[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərenerji” şefi məhkum milyoner məmuruna necə “ƏMƏK” ordeni təltif etdirdi… - ŞOK İDDİALAR

Redaksiyamıza təqdim edilən məlumatlar ətrafında apardığımız araşdırmalardan sonra məlum olmuşdur ki, 2018-ci ildən ”Azərenerji” ASC-nin hazırda İstehsalat üzrə operator rəisi təyin olunan və eyni zamanda Cəmiyyətin Şirvan şəhərində yerləşən DRES-ə formal rəhbərlik edən Yusifov Üzeyir Milan oğlu 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə (XTQM ) rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmişdir. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 10 milyon manat ( o vaxtın kursuna görə) vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının köməkliyi sayəsində azadlığa çıxmışdır. ( lakin faktiki olaraq dövlət büdcəsinə ödəmə haqqında heç bir sənəd olmamışdır) Həbsdən çıxmaq üçün onun Mingəçevir şəhərində “Azərpoçt”un işçisi olmuş Məlahət adlı qadınla qeyri-rəsmi nikahdan olmuş 2 azyaşlı qızına da dərhal öz soyadını verməklə adına rəsmiləşdirmişdir ki, cəzasını yüngülləşdirməklə məhkumluq həyatına son qoya bilsin.
Lakin təqdim edilən digər faktlardan görünür ki, Ü.Yusifov heç də törətdiyi cinayət əməlindən peşiman olmamış, əksinə “Azərenerji” ASC –nin sədri Balababa Rzayevlə gizli sövdələşərək 2018-ci ildə təyinat aldığı İstehsalat üzrə Operator rəisi olan və əsas vəzifəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir –tikinti işlərinə nəzarət etmək funksiyasını dəstəsilə birlikdə həyata keçirməklə dövlət büdcəsinə külli-miqdarda ziyan vurmaqda davam edir. Törətdiyi irimiqyaslı korrupsiya əməllərinə görə “Azərenerji” ASC sədri Balababa Rzayev tərəfindən 2019-cu ildə Üzeyir Yusifovu “peşəkar energetik” kimi Baş Prokurorluğa təqdimat göndərmək əvəzinə, bu təqdimatı dövlət başçısına göndərməklə Prezidentin 18 oktyabr 2019-cu il tarixli Sərəncamı əsasında o 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif etdirmişdir. Yəni, “Azərenerji” ASC sədri bilə bilə dövlət başçısını aldadaraq ona milyonlarla manat dövlət əmlakını mənimsəməkdə məhkum olmuş və öz korrupsiya əməllərini 2018-ci ildən sonra da yenidən daha peşəkarcasına davam etdirən Üzeyir Yusifovu ordenlə təltif etdirmişdir.

Məhkum korrupsioner Üzeyir Yusifova təqdim edilmiş “Əmək” ordeni

Məlumatın aydınlaşdırılması üçün “Azərenerji” ASC-nin sədri cənab B.Rzayevə 31 may və təkrar olaraq 9 iyun 2023-cü il tarixində təqdim etdiyimiz rəsmi sorğulara isə hələ də cavab verilməyib. Məsələ ilə əlaqədar əldə etdiyimiz digər məlumatdan məlum olmuşdur ki, “Azərenerji” ASC-nin məktublar və qeydiyyat şöbəsi göndərdiyimiz informasiya sorğusunu şəxsən cənab B.Rzayevə deyil, elə Ü.Yusifovun özünə iyunun 4-də Şəkidə “Marxal” istirahət Mərkəzindən qayıtdıqdan sonra təqdim etmişlər. Beləliklə, nəticəyə gəlirik ki, B.Rzayevə təqdim etdiyimiz sorğulara heç vaxt rəsmi cavab verilməyəcəkdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirik ki, külli-miqdarda dövlət əmlakını mənimsədiyinə görə məhkum edilmiş və hazırda yenidən “Azərenerji” ASC-də yüksək vəzifə tutaraq yenə dövlət əmlaklarının külli-miqdarda mənimsəməsi hesabına həyat yoldaşı Surğa Hüseyn qızının adına dəyəri milyonlarla ölçülən əmlakları sənədləşdirmiş Üzeyir Yusifova “Azərenerji” ASC təqdimatı əsasında 2019-cu ilin oktyabrın 19-da təltif edilmiş 3-cü dərəcəli “Əmək” ordeninin geri alınması və dövlətimizin başçısına saxta və əsassız təqdimatı yazan məsul şəxs barəsində qanuni tədbirlərin görülməsi zəruridir.
Bir daha xatırladaq ki, Ü.Yusifov uzun müddətdir energetika sahəsində çalışır və 2000-ci ildə 3 il məhkumluq həyatı yaşadıqdan sonra 2 il işsiz qalmış və 2005-ci ildən Gəncə Alminium Zavodunda TES rəisi işləmişdir. 2015-ci ildən 2018-ci ilədək “Azərişıq” ASC-nin Mingəçevir RETRŞ-nin müdirin 1-ci müavini vəzifəsində işləmişdir. Bu müddət ərzində Ü.Yusifov vəzifə səlahiyyətlərindən süi-istifadə etməklə Mingəçevir şəhərinin Maqomayev küçəsi 18/18 ünvanında yolun sağ və sol tərəfindəki yeni binaların hər birində özünə 115 kv m olmaqla 3 otaqlı mənzillər almışdır. Eləcə də Mingəçevir şəhərinin giriş hissəsində 10 sot torpaq sahəsi üzərində 2 ədəd bağ evi tikdirmişdir. Xatırladaq ki, 2015-ci ilədək Ü.Yusifov Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı xəstəxananın yanındakı köhnə binadakı 2 otaqlı təmirsiz evdə uzun müddət ailəsilə birlikdə yaşamışdır.
Ü.Yusifov 2018-ci ildə Şirvan şəhərində GRES-ə rəhbərliyi dövründə milyonlarla çirkli pullar qazanmağa başlamış və özünə ( həyat yoldaşı Surğa Hüseyn qızının adına rəsmiləşdirlməklə) çoxsaylı mülklər almışdır. Belə ki, Şirvan GRES-in söküntüsü zamanı satılması mümkün olan bütün avadanlıqların, transformatorların, onların yağlarını qanunsuz satılmasından ( məsələn, dövlət büdcəsilə dəyəri 100 min manat olan 1 transformatoru yararsız kimi sənəddə göstərməklə 9000 manata satmışdır) küli-miqdarda vəsaitlər əldə etmişdir. Digər təfədən, “Azərenerji” ASC prezidenti təyin edilmiş Balababa Rzayevin keçmiş katibəsi və yaxın dostu olmuş Ülviyyə və onun əri Fizuli ilə gizli sövdələşərək Şirvandakı DRES-də söküntü işlərinin icra edilməsini götürmüş və çıxan materialların tonajını rəhbər Ü.Yusifovun köməkliyi sayəsində mühafizə rəisilə gizli sövdələşərək sənəddə az göstərməklə çoxlu pul qazanıb birlikdə mənimsəmişlər.( Məsələn, 8 yük avtomobili söküntünü İdarənin çıxışında 3 avtomobil kimi sənədləşdirərək satıb mənimsəmişlər) Sonda “Azəreneji” ASC prezidentinə yalan hesabatlar verməklə onu aldatmışlar.
Verilən digər məlumata görə Şirvan GRES də işlədiyi zaman Ü.Yusifov xüsusi keyfindən də qalmırdı. Belə ki, Ü.Yusifov ASC-nin Bakıda, “ 20 Yanvarda”yerləşən idarədə yanına işə qəbul etdiyi 24 yaşlı Zeynalova Mehin adlı xanımı “Azərenerji”ASC-nin Şirvan şəhərində yerləşən GRES ərazisindəki qonaq evlərindən (kotejlərin) xüsusi ayrılmış birində hörmətli qonaqlara ( ASC-nin Bakıdan Cənub Regional İdarəsinə ezam olunmuş kişi işçilərə) xüsusi xidmət göstərməyi tapşırmışdı. Nəticədə, əvvəllər çox kasıb yaşayan bu qızın anasının adına çoxsaylı mülklər alıb hədiyyə etmişdir. Mehin xanım bu arada ərə getdi və nə oldusa 1 ay sonar boşandı. Mehin xanımın rəsmi iş yeri isə “Azərenerji” ASC-nin 20 Yanvar” da yerləşən ofisində formal olaraq ( “ölü can” kimi) getsə də, o indiyədək faktiki olaraq Cənub Regional İdarəyə ezam olunmaqla Şirvanda qonaq evlərində Ü.Yusifovun “xüsusi tapşırığını” yerinə yetirməklə məşğuldur.
Cənab Üzeyir Yusifovun xüsusi rəğbət bəslədiyi Mehin Zeynalova “Azərenerji” ASC-nin 20 Yanvarda yerləşən idarəsinin rəsmi işçisi olsa da, ona tez tez ( hər həftə) Cənub Regional İdarəyə həftəlik ezamiyyətə göndərir. Bu ezamiyyənin də cəmi 1 gününü Cənub Regional İdarədə, qalan 6 günün isə konkret olaraq Şirvan REŞ-də yerləşən, digər kotteclərdən hasarla xüsusi izolə olunmuş kotejdə ezamiyyətə gedən qonaqlara Üzeyirin göstərişilə faktiki olaraq qulluq göstərmək üçün xidmət göstərir.( Yəni kef məclisləri qurulur) Və hər dəfə digər ezam olunmuş işçilərdən fərqli olaraq Mehinə 2022-ci ilin aprelindən Cənuba həftəlik ezamiyyə xərci 2000 manat, digərlər işçilərə isə 350 manat hesablanır. Üzeyir Mehinə əvvəlcə 99RX754 nömrəli avtomobil, sonar isə yeni “KİA Soul” markalı 10 MY 290 nömrəli avtomobil də hədiyyə etmişdir. Ü. Yusifov M.Zeynalovanı həm də ən “SAVADLI” kadr kimi bütün regionlara ezamiyyətə getdiyi zamanda özülə birlikdə aparır??? Bu cütlüyü tez tez Salyan rayonun “Qarabağlı” restoranında birlikdə görürlər.
“Azərenerji” şefi məhkum milyoner məmuruna necə “ƏMƏK” ordeni təltif etdirdi… - ŞOK İDDİALAR

Ü.Yusifovun Mehin Zeynalova hədiyyə etdiyi ikinci avtomobil

Xatırladaq ki, 1958-ci il təvəllüdlü Üzeyir Yusifov Mingəçevirdə işə başladığı zaman onun təkcə bir şəxsi “Nissan Murano” markalı, 90 CS 838 dövlət nömrə nişanlı avtomobili vardı. Və o içkili vəziyyətdə həmin avtomobili 2015-ci ilin sentyabrın 12-də Göyçay rayonun Mirzəhüseynli kəndində aşırmış, nəticədə avtomobil tam yarasız vəziyyətə düşmüşdür. O dərhal qazandığı “çirkli”pullarla ilk olaraq özünə BMV X-5 markalı yeni avtomobil almışdır.
“Azərenerji” şefi məhkum milyoner məmuruna necə “ƏMƏK” ordeni təltif etdirdi… - ŞOK İDDİALAR

Ü.Yusifovun “Murano” markalı avtomobili qəzadan sonra

2018-ci ildən indiyədək isə onun korupsiya yolu ilə əldə etdiyi və dəyəri milyonlarla ölçülən əmlaklarının siyahısını təqdim edirik:

Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi , ev 26/32, mən., 53-də Masallı sakini Orduxandan aldığı və dəyəri 280000 manat olan 4 otaqlı mənzil,
Bakının Nəsimi rayonu, 28 May küçəsi, 33-də sabiq deputat Elxan Süleymanovun oğlundan 440000 azn-ə aldığı 4 otaqlı , 165 kv.m sahəsi olan təmirli mənzili,
Bakının Binəqədi rayonu, Novxanı qəsəbəsində, RES TİME restoranını dönəndən 300 m içəridə, transformatorun yanında dəyəri 500000 mant olan iki mərtəbəli villası,
Mingəçevir şəhəri, Maqomayev küçəsi 18/18-də yerləşən küçənin sağ və solundakı 12 mərtəbəli binalarda, 115 kv m sahəsi olan 3 otaqlı mənzillər.
Özünün etirf etdiyinə görə Balababa müəllimin ona bağışladığı 2 ədəd villa,
2019-cu il buraxılışlı, 99 VX 199 dövlət nömrə nişanlı, ağ rəngli 200000 manata aldığı Rang Rover avtomobili,
2020-ci il buraxılışlı, 99 ZR 199 nömrəli göy rəngli BMV X-6 avtomobili
CİP Camar markalı avtomobili,
2019-cu il burxılışlı KİA STİNGER markalı, 99 UC 199 nömrəli göy avtomobil,
Hazırda yeni 2022. Buraxılışlı Hundai Sonata, 77 PB 199 nömrəli xidməti avtomobilini idarə edir. Digərləri qarajda toz basır.
Qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan AY Beauty Gallery” gözəllik salonu.,
Bakı, Səbail rayonu, “Hökümət Evi”nin arxasında yerləşən binadan aldığı 500000 manat dəyəri olan mənzili,
Hazırda evində saxladığı 800000 AZN nağd pul kütləsi.
“Azərenerji” şefi məhkum milyoner məmuruna necə “ƏMƏK” ordeni təltif etdirdi… - ŞOK İDDİALAR
“Azərenerji” şefi məhkum milyoner məmuruna necə “ƏMƏK” ordeni təltif etdirdi… - ŞOK İDDİALAR

Ü.Yusifovun əmlaklarını həyat yoldaşı Surğa Hüseyn qızının adına rəsmiləşdirib

Bundan sonra təsəvvür etmək o qədər də çətin deyil ki, uzun müddət “Azərişıq” ASC-nin və hazırda “Azəenerji” ASC-nin sədri vəzifəsində işləyən cənab Balababa Rzayevin malik olduğu ( təkcə Nərimanov rayonu, Ziya Bünyadov prospektinin sağ və solundakı obyektlər) sərvətlərə bütübn Avropa ölkələrinin prezidentlərinin varidatları bir yerə toplansa belə üstün ola bilməz.
“Azərenerji” şefi məhkum milyoner məmuruna necə “ƏMƏK” ordeni təltif etdirdi… - ŞOK İDDİALAR

Balabab Rzayevə məxsus olduğu bildirilən “SANTRAL” mağazalar şəbəkəsi

Apardığımız araşdırma nəticəsində o da məlum olub ki, qeyd etdiyimiz korrupsiya faktlarının ört-basdır edilməsində çox vaxt dövlət strurukturu rəhbərlərinin himayəçiliyi və korrupsiya törətmiş dəstə üzvlərilə yaxın dostluq və işgüzar əlaqələrinin olması mühüm rol oynayıb. Məhz bu səbəbdən də dövlət büdcəsindən talanan yüz milyonlarla manat kimlərinsə şəxsi maraqlarına “qurban verilib”. Üstəlik, bu əlaqələrin arxasında daha böyük korrupsiya maraqlarının dayandığı da istisna olunmur.

Ona görə də hesab etmək olar ki, Binə ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovaya arxayın olaraq külli miqdarda dövlət əmlakını mənimsəməkdə davam edən məhkum məmuruna “ƏMƏK” ordeni üçün Prezidentə təqdimat yazaraq onu aldadan cənab Balabab Rzayev hərəkətlərində bir az ehtiyatlı olsa yaxşıdır.
Yazıda adı keçən şəxslərin söz haqqı tanınır.
Bizi izləyin.
Aktualinfo.org-un araşdırma qrupu
“Azərenerji” şefi məhkum milyoner məmuruna necə “ƏMƏK” ordeni təltif etdirdi… - ŞOK İDDİALAR

Ü.Yusifovun qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan AY Beauty Gallery” gözəllik salonu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"MedEra hospital" morqa çevrilir: ölümlərin statistikası, şikayətlər... - İLGİNC FAKTLAR

Bakıda “Medera” Hospitalı artıq morqa çevrilməkdədir. Klinika ölüm işləri, səhlənkarlıq üzrə ad çıxarmaqdadır. Belə ki, tibb mərkəzi qəssabxana təsiri bağışlamaqdadır. Sonuncu belə qurban elə hospitalın öz işçisi oldu. Plastik əməliyyat etdirən qadın vəfat edib. Anaxeber.info məlumat verir ki, bu haqda mətbuatda xəbərlər yayılıb. “Medera” hospitalının plastik cərrahı Günel Bayramlı klinikanın məlumat xidmətinin Aygün adlı əməkdaşını əməliyyat edib. Əməliyyat olunan xanım iki gün sonra evində ölüb. Onun plastik əməliyyat səbəbindən vəfat etdiyi bildirilir. “Medera” hospitalının icraçı direktoru Lalə Babayeva da ölüm faktını təsdiq edib. Vəfat edən qadın Göyçayda dəfn edilib. Lakin bu ilk belə hadisə deyil. MedEra Hospital”ında bu cür müəmmalı ölüm halları birinci hal deyil. 1947-ci il təvəllüdlü Məmmədova Tatyana Vladimirovna 25.12.2022-ci il tarixdə qaraciyər sirrozu, böyrək yetməzliyi diaqnozu ilə “MedEra Hospital”a daxil olmuşdu. Daha sonra qadın hər hansı cərrahi əməliyyata məruz qalmadan öz əcəli ilə xəstəxanaya daxil olduğu xəstəliklərdən 27 dekabr 2022-ci il tarixdə vəfat edib. Bundan əlavə, 2017-ci ildə də ölüm baş verib. 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu sözügedən klinikada dünyasını dəyişib. 2019-cu ildə isə Türkiyə vətəndaşı, 1960-cı il təvəllüdlü Mustafa Çakır Əcəmi Naxçıvani küçəsində yerləşən “Medera Hospital”da qəfildən ölüb.
Klinikadan şikayətlər də gün-boldur. İnternet resurslarında hospitaldan narazılıq edən vətəndaşların müraciətlərinə rast gəlmək olur. Misal üçün Evelina Şükürova adlı qadın 2016-cı ildə burun-dodaq əməliyyatı üçün sözügedən hospitalın direktoru və lor həkimi olan Qəhrəman Qəhrəmanova müraciət edib.O, əməliyyat üçün həkimə 2500 manat pul ödəyib. Evelina Şükürovanın sözlərinə görə, ödədiyi məbləğə baxmayaraq onun əməliyyatı uğursuz olub.
Digər bir şikayətə diqqət edək: Mustafayeva Məryəm İbrahim qızı deyir ki, “Medera” hospitalda fəaliyyət göstərən Əliosman Qədimbəyli vəzifəsindən və mənim savadsızlığımdan sui-istifadə edərək 1000 manat pulunu ələ keçirib dələduzluq edib. Onun sözlərinə görə, hazırda türkəçarə vasitəsi ilə müalicə olunub yaxşılaşmaq üzrədir, həkimin müalicəsi isə effekt verməyib, əvəzində pulu gedib. Həkim isə bildirib ki, kimə istəsən şikayət elə.
Habelə, vətəndaş Günay Cahangirova Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə ekspert kimi çıxan həkimdən şikayətçi olmuşdu. Cahangirova Günay “MedEra” Hospitalın Neyrocərrahı Əliosman Qədimbəylinin onu yanlış müalicə etdiyini iddia etmişdi. Bir sözlə, faktlar göz deşir və son olaraq da öz işçisi qurbanına çevrildi.
Qeyd edək ki, “MedEra Hospital” klinikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü “dərman işi” ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru, professor Fikrət Qədiməliyev tərəfindən idarə olunur. Yazıda adı keçən bütün tərəflərin, o cümlədən klinika rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

Anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağsunun icra başçısı NƏ GÜNƏ ORDA OTURUB? - icra nümayəndəsi və bələdiyyə sədri QOÇULUQ EDİR

Yəqin ki, hər kəsin yadındadır, 04 iyun 2023-cü il tarixdə xəbər portalımızda “Ağsuda icra nümayəndəsi və bələdiyyə sədri kənd sakinini “ölüm həddi”nə çatdırıblar- RƏZALƏT” başlıqlı məqalə yayımlamışdıq. Yayımladığımız məqalədə Ağsu rayonunun Kalva kənd icra nümayəndəsi Cavid Qədirovun və bu kəndin bələdiyyə sədrinin əlbir olaraq, Kalva kənd sakini, Birinci Qarabağ müharibəsi veteranı Hacıyev Alov Ağasan oğlunu “gözümçıxdıya salmaları” ilə bağlı hər kəsi məlumatlandırmışdıq. Belə bir başlıq altında məqalə yayımlandıqdan sonra, sanki öz-özlüyümüzdə düşünürdük ki, hər iki vəzifə sahibi çox yaxın günlərdə Alov Hacıyevə qarşı bəslədikləri aqressiyaya son qoyacaqlar. Səndemə zənnimiz bizi əməlli-başlıca yanıldır. Çünki, atalar demişkən “sən saydığını say, gör fələk nə sayır” deyimi çox keçmədi ki, özünü doğrultmağa başladı. Yəni, hər iki şəxs daşıdıqları vəzifənin imkanlarından sui-istifadə edərək, nəinki Alov Hacıyevə qarşı, hətta bizə qarşı da aqressiyanı artırdılar. Məsələn, iki-üç gün bundan öncə bir nəfər şəxs redaksiyanın rəhbərliyi ilə əlaqə saxlayır və həmin şəxs özünü Kalva kənd bələdiyyəsinin sədrinin əmisi deyə təqdim edir. Hətta, həmin şəxs özünü bu yöndə təqdim etdikdən az sonra redaksiyanın rəhbərliyinə hədə-qorxu gəlir və o, “mən sizi məhkəməyə verəcəyəm” deməyi də unutmur. Bəli, yayımlanan məqalədə qeyd olunan faktlarla bağlı qarşı tərəfin hər hansı narazılığı, qəbul etmədiyi hallar varsa, deməli o halda həmin şəxs(lər)in məhkəməyə müraciət etmək hüququnu heç kim qadağan edə bilməz.

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, bu gün də Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri, nə yolla olursa-olsun Alov Hacıyevə məxsus təsərrüfatı ləğv etməyə çalışırlar, amma onlar bu yöndə istəklərinə nail ola bilmirlər. Maraqlı hal odur ki, tərəflər bu kimi məsələlərlə bağlı indiyə kimi məhkəmələrdə çəkişsələr də, hər dəfə keçirilən məhkəmə proseslərində haqqı-ədalət müdafiə olunur və Alov Hacıyevin xeyrinə qərarlar çıxarılır. Hətta, Ağsu RİH başçısı cənab Rövşən Bağırov, Alov Hacıyevin təqdim etdiyi sənədlərə baxdıqdan sonra “Burada qeyri-adi nəsə yoxdur. Ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin sahədən təyinatı üzrə də istifadə olunur” deyir. Bütün bunların qarşılığında Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri yenə də iddia edirlər ki, guya qarşı tərəf Ağsu çayının yaxınlığında, hansı ki, hər kəsin “Köç” adı ilə tanıdığı ərazidəki tövləni qanunsuz tikdirib. Onların belə bir iddiaları dəfələrlə məhkəmələrdə “faş olunsa da” bu gün də hər iki vəzifə sahibi və onlara bu və digər formada havadaqlıq edənlər iyrənc əməllərindən əl çəkmirlər. Məsələn, təqribən iki-üç gün bundan öncə Kalva kənd icra nümayəndəsi Cavid Qədirov da redaksiya rəhbərliyinə zəng edir və o, “Alov Hacıyevin dedikləri ağ-yalandır və bizdə lazımi sənədlər var” deyir. Elə ki, tərəfimizdən ona “Siz lazımi sənədlərin surətlərini çəkin bizə göndərin” desək də, bir neçə dəqiqədən sonra icra nümayəndəsinə zəng çatmır. Deməli, bu şəxs də “qabaqdangəlmişlik” etməyə çalışır və onun bu yöndə düzüb-qoşmaq istədiyi oyunu baş tutmur.

Bu yöndə baş verənləri təhlil etdikdə onu da görmək mümkün olur ki, Birinci Qarabağ müharibəsi veteranı, 20 il ölkəmizin daxili işlər orqanlarında çalışan, hal-hazırda təqaüddə olan və bugünkü gündə şəxsi istəyi ilə təsərrüfat işləri ilə məşğul olan Alov Hacıyevə qarşı, Kalva kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin davam etdirdikləri aqressiya heç zaman uğur qazanmayacaq. Çünki, haqq-ədalət, mövcud qanunvericiliyin tələbləri və s. Alov Hacıyevin tərəfindədir. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik. //azerinfo.media//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlik Şəki təhsili ilə bağlı bu faktlara NƏZƏR SALSIN - İTTİHAM VAR!

"Şəki 2 sayli uşaq musiqi məktəbində biabırçı olaylar baş verir. Sizə bu məktəbdə direktorun, dərs hissə müdirinin nə hoqqalardan çıxdıqlarını yazmaq istəyirəm". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra bildirir: "Yəqin ki iki gün qabaq bəzi saytlarda geden Şəkidə musiqi məktəbində rusvət qalmaqali ilə bagli məsələni xatirlayirsiz. (https://oxu.az/society/738773)

Asagida yazacaqlarim iddia kimi səslənsə də həc biri iddia yox, faktlardir, sadece istəyirəm ki, mənim adım hallanmasin, cunki onlar mafiyadir, məni məhv ederler.
Amma dediyim faktlarin her birinin arxasindayam.
1. Direktor Tərlan Məmmədov və tədris dərs hissə müdiri Aynurə Soltanova əlbir olaraq dərs bölgüsü vaxtı əməlli-başlı bazar açıblar məktəbdə . Belə ki, hər tədris ilinin başında dərslərin bir saatını 500 manata satırlar. Həmin məbləği verməyən müəllimlərin isə dərs saatlarını 6-8 saata salırlar. Hətta Tərlan M. və Aynurə S. məktəbdə elə vəziyyət yaradıblar ki, ali təhsilli müəllimlər 6-8 saat, adi kollej bitirən orta ixtisaslı müəllimlər isə 20 və daha cox saat dərs deyirlər. Bunu Tərlan müəllimdən de dəqiqləşdirə bilərsiniz. Ki məktəbdə işləyən ali təhsilli muəllimlər ən az dərs saati olan, kollej məzunlari isə daha cox dərs saatina sahibdir. Səbəbini soruşsaniz sevinərik.
2. Məktəbdə bir çox müəllimlər var ki, adı bizim məktəbdə getsə də özləri ildə bir dəfə də olsa məktəbə gəlmirlər.Maaş kartları da ya Tərlan müəllimdədir, ya da Aynurə xanımda.Səsi kəsilsin dəyə 3 karti da xor şöbəsinin müdiri Gulnar müəllimə veriblər. Bunlara misal olaraq Bakıda yaşayan Emiliya Allahverdiyevani deye bilərəm. Bu il bir dəfə də olsun Şəkiyə gəlməyib, amma hər gun dərsə gəlir kimi qeyd olunur jurnallarda. Aynur Əsgərova adli müəllim də Bakıda yasayir, köhnə rəis olanda hər şənbə və bazar günləri, yəni 2 dəfə gəlib gedirdi, mədəniyyətə yeni rəis təyin olunan gunden o da məktəbə gəlməyi tərgitdi, indi dərsləri ya boş kecir, ya da basqa müəllim əvəz edir. İmelda Mustafayeva adlı müəllim də son bir ildə bir dəfə də olsun məktəbə gəlməyib, övladları Bakıda ali təhsil aldıqları üçün onlarin yaninda yaşayır. Bundan başqa Sveta Məmmədova və Təbriz Əhmədov da Şəkidə yaşasalar da illərdir dərsə gəlmirlər. Tərlan müəllim də pul müqabilində binlara soz demir. Hətta Sərxan Bayramov adlı tar müəllimi Şəkinin ən məşhur restoranında (VİP restoran) adminstrator işləyir. Səhər 10.00- gecə gec saatlara qədər həmin restoranda işləyən həmin müəllim dərs kecməyə bir dəfə də olsun məktəbə gəlmir..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
UNEC rektoru ilə bağlı ağır ittihamlar – İqtisad Universitetində nə baş verir?

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) cərəyan edən bəzi proseslər də öz intensivliyini artırıb. Mediada yer alan məlumatlara görə, rektor Ədalət Muradovun israrla tətbiq etdiyi yarıtmaz idarəçilik üsulları bu ali təhsil müəssisəsində bir müddət əvvəl yaranmış gərginliyi getdikcə daha da artırır. İlk növbədə əlbəttə ki, ADİU-da həyata keçirilən rüşvət yığımları tələbələrin və bəzi müəllimlərin ciddi narahatlığına və etirazlarına səbəb olan amil kimi çıxış edir. Universitetin daxilində olan mənbələr də verdiyi məlumatlarda təsdiq edirlər ki, Ədalət Muradovun ADİU-ya rektor təyin olunmasından sonra adıçəkilən təhsil müəssisəsi kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər isə, ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə artıb.

Rüşvət məzənnələri və bir qarşıdurmanın pərdəarxası…..

Son bir iki il ərzində ADİU-da rüşvətxorluq az qala rəsmiləşdi. Bununla bağlı saytımıza daxil olan məlumatda bildirilir ki, artıq tələbələr semestrdən semestrə artan rüşvət məzənnəsindən boğaza yığılıblar və hətta universitetdə baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət etmək barədə fikirlər də səsləndirilir. Əldə etdiyimiz məlumata görə,tədris ilində ADİU-da dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində “ödənişlər” müəyyən edilmişdi. Digər tərəfdən isə ADİU-ya işə qəbul məsələləri də artıq ciddi korrupsiya əməlləri ilə müşayiət olunmaqdadır. Qeyd etmək lazımdır ki, bu barədə məlumatlar ölkənin bir çox mətbu orqanlarında da yayımlanmaqdadır. Belə ki, yayımlanmış məlumatada universitetin keçmiş məzunlarından biri tərəfindən ADİU-ya işə qəbul olunmaq üçün müəllimlərdən birinə 4000 manat məbləğində rüşvət verildiyi iddiası irəli sürülmüşdü. Açıqlamalar görə rüşvətin alınması faktı Ədalət Muradovun rektor təyin olunmasından az sonra baş verib. Öz növbəsində pulu alan müəllim də şikayətçi ilə telefon danışıqları zamanı ona bildirib ki, bütün məbləği birbaşa rektora təhvil verib. Digər tərəfdən də Ədalət Muradovun ADİU-nun keçmiş rektoruna qarşı apardığı antitəbliğat kampaniyası da universitetdə mövcud gərginliyin artmasını stimullaşdırır. Bununla belə etiraf etmək lazımdır ki, müxtəlif instansiyalara Şəmsəddin Hacıyevə qarşı “kompramat” xarakterli məlumatların ötürülməsinə daha əvvəldən başlanmışdı və prosesdə ADİU-nun bəzi əməkdaşlarının da yaxından iştirakı olmuşdu.

Əldə etdiyimiz başqa bir məlumatda Ədalət Muradovun Şəmsəddin Hacıyevə qarşı apardığı kampaniyanın fərqli səbəbləri də diqqət mərkəzinə çəkilmişdi. Mənbə bildirmişdi ki, illər öncə İqtisad Universitetinin müəllim heyətinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə, məhz Şəmsəddin Hacıyevin təşəbbüsü əsasında “İqtisadçı-2005” MTK şirkəti təsis olunub. Məlumata görə bu şirkət hazırda kifayət qədər rentabelli bir müəssisəyə çevrilmişdir. Ədalət Muradovun Şəmsəddin Hacıyevə qarşı apardığı kampaniyanın daha bir məqsədi də məhz bu şirkət üzərində nəzarəti ələ keçirmək olub…

Prezident sərəncamına sayğısızlıq…

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov son zamanlar sensasiya sayıla biləcək şok addımlar atmaqdadır. Aşağıdakı yazıda rektorun adına bağlı sensasion faktları diqqətinizə çatdıracayıq. İlk olaraq onu bildirək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun rəhbəri olduğu universitetin adı ilə bağlı atdığı hüquqi addımlar isə artıq siyasi özbaşınalıq kimi də dəyərləndirilə bilər. Belə ki, rəsmi “Azərbaycan” qəzetinin 17 yanvar 2016-cı il tarixli sayında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun imzası ilə ““Thomson Reuters”ə çıxış universitetlərin dünya elminə inteqrasiyasını sürətləndirəcəkdir” başlıqlı məqaləsi dərc olunub… Məqalənin mahiyyəti bizim üçün maraqlı deyil və diqqəti çəkən, narahatlıq doğuran başqa məsələdir. Daha doğrusu, rektor Ədalət Muradovun Prezident İlham Əliyevin onu rector təyin etməsi haqqında imzaladığı 5 mart 2014-cü il tarixli sərəncamına görünməmiş hörmətsizliyidir. Budur, Prezidentin Sərəncamında deyilir:

“Ə.C. Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2014-cü il”.

Bu da Ə.Muradovun məlum məqaləsinin vacib hissəsi: “… Yaxın dövr ərzində UNEC-də “Thomson Reuters”in elmi platformaları da daxil olmaqla, dünyanın əksər nüfuzlu elmi platformalarına elektron qaydada tam çıxış imkanlarına malik, eləcə də rəflərində ən müasir elmi və populyar nəşrlərin olduğu müasir bir kitabxananın açılışının edilməsi planlaşdırılır. Hesab edirik ki, belə bir kitabxananın istifadəyə verilməsi UNEC-də həm tədris prosesinin, həm də elmi fəaliyyətlərin informasiya təminatını köklü şəkildə yaxşılaşdıracaq və UNEC-i dünya səviyyəli universitet olma yolunda bir addım daha önə aparacaqdır.

Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor
Elşən BAĞIRZADƏ, UNEC rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru”.

Göründüyü kimi, Prezident Sərəncamında vəzifəsi “Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru” göstərilsə də, professor Ədalət Muradov rəsmi dövlət qəzetində (həmçinin universitetdaxili əmrlərdə) vəzifəsini “Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor” kimi göstərir.

Biz bu adın mənasını aydınlaşdırmağa çalışdıq. Məlum olur ki, rektor bunu 30-cu ildə bu təhsil ocağında hansısa bir ingilisin olması şərəfinə belə bir ad seçib və bunu beynəlxalq əmtəə nişanı kimi tanıtmaq və təbliğ etmək fikrindədir.

Əcaba, bu ingilisin şərəfi Azərbaycan Prezidentinin Sərəncamından, Azərbaycanın dövlət dilinin mahiyyətindən və nəhayət, milli maraqlarımızdan irəli və şərəflidirmi???

Rektorun adı MTN işində: Vidadi Zeynalovla əlaqələr…

Rektor Ədalət Muradovun adı hallanan digər bir qalmaqallı məsələ MTN işi ilə bağlı həbs olunmuş Vidadi Zeynalovla bağlıdır. Məlumat üçün bildirək ki, Vidadi Zeynalov 1995-ci ildə Bakı şəhər Maliyyə İdarəsində əvvəlcə şöbə rəisi vəzifəsində çalışıb, sonra isə Bakı Maliyyə İdarəsinin rəisi olub… Ta 2000-ci ilədək, yəni Azərbaycan Dövlət İqtisad Universitetinə işə qəbul olunanadək. O, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb, 2004-cü ildən isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib… Bu təyinatda onun MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun böyük rolu olub… Sonradan məlum MTN işi ilə bağlı Vidadi Zeynalovun MTN-də Tədris Mərkəzinin rəhbəri olan qardaşı Vahid Zeynalov da işdən azad olunaraq, istintaqa cəlb olunub. Vidadi Zeynalovun Dövlət İqtisad Universitetinin indiki rektoru Ədalət Muradovla, prorektor, KİV-lərdə adı tez-tez hallandırılan Damət Bağırovla olduqca sıx əlaqələri olub. Bu yaxınlıq onunla təsdiqlənir ki, məsələn, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalov cavan və təcrübəsiz olsa da, universitet Həmkarlar Komitəsinin rəhbəri təyin olunub. Pərviz Zeynalov hazırda rektor Ədalət Muradovun və rektor Ədalət Muradovun xüsusi işlər üzrə prorektoru olan Əziz Əzizovun dəstəyi ilə tezliklə dissertasiya müdafiə edib. Ən maraqlısı budur ki, Vidadi Zeynalov 2004-cü ildə Rabitə Nazirliyinə təyinat alandan sonra da İqtisad Universitetində baş müəllim kimi uzun illər maaş alıb.

Ədalət Muradov Vidadi Zeynalovun qanunsuz maaş almasını istintaqdan niyə gizlədib?

MTN işi ilə bağlı Vidadi Zeynalov həbs olunandan sonra Azərbaycan Baş Prokurorluğunun Baş İstintaq İdarəsi bu qanunsuz maaş alma məsələsinə rəsmi aydınlıq gətirilməsi üçün Dövlət İqtisad Universitetinə rəsmi sorğu da göndərib. Bəs rektor Ədalət Muradov bu rəsmi sorğuya necə cavab verib? Məlumatlardan və real vəziyyətdən belə bəlli olur ki, Azərbaycan Dövlət İqtisad Universitetində MTN işi ilə bağlı həbs olunmuş Vidadi Zeynalovun müdafiəsi ilə bağlı rektor Ədalət Muradov səviyyəsində əməlli-başlı müdafiə sistemi qurulub… Sual yaranır: rektor Ədalət Muradov Vidadi Zeynalovun Rabitə Nazirliyində işləyə-işləyə həm də İqtisad Universitetindən məvacib alması kimi korrupsiya əməlini niyə bütün səyi ilə istintaqdan gizlətməyə çalışıb? Dövlət İqtisad Universitetində bilməyən yoxdur ki, Vidadi Zeynalovun doktorluq işi (?) həbsindən az əvvəl məhz rektor Ədalət Muradovun birbaşa rəhbərliyi ilə seminardan keçirilmişdir… Bu isə rektorun himayəsi olmadan mümkün olmayan bir məsələdir.

Prorektor Əziz Əzizov rüşvətlə işdən qovulmuş dosenti hansı yolla işə bərpa etdirib?

Rektor Ədalət Muradovun 28 noyabr 2014-cü ildə imzaladığı 155-\//\|3 saylı əmri də olmaqla bir neçə sənədin surətini təqdim ediblər. Bu sənədlər sırasında bir neçə əmr də var… Məlum olur ki, Dövlət İqtisad Universitetində Beynəlxalq Münasibətlər fakültəsi vardır və bu fakültədə bir müddət əvvəl görünməmimş bir qalmaqal olub. Belə ki, 4 il kəsiri olan bir neçə tələbə dövlət imtahanına buraxılmışdır. Bu məsələnin üstü açılanda rektor Ə.Muradov bərk qəzəblənib və məcbur olaraq əmr imzalayıb ki, bu fakültədə korrupsiya məsələsi vardır və s. Lakin sehirli çubuq həmin əmrin icrasını gedər-gəlməzə yola salıb.

***

Bundan başqa, əmrlərdən biri də Dövlət İqtisad Universitetinin MBA (magistratura) direktoru Rövşən Quliyevlə bağlıdır. Lakin yenə də rektor Ədalət Muradovun əmrini niyə sonradan «don vurub», bax bu çoxsaylı suallar doğurur. Həmçinin Dövlət İqtisad Universitetinin «İqtisadi nəzəriyyə-1» kafedrasının dosenti Aydın Bayram oğlu Məmmədovun universitetdə hamıya məlum əməli ilə bağlı rektor Ədalət Muradovun verdiyi əmrin sonrakı taleyi barədə maraqlı faktlar üzə çıxıb…

-Bəs bu qalmaqallı əmr necə yerinə yetirilib?
-Rektor Ədalət Muradovun həmin əmrində nələr etiraf olunur?
-Əmrin icrası kimə həvalə olunub və icrası hansı səviyyədə tamamlanıb?

Azərbaycan Dövlət İqtisad Universitetin bitib tükənməyən NARAZILIQLAR….

Xəbər verildiyi kimi, bu narazılıqların ən vacibi rektorun Türkiyənin bəlli universitetlərində təhsil almışlara «gənc kadrlar» adı altında üstünlük verməsi ilə digər müəllimlərə «keçmişin qalığı» kimi münasibət bəslənilməsini ortaya qoymaqdadır. Və çox təəssüflər olsun ki, bu nəzərlərin hər gün Domokl qılıncı kimi onların başının üstünü kəsdirməsi, əmək haqlarına, digər imtiyazlarına təsir etməsi fakt olaraq qaçılmazdır. Bu barədə fikirlərini bildirən müəllimlərin dərdini başa düşmək çətin deyil… Məcburuq bu ifadəni də işlədək, islahatçı rektorun nəzərlərində qocaman sayılan professor-müəllim heyəti hələ də bir suala cavab axtarır: axı necə oldu ki, 30-40 il müəllimlik fəaliyyəti ilə məşğul olan, onlarla, yüzlərlə elmi kadrlar hazırlayan müəllimlər dura-dura, rektor Ədalət Muradovun yaxın dostu, bir dəfə də olsun auditoriyaya daxil olaraq dərs deməmiş sabiq maliyyə naziri Əvəz Ələkbərov «Əməkdar müəllim» Fəxri adına layiq görüldü?

«Rektor bir tərəfdən ADİU-ni Türkiyə universitetlərində oxumuş gənc kadrların ixtiyarına verir, digər tərəfdən isə görünməmiş bir addım atır, sabiq maliyyə nazirini əvvəlcə ADİU-da kafedra müdiri təyin edir, ardınca isə onu «Əməkdar müəllim» etdirir? Bun ə öhdəlikdir görəsən? İstərdik ki, rektor Ədalət Muradov bu suala cavab versin. Xatırladırıq ki, Prezident İlham Əliyevin 2017-ci ilin iyulun 20-də imzaladığı sərəncamla ADİU-nun işə yeni təyin edilmiş kafedra müdiri, sabiq maliyyə naziri Əvəz Ələkbərova «Əməkdar müəllim» Fəxri adı verilib. Bu hadisə isə uzun müddətdir burada çalışan professorları qəzəbləndirmişdir və onların Prezident İlham Əliyevə ünvanladıqları müraciətlərində deyilirdi: «Cənab Prezident! Siz həmişə haqqın və ədalətin yanında olmusunuz. Amma Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun adı ilə əməli uyğun gəlmir. Belə ki, onun Təhsil Nazirliyinə göndərdiyi təqdimat əsasında ötən il tələm-tələsik kafedra müdiri təyin edilmiş sabiq maliyyə naziri Əvəz Ələkbərova «Əməkdar müəllim» Fəxri adı verildi. Təsəvvür edin ki, ADİU-da 1600-dən çox müəllim çalışır, onların böyük əksəriyyətinin 30, 40, hətta 50 il peşəkar müəllimlik stajı var. Amma onlar durra-dura universitetdə bircə saat belə dərs deməmiş Əvəz Ələkbərov birdən-birə «Azərbaycanın Əməkdar müəllimi» Fəxri adına layiq görülür. Ən maraqlıdır ki, sərəncamda protokol qaydalarına uyğun yazılıb ki, «…Ə.Ələkbərov Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib», -deyən müəllimlər əlavə edirlər: “Cənab Prezident! Biz Sizə Əvəz Ələkbərovun tərcümeyi-halını göndəririk. Orada onun bircə saat belə bu universitetdə dərs dediyi yazılmayıb. Bəs necə olur ki, o, rektor Ədalət Muradovun təqdimatı əsasında bu fəxri adı alır?».

Muradovun magistatura oyunu…

…Ölkəmizin ali təhsil müəssisələrində magistratura hazırlığı ilə bağlı bir müddət əvvəl apardığımız araşdırmalar maraqlı məqamları üzə çıxarıb

İlk növbədə “Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında” Əsasnamənin və Magistr hazırlığı (magistratura) haqqında Azərbaycan Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli, 15 saylı qərarının icrası və şərtlərinə necə əməl olunmasını öyrənmişdir. Bunun üçün seçmə yolu ilə BDU, “Xəzər” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti götürülmüşdür.

Olduqca kobud qanun pozuntusu aşkar edilən isə Dövlət İqtisad Universiteti olmuşdur.

Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı haqqında” Əsasnamə necə pozulub?

Xatırladaq ki, magist hazırlığı haqqında “Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı haqqında” Əsasnamə və müvafiq olaraq Nazirlər Kabinetinin uyğun qərarı vardır. Əsasnamənin 1.1. bəndində yazılır ki, “Çoxpilləli ali təhsil sistemində magistratura ali təhsilin ikinci pilləsi olub, müəyyən ixtisas üzrə sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlanması məqsədini güdür”. Çox yaxşı. Və Əsasnamənin 2.2.-ci bəndində isə deyilir: “Magist hazırlığı yüksək ixtisaslı elmi-pedaqoji kadrları, müasir tədris və elmi-tədqiqat laboratoriyaları, tədris və fənn kabinələri, zəngin elmi kitabxanası, tədris-təcrübə və istehsalat sahələri, elmi-tədqiqat institutları olan ali təhsil müəssisələrində ali təhsil müəssisələrində ali təhsilin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş təhsil istiqaməti və ixtisaslar üzrə açılır”.
Gəlirik mətləbə: Əsasnamənin 3.1.-ci maddəsində xüsusi olaraq qeyd olunur ki, “Magistratura təhsil pilləsində kadr hazırlığına iddiaçı olan təhsil müəssisəsində (oxu: ADİU.Red.) istiqamət üzrə tədris prosesini təmin edən elmi-pedaqoji kadrların ümumi sayının ən azı 50 faizi, ixtisas üzrə isə ən azı 5 nəfəri elmi dərəcəli olmalıdır”.

Bəs magistrlərə təyin edilmiş elmi rəhbərlər kimlər ola bilər?

Beləliklə, “Əsasnamə”də daha sonra oxuyuruq: “Magistrantların elmi rəhbərlərinin tədris prosesində iştirakı üçün: – müvafiq magistr təhsil proqramı üzrə dərsliklərin (dərs vəsaitlərinin) və ya elmi əsərlərin (araşdırmaların) müəllifi olması; həmin magistr təhsil proqramı üzrə ən azı bir əsas və ya ixtisas kursunu aparması zəruridir”.
Aşağıda Azərbaycan Dövlət İqtisad Universitetində magistrlərə təyin olunmuş elmi rəhbərlərin bu şərtlərə uyğunluğunu bir-bir araşdırdıq və təəssüf hissi doğuran mənzərə ilə rastlaşdıq.
ADİU-da magistrlər istehsalatdan ayrılmaqla təhsil alırlarmı?

Bu suala cavab vermək üçün Əsasnamənin 5-ci bəndinə diqqət edək. “Magistr proqramına qoyulan ümumi tələblər” bölümündə bu vacib elementlər sadalanır. Əsasnamənin 5.2.-ci maddəsində qoyulan əsas şərt isə belədir: “5.2. Magistraturada təhsil istehsalatdan ayrılmaqla həyata keçirilir…”.

Araşdırmamız sübut edir ki, məsələn, iqtisad elmləri doktoru, professor Kəlbiyev Yaşar Atakişi oğlu ADİU-da Magistratura Mərkəzinin rəhbəridir və özü isə 5 magistrə rəhbərlik edir. Öyrəndik ki, o, “Azərsu” ASC-də iş saatı 09-18:00-a qədər olan böyük bir idarənin rəisidir. Belə çıxır ki, onun elmi rəhbəri olduğu magistrlər axşam saat 18:00-da işdən çıxan rəisin, deməli, həm də elmi rəhbərin, mühazirələrini yalnız axşam saat 19:00-dan sonra dinləyə bilərlər. Belə çıxır ki, həmin mağistrlər bütün günü ya evdə oturub Yaşar Kəlbiyevin işdən çıxmasını gözləməlidirlər, ya da hardasa istehsalatda çalışıb axşam düşəndə də dərsə gəlməlidirlər. Elmi fəaliyyətə könül vermiş mağistrin isə istehsalatdan ayrılmadan mağistrliyinə isə “Əsasnamə”də qadağa qoyulub.Onu da xatırladaq ki.UNEC də magistrlər gecə dərsə gedirlər.

Rektor Ədalət Muradov Nazirlər Kabinetinin qərarını kobud surətdə pozduğunu rəsmi cavabı ilə etiraf edir…

Bəs ADİU-da magistrlərə elmi rəhbərlərin təyinatı “Əsasnamə”yə və Nazirlər Kabinetinin müvafiq qərarlarına necə uyğundur? Bu sual bir müddət əvvəl ADİU rəhbərliyinə göndərdiyimiz rəsmi sorğuda da ifadə olunmuşdur. Lakin verilən cavablar göndərilən rəsmi cavabı qətiyyən ifadə etmirdi deyə, biz əlavə araşdırmalara başlamışdıq. Ortaya isə görün nələr çıxmışdır. İlk növbədə gəlin magistrlərə elmi rəhbərliyə kimlərin təyin oluna bilməsinin qanuniliyini araşdıraq. Məsələn, “Əsasnamə”nin 5.3 bəndində konkret olaraq yazılır ki, “5.3. Magistraturada tələbənin təhsilinə elmi rəhbərlik həmin ali təhsil müəssisəsində işləyən, elmi dərəcəsi və yaxud elmi adı olan və bu Əsasnamənin 3.4. və 3.5. bəndlərinin tələblərinə cavab verən elmi rəhbər tərəfindən tələbənin fərdi planına müvafiq olaraq həyata keçirilir” (“Əsasnamə”də o da qeyd edilir ki, “Bir nəfərə beşdən çox tələbə-magistr rəhbərlik etməyə icazə verilmir”.

Rektor Ədalət Muradov magistr hazırlığı haqqında “Əsasnamə”ni və Nazirlər Kabinetinin müvafiq qərarını kobud surətdə pozub…

Beləliklə, Araşdırma Qrupumuz ADİU-da mağistraturada baş verən qanunsuzluqları aşkarlamaq üçün universitetin özünün rəsmi saytından götürülən və təhsil ekspertləri tərəfindən dəqiqləşdirilən (http://unec.edu.az/application/uploads/2017/07/Dissertasiya-movzulari-09.01.191.pdf) siyahını öyrəndi, təhlil etdi, həm də magistrlərə təhkim olunmuş müəllimlərin siyahısını ayrıca təftiş etdi. Ən dəhşətlisi budur ki, rektorluqda bu sahəyə nəzarət edən rəhbər işçilər “Əsasnamə”nin 5.3 bəndindəki şərtlərdən, sanki xəbərsizdirlər. Eləcə də Nazirlər Kabinetinin müvafiq qərarından.

Diqqəti çəkən odur ki, “Əsasnamə”də birmənalı olaraq yazılsa da ki, “Magistraturada tələbənin təhsilinə elmi rəhbərlik həmin ali təhsil müəssisəsində işləyən, elmi dərəcəsi və yaxud elmi adı olan və bu Əsasnamənin 3.4. və 3.5. bəndlərinin tələblərinə cavab verən elmi rəhbər tərəfindən tələbənin fərdi planına müvafiq olaraq həyata keçirilir”, yenə də rektorun tapşırığı və ya göstərişi ilə mağistrlərə elmi rəhbərlər universitetin professor və elmlər doktorları, dosentləri dura-dura, kənardan gətirilir. ADİU-da mağistrlərə təyin edilmiş sıravi, elmi adı olmayan və kənardan elmi rəhbər təyin edilmiş müəllimlərin (2 nəfər istisna olmaqla) siyahısını təqdim edir:

1. İ.e.d., prof. Kəlbiyev Yaşar Atakişi oğlu (“Azərsu”yun idarə rəisi)-5 magistr,
2. Növrəsli Tərlan Növrəs-3 mağistr, su üzrə fəlsəfə doktoru;
3. İ.e.n. Cəfərov Elxan Orxan- 2,
4. İ.e. n. Əhmədov Zaur Qalib- 5,
5. İ.ü.f.d. Səfərli Elmir Novruz-4,
6. İ.ü.f.d. Tanrıverdiyev Qalib Əvəz-2,
7. İ.e.n. Rəfiyev Aydın Ağaəli-2,
8. İ.ü.f.d. Bədəlov Elnur Şakir-4,
9. İ.ü.f.d. Babayev Tural Söhbət-5,
10. İ.ü.f.d. Paşacanov Anar Aydın-4 (o, əslində kimya üzrə fəlsəfə doktorudur, amma saytda yalandan i.ü.f.d. yazıblar),
11. H.ü.f.d. Abbasbəyli Mustafa Aslan-5,
12. İ.ü.f.d. Hüseynova Alidə Teymur-2,
13. İ.ü.f.d. Atakişiyev Ruslan Bahyəddin-4,
14. İ.ü.f.d. Əlizadə Namiq Zahid-3,
15. İ.ü.f.d. Sultanov Firudin Oktay-2,
16. İ.ü.f.d. Məmmədova Sevinc Rəfail-2,
17. İ.ü.f.d. Məmmədov Anar Rauf-4,
18. İ.ü.f.d. Quliyev Elsevər Nizami-3,
19. İ.ü.f.d. Muradlı Neman İmran-1(0,5 ştatda dərs deyir, ona elmi rəhbərlik olmaz, elmi dərəcəsi yoxdur),
20. İ.ü.f.d. Abbasov Ceyhun Abbas-3,
21. İ.ü.f.d. Muxtarov Şəhriyar Zahid-3,
22. İ.ü.f.d. Hacıyev Ceyhun Gülməmməd-1,
23. İ.ü.f.d. Mürsəlli Nicat Yusifəli-1,
24. İ.ü.f.d. Mikayılov Fərhad Qamboy-1,
25. İ.ü.f.d. Əhmədov Adil Aydın-3,
26. İ.ü.f.d. Məmmədov Aqil Arif-1,
27. İ.ü.f.d. Alıyev Xətai Şahin-4,
28. İ.ü.f.d. Əkbərov Şahin Şükür-2,
29. Riy.ü.f.d. Rzayeva Ülviyyə Şahin-1,
30. İ.ü.f.d. Bəşirov Xəqani Sərdarxan-4,
31. İ.ü.f.d. Muradov Rəşad Hüseyn-3,
32. İ.ü.f.d. Musayeva Fərqanə Qəzənfər-3,
33. İ.ü.f.d. Abdullayeva Rəsmiyyə Sabir-1,
34. İ.ü.f.d. Bağırzadə Murad Manaf-1,
35. İ.ü.f.d. Muradova Hicran Rafiq-3,
36. İ.ü.f.d. Talıbov Ceyhun Şahmar-4,
37. İ.ü.f.d. Sofiyeva Ofelya Sadıx-3,
38. İ.ü.f.d.Fərzəliyeva Süsən Vaqif-1,
39. İ.ü.f.d. Hüseynov Təhmasib Faiq-1,
40. İ.e.d. Səməndərov Seyfəddin Sabir-1,
41. İ.e. dok.pr. Novruzov Vahid Tapdıq-1,
42. İ.ü. f. d. Abbasov Ceyhun Abbas-1,
43. İ.ü.f.d. Eyvazov Aqil Afdandil-5.

Mağistrlərə elmi rəhbər özbaşınalığı ADİU-dan külli miqdarda dərs yükünün kənara daşınmasına səbəbdir…

Xatırladırıq ki, Azərbaycan Dövlət İqtisad Universitetində, əvvəla, bu ilki 77 mağistrlərə görə 4620 saat dərs yükü 24 elmi rəhbər arasında paylanıb. Təyin edilmiş bu elmi rəhbərlər, professor Y.Kəlbiyev və professor V.Novruzov istisna olmaqla, qalanları (22 nəfəri) qanunsuzdur, elmi dərəcəsi və elmi adları yoxdur, yaxud kənar şəxslərdir. Yəni, onlar professor və ya dosent deyillər.

Bundan başqa, “Əsasnamə”yə zidd olaraq əlavə 22 adi müəllimə 60 magistr verilib (3600 saat dərs yükü).
Həmçinin 15 baş müəllimə isə yenə də “Əsasnamə”yə zidd olaraq 47 mağistr verilib (2820 saat).
Beləliklə, ADİU-nun mağistratura şöbəsində 47+60+77=184 mağistr x 60 saat= 11040 saat!

Araşdırma Qrupumuz yuxarıdakı siyahını və universitetdən kənara daşınan dərs yükünü və ona müvafiq əmək haqqını ictimailəşdirir… Və çox istərdik ki, ADİU rektoru Ədalət Muradov, eləcə də universitetdə mağistraturaya rəhbərlik edənlər elmi rəhbər siyahısının “Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında” Əsasnamənin və Magistr hazırlığı (magistratura) haqqında Azərbaycan Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli, 15 saylı qərarının şərtlərinə necə uyğun olduğunu müəyyənləşdirsinlər. Sonda isə elə özlərinə sual versinlər: “Əsasnamə”yə tam zidd olaraq ADİU-nun tanınmış iqtisadçı alimlərini maaşla, “Reytinq cədvəli” ilə imtahana çəkərək onlara çatası dərs saatlarının elmi dərəcəsi və elmi adları olmayan, kənar müəllimlərə, iş adamlarına… verilməsi nə dərəcədə ədalətlidir???

İnanırıq ki, bu sual cavablandırılması üçün çətin olmayacaq. Çünki hər şey ortadadır. Qanun və qaydalar da, gələcəyimizin alimləri olacaq mağistrlərə elmi rəhbərlik və onlara elmi münasibət də. Amma bütün suallara təbii ki, yuxarıda adlarını çəkdiyimiz rəsmi dövlət qurumları cavab verəcək.

MURADOV REKTOR OLMAQ TƏHLÜKƏSİ OLAN PROREKTORU NİYƏ UZAQLAŞDIRDI ?

İlk öncə prorektorun işdən azad olunma xeberini sizə təqdim edirəm.

Azərbaycan Dövlət İqtisad Universietinin tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayev azad edilib.

Bu barədə ADİU-nun rektoru Ədalət Muradov özünün feysbuk səhifəsində yazıb. “Universitetin tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayevi öz ərizəsinə əsasən tutduğu vəzifədən bu gün azad etdim.

Belə başa düşmək olar ki, Anar Rzayev başqa işə təyinat alıb. Amma hansı işə? Sosial şəbəkələrdə bu işdənçıxmanın universitetdaxili bəzi problemlərdən qaynaqlandığı bildirilir. Çünki bir müddət əvvəl Anar Rzayevin ADİU-nun rektoru olacağı barədə məlumatlar dolaşırdı..

Bəli Ədalət Muradov özünü çox ağıllı hesab edir. Amma o başa düşmür ki, elin gözü tərəzidir. Hər kəs hər şeyi görür və anlayır. O qədər qanunsuzluq edirsən ki,işləyənlərə də təhlükə kimi yanaşırsan.Onların uğurunu özünə maneə kimi görürsən.Bunun bir adı var.NARSİSTLİK…

Hər zaman özünü rüşvət və korrupsiyadan uzaq biri kimi cəmiyyətə sırıyan rektor düşünürmü ki,günlərin birində onunla bağlı çox ciddi araşdırmalar olacaq ?

Onunla bağlı geniş mühakimələr aparılacaq ?

Kəsr-imtahan biznesindən yeyilən milyonların izinə düşəcəklər.Gerçəklər,olunan maxinasiyalar bir-bir üstü açılacaq.
Büdcədən yeyilən milyonların,şişirdilmiş mühasibatlıq çeklərinin bir-bir dalına düşüləcək.Tender adı altında yeyilən milyonların izinə əlbətdəki düşüləcək.Sizin canınız bir dənə ədalətlə aparılmış hesablama palatasının audit yoxlamasındadır.

Yoldaş Ədalət Muradov!
Bilirsiniz ki, əbədi heç nə yoxdur.
Həyat da vəzifədə…

Gün gələcək açdığınız bazarı bağlayacaqlar və sizləri mühakimə edəcəklər.O gün heç də uzaqda deyil.///yenisozcu.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
RESTORANLAR NİZAMİ KÜÇƏSİNİ BELƏ ZƏBT EDİB… – Başqalarına qan qan deyən təşkilatlar bunu görməzdən gəlirlər - FOTO

Havaların isinməsiylə yol kənarı, səki və küçələri zəbt edən kafe, restoranlar artıb. Hazırda nizami küçəsində hərəkət etməyə yer yoxdur.

Tribunainfo.az xəbər verir ki, restoran və kafelər daha çox müştəri cəlb etmək üçün yol kənarlarını, küçələri zəbt edirlər. Şəhər mərkəzində vəziyyət daha da acınacaqlıdır. Nizami küçəsində gəzinti üçün yer qalmayıb, restoranlar küçələri zəbt edib, açıq hava məkanları yaradıblar. Sakinlərin narahatlığı və şikayəti nəzərə alınmır. Nizami küçəsində gəzməyə yer qalmasa da, bu nə restoran sahiblərini, nə də icra hakimiyyətini narahat etmir.Tribunainfo.az
RESTORANLAR NİZAMİ KÜÇƏSİNİ BELƏ ZƏBT EDİB… – Başqalarına qan qan deyən təşkilatlar bunu görməzdən gəlirlər - FOTO
RESTORANLAR NİZAMİ KÜÇƏSİNİ BELƏ ZƏBT EDİB… – Başqalarına qan qan deyən təşkilatlar bunu görməzdən gəlirlər - FOTO

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO