Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın böyük strateji, siyasi və iqtisadi qələbəsidir

10:34 28.11.2022 112
Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın böyük strateji, siyasi və iqtisadi qələbəsidir

Bu gün Kəlbəcərin azadlığa qovuşmasının ikinci ildönümünü qeyd edirik. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilib.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində Zəfəri ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Hər bir sahədə təcrübəsi öyrənilən Azərbaycanın müharibə taktikası da hazırda beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir, araşdırılır. 44 gündə 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azəbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatıdır. Tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyevin hər bir çıxışında bu çağırış xüsusi yer tutur ki, əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruğ”u unutmasınlar.

“Dəmir yumruğ”un davamı olan “Qisas” və “Qətiyyətli addım” əməliyyatları Azərbaycan Ordusunun daha da gücləndiyini dünyaya nümayiş etdirdi.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qalibiyyətin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, ermənilər Kəlbəcəri, Ağdamı və Laçını boşaltmalı idilər. Qeyri-qanuni yaşadıqları əraziləri, Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, rahatlıqla bütün əşyalarını götürüb çıxırlar. Amma onların bu humanistliyin qarşısında törətdiyi vandallıqları görəndə hər kəs dəhşətə gəlir. İşğal dövründə törətdikləri dağıntılar kifayət etməyərək bu əraziləri boşaldan zaman da xislətlərinə uyğun davranışlarını nümayiş etdirdilər. Evlər, ağacar yandırıldı, ekoloji terror törətdilər. Qeyd etdiyimiz kimi, Kəlbəcər üçtərəfli Bəyanatda müəyyənləşdirilən qrafikə əsasən 15 noyabr tarixində boşaldlmalı idi. Lakin ermənilər vaxt məhdudiyyətini önə çəkərək Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə 10 gün istədi. Azərbaycan yenə də humanizm siyasətinə söykənərək vaxtı uzatdı. Amma ermənilər nə etdi? Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törətdilər. Nəzərə alınmalıdır ki, təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov götürülüb və ya itkin düşüb. Azərbaycan əhalisi işğal zamanı özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu. Baş verənlər Azərbaycan və Ermənistan arasındakı fərqi dünyaya nümayiş etdirdi.

Ermənilər Kəlbəcərdə olan tarixi abidələri dağıdıb, meşə ərazilərini yandırıb, təbii sərvətləri talan ediblər. Kəlbəcər rayonu ərazisi faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqlarla zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometr, Bazarçay və Xaçınçayın uzunluğu isə təqribən 200 kilometrə yaxındır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ağdam, Kəlbəcər və Laçın müharibəsiz geri qaytarıldı. Kəlbəcərin malik olduğu ehtiyatlara qısa baxış əsasında bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, tezliklə bərpa-quruculuq işləri uğurla başa çatacaq, Kəlbəcər turistlər üçün cəlbedici məkan olacaq.

Şabran Tarix Diyarşünaslıq Muzeyinin direktoru B.Məmmədova
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO