla bağlı dövlətin müvafiq qurumları nəhayətdə hüquqi ölçü götürmək məcburiyyətində qalacaq....

***

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağsuda Qarabağ Qazisini DİNLƏYƏN YOXDUR... - NARAZILIQ VAR!


Yəqin çoxsaylı oxucularımızın xatirindədir ki, bir müddət bundan öncə Ağsu rayonu, Kalva kənd sakini, Birinci Qarabağ müharibəsi veteranı Hacıyev Alov Ağasan oğlunun üzüzə qaldığı problemin mahiyyəti haqda bir neçə dəfə məqalə yayımlayıb, baş verənlərlə bağlı geniş ictimaiyyəti ətraflı məlumatlandırmışdıq. Məqalələr yayımlandıqdan sonra elə düşünürdük ki, Kalva kənd icra nümayəndəsi Cavid Qədirovun və bu kəndin bələdiyyə sədrinin, həmçinin hər iki vəzifə sahibinə dəstək verən digər şəxslərin, Alov Hacıyeva qarşı bəslədikləri amansız aqressiyaya son qoyulacaq. Amma, bu heç də belə olmadı. Yəni, günlər, həftələr, aylar keçdikcə hər iki vəzifə sahibinin və digər şəxslərin heç bir əsas olmadan hədəfə götürdükləri Alov Hacıyev, daha dözülməz duruma düçar olur. Belə bir səbəbdən də Alov Hacıyev redaksiyamıza növbəti video-müraciətini təqdim edir və o, aidiyyatı dövlət qurumlarından, ələlxüsus daxili işlər naziri cənab Vilayət Eyvazovdan məsələlərə tam şəkildə aydınlıq gətirilməsi üçün, aidiyyatı üzrə lazımi tapşırıqlarını verməsini xahiş edir. Məsələn, bu şəxs video-müraciətində bildirir ki, “Göstərdiyim vaqonda 27 aprel tarixdə oğurluq hadisəsi baş verir və belə bir səbəbdən də, oğurluq faktı ilə bağlı polisə müraciət etdik. Polisdə bizə vəd verdilər ki, vaqondan oğurluq edən şəxsləri tapıb həbs edəcəyik. Buna baxmayaraq, oğurluq edən şəxslər müəyyən olunmadı və onların həbsi də həyata keçirilmədi. Əksinə, 29 aprel tarixdə gecə saat 4-də isə vaqonu yandırırlar. Hadisə yerinə yanğınsöndürənlər çatana kimi vaqon yanıb külə dönür və səhər tezdən FHN-nin əməkdaşları ilə bərabər, bir neçə nəfər polis əməkdaşı da hadisə yerinə gəlirlər. Qeyd edim ki, vaqonda heç zaman elektrik xətti olmayıb və işıqlandırma işləri yalnız generatordan istifadə olunmaqla təmin olunub. Həmin vaxt polis əməkdaşları mənə sual etdilər ki, kimdən şübhələnirsiniz? Mən şübhələndiyim şəxslərin adlarını birbir polisə bildirmişəm.

Əvvəllər hər iki şəxs məndən şikayət vermişdilər ki, vaqon kafe kimi fəaliyyət göstərir. Vaqon yalnız mövsümə uyğun fəaliyyət göstərirdi. Şikayətdən sonra vöen açdırdım və vaqona kassa aparatı qoydurdum. Qeyd edim ki, əvvəllər də vaqondan təqribən 1000 manat dəyərində oğurluq olunmuşdu. Vaqon 12 metr uzunluğuda, 4 metr enində idi. Oğurluq hadisəsindən sonra polisə izahat verib vaqon olan əraziyə qayıtdıqda gördüm ki, həm icra nümayəndəsi, həm də bələdiyyə sədri ərazidə çəkiliş aparırlar. O halda mən də onları çəkməyə başladım və az sonra polisə məlumat verdim ki, mən hər iki şəxsdən şübhələnirəm. Düzdür, Fərhad Fərhadov adlı şəxs də bunlara qoşulduqdan sonra, onlar məni “banditizm”ə verdilər. Guya ki, mən ərazidə reketçilik edirəm, icra nümayəndəsindən və bələdiyyə sədrindən aylıq haqq alıram və s. kimi addımlarımı atıram. Hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, mən uzun illər dövlətimizə, xalqımıza ləyaqətlə xidmət etmişəm, özüm Qarabağ müharibəsi veteranıyam və hal-hazırda dövlətdən pensiya alıram. Bir sözlə, hər zaman dövlətimizin, xalqımızın yanında olan şəxs olmuşam. Hal-hazırda bu şəxslər məni həbs etdirmək istəyirlər. Ona görə də daxili işlər naziri cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, təhlükəsizliyimin təmin olunması üçün aidiyyatı üzrə müvafiq tapşırıqlarını versin. Bir müddət bundan əvvəl, hər üç şəxsin şikayəti əsasında məni 10 saat “banditizm”də saxladılar və aparılan araşdırmalar zamanı bəlli oldu ki, barəmdə deyilənlərin hamısı ağyalandır. Bu gün mənim özüm onlardan şikayətçiyəm və həbs olunsam da, şikayətimdən geri çəkilən deyiləm. Çünki, mənim şəxsi əmlakımı dörd nəfər, yəni Orac Kazımov, Fərhad Fərhadov, Cavid Qədirov və Tofiq İmaməliyev altüst ediblər. Bu şəxslərin biri icra nümayəndəsidir, biri bələdiyyə sədridir, digəri isə İqtisadiyyat Universitetinin müəllim işləyir. Dörd ildir ki, bu şəxslərlə çəkişirəm və haqlı olduğum üçün bütün məhkəmələrdə mənim xeyrimə qətnamələr, qərarlar çıxarılıb. Qeyd edim ki, indiyə kimi bu şəxslərin fırıldaq əməllərini, hər cür mənimsəmə faktlarını üzə çıxarmağa çalışmışam. Araşdırılsa o da məlum olar ki, hər dörd şəxsin heç bir yaxını Qarabağ döyüşlərində iştirak etməyiblər, mən isə beş il bu Vətən uğrunda erməni faşistlərinə qarşı döyüşmüşəm”.

Bəli, baş verənlərə diqqət yetirdikdə bəlli olur ki, uzun illər ərzində dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edən, Vətən torpaqlarının yağı düşmən tapdağından azad olunması üçün həyata keçirilən döyüş əməliyyatlarında iştirak edən, bu gün isə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qərar verən Alov Hacıyev, hal-hazırda olmazın olayla üzüzə qalıb. Ümidvarəq ki, bu şəxsin daxili işlər naziri cənab Vilayət Eyvazovdan etdiyi xahiş, yəni problemin lazımi səviyyədə araşdırılması yöndə istəyi qısa zaman kəsiyində ədalətin bərqərar olması ilə nəticələnəcək. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq. //azerinfo.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Biz harda, 'Araz' da orada: Bunların əlindən HARA QAÇAQ? - HƏQİQƏTƏN DƏ...


"Bu gün axşam saatlarında "Araz" Supermarketlər Şəbəkəsindən gördüyünüz çörək alınıb". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Qasımov soyadlı vətəndaş giley edir.
Biz harda, 'Araz' da orada: Bunların əlindən HARA QAÇAQ? - HƏQİQƏTƏN DƏ...

Daha sonra narazı vətəndaş yazır: "Lakin təəssüflər olsun ki,çörək yeməyə yararsız haldadır,kif atıb. Açığı kif atmış çörəyi rəfdə saxlamaq nə dərəcədə düzgündür?

Təbii ki,doğru deyil. Bu əslində həmin marketin işçilərinin rəflərə və məhsullara düzgün nəzarət etməməsinin nəticəsidir. Üzərində qeyd olunan tarix isə 31-i tarixini göstərir.

Bildirim ki, çörəyi uşaq alıb deyə diqqət etməyib..."

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
QHT sədri Müşfiq Əliyevin saxta MEDAL BİZNESİ - BU NƏDİ BELƏ?


QHT cameəsində onu rəhbərlik etdiyi cəmiyyətin möhürünü cibində gəzdirib bir-birinin ardınca saxta medallar təsis edərək daim satmağa adam, idarə, müəssisə, təşkilat sorağında olduğu üçün “Medal Müşfiq” ləqəbi ilə tanıyırlar.

Son vaxtlar bu saxta medalların sırasına “Qayğıkeş” medalı da əlavə olunub. Bu medalın əvvəlkilərdən “prestij fərqi” odur ki, vəd edilir ki, onu yaxasında gəzdirənlərə gələcəkdə hər ay maaş da veriləcək, ona görə bu medalı əldə etməyə tələsmək lazımdır, sonra tapılmaya bilər.

Redaksiyamıza daxil olan məlumatlar bizi də Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev barədə internetdə bir qədər axtarış aparmağa vadar etdi.

Qarşımıza çıxan ilk xəbər Müşfiq Əliyevin jurnalistləri hədələyən açıqlamaları oldu: ““Qayğı” sədri: “Həmin şəxsi tapıb, sürüyəcəyəm”” (https://yenisabah.az/hemin-sexsi-tapib-suruyeceyem-qaygi-sedri).

Heç demə, Müşfiq Əliyevi özündən çıxaran o olub ki, payladığı vizit kartların sosial mediada gülüş obyektinə çevrilməsi barədə müxbirlərdən biri ona sual ünvanlayıb. Vizit kartlarının üstündə Müşfiq Əliyev həm öz e-mailini, həm də e-mailinin parolunu yazıbmış.
QHT sədri Müşfiq Əliyevin saxta MEDAL BİZNESİ - BU NƏDİ BELƏ?

“Mən bütün Azərbaycan QHT-lərinin ilk qartalıyam” – bu da Müşfiq Əliyevin özü barəsində qənaətidir.

Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin youtube kanalına daxil oluruq. Burada gördüklərimizi isə görməyə göz lazım idi.

Minlərlə şəhid ailəsini özündə birləşdirdiyini elan edən 30 illik QHT-nin youtube kanalında ötən onilliklər ərzində cəmi 10 video yerləşdirilib, onların da az qala hamısı Müşfiq Əliyevi tərifi üzərində qurulub, videolardan biri belə də adlanır: “Müşfiq Əliyevə həsr olunan şeir”. Şeirdə ona dayanmadan təriflər yağdırılır.

Bütün şəkillərdə də “Medal Müşfiq” elə dayanır ki, medalları yaxşı görünsün. Bu da Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin facebook səhifəsi. Əlavə şərhə ehtiyac yoxdur:

“Qayğı” cəmiyyətinin facebook səhifəsi də Müşfiq Əliyevin şərəfinə hazırlanmış musiqi klipləri ilə doludur.

Daha bu mövzuda əlavə vaxt itirmək istəmədik. Hər şey aydın oldu. Görünən dağa, nə bələdçi?!

Həqiqətənmi bu cür şəxslərin baş tacımız olan şəhidlərimizin adlarını dillərinə gətirməyə, şəhid ailələrinin yanında dayanmağa mənəvi haqqı var?

“Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti” adlanan təşkilatın sədri bu QHT-ni şəxsi biznes, şəxsi PR obyektinə çevirməyə heçmi utanmadı? Heçmi özündən minlərlə şəhid balalarımızın ruhu qarşısında xəcalət çəkmədi? //pravda.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buralar Fazil Alməmmədovun BAZARIDIR... - BUNUN BAŞQA ADI YOXDUR...

Hörmətli oxucular,birdən elə zənn edərsiniz ki, respublikamızda təzə ,özü də bərkgedən yeni bir bazar açılıb, onun da başında çox hörmətli,izzətli, bazar qanunlarının mahir və nadir bilicilərindən olan, haqqında söhbət açmaq istədiyimiz Fazil Alməmmədov dayanır. Başlayarlar onunla əlaqə imkanlarını, bazarda münasib yer əldə etmək məqsədilə tanışlıq əlaqələrini axtarmaga. Yox canım, nə qoyub nə axtarırsınız. Fazil bəy elə xırda mal alveri edən kiçik ranqlı”sahibkarlardan “deyil.

F.Almımmədov “can alver”i edən tanınmış baqqallarımızdan “, yoxe, çaşdım,əlibıçaqlı, şərəfli, Hippokrat andlı ağxalatlı həkim olsa da,adamlara qara gün “yazan,”adına “ziyalı” deyilən birisidi.Özü də Bakıda dünənimizin məşhur tibb ocaqlarından olan Nərimanov rayonundakı 5 saylı xəstəxananın başbiləni, yəni baş həkimi vəzifəsini 2917-ci ildən, yəni əvvəlki baş həkim Ziya Əsədovun vəfatından sonra məngirlıyib.O zamankı səhiyyə naziri möhkəm dostluq əlaqələri olan Oqtay Şirəliyevin sayəsində “bəylər bəyi”olub.
Amma aradan neçə il keçməsinə baxmayaraq sosial şəbəkələrdə xəstəxananın rəhbər kadrlarının kimliyini araşdıranda köhnə kadrların ad və soyadları ilə üzləşirsən.Bunun niyə belə olduğunu ha baş sındırdıqsa da tapa bilmədik.Bəlkə tənbəllik ediblər indiki reallığı orada ifadə etməyə ?Bu və ya digər sizi maraqlandıran suallara cavab tapmaq üçün Fazil Alməmmədovla, və yaxud müavinləri ilə əlaqə saxlamaq fikrinə düşsəniz kefinizə əməlli başlı “soğan dogranacaq.”Nuyyətiniz ürəyinizdə qalacaq.Dəstəyi o başdan kimsə çətin ki, qaldıra.
“Bəylər bəyi”F.Almımmədov atalar demişkən “köhnə bazara təzə nırx qoyub”.
Fazil Alməmmədovun adamların “can bazarı” adlandırdıqları bu tibbi müəssisəsi əslində dövlət tabeliyində oldugu üçün pasiyentlərə pulsuz tibbi xidmət göstərilməlidir.Amma biz nə görürük?Bu xəstəxananın qapısından içəri girən hər kəsin cibləri gərək dolu ola.Tibb bacısını “gör”,sanitarkanı “gor”, həkimi “gör,”adi şprisdən dava -dərmana kimi qaç aptekdən al, bütün analizlərin, tibbi yoxlamaların -MRT,UZİ , əməliyyatın, dünyaya gələn uşağın və sairənin pulunu ödə, daha ,nələr, nələr…Elə zənn elə ki,”Sədərək”və ya”Binə”bazarına gəlmisən, nəyin var qoyub gedirsən.
İntəhası həmin bazarlardan cibiboş qayıtsan da,əlin dolu olur.’Bəylər bəyinin “bazarından isə canını salamat götürüb qaçanın adına “igid “söyləyirlər.
İndi bildinizmi ki, Fazil Alməmmədovun “igidləri”kimlərdir, hörmətli oxucular?
Hələ bu da hamısı deyil ha.
Bu tibb ocağına respublikanın hər yerindən insanlar üz tuturlar. Onların bir qisminə lazım olan əməliyyat və ya müalicəni almaq üçün aidiyyəti tibbi ünvana biradan göndəriş verib yollayırlar, bir qismi isə orada analizlər verib tibbi müayinələrdən keçirlər.Səhər tezdən axşama kimi növbə əlindən tərpənmək olmur, bir həngamə ,”dartma yaxam cırıldı”olur ki, gəl görəsən.Bu qələbəlikdən salamat çıxanların da adını”igid “çagırmamaq tərəfimizdən günah iş tutmuş kimi qiymətləndirilə bilərdi.
Bəli, bu xəstəxanada al, ver bir yana, yanlış müalicə , əməliyyat olunanların şikayət məktubu ünvanlamadığı insansya da qalmayıb.Cismani şikəst edilənlərin mənəvi şikəst F.Almmımmıdova “çox sağ olu”ancaq qarğış -nalədən ibarətdir Bu yerdə xəstəxana haqqında şikayət yazanların bitinin dedikləri yadıma düşdü.Bilmirsən güləsən,ya aglayasan o sözlərə.Yazır ki,bu tibb ocağında bədəninin bir üzvünü əməliyyat etdirmək istəyənin həmin üzvünün yerinə başqa üzvünü “operasiya”edir, yaxşı ki,başqa
şeyini kəsib götürmürlər.
Qulagımıza çatan söz -söhbətlərə görə deyəsən “igidləri”bəylər bəyini tezliklə ikiəlli bərk -bərk yapışdıgı vəzifə kredlosindan qoparmaq xətti götürüblər.Niyyətləri çin olar inşəallah. //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sizin işinizə də Prezident nəzarət etməlidir?.." - ETİRAZ

"Araz" Supermarketlər Şəbəkəsində vaxtı keçmiş məhsullar satılır. DİA.AZ bildirir ki, bu barədə jurnalist Elman Nigaran post paylaşıb: "Əziz dostlar, "İvanovka" məhsullarını alarkən diqqətli olun. Çünki, istər məhsulu istehsal edən tərəf, istərsə də "Araz" super market şəbəkəsi istifadə müddəti bitmiş məhsulları satmaqda maraqlıdır. Bir sözlə, daha çox gəlir əldə etmək istəyən hər iki tərəf sanki bizim qəstimizə durub. Bununla da alıcı kütləsinin həyatı təhlükə altına düşür. Qida Agentliyi isə ümumiyyətlə işinin öhtəsindən gələ bilmir....

Üzümü agentliyə tutub sual vermək istəyirəm. Siz nə işlə məşğulsuz? Dövlət tərəfindən əməkhaqqını hansı haqla alırsız? Sizin işinizə də Prezident nəzarət etməlidir??

Belə olan halda vətəndaşlar diqqətli olmalı, məhsulu alarkən istifadə müddətinə nəzər yetirməlidir. Əks təqdirdə, ailədə zəhərlənmə hadisəsi baş verəcək. Ona görə də, aidiyyəti qurumlar və eyni zamanda hüquq mühafizə orqanları məsələyə ciddi nəzarət etməlidir. Üzərimizə düşən vəzifədən istifadə edib, lazımı qurumlara rəsmi müraciət edəcəyik".

DİA.AZ
"Sizin işinizə də Prezident nəzarət etməlidir?.." - ETİRAZ
"Sizin işinizə də Prezident nəzarət etməlidir?.." - ETİRAZ
"Sizin işinizə də Prezident nəzarət etməlidir?.." - ETİRAZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BİZ BELƏYİK: İki prezident sərəncamı, bir neçə qərarlar... - və ondan yüzlərlə dəfə çox qanun pozuntusu


Ailəmizlə çimərliyə gedib istirahət etməyimiz əməlli-başlı çətinləşib. Dənizə giriş ödənişi 5 manatdan başlayır, yüksələrək gedir. Ailədə 5 nəfərik, hər adama 20 manat istəyirlər. Bu da eləyir 100 manat. Özümüzlə yemək və içki gətirməyə də qoymurlar. Oradan da almaq baha çıxır. 200-250 manat xərc olur. Camaat o pulla 1 aylıq ərzağını almağa çalışır. Nəyə görə dənizdə çimmək üçün pul ödəməliyik? Bu, haqsızlıqdır”.

Bakı sakini A.T. dənizə girişin pullu olmasından narazıdır. Deyir ki, dəniz xalqın sərvətidir, kimsə dənizdən istifadəyə qadağa qoya bilməz.

“Qanuna görə heç kəs bizdən pul ala bilməzsə, bəs niyə alırlar? Biri deyir, pul ver, keç, biri deyir, keçmə. O boyda dənizi hasarlayıb, girişi pullu edənləri aidiyyəti orqanlar görmür? Bu nədir? Dovşana qaç, tazıya tut deyirlər. Pulsuzdursa, pul almasınlar. Bunu sıravi vətəndaş nə şikayət etməli, nə də tələb etməlidir. Buna aidiyyəti dövlət qurumları nəzarət etməli və tənzimləməlidir”. Sevinc Səttərova da digər sakinlə həmfikirdir. Bu məsələyə aidiyyəti orqanların məsuliyyətsiz yanaşdığını düşünür.

Bəs əslində, sahil zolağındakı əraziləri zəbt edib, əraziyə və dənizə girişi ödənişli etmək icazəlidirmi?

Xəzərin sahilboyu zolağının zəbt edilməsinə qarşı dövlət başçısı tərəfindən tədbir görülməsinə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2003-cü il tarixli 1122 saylı Sərəncamında rast gəlirik. Sərəncamın mətninə və tənzimlədiyi məsələlərə diqqət etsək, burada Xəzər dənizinin sahilboyu zolağının zəbt edilməsinin fəsadlarının aradan qaldırılması məqsədilə qəbul olunmuş, müvafiq dövlət orqanlarının qarşısında konkret tapşırıqlar qoyulmuşdur.

“Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının giriş hissəsi hələ 2003-cü ilədək bu sahədə problemlərin çox ciddi şəkildə ölkə rəhbərliyində narahatlıq yaratdığını göstərir. Diqqət çəkən odur ki, bu Sərəncam çimərlik mövsümündə deyil, yanvar ayında imzalanıb. Yəni, problem təkcə yay fəslində insanların dənizə çimmək üçün getməsi ilə əlaqədar yaranmayıb, problemin qoyuluşu daha ciddidir. Söhbət Xəzər sahillərinin bütün respublika ərazisində qanunsuz zəbt olunmasından doğan narahatlıqdan gedir.

Sərəncamda bildirilir: “Son vaxtlar vətəndaşların Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına daxil olan çoxsaylı müraciәtlәrindәn aydın olur ki, bir sıra yerlərdə Xəzər dənizinin (gölünün) sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları, habelə həmin sahələrin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilmişdir. Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilmiş, dənizin içinədək hündür hasarlar çəkilmişdir. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılmışdır”.

Sərəncamın qəbul olunmasında məqsədin birmənalı olaraq insanların istirahət və sərbəst hərəkət etmək hüququnun təmin olunmasına yönəlməsi, qoyulmuş problem və onun aradan qaldırılması üçün tənzimlədiyi məsələlər alqışlanmalıdır. Eyni zamanda, keçən 20 il ərzində bu mövzudan danışan hər kəs sərəncamın icra olunmamasından şikayətlənir. Bu Sərəncamın icra vəziyyəti ilə bağlı Nazirlər Kabineti və adları çəkilən orqanların hesabat verdiyini də görən olmayıb. Baxmayaraq ki, Sərəncamla tapşırılmış vəzifələrin icrası ilə bağlı hər ay Prezidentə məlumat verilməlidir. Təəssüf doğuran amillərdən biri də budur ki, heç kəs, hətta problemin həllində bilavasitə cavabdeh olan şəxslər və ya sahə mütəxəssisləri belə məsələnin bu vaxtadək həll edilməməsinin, keçən 20 ildə isə sahilboyu zolağın daha çox zəbt edilməsi və prosesin geridönməz hal aldığının real səbəblərini demək olar, araşdırmır.

Azərbaycan Respublikasının “Su Məcəlləsi”nin müvafiq müddəaları (36-50-ci maddələri) su hövzələrinin, konkret halda, Xəzərin sahilboyu zolağının zəbt edilməsini, şəxsi və ya korporativ məqsədlər üçün istifadə edilməsini, başqa şəxslərin, xüsusən, kütləvi çimərlik zonalarından sərbəst, maneəsiz istifadəsinin məhdudlaşdırılmasını qadağan edir. Qanunda konkret müddəalar var ki, su obyektlərinə aid (sahilboyu zolaq daxil) torpaq sahələrini qanuni əsasla istifadəyə və sahibliyə almış şəxs inhisarçı və haqsız rəqabətə yol verə bilməz. Sadə dildə desək, Xəzər sahilində hətta, bu gün mövcud qanunvericiliklə yol verilən zolaqda torpaq sahəsini mülkiyyətinə və ya istifadəsinə əldə etmiş heç kəs dənizə girişi məhdudlaşdıra, sahilboyu hasar çəkə bilməz. Azərbaycan Respublikasının “Su Məcəlləsi”nin müvafiq müddəaları bunu inhisarçılıq və haqsız rəqabət, digər istifadəçilərə qarşı ayrı-seçkilik hərəkəti kimi qadağan edir.

Məsələni aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Habil İsgəndərova müraciət etdik. H.İsgəndərov Pressklub.az-a açıqlamasında bildirdi ki, Xəzər sahilində kimsə girişi məhdudlaşdırırsa, bu, tamamilə qanunsuz və məsuliyyətə səbəb olan hərəkətdir.

“Əvvəla, sərəncam normativ hüquqi akt hesab olunmadığına görə icrasının məcburiliyinin təmin olunmasının hüquqi mexanizmi də yoxdur. İddia edə bilmərik ki, bu Sərəncam, ümumiyyətlə, icra olunmamışdır, bəlkə də zamanında bu sənədlə tapşırıq almış müvafiq dövlət orqanları müəyyən tədbirlər görmüşlər. Ancaq reallıq ondadır ki, keçən 20 il ərzində problem daha da böyümüş və hər kəsin (hətta, səlahiyyətli orqanların rəsmilərinin də) şikayətləndiyi bu mövzuda irəliyə doğru ciddi və real addım atıldığı görünmür.

Dəniz sahilinin hasarlanması və dənizə girişin bağlanmasına yalnız bir müstəsna halda yol verilir. Dövlət və ictimai maraqlar naminə (müdafiə, sənaye, təhlükəsizlik, əhalinin sağlamlığının qorunması, iqtisadi tədbirlər, sərhəd mühafizə və bu kimi istisna məqsədlər üçün) zərurət olduqda, müstəsna hallarda, müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış qərarı ilə Xəzərin sahilboyu zolağından istifadəyə məhdudiyyət qoyula bilər. Dövlətdən başqa hər hansı şəxsin (fiziki və ya hüquqi şəxs, yerli icra və ya bələdiyyə orqanı) dəniz sahilini hasarlamağa, dənizə, su hövzəsinə girişi bağlamağa ixtiyarı yoxdur. Hər hansı mərkəzi və yerli icra hakimiyyəti orqanının, bələdiyyənin öz mülahizəsinə görə su hövzəsinə, dəniz sahilinə, çimərliyə girişi məhdudlaşdırmağa və bağlamağa əsas verən qərar qəbul etmək səlahiyyəti mövcud deyil, belə hərəkət qanunla icra hakimiyyəti orqanlarına qadağan edilir. Qeyd etdiyimiz müstəsna hallarda isə yalnız normativ aktla (qanun, Prezidentin Fərmanı, Nazirlər Kabinetinin qərarı) belə məhdudlaşdırma tətbiq edilə bilər. Ona görə də bu gün Xəzər sahilində kimsə – hər hansı fiziki və ya hüquqi şəxs – guya, əlində hansısa rayon (şəhər) icra hakimiyyətinin, yaxud bələdiyyənin “qərarı var” deyə, dənizə girişi məhdudlaşdırırsa, bu, tamamilə qanunsuz və məsuliyyətə səbəb olan hərəkətdir. Onu da qeyd edim ki, Xəzər sahilində (istənilən çimərlik zolağında) fiziki və ya hüquqi şəxslər müvafiq icra hakimiyyətinin icazəsi ilə turizm, istirahət obyekti yarada bilər. Lakin heç bir halda dənizə girişi, sahilboyu zolaqda, hətta, onun istifadəsinə verilmiş torpaq sahəsində (obyektin ərazisində) hərəkəti məhdudlaşdıra bilməz, giriş üçün pul tələb edə bilməz. Yalnız həmin obyektdə sahibkar tərəfindən hansısa əlavə xidmət (çimərlik üçün zəruri ləvazimat, tualet, şezlonq, stol-stul və s.) təşkil edilirsə, onun əvəzində pul alınmasında qanunsuzluq yoxdur. Əslində kütləvi çimərlikləri dövlət (daha çox bələdiyyələr vasitəsilə) təşkil və təşviq etməlidir. Bizdə bələdiyyələr icra hakimiyyətlərinin 5-ci təkəri rolunda olduğundan, müstəqil heç bir təşəbbüs göstərə bilmirlər. İcra hakimiyyətləri isə vətəndaşın güzəranı üçün düşünmə marağında deyil.”, – H.İsgəndərov vurğuladı.

Müsahibimiz deyir ki, 1996-cı ildən başlayaraq, Azərbaycan Respublikasının bütün ərazisində torpaqların dövlət mülkiyyətindən çıxarılaraq xüsusi mülkiyyətə verilməsinə başlanıldıqda Dövlət Xəzərin sahilboyunda 80-130 metrlik zolağın altındakı torpaq sahəsinin müstəsna olaraq öz mülkiyyətində saxlanılmasını məqbul hesab etdi: “2008-ci ildə Qanuna dəyişiklikdən sonra isə dövlət mülkiyyətində olan torpaqların “20-50” metrə qədər sıxışdırılması ilə işbazlara yol açıldı. Obrazlı desək, işbazlar dövləti Xəzərin sahilinə doğru 20-50 metrə qədər “sıxışdırdılar”. Qanundakı bu dəyişiklik müvafiq icra hakimiyyəti orqanlarına imkan verir ki, Xəzər dənizinin 20-50 metrlik zolağındakı torpaq sahələrini ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və ya mülkiyyətinə versin. Bunun da nəticələri göz qabağındadır. Qanunda dövlət mülkiyyətində olan torpaq sahəsinin Xəzərin sahilboyu 20-50 metrlik zolaqda saxlanması heç də o demək deyil ki, məmurların himayəsində olan işbazlar dənizin sahilini hasarlaya və çimərlikləri zəbt edə bilərlər. Bu gün Xəzərin sahilboyu sürətlə “özəlləşdirilir”. Təəssüf ki, bu hadisələrin fonunda “Torpaq islahatı haqqında” Qanuna dəyişiklik etməklə Xəzərin sahilboyu torpaqlarının və az qala sahil su zolağının zəbt edilməsinə şərait yaratmış parlamentarilərin “ah-naləsini” eşidən sadə vətəndaş Xəzərin qarşısına sədd çəkmək iqtidarında olan hansısa “fövqəlqanun əjdahanın” varlığına inanmaqdan başqa çıxış yolu görmür”.

Qanun belə deyir, amma fakt ortadadır. Bir çox yerlərdə sahil zolağı zəbt edilib, insanlar dənizə buraxılmır. Bəs bu problemin tezliklə həll olunması üçün nə etmək olar?

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Pressklub.az-a açıqlamasında bildirdi ki, hazırda Xəzər dənizinin Sumqayıt sahilində insanların dəniz sahilinə sərbəst giriş-çıxışı təmin edilib.

“Xəzər dənizinin Sumqayıt sahilində 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi, mövcud qanunvericiliyin tələblərinin pozulmasına qarşı zəruri tədbirlərin görülməsi ilə bağlı davamlı olaraq monitorinq və reydlər keçirilir. Monitorinqlərin nəticələrinə əsasən, Xəzər dənizinin sahil mühafizə zolağının dövlət mülkiyyətində olan torpaqlarında fiziki şəxslərin qanunsuz tikinti və hasarlama işlərinin aparılması faktları müəyyən edilən zaman aidiyyəti orqanlar müvafiq tədbirlər görür. Hər il olduğu kimi, bu il də Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı tərəfindən çimərlikdə əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalanıb. Sərəncamda qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Sərəncama əsasən, müvafiq qurumlara tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlərin xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir”.

Qanunun pozulması halında İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsində inzibati tənbeh tədbiri – cərimə cəzası nəzərdə tutulur. Dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunmalıdırlar. Öncədən İnzibati tənbeh alan fiziki şəxslər xətanın təkrar törədilməsinə görə 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunmalıdırlar.

Dəniz kənarında insanların dincəlməsi üçün qanun çərçivəsində şərait yaradılması yaxşı haldır. İstirahət obyektlərinin olması insanların daha rahat dincəlməsinə xidmət etməlidir. İnsanlar istədiyi zaman köşk icarələyib, ailəlikcə dincəlir, D vitamini qəbul edir, kabindən istifadə edir və ya restoran xidmətindən yararlanırlar. Lakin bu xidmətlərdən istifadə etmək istəməyən insanları buna məcbur etmək həm hüquqi, həm mənəvi, həm də sosial baxımdan doğru deyil. Vətəndaş sadəcə dənizdə çimmək istəyirsə, buna heç bir sahibkar maneə ola bilməz. Xalqın təbii sərvəti olan dənizə daxil olmasının məhdudlaşdırılması yolverilməz haldır. Ümid edək ki, insanların rifahına maneə olan bu cür xoşagəlməz problemlər tezliklə həllini tapacaq.
Pressklub.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO