[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir müavininə bağlı şirkət xaricə valyuta ötürüb? - İLGİNC


Azərbaycanda mühərrik və sürtkü yağları istehsal edən "Technoil” MMC cərimələnə bilər.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İşə hakim Rövşən Xəlilovun sədrliyi ilə baxılacaq.

430.4-cü maddədə vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Technoil” MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 33, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumadə Ağabəy qızıdır.

Şirkətin həmtəsisçilərindən biri Hacıyev Elvin Orucəli oğludur. O, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğludur.

Elvin Hacıyev müsahibələrinin birində "Technoil” MMC-dən danışarkən bildirib ki, bu şirkət ailəsindən gələn layihədir: "Restoran biznesi mənim öz təşəbbüsüm ilə formalaşıb, ancaq "Babylon Agro" və "Technol" bizim ailədən gələn layihələrdir. "Tecnol"da sadəcə biz iştirak etmirik, tərəflərdən biriyik”, - deyə o bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neftçalanın `hərbi komissarı`nın gözü QAPIDA QALIB... - İTTİHAM
Tofiq Mehdiyev Neftçalada Bazar açıb

SHXÇDX-nin Neftçala rayon şöbəsinin rəisi Tofiq Mehdiyev Neftçalada Bazar açıb.


Adi bazardan fərqli olaraq burada xiyar və pomidor yox, hərbi biletlər satılır.“Otpravka”nın qiyməti 500 manat, “neqodnu” kağızı isə 5000 manatdır.

Son 30 ildə bir çox hərbi komissarlar, daha dəqiq desək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXCHDX) yerli rayon şöbələri yüzlərlə, bəlkə də minlərlə gənci hərbi xidmətə yararsız hala salıb, ondan milyonlar qazanıblar. Bəli, bu məsələdə həkim komissiyaları və “voyenkom”lar birgə “iş” qurublar. Bu gün ciddi və obyektiv həkim komissiyası təşkil edilsə, o minlərlə “yararsız” gəncin orduya yararlı olduğu üzə çıxacaq.Niyə bunu etmirlər..?Bəli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin rəisi Tofiq Mehtiyevin 4-5 min manata gəncləri “neqodnu” etməsi heç kimə sirr deyil.Hərbi komissar Tofiq Mehtiyev aldığı pullar hesabına Bakıda böyük mülklər əldə edib.Tofiq Mehtiyev bütün gününü Neftçalada və Bakının ən bahalı restoranlarında gününü keçirir. Bu adamdan soruşan yoxdur ki, sən dövlət məmurusan, bu restoranlarda nə işin var..?Bəli, Tofiq Mehtiyev rayonda məmur övladlarına “neqodnu” sənəd verir, əvəzində kasıb, imkansız ailələrin uşaqlarını orduya göndərir. Və haram yolla əldə etdiyi pulları Bakıda şənliklərdə xərcləyir.Tofiq Mehtiyevin əmlakının milyonlarla qiymətləndirildiyi deyilir.Səfərbərlik xidmətinin sabiq rəisi Arzu Rəhimovun vəzifəsindən azad edilməsindən sonra gözü yolda olan Tofiq Mehtiyevin xidməti otağının qapısı hər dəfə açılanda özünü itirdiyi deyilir.Azru Rəhimovdan sonra arzuları gözlərində qalan bu rəis DTX nin əməkdaşlarını gözləməkdən xəstəliyə tutulduğu deyilir. //araz.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Mehdiyev HƏBS OLUNA BİLƏRMİ? - əslində...


Ramiz Mehdiyevin minlərlə insanın aşına tökdüyü zəhər gec-tez onun qaşığına çıxmalıdır...
Qeyd edək ki, PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycanda çox pis ənənələrin əsasını qoyub.
Belə ki, Ramiz Mehdiyev vəzifədə işlədiyi uzun illər ərzində özünə rəqib bildiyi, ona “biət” etməyən, baş əyməyən şəxsləri işdən çıxarmaqla, yaxud məhbəsə göndərməklə kifayətlənməyərək, onların övladlarını da cəzalandırıb. Və Ramiz Mehdiyev bütün bu əməllərinə görə, həm bu dünyada qanunlar, həm də o dünyada ilahi ədalət qarşısında cavab verməli olacaq. İnanın, o dünyada onu tutub...
Ramiz Mehdiyevin kim və nəçi olduğunu bilmək üçün onun oğlu Teymur Mehdiyevin vəzifə karyerasına nəzər salaq. 1997-ci ildə universiteti bitirən Teymur Mehdiyev partanın arxasından birbaşa Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətə başlayıb. Sonralar ləğv olunmuş MTN adlı bir qurumda çalışan gənc Teymur Mehdiyev işə o zamankı nazir Namiq Abbasovdan sonra gəlirmiş.
Təsəvvür edirsiniz 22 yaşlı gənc əməkdaş MTN nazirindən sonra işə gəlir və ondan qabaq işi tərk edirmiş. Onun bu hərəkətləri nazir Namiq Abbasovun xoşuna gəlmir və bir gün onu söyərək işdən qovur. O gündən Namiq Abbasovla Ramiz Mehdiyevin düşmənçiliyi başlayır. Və işdən qovulduğu günün səhəri gənc Teymur Mehdiyev Daxili İşlər Nazirliyində işə düzəlir.
Təsəvvür edirsiniz, 1-2 gün də keçmir ee…. 2 il DİN-də çalışan Teymur Mehdiyev qəfil Xarici İşlər Nazirliyində peyda olur. 2 il də orada vaxt keçirən Teymur Mehdiyev bir də Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində nazir müavini kimi peyda olur. 2 il sonra Mədəniyyət və Turizm Nazirinin müavini olur, 2 il də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışır. 2 il sonra 2014-cü ildə Fövqəladə Hallar nazirinin müavini təyin edilir və ona general-mayor ali hərbi rütbəsi verilir.
İndi gördünüzmü, bu adam 16 ildə “çekist”, “polis”, “mədəniyyət xadimi”, “idman ustası”, “miqrasiya generalı” və axırda “fövqəladə generalı” olur. Dünyanın heç bir ölkəsində belə, oxşar hal baş verə bilməzdi. Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevlə birgə təhsil almış, həmin dövrdə müharibəyə könüllü gedərək, Ramiz Mehdiyevin o tərəfdəki qohumlarına qarşı mübarizə aparan, oğullarımız isə indi Ramiz Mehdiyevin yırtıcı, qisasçı siyasətinin qurbanı olaraq, ya karyerlərdə daş daşıyırlar, yadakı ağır cəza alaraq türmələrdə çürüyürlər. Ona görə də, Ramiz Mehdiyev və onun ətrafında olan qohum-əqrabası Türkiyədə keçirilən prezident seçkilərində Kılıçdaroğlunu müdafiə edirdilər. Ramiz Mehdiyev və onun ətrafı çox istəyirdilər ki, ermənilərin tərəfində olan Kılıçdaroğlu seçilsin.
Amma bu qoca yaşında Ramiz Mehdiyev dövlət siyasətimizə zərbə vurmaqdan əl çəkmir. Bu adam evdə oturub ƏZRAYILIN nə vaxt gələcəyini gözləmək əvəzinə, hələ bir siyasətə baş vurur, partiya yaratmaq istəyir. Amma biz şəxsən Ramiz Mehdiyevə deyirik ki, gedib sənin qatarın, gecikmisən həmin qatarın sərnişini olmağa. Ölüm qabağı övladlarına, qohum-əqrəbana o qədər düşmən qoyub gedirsən ki, səndən sonra vay onların halına. Onlar sənin ölümündən sonra Qalina xanımın ata vətəninə getmiş olsa da belə heç bir şey dəyişməyəcək və ya Ramiz Mehdiyev sən ölüm gününə qədər pislik etdiyin Azərbaycanın qeyrətli oğlanlarının hamısını öldürsən belə yerdə qalan olacaq.
Budur, sənin yaşamış olduğun həyat. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş bütün ali təhsilli, savadlı, idmançı, pəhləvan cüssəli bütün say seçmə oğlanlarımızın həyatını məhv etmisən. Gərəkir ki, xalq səni məhkəməyə versin. Bu mövzuda sonra. İndi isə qayıdaq Ramiz Mehdiyevin hərşeyşünas oğlunun və onun oğlunun vəzifə pillələrini bir daha araşdırmağa.
Yeri gəlmişkən, bu adamı, bu generalı FHN-də görən olmur, bu adam daha çox rəhbərlik etdiyi "Şərq -Qərb" nəşriyyatındakı tenderlərin pullarını yığmaqla məşğuldur. Hələ bu harasıdır..?
Ramiz Mehdiyevin nəvəsi, Teymur Mehdiyevin oğlu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində, Maliyyə İdarəsinin rəisi, polkovnik Elvin Mehdiyevdir. Teymur Mehdiyevin Şərq-Qərb mətbəəsinin dövlətə 16 milyon vergi borcu var. Onun oğlu, Maliyyə İdarəsinin rəisi Elvin Mehdiyevin də xeyli mənimsəmələri var.
Ümumiyyətlə, Mehdiyevlərin Novxanıda ucsuz-bucaqsız üzüm sahələri var. Bu torpaqlar isə Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanın adınadır. Mehdiyevlərin 2016-cı ildə Bakı, Abşeron və Goranboyda Kənd Təsərrüfatı təyinatlı 136 hektar torpaq sahəsi vardısa, 2017-ci ildə həmin sahələr bir az da genişlənib, 216 hektarı keçib. Ailənin Goranboyun Xınalı kəndindəki bağ sahəsi iki dəfə böyüyüb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatında belə deyilir. 2017-ci ildə Qalina Mehdiyevanın bu kənddəki bağının sahəsi 50 hektara çatıb. Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyeva və Ramiz Mehdiyevin qızı Kamilə Əliyevaya məxsus 1200 sot torpaq sahəsi var. Bu hələ harasıdır..?
Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva “Palitra” qəzetinin, gəlini Nigar Mehdiyeva isə “Paritet” qəzetinin təsisçisi olub. Bu qəzetlər dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan yardım alıb. Nigar Mehdiyevanın Masazır gölünün yaxınlığında 30 hektar Kənd Təsərrüfatı əhəmiyyətli torpaq sahəsi var. Mehdiyevlərin Astoriya Tibb Mərkəzi ( hazırda “German Hospital” adı altında fəaliyyət göstərir) var. Bu siyahını sonsuza qədər uzatmaq olar. Sonda onu qeyd edək ki, Ramiz Mehdiyev və onun harınlamış ailə üzvləri gec-tez qanun qarşısında cavab verməli olacaqlar. Çünki Ramiz Mehdiyevin bir zaman minlərlə insanın aşına tökdüyü zəhər bir gün onun qaşığına çıxmalıdır. Amma zaman gözləmir. Ramiz Mehdiyevin qanun qarşısına çıxarılması minlərlə insanların bəraət alması demək olacaq. Ölümündən qabaq Ramiz Mehdiyev həbs olunmalıdır ki, gələcək nəsillər bizləri lənətləməsin, çünki Ramiz Mehdiyev Azərbaycan dövlətində nə qədər yaşayıbsa, Azərbaycan xalqına o qədər ziyan vurub.
P.S. Məşhur bir Azərbaycan deyimi var, gənclər evlənməmişdən öncə, zarafatla bir-birindən soruşurdular haralısan? Qarşı tərəf isə zarafatla bildirirdi ki, hələ evlənməmişəm. Görəsən, Ramiz Mehdiyevə gənc yaşlarında, yəni evlənəndən sonra, bu sual verilərkən nə cavab verib. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Azəriqaz`dan Mingəçevirdə TOTAL QAZLAMA... - NARAZILIQ VAR!

Mingəçevirdə vətəndaşlara əlavə qazpulu yazıldığı iddia olunur.

Bu barədə bir qrup vətəndaş Yeniavaz.com-a müraciətlərində bildiriblər.

Onlar iddia edirlər ki, istifadə etdikləri təbii qazdan əlavə məbləğ gəlib.

Sakinlər deyirlər ki, evlərindəki mexaniki sayğacdır və aylıq ödəniş əvvəlki aylara nisbətən çox gəlib

Onlar problemləri ilə baglı Tərtər Regional Qaz İstismar idarəsi Mingəçevir xidmət sahəsinə üz tutublar.

VİDEO BURADA: Bura tıklayın... My Webpage

Yeniavaz.com
`Azəriqaz`dan Mingəçevirdə TOTAL QAZLAMA... - NARAZILIQ VAR!
`Azəriqaz`dan Mingəçevirdə TOTAL QAZLAMA... - NARAZILIQ VAR!
`Azəriqaz`dan Mingəçevirdə TOTAL QAZLAMA... - NARAZILIQ VAR!
`Azəriqaz`dan Mingəçevirdə TOTAL QAZLAMA... - NARAZILIQ VAR!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hüseyn Seyidov `SİLİSƏ ÇƏKİLİR` - DETALLAR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Hüseyn Seyidovun 2022-ci ilin mart-dekabr aylarında həmin vəzifədə işləyərkən digər şəxslərlə əlbir olub müxtəlif şəxslərdən rüşvət alaraq onların həmin xəstəxanada stasionar qaydada müayinə və müalicə edilməsi barədə tibbi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin işdən ayrılmış cinayət işi üzrə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Taksiləri yığışdırın, hamını yığın olmayan avtobuslara... - ETİRAZ


Son günlər (həftələr, aylar) taksi xidmətləri ilə bağlı “ictimai narazılıq hərəkatı” başlayıb: ekspertlər etirazlara qoşulub, millət vəkilləri taksilərin aşağı səviyyədə xidmətindən dəhşətli dərəcədə, “xalqı düşünərək” qeyzlənirlər, təkliflər irəli sürürlər, Milli Məclis “tədbirlər planı” hazırlayıb...

Elə indicə - az öncə Milli Məclis tələm-tələsik “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsini qəbul edəcəyinin anonsunu verib. Bildirilir ki, taksi kimi istifadə olunan bütün avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq. Bu layihənin “tərcüməsi” odur ki, taksilər od qiymətinə olacaq.

İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik təklif olunur: icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək.

Nə baş verir, niyə qəfildən ictimai fəallar aktivləşdi, millət vəkilləri hərəkətə keçdi? Niyə qərar, qanunlar ard-arda düzülür, millət vəkilləri qalxıb, Bakıda taksilərin tələbdən 4-5 dəfə artıq olmasından bəhs edirlər?

Taksi fəaliyyətində nöqsanlar yoxdurmu?

Var – həm də nə qədər desən: sürücülərin sağlamlıq testindən keçməsindən tutmuş özlərini idarə edə bilməməsinə, maşınların köhnə olmasına, xidmət göstərmə bacarıqlarının olmamasına, sükan arxasında siqaret çəkmələrinə qədər. Bu problemin həlli yolları necə olmalıdır?

1. Bir müddət əvvəl bir jurnalist taksi fəaliyyəti ilə məşğul olmaq pərdəsi altında narkoloji testdən keçmişdi: 10 manat verib, heç bir yoxlama aparılmadan arayışını almışdı.

Demək, Narkoloji Dispanser rüşvət alır – bunu aradan qaldırmaq lazımdır!

2. Sürücülərin sükan arxasında siqaret çəkməsi qanunla qadağan edilir və səhv etmirəmsə, 50 manat cəriməsi var.

Təcrübəmizdən bilirik ki, biz “qılınc müsəlmanıq”, nəzarət güclü olmayanda, qanunlara vecimizə də almırıq. DYP-nin bu istiqamətdə nəzarəti güclənərsə, sükan arxasında kimsə siqaret çəkməz.

3. Köhnə, yararsız avtomobillə taksi xidməti göstərməyin günahı kimdədir?

Avtomobillər texniki baxışdan keçirmi? Niyə ciddi şəkildə nəzarət edilmir ki, bu avtomobillər Bakı küçələrinə çıxmağa layiqdir, ya yox?

Digər tərəfdən, ələlxüsus taksi xidməti göstərən avtomobillərin müasir tələblərə cavab verməsini istəyirsinizsə, bir qanun qəbul edin, taksi xidməti göstərəcək avtomobillər üçün xüsusi texniki baxış keçirin, qoy, taksi sürücüləri daha keyfiyyətli maşınlardan istifadə etməyə və yaxud maşınlarını səliqəli saxlamağa məcbur olsunlar və s.

Demək, taksi fəaliyyətinin yaxşılaşdırılması üçün əvvəlcə müvafiq qurumları fəaliyyətini gücləndirməli, onlara əlavə səlahiyyət verilməlidir.

Amma yox, kimlərsə ortaya düşüb, Bakıdakı taksi fəaliyyətlərini məhdudlaşdırmaq, bəzi taksi şirkətlərini bazardan çıxarmaq istəyir.

Hədəf nədir?

Azərbaycanda taksi fəaliyyəti, məsələn, qardaş Türkiyədən qat-qat, müqayisəedilməz dərəcədə ucuzdur. İnsanlarımız taksinin ucuz xidmətindən maksimum istifadə edir. Bu ölkədə bəlkə də hər kəs üçün taksi xidmətindən istifadə “əlçatan”dır.

Kimlərsə bunu insanların əlindən almaq istəyir. Səbəb?

1. Guya bununla tıxacları aradan qaldırmağa çalışırlar: guya taksi fəaliyyəti göstərən 20-30 min maşın küçələrdən yığışılsa və yaxud yarıya düşsə, tıxaclar olmayacaq.

Yanlış düşüncədir: Bakıda tıxac probleminin səbəbi taksilər deyil, pərakəndə, “harda gəldi” məntiqi ilə, iç-içə, həyəti, parkinqi olmayan hündürmərtəbəli yaşayış binalarının tikilməsidir, səkilərin ələ keçirilməsidir, heç bir yerdə boş sahə saxlamamaqdır, ağacları kəsib, yerində iaşə obyektləri inşa etməkdir.

Bakının ən böyük problemi Baş Planın olmamasıdır: 32 ildir müstəqilik, bu ölkənin paytaxtının Baş Planı hələ də hazırlanmayıb. Kimlər buna imkan vermir? Kimlər qoymur ki, Baş Plan təsdiqlənməsin? Niyə Baş Plan müzakirəsi ortaya gələn kimi Bakıda olan-qalan yerlər də zəbt edilib, sürətlə tikinti şirkətlərinin göydələnlərinə çevrilir? Niyə məktəblərin, bağçaların böyür-başı yaşayış binaları ilə gündüşməz hala gətirilir?

Avropa həftədə dördgünlük iş-təhsilə keçir, biz orta məktəblərdə beşgünlüyün öhdəsindən gələ bilmirik, gələn ildən onlarla məktəb altıgünlük təhsil həftəsinə keçəcək. Çünki məktəblərin dibində göydələnlər göbələk kimi artır, sıxlıq çoxalır, məktəblər şagird sıxlığının öhdəsindən gələ bilmir...

Bakıda sıxlığı aradan qaldırmaq üçün köhnə məhəllələrdə 3, 4 mərtəbəli binaları söküb, əvəzində 20 mərtəbə bina tikməzlər;

Bakıda sıxlığın öhdəsindən gəlmək üçün obyektlərin səkiləri zəbt etməsinə göz yumub, sonra da yolun hesabına təzə səkilər düzəltməzlər!

Taksi fəaliyyətini məhdudlaşdırmaqla nəyə nail olmaq istəyirsiniz?

1. Bakıda ictimai nəqliyyat hansı səviyyədədir?

Hələ də paytaxtımızı hava limanı ilə birləşdirən metro, metrobus, nə bilim, normal “müntəzəm xətt marşrutu” yoxdur; hələ də ictimai nəqliyyat tələbləri ödəmir – gecikmələr, basabas...

İctimai nəqliyyat yüksək səviyyədə olarsa, niyə hansısa bir insan taksidən istifadə etsin ki? İctimai nəqliyyatda peşəkar xidməti yüksəltməkdir taksilərlə “mübarizə”.

Metro – basabas, avtobuslar – basabas: insanlar işə gecikməmək üçün bir çox halda ucuz taksi xidmətindən istifadə edir. İndi həmin insanları da metroya, ictimai nəqliyyata yerləşdirmək istəyirsiniz. Bu yükü metro, ictimai nəqliyyat çəkə biləcəkmi?

Digər tərəfdən, taksi – hazırda Azərbaycanda minlərlə, bəlkə də onminlərlə adamın çörək ağacıdır: kim iş tapa bilmirsə, çətinlik çəkirsə, fərdi maşını ilə taksi fəaliyyəti ilə məşğul olub, çörəkpulunu qazanır. Əgər taksi fəaliyyəti məhdudlaşsa; əgər taksi xidmətləri bahalaşsa taksilik edib, çörəkpulu qazanan onminlərlə insan və onların ailələri çörəksiz qalacaq. Onlar nə etməlidir?

Millət vəkilləri tələsik qanunlar qəbul etməyə hazırlaşanda təmsil etdikləri sadə vətəndaşları da düşünsünlər: Siz onminlərlə insanın çörəyinə bais olduğunuzu, onminlərlə insanın isə ucuz taksidən istifadə imkanını məhdudlaşdırdığınızı düşünsəniz, yaxşı olar.

Bu dövlətə ancaq narazılar ordusu qazandırmaqla məşğul olmaq olmaz ki! //axar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid atasından evsiz jurnalistlərə DƏSTƏK: - “Həmin bina onlar üçün tikilib”

“Bakıda şəhid ailələrinin sayı şəhərdə tikilən binalardakı mənzillərin sayından azdır”.

Millitv.az yenicag.az-a istinadla xəbər verir ki, bu fikirləri prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Bayıl qəsəbəsində jurnalistlər üçün inşa edilmiş 3-cü binadakı mənzillərin məhz media mənsublarına paylanılmasının vacibliyini bildirən İkinci Qarabağ müharibəsinin şəhidi Səid Rəşidzadənin atası Nofəl Qasımov deyib.

Nofəl Qasımov sözügedən binadakı hazır mənzillərin 22 iyul Milli Mətbuat Günü ərəfəsində evsiz jurnalistlərə verilməsini arzuladığını dilə gətirib:
“Ay jurnalist soydaşlarımız, mənziliniz özünüzə qismət olsun! Həmin bina jurnalistlər üçün tikilib, onlara da verməlidirlər, həsrətlə gözləyənlər var, haqlarıdı.
Bakıda yalnız şəhər qeydiyyatı olan şəhid ailələrinə mənzil verilir. Paytaxtda şəhid ailələrinin sayı şəhərdə tikilən binalardakı mənzillərin sayından azdır.
Belə də ki, jurnalistlərə əvvəl tikilən mənzilləri paylayanda, evsiz şəhid ailələri haqda müzakirə aparılmırdı”.
Qeyd edək ki, Nofəl Qasımovun şəhid övladı, baş leytenant Səid Rəşidzadə 44 günıük Vətən Müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Baş leytenant 2020-ci il oktyabrın 11-də Hadrutun girişindəki Şişqaya deyilən yüksəkliyin azad olunmasında qəhrəmanlıq göstərib, bayrağı yüksəkliyə sancan zaman snayper gülləsi ilə vurulub. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Nofəl Qasımov 1992-93-cü illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı olub. O, Birinci Qarabağ savaşında Füzuli Özünümüdafiə Taborunun komandiri kimi döyüşlərdə iştirak edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Mənim haqqım tapdanır və müxtəlif bəhanələrlə süründürülürəm..." - Nazirə müraciət olundu

Uzun müddət jurnalistika ilə məşğul olmuş Rüfət Seyidəhməd oğlu Əhmədzadə iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb.

DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, o, süründürməçilikdən bezdiyini bildirib.

Əhəmədzadə yazır ki, dəfələrlə mənzil problem ilə bağlı İqtisadiyyat Nazirliyinə və Əmlak Xidmətinə müraciət edib. “Bu gün Abşeronda qanuni evimizə çıxarış almağımız uzun müddətli, keşməkeşli bir mübarizəyə dönüb. Əmlak Xidmətindən deyirlər ki, Ədliyyə Nazirliyi bizə lazım olan cavabı vermir, Ədliyyə Nazirliyi Baş Notariat İdarəsindən isə deyirlər ki, biz 3 dəfə cavab vermişik, sistemdə özləri baxıb nəyi lazımdırsa öyrənə bilərlər. İndi kimin haqlı olduğunu bilmirəm, amma mənim haqsız yerə süründürməçiliyə uğradığım danılmaz həqiqətdir”.

O bildirir ki, 10 ildən çox Azərbaycan mətbuatında jurnalist və tərcüməçi kimi çıxış edib. “Son illərdə bir sıra Polşa şirkətlərilə koordinator kimi çalışdığımdan, ölkədə az olurdum və anam Gülarə Seyidağa qızı Məcidovaya məxsus qeydiyyat vəsiqəsi olan evimizin sənəddləşdirilməsi ilə bağlı 2017-ci ildən bəri yarımçıq qalan işləri davam etdirə bilmirdim. Belə ki, keçmiş jurnalist fəaliyyətimlə bağlı – Abşeron sakinlərinin şikayətlərini çox dərc etdiyimə görə, keçmiş rayon rəhbərliyi və sonradan korrupsiyaya görə həbs olunmuş baş memar Akif Əliyevlə aramda “soyuq müharibə” yaşanmış, nəticədə müxtəlif vasitələrlə evə çıxarış almağımıza süni əngəllər törədilmişdi. Bu süni əngəllər indi elə şəkildə davam edir ki, artıq Abşerondakı dövlət qurumlarının dəhlizlərində keçmişə aid kabusların hələ də dolaşdığına dair şübhələrim yaranır. Yaxud da, son zamanlar yazdığım məktublara və KİV-dəki yazılara görə, sanki məndən “mədəni qisas” alınır, şablon cavablarla süründürməçilik davam edir”.

Əhmədzadə qeyd edir ki, anası Gülarə Məcidovaya 2021-ci ildə evi satmaq üçün bir aylıq Forma-1 verilmiş, amma onun mahiyyəti barədə məlumatlı olmadığından və o zaman satmaq gərəyi duymadığından həmin sənədi evdə bir kənara qoyub. “Təbii ki, mənim də bundan xəbərim olmayıb. 2023- cü ilin yanvar ayında mənim maddi problemlərim artmağa başladı və evi sataraq, ailəliklə xaricə daşınmağa qərar verdik. Hətta xaricdən iş təklifləri də almışdım. Lakin məmur süründürməçiliyi üzündən həm o təkliflər qüvvədən düşdü, həm də borclarım və problemlərim ikiqat artdı. Bu gün evimə çıxarış da alsam, evi tələm-tələsik satsam belə, artıq borclarım 5-6 ayda o həddə çatıb ki, əlimdə birotaqlı mənzil almaq üçün də pul qalmayacaq. Buna görə isə, Abşerondakı məmurlara xüsusi “təşəkkür” düşür. Onlar rahat kabinetlərində oturub maaş alırlar, mən isə ondan-bundan borc axtarıram ki, “darıxmayın, evi satanda verəcəm”. Gülarə Məcidova Abşeron 4 saylı Ərazi İdarəsinə bu il yanvar ayında müraciət edərkən, həmin Forma 1 arayışını geri verib, bütün lazımi sənədləri təhvil verib. Evimizə aid sənədlərin saxta olmadığı da sübut və təsdiq olunub. Yenidən müraciət isə may ayında mənim tərəfimdən edilib”.

Şikayətçi vurğulayır ki, 4 saylı Abşeron Ərazi İdarəsi hələ də mənə konkret cavab vermir, nə də müraciətini rədd edir. “Sizi inandırım ki, Abşerondakı məmurlarınız məni intihar həddinə çatdırıblar və artıq “bıçağın sümüyə dirəndiyi” bir vəziyyətdəyəm. Abşeronda mənə deyirlər ki, forma-1 idarəyə geri verilməyib – bu həqiqətə uyğun deyil, yanvar ayında orijinalını bizdən alıblar. Və daha sonra deyirlər ki, biz sistemə baxıb əmin ola bilmirik ki, siz bu evi satmısınız yoxsa yox. Ədliyyə Nazirliyində isə mənə bildirirlər ki, onlara cavab verilib və bildirilib ki, reyestrdə özləri baxa bilərlər. Hətta telefonda aldığım cavab o oldu ki, 11 dövlət qurumu eyni sistemə baxa bilər və “kimsə bizə işimizi öyrədə bilməz”. Kimin yalan, kimin doğru dediyini bilmirəm, amma mənim haqqım tapdanır və müxtəlif bəhanələrlə süründürülürəm. Mən hazırda ancaq söz daşımaqla məşğulam – Xırdalandan Azadlıq Prospektinə, Azadlıq Prospektindən də Xırdalana.

Xatırladım ki, son illərdə Gülarə Məcidova tərəfindən yalnız bir əməliyyat reyestrə düşüb, o da bu ilin may ayında mənim adıma verilən etibarnamədir. Mən isə o etibarnamədən ancaq 4 Saylı Ərazi İdarəsinə müraciət edərkən istifadə etmişəm. Xahiş edirəm, bu məsələni tez bir müddətdə aydınlaşdırıb, bizim evə çıxarış ala bilməyimizə yardımçı olasınız. Bir daha vurğulayıram ki, hazırda çıxılmaz bir vəziyyətdəm və Abşerondakı məmur süründürməçiliyi məni intihar həddinə çatdırıb”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
345 manat maaş verir, 300 manat cərimə yazır... - AXI NİYƏ?!

Azərbaycanda qanunverici orqan, yəni millətin vəkillərinin toplaşdığı yerdə yalnız millətin əleyhinə qərarlar qəbul olunur. Son illərdə bütün mürtəce qanunlar qüvvəyə minib, absurd dəyişikliklər olub, ağılasığmaz dərəcədə cəzalar, cərimələr həm sərtləşdirilib, həm məbləği artırılıb. Lakin xalqın əleyhinə qəbul edilmiş bu dəyişikliklərin heç biri yaxşılığa doğru irəli addım olmayıb. Yəni qanun sərtləşibsə, yaxud cərimə fantastik məbləğə çatdırılıbsa, problemin sayı azalmayıb. Yenə də qanun pozuntuları, inzibati xətalar var, üstəlik, kəmiyyəti artmaqdadır. O zaman dəyişikliklər kimə xidmət edir? Təbii ki, əhalinin cibinə girməyə...
Sadə dillə desək, nə qəzalar azalıb, nə hadisələr bitir, nə cərimələrin artması ilə insanlarda qorxu yaranıb. Deməli, cəzanın sərtləşməsi heç də çıxış yolu deyil. Amma hökumət və parlament əlbir olaraq, növbəti antixalq qərarına hazırlaşır. Anaxeber.info bildirir ki, söhbət İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsindən gedir. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150-dən 200 manat məbləğinə artırılması təklif edilir.
Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşan sürücülər isə 250 manat yox, 300 manat məbləğində cərimə ödəyəcəklər. Bunun ən izahı olmayan tərəfi ölkədə minimum əmək haqqının 345 manat olduğu halda, cərimə məbləğinin 150-300 manat civarında təklif edilməsidir. Parlamentdə və hökumətdə kreslo tutanlar aldıqları maaşla əhalinin gəlirlərini ya səhv salıblar, ya da millətin sosial vəziyyətindən bixəbərdirlər. Ölkədə fantastik inflyasiya, dəhşətli bahalaşma var, Maliyyə Nazirliyi də təsdiqləyir, bəzi insafa gəlmiş deputatlar da vaxtaşırı qiymət artımından, monopoliyadan gileylənir, belə olan halda isə cərimələr ən yüksək həddə çatdırılır. Avtomobildə olmayan sürət cərimələrdə öz əksini tapmaqdadır. Bu çıxış yolu deyil axı?! Hökumət və parlament nə etmək fikrindədir? Xalqın qəsdinə durmaqdır, yoxsa büdcəni cərimələrlə doldurmaq məqsədidir? Normal Qərb ölkələrin olduğu kimi turizmlə, kiçik və orta sahibkarlığa normal şərait yaratmaqla ödənilən vergilər hesabına büdcəni doldurmaq əvəzinə, hakimiyyət cərimələr, sanksiyalar yolu ilə büdcə formalaşdırır. Üstəgəl, cərimələrin məbləğini qaldırmaqla məsələ həll olunmur. İkincisi, ölkədə yol polisi sistemi Amerikadakı şerif modelinə keçməlidir. Bütün bunlar da bir yana, 345 manat minimum maaş olduğu ölkədə necə 200-300 manat cərimələr kəsmək, sürücüləri "terror" etmək olar? İnsanlar bu ödənişləri necə etsinlər? Sürücü robot deyil, onun da səhv etməsi, inzibati xəta törətməsi normaldır, təbii ki, həddi aşan, qanunu aşkar pozan sürücü cərimələnməlidir, amma hər inzibati xəta üçün bu dərəcədə cərimə yazılması heç düzgün deyil. Nəticədə kütləvi cərimələr gələcək, sosial narazılıq və gərginlik artacaq, böyük bir kütlə dövlətdən narazı salınacaq. Bu hansı məntiqin nəticəsidir? Bundan başqa, nə zaman cərimələrin azaldılması, qiymətlərin ucuzlaşdırılması haqda qərar veriləcək? İşıq, qaz sərfiyyatında limit nə vaxt ləğv olunacaq? Bəlkə hökumət və parlament bu barədə də fikirləşsin...Şərqi Avropaya qaz satan, enerji satan ölkədə mavi yanacaq və elektrik enerjisindən istifadədə üç kateqoriyalı limit müəyyənləşdirilib. Bu da əhalinin kommunal xərclərində çox ciddi şəkildə özünü göstərməkdədir. Amma nə Nazirlər Kabineti, nə Milli Məclis xalqın mənafeyinə uyğun olan belə qərarları müzakirə etməkdə maraqlıdır. Onları düşündürən odur ki, cərimələri artırmaq, vətəndaşları cəzalandırmaq, imkanlarını məhdudlaşdırmaq üçün daha nə edə bilərik? Bu gün təkcə Bakını götürsək, minlərlə avtomobil var: nə parklanma yerləri təşkil olunub, nə maşın saxlamağa yer tapılır, amma dayanma-durma cərimələri total şəkildə yazılır. Həmçinin, Bakıda sürət həddi endirilib, əvəzində tıxaclar daha da artıb. Yəni heç bir proqram yox, alternativ yox, amma əhali cəzalandırılır. Belə hökumətlə parlamenti bütün ölkələrə arzulayırıq...

Azər Talıbov
Anaxeber.info

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO