[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinin açılışındakı çıxışı - YENİLƏNİB

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilir.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısı açılış mərasimində çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nəhyan.

Dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Əvvəlcə, bu mühüm toplantıda iştirak etmək üçün məni dəvət etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Bu auditoriya qarşısında çıxış etməkdən böyük şərəf hissi duyuram. Dünən bizim cənab Prezidentlə əla görüşümüz oldu. Bu, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqlədi. Bu fürsətdən istifadə edərək, bizi qəbul edən bütün tərəflərə minnətdarlığımı bildirirəm.
Mən çox böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik etmək istəyirəm. Cənab Prezident, Sizin rəhbərliyinizlə Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrilib. Biz - Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik.

Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.

Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.

Təbii qaz ixracımız artır – ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq.

Potensialımıza gəldikdə, bəzi rəqəmləri diqqətinizə çatdırım. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli şəkildə icra edirik.

Dünən “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.

Əlbəttə ki, bu məqsəd üçün, artıq qeyd etdiyim kimi, bizə ixrac marşrutları lazımdır. Elə ötən ay - dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Lakin bu, kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlər barədə gedir. Lakin planlarımız daha genişdir.

Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.

Çox sağ olun.

İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinin açılışındakı çıxışı - YENİLƏNİB

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Gördüyünüz işlərdən çox fərəhlənirik" - Prezident


Bu mühüm toplantıda iştirak etmək üçün məni dəvət etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Bu auditoriya qarşısında çıxış etməkdən böyük şərəf hissi duyuram. Dünən bizim cənab Prezidentlə əla görüşümüz oldu. Bu, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqlədi.

Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Qazandığı böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik edən dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrildiyini bildirərək deyib: “Biz Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaqub Eyyubovla bağlı ŞOK İDDİA: Ölkədən 1 milyard dollar çıxarıb... - O PULLARA DA...


Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulub.

DİA.AZ bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.

Xatırladaq ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib.

Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabitləri külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri başa çatdı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yanvarın 16-da başa çatıb.

Əbu-Dabi Prezident Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.
İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri başa çatdı

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Təbii qaz ixracımız artmaqda davam edəcək" - İlham Əliyev

"Təbii qaz ixracımız artmaqda davam edəcək".

Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı bildirib ki. cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub: "Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur. Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq" - Prezident


Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlətimizin başçısı bildirib ki, bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir:

"Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, onun sayəsində biz ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"“Azercell”-in qiymətləri bahadır, yaxşı ki, başqa mobil şəbəkələr var" - Deputat da GİLEY ETDİ...


"“Azercell” mobil rabitəsinin xidmətləri bahadı."

DİA.AZ bildirir ki, bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib. O daha sonra açıqlamasında “Azercell”-in texniki məsələlərlə bağlı yenilikçi olmadığını bildirib.

" “Azercell”, ümumiyyətlə, bahalı mobil rabitəsidi. İnternet xidməti baha, xaricdən zəng etmək bahadır. Mən şəxsən "Azercell" istifadəçisiyəm, həmdə abunə işlədirəm. Görürsən zəng gəlir, keçirsən həmin zəngə adboy gedir. Belə olmaz axı. Ona görə yeniliklər olmalıdı, texniki parametrlər yenilənməlidi. Reklam etməklə iş bitmir, gərək iş görəsən. Cavanlar indi çox danışmaq istəyir. Çox internetlə məşğul olurlar. Qoy qiymətləri ucuz eləsinlər, millət də “Azercell”-i başqa mobil şəbəkələrə dəyişməsinlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir yoxlamalara başladı – Sənət adamları narazı qaldı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yoxlamalara başlanılıb.

Məlumata görə, həssas təbəqəyə xidmət və onların yaradıcılıq istedadının üzə çıxarılması üçün bir sıra tanınmış sənətkarların çalışdığı mərkəzdə məşqlər dayandırılıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin göstərişi ilə keçirilən yoxlamalar nəticəsində 10-dan çox şəxsin işdən çıxarıldığı bildirilir.

Mərkəzdə Xalq artisti Rüfət Xəlilzadə, Əməkdar artist Vüqar Camalzadə, saz ustası Aqşin Tarıyeloğlu, konsertmeyster, beynəlxalq mükafatlar laureatı Gülsüm Eldarova, Bakı Musiqi Akademiyasının vokal ustadı Esmira Hüseynova və digər sənətkarlar da fəaliyyət göstərir.

Məsələ ilə əlaqədar Əməkdar artist Vüqar Camalzadə ilə əlaqə saxladıq. O, mərkəzdə çalışan yaradıcı insanlara administrativ tələblər qoyulduğunu, bu baxımdan narazılıq olduğunu təsdiqlədi: “Sonuncu dəfə şənbə günü Mərkəzdə olmuşuq. Dünən bazar günü olduğuna görə məşqlərin dayandırılmasından xəbərim olmayıb. Artıq 1 il 3 aydır ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində peşəkar heyət cani dildən fəaliyyət göstərir. Bu müddət ərzində gördüyümüz işlər göz qabağındadır. Bu da təbii ki, rəhbərliyin və peşəkar heyətin sayəsində baş verir. Bu ilin əvvəlindən maraqlı hadisələr baş verir. Səbəb nədir bilmirəm. Onu bilirəm ki, yaradıcı insanlara qarşı münasibət belə olmamalıdır. Çünki yaradıcı insan administrativ deyil. Belə insanlara yaradıcılıq mühiti və şəraiti yaratmaq, yaradıcılıq azadlığı vermək lazımdır. Buna görə də güman edirəm ki, bu məsələlər tez bir zamanda həllini tapacaq”.

V. Camalzadə, həmçinin, sənət adamlarına qarşı administrativ tələblərin mərkəzin rəhbərliyi tərəfindən qoyulmadığını əlavə edib: “Biz rəhbər qurumlardan, aidiyyəti şəxslərdən xahiş etmişik ki, bu məsələlərə başqa tərəfdən yanaşsınlar. Dava-dalaşla yox, bunu izah eləməyə çalışırıq. Güman edirik ki, məsələ öz həllini tapacaq. Bizim mərkəzin rəhbərliyi ilə bağlı problemimiz yoxdur, rəhbərlik bizi çox yaxşı başa düşür. İradlarımız daha yüksək qurumlardan gələn tələblərlə bağlıdır. Bu tələblər administrativ insanlara qoyulan tələblərdir ki, o da yaradıcı insanlara qoyulmamalıdır”.

Problemlə əlaqədar ƏƏSMN-in DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ araşdırılacaq və cavablandırılacaq.

Qeyd edək ki, sözügedən mərkəz 2021-ci ildə yaradılıb, sosial tərəfdaşlıq prinsipinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib. Mərkəzin yaradılmasında əsas məqsəd isə sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabadda yaşıllıqlara qənim kəsilən KİMDİR? - NAZİRİN NƏZƏRİNƏ...


5 yanvar 2023-cü il tarixində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad üzrə mühafizə mühəndisi Fitat Ağayev meşələrdə kütləvi qırıntılarla bağlı meşə gözətçisinin etdiyi inanılmaz saxtakarlıq faktını ifşa edib.

AzToday.az-a daxil olan məlumatlara görə, Fitat Ağayev Cəlilabad meşəbəyliyinin 9 saylı meşə dolayında Qırmızı kitaba daxil olan agağların kütləvi şəkildə qırılmasının şahidi olub. Ağacların qanunsuz qırıldığını qeydə alan mühafizə mühəndisi kəsilən agacların hamısının damğalandığını görüb. Sözügedən damğaların başqa meşə dolayının meşə gözətçisi Elman Əliyevə məxsus olduğu məlum olub. Hər bir qanunsuz kəsilmiş agacların dib kötükləri üzərində bir yox, bir neçə damğanın vurulduğunu görən Fitat Ağayev edilən qanunsuzluqla bağlı Əlisahib adlı meşə gözətçisi ilə söjhbət aparmışdır.

Əlisahib açıq şəkildə etiraf edərək deyib ki, Elman Əliyevdən 100 manat müqabilində xidməti damğasını götürüb. Və iki gün müddətində qanunsuz kəsilmiş minə yaxın ağacları damğalamışdır. Kütləvi agac qırıntıları ilə bağlı akt tərtib edən Fitat Ağayev Regional Meşə Təsərrüfatı Mərkəzinə yazılı şəkildə məlumat təqdim edir.

İşinə məsuliyyətlə yanaşan Fitat Ağayev təşəkkür eşitmək əvəzinə Regional Mərkəzin rəhbərliyi tərəfindən danlanıldığı da yayılan məlumatlar sırasındadır. Buna baxmayaraq, Mərkəzin direktoru Nəsimi Nəsibov dolaya baxış keçirmək barədə göstəriş vermək məcburiyyətində qalır. Baxış zamanı Fitat Ağayevin dedikləri öz təsdiqini tapır. Amma 9 saylı dolayın gözətçisi Regional Mərkəzin əməkdaşlarına başqa meşə dolaylarında eyni vəziyyətin olması ilə bağlı məlumatlarla şantaj edir. Onun dolayında kütləvi ağac qırıntılarının üstü açılacağı halda başqa dolaylardakı vəziyyəti ifşa edəcəyini deyir.

Məlumatlara görə, Cəlilabad meşəbəyliyinin 1 və 4 saylı meşə dolaylarında, Göytəpə meşəbəyliyinin 10, 12, 13 və 13a sayli meşə dolaylarında kütləvi ağac qırıntıları faktları var. Eyni vəziyyətin Masallı və Yardımlının meşə dolaylarında hökm sürdüyü deyilir.

Dəhşətlisi odur ki, Cəlilabad meşəbəyliyinin 9 saylı dolayında qeydə alınmış kütləvi qırıntılar və agacların saxta damğalanması prosesi ört-basdır edilib. Bunun üçün meçə gözətçisi 3 min manatından keçir…

AzToday.az-ı məlumatlandıran ekologiya işçiləri bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi baş verən kütləvi ağac qırıntıları ilə bağlı tədbir görməsə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində edilən bütün saxtakarlıq faktlarını özləri ifşa etmək məcburiyyətində qalacaqlar…

AzToday.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Əbu-Dabi Davamlılıq Həftəsinin açılışında - CANLI

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısı açılış mərasimində çıxış edib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO