[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edildi


Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia

Son vaxtlar Azərbaycanın müvafiq dövlət orqanlarının Naxçıvan Muxtar Respublikasında apardığı yoxlamalar zamanı ciddi korrupsiya, mənimsəmə və vergidən yayınma hallarının olduğunun üstü açılıb. Yoxlamalar dərinləşdirildikcə daha dəhşətli faktlar ortaya çıxır.

Dövlət Təhlükəsizliyi Xidmətinin muxtar respublikanın Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı onlarla vəzifəli şəxs saxlanılaraq dindirilib. Rəsmi məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu və muxtar respublikanın maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. İttihamın mahiyyətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Rafael Əliyev isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Muxtar respublikanın Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəylinin də saxlanılaraq Bakı şəhərinə gətirildiyi bildirilir.

Muxtar respublikanın gömrük orqanlarında aparılan yoxlamalardan sonra bir çox vəzifəli şəxsin həbs olunacağı istisna edilmir. Bu prosesin sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun övladlarının və yaxın qohumlarının da cəzalandırılacağı gözlənilir. Çünki muxtar respublikada bütün sahələrdə, eləcə də gömrük orqanlarındakı qanunsuzluqlar, özbaşınalıqlar, korrupsiya, mənimsəmə halları məhz onların göstərişi ilə edilib.

Naxçıvandakı qanunsuzluqlarla bağlı TNS-in əməkdaşı ilə söhbətləşən, təhlükəsizlik nöqteyi-nəzərindən adının açıqlanmasını istəməyən yüksək vəzifəli muxtar respublika rəsmisi bildirib ki, gömrük orqanlarında aparılan araşdırmalar yalnız gömrük işçiləri ilə məhdudlaşmamlıdır. Onun sözlərinə görə, Naxçvanın gömrük orqanları Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovların tapşırıqlarını icra edib, onlara yaxınlığı ilə seçilən adamların muxtar respublikaya idxal etdiyi məhsullardan gömrük rüsumu alınmayıb.

Mənbəmiz deyir ki, Talıbovlar ailəsinə məxsus şirkətlərin malları rəsmiləşdirilmədəm muxtar respublikaya idxal olunub. Onun sözlərinə görə, gömrük orqanlarındakı qanunsuzluqların başında dayanan, heç bir səlahiyyətinin olmamasına baxmayaraq, muxtar respublikanın Dövlət Gömrük Komitəsinin rəhbərliyinə qeyri-qanuni göstərişlər verən, gömrük rüsumu ödənilmədən Naxçıvana müxtəlif məhsul, mal və material idxal edən şəxslərdən biri də Seymur Talıbovun bacanağı Hümbət Qəhrəmanovdur. Mənbəmiz bu şəxslə bağlı dəhşətli faktlar açıqlayıb.

Bu şəxs kimdir? Hümbət Qəhərəmanov məmur övladıdır. Onun atası Elçin Qəhrəmanov uzun illər Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olub. Ordubad rayonunun girişində qoyulan və rayonun adının yazıldığı, dəyəri bir neçə min manat olan lövhəni 50 min dollara rəsmiləşdirdiyi, bu vəsaiti də Vasif Talıbovdan gizlətdiyi üçün tutduğu vəzifədən azad edilmişdi.

Hümbət Qəhrəmanov 5-6 il bundan əvvələ qədər Naxçıvanda bir idarədə adi mühasib vəzifəsində çalışıb. Muxtar respublikanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurandan, Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovla bacanaq olandan sonra onun həyatı dəyişib, qısa zaman ərzində Naxçıvanın ən zəngin adamlarından birinə çevrilib.
Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia

Soldan: Seymur Talıbov, Vüqar Abbasov, Hümbət Qəhrəmanov

Mənbəmiz deyir ki, son illər Naxçıvana xaricdən idxal olunan ərzaq məhsulları, aksiz markasız siqaretlər, mühərrik yağı gömrük rüsumu ödənilmədən məhz onun rəhbərliyi ilə gətirilib, muxtar respublika ərazisində və Bakı şəhərində satılıb. Xaricdən idxal edilən “Milano”, “Oscar” adlı aksiz markasız siqaretlərin satışından milyonlarla manat vəsait əldə ediblər. Muxtar respublikanın gömrük orqanlarından qaçaqmalçılıq yolu ilə keçirilərkən tutulan, yaxud insanlardan zorla alınan siqaretlər Hümbət Qəhərmanova çatdırılıb, o da həmin siqaretləri bazara çıxararaq satışını həyata keçirib.

Hümbət Qəhərəmanov Naxçıvanda xərçəng biznesi ilə də məşğuldur. Onun Naxçıvan şəhərinin Əliabad qəsəbəsi yaxınlığında “Xərçəng” dəniz məhsulları müəssisəsi fəaliyyət göstərir. Yenə gömrük rüsumu ödənilmədən, qeyri-qanuni şəkildə xarici ölkələrdən idxal olunan xərçəng məhsulları həmin müəssissədə bir neçə gün saxlandıqdan sonra Araz çayının məhsulları kimi Bakı şəhərinə gətirilərək satışa çıxarılır.

Hümbət Qəhərəmanovun adı Braziliyadan gətirilirək Naxçıvanda yerli məhsula “çevrilən” toyuq əti əməliyyatında da hallanır. Məsələnin mahiyyəti belədir ki, Vasif Talıbovun övladlarının tapşırığı ilə müxtəlif xarici ölkələrdən ucuz qiymətə alınan toyuq əti muxtar respublikaya idxal edilib, Naxçıvandakı müəssisələrdə istehsal olunan yerli məhsul kimi satışa çıxarılıb. O, “peşəkarlıqla” Braziliya toyuqlarını Naxçıvan toyuqlarına “çevirdiyi” üçün mükafatlandırılıb, muxtar respublikanın gömrük-keçid məntəqələrində onun üçün ayrıca rüsumsuz keçid qapısı yaradılıb.

Qısa müddət ərzində inanılmaz sərvətə sahib olan Hümbət Qəhrəmanov Naxçıvan şəhərində “Nataktari” adlı restoran açıb, Talıbovlara məxsus “Sizin” marketin idarəçiliyi onun ixtiyarına verilib. “Nataktari” restoranının aylıq dövriyyəsi 200 min manat, “Sizin” marketin aylıq dövriyyəsi isə 4 milyon manat civarındadır. Naxçıvana məhsul, mal və material idxal edərkən gömrük rüsumu ödəməyən Hümbət Qəhrəmanov, əlbəttə ki, bu müəssisələrin fəaliyyətinə görə vergi də ödəməyib.

Seymur Talıbovun bacanağı qeyri-qanuni yollarla qazandığı pullarla əlavə yatırımlar edib, direktoru olduğu “Badamlı” zavodunun istehsal etdiyi məhsulların daşınması üçün yaxın qohumlarının adına 50 ədəd yük maşını (tır) alıb.

Onun Naxçıvan şəhərində 10 milyon dəyəri olan villası, muxtar respublika ərazisində və Bakı şəhərində onlarla mənzili, bahalı avtomibilləri var.

Oxuculara fotosunu təqdim etdiyimiz avtomobili Hümbət Qəhrəmanov 240 min manata alıb. Bu, onun onlarla bahalı avtomobilindən yalnız biridir.
Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia
Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia
Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia

Mənbəmiz bildirir ki, Hümbət Qəhərəmanov bacanağına güvənərək muxtar respublikada fəaliyyət göstərən iş adamlarına divan tutub. İş adamlarının qazancının 50 faizinə zorla şərik olan Hümbət Qəhərəmanov onun şərtləri ilə razılaşmayan sahibkaları Daxili İşlər Nazirliyinə gətirdərək onları həbs olunmaqla qorxuduq, bir sıra sahibkarlara işgəncə yolu ilə şərtlərini qəbul etdirməyə nail olub. Onunla razılaşmayanların isə əmlakı, şirkətləri əlindən alınaraq Naxçıvandan didərgin salınıb.

Əməkdaşımızla söhbətləşən bir iş adamı bu deyilən faktları təsdiqləyib, hüquq-mühafizə orqanlarından Hümbət Qəhərəmanovun belə qeyri-qanuni fəaliyyətini araşdırmasını xahiş edib.

Göründüyü kimi, Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi dövrdə muxtar respublikada tam bir dərəbəylik hökm sürüb, Azərbaycan qanunları pozulub, əhaliyə divan tutulub. Muxtar respublikada aparılan araşdırmalar dərinləşdirildikcə daha dəhşətli faktlar üzə çıxacaq.

pia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan gömrüyündə QANUNSUZ QADAĞALAR aradan qaldırıldı - DETALLAR


Sədərək və Culfa gömrük məntəqələri İran və Türkiyəyə gedən vətəndaşlar üçün tətbiq olunan qadağa və məhdudiyyətlərin bəzisini aradan qaldırıb.

DİA.AZ xəbər verir ki, bu haqda xəbəri “Gündəlik Naxçıvan” səhifəsi yayıb.

Bu məntəqələrə müvəqqəti olaraq, Bakıdan yoxlama üçün gələn DTX əməkdaşları nəzarət edir. Yerli sakinlərin verdikləri məlumata görə, Türkiyəyə getmək üçün 15 günlük məhdudiyyət və 50 kiloqram tərəvəz keçirmək şərti artıq tətbiq edilmir. Bundan əlavə, İran və Türkiyədən gətirilən ərzaqlara da qadağalar aradan qaldırılıb.

Şahbuz rayon sakini Əli Bayramov deyib ki, noyabrın 24-də Sədərək gömrüyündən Türkiyəyə rahat keçib və istədiyi ərzağı alıb, geri qayıdıb:

"Eşidəndə ki, 50 kilo tərəvəz keçirmək şərtini qaldırıblar, qulaqlarıma inanmadım. Giriş və çıxışda Bakıdan gələn DTX əməkdaşları oturub, nəzarət edirlər. Gömrük işçiləri quzuya dönüblər. Hər dəfə gedib-qayıdanda bizi təhqir edən, mallarımızı əlimizdən alan əməkdaşlar birdən-birə dəyişib, mülayim, mədəni adamlara çevriliblər.

Əvvəl adambaşına 5 kilodan artıq ərzaq qadağan idi, ət isə qəti olmazdı. İndi isə, hər şey sərbəstdir. İnsanlar azadlığa çıxıb. Bizdən 4-5 dəfə ucuzdur deyə, ərzağı maşın-maşın daşıyırlar Türkiyədən. Hamı bilir ki, bu hal müvəqqətidir".

Culfa Gömrük Məntəqəsi də ərzaq və digər məhsulların gətirilməsinə qoyulan qadağanı aradan qaldırıb. Babək rayon sakini Yaşar Həsənov deyir ki, bu səbəbdən İrana da axın artıb:

"İranda qiymətlər çox ucuzdur. Əvvəl bir kilo da olsun, ərzaq buraxmırdılar. Bu dəfə sərhəd açılandan, heç nə demirlər. Digərləri kimi mən də özümlə zəruri ərzaq məhsulları aldım və rahat keçirə bildim. Ayda 30 kiloqram norma var. Amma güzəşt edirlər".

Ötən həftədən bəri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. Əməliyyat nəticəsində on nəfərə yaxın şəxsin saxlandığı bildirilir.

İddialara görə, saxlanılanların arasında Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və onun müavinin Səbuhi Novruzov da var. Səbuhi Novruzov Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun yeznəsi, Səhət Həbibbəyli isə AMEA prezidenti, akademik İsa Həbibbəylinin oğludur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İcra başçısı deyir ki, indiyəcən nə yemisən, get onu ye" - NARAZILIQ VAR!


Daşkəsənin eyniadlı qəsəbə sakinləri hökümətin diqqətsizliyindən şikayətlənirlər. Bura Kobalt kəndi də deyirlər. Sovet hökuməti dönəmində burada kobalt yatağı aşkarlanıb. İşləmək üçün gələnlərə fin evləri tikilib.
"İcra başçısı deyir ki, indiyəcən nə yemisən, get onu ye" - NARAZILIQ VAR!

Sakinlər deyirlər ki, vaxtilə bura cah-cəlallı olub, indi isə baxan yoxdur. Müxtəlif millətlərdən olan adamlar burada işləyən vaxtı kəndin hər şəraiti olub, hətta kəndin yaxınlığında elektrik stansiyası da vardı.
"İcra başçısı deyir ki, indiyəcən nə yemisən, get onu ye" - NARAZILIQ VAR!

Kəndin hazırda nə suyu, nə qazı, nə də yolu olduğunu deyən sakinlər aidiyyatı qurumların onların problemləri ilə maraqlanmadığını deyirlər. İndi kənddə nə kobalt mədəni var, nə də iş yeri. Camaatı da elə işsizlik narahat edir. 60-70% işsizdir.

Mövzu ilə bağlı Azadlıq Radiosunun sujeti:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı Baş Səhiyyə Mərkəzinin BAHALI OFİSİ – “Bu faktın ciddi araşdırmaya ehtiyacı var”


Səhiyyə Nazirliyinin "Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi Zeynalov Natiq Vahib oğluna məxsus qeyri-yaşayış sahəsini icarəyə götürüb. Bakı Baş Səhiyyə Mərkəzi Natiq Zeynalov ilə satınalma müqaviləsi imzalayıb və binanın bir illik icarəsi üçün 516 min 279 manat 12 qəpik ödəyəcək.

Qeyd edək ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən icarəyə götürülən bina inzibati mərkəz kimi istifadə ediləcək.

Məlumat üçün bildirək ki, Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü binada daha əvvəl Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərirdi. DİM 2015-ci ildən 2022-ci ilin iyun ayına kimi Natiq Zeynalova məxsus binada fəaliyyət göstərib. Qeyd olunan tarixdən sonra isə həmin binanı Bakı Baş Səhiyyə Mərkəzi icarəyə götürüb.

Təbii ki, dövlət qurumlarının özəl obyektləri baha qiymətə icarəyə götürməsi hər zaman ciddi müzakirələr yol açıb. Çünki, bu tip icarə müqavilələri hər zaman korporativ maraqlara xidmət edir.

Gundem.media bildirir ki, məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bu cür halların korrupsiya mənbəyi olduğunu bildirdi:

“Belə faktların ciddi araşdırmaya ehtiyacı var. Burda korporativ maraqlar aşkar edildikdə isə mütləq şəkildə müvafiq dövlət qurumları məsələyə müdaxilə etməlidir”.

Natiq Cəfərli başqa bir vacib məsələyə də toxundu:

“Dövlət və hökümət qurumlarının keçirdiyi tenderlərdə məmurlar özlərinə və yaxud yaxınlarına aid şirkətlərin qalib elan etməsi tez-tez rast gəlinən haldır. Dəfələrlə bunun şahidi olmuşuq. Yuxarıda qeyd olunan fakt da belə halların növbətisidir. Çox zaman Tender haqqında, Satınalmalar haqqında qanunvericiliyin tələblərinin pozulması ilə bu baş verir. Baxmayaraq ki, qanunvericilikdə yazılıb ki, bəlli təcrübəsi olan şirkətlər tenderə cəlb oluna bilər. Amma reallıqda görürsən ki, 5-10 gün əvvəl yaradılmış şirkətlər qalib elan olunur. Və yaxud özlərinə yaxın olan şirkətlərlə müqavilə imzalanır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xətaidə yolun ortasında obyekt tikilir, İcra Hakimiyyəti göz yumur? - FOTO


Xətai rayonu Sarayevo küçəsində yolun ortasında ağaclar kəsilərək yerində obyekt tikilir.

DİA.AZ bildirir ki, bu barədə rayonun sözügedən ərazidə yaşayan sakinləri Yeniavaz.com-a məlumat veriblər.
Sakinlər yolun ortasında tikilən obyektin fotolarını da redaksiyamıza təqdim ediblər.

Obyekti kimin tikdirdiyi, müvafiq icazə sənədlərinin olub-olmaması barədə məlumat yoxdur.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Xətaidə yolun ortasında obyekt tikilir, İcra Hakimiyyəti göz yumur? - FOTO
Xətaidə yolun ortasında obyekt tikilir, İcra Hakimiyyəti göz yumur? - FOTO


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq


Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əksini tapıb.

Bu sahədə icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib.

Qızıl sikkələr 2023-cü il fevral–may aylarında hazırlanmalıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
XTQ qazisinin anasına qarşı 235 saylı məktəbdə yaradılmış qruplaşmanın əsl məqsədi bəlli oldu - İLGİNC İDDİALAR...


Məlum olduğu kimi son illər Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, müharibə iştirakçısı olmuş şəxslərə, qazilərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədə həyata keçirilir. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Amma çox təəssüf ki, öz məqsədləri üçün dövlətimizin yeritdiyi bu siyasətə qarşı xoşagəlməz addım atanlar da olur.

Aktualinfo.org ötən həftə Pirallahı rayonundakı 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən əsassız olaraq çıxarılmış Elza Cəfərovanın müraciəti ilə bağlı məqalə yaymışdı. Oğlu 44 günlük Vətən Müharibəsində, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində son günə qədər iştirak etmiş bir müəllimənin işindən çıxarılması sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olmuşdu. Elza Cəfərovanın oğlu, Əmir Cəfərovun keçdiyi döyüş yoluna şübhə ilə yanaşan məktəbin bir qrup müəllimlərinin qərəzli paylaşımları isə ictimaiyyət arasında daha çox narazılığa səbəb olmuşdu. Dünən isə redaksiyasımıza sosial şəbəkələrdə və elektron media resurslarında yayılanlarla bağlı yeni məlumatlar daxil olub. Belə ki, Elza Cəfərovanın işdən çıxarılma kompaniyasını təşkil edən, vəzifə uğrunda mübarəzə aparan yeni adlar üzə çıxıb.

Təfərrüatlara keçməzdən öncə qeyd etmək istərdik ki, Pirallahıda 4 tam orta məktəb var. Qəsəbədəki 168 saylı tam orta məktəbin direktoru Elnur Bayramov Bakı şəhər Təhsil İdarəsində yüksək vəzifə tutanlardan birinin qohumudu. Pedaqoji təhsili və stajı yoxdu. Əvvəllər 243 saylı məktəblə 235 saylı məktəbin direktorluğu ona həvalə olunub. Hazırda 235 saylı tam orta məktəbin direktoru olan Seymur Yusibov əvvəllər Gürkan qəsəbəsində yerləşən 231 saylı məktəbdə müavin olub. Hazırda 243 saylı tam orta məktəbin direktoru isə yoxdu. Pirallahı rayon icra Hakimiyyətinin saytında adıçıkilən şəxslər məktəb direktoru kimi göstərilsə də, əslində direktor əvəzidirlər. Yəni hazırda Pirallahıdakı 4 orta məktəbin 3-də direktor olmaq uğrunda ayrı-ayrı şəxslər və ya qruplar arasında mübarizə gedir. Deyilənlərə görə 231 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Seymur Yusubov 235 nömrəli tam orta məktəbə direktor vəzifəsini istədiyindən 168 nömrəli məktəbə getməyib. Ona görə də Elnur Bayramovu 168 saylı məktəbə göndəriblər. Qazi anası Elza Cəfərovanın vəzifəsindən əsassız olaraq çıxarılmasına səbəb isə 235 nömrəli tam orta məktəbə direktor olmaq istəyən bu qruplaşma üzvlərinin mübarizəsi olub.

Vəzifəsindən əsassız olaraq çıxarılmış Elza Cəfərovanın verdiyi məlumata görə qruplaşmanın başında məktəbin direktor müavini olmuş Humay Paşayeva durur. Məktəbdən korrupsiya əməllərinə görə işdən çıxarılmış, keçmiş təsərrüfat işləri üzrə direktor müavini Şahnazın bacısı qızı, tarix müəllimi Təranə Əliyeva fəallardan biridir. Fəallardan ədəbiyyat məllimi Türkan Şirinova, ibtidai sinif müəllimi Şəhla İsmayılova, onun həyat yoldaşı, texniki işçi Akif İsmayılov, diplomu olmayan psixoloq Vüsalə, Mina Vəliyeva, və digər müəllimlər Ülkər, Türkan, Nailə, Telli, Sevinc, Şəhla və hətta 231 saylı məktəbin Həmkarlar Təşkilatının sədri İlhamə Ağayeva məktəbin texniki işçisi Akif İsmayılovun yaxınlıqdakı həyətində yığışaraq sosial şəbəkələrdə oğluma və özümə böhtan atmaq üçün müzakirə aparmışlar. Maraqlananda məlum olmuşdur ki, güya BŞTİ-i tərəfindən təşkil edilir.

Elza Cəfərova onu da bildirdi ki, oğlu Əmir Cəfərovun döyüş yoldaşları 19-25 noyabr tarixlərində Elm və Təhsil Nazirliyinin qarşısında aksiya keçiriblər. Nazirlik rəsmisi onlara bildirib ki, Pirallahıdakı məktəblərdə yaradılmış qruplaşmadan xəbərləri var və işi araşdırıb gələn həftə onlara cavab verəcəklər. Bakı şəhər Təhsil İdarəsində olarkən Hüquq Şöbəsində çalışan Kamran müəllim döyüşçü deyəndə ağzını yan tərəfə tutub Humay Paşayeva tərəf durdu. Elza müəllimə döyüşçü adına rişxəndlə yanaşan Kamranın barəsində də ölçü götürülməsini istəyir.

Sosial şəbəkələrdə oğlumu təhqir edən, keçdiyi döyüş yolu ilə bağlı qərəzli paylaşımlar edən müəllimlər polis idarəsi tərəfindən çağrılaraq sorğuları götürülür. Mina Vəliyevanın həyat yoldaşı paylaşımın güya onların xəbəri olmadan yayıldığını bildirmişdir. Şəhla İsmayılovanın həyat yoldaşı da həmçinin . Lakin araşdırma aparılır, digər müəllimlər də polisə izahat verdikdən sonra nəticəsi açıqlanacaq.

Sonda qeyd etmək istərdik ki, ölkə rəhbərliyi tərəfindən qazilərimizə, şəhid ailələrimizə böyük qayğı və diqqətin göstərildiyini, onların ən kiçik problemlərinə belə həssaslıqla yanaşıldığını hər birimiz görürük. Bir sözlə, şəhid ailəsi, müharibə əlili, Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızı işğaldan azad edən qazilərin mövqeyi cəmiyyətdə hər zaman öndə tutulur. Bəs görəsən Pirallahıdakı 235 saylı məktəbin bir qrup müəllimi bu ənənəni niyə pozur? Prezidentimizin, Ali Baş Komandanımızın medalla təltif ediyi qazinin keçdiyi döyüş yolu ilə bağlı qərəzli məlumatlar yayan, şübhə ilə baxan bu şəxslərin məqsədi nədir? Kimlərisə məktəbdə vəzifəyə gətirmək. Çox təəssüf ki, dövlətin təhsil müəssisəsini şəxsi məqsədləri üçün istifadə etmək istəyən bu qrupun əməllərinə Bakı şəhər Təhsil İdarəsinin də, Elm və Təhsil Nazirliyinin də rəsmiləri göz yumur.

Aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO