[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyənin İsveçə “yaşıl işıq” yandırmasındakı motivlər: Suriyadan çıxan səslər - TƏHLİL

Türkiyə İsveçin NATO üzvlüyünə qəbulu üçün protokolu imzalamağa razılıq verib, bu, Alyansın genişlənmə imicini təqdim etməyə imkan verir.

Türkiyənin perspektiv üçün güzəşt paketini almadan bu qərarı verməsi inandırıcı səslənmir. Bu baxımdan, ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammiti öncəsi ölkəsinin Avropa İttifaqına üzvlüyünü şərt kimi irəli sürməsinə nəzər yetirmək lazımdır.

Bu bəyanatdan sonra NATO Baş katibi Yens Stoltenberq:

- Türkiyənin Avropa İttifaqına üzvlük məsələsini dəstəklədiyini bildirdi,

- Türkiyə-NATO-İsveç danışıqlarının nəticəsi olaraq İsveçin Alyansa üzvlüyü barədə razılıq əldə olunduğunu açıqladı.

Türkiyə NATO ailəsinin böyüməsinə razılıq verməsi müqabilində ölkənin Avropa İttifaqına üzvlüyünə əngəllərin aradan qaldırılmasına dair vəd ala bilər.

İkincisi, Ərdoğan hədəfləyir ki:

- ABŞ Prezidenti Cozef Baydenlə görüşü zamanı Türkiyənin “F-16” təyyarələrini almasına razılıq verilsin (artıq Konqresdən də müsbət siqnallar gəlir);

- PKK-ya qarşı mübarizədə Vaşinqtonun dəstəyini alsın;

- Türkiyənin regional maraqlarının təminində ABŞ-nin dəstəyini qazansın.

İsveçin qarşısını almağa davam etmək Türkiyənin NATO strategiyasına sadiqliyinə şübhələri gücləndirərdi və Ankara Alyansdan bundan sonrakı addımları üçün dəstək almaqda maneələrlə üzləşə bilərdi. Lakin Türkiyə parlamenti ratifikasiyaya qədər İsveçin hərəkətlərini və öhdəliklərini diqqətlə izləməyə davam edəcək.

Ümumilikdə NATO sammiti ərəfəsindəki hərəkətlilik Ankaranın regional siyasətinin qlobal nizama təsirlərini ölçən vahidə çevrilir və gələcək üçün yol xəritəsi təqdim edir.

Bu, Türkiyənin strateji müttəfiqi Azərbaycan üçün də əhəmiyyət kəsb edir, çünki Ankaranın oyun qaydalarını təyin etməsindəki kartları Bakının Cənubi Qafqaz siyasətinə müsbət təsir göstərəcək.
Türkiyə strateji tərəfdaşı Rusiyanın ziddinə görüntü də yaradır, hərçənd, o, texniki və strateji baxımdan NATO-dakı kollektiv öhdəliklər üzrə məsuliyyətini yerinə yetirir.

Türkiyənin NATO-nun genişlənmə proqramına dəstək verməsinin Rusiyada doğurduğu reaksiya elə də həlledici deyil, Moskva indi Ankara ilə qarşıdurmaya getməkdənsə onu öz orbitinə doğru çəkmək istəyəcək.

Rusiya Türkiyə ilə müştərək maraqlarını NATO əleyhinə müqavimət fabriki kimi şişirtməkdə çox maraqlıdır, hərçənd, Ankaranın da Moskva ilə tərəfdaşlığı və sövdələşmələrinin həddi var.

Türkiyənin NATO-ya sadiqlik göstərməsindən sonra diqqəti çəkən bir siqnal Suriyada verildi. Suriyanın Azaz şəhəri yaxınlığında yerləşən Türkiyə bazası raket atəşinə məruz qaldı, bu, yəqin ki, təsadüf sayıla bilməz.

Suriyada əsas oyunçular ABŞ, Rusiya, Türkiyə və İrandır, yəqin etmək olar ki, Ankara-NATO xəttindəki razılıqlar fonunda Türkiyə bazasına raketlər hansı mövqelərdən atılıb.

Rusiya ilə Türkiyə Suriyada əks cəbhələrin hərəkətverici qüvvələri olsalar da, onların birgə maraq dairələri də az deyil, əgər raketlər Rusiyanın dəstəyi ilə atılıbsa, mümkündür ki:

- Kreml Ankaraya Suriya cəbhəsini xatırlatsın,

- Moskva Suriyada Ankara ilə yeni əməkdaşlıq modelini qurmağa can ataraq Qərbə qarşı koalisiyanın Yaxın Şərq cəbhəsini genişləndirsin.

Raketlər İran mövqelərindən atılıbsa, onda görmək olar ki, bu da Rusiyanın təlimatı ilə baş tutub, Moskva bu versiyada özünü birbaşa hədəfə gətirməkdən qaça bilər.

Əgər raket ABŞ qüvvələrinin nəzarət etdiyi zonadan buraxılıbsa, onda Türkiyə-ABŞ danışıqlarında Ankaranın əleyhinə masa qurmaq niyyətləri oxuna bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir öz qohumuna da VƏZİFƏ VERDİ... - ƏMR

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov qohumuna yüksək vəzifə verib.

Xalqxeber.az bildirir ki, xəbəri “32gun.az” yayıb.

Məlumata görə, nazir Fərid Qayıbovun əmri ilə xalası nəvəsi Teymur Babazadə yeni yaradılan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə rəis təyin edilib.

Teymur Babazadə ötən ilin avqust ayından etbarən – Mikayıl Cəfərzadə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunduqdan sonra qeyd olunan vəzifəni müvəqqəti icra edirdi.

Buna qədər isə Teymur Babazadə Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının Gənclər Birliyinin sədri vəzifəsində çalışıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elşad Həsənov Yasamalı QARAÇIXANAYA DÖNDƏRİB... - Piyadasansa, qanad açıb uçmalısan...


Bakının Yasamal rayonundakı Yeni Yasamal yaşayış massivində sakinlərin səki və piyada keçidi ilə hərəkəti mümkünsüz hal alıb.

Millitv.az bildirir ki, bu barədə Oxu.Az-ın redaksiyasına müraciət edən sakinlər məlumat veriblər. Onlar qeyd ediblər ki, piyadaların hərəkəti üçün maneələr daha çox Dadaş Bünyadzadə küçəsindədir. Belə ki, küçənin piyadalar üçün nəzərdə tutulmuş səkisi meyvə-tərəvəz satışı ilə məşğul olan alverçilər tərəfindən tamamilə zəbt olunub:

“Ərazidə antisanitariya şəraiti hökm sürür, yararsız, çürük meyvə və tərəvəzlərin tullantısı, satıcıların bir-biri ilə tez-tez mübahisə etməsi sakinləri təngə gətirib. Xüsusilə piyadaların həmin ərazilərdən rahat və təhlükəsiz keçə bilməməsi, buna görə də məcburən avtomobil yoluna çıxması təhlükə və narazılıq yaradır. Valideynlər uşaq arabası ilə, məhdudiyyətli şəxslər əlil arabası ilə sözügedən hissədən keçə bilmirlər”.

Sakinlər onu da bildiriblər ki, Dadaş Bünyadzadə küçəsinin Əsəd Əhmədov küçəsi ilə kəsişməsində də piyadaların yolu keçməsi müşkülə çevrilib. Buna səbəb oradakı yerüstü piyada keçidinin üzərində taksilərin dayanmasıdır:

“Taksi fəaliyyəti ilə məşğul olan sürücülərə dəfələrlə irad bildirmişik. Amma sakinlərin narazılığını heç vaxt diqqətə almayıblar”.
Sakinlərin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik:
Elşad Həsənov Yasamalı QARAÇIXANAYA DÖNDƏRİB... - Piyadasansa, qanad açıb uçmalısan...
Elşad Həsənov Yasamalı QARAÇIXANAYA DÖNDƏRİB... - Piyadasansa, qanad açıb uçmalısan...
Elşad Həsənov Yasamalı QARAÇIXANAYA DÖNDƏRİB... - Piyadasansa, qanad açıb uçmalısan...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının həyat yoldaşı vəzifəsindən azad edildi - Belə deyirlər...


Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun həyat yoldaşı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva vəzifəsindən azad edilib.

DİA.AZ bildirir ki, 32gun.az-a daxil olan məlumata görə, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın multikulturalizm məsələləri üzrə müşaviri olan Ç.Hacıyeva artıq bir müddətdir bu vəzifəni icra etmir.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Ç.Hacıyevanı özünə yeni müşavir təyin etmişdi.

Mətbuatda gedən məlumata görə, İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva 2020-ci ildə 115 min manatlıq qazpulu borcuna görə məhkəməyə verilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ölən şəxs barəsində saxta arayış verən bələdiyyədə YOXLAMA başladı – Sədr işdən ÇIXARILIR?

Ölən şəxs barəsində saxta arayış verən Lənkəran şəhər bələdiyyəsi ilə bağlı məsələ aktual olaraq qalır. Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Rəvayət Kərim qızı Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma davam etdirilir.

Cinayət əməlində ittiham olunan Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən Rəvayət Miriyevanın ölüm faktını gizlətdiyi, təqaüd kartına sahibləndiyi və mərhumun ölümü ilə bağlı saxta arayış verdiyi iddia olunur.

Məsələ ilə bağlı Lənkəran Prokurorluğunda istintaq işləri hələki yekunlaşmayıb. Rayon prokurorluğu şəhər bələdiyyəsində təftişə başlayıb.

DİA.AZ bilirir ki, bu barədə Bizim.Media-ya məlumat verən Aygün Mirzəyevanın sözlərinə görə rəhbəri olduğu bələdiyyənin fəaliyyəti ilə bağlı Lənkəran prokurorluğu tərəfindən iki aydır ki, yoxlama aparılır.

Yoxlamanın və istintaqın yekunlaşmasından sonra məsələyə hüquqi qiymət veriləcək.

Aygün Mirzəyevanın bundan sonra bələdiyyə sədri kimi işində qalması məsələsi də sual altındadır.

Qeyd edək ki, Lənkəran rayon prokurorluğunda ilkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi qeydiyyatda olan və yaşayan Miriyeva Rəvayət 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edib. Mərhumu Lənkəranda “Böyük bazar” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn ediblər.

Məlumatı Bizim.Media-ya verən mənbənin iddiasına görə bələdiyyə sədri Aygün Mirzəyevanın anası Sevil Mirzəyeva mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun müddət imiş ki, sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə bilməyib.

İddialara görə, Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün plan hazırlayaraq mərhumun ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd aldığı bank kartını isə nəvəsindən alaraq anasına verib.

Beləliklə iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən mənimsənilib. Mərhum dünyasını dəyişərkən ona qeydiyyatda olduğu ünvandakı tibb müəssisəsi tərəfindən ölüm kağızı verilməyib.

Amma Lənkəran şəhər “Böyük bazar” qəbiristanlığında dəfn edilib. Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva barəsindəki ittihamlarla razılaşmayıb. Saxta ölüm kağızınıın isə yeni işə götürdüyü işçisisinin texniki səhvə yol verdiyini bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfərbərlik Xidmətinin daha 2 zabiti həbs edildi


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan müraciətlə bağlı araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun digər şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Savalan Rəsulov və Fərid İsmayılova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrat rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda bu cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Havayı maaş alan birinin əvəzinə işləmədiyim üçün müqaviləmi uzatmadılar” - BU NƏDİ BELƏ?

Azəraycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsində bağban işləmiş Nazilə İbadovanın əmək müqaviləsi uzadılmayıb. Qadın buna bir neçə ay əvvəl etdiyi şikayətin səbəb olduğunu düşünür.

Bu barədə Meydan TV-yə danışan Nazilə İbadovanın sözlərinə görə 12 yaşlı əqli problemli övladı var. Heç bir yerdən gəliri yoxdur, hazırda çıxılmaz durumdadır.

“Dörd ildir bu idarədə çalışıram. İdarədə heç kimlə müddətsiz əmək müqaviləsi bağlanmır. Müddətli müqavilə isə işdən azad etmək üçün bəhanə olur. Kim etiraz edir, haqsızlığa dözmür, onun əmək müqaviləsinin müddətini yzatmırlar. Bu dəfə yalnız mənimlə əmək müqaviləsi bağlamadılar”,– şikayətçi söyləyib.

N.İbadovanın sözlərinə görə, onunla rəhbərlik arasında mübahisə təxminən 6-7 ay əvvəl başlayıb:

“Mənə əlavə işlər də yükləmişdilər. Təsəvvür edin ki, işdə olmayan rəhbər işçilərin yaxınlarının bütün işlərini mən yerinə yetirirdim. Buna etiraz edəndən sonra işimdə problemlər yaratmağa başladılar. Mən bağban kimi işləyirdim. Hətta sənəd işlərini də mənə yükləmişdilər. Mən də evdə oturub havayı maaş alan birinin əvəzinə işləməkdən imtina etdim”.

Şikayətçi deyir ki, həmin vaxt onu işdən çıxarmaqla hədələyəndən sonra problemlərini ictimailəşdirib. Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının hüquqi yardımından sonra əmək müqaviləsinin müddəti uzadılıb:

“Dedilər ki, sənin müqavilənin müddətini hər dəfə uzadacağıq, amma müqavilənin müddəti bitən günü işdən çıxmağımla bağlı bildiriş göstərdilər. Hətta bildirişi güclə aldım. Bilirəm ki, məhkəməyə də versəm, işə bərpa olunma şansım yoxdur. Heç olmasa səbəb də göstərmədilər ki, məni niyə işdən çıxardılar”.

İbadova deyib ki, idarə rəhbərliyi öhdəsində xəstə övladı və yaşlı anasının olduğunu bilir. Evi ipotekadadır, krediti ödəyə bilməsə, əlindən alacaqlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Nərimanın poliklinikası”niyə təmir olunmur? - İLGİNC

Respublikamızda səhiyyənin inkişafına göstərilən diqqət və qayğı insan amilinə, onun fiziki tərbiyə və sağlamlığına ölkə başçısı tərəfindən xüsusi diqqət və önəm verilməsi ilə bağlıdır.
Sovet dövründən sonrakı illərdə, respublikamız müstəqillik qazandıqdan sonra bu mühüm əhəmiyyət kəsb edən sahə əsaslı surətdə yenidən qurulub, köklü dəyişikliklər həyata keçirilib desək, yəqin ki, yanılmarıq.
Səhiyyənin bütövlükdə maddi-texniki bazası yenilənib,ən müasir tələblərə cavab verən müasir tibbi ləvazimatlar və avadanlıqlarla təchiz olunub.
Ən ucqar kənddən tutmuş iri yaşayış məntəqələrinə qədər yeni,göz oxşayan görkəmi ilə seçilən tibb məntəqələri, ambulatoriyalar tikilərək sakinlərin istifadəsinə verilib.Hələ şəhərləri demirik.
Ölkəmizdə sovet dönəmindən qalma xəstəxanalardan tutmuş irili -xırdalı bütün tibb ocaqları əsaslı təmir olunub, tibbi personalın fəaliyyət göstərməsi üçün lazımı şərait yaradılıb.
Lakin təəssüf ki,hələ də öz köhnə ampulasında bütün baş verənlərdən xəbərsiz gününü keçirən, “yatıb yuxuya qalırmış” tibb müəssisələrinə rast gəlmək mümkündür.
Uzaga niyə gedək, elə gözümüzün önündə, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Səməd Vurğun küçəsində yerləşən ,”Nərimanın poliklinikası”adı ilə tanınan 11 saylı poliklinikanya əyani bir ekskursiya edək.
Bu üç mərtəbəli binanın girişinə qədəm qoyan hər bir kəs sanki hansısa qeyri -adi qüvvənin onu keçmiş sovetlər dönıminə qaytardıgı qənaətinə gəlir.
Binanın içərisində döşəmə, tavan, otaqlar,oradakı tibbi avadanlıqlar, hətta işçilərin özlərindən də sovet qoxusu gəlir, desək mübaliğə zənn etməyin.Adamda belə bir fikir yaranır,”görəsən keçmişə necə gəlib düşmüşəm?”
Əvvəlcə aydınlaşdırmağa çalışaq ki,poliklinikanın heç zaman qırışıgı açılmayan uzunömürlü baş həkimi Məmmədov Nərimanın zamanla ayaqlaşmaq istəməməsi görəsən hansı amildən qaynaqlanır?
67000 sakin və 6550 məcburi köçkün və qaçqın ailəsinə bu şəraitdə hansı ixtisaslaşdırılmış tibbi yardım göstərilə bilər ki?
Naftalin qoxulu səhiyyə müəssisəsi 1976-cı ildən fəaliyyət göstərir.Burada 30 terapevtik sahəni özündə birləşdirən 3 terapiya şöbəsindən tutmuş nuh əyyamından qalma laboratoriya, onkoloji, terapiya və cərrahiyyə şöbəsi və sairə qədər xəstələrə necə və hansı diaqnozu qoya, müayinə edə,xəstəliyini müalicə edə bilər?
Ümumiyyətlə deyilənə görə bu tibb ocağına xəstə gəlmir.
Xəstələrə bəzi diaqnozların qoyulması üçün 3 sayl Sabunçu şəhər xəstəxanasına göndərilir.
Analizlərin cavabını bir həftəyə almaq olmur.
Poliklinikanın belə fəaliyyət göstərməsindənsə qapısına qıfıl vurulması daha münasib olardı.
Bütün bunların isə cəmi bicə səbəbi və səbəbkarı vardır.
Kollektivdə heç də sevilməyən”,ətiacı “kimi tanınan, kollektivin qayğı və problemlərindən xəbərsiz, yalnız özünü və vəzifə kreslosunu düşünən baş həkim Nəriman Məmmədov cənabları.
Qulağınıza onu da pıçıldadıdlar ki, bu tibb ocağını bir neçə dəfə əsaslı təmir planına salmaq təşəbbüsləri olub.
Lakin baş həkim tərəfindən qarşısı alınıb.Niyəsi də gün kimi hər kəsə bəllidir.
“Qorxan gözə çöp düşər” deyirlər.
Adətən əsaslı təmirə bağlanan tibb ocaqları təmir işləri başa çatana kimi müxtəlif tibb müəssisələrində yerləşdirilir.
Yəni baş həkimin şəxsi mənfəəti , gəliri baxımından heç sərfəli deyil.
Üstəlik təmirdən sonra baş həkimin tutduğu vəzifədə qalıb qalmayacagı həlli çətin məsələlərdəndir.Nəriman həkim dünya görmüş adamdır, vəzifədə saç agardıb.Bu günədək əsaslı təmirdən sonra əvvəlki baş həkimin yerində qalıb işlədiyini hələ ki, görməyib.Təkcə yaxınlıqdakı 2 saylı dogum evinin baş həkimi Mehriban Abbasquliyevadan başqa.Təmurdən sonra o da cəmi bircə ay öz postunda qaldı.Sonra başqa bir tibb ocağına göndərildi.
Hərçənd buna göndərlidi demək də olmaz.Ona da M.Abbasquliyeva deyərlər, əlaqələrinə nə gəlib.Öz işini özü düzüb qoşdu, yoxsa onun da yerinə başqası təyin edilmişdi …
Belə baxanda görürsən ki, kişinin başqa çarəsi,çıxış yolu yoxdur,neyləsin axı?
Allah eləməsin ki, sakinlər müxtəlif instansiyalar qarşısında poliklinikanın əsaslı təmiri məsələsini qaldıralar, vay onda N.Məmmədovun halına. //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Orbita” MTK 0 % zəmanət və 0 bal zəlzələyə davamlı - BU NƏDİ BELƏ?


“Orbita” Mənzil-Tikinti Kooperativi (qısaca – MTK) 0 xoşbəxt sakinlərə sahib olan binalarında mənzillərin satışını davam etdirir.

DİA.AZ kommersant.az-a istinadla xəbər verir ki, bu barədə şirkətin rəsmi internet saytında bildirilir. Belə ki, sözügedən MTK inşa etdiyi binaların 0 bal zəlzələyə davamlı olduğu barədə öz internet saytında müştərilərini məlumatlandırır. Bundan başqa “Orbita” MTK-dan verilən məlumata görə şirkət tərəfindən tikilən binalara 0% zəmanət də verilir.

Qeyd edək ki, əldə olunan məlumatlar şirkətin rəsmi internet saytında dərc edilib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

“Orbita” MTK 0 % zəmanət və 0 bal zəlzələyə davamlı - BU NƏDİ BELƏ?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elşad Hacıyevə YENİ VƏZİFƏ verildi

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, daha əvvəl DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov idi. O, ötən gün xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. E.Hacıyev isə nazirliyin Mətbuat Xidmətinin şöbə rəisidir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO