[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neftçiləri Neft Daşlarına daşıyan helikopter YENƏ DƏ XARAB OLDU... - HƏM DƏ GÖYDƏ...

"İşçiləri helikopterlə təmin etmək sizin səlahiyyətinizdədir. Sizsiniz cavabdeh! İşçilərin həyatını təhlükə altında qoymaqda məqsəd nədir?" DİA.AZ bildirir ki, bununla bağlı SOCAR rəhbərliyinə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.

Bu gün neftmiləri daşıyan helikopterin xarab olduğunu, neftçilərin risk yaşadığını bildirən hüquq-müdafiəçisi daha sonra əlavə edir:

"Bizə yazdılar: Bu gün yenə helikopter (AZE 69) xarab oldu. Növbə dəyişən neftçilər güclə Pirallahıya çatdırılıb.

Keçən ay 6 dəfə helikopter xarab olub belə..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşların CİBİNƏ GİRƏN “MTK”LAR: - Sayğaclara görə yığılan pullar hara gedir?

“Yeni tikilən binalarda vətəndaşların məlumatsızlığından istifadə edərək onlardan mənzillərinə quralşdırılan sayğaclara görə pul yığılır. Bu, qanuna ziddir”.

DİA.AZ bildirir ki, bunu iqtisadçı ekspert Nazim Bəydəmirli Yencag.az-a açıqlamasında deyib.

Ekspert yeni tikilən binalarda sayğaclara görə pul yığılmasının qeyri-qanuni olduğunu bildirib:

“Müxtəlif tikinti şirkətləri (MTK) yeni binalarda mənzillərə qoyulacaq qaz, su və elektrik sayğacları üçün abonentlərdən qeyri-qanuni şəkildə pul tələb edirlər. Qanunvericiliyə uyğun olaraq fiziki şəxslərə sayğacların quraşdırılması dövlət büdcəsi hesabına həyata keçirilməlidir. İşıq, qaz və su sayğaclarını həmin kommunal xidməti göstərən təşkilatlar tərəfindən pulsuz olaraq vətəndaşın mülkiyyətinə quraşdırılır. İstər həyət ev olsun, istərsə də çoxmərtəbəli binadan aldığı mənzil. Binanın ümumi xərcləri bəzən sakinlərin belinə qoyurlar ki, bu da düzgün deyil.

Müqavilərərə baxmaq lazımdır ki, vətəndaş payçı olan zaman evi necə alıb. Sonradan da hər bir şəxsə də ayrıca dövlət qurumları tərəfindən kommunal xidmətilər göstərən təşkilatlar vasitəsi ilə sayğaclar quraşdırılır. Azərbaycanda mənzil məcəlləsinə uyğun olaraq həm özəl mülkiyyətli, həm də zamanında dövlət mülkiyyətində olan binalar var ki, hamısı özəlləşdirilib. Qanunvericilik imkan verir ki, sakinlər bir çox məsələləri özləri icra edə bilər. Amma komendantlar vasitəsi ilə bir çox işlər həyata keçirilir ki, bu da doğru deyil. Bu, əcaib formadadır. Sakinlər özləri toplantı keçirib, həmin binanın şəffaf yolla idarəetməsini həyata keçirə bilərlər. Bu, ictimai əsaslarla reallaşdırıla bilər. Təəssüf ki, belə hüquqlardan vətəndaşlarımız istifadə etməyə meyilli olmurlar. Bu da maariflənmənin zəif olmasının, həm də köhnə sovet dövründənqalma jekidarəetməsinə meyilli olmalarının nəticəsidir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`ARKOZ` Holdingdə kütləvi ixtisarlar: Naxçıvanda böhran DAVAM EDİR - "Bundan sonra nə edəcəyimi bilmirəm..."

Naxçıvanda fəaliyyət göstərən “Arkoz Holdnq”də kütləvi ixtisarlar başlayıb. İxtisarlar əsasən holdinqə daxil olan “Bellissa Mebel” fabrikində baş həyata keçirilir. Bu fabrikdə son həftədə 40 nəfərin işdən çıxarıldığı bildirilir. İxtisara səbəb, fabrikiə yeni sifarişlərin verilməməsidir. Fabrikdən bildirilib ki, sifariş ala bilmədiklərindən, işçilərin maaşını ödəmək gücündə deyillər. Bu barədə “Gündəlik Naxçıvan”a işdən çıxarılan əməkdaşlar məlumat verib. Şikayətçilər deyir ki, işdən çmıxarmaqla yanaşı, fabrik onlara ödənməyən iki aylıq maaşı verməkdən də imtina edir.
İxtisara düşən S. İmanov deyir ki, işdən çıxarılsa da onun əmək kitabçası özünə qaytarılmayıb:
“ Bir neçə ildir mən “Bellissa Mebel”də işləyirəm. İki aydır maaşımı ala bilmirəm. İndi də işdən çıxarıblar. Bəhanə edirlər ki, sifariş yoxdur. İşdən çıxarırlarsa, həm maşımızı verməlidirlər, häm də Əmək Məcəlləsinin qanunlarına görə, ən az 3 aylıq konpensasiya verməlidirlər. Əmək kitabçamızı da vermirlər. Qorxurlar ki, məhkəməyə müraciət edərik. Çıxılmaz vəziyyətdəyik, edəcəyimizi bilmirik. Deyirlər ki, gedin, məşğulluğa yazılın. Məşğulluq isə ali təhsillilərə iş vermir, təhsilsizlərə isə süpürgəçilikdən başqa bir şey təklif etmir. Ali təhsilim olsa da, iş tapa bilmədiyim üçün mebel sexində işə düzəlmişdim.”
Digər şikayətçi Q. Səfərov da işdən çıxarılmaqla bağlı lazımi sənədləri ala bilmədiyini, buna görə Əmək Müfəttişliyinə müraciət etdiyini deyir:
“İş olmadığı üçün işdən çıxarıldığımı bildirirlər. Hələlik işdən çıxmağımla bağlı qanuni sənədləri də vermirlər ki, rəsmi səbəbi bilim. Son ki gündə 20 nəfəri qeyri-qanuni işdən azad ediblər. Əmək müfətdişliyinə də zəng etmişik. Hələlik reaksiya verilməyib. Deyirlər ki, iş olmadığı üçün ixtisara düşmüşük. İxtisara düşmüşüksə, Əmək Məcəlləsinə görə iki ay qalan maisimiz hesablanmalı, şirkətlə heablaşma pulumuzu və ən azı 3 ay maaşımızı almalıyıq. Amma bizə xoş getdiniz deyirlər. Şikayətimizə də baxan yoxdur. Bundan sonra nə edəcəyimi bilmirəm. Bizim də ailə, uşağımız var. Onların təminatını ödəmək lazımdır,axı. İş tapa bilməsəm məcburam ki, Naxçıvanı tərk edəm”.
Holdnqə məxsus digər müəssisələrdə də ixtisarların başladığı bildirilir.

​“Gündəlik Naxçıvan”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər Ağdamı ATƏŞƏ TUTDU


İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oturduğu kürsüyə həbsxana kimi baxan nazir… – İLGİNC İDDİALAR…


7 sentyabr 2021 ci il tarixdə Fərid Qayıbov Gənclər və İdman Naziri vəzifəsinə təyin olundu. Bundan əvvəl 15 il bu vəzifədə işləmiş Azad Rəhimov uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. Yeni gənc nazirin təyinatı gənclər və idman ictimaiyyəti üçün bir gözləntilər yaratdı. Gənc olması, idman sahəsindən transfer olunması, bu təyinata qədər hakim ailənin birbaşa nəzarətində olan Gimnastika Federasiyasından gətirilməsi bir çox ümidlər yaratdı. AMMMA NAFİLƏ…” Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Yeni nazirin fəaliyyəti dövrü nəinki ölkəmiz üçün, dünyamız üçün çətin bir ictimai-siyasi dövrə təsadüf edirdi. Vətən müharibəsi və pandemiya dövründən sonra durğunluq, tənəzzül dövrü yaşayan gənclər və idman siyasətini dirçəltmək əvəzinə başladı keçmiş, dünyasını dəyişmiş nazirin kadrları ilə ədavət aparmağa, Azad Rəhimovu hər vəclə, hər hərəkəti ilə korrupsioner elan etmək istiqamətində bütün gücünü səfərbər etməyə.

Qısa müddətdə nazir müavinləri İsmayıl İsmayılov, İntiqam Babayevi işdən azad etdirdi, əvəzlərində isə gənclərlə iş sahəsinə 63 yaşlı İndira Hacıyevanı ( Eldar Əzizovun baldızını) və bolqar əsilli, bəlkə də heç azərbaycan vətəndaşı olmayan Mariana Vasielyevanı təyin etdirdi. Bununla da nazirlik daxilində güclü siyasi qalmaqal yaşanmağa başladı. Cənab nazirin qarşısında duran ən ciddi siyasi rəqiblərdən biri idman şöbəsinin müdiri, olimpiya mükafatçısı Fərid Mansurovu işdən azad etmək idi. Fərid Mansurovu işdən azad etdikdən sonra qismən maneələr aradan götürülmüşdür. Lakin hələ qarşıda Aparat rəhbəri Rüfət Həsənovu, kadrlar və regionların şöbəsinin müdiri Asif Quliyevi işdən azad etmək var idi. Beləliklə nazir 1 ili tamam olmamış adları çəkilən, gənclər və idman sahəsini dərindən bilən, ölkədə kadr siyasətini bilən kadrları uzaqlaşdırdı. Bütün bu işləri ardıcıl görməkdə məqsəd öz ətrafına nazirin sözünü yerə salmayacaq adamları toplamaq və özünü CƏNAB NAZİR etmək idi. Aparat rəhbəri vəzifəsinə özünü təyin etdiyi, cəmi 3 ay işləmiş Fidan Rüstəmovanı nazir müavini Mariana Vasilyevanın dirənişi nəticəsində işdən azad etdi.

Fərid Qayıbovun 2 ilə yaxın ötən fəaliyyəti dövrü ancaq sosial şəbəkələrdə səliqəli şəkillər çəkdirmək, ancaq şəxsi reklamını həyata keçirməkdən ibarət olmuşdur. Təsəvvür edin nazirliyin 10 na yaxın əməkdaşı ancaq reklam-marketinq, sosial şəbəkələrlə işə təhkim olunmuşdur.

Fərid Qayıbov ölkə rəhbərinin şəxsən nəzarətində olan, adını qürur hissi qeyd etdiyi EKOLOJİ AKSİYA barədə bir dəfə də olsun paylaşım etmədi, bir dəfə olsun ziyarət edib diqqətini bildirmədi. Görəsən başa düşmür, yoxsa bu işin təşkilatçısı RİİB olduğu üçün xətrinə dəyib ?!

Nazirlik daxilində “iri çaplı” məmurları bir-bir sıradan çıxardıqdan sonra, əsas problem qalırdı yerlərdə idarələri öz tabeliyinə keçirmək. Çünki yerli icra başçılarının tabeliyində qalan yeganə idarələr gənclər və idman idarələri idi. Yerlərdə icra başçılarına öz mütləqi-varlığı sübut etmək üçün məqam yetişirdi. Bunun əsas səbəbi isə, yerlərdə gənclər və idman siyasətinə ayrılıran vəsaitlər nazirliyin nəzarəti ilə deyil, yerli icra başçılarının xeyir-duaları ilə xərclənməsi idi. Lakin Fərid Qayıbovun siyasi savadı imkan vermirdi ki, təhlil etsin ki, həbs olunmuş 8 rayon icra başçısının heç biri ilə həmin rayonun gənclər və idman idarəsinin müdirinin adı hallanmamışdı.

Belə məqamda Fərid Qayıbovun əlinə çox böyük siyasi səhv etmiş Göyçayın icra başçısı, Fəxriyyə Xələfovanın qudası Mehdi Səlimzadə keçdi.

Göyçayın gənclər və idman idarəsinin rəisi Elşən Şirinovla ciddi konflikti olan icra başçısı olimpiya kompleksinə və gənclər mərkəzinə məxsus inventarları yığıb aparmışdı evinə. Öz növbəsində Elşən Şirinov bunu nazirə məruzə edəndən sonra nazir başqa da bəhanələr edərək bunu prezidentə məruzə etdi

Beləliklə prezident Fəxriyyə Xələfovanın qudasını işdən azad etdirməklə digər icra başçılarına göz dağı etdi. Artıq Fərid Qayıbov ölkə rəhbərinin qismən etimadı doğrultmuş sayıla bilirdi.

Növbəti addım daha dağıdıcı və sarsıdıcı olmalı idi. Nazir bütün respublika gənclər və idman idarələrinə, Olimpiya komplekslərinə və Gənclər Mərkəzlərinə yoxlamalar göndərdi….”

DAVAMI VAR…

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
6 saylı cəzaçəkmə müəssisəsində məhkumlara İŞGƏNCƏ VERİLİR? - BU NƏDİ BELƏ?

6 saylı cəzaçəkmə müəssisəsindən yenə xəbər var.
Əvvəlcə qısa xatırlatma edək ki, sosial mediada dəfələrlə məhkum və vətəndaş narazılıqları barəsində materiallar yer alıb.

Bundan əlavə, xatırlayırsınızsa, sözügedən cəzaçəkmə müəssisəsində kobud davranışlar, fiziki işgəncə və təhqirlərdən cana doyan məhkumların bir neçəsinin bir müddət əvvəl hətta intihara cəhd etmələri barəsində də mətbuatda məlumatlar yayımlanmışdı.

Burada məhkumlar döyülməkdən, haqları olan hər şeyi müəyyən ödəniş qarşılığında əldə etməkdən əlavə yetkili şəxslər tərəfindən yuxarıda da qeyd etdiyimiz kimi alçaldılmaqdan, təhqir olunmaqdan gileylənirdilər. Üstəlik Allahümidinə buraxılmış xəstə məhkumlar və ikiqat -üçqat məcburi "rüsum"lar, daha nələr... nələr....

Bu dəfəki narazılıq isə tam başqa bir olayla bağlıdır.

Təsəvvür edin, 6 ilin məhkumuna deyilsin ki, əfv olunmuşam, ailəsinə, yaşlı ata-anasına xəbər verilsin, bütün lazımi sənədlər toplansın, ümidlə o xoşbəxt gün gözlənilsin və....
Nəticədə deyilsin ki, "yox əfvə düşməmisən"...

Sizcə belə olan halda o məhkum və onun ailəsi nə hisslər keçirər?!

Bəli, "DogruXeber.az" informasiya agentliyinə bu dəfəki müraciətdə məhz bu məsələdən bəhs edilir.
Zaqatala rayon Çıxantala kənd sakini Durmuşova Hürü Dəmirçi qızı redaksiyamıza müraciətində bildirir ki, "özüm 69 yaşındayam, həyat yoldaşım 75 yaşında. Oğlum Quliyev Rasim Məmməd oğlu bir şəxslə mübahisə edib və onunla əlbəyaxa olduğuna, mübahisə etdiyi şəxsə yüngül xəsarətlər yetirdiyinə görə 9 il 6 ay azadlıqdan məhrum edilib. Cəzasının 6 il 5 ayını çəkdikdən sonra bizə məlumat verildi ki, yaşlı ata-anasına görə oğlunuz əfvə düşəcək.

Qeyd edim ki, həyat yoldaşımla mən hər ikimiz yaşlı olduğumuz, eyni zamanda həyat yoldaşım da xəstə olduğu üçün bizə baxacaq kimsəmiz yoxdur. Məhz bu səbəblə mən dəfələrlə Cənab prezident İlham Əliyevə, birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova oğlumun azadlığa buraxılması üçün məktublarla müraciət etmişəm.

Nəhayət ki, məktublar gəldi ki, Quliyev Rasim əfvə düşüb. Bununla əlaqədar sahə müvəkkili də bizə gəldi və bildirdi ki, "oğlunuz əfvə düşüb. Buna görə də polis idarəsinə yaşayış yerindən arayış, ailə tərkibi haqqında arayış və xasiyyətnamə təqdim olunmalıdır.
Qeyd edim ki, oğlumun bizə bildirdiyinə görə həbsxanada onun özünə də bu barədə məlumat verilib, hətta xasiyyətnamə üçün oğlumdan "şirinlik" belə alınıb, hətta zərərçəkmişin özündən belə izahat alınmışdı bunun üçün.

Odur ki, bütün bu inandırıcı davranışlar bizdə o qədər sevinc dolu ümid yaratdı ki, bizdən tələb olunan sənədlərin, arayışların hamısını hazırlayıb sahə müvəkkilinə təqdim etdik və həyəcanla başladıq günləri saymağa.

Ölkə başçısı sərəncam verdi, əfvə düşənlər hamısı çıxdı, mənim oğlum çıxmadı. Səbəb soruşuruq, bizə bir cavab da verilmir.

P.S: Hürü Durmuşovanın müraciəti ilə əlaqədar olaraq, ilk növbədə İnsan Hüquqları üzrə Dövlət Departamenti - Ombudsman aparatı ilə əlaqə saxladıq. Onlar məsələni araşdırıb, sonra cavab verəcəklərini bildirdilər.

Bir neçə gün sonra Ombudsman aparatından redaksiyamıza bildirildi ki, Rasim Quliyevin barəsində 6 davranış nöqsanı olduğuna görə əfvə düşməyib.

Rasim Quliyevin özünün redaksiyamıza bildirdiyinə görə bu hal 2019-cu ilə qədər olub. Lakin, qaydalara görə hər il məhkumun davranışları üçün yeni qeydiyyat aparılır. 2019-cu ildən bəri isə özünün bildirdiyinə görə heç bir nöqsanı olmayıb.

Bundan əlavə biz ombudsman aparatına məlumat verdikdən sonra bizə məlumat verildi ki, Rasim Quliyevi müəssisədə çalışan bəzi səlahiyyətli şəxslər (təqribən)"müəyyən səbəblərə görə əfvə düşməməyimlə razıyam" cümlələri yazılmış vərəqə imza atmasına məcbur ediblər. Lakin, Rasim Quliyev həmin vərəqi imzalamağa etiraz edib və düşməmə səbəbinin bildirilməsini tələb edərək, səlahiyyətli şəxslərə, - "Heçolmasa deyin, səhvimi bilim ki, növbəti dəfə üçün onu düzəldim və bir də təkrar etməyim", dəyə bildirib. Lakin, onun sözlərinə görə imza atmağa məcbur edən şəxslər onun bu sualına cavab verməyib, əksinə, "sabah saat 10:00-a qədər imzalamasan biz necə imzaladacağımızı bilirik", cavabı ilə təhdid edilib..

Belə olan halda biz Ədliyyə Nazirliyi yanında Pentensiar xidmətin mətbuat xidməti ilə əlaqə saxladıq. Telefona cavab verən və özünü təqdim etməyən xidmət əməkdaşı hamının əvəzindən danışdıqdan sonra nəhayət ki, fikrimizi anlayıb, telefon nömrəmizi götürdü ki, "mənim cavab vermək səlahiyyətim yoxdur, nömrənizi verin səlahiyyətli şəxs özü sizinlə əlaqə saxlayacaq ". Artıq, ikinci həftədir ki, sözügedən qurum tərəfindən bizimlə əlaqə saxlayıb, məhkumun təhdid edilməsinə və digər şikayətlərinə dair heç bir mövqe bildirən olmayıb.

Qeyd edək ki, sözügedən 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məhəmməd Məmmədovdur.

O Məhəmməd Mahmudov ki, Baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir və adı bir neçə ay əvvəl gənc oğlunun Şəki rayonundakı böyük istirahət mərkəzi, həmçinin digər bizneslərinin siyahısı ilə mətbuatın gündəminə yer alırdı.

Mövzuya təkrar qayıdacağıq.

Doğru xəbər.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
178 saylı məktəbin ÖZ QAYDALARI, ÖZ QANUNLARI VAR... - Bura təhsil ocağıdır, yoxsa?..

Əsası 1970-ci ildə qoyulmuş, Nərimanov rayonunda yerləşən şəhid Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbdə baş verən neqativ hallar barədə yazmaq istəyirik.
Xeyli müddətdir ki, məktəbin direktoru Laləndər Hasilova Hafiz qızıdır. Bu məktəb ilk dəfə 28 şagirdin sinifdə qalması ilə medianın gündəminə gəlib. Bu məsələyə münasibət bildirən məktəb direktoru Laləndər Hasilova görün nə deyir: “ Mən 7-8 fəndən 2 alan uşağı sinifdən sinifə keçirə bilmərəm..”
Lap yaxşı xanım məktəb direktoru. Bəs niyə demirsiniz ki, şagird necə olur ki, 1-2 deyil ee, 7-8 fəndən 2 qiymət alır. Əgər 1-2 fəndən olsaydı haradasa başa düşmək olardı. Amma şagirdin 7-8 fəndən 2 qiymət alması başqa mətləbdən xəbər verir. Əgər 3-4 şagird sinifdə qalsaydı, bunu da haradasa başa düşmək olardı. Amma 28 şagirdin sinifdə qalması onu göstərir ki, burada ümumiyyətlə, təhsildən danışamağa dəyməz. Məktəb direktoru deyir ki, 100 nəfər sinifdə qalmayıb ki, 28 şagird sinifdə qalıb...
Deməli, məktəb direktoru fəxrlə deyir ki, sinifdə qalan şagirdlərin sayı 100 deyil... Onda ortaya sual çıxır ki, əgər şagird 7-8 fəndən 2 qiymət alırsa, yaxud 28 şagird sinifdə qalırsa.... Bəs dövlət hər ay, 12 ay, 1 il...bu müəllimlərə nə üçün əmək haqqı verib..?
Görəsən hansı ƏMƏK-dən söhbət gedə bilər..? Axı, hər bir ƏMƏK son nəticəsi, məhsulu ilə ölçülür. Əgər bu müəllimlərin əməyinin nəticəsi 2-dirsə... Bizimlə söhbət edən 8 B sinifinin rəhbəri Babaşova Gülşən Sabir qızı deyir ki, bizim nə günahımız var, şagirdlər dərsə gəlməyib... Əgər şagird dərsə gəlməyibsə, onunla bağlı ciddi söhbətlər aparmaq, şagirdin dərsə davamiyyətinə nəzarət etmək lazım idi... Bəs siz sinif rəhbəri maaşını nə üçün alırsınız, xanım Gülşən Babaşova...?
Bəs dövlət sizə sinif rəhbəri kimi buna görə əmək haqqı verir... Gülşən Babaşova sizin və digər sinif rəhbərlərinin işi valideynləri məktəb direktorunun yanına çağırmaq, bazarlıq etmək deyil ee...
Müxbirimizlə telefon söhbəti edən Gülşən Babaşova “Mənim işlərim çoxdur...vaxtım yoxdur...mənim borcum deyil sizə cavab vermək...mən hesabat vermirəm..” deyir.
Birincisi, müəllimin, sinif rəhbərinin borcudur ki, medianın sorğusuna cavab versin. Biz sizə özəl həyatınızla bağlı sual vermirik, Gülşən Babaşova...millətin övladlarının gələcəyi, təhsili ilə bağlı sual veririk...
Bəli, biz də yaxşı bilirik ki, repetitor yanına gedən şagirdlərin adı məktəbdə gedir, ona görə dərsə dəvamiyyət söhbətini edirsiniz...və o şagirdlərin valideynləri buna görə pul verirlər...
Sözün qısası, məlumdur ki, bütün məktəblərdə kamera sistemi işləyir. Qoy Təhsil Nazirliyi, yaxud Korrupsiyaya qarşı Mübarizə İdarəsi medianın iştirakı ilə 178 saylı məktəbin kameralarını açsın və bizim dediklərimizin təsdiqini görsün. Onda bəlli olacaq ki, məktəb direktoru da, onun sinif rəhbərləri də əsl korrupsiya əməli ilə məşğul olurlar. Məktəbə gələn uşaqların sayı hər səhər sıra düzülüşündə kameralarda görünməlidir.
P.S. Təhsil də, Səhiyyə də, Qida da bizim gələcəyimizdir. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“SANKİ ÖLKƏDƏ HAKİMLİK TƏYİNATI “ATADAN OĞULA” PRİNSİPİ İLƏ APARILIR” - Tanınmış vəkildən sensasiyalı açıqlamalar

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixdə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının ardınca məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılması məsələsi ictimaiyyətin gündəminə gəlmişdi. Fərmanın imzalanmasının üzərindən artıq 4 ildən uzun müddət keçmişdir. Həmin bu dövrdə Hakimlərin Seçki Komitəsinin fəaliyyəti və ölkədə keçirilən hüquq islahatlarının yeni hakim təyinatları ilə qarşılıqlı əlaqəsi ilə bağlı tanınmış vəkil Ceyhun Yusifovun fikirlərini öyrəndik

Ceyhun Yusifov “AzPolitika.info”-ya açıqlamasında ölkədə hakimlərinin ümumi sayının xeyli az olmasının ən aktual problemlərdən biri olduğunu qeyd etdi: “Hazırda məhkəmələrin fəaliyyətindəki ən mühüm və həll olunmağı gözləyən problemlərdən biri məhz iş yükünün həddindən artıq çox olması ilə bağlıdır. Sözsüz ki, son illərdəki yeni hakim təyinatlarının və mövcud fəaliyyət göstərən hakimlərin sayını nəzərə aldıqda bu hal o qədər də təəccüb doğurmur. Belə ki, ən son 2019-cu ildə ictimaiyyətə açıqlanan məlumatda Ali Məhkəmədə 41, apellyasiya məhkəmələrində 132, inzibati-iqtisadi məhkəmələrində 39, hərbi məhkəmələrdə 23, ağır cinayətlər üzrə məhkəmələrdə 50 və rayon (şəhər) məhkəmələrində isə 277 hakim fəaliyyət göstərdiyi qeyd olunub. Yəni, son rəsmi statistikada ümümilikdə ölkə üzrə 562 hakimin fəaliyyət göstərdiyi bildirilib. Son illərdə isə bu rəqəmdə elə də ciddi dəyişiklik baş verməyib. Rəsmi statistika açıqlanmasa da, court.gov.az ümumi məhkəmə sistemi portalına əsaslanaraq hazırda hakimlərin ümumi sayının cəmi 582 nəfər olduğunu söyləyə bilərik”.

Ceyhun Yusifovun sözlərinə görə, bu da Azırbaycan kimi bir ölkə həddən artıq kiçik rəqəmdir: “Təsəvvür edin ki, bəzi böyük rayonlarımızda yalnız bir hakim fəaliyyət göstərir. Məsələn, İsmayıllı kimi böyük bir rayonda cəmi bir hakim xidmət edir. Göycay, Ucar və digər bir sıra rayonlarımızda da cəmi bir hakim mövcuddur. Bu isə həmin rayonlarda məhkəmələtrdə əhaliyə keyfiyyətli xidmət göstərilməsini sadəcə mümkünsüz edir. Əgər bu hakim xəstələnərsə və ya hansısa başqa səbəbdən işə müyyən müddət işə çıxa bilməzsə hansı vəziyyətin yarandığını təsəvvür etmək çətin deyil. Məhkəmələrə müraciətlərin son illər getdikcə artdığını nəzərə alsaq, rayonlarımızda nəinki bir, hətta iki hakimin olması belə əhaliyə keyfiyyətli hüquqi xidmət göstərilməsinə təminat verə bilməz”.

Ceyhun Yusifov qeyd edir ki, ölkə Prezidenti İlham Əliyev də məhz bunu nəzərə alaraq hakimlərinin ümumi sayının artırılmasına dair fərman imzalamışdı: "3 aprel 2019-cu il tarixli fərmanda da qeyd olunduğu kimi hakimlərin saylarının artırılmasındakı əsas məqsədlər məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılmas və mövcud iş yükünün düzgün planlaşdırılaraq bölgüsünün aparılmasıdır. Məhkəmə iclaslarının təyin olunduğu vaxtdan gec başlaması, prosessual sənədlərin vaxtında tərtib olunub tərəflərə çatdırılması, hakimlərin bütün işlərə tam diqqət və nəzərlərini ayıra bilməməsi kimi həll edilməli olan bir çox problemlər mövcuddur.

Bütünlükdə məhkəmə-hüquq sisteminin yeni hakim təyinatlarına ehtiyacı olduğu, hətta ölkə başçısının fərmanında belə bu məsələyə xüsusi diqqət göstərildiyi bir vaxtda hakimlərin seçki komitəsinin fəaliyyəti bu problemlərin həllinə istiqamətlənməmişdir”.

Tanınmış vəkil bunun səbəbinin də subyektiv amillərlə bağlı olduğu qənaətindədir: “Belə ki, həddindən artıq çətin, əlçatanlığı aşağı və olduqca uzun müddət davam edən imtahan prosesləri perspektivli hüquqşünasların və hakimliyə namizədlərin qarşısında əngəl yaratmaqdadır. Həmçinin keçirilən imtahanların olduqca mürəkkəb mərhələliliyi qeyri-prosessual münasibətlərin yaradılması cəhdlərinə və neqativ hallara şərait yaradır. İmtahan mərhələsinin tam şəffaflığı üçün yoxlama metodlarındakı insan faktoru faizini minimal dərəcəyə salmaq lazımdır. Bundan əlavə bu qədər uzun müddət çəkən imtahan mərhələləri həm də əlavə xərc olmaqla yanaşı zəruri olmayan iş yükü və vaxt itkisini də özü ilə bərabər yaratmaqdadır”.

C. Yusifof problemin həlli ilə bağlı konkret addımların atılmasını zəruri hesab edir: “Ümumilikdə hakimlərin seçilməsi və təyinatı prosedur qaydalarının təkmilləşdirilməyə ehtiyacı olduğu açıq-aşkar görünməkdədir. Olduqca təqdirəlayiq addım olardı ki, Məhkəmə-Hüquq Şurasının nəznində seçki komitəsi tərəfindən namizədlər üçün ehtiyat kadr bankı yaradılardı.

Həmçinin hakimlərin seçki komitəsinin tərkibində də mütləq formada dəyişiklik edilməlidi. Ölkə başçısının uzun müddətdir icra olunmayan fərmanı, bununla yanaşı hakimlərin seçki və təyinatı prosesində qarşılaşılan neqativ hallar artıq bu tip addımları zəruri edir. Son illər seçilən hakimlərin əvvəlki fəaliyyət yerlərinə nəzər salsaq bir çoxu ya Bakı Apellyasiya Məhkəməsində, ya da Azərbaycan Respublikası Ali Məhkəməsində işləmiş şəxslər olduğunu görürük. Bu isə sanki hakimlərin seçki və təyinatı prosesində varisliyə əsaslanan prosedurun, ənənənin formalaşdığı görüntüsünü yaradır. Sanki ölkədə hakimlik təyinatı “atadan oğula” prinsipi ilə aparılır. Halbuki kifayət qədər birinci instansiya məhkəmələrində, mərkəzdən kənarda yerləşən məhkəmələrdə savadlı və hakimlik adına layiq kadrlar mövcuddur. Lakin bu hallar hakimlərin seçki komitəsi tərəfindən diqqətə alınmır”.

Tanınmış vəkil saytımıza açıqlamasında digər bir mühüm məsələyə də toxunur: “Hazırda elektron məhkəmə sisteminin fəaliyyəti hər fürsətdə vurğulansa da bir çox hakimlərin bu sistemlə işləmək bacarıqlarının olmadığı da məlumdur. Yeni təyin olunacaq hakimlərə həmin bu elektron məhkəmə sistemi ilə bağlı zəruri təlimlərin keçirilməsini də nəzərə aldıqda məhkəmələrin elektron sistemlə işləmək bacarıqlarının yeni hakim təyinatları ilə düz mütənasib olduğunu görürük. Məhz bu səbəblərdən hüquq ictimaiyyəti qarşısında hakimlərin seçki komitəsinin fəaliyyəti ilə bağlı fikirlər birmənalı deyildir və hesab edirik ki, bu fəaliyyət araşdırılmalıdır.

Hörmətli İnam Kərimovun Ali Məhkəməyə sədr təyin edildikdən sonra ümumilikdə hüquq ictimaiyyətində yeni islahatların həyata keçirilməsi ilə bağlı güclü inam və xoş təəssürat yaranmışdı. Ümid edirəm ki, tezliklə bu istiqamətdə əhəmiyyətli addımlar atılacaq. Eyni zamanda cənab sədrə müraciət edərək, hakimlərin imtahan, seçki və təyinat məsələlərindəki mövcud problemlərin həll olunmasını, həmçinin hakimlərin seçki komitəsinin fəaliyyətinin araşdırılmasını təklif edirəm. Unutmayaq ki, güclü hüquq dövlətinin təməli seçilən hakimlərin vicdanlı olması ilə yanaşı, həmin hakimlərin vicdanla seçilməsindən də asılıdır”.
“AzPolitika.info”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Mahnısı 500 milyon izlənilib, bu sənət demək deyil axı” - ETİRAZ

“Hər şeyi tamaşaçılar üçün edirik ki, onlar izləsinlər. Bu gün o qədər internet, yutub oxuyanlar var ki, adam çaş-baş qalır. Bu günlərdə bir müğənninin yutub səhifəsi qarşıma çıxdı. Baxıram ki, bir mahnısı 500 milyon izlənilib. Bizim müğənnimizdir. Bu göstərici sənət demək deyil. Bu baxış sayı ilə peşəkarlıq ölçülmür. Biz sənət adamları sənətimizi sata, göstərə bilmirik. Yalnız düşünürük ki, səviyyəli el şənliyi olacaq, gedib oradan qonorar alıb, hansısa bəstəkara pul verib, mahnı alacağıq, klip çəkdirib, efirə çıxaracağıq. Bütün bunlar olmasa biz heç nə edə bilmirik. Halbuki biz sənət insanı olaraq ömrümüzü, günümüzü bu sənətə həsr etmişik”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib.

“Bəzən deyirlər ki, aktyor sənəti asılı sənətdir. Mən deyərdim ki, elə müğənnilik də asılı sənətə çevrilib. Bu günü ilə yaşayan müğənnilər var ki, nə desən edirlər. İstər danışıqları ilə, istərsə də geyimləri ilə gündəmə gəlirlər. Onlar toylara daha baha qonorara gedirlər. Yutub səhifələrində dinlənilən mahnıların əksəriyyəti də o müğənnilərin oxuduqlarıdır. Tamaşaçı da onları dinləyir, zövqünü korlayır”, - deyə əməkdar artist bildirib.

Gülüstan Əliyeva bildirib ki, nə qədər gülsə də, gözləri həmişə onu ələ verir.

“Gözlər qəlbin aynasıdır. Deyir ki, bir insanı daha yaxşı tanımaq, həyatını daha yaxşı müzakirə etmək üçün onun gözlərinə bax. Kədər əlbəttə ki, gözlərdə qalır. Bunu mənə zamanla çox insanlar deyib. Nə qədər gülsəm də, danışsam da, ətrafıma işıq saçsam da gözlər həmişə düzünü deyir. O kədəri də, o ağrını da, o həsrəti də, ayrılığı da gizlədə bilmirsən. İnsanların hamısına səadət arzulayıram. Hər birimizin həyatında qəmli notlar, kədər var. Əlbəttə ki, bunları hamımız yaşayırıq. Mənim payıma daha çox düşüb”, - deyə Gülüstan Əliyeva bildirib.

Sənətkar oxuduğu mahnıların sözünə çox önəm verdiyini bildirib.

“Təbii ki, bir çox mahnılar təklif olunur. Mən onların içindən seçirəm. Mənim üçün musiqiyə çevrilən söz çox önəmlidir. Söz tamaşaçıları tutub saxlamalıdır. Bir də görürsən ki, mahnının gözəl musiqisi var, amma sözləri zəifdir. Tamaşaçı o dəqiqə bunu hiss edir. O mahnıları seçirəm ki, sözləri az da olsa mənim həyatıma aid olsun. Çünki hər insanın ömür yolu var”, - deyə sənətkar bildirib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Deyirlər ki, biz Vüqar Əhmədova bata bilmərik, o, Prezidentin köməkçisi Anar Ələkbərovun xalası oğludur” – “Azərişıq” ASC-nin xanım əməkdaşına təzyiq edilir


“Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin Hesabatların hazırlanması bölməsinin texnik-operatoru, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 27/69 B, mənizl 24-də yaşayan Cavadova Jalə Əli qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, “Azərişıq” ASC-nin Kadrlar şöbəsinin rəis müavini Həvva Tahirovaya, “Azərişıq” ASC-nin Protokol xidmətinin rəhbəri Leyla Sadıqovaya, eləcə də digər müvafiq qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Bildirirəm ki, “Azərişıq” ASC-də məmur özbaşınalığı hökm sürür. Dövlət başçımızın göstərişlərinə biganə yanaşılır, qanunlara məhəl qoyulmur.
Vaxtilə mütəşəkkil dəstə ilə külli miqdarda rüşvətalma, vəzifə saxtakarlığı edənlər (Sakit Baxışov, Çingiz İbadov, Mahir Novruzov və s.) “Azərişıq” ASC-də rəhbər vəzifələrə təyin edilib.
Respublika Hərbi Prokurorluğunda idarə rəisi kimi xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə, Baş Prokurorluğun əmrilə vəzifədən azad edilən Xalid Təhməzov hazırda sədr Vüqar Əhmədovun müşaviridir.
Azərbaycanda vaxtaşırı kadr islahatları aparılır. Yaşı ötən, korrupsiya qalmaqallarında adı hallanan məmurlar vəzifədən çıxarılır, onların yerinə gənc kadrlar irəli çəkilir. “Azərişıq”da isə rüşvət aldıqlarına, dövlət əmlakını mənimsədiklərinə görə, həbs edilən məmurları (özü də pensiyaçıları) yüksək vəzifəyə gətirilir.
Heç bir dövlət orqanı “Azərişıq” ASC-dəki bu məmur özbaşınalıqları barədə tədbir görə bilmir. Açıq-aşkar etiraf edirlər ki, “biz Vüqar Əhmədova bata bilmərik, o, ölkə Prezidentinin köməkçisi Anar Ələkbərovun xalası oğludur”.
“Deyirlər ki, biz Vüqar Əhmədova bata bilmərik, o, Prezidentin köməkçisi Anar Ələkbərovun xalası oğludur” – “Azərişıq” ASC-nin xanım əməkdaşına təzyiq edilir

“Azərişıq” ASC-nin “Sumqayıt” RETSİ-dəki özbaşınalıqlardan şikayət etdiyim üçün rəhbərlik tərəfindən təzyiqlərə məruz qalmışam, bütün hüquqlarım tapdanır.
Belə ki, Nazirlər Kabinetinin qərarı olmadan “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov 01 noyabr 2022-ci il tarixli daxili əmrlə dövlət başçısının sərəncamı, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərişıq” ASC-nin strukturunda “dəyişiklik” edib. Belə ki, “Şimal” RETSİ-ni ləğv edib, 2 yeni regional idarə -“Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ-ni yaradıb.
Halbuki Prezidentin sərəncamı əsasında təsdiq edilmiş strukturda Sumqayıt və Xaçmaz RETSİ-lər yoxdur(https://e-qanun.az/framework/30261).
“Deyirlər ki, biz Vüqar Əhmədova bata bilmərik, o, Prezidentin köməkçisi Anar Ələkbərovun xalası oğludur” – “Azərişıq” ASC-nin xanım əməkdaşına təzyiq edilir

Qondarma regional idarələr yaradılandan sonra kadrlar şöbəsinin aparıcı mütəxəssisi Gülbacı Dadaşovanın təkidi ilə mənə və digər işçilərə məcburi ərizə yazdıraraq “Xaçmaz” RETSİ-yə keçməyi təkid etdilər. Əks təqdirdə işsiz qoymaqla hədələndik.
Cənab Prezidentə etdiyimiz kollektiv şikayətdən sonra “Azərişıq” ASC sədri bizi qəbul edib dinlədi, şəxsən mənə əmək haqqımı artıracağına və məcburi köçkün, ali təhsilli həyat yoldaşımı işlə təmin edəcəyinə dair söz verdi. Lakin o, sözünə sahib çıxmadı. Əksinə, Həbib Əzizov “Sumqayıt” RETSİ-yə rəis təyin edilən kimi, mənə qarşı “qisas əməliyyatına” başladı. Gündəlik olaraq işçilərin gördükləri işin yoxlanılmasına dair bir əmr imzaladı. Bununla bağlı komissiya yaradıldı. Gördüyüm işdən anlayışı olmayanlar başımın üstündə dayanıb, saniyəölçəni qoşmaqla görəcəyim işlərə nə qədər zaman sərf etdiyimi araşdırırdılar. Bunların AR ƏM-nin tələblərinə zidd olduğunu onlara bildirdim, etiraz etdim. Vəzifə səlahiyyətlərimin icrasına qəsdən maneçilik törədərək, mənə stress yaşatdıqları üçün idarəyə polis və təcili yardım dəvət etdim.
Bu hadisədən sonra özümün və azyaşlı övladlarımın xəstəlikləri ilə bağlı 25.04.2023-cü ildən bu günə qədər işə çıxa bilmirəm. Xəstəliyimin 3-cü günündə yaşadığım evə nümayəndələr gəldi. Öz evimdə azyaşlı övladlarımın yanında mənə stress yaşatdılar.
25.04.2023-28.04.2023 tarixlərində xəstəliyimi təsdiq edən 0131487 №-li xəstəlik vərəqəm olduğu halda “Sumqayıt RETSİ-nin rəisi H.Əzizov 25-27 aprel tarixlərində “üzrsüz səbəbdən işə gəlmədiyim” barədə Vüqar Əhmədovun adına qanunsuz təqdimat yazaraq, mənim işdən çıxarılmağımı xahiş edib(Təqdimatın surəti əlavə edilir).
Həbib Əzizovun göstərişi ilə xidməti kompyüterim iş masamdan götürülüb, idarə binasına girişimə qadağa qoyulub.
25 aprel 2023-cü il tarixindən indiyə qədər özümün və övladlarımın müalicəsi ilə məşğulam. Qrafik üzrə növbəti məzuniyyət vaxtım 2023-cü ilin iyul ayındadır.
Autizm xəstəsi olan 9 yaşlı övladımın müalicəsi üçün “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədova rəsmi ərizə ilə müraciət edərək, 03.07.2023-cü il tarixindən növbəti məzuniyyət istəsəm də, mənə məzuniyyət verilmir. Konstitusiya və əmək hüquqlarım pozulur. Bütün bunlarla bağlı müvafiq dövlət orqanlarına şikayət etsəm də, tədbir görən yoxdur. Hamısı da deyir ki, “biz Vüqar Əhmədovla bacara bilmirik, onun Anar Ələkbərov kimi adamı var, çalış özün öz məsələni həll et”.
Hörmətli Anar Ələkbərov cənab Prezidentimizin köməkçisidir. Gənc kadrdır. Qurumdakı özbaşınalıqlardan bəlkə də Anar müəllimin xəbəri yoxdur, sadəcə onun adı hallandırılır.
“Azərişıq”dan bildirirlər ki, “Prezidentə şikayət edib, idarənin nüfuzuna xələl gətirdin”. Dövlət əmlakının mənimsənilməsi, vəzifə saxtakarlığı, rüşvətalma maddələri ilə həbs edilmiş keçmiş məhkumların “Azərişıq”da rəhbər vəzifələrdə işləməsi qurumun nüfuzuna xələl gətirmirmi? (https://az.trend.az/azerbaijan/society/915278.html).
Mən 16 ildir energetika sahəsində çalışıram. 2005-ci ildən isə “Azərişıq” ASC-də texnik-operator işləyirəm. 510 manat maaş alıram. Həyat yoldaşım Qubadlı rayon məcburi köçkünüdür. Ali təhsilli olmasına baxmayaraq, işsizdir. 9 və 13 yaşında 2 övladım var. 9 yaşlı oğlumun sağlamlıq imkanları məhduddur, uşaq autizmi xəstəliyindən əziyyət çəkir.
Dövlət səviyyəsində sağlamlıq imkanları məhdud ailələrə diqqət-qayğı göstərilir. Bu qəbildən olan uşaqların problemləri ölkəmizin Birinci xanımı, hörmətli Mehriban Əliyevanın şəxsi nəzarətindədir. İdarə rəhbərliyi bütün bunları bilə-bilə himayəsində autizm xəstəsi olan anayla düşmənçilik edib, xəstə övladımın taleyi ilə oynayırlar.
Mən dövlətimizin başçısına, ölkəmizin Birinci xanımına sığınaraq xahiş edirəm: “Azərişıq” ASC-nin özbaşına məmurları tərəfindən tapdanan hüquqlarımı bərpa etməklə, qurumda ölkə qanunlarının bərqərar olunması üçün tədbir görəsiniz.
Öncədən Sizə minnətdaram”.
“Deyirlər ki, biz Vüqar Əhmədova bata bilmərik, o, Prezidentin köməkçisi Anar Ələkbərovun xalası oğludur” – “Azərişıq” ASC-nin xanım əməkdaşına təzyiq edilir
“Deyirlər ki, biz Vüqar Əhmədova bata bilmərik, o, Prezidentin köməkçisi Anar Ələkbərovun xalası oğludur” – “Azərişıq” ASC-nin xanım əməkdaşına təzyiq edilir
“Deyirlər ki, biz Vüqar Əhmədova bata bilmərik, o, Prezidentin köməkçisi Anar Ələkbərovun xalası oğludur” – “Azərişıq” ASC-nin xanım əməkdaşına təzyiq edilir
“Deyirlər ki, biz Vüqar Əhmədova bata bilmərik, o, Prezidentin köməkçisi Anar Ələkbərovun xalası oğludur” – “Azərişıq” ASC-nin xanım əməkdaşına təzyiq edilir
“Deyirlər ki, biz Vüqar Əhmədova bata bilmərik, o, Prezidentin köməkçisi Anar Ələkbərovun xalası oğludur” – “Azərişıq” ASC-nin xanım əməkdaşına təzyiq edilir

Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO