[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Meyxanaçı restoranda qadın müğənnini döydü- Bu cəzanı aldı


Abşeron Rayon Məhkəməsində bir neçə ay əvvəl Masazırdakı “Qəbələ” restoranında xanım müğənnini döyən meyxanaçı Qalib Xocalıya hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyxanaçı Cinayət Məcəlləsinin 127 və 221-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq) maddələri ilə təqsirləndirilib.
Bildirilib ki, 1991-ci il təvəllüdlü Qalib Xocalı hadisədən bir neçə ay əvvəl müğənni, 1984-cü il təvəllüdlü Aynur Həsənli (ad və soyad şərtidir) ilə məclisdə tanış olub. Lakin daha sonra onların arasındakı münasibət soyuqlaşıb. Hadisə baş verən gün isə Qalib Xocalı tanışı ilə “Qəbələ” restoranına gedib. Aynur Həsənli isə həmin vaxt restoranda müğənni kimi çıxış edirmiş. O, mahnı oxuyub masa kənarına gələrkən əyləşmiş şəxslərə, eləcə də Qalib Xocalıya salam verib. Lakin Qalib Xocalı onun salamını almayıb və aralarında mübahisə yaranıb. Buna əsəbiləşən Qalib Xocalı masadan qalxaraq Aynura zərbə endirib. Nəticədə müğənni burun sümüyünün yerdəyişən sınığı, sağ göz orbitasının və sol mil-bilək oynağı nahiyəsinin qançırları xəsarətləri alıb.
Hadisə vaxtı döyülən müğənni masadakı qəndqabını meyxanaçıya atsa da, həmin əşya Qalibə dəyməyib.
Ekspertizanın nəticələri açıqlanandan sonra meyxanaçıya cinayət işi açılıb. İşin materialları daha sonra Abşeron Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə meyxanaçı ilk dəfə cinayət törətdiyini, Vətən müharibəsində iştirak etdiyini, "Vətən müharibəsi iştirakçısı", “Cəsur döyüşçü” və “Şuqovşanın azad olunmasına görə” medalları ilə təltif edildiyini deyərək yüngül cəzaya məhkum edilməsini xahiş edib.
Müğənni də meyxanaçını bağışladığını deyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə meyxanaçıya 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Qalib Xocalının üzərinə elektron qolbaq taxılıb.
Onun yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməsi qadağan edilib, həmçinin üzərinə digər inzibati öhdəliklər qoyulub.
Meyxanaçı restoranda qadın müğənnini döydü- Bu cəzanı aldı


Abşeron Rayon Məhkəməsində bir neçə ay əvvəl Masazırdakı “Qəbələ” restoranında xanım müğənnini döyən meyxanaçı Qalib Xocalıya hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyxanaçı Cinayət Məcəlləsinin 127 və 221-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq) maddələri ilə təqsirləndirilib.
Bildirilib ki, 1991-ci il təvəllüdlü Qalib Xocalı hadisədən bir neçə ay əvvəl müğənni, 1984-cü il təvəllüdlü Aynur Həsənli (ad və soyad şərtidir) ilə məclisdə tanış olub. Lakin daha sonra onların arasındakı münasibət soyuqlaşıb. Hadisə baş verən gün isə Qalib Xocalı tanışı ilə “Qəbələ” restoranına gedib. Aynur Həsənli isə həmin vaxt restoranda müğənni kimi çıxış edirmiş. O, mahnı oxuyub masa kənarına gələrkən əyləşmiş şəxslərə, eləcə də Qalib Xocalıya salam verib. Lakin Qalib Xocalı onun salamını almayıb və aralarında mübahisə yaranıb. Buna əsəbiləşən Qalib Xocalı masadan qalxaraq Aynura zərbə endirib. Nəticədə müğənni burun sümüyünün yerdəyişən sınığı, sağ göz orbitasının və sol mil-bilək oynağı nahiyəsinin qançırları xəsarətləri alıb.
Hadisə vaxtı döyülən müğənni masadakı qəndqabını meyxanaçıya atsa da, həmin əşya Qalibə dəyməyib.
Ekspertizanın nəticələri açıqlanandan sonra meyxanaçıya cinayət işi açılıb. İşin materialları daha sonra Abşeron Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə meyxanaçı ilk dəfə cinayət törətdiyini, Vətən müharibəsində iştirak etdiyini, "Vətən müharibəsi iştirakçısı", “Cəsur döyüşçü” və “Şuqovşanın azad olunmasına görə” medalları ilə təltif edildiyini deyərək yüngül cəzaya məhkum edilməsini xahiş edib.
Müğənni də meyxanaçını bağışladığını deyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə meyxanaçıya 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Qalib Xocalının üzərinə elektron qolbaq taxılıb.
Onun yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməsi qadağan edilib, həmçinin üzərinə digər inzibati öhdəliklər qoyulub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Binəqədidə təmizləmə adı altında HASAR UÇURDURLAR... - ETİRAZ

Binəqədi Rayon İcra Hakimiyyəti təmizlik işləri adı ilə rayonda gördükləri boş tikililəri söküb.

Tribunainfo.az xəbər verir ki, bu barədə siyasi ekspert Turab Rzayev yazıb. O bildirib ki, icra hakimiyyətinin nümayəndələri onun inşa etdirdiyi hasarı “təmizlik işləri” adı ilə söküb:
Binəqədidə təmizləmə adı altında HASAR UÇURDURLAR... - ETİRAZ

“Gəlmişəm Binəqədi İcra Hakimiyyətinə. Deyirəm, mənim hasarımı kim və nə haqla dağıdıb?!
Deyir ki, bu gün ərazidə təmizlik işləri aparırdıq. Deyirəm, nə yaxşı zibilləri təmizləyirdiniz?! Deyir, yox, baxırdıq, harada boş tikili var sökürdük. Yəqin səhvən sizin hasarı da sökmüşük.
Rüşvətin kökü kəsilmədikcə, bu ölkədə heç nə düzələn deyil”.

Tribunainfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çilov adasında `Xəzəriaşə` inhisarçılığı... - `"Sahib" kimdirsə...`

Zaman-zaman "Xəzəriaşə"nin Neft Dşlarında, Çilov adasında və ARDNŞ-ə aid digər ünvanlardda müşahidə olunan inhisarçılığı müzakirə predmeti olsa da, məhz himayədarlarının sayəsində az qala hər addımında özbaşınalığa yol verən bu quruma güldən ağrıs söz deyən tapılmayıb. Bu dəfə də, yəni hazırki şikayətimizdən sonra da belə olacağını güman edirik. Çünki DİA.AZ olaraq dəfələrlə "Xəzəriaşə"dən edilən şikayətləri işıqlandırmışıq... amma...

Bu dəfə fakt təqdim edib, etirazını ifadə edən Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Çilov adasında "Xəzəriaşə"nin qanunsuz monapoliyasından giley edir.

DİA.AZ hüquq-müdafiəçisinin açıqlamasını təqdim edir:

" "Xəzəriaşə" MMC, Çilov adasında çörəyi niyə 60 qəpiyə satırsınız?"

Daha sonra NHMT sədri əlavə edir: "Neftçilərə iaşə xidməti göstərən "Xəzəriaşə" tender vasitəsilə seçilib, yoxsa "sahibinin" əmri ilə?

"Sahib" kimdirsə, həm köhnə, həm də təzə komandanı qane edir..."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şabranda qanunsuz bazarın yaradılması narazılığa səbəb oldu – “Qeyri-etik ifadələri işlədərək insanları narahat edirlər”

Şabran rayonunun mərkəzində fəaliyyət göstərən bazarın önündə qanunsuz olaraq yeni bazar yaradılıb. Bu səbəbdən köhnə bazarda çalışan sahibkarların işi çətinləşib, onlar məhsullarını sata bilmirlər.

DİA.AZ-ın məlumatına görə, bu barədə Pravda.az-a şikayət ünvanlayan sahibkarlar bildiriblər ki, qanunsuz açılan bazarda satılan qidaların keyfiyyəti standartlara cavab vermir.

“Bazarın içində bazar yaradıblar. Qeyri-qanuni yaradılmış bazarın yerində əvvəl bələdiyyə bazarı olub. Hansı ki, orada əvvəllər satıcılar “yerpulu” və dövlətə vergi ödəyiblər. Bundan əlavə, bazara nəzarət edən polis də olub. Lakin bələdiyyə sədri yenisi ilə əvəz ediləndən sonra vəziyyət tamam dəyişib. Rayona yeni təyin edilən icra başçısı həmin bələdiyyə bazarını sökdürüb. Buna səbəb kimi isə bazarın önündə yeni bazarın qanunsuz olduğu göstərilib. İndi isə həmin bazarda çalışanlar yeni yerlər götürərək, nə yerpulu, nə də vergi verirlər”, - şikayətdə bildirilib.

Satıcılar iddia edirlər ki, sözügedən bazarda çalışanların arasında narkotik istifadəçiləri də var: “Qeyri-etik ifadələri işlədərək insanları narahat edirlər. Vəziyyət o həddə çatıb ki, avtomobillərin hərəkətində də problemlər yaranıb. Bazarın avtomobil parkı yoxdur. Halbuki hazırda qanunsuz icarəyə verilən yerlərdə əvvəllər avtomobil parkı fəaliyyət göstərib. Hər gün qanunsuz fəaliyyət göstərməklə külli miqdarda vəsait əldə edərək həmin pulları dövlətdən gizlədən, vergidən yayınan və qanunları pozan bu işbazlar insanları anti-sanitariya vəziyyətində alış-veriş etməyə məcbur qoyublar. Xəstəlik mənbəyi olan və anti-sanitariya vəziyyətində fəaliyyət göstərən, insanların gediş-gəlişinə maneə yaradan, şəhərin ümumi gözəlliyinə xələl gətirən həmin qanunsuz bazarın işləməsinə rayon rəhbərliyi nə vaxta qədər göz yumacaq?”

DİA.AZ-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş-leytenantı Xəyal Talıbov Pravda.az-a açıqlamasında deyib ki, sözügedən məsələ ilə bağlı Şabran Rayon Polis Şöbəsinə müraciət daxil olmayıb: “Buna baxmayaraq həmin məsələ ilə əlaqədar araşdırma aparılır. Müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Şabran Rayon İcra Hakimiyyəti tərəfindən saytımıza verilən açıqlama isə belə olub: “Şabran şəhər əhalisi tərəfindən gündəlik qida məhsullarının istehlak olunmasında əsas satış nöqtəsi olan “Dəvəçi-Kolxoz Bazarı” MMC-nin M.Ə.Rəsulzadə prospekti tərəfindən giriş hissəsindəki meydançanın ayrı-ayrı şəxslər tərəfindən qanunsuz şəkildə istifadə olunması, bazar ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, insanların və nəqliyyat vasitələrinin əraziyə rahat şəkildə giriş və çıxışının təmin olunması, bazar ərazisində sanitar-gigiyenik qaydalara əməl olunması, anti-sanitar vəziyyətə mütəmadi nəzarət olunması, bazar ərazisində fəaliyyət göstərən ticarət obyektlərində yanğın təhlükəsizliyi avadanlıqlarının və xəbərdaredici sinqalizasiya qurğularının, habelə bu istiqamətdə digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün Şabran Rayon İcra Hakimiyyəti və Şabran Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən dəfələrlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya şöbəsinə, FHN-nin Şimal Regional Mərkəzinə, Şabran Rayon Polis Şöbəsinə, Şabran rayon bələdiyyəsinə və Şabran rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət olunub. Sözügedən məsələləri və bu istiqamətdə görülən bütün işləri Şabran Rayon İcra Hakimiyyəti diqqət mərkəzində saxlayır”.DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fırıldağın yeni adı: «AQUA LUXE»... - GİLEY

Son bir neçə ildir ki, dünyada ciddi iqlim dəyişikliyi prosesləri baş verməkdədir. Yəni, ilin müxtəlif fəsillərində qeyri-adi hava şəraitinin olması və bunun qarşlığında yaşadığımız həyatda müxtəlif xoşagəlməz fəsadların baş verməsi qaçılmaz olur. Adicə bir faktı qeyd edək ki, ötən illərdən fərqli olaraq son bir neçə ildir ki, qış fəslində qar yağmır, yaxud da isti yay günlərində anormal istilər bir çox dünya ölkələrini, o cümlədən bizim ölkəmizi də ağuşuna alır. Son günlər isə respublikamızın bögələrində yağan aramsız yağışlar, baş verən çay daşqınları və s. bir daha iqlim dəyişikliyinin varlığını sübuta yetirir. Söz yox ki, bütün bunları qarşılığında ən çox əziyyət çəkən, zülmə düçar olan imkansız təbəqənin insanları olurlar. Diqqəti cəlb edən hal odur ki, bir tərəfdən iqlim dəyişikliyi prosesləri nəticəsində insanlar zərbə alırlar, digər tərəfdən isə, bəzi işbazlar yaranmış fürsətdən sui-istifadə istifadə edərək öz maraqlarını təmin etməyə çalışırlar. Məsələn, hal-hazırda isti yay günləridir və günlər keçdikcə anormal istilər özünü göstərməyə başlayır. Belə bir səbəbdən də, istər paytaxt sakinlərinin, istərsə də bölgələrdə yaşayanların həm içməli suya, həm də suvarma suyuna ciddi ehtiyacları duyulur. Bəli, belə bir vaxtlarda daha çox paytaxt sakinlərini aldatmaqla məğşğul olan bir çox işbazlar içməli su biznesinə girişməklə milyonlar qazanırlar. Adicə bir faktı qeyd edək ki, bu gün içməli su biznesi bazarında yer tutan və «AQUA LUXE» adı altında satılan sular istehlakçıların aldadılması ilə nəticələnməkdədir. Məsələn, bəzi media qurumlarında yayılan məlumatlardan aydın olur ki, Gülnar Kərimova adlı bir xanım «AQUA LUXE» şirkətindən su sifariş verir və buna görə qarşı tərəfdən sertifikat da tələb edib. Sifarişçinin belə bir tələbi əsasında «AQUA LUXE»nın istehsalçılarından olan F/Ş Quliyev Məhəmməd Nazım oğlu 06 yanvar 2021 -ci il tarixli 01-Q-00383 Qeydiyyat nömrəli, hansı ki, Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları sayəsində fəaliyyət göstərən subyektlərin reyestrindən verilmiş ÇIXARIŞı həmin şəxsə göndərirlər. Məsələnin maraqlı tərəfi odur ki, həmin Çıxarış Kərimov Sultan Elxan oğlunun adına olur və xidmət növü olaraq «qablaşdırılmış içməli su» deyə təsdiq olunur. Hətta, məhsulun kodu 11071 nömrəsi göstərilir və suların bidonlarda deyil, yalnız butulkalarda qablaşdırması göstərilir. Bəs bu gün nələr baş verir? Baş verən o olur ki, «AQUA LUXE» şirkəti istehlakçılara satdığı suların şollar suyu olduğunu iddia edirlər və suları daha çox bidonlarda qablaşdırırlar.

Bütün bunlar ciddi qanun pozuntusunun varlığından xəbər verir. Ona görə də ümidvarıq ki, aidiyyatı dövlət qurumları istehlakçıları aldadan «AQUA LUXE» şirkəti ilə bağlı lazımi araşdırmalar aparıb, baş verən, yaxud da qol qoyulan hər cür qanunsuzluqların qarşısının alınması yöndə əməli addımlarını atacaqlar. Yəqin ki, o halda fırıldaqçı su tacirlərinin fırıldaq yolu ilə həyata keçirdikləri “çirkli biznes”ə son qoyulacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçayın BAŞ SUVARI da qanunları pozur... - "Orxan Mahmudov bizi qanunsuz olaraq işdən çıxarıb"

Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudovun 3 işçisini işdən çıxarıb. Orxan Mahmudovun bu qərarının qanunsuz olduğu deyən işdən çıxarılan şəxslər mətbuat vasitəsi ilə rəhbərliyə müraciət edərək haqlarını tələb edirlər.

Bir nüsxəsi də Qlobal.az-ın elektron poçtuna göndərilən məktubu təqdim edirik:

"Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudov vəzifəsindən sui-istifadə edərək birimizi Fəqan Şirinovu Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç” bəndi ilə qanunsuz olaraq işdən çxartdı, iki nəfərimizi öz ərizəmizlə işdən çıxmağa məcbur etdi.

Biz uzun müddətdir ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsində ekskavator sürücüsü vəzifəsində işləyirdik.Bu müddət ərzində işimizdə heç vaxt nöqsana yol verməmişik. Əksinə yaxşı işçi olduğumuz üçün təltif edilmişik.Şakir Əhmədov adlı müdir yaş senzinə görə işdən çıxdığı üçün ixtisası bu sahə üzrə olmayan bir gündə olsun bu sahədə işləməyən təcrübəsiz Orxan Mahmudova müdir vəzifəsinin icrası həvalə edildi.Adam vəzifəsinin icrasına başlayan kimi işçilərə qənim kəsilməyə başladı.

Orxan Mahmudova bildirdik ki, sürmək olmaz ekskavatorların yağı və filtirləri təcili dəyişdirilməlidr.Əks halda 300 min manat qiyməti olan texnikalar xarab olacaq.
Orxan Mahmudov bizə məcbur edir ki, öz vəsaitiniz hesabna ekskavatorları təmir etdirib yağını və filtirini dəyişməlisiniz.Biz imkansız olduğumuz üçün buna etiraz edib 6 nəfər işçi Meliorasiya və Su Təsərrüfatı ASC-yə üz tutduq.Orada bizi Qurban müəllim qəbul etdi bizi dinlədikdən sonra Orxan Mahmudova zəng edib problemin həll edilməsini tapşırdı. Orxan Mahmudov Qurban müəllimə bildirdi ki, problemi həll edəcəyəm.

Səhəri günü Orxan Mahmudov idarədə iclas keçirib birimizi Fəqan Şirinovu Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç” bəndi ilə qanunsuz olaraq işdən çxartdı, iki nəfərimizi öz ərizəmizlə işdən çıxmağa məcbur etdi.

Hər birimizin himayəmizdə azyaşlı uşaqlarımız var ailədə yeganə işləyib evə çörək pulu gətirən biz idik.İndi isə işinin öhdəsindən gələ bilməyən bu sahənin kadırı olmayan Orxan Mahmudovun intiriqasının qurbanı olub işsiz qalıb aclığa məhkum olmuşuq.

Orxan Mahmudov bundan əvvəl bankada işləyib yol verdiyi nöqsana görə işdən qovulub.

Orxan Mahmudov Göyçay rayon Suvarma Sistemləri İdarəsində müdir vəzifəsini 3 aydır icra etsə də bütün qohum-tanışlarını vəzifəyə gətirib. Hansı ki, onların hamısı bu sahənin kadrları deyil heç bir iş təcrübələridə yoxdur. Bu isə Göyçayda suvarma sistemlərində fəlakət yaradacaq. Bibisi oğlunu mühasib təyin edib, Ucarda yaşayan dostunu sürücü vəzifəsinə təyin edib, bazarda yer pulu yığan tanışını nəzarətçi təyin edib 11 nəfər qohum tanışlarını idarəyə işə qəbul edib.Hansı ki, onların heç biri bu sahənin adamları deyil. Təcrübəli qabaqcıl işçiləri isə sıxışdırıb.

İşinin öhdəsindən gələ bilməyən Orxan Mahmudov dövlət idarəsini şəxsi ofisinə döndərib.

Qeyd edək ki, Orxan Mahmudov Göyçayın Qarabaqqal kəndi ərazisindəki keçmiş kərpic zavodunda beton istehsalı ilə məşğul olub vergidən gəlir gizlətmək üçün əmək müqaviləsi bağlamadan çoxlu sayda insanı işə cəlb edib əməyini istismar edir.Hansı ki, orada 50 dən çox insan işə cəlb edilib.

Hələki müvəqqəti icra etdiyi bu vəzifəyə Orxan Mahmudov təyin edilərsə idarəni yararsız vəziyyətə salacaq.Adamın niyyəti dövlət idarəsini şəxsi əmlakı kimi idarə edib kapital toplamaqdır.Bunun qarşısı dərhal alınmalı qanunu tədbirlər görülməlidr.

Biz mətbuat vasitəsi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılovdan xahiş edirik bizi qəbul edib dinləyib qanunu və ciddi tədbirlər görəsiniz.


İmza; Şirinov Fəqan Maarif oğlu
Əsgərov Orxan Vidadi oğlu
Əsgərzadə Elməddin Əli oğlu"

Məsələ ilə bağlı Göyçay rayon Suvarma Sistemləri İdarəsindən mövqe öyrənə bilmədik. Qarşı tərəf mövqe bildirə bilər.

Qlobal.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fazil Alməmmədovla bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?


Nərimanov Tibb Mərkəzinin baş direktoru - 5 saylı Kliniki Xəstəxananın baş həkimi Fazil Alməmmədovun məsul vəzifələrə gətirilərkən onun sənədləri Prezident Administrasiyasından, DTX-dən, TƏBİB-dən və Səhiyyə Nazirliyindən necə keçirilib?

(Əvvəli burada: Nərimanov Tibb Mərkəzi ilə bağlı hüquqi araşdırma başladılmalıdır... - İLGİNC İDDİALAR...)

Beləliklə, 8 saylı poliklinkada (adını indilərdə 1 saylı ediblər) heç bir iş görməyiblər, pullar 8 ay bundan qabaq yeyilib-dağıdılıb.

Bunu adı çəkilən səhiyyə müəssisələrinə baş çəkərkən bir daha şahidi olduq… İndi yalandan iş göstərmək istəyirlər. Heç bilirsiniz necə???

"Təzadlar" yazdı, Fazil Alməmmədov "obyekt"ə gəldi, əməkdaşımıza təzyiq etdirdi…
Fazil Alməmmədovla bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?
Məlumat üçün bildirək ki, 8 saylı poliklinikaya təmir üçün 70 min 670 manat vəsait ayrılıb… ""Nərimanov Tibb Mərkəzinin" tabeliyindəki Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, 11 ünvanında yerləşən 8 nömrəli Şəhər poliklinikasının inzibati binasının əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin" satın alınması üçün tender elan edilib... "TFM-SMART PROJECT" MMC qalib olub. Olsun! Əsaslı təmirə görə isə pul vəsaitləri dərhal da tenderi udan şirkətə köçürülüb. Köçürmələr 25 oktyabr 2020-ci ildə icra edilməyə başlanılıb. Hansı ki, tender udulan gündən maksimum 1 ay ərzində işə başlanılmalı idi. Lakin bu günədək bu iş görülməyib və yalnız "Təzadlar" dünən bu barədə yazan kimi Fazil Alməmmədov bu gün adamlarını poliklinikanın ətrafına tökərək təmir görüntüsü yaratmağa çalışıb. Bu artıq korrupsiya cinayətidir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyinə rəsmi müraciət ediləcək, sənədlər araşdırılmalıdır ki, ötən müddət ərzində büdcədən "Kapitalbank"ın Nərimanov filialına köçürülən pullar necə silinib, işlər niyə görülməyib. Hansı ki, bu əməl dövləti aldatmadır, vəzifə saxtakarlığıdır.
Fazil Alməmmədovla bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?
Fazil Alməmmədovla bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?

Bu gün isə texniki əməkdaşımıza poliklinikaya baxış keçirərək vəziyyəti dəyərləndirməsini tapşırdıq… O, poliklinikada olarkən fotoşəkil çəkib, lakin dərhal mühafizəçilər onu əhatəyə alaraq fotoaparatın yaddaşındakı şəkilləri pozmağı tələb ediblər… Bu isə "Media haqqında" Qanunun tələblərinə görə, jurnalistin peşə fəaliyyətinə mane olmaqdır!

Ardınca isə orada olan Nərimanov Tibb Mərkəzinin baş direktoru Fazil Alməmmədov bayıra çıxıb, mühafizəçilərə verdiyi tapşırığa əsasən, əməkdaşımızı poliklinikanın 300 metr məsafəsinədək müşayiət edərək onun oradan fotoşəkil çəkməsinə imkan verməyiblər.

Nəhayət, məcbur olub "Təzadlar"ın Araşdırma Qrupunun üzvləri 8 nömrəli poliklinikadakı vəziyyəti qiymətləndirmək üçün əraziyə getməli oldular. Gördüklərimiz isə bizi məyyus etdi…

Əməkdaşlarımız Fazil Alməmmədovun 3 mühafizəçi ilə nəzarətə götürülmüş poliklinikasından şok görüntüləri necə çəkdi???

Beləliklə, biz ərazidə olduq… Həyətində pişiklərin baş-başa verərək məzələndiyi poliklinikanın təmir pulları silinmiş ərazisindəki mənzərə sübut edirdi ki, Fazil Alməmmədov da zəhmətkeş tibb işçiləri ilə məzələnir… Poliklinikada olarkən adının çəkilməsini istəmədiyimiz məsul şəxs aldadıcı sualımızı cavablandıraraq bildirdi ki, günlərin birində təmiri görməli olan MMC rəhbərliyi gəlib baxıb, tenderdən qabaq layihə hazırlanıb, sonra işlər dayanıb və o gedən gediblər…

Aşağıda fotoşəkilləri paylaşırıq ki, Fazil Alməmmədov əməkdaşlarımızın bir poliklinikaya cəlb etdiyi 3 mühafizəçini necə aldadıb görüntüləri qeydə aldıqları ilə ətraflı tanış olsun…
Fazil Alməmmədovla bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?

Fazil Alməmmədovun ailə tərcümeyi-halı: "Atası Çoban Alməmmədov Tovuzda oğurluq üstündə həbs edilib, digər qardaşı Fevral Alməmmədov Astraxanda dövlət əmlakını mənimsəmə cinayətinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib, digər qardaşı Tural Alməmmədov isə 2017-ci ildə terror əməlinə görə DTX-nın keçirdiyi əməliyyat zamanı öldürülüb…".

Biz Nərimanov Tibb Mərkəzinin baş direktoru Fazil Alməmmədovun tenderlərlə dövləti siyasətə necə badalaq vurduğunu daxil olmuş digər məlumatlarla ətraflı yazmaq istəyirdik ki, redaksiyamıza adının çəkilməsini istəməyən ətrafının verdiyi şok fakt və məlumatlar daxil oldu… Sadəcə, inanılmaz faktlardır. Diqqət edin: məlum olur ki, Fazil Alməmmədovun atası Çoban Alməmmədov Tovuzda oğurluq üstündə həbs edilib… Digər qardaşı Fevral Alməmmədov isə Astraxanda dövlət əmlakını mənimsəmə cinayəti törətdiyinə görə bu yaxınlarda 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun həbsdən buraxılması üçün Fazil Alməmmədovun Rusiyadan olan dost-tanışlarının belə cəhdləri uğursuz alınıb (Hökmün surəti redaksiyamıza göndərilib). Hazırda hökmdən apellyasiya şikayəti verilməsinə çalışılır və s.

Nəhayət, ən dəhşətli fakt: Baş direktor və baş həkim Fazil Alməmmədovun digər qardaşı Tural Alməmmədov isə… Diqqətlə oxuyun: Tural Alməmmədov 6 il əvvəl - 2017-ci ildə terror əməlinə görə DTX-nın keçirdiyi əməliyyat zamanı öldürülüb… Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun rəsmi saytlarına istinadla həmin cinayət əməlinin təfərrüatlarını əldə etdik. Məlum olur ki, Bakının Qaraçuxur qəsəbəsi ərazisində 2017-ci il yanvarın 31-də DTX xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terror qrup Milli Məclisə hücum edib deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmış. Bu sensasion məlumat terrorçu qrupun sağ ələ keçirilən üzvünün barəsində qaldırılmış cinayət işinin materiallarında yer alır. Bu, İŞİD-ə qoşulmuş və həmin qəddar terror birləşməsinin Azərbaycandakı özəyini yaradaraq cihad hazırlıqları görənlərdən biri, 28 yaşlı Fərid Sadıqovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində məhkəmə istintaqı artıq yekunlaşıb, o, terrorçuluq, qanunsuz silahlı birləşmə yaratmaq və digər təhlükəli ağır cinayətlərdə təqsirli bilinib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il fevralın 1-də həmin qrupun zərərsizləşdirilməsi haqda yaydığı məlumatda isə deyilir: «…dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlaşan Azərbaycan vətəndaşları – "Abu Hafsa” ləqəbli M.Ulubəyovun, "Abdulqərib” ləqəbli Q.Dəmirovun, "Əbdülxalid" ləqəbli F.Sadıqovun, Tural Alməmmədovun və "Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub…".

Beləliklə, istintaq materiallarına əsasən, dini ləqəbi "Əbdülxaliq"olan Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda yayılması naminə Qərib Dəmirov, Məhəmməd Ulubəyov, Tural Alməmmədov, Samir Məmmədov və digərləri ilə cinayət əlaqəsinə girib. Dini ekstremizm zəminində ağır və xüsusilı ağır cinayətlər törətmək üçün yaradılan cinayətkar qruplaşmanın fəaliyyətində işitirak edib, terror hücumları üçün planlar qurub. Habelə təqsirləndirilən şəxs İŞİD-in tərkibində Suriyada döyüşən azərbaycanlılarla əlaqə saxlayaraq bu terror qruplaşmasının ideyalarını qəbul edib. Onlarla ünsiyyət zamanı İŞİD-in Azərbaycandakı "qolu" kimi qəbul olunmaq, təşkilatın məqsədləri üçün cihada başlamaq barədə sövdələşib. İstintaq sənədlərində göstərilir ki, Qaraçuxurda zərərsizləşdirilən həmin qrup Azərbaycan ərazisində seriya terror hücumları həyata keçirmək üçün planlar qurublar. Hücumların hədəfi isə hüquq-mühafizə orqanlarının, nazirliklərin inzibati binaları, strateji əhəmiyyətli digər obyektlər, habelə Bakı Dövlət Universiteti, Bakı İlahiyyət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti olub. Bundan əlavə, qruplaşma pul və qənimət ələ keçirmək üçün Bakıdakı şərab evlərinə, mağazalara, lombardlara, Şimal bölgəsində fəaliyyət göstərən iş adamlarına, yerli icra hakimiyyəti başçılarına silahlı hücumlar planlaşdırıb.

Sağ ələ keçirilən Fərid Sadıqov isə ifadəsində göstərib ki, "…Məhəmməd ərəb dilini öyrənmək üçün Bakıya gəlib Qaraçuxurda kirayədə yaşayırdı. Bir neçə dəfə onun yaşadığı evə getmişdim. Həmin evdə olarkən Məhəmmədin vasitəçiliyi ilə Samir, Tural və Qəribi tanımışam. Dini söhbətlər aparır, zikr edir, camaat namazı qılırdıq…".

- Bəs qardaşı belə bir dövləti cinayətdə iştirak edən, atışmada öldürülən Fazil Alməmmədov Nərimanov Tibb Mərkəzinə necə baş direktor, 5 Saylı Kliniki Xəstəxanaya isə baş həkim təyin edilib?

- Onun şəxsi işi Prezident Administrasiyasında, DTX-da, TƏBİB-də, Səhiyyə Nazirliyində yoxlanılmayıbmı?

- Bu təyinatda kimlərin əli olub, kimlər sənədləri saxtalaşdırıb???

(Davamı var)

"Təzadlar"ın Araşdırma Qrupu

P.S. Redaksiya Fazil Alməmmədovun maddi əks arqumentlərinə-sübutlarına hörmətlə yanaşır və təqdim etməyə hazırdır…

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buralarda qanun işləmir: Hər şey HAVARA QALIB... - NARAZILIQ VAR!


Bakı Mühəndislik Universitetinin (BMU) IV kursda oxuyan iki tələbəsinin təhsil hüququnun pozulduğu bildirilir.

Bu barədə hüquqşünas Səməd Rəhimli “Facebook” səhifəsində yazıb.

O bildirib ki, akademik borclarını aradan qaldırmadıqları halda həmin tələbələr 1 il 6 ay müddətinə hərbi xidmətə cəlb edilmək riski ilə üzləşirlər: “Mövcuq qanunvericiliyə akademik borcu olan tələblərin akademik borclarını ağlabatan müddətdə ödəyənə qədər ali təhsil almaq hüquqları və tələbə statusları qüvvədə qalır. Buna əsasən hərbi xidmətə möhlət hüquqları da qüvvədə qalmalıdır. Buna baxmayaraq, ya tələbələrin təhsil aldıqları ali təhsil müəssisələri, ya da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumları bürokratik əngəllər yaradırlar”.

Hüquqşünas deyir ki, ona müraciət edən hər iki tələbəyə akademik borcu olmasına dair arayış verməkdən imtina edilib: “Buna görə də tələbələr hazırda pis vəziyyətdə qalıblar və möhlət hüquqlarının davamiyyətini təmin edə bilmirlər. Bakı Mühəndislik Universiteti tərəfindən belə arayışın verilməsindən imtina edilməsi həmin tələbələrin təhsil hüquqlarının və qanuni möhlət hüquqlarının pozuntusudur”.

“Hazırda Bakı Mühəndislik Universiteti daxil olmaqla Azərbaycan universitetləri əsasən kredit sistemi adlandırılan tədris planlaşdırmasından istifadə edir. Mövcud qanuna əsasən, tələbə ixtisas üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər”, – deyə o bildirib.

“Göstərilənlərə əsasən, akademik borcu olan tələbələr ali təhsil müəssisəinin tələbələri sırasından xaric edilməyib və həmin tələbə kontingentində saxlanılır. Buna görə də akademik borcu ağlabatan müddətdə ödəyənə qədər möhlət hüquqlarının davamiyyəti təmin edilməlidir”, – hüquqşünas belə yazıb.
Buralarda qanun işləmir: Hər şey HAVARA QALIB... - NARAZILIQ VAR!

Onun sözlərinə görə, Bakı Mühəndislik Universitetinin rəhbərliyi akademik borcun olmasına dair arayışı verməkdən imtina edir. Bu hal isə təhsilalanların “Təhsil haqqında” Qanunla nəzərdə tutulmuş hüquqlarının pozuntusudur.

Bakı Mühəndislik Universitetindən bildirilib ki, tələbələrin ad-soyadları təqdim edildiyi təqdirdə Meydan TV-nin sorğusu cavablandırıla bilər.

Hüquqşünas Səməd Rəhimli isə Meydan TV-yə deyib ki, hazırda həmin tələbələrlə adlarının mətbuata açıqlanmasına dair danışıqlar aparılır.

Tələbələr razılıq verərlərsə, adları mətbuata açıqlanacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Space" TV ixtisara saldığı işçinin əmək kitabçasını vermir- Zamirə Dadaşova ölkə rəhbərliyinə müraciət etdi


Tanınmış teleaparıcı Zamirə Dadaşova ölkə rəhbərliyinə müraciət edib.

AFN.az xəbər verir ki, o, sonuncu iş yeri olan "Space" TV-dən şikayətçidir. "Dövlət başçısı İlham Əliyevə, hər zaman hüquqları ayaq altında qalan qadınların yanında olan Mehriban xamım Əliyevaya müraciət etməyə məcbur oldum" deyən teleaparıcı "Space" MMC-nin hazırkı direktoru Vado Karovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, "Space"nin baş redaktoru, deyilənə görə, Karovinin qohumu olan Elnurə adlı xanımın özbaşınalıqlarından" narazı olduğunu bildirib: "Artıq necə gündür mən əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Heç bir səbəb olmadan aprelin 1-i mənim müəllifi olduğum “Açıq söhbət” verilişini saat 21.00 da efiirə salınmasına baxmayaraq, efirdən çıxartdılar. Halbuki, özlərinin razılığı ilə çəkiliş aparılmışdı. Aprelin 27-də Vado Karovinin imzasıyla ixtisara düşdüyüm haqda xəbərdarlıq göndərdilər. Heç bir səbəb gətirmədən mənim əmək kitabçamı və əmri mənə vermək istəmirlər. Səbəbini anlamıram. Deyirəm siz mənə Vado Karovinin imzasıyla xəbərdarlıq göndərmisiz. Xəbərdarlığı göndərən deyir, o, cızma-qaradır, hüquqşunasımız deyir işə gəlmədiyinə görə işdən azad edək, belə daha dogrudur. Əlimizdə sübut da var ki, face kontroldan kecməyib. Kadrlar şöbəsinin müfri deyir ki, mən onların sözündən çıxa bilmərəm. Yoxsa mənə pis olar. Dərəbəyıikdir "Space"də yəqin ki. Mənim əlimdə olan sənəd bəs Vado Karovin üçün sübut deyil?Bütün nəsli, deyilənə görə, orada işləyir. Qızınızın, kürəkəninizin adını da işçilərhallandırır. Fətiyevlər də üç qardaş (Vüqar, İlqar və Qalib) bütün qanunsuzluqlara əl atırlar".
Z.Dadaşova üzünü Vado Karovinə tutaraq "Sizə Sevil xanım Əliyeva "Space"ni etibar etməyib ki, ətrafınıza qohumlarınızı, dostlarınızı yığıb özbaşnalıq edib, işçiləri incidəsiz" - deyə bildirib: "Ancaq öz cibini, mənafeyini güdüb, gülünc, əxlaqı pozan verilişlər efirdə yayımlayıb insanların əsəbiylə oynayırsız. Yəqin ki, "Space"də baş verənlərdən Sevil xanımın xəbəri yoxdur. Əməkhaqları yenə gecikdirilir. İnsanlara şər atmaqla məşğulsuz. Məndə səs yazıları, yazışmalar var, lazım olsa lazımi orqanlara onları da təqdim edərəm. Hələ ki, sizin bu gün mənə qarşı etdiyinizə qiymət verə bilmirəm. Bu nə qanunsuzluqdur? Bilmirsiz bu ölkənin qanunları var? Bilmirsiz, sizin mənə əmək kitabcasını verməməyiniz mənim işə düzəlməməyim deməkdir? Bilmirsiz, bu mənim əmək haqqı almamağına gətirib cıxarır? Siz nəslinizi haram pullarla bəlkə yedizdirməyə öyrəşmisiz, onun-bunun haqqına girərək. Mənim uşaqlarım halal pulla, məvaciblə dolanır. Vəkilim lazım olan instansiyalara yazılı müraciət edəcək".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
"Space" TV ixtisara saldığı işçinin əmək kitabçasını vermir- Zamirə Dadaşova ölkə rəhbərliyinə müraciət etdi
"Space" TV ixtisara saldığı işçinin əmək kitabçasını vermir- Zamirə Dadaşova ölkə rəhbərliyinə müraciət etdi
"Space" TV ixtisara saldığı işçinin əmək kitabçasını vermir- Zamirə Dadaşova ölkə rəhbərliyinə müraciət etdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Balababa Rzayevin bala-bala tender oyunları... - BU DA FAKT!!!

“Azərenerji” ASC 6/10/35/110 kV-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevirilməsi və paylanılması üçün müxtəlif malların satın alınması ilə bağlı tenderə yekun vurub.

DİA.AZ xəbər verir ki, tələblərə cavab verən, ən aşağı qiymət təklif edən “Smart Energy Solutions” QSC tenderin qalibi müəyyən olunub.

Qalib gəlmiş təşkilatla müvafiq satınalma müqaviləsi imzalanıb.

DİA.AZ-ın məlumatına görə, ilk dəfə deyil ki, başında Balababa Rzayevin dayandığı həşəmətli "Azenerji" milyonları “Smart Energy Solutions” QSC-yə ötürür. Təkcə elə keçən ilki faktlara nəzər salaq...

“Smart Energy Services” MMC şirkəti 2022-ci ilin təkcə son 6 ayında Balababa müəllimin yedək "kantoru" olan «Azərişıq» ASC-dən 30 milyrn manata yaxın həcmdə tender sifarişi alıb.

DİA.AZ xəbər verir ki, “Smart Energy Services” MMC-in tenderləri Şəmkir, Neftçala, Masallı, Kəlbəcər, Laçın v Ağdam rayonlarında elektrik enerjisi xətlərinin çəkilməsi, xətlərin yeniən qurulması və müxtəlif avadanlıqların qurulması ilə bağlı olub.

“Smart Energy Services” MMC-in «Azərişıq» ASC-dən bu il ərzində qazandğı tenderlər aşağıdakılardır.
Balababa Rzayevin bala-bala tender oyunları... - BU DA FAKT!!!
Balababa Rzayevin bala-bala tender oyunları... - BU DA FAKT!!!

Hər halda bu faktları gərəkən qurumlar araşdırarsa, ortaya yetərincə şübhələnəsi məqamlar çıxa bilər.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO