[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıtdı


AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, təyyarə yerli vaxtı ilə saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aktyorlar nə düşünürlər: - Azərpaşa Nemətovun yerinə kim gələcək?


Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov vəfat edib. Azərpaşa Nemətovdan sonra teatrın bədii rəhbərinin kim olacağı maraq doğurur.

Bəs Akademik Milli Dram Teatrının aktyorları Azərpaşa Nemətovun yerində kimi görmək istəyərlər?

Oxu.Az-ın əməkdaşı bu məsələ ilə bağlı teatrın aktyorları arasında sorğu keçirib.

Xalq artisti Firəngiz Mütəllimova bədii rəhbər kimi görmək istədiyi xüsusi bir şəxsin olmadığını söyləyib:

“Mən deyə bilmərəm. Kim məsləhətdirsə, o da gəlsin. Mənim üçün problem yoxdur. Elə bir şəxs yoxdur ki, deyim ki, “mən onu görmək istəyirəm”. Mən öz işimdəyəm. Teatrda fəaliyyət göstərirəm. Hərzamankı kimi tamaşalarımı oynayıram”.

F.Mütəllimova sonda əlavə edib ki, elə bir insan gəlsin ki, o, teatrın dirçəlişində, əvvəlki hallara qayıtmasında bizə kömək olsun.

Xalq artisti Əli Nur həmkarı Xalq artisti Nurəddin Mehdixanlını bədii rəhbər olaraq görmək istədiyini qeyd edib:

“Kadr məsələsi bizlik deyil. İstərdik ki, sənətini bilən olsun. Məndən olsa, Nurəddin Mehdixanlı olar. Bədii rəhbər o seçilsə, Akademik Milli Dram Teatrı inkişaf edər. Nurəddin teatrı qoruyar, eyni zamanda dünyaya çatdırar. Nurəddinin seçilmiş kadr olduğunu düşünürəm”.

Ə.Nur teatrda rejissorların azlığından gileylənib:

“Rejissorların sayı artırılmalıdır. Tamaşaların keyfiyyəti rejissorlardan asılıdır. Rejissor müdirik olur. Rejissor olsa, yaxşı teatr da olacaq”.

Əməkdar artist Hicran Nəsirova teatrı sevən birini bədii rəhbər olaraq görmək istədiyini əlavə edib:

“Kim olacağını deyə bilmərəm. O, bizim görməyimiz, istəməyimizlə deyil. Elə dəyişikliklər olur ki, insan danışa bilmir. Heç vaxt belə işlərə qarışmamışam. Kim gəlirsə, gəlsin. Amma sənətdən başı çıxan biri olsun. Teatrı sevsin. Yeniliklər gətirsin”.

Əməkdar artist Ayşad Məmmədov bu barədə düşünmədiyini bildirib:

“Mən heç sözün düzü, bu barədə fikirləşməmişəm. Çünki Azərpaşa müəllim dünən bizi tərk etdi. Onu kimin əvəz edəcəyini düşünməmişəm. Teatr forumundayıq. Bu barədə fikirləşmirəm. Bilmirəm kim ola bilər. Ağlıma da gəlmir. Başqa məsələlər haqqında fikirləşirəm”.

Xalq artisti Səidə Quliyev isə əlavə edib ki, bədii rəhbər kimin olacağı onun üçün də maraqlıdır:

“Bizlik məsələ deyil. Nə isə deyə bilmərik... Mənə də çox maraqlıdır. Əsas odur ki, layiqli biri olsun. Azərbaycan mədəniyyətinə töhfələr verən biri olsun. Çox önəmli məsələdir”.

Əməkdar artist Anar Heybətov teatrda kimsənin bu məsələ haqqında düşünəcəyini zənn etmədiyini vurğulayıb:

“Mən düşünməmişəm. Qısa zaman ərzində teatrda kimsənin düşünəcəyini zənn etmirəm. Yəqin ki, kim məsləhət bilinər, o da olar. Əsas odur teatrı bilən, sevən olsun”.

Əməkdar artist Elnar Qarayev bu suala cavab verə bilmədiyini deyib:

“Bu suala cavab verə bilmirəm. Xüsusi bir şəxs yoxdur. Ümumiyyətlə, mənim tərəfimdən münasibət bildirmək də düzgün çıxmaz. Yaxşı olar ki, böyük sənətkarlarımız münasibət bildirsinlər. Bu mövzuya münasibət bildirəcək biri deyiləm”.

Mədəniyyət Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ hələ ki, müzakirə olunmayıb:

“Azərpaşa bəy dünən dəfn olunub. Hələ ki, bu məsələ müzakirə olunmayıb. Təyinat gündəmdə deyil. Olan zaman məlumat veriləcək. Yerinə təyinat yoxdur”.

Oxu.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarıldı


Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə bu gün keçirilən görüş zamanı sözügedən vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.

Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib. Xüsusi olaraq qeyd edilib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə yüksək nailiyətlər əldə olunur və odur ki, bu inkişaf tempinə uyğun olaraq burada tərbiyə alan uşaqlar üçün müvafiq tədbirlər planı hazırlanmalı və onun həyata keçirilməsi təmin olunmalıdır.

Qeyd edək ki, M.Hüseynova əvvəlcə uşaq evi ilə bağlı yayılan video ilə, daha sonra isə videonu çəkən tərbiyəçi Gülcan Nağıyevanı işdən çıxarması ilə gündəmə gəlmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir oğlu və Gəncə şəhər icra başçısının qızı Fransada özlərinə 30 milyona villa alıblar - ARAŞDIRMA


Nazir oğlunun 30 milyon manatlıq villası tapıdlı. Harda? Fransada! “Villa La Creole” adlanan möhtəşəm villa Azərbaycan xalqın pulları ilə tikilib! FAKTLARLA araşdırıb sizlərə təqdim edirik!

Mərhum Gənclər və İdman naziri Azad Rəhimovun oğlu, “Formula-1”-in sabiq prezdenti Arif Rəhimov xalqı necə aldadır?

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İran rəsmisi bizə dedi ki, Allahşükür Paşazadə KQB-nin agentidir” - İLGİNC AÇIQLAMALAR


“Mən Etibar Məmmədovu çox yaxşı tanıyıram və Etibar bəy heç vaxt əsassız söz danışmaz. Biz 5 il parlamentdə bir yerdə olmuşuq, o çox peşəkar siyasətçilərdən biridir. Etibar Məmmədovun əlində hansısa əsaslar var ki, belə deyir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yeni yaradılıb və onun İranın şəbəkəsinə qarşı fəaliyyətində hansısa səhvlərin olması ilə bağlı məlumat məndə yoxdur. Lakin bu komitə son zamanlar yaxşı işləyir. O ki qaldı Qafqaz Müsəlmanları İdarəsinə, (QMİ) bu, artıq QHT-dir. Ola bilsin ki, dini qarşıdurma olmasın deyə, Şeyx bu məsələlərə başqa cür yanaşıb.”.

Millitv.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.

Eks-millət vəkili AMİP lideri Etibar Məmmədovun Azərbaycanda İran agentura şəbəkəsinin formalaşmasında DQİDK və QMİ-nin səriştəsiz fəaliyyətinin olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, partiya sədri bu məsələdə hər 2 qurumu günahkar adlandırıb və onları yarıtmaz fəaliyyətdə suçlayıb.

C. Nuriyev xatırladıb ki, həm 1990-cı ilin yanvar, həm də İran hadisələrində Şeyx Hacı Allahşükür Paşazadə çox kəskin mövqeyini ortaya qoyub:

“Hətta 90-cı illərin yanvar hadisələrində Şeyx hər hansı bir başqa bir addım atmış olsaydı belə, onu bu məsələlərdə ittiham etmək olmazdı.

Əgər hansısa İran mollaları belə bir addım atıbsa, bu, çox yanlışdır. Amma mənə elə gəlir ki, Paşazadə ilə İranın fəaliyyəti mümkünsüzdür. Çünki 1991-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin nümayəndə heyəti Ziyad Səmədzadənin sədrliyi ilə İrana getdi ki, İran Azərbaycanın müstəqilliyini tanısın. İlk görüşdə də İran parlamenti spikerinin müavini bizə qayıdıb dedi ki, Allahşükür Paşazadə KQB-nin agentidir və sizin buraya gəlməyinizi qəbul etmirik. Rəhmətlik Əsgər Məmmədov çox kəskin etirazını bildirdi. Birinci görüş də qarşıdurma ilə gündəmə gəldi. İran çox dirənmişdi, çünki onlar Allahşükürü sevmirdilər”.

Müsahibimiz aydınlaşdırıb ki, bu gün Azərbaycanda İran agentura şəbəkəsinin kök salmasının günahkarı nə Qafqaz Müsəlmanı İdarəsidir, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi:

“Bunun səbəbkarı Milli Təhlükəsizlik Nazirliyinin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Xüsusilə, Eldar Mahmudovun dövründə bunlar Azərbaycanda hər şeyi etdilər. Həm vəhhabilik o vaxtı ölkədə gül-çiçək açdı, həm də şiəlik təriqəti bu şəkildə formalaşdı. Azərbaycanda İslam Partiyasının formalaşması və s. amillər də MTN-nin günahıdır. Allahşükür kim idi axı?! Allahşükür onları həbs edəcəkdi?!

Hər kəsin fikrinə hörmətim var, amma Etibar Məmmədovun bu məsələdə iki qurumu ittiham etməsi mənim üçün bir qədər anlaşılmaz qaldı. Məndə belə bir məlumat yoxdur. Yenə deyirəm, bunun səbəbi MTN-nin son 30 ildəki yarıtmaz fəaliyyəti olub. İndi DTX bir az fəallaşıb. Kəşfiyyat və əks-kəşfiyyat ayrılandan sonra bu məsələlər gündəmə gəlib”.

Mütəxəssis sual edib ki, əgər bir ölkənin kəşfiyyat idarəsində 20-yə qədər İran agenturasının adamı var idisə, Allahşükür, yaxud Mübariz Qurbanlı bunu harada bilə bilərdi:

“Məncə, bu müqayisə çox uğursuzdur. Çünki biz əsas adamların adını çəkmirik. Hansı ki, bu işdə məsuliyyət daşıyıb. Onlar bu işləri görməyiblər, indi bu işdə əlində heç bir şəbəkəsi və ordusu olmayan qurumları günahkar görürlər. Bu qurumlar İranın casus şəbəkəsinin ölkədə formalaşmasında məsuliyyət daşıya bilməz”.

“Azərbaycanda sovet vaxtı 2 ölkənin konsulluğu olub. Biri İran, biri də Türkiyə. Hər bir dövlət də konsulluğunda öz diplomatlarından agentura şəbəkəsi kimi istifadə edir. Bu günə qədər İranın Azərbaycanda yaratdığı şəbəkə məhz indi dağıdıldı. Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi bölgələrdə İranla bağlı axundların hamısını dəyişdilər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TƏHMƏZOV MÖCÜZƏSİ... DAVAM EDİR


QTA-nın aprelin 6-da ölkənin kolbasa və sosiska istehsalçısı olan nüfuzlu şirkətlərinə qarşı «Səlib yürüşü» barədə özünün yaydığı rəsmi məlumatından tanışsınız. Lakin AQTA-nın bu rəsmi məlumatının, necə deyərlər, heç mürəkkəbi qurumamış öz qərarını ictimaiyyətdən gizli saxlayaraq dəyişməsindən isə yəqinki qəti xəbəriniz yoxdur. Niyə yoxdur, bu artıq başqa bir söhbətin mövzusudur.

Budur, AQTA məlum bəyanat-hədə dolu məlumatında yazırdı ki, «…AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan bu kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər!!!».

Bu, əslində, əhalidən daha çox istehsalçı müəssisələr üçün ölüm hökmü demək idi! O mənada ki, istehsal olunan və yararlıq müddəti az bir zamanla ölçülən məhsulu alan yoxdursa, şirkət dərhal bağlanmalı, müflis olmalıdır. Ərzaq məhsulları sırasında isə əhalinin daim sevərək istifadə etdiyi kolbasa və sosiskalara aid bu xəbərdarlıq artıq ciddi idi. Amma və lakin… «Təzadlar»ın əməkdaşlarının fəallığı və sayıqlığı sayəsində aşkar olundu ki, AQTA, sərt səslənsə də, istehlakçılarla məzələnib, istehsalçılarla isə əməllicə oyun oynayıb. Biz bunu faktlarla söyləyirik və ötən yazıda bunu sübut edən rəsmi cədvəlləri müqayisəli şəkildə təqdim etmişik.

***

Beləliklə, AQTA «Səhliyalı» MMC-nin ardınca, "Mir 2016" MMC ilə də, deyəsən, dil tapıb. O mənada ki, dünən əhaliyə sərt müraciətlə məhsullarını yeməməyi tapşırdığı bu şirkətin adına yazılmış ciddi mənfi məlumatda görün 6 aprel tarixindəki bəyanatında əvvəl nə yazmışdır: «"Mir 2016" MMC-nin "Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasasının 04.02.2023-də laborator analizi nəticəsində məlum olmuşdur ki, üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb».

Hə, sən saydığını say, gör AQTA nə sayır! Bir gün sonra həmin bu məlumat hansısa «danışıqlardan» sonra indi görün, özü də ictimaiyyətə-əhaliyə xəbər verilmədən xəlvətcə necə təhrif edilərək dəyişdirilib: «"Mir 2016" MMC-nin "Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasasının 04.02.2023-də laborator analizi nəticəsində məlum oldu ki, üzərində mal əti və donuz piyi bəyan edilsə də, tərkibində yalnız donuz DNT-si aşkarlanıb».

Vallah, ayıblı bir işdir! Prezident Fərmanı ilə yaradılmış, rəhbərliyinin gələcək fəaliyyətinə etibar və etimad olunmuş AQTA-dan bunları heç kim gözləmirdi. Elə istehlakçılar da, gözü yolda, qulağı səsdə olan istehsalçılar da. Hansı ki, son vaxtlar AQTA barədə inanmaq istəmədiyimiz xəbərlər gəlir…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Köhnə sahibi qıfılı dəyişib evimə girib”

Sumqayıt şəhər sakini Xalid Qurbanov mənzilinin Sumqayıt Şəhər Mühafizə İdarəsi tərəfindən qorunmadığı üçün ona ziyan dəydiyini, evinin başqa şəxs tərəfindən ələ keçirildiyini iddia edir.

Şikayətçi “Qafqazinfo”ya müraciətində bildirib ki, 2014-cü ildə şəhərin 36-cı məhəlləsindən mənzil alıb.

Onun sözlərinə görə, alqı-satqıdan bir neçə gün sonra mənzilinin qapısı onun köhnə sahibi Elman Liftiyev və ailəsi tərəfindən qırılıb: “Uzun illər məhkəmə proseslərində iştirak etdim. Ali Məhkəməyə qədər bütün prosesləri uddum və icraçılar vasitəsilə Liftiyev və ailəsini mənzilimdən çıxardım. Elman bu mənzilin əvvəlki sahibi olub. Evi girov qoyub bankdan kredit götürüb. Borcunu ödəmədiyi üçün bank evi satıb. Həmin şəxs də mənə satıb.

Elman və ailəsi mənzildən çıxarıldıqdan sonra Sumqayıt Şəhəri Mühafizə İdarəsi ilə müqavilə bağladım ki, mənzil mühafizə olunsun. İçəri avadanlıq quraşdırıldı. Aylıq ödəniş etməyə başladım. Bir neçə ay sonra həmin idarədən Tahir adlı şəxs məni yanına çağırdı və bildirdi ki, mühafizənin dayandırılması üçün ərizə yazım. Mən ondan səbəbini soruşdum və bildirdim ki, hər ay vaxtında ödənişləri edirəm. O isə mənə prosedurun belə olduğunu və mühafizənin dayandırılmayacağını bildirdi. Mən də inanıb ərizə yazdım. Bir müddət keçdikdən sonra mənzilə gedəndə açar yerinin qırıldığını gördüm. Dərhal Mühafizə İdarəsinə zəng etdim. Tahir mənə dedi ki, “sən özün ərizə yazmısan ki, mühafizə dayandırılsın” və üzümə telefonu söndürdü”.

Vətəndaş məsələ ilə bağlı DİN-in Baş Mühafizə İdarəsinə şikayət etdiyini də əlavə edib: “Onlar araşdırma apardıqdan sonra mənə bildirdilər ki, Tahir kobud səhvə yol verib və dəyən ziyanı ödəyəcək. Ancaq Sumqayıt Şəhər Mühafizə İdarəsinə dəfələrlə getməyimə baxmayaraq, heç bir köməklik olunmadı. Tahir mühafizənin dayandırılması ilə bağlı mənə məlumat verməli idi, verməyib. Açıq-aydın məlumdur ki, hansısa məqsədlə qanun pozuntusuna yol verib. Hazırda da mənzilim Elman və ailəsi tərəfindən zəbt olunub. Öz çıxarışlı, sənədli mənzilimdə yaşaya bilmirəm”.
“Köhnə sahibi qıfılı dəyişib evimə girib”

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinə müraciət etdik. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, vətəndaş Xalid Qurbanovun müraciəti əsasında 20 sentyabr 2021-ci ildə Sumqayıt şəhərində yerləşən mənzili Sumqayıt Şəhər Mühafizə İdarəsi tərəfindən Mərkəzləşdirilmiş Mühafizə Mərkəzi vasitəsilə sutkalıq nəzarətə götürülüb: “Bir müddət sonra həmin mənzilə iddiaçı olan vətəndaş Elman Liftiyev Sumqayıt Şəhər Mühafizə İdarəsinə yaxınlaşaraq mühafizə olunan mənzilin mübahisəli ev olduğunu və əmlakın sahibinin müəyyən edilməsi üçün məhkəmə instansiyalarında məhkəmə prosesinin getdiyini bildirib. Daha sonra Sumqayıt Şəhər Mühafizə İdarəsinə dəvət edilən Xalid Qurbanova bu barədə məlumat verilib və həmin mənzilin mübahisəli əmlak olduğu üçün mühafizəsinin təşkil olunmasının qeyri-mümkün olduğu onun diqqətinə çatdırılıb. Vətəndaşla bağlanan müqavilənin xitam olunduğu barədə ona məlumat verilib.

Bir müddət sonra vətəndaş Xalid Qurbanov həmin evə yaxınlaşan zaman mənzilə iddialı olan digər şəxs tərəfindən oranın giriş qapısının qıfılının dəyişdirildiyini aşkar edib.

Göstərilənlər nəzərə alınaraq Sumqayıt Şəhər Mühafizə İdarəsinin inspektoru həmin mənzilin mühafizədən çıxarılması ilə bağlı rəsmi məlumat vermədiyi üçün intizam məsuliyyətinə cəlb edilib”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağalar Vəliyevin “Xəyallarınızı inşa edirik” şüarının əsl xəyal qırıqlığı… — MANDAT ALTINDA GİZLƏNƏN MİLYONLAR


Dövlət məmurlarının, deputatların sahibkarlıqla məşğul olması qanunla qadağan olunsa da səlahiyyət sahibləri min türlü yolla bizneslərini qoruyub saxlayırlar. Əllərində olan səlahiyyətlərdən yalnız şəxsi maraqları üçün istifadə edənlər arasında deputat Ağalar Vəliyevin adı ilk sıralarda gəlir.

Haqqında verilən rəsmi məlumatlarda "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri və millət vəkili kimi təqdim olunsa da onun “Kristal Abşeron” QSC-nin əsl sahibi olduğunu da bilməyən yoxdur. Media üzərindən qısaca bir araşdırma aparmaq kifayətdir ki, bu şirkətin fəaliyyətində kristallıqdan heç bir əlamətin olmadığının şahidi olasan. İnternetdə şirkətin adı ancaq özbaşınalıqlarla, şok maxinasiyalarla, insanları aldadaraq fırıldaq gəlməklə hallandırılır. Əgər deyilənlər doğrudursa, bir millət vəkilinin sahibi olduğu şirkətin millətə bundan böyük nə “xidməti” ola bilər ki?
Şirkəti Məhayət Nəbiyevin adından idarə edən Ağalar müəllim hətta camaata hədə-qorxu, “xox” gəlməkdən də çəkinmədiyi də media portallarında təkzibsiz olaraq öz əksini tapır. Bildirilir ki, bunun üçün şirkətin xüsusi qoçu dəstələri də var ki, evindən çıxmaq istəməyən, şirkətin şərtlərini qəbul etməyənlərlə onlar «danışırlar».
Mənzillərin vaxtında təhvil verilməməsi, keyfiyyətsiz təmir, bağlanan kredit müqavilələrinin şərtlərinə əməl etməmək kimi problemlər isə Kristal Abşeronun iş prinsipi hesab oluna bilər.
Kristal Abşeron üstəlik mənzil sahiblərindən mühafizə pulu, xadimə pulu, lift pulu, istilik pulu yığır. Amma inşa olunun binalarda yaşayanlar çox pis şəraitdə gün keçirirlər. Yığılan pullar isə mənimsənilir, vergidən yayındırılır.
«Kristal Abşeron»da baş verən vergi cinayətlərini isə əlaqədar qurumlar araşdırsalar indiki çətin vəziyyətdə dövlət büdcəsi bir xeyli gəlir əldə edər. Bildirilir ki, alqı-satqı zamanı daha çox nağd hesablaşmaya üstünlük verən şirkət bu yolla milyonları vergidən yayındırmağı bacarır.
İndiyə qədər bir şəhid, qazi ailəsinə yardımda adı çəkilməyən Ağalar müəllimin zamanında MTN şefinə 1 milyon pul verməsi, sabiq MM sədri Oqtay Əsədova milyonluq mülk bağışlaması, hətta müğənnilərə belə mənzil hədiyyə etməsi barəsində mediada xəbərlər göz oxşayır.
Azərbaycanda müxtəlif yollarla qazandığı milyonları qonşu ölkələrə yatırmağa üstünlük verən A. Vəliyev bu projesini də oğlunun vasitəsilə reallaşdırır. Deputatın oğlu Pərviz Vəliyev Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri Kabuletidə binalar tikir. Verilən məlumatlara görə, deputatın oğlu qonşu ölkəyə ümumilikdə 50 milyon dollar vəsait yatırıb.
P. Vəliyev İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar otelinin də sahibidir.
Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, beton zavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.
Beləcə deputat toxunulmazlığı A.Vəliyevin “kristal biznesini” qoruyur, çiçəkləndirir. Baxmayaraq ki, bu biznesdən nə dövlətin gəliri var, nə vətəndaşın. Dövlət vergisini ala bilmir, vətəndaş haqqını verdiyi mənzilini. Deputatın şirkəti özünü “xəyallarınızı inşa edirik” şüarı ilə reklam edir. Yəqin ki, əlaqədar dövlət qurumları nəhayət ki, Ağalar Vəliyevin “xəyallarını” araşdıracaq və reallıqları aşkarlayacaq. Bax o zaman əsl xəyal qırıqlığı yaşanacaq!
Rubrika.Az


Xəbəri Facebook-da paylaş
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Subsidiyadan bəhrələnən oliqarx-məmurlardır” - FAKT BUDUR!


Azərbaycanda pambıqçılıqda subsidiya mexanizminin effekt vermədiyi bildirilir.

Hesablama Palatasının məlumatına görə, pambıqçılıq üzrə ödənilmiş ümumi subsidiya 2019-cu ilə nisbətən 2020-ci ildə 59.7 faiz artaraq 47.1 milyon manata, 2021-ci ildə isə 82 faiz çoxalaraq 53.7 milyon manata yüksəlib. Amma məhsuldarlıq 2021-ci ildə 28.5 sentner/hektar olmaqla əvvəlki iki ilin müvafiq göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 3.4 və 14.9 faiz azalıb.

Hesabata görə, istehsalda da azalma var. Ölkə üzrə istehsal həcmi 2021-ci ildə 287 min ton olub. Əvvəlki iki ilin göstəricilərinə nisbətən, müvafiq olaraq, 2.8 və 14.8 faiz azalıb: "Bu da bu sahəyə yönələn resurslarla nəticəliliyin qeyri-adekvat inkişaf etdiyini göstərib”.

Aqrar Subsidiya Şurasının qərarına görə, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir (Əvvəl əraziyə görə verilib). Məhsul subsidiyasının məbləği hər tona görə 170 manatdır.

Kənd Təsərrüfatı Nazirliyindən isə "Turan”a bildirilib ki, 2022-ci ildə pambıqçılıq mövsümündə sahələrdən 322 min 300 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib:
"Orta məhsuldarlıq 30.92 sent/hektar təşkil edib. Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35 min 259 ton daha çox məhsul yığılıb. Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2.42 sent/hektar artıb”.

Nazirlikdən əlavə edilib ki, 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar, avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb: "2022-ci ildə birinci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov da AzadlıqRadiosuna bildirib ki, əvvəllər subsidiya sahəyə görə verilirdi və pambıq ərazilərini çox göstərməyə çalışırdılar: "Hazırda isə biz illər əvvəl təklif etdiyimiz mexanizmi – hazır məhsula görə subsidiyaların verilməsini tətbiq ediblər. Amma bununla belə, artıq məhsuldarlığı artırmaq mümkün deyil. Onun da bir neçə səbəbi var”.

Ekspert hesab edir ki, onlardan biri su çatışmazlığıdır: "Bundan əlavə, fermerlərimiz şikayətlənir ki, vaxtlı-vaxtında onlar texnika ilə təmin olunmur, əkin-səpin işləri optimal müddətdə həyata keçirilmir. Bitkiyə qulluq prosesində də vaxtlı-vaxtında işlər görülmür, bu da onunla bağlıdır ki, texnika çatışmazlığı var. Yığımda da problem var. Baxmayaraq ki, 500 kombayn gətiriblər, yığım optimal müddətdə aparılmır, uzadılır”.

İqtisadçı deyir ki, pambıq təhvili zamanı şikayətlərə görə kəndliləri aldadırlar: "Nəmlik yüksək olduğunu və pambığın tərkibində daha çox zibil qarışığı olduğunu göstərirlər. Hətta elə hala gəlir çatır ki, məhsulun 60 faizini nəm və zibil kimi göstərirlər”.

Məhərrəmovun sözlərinə görə, subsidiyadan bəhrələnən fermerlər deyil, oliqarx-məmurlardır: "Pambığın emalı və ixracı ilə məşğul olanlardır. Onlar daha yüksək qiymətə fermerlərdən pambıq almalıdırlar, çünki dünya bazarında pambığın qiyməti yüksəkdir. Həmin məmurlar məhsulu ucuz alır və baha satır. Dövlət də burada onlara yardımçıdır, subsidiya verir. Hakimiyyət pambıq istehsalında ona görə maraqlıdır ki, sonda həmin məhsulun alıcısı və ixracatçısı oliqarxlardır”.

Onun fikrincə, subsidiyaya, ümumiyyətlə, ehtiyac yoxdur: "Fermerdən təhvil verdiyi pambığı yaxşı və ona sərf edən qiymətə almalıdırlar. Hazırda isə oliqarx-məmurlar dövlətlə bir yerdə qiyməti müəyyən edir. Bu, bazar iqtisadiyyatına ziddir. Necə ola bilər ki, qiyməti alan müəyyən etsin?”.

Ekspert hesab edir ki, fermerlər özləri birləşib məhsulu emal edib sata bilərlər: "Dövlət də onlara ucuz kredit resursu ilə yardımçı ola bilər ki, onlar məhsulun emal müəssisəsini yaratsınlar. Onda kəndlilər daha çox məhsuldarlıqda maraqlı olacaq”.

Yazıda yer alan fikirlərlə bağlı pambıq tədarükü və emalı müəssisələrinin rəhbərlikləri ilə danışmaq mümkün olmayıb. //Azadlıq Radiosu//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmrullayevin SAXTA DİPLOM marağı... - İLGİNC İDDİA


"Saxta diplom məsələsini bağlamaq istəmirlər,çünkü bu "mövzu" hələ də işlərinə yarayır."
Faktinfo.az saytı xəbər verir ki,bu fikirlər ötən gün Təhsil naziri Emin Əmrullayevin "müəllimin əlindəki sənədin dövlət nümunəli olmadığını görürük, lakin özündən soruşduqda bu sənədin 90-cı illərin əvvəlində verildiyi müəyyən olunur. Həqiqət ondan ibarətdir ki, o dövrdə müharibə şəraiti olduğundan bəzi məktəblərə diplomlar çap edilib verilə bilməyib. İndi bizim məntiqimiz ondan ibarətdir ki, müəllim sertifikasiyada iştirak edərək öz bilik və bacarığını sübut edə bilirsə, biz onu məktəbdə saxlayırıq,"-sözlərinə cavab kimi dəyərləndirilir.

Sayta verilən məlumatda bildirilir:"Son 10 il ərzində eşitdiyimiz və artıq "çeynənmiş saqqız" kimi uzanan bu söhbəti bağlamaq istəmirlər.Belə görünür ki,müəllimlərin sertifikasiya imtahanının keçirilməsinə çağırışlar olmaması üçün əvvəlcədən "tədbir"alınır.Adını da qoyurlar ki,sertifikasiya imtahanlarını keçirtməklə saxta diplomlu müəllimləri aşkarlayırlar vəs.Biryolluq desinlər ki,boş müəllim yerlərinin yaradılması işlərinə yarayır.Nə qədər idi,bu saxta diplomlu müəllimlər ki,son 10 ildə 3 Təhsil Naziri bunu aşkarlayıb qurtarmayıblar?"- məlumatda qeyd edilir.

Faktinfo.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO