[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qoşulmama Hərəkatının nazirlər görüşündə Bakı Bəyannaməsi qəbul EDİLDİ


Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

İki gün davam edən tədbirin yekunu olaraq Bakı Bəyannaməsi qəbul edilib.

Qoşulmama Hərəkatına üzv ölkələrin Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının layihəsi də qəbul olunub.

Həmçinin Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı sənəd (xatirə bəyannaməsi) qəbul edilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan-Zelenski görüşünün tarixi bəlli oldu - YENİLƏNİB


Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Ukrayna prezidenti Volodimir Zelenski görüşünün tarixi bəlli olub.

Türkiyə və Ukrayna liderləri iyulun 7-də İstanbulda görüşəcəklər.

Heyətlər arasında təkbətək görüşlərdə Rusiya-Ukrayna müharibəsi və Türkiyə-Ukrayna münasibətləri müzakirə olunacaq.

***16:01

Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs sammiti öncəsi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər etməyi planlaşdırır.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, onların görüşü İstanbulda keçiriləcək. Lakin görüşün tarixi məlum deyil.

Görüşün əsas mövzularından birinin müddəti iyulun 17-də başa çatacaq taxıl müqaviləsi ətrafında vəziyyətin olacağı gözlənilir.

Qeyd edək ki, NATO-nun Vilnüs sammiti iyulun 11-12-də keçiriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müharibə veteranına şəxsi maşının yuduzduran rəisdən Kəmaləddin Heydərova şikayət edən zabitin özünü işdən çıxardılar – Videomüsahibə

Şəkildə gördüyünüz bu zabit oğlanı iki gün əvvəl nazir Kəmaləddin Heydərovun əmri ilə FHN sıralarından uzaqlaşdırıblar. Leytenant Məmmədov Toğrul Elşən oğlu FHN-nin tabeliyindəki Xüsusi Risqli Xilasetmə Xidmətində qulluq edib.

Atası Elşən Məmmədov Azinforum.az İnformasiya Portalına verdiyi eksklüziv videomüsahibədə oğlunun işdən çıxarılma səbəbini maraqlı və heyrətdoğuran amillərlə izah edib. Bildirib ki, oğlunun xidməti iş yeri olan ərazidə FHN-nin başqa iki qurumu da fəaliyyət göstərib. İnzibati bina Suraxanı rayonu ərazisində yerləşib.
Müharibə veteranına şəxsi maşının yuduzduran rəisdən Kəmaləddin Heydərova şikayət edən zabitin özünü işdən çıxardılar – Videomüsahibə
Toğrul görürki ərazi üzrə Yanğından Mühafizə İdarəsinin rəisi Vüqar İsmayılov özünün və atasının şəxsi maşınını inzibati binanın həyətində tabeçiliyindəki işçilərə yuduzdurur. Maşını yuyanların sırasında 44 günlük müharibənin iştirakçısı, 7 medalla mükafatlandırılan bir veteranın da olduğunu görəndə Leytenant Məmmədov dözə bilmir və rəis Vüqar İsmayılova öz iradını bildirir. Rəisin isə cavabı belə olur: “Ged öz işinlə məşğul ol”.
Müharibə veteranına şəxsi maşının yuduzduran rəisdən Kəmaləddin Heydərova şikayət edən zabitin özünü işdən çıxardılar – Videomüsahibə
Bundan sonra leytenant Məmmədov bütün bu mənzərənin fotolarını əldə edərək, yaşanan özbaşınalıqla bağlı nazir Kəmaləddin Heydərova şikayət ünvanlayır. Təbiidir ki, şikayətə faktı sübut edən fotoşəkilləri də əlavə edir. Atasının dediyinə görə, elə bundan sonra da Toğrulun qara günləri başlayır. FHN-nin Daxili Təhqiqat İdarəsinin apardığı yoxlamanın sonunda belə qərar verilir ki, şikayətdə qeyd olunan faktlar öz təsdiqini rapmadı. (?)
Müharibə veteranına şəxsi maşının yuduzduran rəisdən Kəmaləddin Heydərova şikayət edən zabitin özünü işdən çıxardılar – Videomüsahibə
Sonra şikayətçi leytenanta Vüqar İsmayılovla barışmaq təklif edilir, ancaq Toğrul yenə də məsələnin obyektiv araşdırılmasını tələb edir. Sonda çanaq Toğrulun başında çartlayır və onu nazirin əmri ilə işdən azad edirlər. İşdən çıxarılma ilə bağlı əmrin sürəti hələ də Toğrula təqdim olunmur. Yalnız rəhbərlikdən sevincək şəkildə gəlib deyiblər ki, özünə aid nə varsa götür və bunanı tərk et, sən tutduğun vəzifədən azadsan.

Şərh bölümündə Toğrul Məmmədovla olan videomüsahibənin və deyilən mənzərəni əks etdirən fotoları da təqdim edirik. Azinforum.az olaraq, müsahibədə adları çəkilən hər bir şəxsin də mövqeyinə yer verməyə hazır olduğumuzu bildiririk.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Müslüm Maqomayevin həyat yoldaşını təltif etdi

Prezident İlham Əliyev Tamara İlyiniçna Sinyavskayanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, T.İ.Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, T.İ.Sinyavskaya Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gənclər və İdman nazirliyində KADR İSLAHATLARI... - Növbə “Gənclər evləri”nə çatdı


“Gənclər və idman naziri Fərid Qayıbov nazirlikdə kadr islahatlarını davam etdirir. Regional Gənclər və İdman İdarələrinin yaradılması qərarı ilə onsuz da bir çox rayonların yerli idarələrinin rəisləri vəzifələrini itirəcəyi günü gözləyir. Ancaq nazir bununla kifayətlənmir. Gənclər və İdman nazirliyində kadr islahatları dalğası indi də yerlərdə fəaliyyət göstərən” Gənclər evləri” Sosial Xidmət Müəssisələrinə(SXM) çatıb. Yaxın günlərdə bir çox şəhər və rayonun Gənclər evlərinin rəhbərləri vəzifələri ilə vidalaşacaqlar”.

Bu barədə Editor.az-a məlumat verən mənbənin iddiasına görə, nazirin yollarını ayırmaq istədiyi SXM rəhbərləri arasında Bakı “Gənclər Evi”nin direktoru Nərgiz Babayeva, Binəqədi “Gənclər Evi”nin direktoru Günel Həsənova, Xəzər “Gənclər Evi”nin müdiri İnarə Eyyubova, Balakən “Gənclər Evi”nin direktoru Tale Şahverdiyev, Göygöl “Gənclər Evi”nin direktoru Şəhriyar İsmayılzadə, Zərdab “Gənclər Evi”nin direktoru Jalə Kərimli, Mingəçevir “Gənclər Evi”nin direktoru Tural Kərimov, Sabirabad rayon Gənclər evinin direktoru Rəşad Qurbanov və bir sıra digər şəxslər var.

Məlumatlı mənbənin iddiasına görə, nazir artıq bu şəxslərlə bağlı qərar qəbul edib və yaxın günlərdə ictimaiyyətə elan ediləcək.

Editor.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu boyda özbaşınalığı görmürlər? - BU NƏDİ BELƏ?

Məlumdur ki, illər öncə məktəbəqədər tədris müəssisələri, uşaq bağçaları, körpələr evi təyinatına uyğun olaraq Təhsil Nazirliyinin tabeçiliyində idi. Əslində belə də olmalıdır. Çünki adından göründüyü kimi bu müəssisələr MƏKTƏBƏQƏDƏR TƏDRİS müəssisəsidirlər. Amma zəlzələdən, ya vəlvələdən uşaq bağçaları, körpələr evi Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyəti orqanlarına verildi. Və bir neçə il uşaq bağçaları icra başçıları üçün əsl biznesə, bağçalar isə bazara çevrildi.
Təsəvvür edirsiniz, körpələrin üzərində eksperiment aparırlar. Bundan dəhşətli nə ola bilərdi... Məktəbəqədər tədris müəssissələri adından da göründüyü kimi körpə uşaqları tədrisə, təlimə hazırlayır, yəni bu uşaqların gələcəyinin bünövrəsi bağçalarda qoyulur. Bəs görək, uşaqlar bağçalarda nə görürlər..?
Uşaqların qidası, ərzağı oğurlanır, körpələr normal qidalana bilmirlər... Bu mühitdə böyüyən uşaq əlbəttə, gələcəkdə pis halda oğru, ən yaxşı halda rüşvətxor olacaq. Çünki həmin bağçada oğurluqları görə-görə, həmin mühitdə tərbiyə alıb. Bunlar hələ problemin 10 faizi deyil. Bağça müdirələri dövlətin müxtəlif məqsədlə ayırdığı vəsaiti mənimsəyir. Uşaqların təlim-tərbiyəsinə məsul olan müəllimlərin adı işdə getsə də uşaqlar onların üzünü görmür. 3-4 dayənin yerinə 1 dayə uşaqlara guya qulluq edir, o biri dayələrin maaşını bağçanın müdirəsi oğurlayır. Və daha nələr. Uşaqlar 1-ci sinifə gedəndə demək olar ki, tədrisə hazır olmurlar. Bəs onda buranın adı niyə məktəbəqədər TƏDRİS-dir..?
Sözün qısası, Bakının mərkəzində, daha dəqiq desək Nəsimi rayonu əraisində də xeyli sayda, haradasa 50-dən çox uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. ( Nəsimi Rayon İcra Hakimiyyətinin saytında belə göstərilib ). Bu uşaq bağçalarından biri də rayonun Mirəsədulla Mirqasımov küçəsi, 2 ünvanda yerləşən 123 saylı uşaq bağçasıdır.
Bağçanın müdiri Ramazanova Mərziyyə Bahəddin qızıdır. Bağçanın fb səhifəsində yazılır: Bağçada məktəbəqədər hazırlıq proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər keçirilir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılığı, təxəyyülü, məntiqi, ilkin mühəndislik bacarıqları formalaşır, gizli istedadları üzə çıxır. Mərziyyə Ramazanovanın əməllərindən xəbəri olmayanlar düşünər ki, nə gözəl, nə əla...istedad üzə çıxır...müasir və beynəlxalq metodlar-zad, filan... Bağçada olanlar bilir ki, Mərziyyə Ramazanova Azərbaycan qanunlarına məhəl qoymadan öz qohum-əqrəbasını, dost-tanışını doldurub 123 saylı uşaq bağçasına. Birini müəllim, o birini dayə, bir başqasını texniki işçi kimi v.s.
Bu xanımdan soruşan yoxdur ki, bura sənin şəxsi-özəl bağçan deyil e, dövlətin bağçasıdır. Hələ bu harasıdır..? Qohum-əqrəba da uşaqlara aid olan nə varsa, həzm-rabedən keçirib mənimsəyirlər. Bu hələ harasıdır...
Mərziyyə Ramazanova həm də yaşlı xanımdır, başqa bağça müdirələrini başına yığıb yeyib-içirlər, uşaqların təlim-tərbiyyəsi isə başlı başına buraxılıb. Görəsən, Bakı Şəhər Təhsil İdarəsi bu boyda özbaşınalığı görmür..? //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM


Prezident İlham Əliyev iyulun 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək Elm və Təhsil Nazirliyinə tapşırılıb.

Sərəncamda deyilir: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Dövrün görkəmli ədəbi simalarının və məşhur sənət adamlarının tədrisə cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində Universitet milli mədəniyyətin və incəsənətin tərəqqisi işinə mühüm töhfələr vermişdir. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri arasında bu nüfuzlu təhsil ocağının çox sayda məzunu vardır. Universitetin yetirmələri hazırda respublikamızda və onun hüdudlarından kənarda müvəffəqiyyətlə çalışırlar. Fəaliyyətini dövlətin mədəniyyət və təhsil strategiyalarının hədəflərinə uyğun, müasir tələblər səviyyəsində quran Universitet mədəniyyətin və incəsənətin bütün başlıca sahələrini əhatə edən müvafiq ixtisaslar üzrə genişprofilli şəbəkə formalaşdırmış, həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil və mədəniyyət mərkəzləri ilə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yaratmışdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın şirkəti 9,3 milyon vergi ödəməlidir - “Kaspi-Yıldız” borc içində batır


"Kaspi-Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi külli miqdarda vergi borcunu ödəməkdə çətinlik çəkir.

DİA.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, şirkətin külli miqdarda vergi borcunun olması ötən il üzə çıxıb. Həmin vaxt yayılan məlumatlarda qeyd edilirdi ki, "Kaspi-Yıldız”ın 9 666 469,63 AZN vergi borcu var. Hazırda isə şirkətin vergi borcu 9 390 743,36 təşkil edir. Məlum olur ki, şirkət 1 il ərzində vergi borcundan cəmi 275 726, 27 AZN ödəyə bilib.

"Kaspi-Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 1996-cı ildə təsis edilib. Şirkətin təsisçilərindən biri deputat İqbal Məmmədovdur. O, 2010-cu ilə qədər şirkətə rəhbərlik edib. Deputat seçildikdən sonra qardaşı Asif Məmmədovun "Kaspi-Yıldız”ın rəhbərliyinə keçib.

Asif Məmmədov 2006-2011-ci illərdə Balakən, 2011-2013-cü illərdə isə Şamaxının icra başçısı vəzifəsində çalışıb. Asif Məmmədovdan sonra şirkətə İqbal Məmmədovun digər qardaşı Çingiz Məmmədov rəhbərlik edib. Hazırda şirkətin qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğludur. O, İqbal Məmmədovun qardaşı oğludur.

"Kaspi-Yıldız” yanğınsöndürmə balonların, yanğın dəsti, bir qapılı və iki qapılı yanğın qutuları istehsalı və satışını, yanğın siqnalizasiyasının və qazlı yanğın söndürmə sistemlərinin, kamera-nəzarət sistemlərinin yanğından muhafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını, texniki baxışını və təmirini, yaşayış və dövlət binalarının, kommersiya obyektlərinin həmin avadanlıqlar və sistemlər vasitəsilə təchiz edilməsini həyata keçirir.

İqbal Məmmədov həm də Lerikdə fəaliyyət göstərən "Relax” İstirahət Mərkəzinin sahibi kimi tanınır.

2019-cu ildə "Relax” İqbal Məmmədovun yaxın qohumlarının obyektə yoxlamaya gələn vergi əməkdaşlarını döyməsi ilə gündəmə gəlmişdi.
İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NƏ NANO-DAYANACAQ?.. müəllim pul qazanır... - FAKT BUDUR!


Məlum olduğu kimi, Bakının müxtəlif ərazilərində smart tipli avtobus dayanacaqları quraşdırılıb. Şəhərin hələlik smart dayanacaqlarla tam təmin olunmasa da, bu çərçivədə görülən işlər davam etdirilir. Hazırda “Memar Əcəmi”, “Gənclik”, “28 May” metrostansiyalarının yaxınlığında smart dayanacaqlarla rastlaşırıq. Tamamilə yerli istehsal olan dayanacaqların əslində bir çox üstünlükləri var. Şəhərin ictimai nəqliyyat infrastrukturunda ilk dəfədir ki, həmin dayanacaqların pavilyonunda kondisionerlər quraşdırılıb. Sensorla açılıb-bağlanan qapılar, müşahidə kameraları və məlumatlandırıcı monitorlar... Dayanacaqlarda həmçinin bir sıra zəruri məhsulların satışı da təşkil edilib. Bir sözlə, paytaxt sakinləri xüsusən qış-yay ayları baxımından smart dayanacaqları ümidlə gözləsələr də, ümidlər, təəssüf ki, özünü doğrultmadı. Quraşdırılmasından qısa vaxt sonra bu dayanacaqlar artıq sıradan çıxıb. Dayancaqların qapılarında sensor ya tamamilə işləmir - buna görə də qapılar taybatay açıqdır - ya da çöldən içəri daxil olmaq istəyən vətəndaş üçün qapını kimsə içəridən açmalıdır, çünki çöl tərəfdən qapıları açmaq müşküldür. İçəri girsəniz belə avtobusun gəlib-gəlmədiyini görə bilmək üçün yenidən çölə çıxmalısınız, çünki dayanacağın sol tərəfində yöndəmsiz quraşdırılan “mini market” avtobusu görməyinizə maneə olur. Yayın istisində onsuz da “40 dəqiqədən bir” gələn avtobusu gözləyən sərnişin günəşin altında qovrulmamaq üçün özünü pavilyondan içəri atıb sərinləmək istəsə də, pavilyonda tempratur “hamam dərəcəsində”, bircə “kisəniz” çatmır. Kondisonerdən çıxan buxar bir tərəfdən, günəşin istisində qaynayan dayanacaq digər tərəfdən. Bu məqamda sərinkeşi olanlar şanslıdır. Bir sözlə, dayanacaqlardan yeganə karlı çıxan “mini market” sahibləridir...

Millitv.az-ın məlumatına görə, bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu da deyib ki, əslində yayı çox isti keçən Bakıda belə dayanacaqların sayının çox olması lazımdır.

“Amma kənardan baxanda, sanki smart tipli dayanacaqlar insanları yağışdan, soyuqdan və ya istidən qorumaq üçün deyil, yeni bir biznes üçün quraşdırılıb. Elə olmasa, həmin dayanacaqların bir hissəsi mini market kimi istifadə olunmazdı. Dayanacaqların ətrafında köşklər, mini marketlər onsuz da xeyli sayda var. Doğrudan da yaxşı bir iş görmək istəsələr, həmin dayanacaqlara günəş paneli quraşdırsınlar. Onda sərinləmə də, işıqlandırma da qaydasına düşər. Biraz da dayanacaqlardan istifadə edənləri qınamaq lazımdır. Qapıların açılması üçün əl şəkli olan sensor var, buna baxmadan qapını itələyirlər, dartırlar. Yaxşı olar ki, mütəmadi həm mətbuat və televiziyada, həm də avtobuslarda sərnişinləri yeni dayanacaqlardan istifadə qaydaları ilə məlumatlandırsınlar. Çox uzaq keçmiş deyil, bir neçə il əvvəl dayanacaqlara məlumat lövhələri quraşdırılmışdı, amma heç bir gün belə düzgün işləmədi. Ümid edək ki, bu smart dayanacaqlar məlumat lövhələrinin aqibətini yaşamaz, yoxsa milyonlarla manat vəsait havayı xərclənmiş olacaq...”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azəriqaz”ın mühəndisi rəhbərliklə bağlı şok faktlar açıqladı – İTTİHAM VAR!

Siz hər 5-ci gün, cümə günləri hər zaman cəmiyyətin suallarına cavab verdiyiniz üçün, mən də Azəriqaz İstehsalat Birliyində 13 il qüsursuz xidmət edən əməkdaş kimi sizə bir məsələ haqqında müraciət edirəm. Düzdür, əvvələr də dəfələrlə yazdıqlarımı oxusanız da buna cavab verməmisiniz. Ruslan müəllim, təyin etiyiniz indiki kadrların çoxu Əkbər Hacıyevin zamanında rüşvət aldıqlarına və ya işdə yol verdikləri ciddi nöqsanlara görə vəzifədən uzaqlaşdırılmışdılar. İndi onların çoxu Bakı Regional Qazın satışı Departamentində və Bakı Regional İstismar Departamentində yüksək vəzifələrdə çalışırlar. Yenə rüşvət alırlar, yenə bizim kimi niyyəti xidmət etmək olan işcilərin əsəbləri ilə oynayırlar, öz yarımçıq qalan işlərinə davam edirlər. Hamısının arxasında kimlərsə durur, himayədarlıq edir. Bu nə vaxta qədər davam edəcək?”. “MediaPost”a daxil olan məlumata görə, bu fikirlər Azəriqaz İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamentinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin mühəndisi, Nərimanov rayonu üzrə qrup rəhbəri Ramil Əliyevin Azəriqaz İstehsalat Birliyinin sədri Ruslan Əliyevə ünvanladığı məktubda yer alıb.

Məktubda həmçinin bildirilib: “Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin dediyi kimi, hər bir məmur vətəndaşın xidmətçisidir. O zaman bu kirli işləri görənlər və onların arxasında dayananlar kimə xidmət edir? Mən onsuzda istər ictimai fəal, istərsə də QHT sədri olaraq hər sahədə millətimə və vətənimə xidmət edirəm. Ona görə də vəzifədə təmsil olunmaq haqqım olduğu halda, heç vaxt bu barədə düşünməmişəm. Ancaq son illərdə Bakı Regional Qazın Satışı Departamentində (BRQSD) vəzifəyə gətirilənlərin etdiyi haqsızlıqlar, məni də məcbur edir ki, bu haqsızlığa dur demək üçün haqqım olduğu yerdə olmağı tələb edim. Mən, Cənab Prezidentin dəstəkçisi kimi onun gördüyü işlərə kölgə salanlara qarşı çıxmağı özümə borc bilirəm. İctimai fəaliyyət göstərən şəxs kimi bütün sahələrdə buna qarşı çıxdığım halda, fəaliyyət göstərdiyim sahədə belə halların mövcudluğu məni narahat edir.

Ötən il biz, sizinlə görüşmüşdük. Siz, mənim ictimai fəaliyyətim və “Azəriqaz”da bu günə qədər olan xidmətlərimi nəzərə alaraq, müavininiz Rəşad Cavadova tapşırıq verdiniz ki, məni şəffaflığın təmin olunması üçün BRQSD-nin nəzarət şöbəsinə müavin təyin etsin. Ancaq üzərindən 1 il keçməsinə baxmayaraq, aramsız gələn yoxlamalar xaricində, heç bir dəyişiklik yoxdur. İndi mən həm sizin əməkdaşınız, həm ictimai fəal kimi bilmək istəyirəm ki, sizin yanınızdakılar sizi aldadır, yoxsa aldadılan tərəf mənəm? Ümid edirəm ki, bu yazım da, daha əvvəl sizə yazdığım yazılar kimi, oxunaraq arxivə atılmayacaq və sizin tərəfdən cavablandırılacaq. İnanmaq istəyirəm ki, “Azəriqaz”da olan rüşvətxorluq və özbaşınalıq mənim kimi sizi də narahat edir. Əmin olun ki, belə neqativ hallarla mübarizədə sizinlə əməkdaşlıq etməyə hazıram”.

Ramil Əliyev məsələ ilə bağlı “MediaPost”a açıqlamasında 13 ildir nöqsansız xidmət etdiyini bildirib:

“Bu müddət ərzində heç bir zaman neqativ hallarda adım hallanmayıb. Əvəllər Binəqədi rayonunda xidmət sahəsində qrup rəhbəri vəzifəsində çalışmışam. O zaman sənaye obyektlərinə cavabdeh olan Emin Bədəlov adlı mühəndis bir neçə sənaye obyektinə qeyri-qanuni qoşulmalara, sayğacdan kənar qazdan istifadə etmələrinə şərait yaratmışdı. Mən də qrup rəhbəri olaraq bunu aşkarlayıb, əvvəlki baş direktor Əkbər Hacıyevə məlumat verərək həmin əməkdaşı işdən kənarlaşdırdım. O zamankı və indiki himayədarları onu himayə edərək, Xətai xidmət sahəsinə təyinat almasına nail oldular. Bu məsələ Əkbər Hacıyevin baş direktor vəzifəsində qaldığı müddətə qədər davam etdi. Ruslan Əliyev baş direktor təyin olunandan sonra Emin Bədəlova himayədarlıq edən rəhbər şəxslər onun bu dəfə daha yüksək vəzifəyə təyin olunmasına nail oldular. O, Bakı şəhəri BRQSD-nin sənaye obyektləri üzrə satış rəisinin müavini təyin edildi. Yenə də yarımçıq qalan işlərini davam etdirdi. Onu da bildirmək istəyirəm ki, həmin komandanın himayədarlığı ilə – Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyi tərəfindən bina zirzəmisində sənaye obyektlərinin qazdan istifadəsi qadağan edildiyi halda, ciddi təhlükə mənbəyi olan binaaltı və zirzəmilərdə sənaye obyektlərinə qazdan istifadəyə şərait yaradıldı. Bu kimi halların qarşısının alınması və təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir. Dediklərimi sübut edən faktların bir neçəsinin şəkli və videosunu təqdim edirəm”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO