[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Devrilmiş Xan hər kəsdən küsüb: QAPINI KİMİNSƏ ÜZÜNƏ AÇMADI... - İLGİNC İDDİA


Yanvarın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 63 yaşı tamam oldu. Keçmiş "xan" əvvəlki illərdən fərqli olaraq, bu dəfə doğum gününü təntənə ilə qeyd etmədi.

Yenisabah.az Naxçıvandakı mənbələrə istinadla xəbər verir ki, V.Talıbov 63-cü doğum günündə ağlasığmaz addım atıb. O, malikanəsinin qapılarını onu təbrik etməyə gələn insanların üzünə bağlayıb.

Mənbə deyib ki, ötən şənbə keçmiş sədri təbrik etmək istəyən insanlar olub. V.Talıbovun doğum günündə həm yaxın qohumları, həm də onun sayəsində vəzifə tutmuş, var-dövlət qazanmış adamlar öz sadiqliklərini nümayiş etdirmək istəyiblər. V.Talıbovu təbrik etməyə gələnlərin arasında hazırda Naxçıvanda vəzifə tutan bir neçə orta ranqlı məmurun da olduğu bildirilir.

Amma V.Talıbovun orta əsr feodalların qəsrlərini xatırladan malikanəsi hamının üzünə bağlı olub. Mühafizəçilər onun göstərişinə uyğun olaraq, "Müəllim Bakıya gedib" deyərək, gələnlərin hamısını geri qaytarıblar. Onlar V.Talıbov üçün gətirilən hədiyyələri də qəbul etməyiblər.

Mənbə deyib ki, V.Talıbov 27 il sonra doğum gününü ilk dəfə oğlu, qızı və nəvələrinin əhatəsində sadə bir məclislə qeyd edib.

Yenisabah.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ?


Azərbaycan ordusunun Türkiyə modelinə keçməsinə, o cümlədən, türkiyəli hərbçilərin bu prosesə yardım göstərməsinə baxmayaraq, ölkənin Silahlı Qüvvələrində kök atmış bazar təfəkkürlü kadrlar həyata keçirilən dəyişikliklərə mane olmaqdadırlar. Xatırladaq ki, hələ 2019-cu il martın 6-da 100-ə yaxın gənc və onların valideynləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) qarşısında toplaşaraq Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, gizir olmaq üçün rüşvət yığılmasına etirazlarını bildirmişdilər. Həmin aksiyadan sonra MAXE və gizirləri Ordu sıralarına qəbul etmək səlahiyyəti sözügedən Mərkəzdən alınaraq korpuslara verilmişdi. Bununla belə, korpuslarda MAXE-lərin xidmətə götürülməsində rüşvətin ciddi rol oynamasına dair çoxsaylı məlumatlar var. Şikayətçilərin iddiasına əsasən, kursa qəbul ödənişsiz olsa da, oranı bitirib işlə təmin olunmaq üçün kursantlardan 2-7 min manat arası rüşvət tələb edilir.
MAXE kursunun komandiri polkovnik Paşayev, Qərargah rəisi isə Votçuyev soyadlı zabitlərdir. İddialara əsasən, kursantların işlə təmin olunması üçün tələb olunan rüşvətin yığımına da məhz Votçuyevin xüsusi adamları nəzarət edir ki, onlardan biri də TTM-də bölmə rəisi işləyən, vaxtından əvvəl rütbə alan, “qara kassa” ləqəbli polkovnik-leytenant Zaman Məhərrəmovdur. Bu “yığım”ın yekununa uyğun olaraq, 8 həftəlik kursu bitirdikdən sonra yuxarıda göstərilən məbləğdə rüşvət verən kursantlar işlə təmin olunurlar. Yalnız aşpaz və istehkamçı ştatına təyinatların rüşvətsiz olduğu vurğulanır.
Redaksiyamıza müraciət edən vətəndaş da onu incidən Zaman Məhərrəmovdan şikayətçidir. Belə ki, Bakı şəhəri Binəqədi rayonu A.Gəraybəyli küçəsi ev 39, mənzil 101 ünvanında yaşayan Məmmədov Ceyhun İltifat oğlu aktualxeber.az saytının redaksiyasına müraciət edərək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bölmə rəisi işləyən polkovnik-leytenant Zaman Məhərrəmovun ondan və qohumu Vüqar adlı şəxsdən rüşvət aldığını, vəd etdiyi işi düzəltmədiyini və pullarını da geri qaytarmadığını iddia etmişdir. Redaksiyamız həmin şikayəti 21.10.2022-ci il tarixində aidiyyatı üzrə Hərbi Prokurorluğa yönəltmişdir və iş Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə kapitanı Elnur Novruzzadənin icraatındadır. Şikayətçi C.Məmmədov E.Novruzzadənin işi obyektiv araşdırmadığını, onun şahidləri olsa da Z.Məhərrəmovu araşdırmaya cəlb etmədiyini, rüşvət alanı deyil, onun özünü get-gələ saldığını bildirmişdir.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edildi. Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilirdi. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilibdi. Ümidvarıq ki, DTX bir gün Zaman Məhərrəmov və onun kimi rüşvət alan, dövlət vəsaitini mənimsəyən digərlərinin də qapısını döyəcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ucar səhiyyəsində YEYİNTİ İŞLƏRİ... - İTTİHAM VAR!


"Ucar rayon Mərkəzi Xəstəxanasının baş mühasibi Rafael Rəsulovun ali təhsili yoxdur.Bu adamın ali təhsili və diplomu olmadığı halda Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Bayramlı Zeynallı onu qanunsuz olaraq baş mühasib vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərib.Bu azmış kimi Rafael Rəsulovun həyat yoldaşı İlahə Rəsulovanı baş mühasibin köməkçisi vəzifəsinə işə qəbul ediblər.Uzun müddətdir ki, İlahə Rəsulova Ucar rayon Mərkəzi Xəstəxanasında adı işdə getsədə özü bir gündə olsun işə gəlməyib.Bunu subut etmək üçün xəstəxanadakı müşahidə kameralarını açıb baxmaq kifayət edər". DİA.AZ bildirir ki, bu iddia Ucar rayon sakinləri tərəfindən edilən müraciətdə yer alıb.
Müraciət müəllifləri daha sonra yazır: "Baş mühasib Rafael Rəsulov direktor Zeynal Bayramlı ilə əlbir oub talançılıqla məşğul olurlar.Baş mühasib Rafael Rəsulov talançılq yolu ilə Ucar rayonunda 3 mənzil, Bakı və Gəncə əhərərində isə bir mənzil və 4 bahalı avtomobil alıb.Hansı zərurət yaranıb ki, ali təhsili olmayan Rusiyadan qanunsuz alınmış saxta diplomlu Rafael Rəsulovu böyük bir xəstəxanaya baş mühasib vəzifəsinə işə qəbul ediblər ?
Elektrik enerjisi kəsiləndə xəstəxanada olan generatorların işə salınması üçün bir rübə 50-60 ton yanacaq yazılaraq pulu bu cütlük tərəfindən mənimsənilir.
Rüblükdə yumuşaq və bərk unvertarların yenilənməsinə dair sənədlər yazılsada heç bir yenilənmə olmur pullar talan edilir.
Adı Ucar rayon xəstəxanasında işdə olub özləri bir gündə olsun işə gəlməyən çoxlu sayda işçilər var ki, onların maaş kartları bu korrupsioner cütlükdədir.Obyektiv araşdırlma aparılarsa bu subut olunacaq.Çünki həmin işçilərin maaş kartlarından pulları baş mühasib Rafael Rəsulov çıxararaq direktor Zeynal Bayramlıya çatdırır.Bankomatda həmin maaş kartların kim tərəfindən istifadə edilməsinə dair çəklişlər var.Bu fakt obyektiv yoxlanılmalıdır. Həmin adamların Ucar xəstəxanasına işə gəlib gəlməmələrinin yoxlanılamsı üçün müşahidə kameralarına baxmaq kifayətdir.
Həmçinin xəstəxanada doğum şöbəsində uzun müddət işləyən mamaçalar pul verərək Təcili Tibbi Yardım bölməsinə işə keçiblər.Buna görə doğum şöbəsində təcrübəli tibb bacıları (mamaça) yoxdur.Bunu isə ona görə ediblər ki, Təcili Tibbi Yardım şöbəsində həm əmək haqqı yüksəkdir həmdə bir gün iş iki gün istirahətdir.Doğum və ya digər şöbədən Təcili Tibbi Yardım Şöbəsinə işə keçmək üçün direktor Zeynal Bayramlıya 10.000 (on min) manat rüşvət verilməlidir.Bu qanunsuzluğa görə doğum şöbəsinin həkimləri çox əziyyət çəkirlər. Çünki mamaçalıq üçün ən azından 5 il işləyib təcrübə yığmalısan.Təcrübəli mamaçalar isə direktora 10.000 manat rüşvət verib şöbələrini dəyişiblər.Bunun subut edilməsi çox asandır.Sadəcə TƏBİB və Səhiyyə Nazirliyi obyektiv araşdərma aparmalıdır.
Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı vəzifəsindən sui-istifadə edərək fərqlənməyə görə premiyaları öz adamlarına yazır qalanını isə mənimsəyir.
Xəstəxanada quraşdırılmış istilik sisteminin işə salınması üçün hər bir işçidən pul yığılsada indiyə qədər istilik sistemi işə salınmayıb.
Pandemiya dövründə ayrılan küllü miqdarda pullar direktor tərəfindən mənimsənilmişdir.

2005-ci il tarixdə ali məktəbi bitirib həmin ildən Ucar rayonu Qazıqumlaq kənd xəstəxnasına baş həkim vəzifəsinə təyin olunmuş bundan iki il sonra 2007-ci il tarixdə 90.000 əhalisi olan Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunmuş Zeynal Bayramlının iş fəaliyyəti ancaq belə olmalıdır korrupsiya, özbaşınalıq, talançılıq və saxtakarlıq.Bu adam hansı yüksək göstəricilərə görə ali məktəbi bitirən kimi mühüm vəzifələrə təyin edilib ?
Zeynal Bayramlı bu illər ərzində dövlətə küllü miqdarda ziyanlar vurmuşdur. Onun bu korrupsiya əməllərindən dövlət ziyan, əhali və işçilər əziyyət çəkirlər. Ucar rayon sakinlərinin əksəriyyəti tibbi müaynə və müalicə üçün qonşu rayon xəstəxanalarına üz tuturlar.Bunu subut etmək üçün Göyçay rayon Mərkəzi Xəstəxanasının qeydiyyat şöbəsindəki qeydlərə baxmaq kifayətdir.
Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan, İcbari Tibbi Sığorta üzrə Dövlət Ahentliyinin sədri cənab Zaur Əliyevdən və İcbari Tibbi Sığorta üzrə Dövlət Ahentliyinin direktoru cənab Vüqar Qurbanovdan xahiş edirik sadalanan cinayət əməllərini tam, hərtərəfli və obyektiv araşdırıb ciddi və təcili tədbirlər görəsiniz".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xankəndi-Laçın yolunda aksiya 36 gündür davam edir


Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz altı gündür davam edir.

2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Onlar gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Xatırladaq ki, ötən gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 33 avtomobil maneəsiz hərəkət edib.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

"Report"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaxda tənha ana ÇARƏSİZ DURUMDA - MÜRACİƏT


Qax rayonu, İbaxlı kənd sakini Abdurahmanova Vüsalə Firudin qızı tərəfindən müraciət ünvanlanıb. Bir nüsxəsi də dia.az-a daxil olan müraciətdə deyilir:

"Mən, Vüsalə Abdurahmanova 2012-ci ildə Qax rayonun Qıpçaq kənd sakini Osmanov Rüstəm Rafiq oğlu ilə ailə həyatı qurmuşdum. Hazırda 5 yaşında Zəhra və 2 yaşında Zeynəb adlı övladlarımız var. Lakin çox təəssüflər olsun ki, həyat yoldaşım Rüstəmin və mənim istəyimiznin əksinə olaraq qaynanam Sevda Həsənovanın əmrilə boşanmaq məcburiyyətində qaldıq.
2014-cü ildən boşanma rəsmiləşmişdir. Və mən yenidən övladlarımla ata yurdu olan Qax rayonun İbaxlı kəndindəki evdə yaşayıram. Budur rəsmi boşanmadan illər keçməsinə baxmayaraq ailə başçısı olmuş Rüstəm hər bir uşağa aliment olaraq cəmi 25 manat pul ödəyir. Halbuki, keçmiş ərimin maddi imkanları çox genişdir.
Mən də balaca övladlarımı dolandırmaq xatirinə 2022-ci ilin martında Qax şəhərində Molla Pənah Vaqif küçəsi ev 16 ünvanında yerləşən və Mirvari Kərimovaya məxsus olan evdə 1 otaqlı mənzili ayda 50 manat ödəməklə kirayələdim. Özüm də kafelərin birində qabyuyan kimi çalışdım. Mövsümi iş olduğuna görə dekabr ayından sonra kirayədən çıxıb İbaxlı kəndində olan atamın evində yaşamağa başladım. Təxminən 1 həftə əvvəl Qax polisindən mənə zəng etdilər ki, Mirvari xanım xəbər göndərib ki, evinə qayıdacaq ona görə açarları təhvil verməliyəm. Mən açarları təhvil verdikdən sonra gəlib qış paltarlarımı götürmək istədim. Lakin qapıların kilidi dəyişdirilmişdi. Mirvari xanım da deyir ki, sən evdən heç bir əşyanı götürə bilməzssən. Çünki mənə 2000 manat borcun var. Ödə sonra baxarıq. Mən ona izah etdim ki, axı hər ay danışdığmız kimi 50 manat kirayə pulunu ödəmişəm. Xeyri olmadı. Öz dedidyinin üstündə durdu. Bir neçə gün əvvəl gedib Qax rayon Plis Şöbəsinə müraciət etdim. Dedilər ki, bu qadınla biz bacara bilmərik. O ağıl ( ruhi) xəstəsidir. Yaxşı olar ki, sən get Qax məhkəməsinə müraciət et. Beləcə polislər məni yola verdilər. İndi mən məhkəmə yollarında qalmalıyam ki, qış paltarımı və məişət avadanlıqlarımı götürüb apara bilim.
Mən bir insan olaraq, bir ana olaraq bircə istəyim var ki, son üç ildə dövlətin təyin etdiyi hər bir uşaq üçün aliment pulunu alıb bu zavallı uşaqları dolandırım. Başqa heç nə. Bu arada da başıma bir psixopat şəxs tərəfindən iş gəlib. Bəhanə ilə əşyalarımı vermək istəmir. Və kimsə də Qaxda mənə köməklik göstərmək istəmir Çünki çox kasıb yaşayıram. Mirvari də ruhi xəstə olduğu üçün kimsə onunla danışmaq, vaxtını itirmək istəmir.
Və onagörə də çox hörmətli İlham Əliyevdən, Birinci vitse-prezidentdənvə çoxhörmətli Daxili işlər nazirimizdən və icra başçısı Musa müəllimdən çox xahiş edirəm ki, düşdüyüm indiki ağır vəziyyəti ( iki azyaşlı uşaqla birlikdə işsiz qalaraq) nəzərə alaraq
mənə köməklik göstərsinlərki, şəxsi əşyalarımı kirayədə qaldığım evdən götürə bilim.
Həmyerlim hörmətli Aynur xanım Sofiyevadan da xahiş edirəm ki, mənim üçün böyük bir problem olan məsələnin həlli üçün bacardığı köməkliyi göstərsin".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Çelsi” ukraynalı futbolçunu alıb


"Çelsi" futbol klubu "Şaxtyor"un ukraynalı yarımmüdafiəçisi Mixail Mudriklə müqavilə imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tərəflər arasında 8,5 il müddətinə müqavilə bağlanıb. O, yeni klubunda 15 nömrəli formanı geyinəcək.

Daha əvvəl mətbuatda "Çelsi"nin Mixail Mudrik üçün 70+30 milyon avro ödəyəcəyi xəbəri yayılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səudiyyə ərəbistanlı alim “Twitter” və “WhatsApp”dan istifadə etdiyinə görə edam cəzasına məhkum edilib

Səudiyyə Ərəbistanında tanınmış islahatçı hüquq professoru, sosial şəbəkələrdən, o cümlədən “Twitter” və “WhatsApp”dan istifadə etdiyi üçün ölüm cəzasına məhkum edilib.

Söhbət 2017-ci ildə aparılan təmizləmələr zamanı həbs edilən Aida əl-Qarnidən gedir. Onun oğlu cinayət işinin təfərrüatını bölüşüb.

Onun sözlərinə görə, hakimiyyət alimi öz adı ilə (@awadalqarni) “Twitter” hesabından fikirini bildirmək üçün istifadə etməkdə ittiham edib. Sənədlərdə professorun “WhatsApp” söhbətində iştirakını etiraf etdiyi də bildirilir. O, həmçinin “Telegram” hesabı yaratmaqda da ittiham olunub.

Bununla yanaşı, Səudiyyə hökuməti və dövlət tərəfindən idarə olunan investorlar son vaxtlar ABŞ sosial mediasında, o cümlədən “Twitter” və “Disney” kimi şirkətlərdə paylarını artırıblar.

Mənbə: ferra.ru

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO