[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müdafiə Nazirliyindən sülhməramlılara növbəti XƏBƏRDARLIQ


Təssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir.

Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırırıq.

28.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Biz heç kimdən icazə almırıq - Ərdoğandan AÇIQLAMA


Nazirlər Kabinetinin bugünkü iclasında təhlükəsizlik təhdidləri ilə bağlı aparılan əməliyyatları ətraflı müzakirə etdik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə sərhədlərinin 30 kilometr dərinlikdə təhlükəsizlik zolağı ilə qorumaq qərarı hər hadisə ilə daha da güclənir.

“Minlərlə kilometr uzaqdan gəlib terrorçu ilə məsumu ayırd etmədən hər yeri yandıranlar Türkiyənin bu həssaslığına hörmət etməlidir. Terrorçu olaraq tanınmış təşkilata ad dəyişmə oyunları ilə dəstək verənlərin ikiüzlülüyünə dözəcək vəziyyətdə deyilik”, - deyə Prezident vurğulayıb.

Ölkə lideri onu da qeyd edib ki, Türkiyə təhlükəsizliklə bağlı addımlar atarkən heç kimdən icazə almır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə həyat yoldaşını öldürən şəxsə 10 il həbs cəzası VERİLDİ


Gəncədə həyat yoldaşını 6 bıçaqla qətlə yetirən şəxsə 10 ildən çox həbs cəzası verilib.

"Unikal"ın məlumatına görə, Gəncədə bu iyul ayının 8-də həyat yoldaşı Gülzar Həsənovanı altı bıçaqla qətlə yetirməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlunun növbəti məhkəmə prosesi keçirilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədirliyi ilə keçirilən məhkəmə prosesinə yekun vurulub. Hakimin qərarı ilə S.Şabanov 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Məlumat üçün bildirək ki, qətl qısqanclıq zəminində baş verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu atalara müavinət verilə bilər


Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsindən bildirilib ki, iclasda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri M.Məmmədov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyev, mütəxəssislər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş mülahizələri, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru M.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü maddəsində nəzərdə tutulan beşdən çox uşağı olan qadınlara müavinət təyin edilməsi müddəası Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələri ilə ziddiyyət yaratmır.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü və 7.0.10-3-cü maddələrində beşdən çox uşağı təkbaşına böyüdən ataların da nəzərdə tutulması ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Braziliya 1/8 finalda


Bu gün DÇ-2022-nin G qrupunda II tura yekun vurulub.

Beşqat dünya çempionu Braziliya mundialda ikinci sınağına çıxıb.
Dörd gün öncə Serbiyanı iki qolla üstələyən Titenin yetirmələri İsveçrə ilə qarşılaşıb. Zədəli Neymarın yoxluğunda rəqibin müqaviməti ilə üzləşən Cənubi Amerika təmsilçisi sona yaxın vurduğu yeganə qol sayəsində aktivinə növbəti 3 xalı yazdırıb. Bununla ikinci qələbəsini qazanan Braziliya yığması Fransadan sonra 1/8 finala vəsiqəni rəsmiləşdirən ikinci komanda olub.

İsveçrə isə məğlubiyyətə baxmayaraq, son tura turnir cədvəlinin ikinci pilləsində girəcək.

Qeyd edək ki, qrupun son oyunları dekabrın 2-də keçiriləcək. Həmin gün İsveçrə Serbiyanı, Braziliya isə Kamerunu sınağa çəkəcək.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Atası imtina etdi, nənəsi sığınacağa atdı: Yeddi yaşlı qızın sonrakı taleyi necə oldu?


Yeddi ay öncə nənəsi tərəfindən sığınacağa yerləşdirilən qızın təhsili bərpa olunub.

Bu barədə Qadın və Uşaq Sığınacağı tərəfindən məlumat paylaşılıb.

Paylaşımda bildirilib ki, nənəsi qızı sığınacağa gətirəndə onun sözə baxmamasını və dərslərini yaxşı oxumamasını səbəb kimi göstərilib:

“Qızımız nənə ilə sığınacaqda olduğu müddətdə əməkdaşımıza gizlincə bildirdi ki, xahiş edirəm məni qəbul edin. Nənə isə “hara, kimə verirsiniz verin uşağı” deyərək, qızı sığınacaqda qoyub getdi. Qızımızın dərhal təhsilini bərpa edə bilməsi üçün məktəbə yaxınlaşdıq. Məktəbdə isə uşağın mütləq şəkildə atasının iştirakı ilə təhsilə bərpa oluna biləcəyi bildirildi. Atası uzun çağırışlarımızdan sonra sığınacağa yaxınlaşaraq, qızına baxa bilmədiyini və istənilən müəssisəyə yerləşdirməyimizi istədi. Atasına nə üçün ona sahib çıxmadığını soruşsaq da, onun sizə ehtiyacı olduğunu bildirsək də, bir faydası olmadı. Ata yenidən ailə qurduğunu və üç övladı olduğunu deyərək, sığınacaqdan ayrıldı. Qızımızın artıq təhsili bərpa olunub və arzusu oxumaq, özünə gələcək qurmaqdır.

Hərdən gözləri dolur, o qədər ağlayır... Deyir ki, anam sağ olsaydı, bunlar başıma gəlməzdi. Ona yaxşı gələcək qurmaqdan başqa çarəmiz yoxdur. Buna çox layiqdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirliyin rüşvət alan vəzifəli şəxslərinin məhkəməsi başlayır


Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin keçmiş rəisi Ələkbər Əliyev və məsləhətçisi olmuş Seymur Səfərovun məhkəməsi başlayır.

“Report”un xəbərinə görə, həmin şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Dadaş İmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, həmin şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində tərəfindən saxlanılıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin keçmiş rəisi Ələkbər Əliyev və məsləhətçisi olmuş Seymur Səfərov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovun KÖNÜLLÜ İSTEFASI gündəmə gətirilir... - Ekspert danışır


Bir neçə gündür ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının bir sıra qurumlarında əməliyyat tədbirləri keçirib.

Belə ki, DTX Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. DİA.AZ bildirir ki, məhkəmə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini elan edib.

Cinayət işi üzrə araşdırmalar komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Digər məlumata görə, Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb. Hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Son hadisələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bildirilir ki, baş verən proseslər Naxçıvandakı yarıtmaz idarəçiliyin göstəricidir.

Proseslər Naxçıvan MR-in Ali Məclisinin Sədri Vasif Talibovun istefasına səbəb ola biərmi?

Siyasi ekspert Heydər Oğuz Cebhe.info-ya bildirdi ki, Naxçıvanda baş verən proseslər Vasif Talıbovun yarıtmaz siyasətinin nəticəsidir:

“O, öz yarıtmaz siyasətinə haqq qazandırmaq üçün tamamilə ayrı bir siyasət yürüdür. Naxçıvanda “qanunlar” Azərbaycan qanunlarından tamamilə fərqlənir. İndiyə qədər Azərbaycanda yürüdülən nə siyasət varsa, Vasif Talıbov tamamilə onun əskini həyata keçirib. Naxçıvan camaatı zülm içərisindədir, orada çox ciddi isahatların aparılmasını tələb edir. DTX orada əməliyyata başlayandan insanlar əməlli-başlı bayram, şadlıq edirlər. Şükürlər olsun ki, Naxçıvan camaatının səsi eşidildi.

Vasif Talıbovun özünə qalsa təbii ki, istefa verməyəcək. Çünki vəziyyət elə bir yerə gəlib çatıb ki, o, istefa verərsə, Naxçıvan camaatı gəlib onun yaxasından yapışacaq və hesab soruşacaq. O, hamının əlindən var-dövlətini alıb, hər şeyi mənimsəyib, indi ağır vəziyyətdə qalacaq. Yəqin ki, digər icra başçıları kimi həbsxanaya gedəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! - Sizcə belə ola bilərmi???


Uzun illər idi ki, Naxçıvanda zabit kimi xidmət edirdim. Müvafiq qanunlara uyğun xidmət yerimin dəyişdirilməsi üçün bütün komandir və rəislərimə raportla müraciət etdim. Bu mənim hüququm idi. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən hər bir zabitin xidmət yeri 6 ildən bir planlı şəkildə birliklərarası dəyişdirilməli idi. Lakin, bu proses Naxçıvan MR-da uzun illərdir ki, yerinə yetirilmir. Buna səbəb isə Naxçıvan hərbi birləşməsinin birbaşa rəhbərliyidir. Uzun illərdir ki, bu məsələ məqsədli şəkildə manipulyasiya edilir. Sözügedən məsələnin konfidensiallığını qorumaq məqsədi ilə qapalı şəkildə saysız-hesabsız müraciətlər, xahişlər etsəm də əhəmiyyəti olmadı. Müraciətlərim bu günəcən hələ də cavabsız qalıb. Vətən, millət naminə hər şeyə dözdüm, zabit qürurumu endirmədim. Bütün müraciət vasitələrim bitdikdən sonra Naxçıvan İnzibati Məhkəməsinə müraciət etdim. İş icraata qəbul olundu (hakim Səxavət Novruzov). O gündən ağrılı-acılı günlərim başladı. Bilmədim zabit kimi xidmət edim, yoxsa məhkəmələrdə qarşılaşdığım haqsızlıqlara dözüm. Xülasə, ümumilikdə 17 dəfə səhnələşdirilmiş məhkəmə keçdim, onlarla təzyiqlərə məruz qaldım, təqib olundum, bütün imtiyazlarım əlimdən alındı, mənə qarşı olan bütün sənədlər saxtalaşdırıldı, sonda hakim Səxavət Novruzov qərəzli olaraq iddiamı təmin etmədi. Sual oluna bilər ki, iddian nə olub? İddiam: Bir hərbi birlikdə 6 ildən çox xidmət etdiyim üçün xidmət yerimin başqa birliklərə dəyişdirilməsini istəyirdim. Mənə müxtəlif bəhanələrlə bildirilirdi ki, guya yerdəyişmələr dayandırılıb ancaq, gündə bir zabitin xidmət yeri dəyişdirilirdi. Maraqlı sualdır! Nəticədə Naxçıvan Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasassiya şikayəti verdim. İş icraata qəbul edildi (Hakimlər Fərman Abbasov, İlqar Mirzəyev, Əhliman Xıdırov). İşə tam ədalətli şəkildə baxıldı və hakim Səxavət Novruzovun çıxartdığı qərarın tam çılpaqlığı ilə qanunsuz olması təsdiq edildi (24.06. 2021-ci il 2-1(108)-17/2021 nömrəli qərardad), qərar qanunsuz hesab edilib ləğv edildi və yenidən düzgün baxılması üçün hakim Səxavət Novruzovun icraatına göndərildi. Dəhşətli anlar da elə ondan sonra başladı. Sanki məndən qisas alırlar kimi işi nə cür pozdularsa, nə cür danışdılarsa, nə alıb-verdilərsə bilmədim, iş Bakı Ali Məhkəməsinin İbzibati Kollegiyasına kimi gəlsə də sözün əsl mənasında uşaqlığını, gəncliyini, bütöv həyatını hərb peşəsinə qurban verən bir zabitin hüquqları taptalana-taptalana getdi. Nəhayət, mən 20 il xidmətim bitən kimi ordu sıralarından tərxis olmağa məcbur oldum. Hansı ki, mən hələ ordu sıralarında bir neçə il xidmət etmək istəyən zabitlərdən idim. Təəssüf, buna imkan vermədilər! Bir zabitin zorla ordu sıralarından kənarlaşdırılmasında xidməti olan şəxslərin kimə xidmət etməsini isə mən özümdə bilmirəm...! Səhhətimdə ciddi problemlər yarandı, bütün kariyeram pozuldu. Maraqlısı isə o idi ki, sözügedən hadisələr general-polkovnik Kərəm Mustafayevin gözləri önündə gedirdi. Susqunluq, susqunluq, susqunluq! Araşdırılsa hər sözün altından yaza bilmədiyim və Vətən naminə yazmaq istəmədiyim nələr çıxacaqsa onu yenə də dövlətimiz və dövlətimizin təhlükəsizliyini qoruyan şəxslər bilər! Ancaq, mən bunu Azərbaycan zabitinə qarşı qatı və tarixi cinayət hesab edirəm! Vətən sağolsun!
Dialoq.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bura Şabrandır... AZƏRBAYCANDIR... - SURİYA DEYİL!


Şabran şəhərinin mərkəzi küçələri bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"a şəhər sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, bərbad vəziyyətə düşən yollar şəhərin M.Əsədov, Babək, F.Əmirov, Nizami, Şəhid Ü.Orucov, R.Rza, X.Məmmədov, İstanbul, İzmir və "5 sotlar" yaşayış massivinin küçələridir.

Uzun illərdir yol problemi ilə üz-üzə qaldıqlarını bildirən sakinlər deyib ki, qeyd olunan küçələr qış aylarında bataqlığa çevrilir. Küçələr təmir olunmadığından bir qədər yağış yağan kimi ərazi keçilməz olur. Sakinlər bildirir ki, küçələrin şəhərin mərkəzində yerləşməsinə baxmayaraq asfaltlanmaması bir sıra problemlərə yol açıb. Onların sözlərinə görə, nə piyadalar, nə də avtomobillər burada rahat şəkildə hərəkət edə bilir.

Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, cari ildə M.Əsədov və F.Əmirov küçələrində çınqıl materialla yol təmir işləri aparılıb, növbəti ildə də həmin küçələrdə yol təmiri işləri aparılacaq:

"Bundan əlavə, Nizami küçəsi də asfaltlanıb. Lakin həmin küçəyə məxsus ara yollara örtük çınqıl materialı döşənib. Növbəti il yol təmirində qalan ara yollar da asfaltlanacaqdır. Babək küçəsinin asfalt örtüyündə isə yaranmış çala-çökmələr növbəti ildə təmir olunaraq aradan qaldırılacaq. "5 sotlar" deyilən ərazi isə 22 küçədən ibarətdir. Həmin ərazidə yerləşən küçələrdə hər il yol təmir işləri aparılır. Belə ki, Şəhid Ü.Orucovun adını daşıyan küçə bu il asfaltlanmışdır. R.Rza, X.Məmmədov, İstanbul, İzmir küçələrinə çınqıl material tökülərək yayılıb".

Nümayəndəlikdən həmçinin vurğulanıb ki, küçələrin təmir-bərpa işləri bundan sonra da davam etdiriləcək.

"Report"
Bura Şabrandır... AZƏRBAYCANDIR... - SURİYA DEYİL!
Bura Şabrandır... AZƏRBAYCANDIR... - SURİYA DEYİL!
Bura Şabrandır... AZƏRBAYCANDIR... - SURİYA DEYİL!
Bura Şabrandır... AZƏRBAYCANDIR... - SURİYA DEYİL!
Bura Şabrandır... AZƏRBAYCANDIR... - SURİYA DEYİL!
Bura Şabrandır... AZƏRBAYCANDIR... - SURİYA DEYİL!
Bura Şabrandır... AZƏRBAYCANDIR... - SURİYA DEYİL!
Bura Şabrandır... AZƏRBAYCANDIR... - SURİYA DEYİL!

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?