[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Adı şəhid ailəsinə köməkdir, amma…” - xəstə heyvanları nə sata, nə də qaytara bilirlər


Ağdaşın Qarağan Şıxlar kənd sakini, şəhid ailəsi Dəyanət Abdülrəhimov özünəməşğulluq proqramından yararlansa da, problemlərlə üzləşdiyini deyir.

O, Meydan TV-yə deyib ki, bu proqram üzrə gözləntiləri özünü doğrultmayıb.

2022-ci il iyulun 27-də ona Ağdaş Rayon Məşğulluq İdarəsindən 4 min manat dəyərində 3 baş inək verilib, amma bir ay tamam olmamış heyvanlardan biri qəflətən ölüb.

Dəyanət Abdülrəhimov digər iki heyvanın da yaşlı və xəstə olduğunu deyir və düşünür ki, bu heyvanların onun təsərrüfatına töhfə verəcəyinə inanmır.

Ağdaş sakini bu barədə dərhal aidiyyəti qurumlara məlumat versə də, ona belə cavab verilib: “Təhvil almısan, bir il tamamına qədər bax, sonra satarsan”.

“Mənə verilən üç inəyin biri xəstə idi deyə 25 gündən sonra öldü. Ağdaş Rayon Məşğulluq İdarəsinə məlumat verdim. Dedilər ki, şənbə günü olduğu üçün gələ bilmərik, özünüz inəyin orqanlarını çıxarın və aparıb Qida Təhlükəsizliyi Agentliyinə verin. Sonra cavabı gətirin. Mən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “qaynar xətti”nə zəng vurdum. Dedilər ki, bizlik deyil. Rayonda da dedilər ki, onsuz da heç kimə ölmüş heyvanın yerinə yeni heyvan verilməyib, bu, mümkün deyil. Üç inəyin biri nisbətən sağlamdır, digəri isə 4 aydır ki, baytar gətirib müalicə etdirirəm. O da xəstədir, düzəlmir. Bir ay tamam olmamış qaytarmaq istədim. Dedilər ki, müqavilədə elə bir şey yoxdur, azı bir il heyvanlara baxmalısınız. Adı şəhid ailəsinə köməkdir, amma ziyandan başqa bir şey deyil”, – deyə o bildirib.

“Nə sata bilərəm, nə qaytara…”

Ağdaş sakini ona dəymiş ziyanı ötən dörd ayda heyvanlara çəkdiyi müalicə və yem xərcləri ilə əlaqələndirir.

Deyir ki, üç inəklə bərabər ona 65 ədəd ot bağlaması verilməli idi, amma hər bağlamaya görə 2 manat 70 qəpik civarında nəğd pul ödənilib: “Ot bağlaması bundan iki dəfə bahadır, yəni qiyməti 5-6 manatdır. İnəklər də qısırdı, hətta doğuma yararsızdırlar. Yəni 4 aydır ki, balasız, südsüz inəklərə pul xərcləyirəm. Hələ bir il də onlaraməcburi baxmalıyam”.

O, indiyə qədər çəkdiyi və çəkəcəyi xərcin faydasız olacağından narahatdır: “Amma müqaviləyə əsasən, çarəsizəm, heyvanları nə geri qaytara bilirəm, nə də sata”.

Onun sözlərinə görə, heyvanları satmaq da mümkün deyil: “Tanıdığım kasıb bir ailə var. Ona verilən xəstə, yaşlı inəklərdən ikisini məcbur qalıb xəlvətcə satdı: birini 400 manata, digərini 600 manata. Çünki öləcəkdilər. Ona görə də satıb ikisinin yerinə zəif də olsa, sağlam inək aldı. Əslində, bu, doğru addım idi, amma müqaviləyə görə bir il gözləmək məcburidir”.

“İndiyə qədər ota 1000 manatdan çox pul xərcləmişəm. Guya bu üç inək balalarıma, ailəmə aztəminatlı ailə kimi yardım idi, əksinə balalarımın boğazından kəsib ot alıram, müalicə etdirərəm. Gələn ilin iyuluna qədər belə olmalıdır, əlimdə ölən heyvana dair aktım, xəstə heyvanla bağlı şikayətim var. Ancaq baxıb, hüquqi qiymət verən yoxdur”, – deyə o bildirib.

“Xəstə, cılız, yaşlı qoyunları seçib verdilər”

Özünəməşğulluq proqramından yararlanan digər bir Qarabağ qazisi, Göyçay sakini Vüqar İsayev də eyni durumla üzləşdiyini bildirib.

O deyir ki, 2021-ci ilin avqustunda ümumi dəyəri 3600 manat olan 21 baş qoyun alıb. Qoyunları isə mərkəzin əməkdaşları heyvan bazarından özləri seçərək alıblar. Amma bir il tamam olmamış heyvanların üçü xəstəlikdən ölüb, digrlərini şəxi vəsaiti ilə müalicə etdirib:

“Nə ölü, nə də xəstə heyvanlar barədə aidiyyəti orqana müraciət etmədim. Çünki yenisini alacağına ümidim yox idi. Amma 6 ayın tamamında qoyunlara baş çəkməyə gələn əməkdaşa vəziyyəti izah etdim. O da bildirdi ki, müqaviləyə əsasən bir ilə qədər baxmaq və satmamaq öhdəliyiniz var”.

Vüqar İsayev indiyə qədər heyvanların dərmanına 100 manat xərc çəkdiyini deyib: “Baytar gəlib baxdı və dedi ki, bu heyvanların ciyəri sıradan çıxıb. Bunlara güclü müalicə və yem lazımdır. İndiyədək 400 kq yem də veriblər. Onunla birgə heyvanların qiymətini 4 min manat hesablayırlar. 6 ayın tamamında gəlib, baxdılar. Qoyunun biri ondan əvvəl, digər ikisi ondan sonra öldü. Bir il tamam oldu, amma heç kim gəlib baxmadı. Əslində isə yoxlamalı idilər. 18 qoyundan cəmisi dördü bala verib, digərləri bir ildə qısırdı. Amma mən aztəminatlı ailə kimi aldım ki, bir ildə təsərrüfatı artırım, iqtisadi gəlirim olsun. Ancaq belə heyvanlarla çətin ki, gəlir olsun”.

“…1000 manat pul istədilər”

İsmayıllı sakini İlham Mahmudov 4 il öncə Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına müraciət edib.

Deyir ki, ondan rüşvət də istəyiblər. O da vermədiyinə görə növbəsi uzanır. Üç uşaqla işsiz dolanışıq isə onun üçün çətindir: “4 ildir ki, İsmayıllı Rayon Məşğulluq İdarəsində özünüməşğulluq proqramına yazılmışam. İlk 2 il bizə baxış keçirildi və 1000 manat pul istədilər. Pulu verə bilmədiyimizə görə bizə heyvan vermədilər. Məndən sonra kənddə neçə ailəyə verdilər. Hamısından da 800-1000 manat pul alıblar. İki ildir yenidən yazılmışıq və hazırda növbədə 166-cı adamam. Hələ baxış da keçirilməyib. İki oğlum, bir qızım var. Qız ali təhsil alır, oğlanlar 3-cü və 10-cu sinifdə oxuyur. Necə dolanım, kimə müraciət edim, bu üç uşağı işsiz necə saxlayım?”

“Heyvanların zəif, xəstə görünməsi daha çox qaraciyər serrozundandır”

Baytar Renat Mustafayev bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarda xəstəliklər bəzən öncədən bilinmir: “Yerli sort heyvanlar mühitə uyğunlaşdığından xəstəliklərə qarşı dözümlü olur, xarici sortlar isə əksinə. Heyvanlarda isə daha çox yay mövsümündə xəstəlik üzə çıxır və ölüm faktı olur”.

Onun sözlərinə görə, o tip heyvanlarda müxtəlif gənə xəstəlikləri, yəni qan parazitləri daha çox üstünlük təşkil edir: “Beş-altı xəstəlik yaradır. 14 gün səssiz gedir xəstəlik və qanda parçalanma olur. Buna görə yayda heyvanlar arasında ölüm xəstəliyi daha çox olur. Yerli sort heyvanlar bu cür xəstəliklərə hardasa dözümlü olur, xaricdən gətirilmiş heyvanlar dözmür. Bu səssiz gedən xəstəlikdir deyə təsərrüfat sahibi bunu hiss etmir. Dezinfeksiya və müalicəvi profilaktik tədbirlər görülməlidir. İl ərzində 4-5 dəfə heyvana qara və ağ ciyərinə görə dərman verilməlidir. Gənələr əsasən otdan və sudan düşür. Heyvanların zəif, xəstə görünməsi daha çox qaraciyər serrozundandır. Bruselyoz, vərəm xəstəliyi də müşahidə olunur”.

Mütəxəssis deyir ki, əslində, proqram çərçivəsində verilən heyvanlar öncədən yoxlanışdan keçirilməlidir. Əksinə, vətəndaşa verildikdən sonra baytar yoxlanışı olur ki, bu da vətəndaşa problem yaradır:

“Vətəndaşa verilən heyvanlar baytar mütəxəssislərlə yoxlanılıb verilməlidir. Bəzən vətəndaşlar pulsuzdur deyib sevinərək alır, ancaq sonra xəstəliklər aşkarlanda peşman olur. Ancaq vətəndaşa heyvan təhvil verildikdən sonra sahə baytar həkimi tərəfindən qan və nəcis nümunələri götürülür, laboratoriyaya göndərilir. Nəticəsi də müəyyən müddətdən sonra çıxır. Düzü, nə xəstəlik çıxsa da, artıq sonrası vətəndaşa qalır, yəni heyvanı geri qaytara biləcək, ya yox. Amma sağlam çıxarsa, və sonrakı müddətdə ölərsə, artıq vətəndaşın boynunda qalır. Bəzən isə baytarın səhlənkarlığı olur, yoxlamır, nəzərdə tutulan müddətdə – 15 gün ərzində gecikdirilir. Məsələn, təcrübəmdə bir nəfər heyvanları xəstəlik aşkarlandığı üçün dərhal qaytardı”.

Dövlət Məşğulluq Agentliyi: “Heyvanlar təqdim olunmazdan əvvəl müvafiq yoxlamalardan keçirilir”

Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentindən Meydan TV-nin şikayətlərlə bağlı sorğusuna cavab verilib.

Bildirilib ki, indiyə qədər özünüməşğulluq proqramı çərçivəsində dövlətin əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli olan işsiz və işaxtaran şəxslərdən 61,304 nəfər bu proqrama cəlb edilib. Onların da 40,4 mini (67,8 %) kənd təsərrüfatı istiqaməti üzrə olub.

Agentlik qeyd edib ki, özünməşğulluq proqramına cəlb olunan vətəndaşlara heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir:

“Fermalarda heyvanlara Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən kliniki baxış keçirilir və daha sonra heyvanlar karantinə alınırlar. Karantin müddəti bitdikdən sonra Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akt təqdim edildiyi təqdirdə heyvanların ölkə üzrə paylanışı həyata keçirilir. Paylanış zamanı isə heyvanların kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olması ilə bağlı akt da tərtib olunur. Paylanan heyvanların bruselyoz, tuberkulyoz və quduzluq xəstəlikləri ilə əlaqədar müayinədən keçməsi ilə bağlı sertifikatları da mövcuddur. Heyvanlar isə həm yerli, həm də xarici sort heyvanlardır”.

Vətəndaşların ziyanla bağlı şikayətinə gəlincə, Agentlik bildirib ki, belə hallarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür: “Müraciətin araşdırılması zamanı əmlaka üzrsüz səbəbdən ziyan dəydiyi aşkarlanarsa, həmin şəxs vurulmuş ziyanın əvəzini Mülki Məcəlləyə uyğun olaraq Agentliyin hesabına köçürməli olur. Amma müraciətlərə baxılmaması, proses süründürülməsi, rədd cavabı verilməsi barədə deyilənlər əsassızdır”.

Dövlət Məşğulluq Agentliyi növbəliliklə bağlı iddialara isə belə cavab verib: “Proqramın hər bir mərhələsi növbəli qaydada həyata keçirilir. Növbəlilik sisteminin vətəndaşlar üçün əlçatanlığını təmin etmək məqsədilə özünüməşğulluğa cəlb edilən vətəndaşların növbəlilik reyestri yaradılıb və bu reyestr www.dma.gov.az ünvanına yerləşdirilib. Vətəndaşların müraciətləri reyesterə daxil edildikdən sonra hər bir vətəndaş üçün skorinq balı formalaşır”.

“Növbəlilik isə şəxslərin müraciət etmə tarixi, ünvanlı dövlət sosial yardımı alması, əlilliyi olması, himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olması, bir ildən artıq işsiz kimi qeydiyyatda olması, pensiya yaşına iki ildən az qalmış şəxs olması, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxs olması və şəhid ailəsinin üzvü olması nəzərə alınmaqla təyin edilir. Vətəndaşa hər bir meyara uyğun müvafiq bal verilməklə növbə sırası müəyyən edilir. Şəxsin növbədə qaldığı müddət üzrə topladığı balların üzərinə müvafiq bal əlavə olunur”, – deyə qurum qeyd edib.

Müqaviləyə gəldikdə isə qurumdan bildirilib ki, özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz arasında 1 (bir) il müddətinə müqavilə imzalanır.

Həmin müqaviləyə əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları əlavə edilir:

“Proqramın icrası, proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai açıqlığı təmin edilib. “E-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi yaradılıb. Sistemdə hər bir iştirakçının proqrama cəlb edilməsindən sonrakı mərhələləri, biznes-planının reallaşdırılması üçün bağlanmış müqavilə, iştirakçıya aktivlərin təhvil verilməsinə dair akt, verilmiş aktivlərin sayı, video və fotomateriallar və s. yerləşdirilir və ictimaiyyətə açıqlanır”.

Meydan TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beyləqanın icra başçısının daha bir ÖZBAŞINALIĞI... - Bu fakt ARAŞDIRILMALIDIR...


Beyləqan İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə bağlı ilginc informasiya yayılıb. DİA.AZ bildirir ki, bu barədə RealMedia.az portalı paylaşım edib. Posrtalın iddialarına görə, bu ilin yazında icra başçısı sabiq SOCAR prezidentinin qudasına məxsus “Azəraqro” MMC-yə Şərq qəsəbəsinin “Sarısu” ərazisindəki 2500 hektar torpaq sahəsini özünün imzaladığı 05.05.2022-ci il tarixli, 62 saylı sərəncamı və 7 saylı müqaviləsi ilə icarəyə verib. İllərdir həmin ərazidə fərdi təsərrüfat qurub dolanışılqlarını təmin edən vətəndaşların məcburi qaydada çıxarılmasına səy göstərilir. Tərəflər arasında qarşıdurma yarandığı deyilir. Hətta məlumatlarda qeyd olunur ki, Asif Ağayev həmin 2500 torpaq sahəsinin 200 hektarını özü üçün əkəcəyi barədə sövdələşib.
Sözügedən torpaq sahəsi keçmiş “Dostluq” Damazlıq Birliyi Sovxozunun balansında olub. Sovet təsərrüfat sistemi dağılandan sonra əslində həmin torpaqlar islahata getməli və sovxoz üzvü olan zəhmətkeşlər arasında paylanılmalı idi. Görünür, torpaqların konsolidasiyası məsələsinə görə bu, məqsədəuyğun hesab edilməyib, yaxud, sovxozçular öz hüquqları uğrunda yetərli mübarizə aparmayıblar. Daha məntiqli həll bu olardı ki, o torpaqlar hərrac yolu ilə satılsın. Amma bütün hallarda ayı və şirin bölə bilmədiyinə Asif Ağayev təkbaşına sərəncam verməli, həmin geniş, münbit, əkin sahələrini özünün mənsub olduğu klanın korporativ maraqlarına tabe etdirməməliydi. Redaksiya olaraq, bu işə ictimaiyyəti, hüquqşünasları cəlb edib Beyləqanın şahənşahının 62 saylı fəramayişinin nə dərəcədə əsaslı olub-olmadığını incələməyə çalışacağıq. Əlbəttə ki, suallarımızın biri və birincisi hörmətli Kənd Təsərrüfatı naziri cənab İnam Kərimova ünvanlanacaq.
Mövzuya qayıdacağıq!
Xatırladaq ki, Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfinədən Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslər barədə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi acımış və hazırda da cinayət işi Baş İdarənin İstintaq idarəsinə araşdırılır. //RealMedia.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şabran rəhbərliyinin vətəndaşın halından XƏBƏRİ VARMI? - Sakinlər NƏ ETSİN?


Şabran rayon Ağalıq kəndinin 3 min sakininin tam yarısı içməli su ilə təmin olunmur.

DİA.AZ-ın məlumatına görə, kənddə bulaq olduğu halda içməli su üzünə həsrət qalan sakinlər deyirlər ki, bulağın suyu boşuna israf olunur, aidiyyatı qurumlar isə buna göz yumur.

Ərazidə aparılan qazıntı işləri zamanı bulaq yararsız vəziyyətə düşüb. Üstəlik bulağın ətrafı məişət tullantıları ilə çirkləndirilib.

Kəndin bələdiyyə sədri bulağın ətrafının çirkləndirilməsində sakinləri günahlandırır. Deyir ki, ətrafı təmizləmək onun səlahiyyətində deyil.

DİA.AZ bildirir ki, sakinlər məsələ ilə bağlı yerli RİH-ə dəfələrlə müraciət etsələr də, onları dinləyən, problemlərinə can yandıran olmayıb.

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türmə rəisinin oğlu Türkiyədə belə kef çəkir... - FOTO


Ölkəmizdə bəzi vəzifəli şəxslərin özlərinin və övladlarının dəbdəbəli həyat tərzi sürməsi adi hala çevrilib.

DİA.AZ bildirir ki, bu barədə "Gündəlik Bakı" postalı məlumat yayıb.

Saytın məlumatında daha sonra foto təqdim olunaraq deyilir:
Türmə rəisinin oğlu Türkiyədə belə kef çəkir... - FOTO

Azərbaycanda yüksək rütbəli məmurun oğlu Elmar İsmayılov Türkiyədə sevgilisi ilə Türkiyədə əylənərək Oliqarx həyat tərzi yaşayır.
Xatırladaq ki, sözü gedən oliqarx Elmar İsmayılov Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsinin rəisi İsmayılov Elgizin oğludur.

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur


Xatırlayırsınızsa, bir müddət əvvəl xəbər vermişdik ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif “xan”ın kiçik oğlu Seymur Talıbov 2021-ci ilin yanvar ayında Naxçıvan şəhərində fəaliyyət göstərən “Sizin market”in işlətmə müdiri Razi Orucovu sərt şəkildə cəzalandırıb, onun mülkiyyətində olan bütün obyektləri və evləri əlindən alıb, özünü isə həbsə atdırmışdı. Qaynağımızın iddiasına görə, 22 gün həbsdə saxlanılan Razi Orucov ağır işgəncələrə məruz qalıb zorla öz mülkiyyətindən Seymur Talıbovun xeyrinə imtina etmək ərizələrinə qol çəkməyə məcbur edilmişdi. Daha sonra DTX-nın Naxçıvanda əməliyyata keçirməsilə Razinin də bəxti gülməyə başlamışdı. Razi Orucov dərhal Naxçıvan MR DİN-nə çağırılmış və əlindən alınan bütün obyektlərin sənədləri ona qaytarılmışdı.

Dünən Ovqat.com-un redaksiyası ilə əlaqə saxlayan Razinin atası İlyas Orucov iddiaları qismən təsdiqlədi.

İlyas Orucov vurğuladı ki, oğluna və özünə aid mülkiyyətlər tam olaraq geri qaytarılmayıb və Razinin başına gətirilən oyunlarda Seymurun şəxsən özü deyil, onun sürücüsü Həsən Əhmədov iştirak edib.

“Biz 2018-ci ilin iyun ayında “Gəmiqaya”ya aid olan “Sizin Market”i holdinqin rəhbəri Emin Uçardan kirayəyə götürmüşdük. Təkcə marketin yenidən dizayn edilməsinə və vitrinlərin yığılmasına 250 min manat xərcimiz çıxmışdı. Hətta mağazanın açılışına Ali Məclisin sədri Vasif Talıbov da gəlmişdi. Marketi işlətməyə başladıqdan cəmi 1 ay sonra Seymur Talıbovun sürücüsü polis zabiti Həsən Əhmədov gəldi və bundan sonra kirayə pulunu ona verəcəyimizi bildirdi. Seymur Talıbovun adından danışırdı. Tələbi təkcə kirayə da pulu deyildi. O, həmçinin bildirdi ki, Seymur müəllimin göstərişidir, bundan sonra biz qazanca da ortaq olacağıq. Biz də çar-naçar bu tələblə razılaşdıq”, - İlyas Orucov deyib.

Öz vəsaitləri ilə qurduqları “Sizin Market”in işlədilməsi üçün hər ay 10 min manat kirayə haqqı verən Orucovlar qazanclarını da Seymurun sürücüsü Həsən Əhmədovla bölüşməyə başlayıblar. İlyas Orucovun bildirdiyinə görə, ayda bəzən 30 min, bəzən 40 min qazanc əldə edir, onun da yarısını Seymurun sürücüsünə verirmişlər. Beləcə, bu “ortaqlıq” 36 ay davam edir. Bir gün yenə “Sizin Market”in qapısını döyən Həsən Əhmədov onlardan heç bir mala əl vurmadan mağazanı tərk etməyi tələb edir. Təbii ki, Orucovlar bu tələblə razılaşmırlar. Nəticədə Həsən Əhmədov Orucovların bütün mülkiyyətinə əl qoyur və onların “dövlət adından müsadirə olunduğunu” sahibkarların diqqətə çatdırır. “Dövlət adından çıxarılan bu hökmlə razılaşmayan” Razi Bakıya gəlir və dövlət iradəsinin əsl ünvanına Prezident Administrasiyasına şikayətə yollanır. Administarsiyadan məktuba müsbət cavab verilir və şikayətin ədalətli araşdırılması tələbi ilə Naxçıvan MR DİN-nə rəsmi təlimat göndərilir. O dövrün Naxçıvan MR Daxili İşlər naziri Fazil Ələkbərova göndərilən rəsmi təlimatdan sonra Naxçıvana çağırılan Razi elə aeroportdaca həbs olunaraq saxlama təcridxanasına aparılır və ağır işgəncələrə məruz qalır.
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur

Şəkildə: PA-dan Naxçıvan MR DİN-ə göndərilən məktub

Atasının iddiasına görə, Razi Orucov Naxçıvan MR DİN-in müvəqqəti saxlama təcridxanasında Seymur “müəllimin” Həsən Əhmədov və təcridxananın Mahir adlı müdiri tərəfindən sərasər 22 gün döyülür. Bu 22 günlük işgəncədən sonra Razi ağzında bir dişi belə qalmadan azadlığa buraxılır.

Razi Orucovdan “dövlət” adına müsadirə olunan daşınmaz əmlakın siyahısı:

3 maşın: 1 Ford tranzit, 1 Prado, 1 Niva;

4 ev: 3-ü qaytarılıb, 1-ni Həsən Əhmədov Alman apteki edib;

1 quşçuluq ferması: 385 baş xırdabuynuzlu, 107 baş iribuynuzlu, 5000 ədəd toyuq, ördək. Hazırda fermanın sənədləri Orucovlarda olsa da, onun içərisindəki mal-qara və quşlar ərşə çəkilib.

Bir də “Sizin Market”in kassasında qalan 56 min 500 dollar pul.

Üzərindən ilyarımdan çox zaman keçdikdən sonra Bakıdan Naxçıvana yoxlamaların getdiyindən təşvişə düşən Seymur Talıbovun sürücüsü Həsən Əhmədov Razini təcili Naxçıvan MR DİN-nə çağırıb və müsadirə olunan obyektlərdən bəziləri ona qaytarılıb. Bununla razılaşmayan və bütün vəsaitlərini tam olaraq tələb edən Raziyə Seymur Talıbov adından maraqlı iş təklifi verilib: “İddialarından əl çək, sənə Naxçıvan şəhərinin mərkəzində yeni açılmış obyektlərdən birini verək, oranı işlət və qanacını bizimlə böl”. Təbii ki, Seymur Talıbovla əməkdaşlıqdan ağzı bir dəfə yanan heç bir ağıllı iş adamı bu təkliflə razılaşmazdı və Razi də ondan imtina edib.

Hazırda Orucovların quşçuluq ferması və “Sizin Market” Seymurun bacanağı Hümbət Qəhrəmanovun ixtiyarındadır. Ferma guya xərçəng yetişdirmə müəssisəsi kimi fəaliyyət göstərir. Türkiyədən gətirilən xərçənglər burada bir neçə gün saxlanıldıqdan sonra Araz çayının məhsulu adı ilə Bakıya göndərilir. “Sizin Market”də Raziyə məxsus olan mallar isə geri qaytarılmır.
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur

Şəkildə: Seymur Talıbovun şilləvuranı Həsən Əhmədov

Qeyd edək ki, Seymurun sürücüsü olan Həsən Əhmədovun adı Ordubadın Biləv kəndində sahə inspektoru kimi keçir. Bu kənd yüksəklikdə yerləşdiyindən orda işləyənlərin hər biri maaşdan əlavə 25% kompensasiya alır.

Ovqat.com
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc – Prezident Administrasiyasının tələbinə belə, məhəl qoyulmur


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şirvanda Başçının Müavinin Qohumu Məktəb Direktoru Özünə Böyük Bir Obyekt Tikdirir – FOTO


Xəbəral.az – a Şirvan Şəhəri 13 nömrəli tam orta məktəbinin direktoru Rzayeva Aynurə ilə bağlı ilginc məlumat daxil olub.

Mənbənin verdiyi məlumata və göndərdiyi fotolara görə Şirvan Şəhər 13 nömrəli tam orta məktəbin direktoru öz yaxınlarının adına, şəhərin mərkəzində obyekt inşa etdirir.
Şirvanda Başçının Müavinin Qohumu Məktəb Direktoru Özünə Böyük Bir Obyekt Tikdirir – FOTO

Göndərilən Fotodan açıq-aydın görsənir ki, obyektin tikintisində son tamamlama işləri gedir. Verilən məlumatda bildirilir ki, məktəb direktorunun var-dövləti tək bu obyektlə bitmir. Məktəb direktorunun bir neçə yerdə evləri və bu cür obyektləri var.
Şirvanda Başçının Müavinin Qohumu Məktəb Direktoru Özünə Böyük Bir Obyekt Tikdirir – FOTO

Xəbəral.az-a verilən məlumatda bildirilir ki, 13 nömrəli tam orta məktəbin direktorunun diplomuda saxtadır. Lakin Şirvan şəhəri icra başçının müavini Məharət Mustafayevin yaxın qohumudur. Məhz buna görə, Aynurə Rzayeva saxta diplomla əvvəl, Şirvan şəhər 16 nömrəli məktəbdə, hazırda isə 13 nömrəli məktəbdə direktor vəzifəsində çalışır.

İnanırıq ki, Xəbəral.az-ın bu yazısından sonra aidiyyatı qurumlar Şirvan şəhər 13 saylı məktəbin direktoru Aynurə Rzayevanın fəaliyyətini araşdıracaqlar.

Qarşı tərəfin mövqe haqqını tanıyır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanın maliyyə naziri DTX tərəfindən həbs edildi


Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Xeberler.org APA-ya itinadən xəbər verir ki, hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilmişdir.
NMR Maliyyə nazirinin həbsinin təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO