[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oğuzun Mərkəzi Xəstəxanasında baş verənlərdən TƏBİB sədrinin xəbəri varmı - NARAZILIQ VAR!


Oğuz rayon Mərkəzi Xəstəxanasında baş verən və son dövrdə daha da artan qanunazidd əməllər barəsində adlarının məlum səbəblərdən açıqlanmasını istəməyən işçiləri tərəfindən Aktualinfo.org redaksiyasına məlumatlar daxil olmuşdur. Məlumatda bildirilir ki, baş həkim Anar Əzizov, baş mühasib və kadrlar şöbəsinin rəisinin birlikdə törətdikləri maliyyə maxenasiyalarından bəhs edilir. Belə ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinin 16 əməkdaşı tərəfindən PHŞ-nin direktoru Əzizov Anara ünvanladıqları 09 oktyabr 2022-ci il tarixli yazılı ərizədə bildirlir: ” Sizə məlum edirik ki, Reanimasiya şöbəsinə əlavə 4 nəfər işçi gəlib. Onlar işlə təmin olunduqdan sonra bizim əmək haqqımızda əhəmiyyətli dərəcədə azalma olub. Xahiş edirik bu haqda tədbir görəsiniz. ”
Oğuzun Mərkəzi Xəstəxanasında baş verənlərdən TƏBİB sədrinin xəbəri varmı - NARAZILIQ VAR!

Ərizədə qeyd edilənlərin nə dərəcədə həqiqətə uyğun olub olmaması barədə dəqiqləşmələr aparmaq üçün Oğuz rayonundan olan mənbələrimizə müraciət etdik. Onlar faktı təsdiq edərək bildirdilər ki, bəli, Mərkəzi Xəstəxanada bir çox qanunpozuntuları vardır. Ərizədə göstərilən bu 4 nəfər işçiləri kadrlar şöbəsinin rəisi zəruriyyət olmadan öz şəxsi maraqları daxilində qeyri-rəsmi işə götürüblər. Rə ona görə də rəsmən onlara bank kartı vasitəsilə əmək haqqı verə bilmədiklərinə görə öz ciblərindən qarşılayırlar. Və təbii ki, ərizədə göstərildiyi kimi, bu pulların da əldə edilməsi üçün reanimaiya şöbəsinin 16 nəfər işçisinin əmək haqqını qanunsuz olaraq kəsirlər. Topladıqları bu pullardan “yeni işçilərə” “əməkhaqqı” verirlər. Pul məsələsini isə baş mühasib öz “qaydaları” ilə həll edir. Xəstəxanada belə qeyri-rəsmi işə götürülənlər çoxdur. Təbii ki, xəstəxana rəhbərliyi götürdüyü hər qanunsuz işçinin xalasının qara gözünə aşiq olduğuna görə deyil, tam başqa məqsədlə bu əməli törədir. Nəticədə, məsələn reanimasiya şöbəsinin işçisi və şəhid anası olan Lalə Həsənovanın da əməkhaqqı qanunsuz olaraq azaldılmışdır. Halbuki, 44 günlük müharibə dövründə Oğuz RMX-nın reanimasiya şöbəsinə yerləşdirilmiş 50-yə qədər ağır yaralı əsgərimizin həyatda qalmaları üçün həmin şöbənin kollektivi gecə-gündüz əllərindən gələni və hətta gəlməyənləri də etmişlər ki, ( evlərindən son azuqələrini və s. gətirməklə) onlar sağlamlıqlarına qovuşsunlar. Bu da nəticə.
Sığorta Şirkətindən isə Oğuz sakinləri təmənnasız yararlana bilmirlər.
Baş həkim Oğuz rayonunda bir işsiz sürücü “tapa bilmədiyi” üçün Şəki rayonundan imkanlı bir kadrı təcili yardım avtomobili sürücüsü kimi işə qəbul etmişdir. Bu sürücü də Oğuz rayonun bir çox kəndlərini tanımadığına görə həkimi ağır xəstələrin ünvanlarına vaxtında çatdıra bilmir. Şükürlər olsun ki, belə gecikmələr ucbatından xəstə ölümü hələlik qeydə alınmayıb.
Xəstəxananın Cərrahiyə Şöbəsində də əməliyyat olunan heç bir xəstə qanunamüvafiq olaraq reanimasiya şöbəsinə deyil, birbaşa palataya yerləşdirilir. Xəstə uzərində həyata keçirilən belə oyunbazlığın səbəbini isə hələ də reanimasiya şöbəsi kollektivi bilmir. Xəstəxanada son vaxtlar sağlamlıq arayışının qiyməti 40 manat olub. Kim istəyirsə, həkim qapılarına düşmədən və vaxt itirmədən pulunu verib əldə edə bilər. Bu barədə gizli video çəkilişin olduğu da bildilir.
Sonda mənbə onu da qeyd etdi ki, Oğuz rayon Mərkəzi Xəstəxanasının işçi heyətinın yarısına qədəri Bucaq kənd sakinlərindən ibarətdir.

Xəstəxanada baş verən bu kimi qanunsuz işlərdən TƏBİB sədri Vüqar Qurbanovun xəbəri varmı deyə bilmərik. Onu qeyd edəbilərik ki, Oğuz rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar,özbaşınalıqlar bunlarla bitmir. Xəstəxana tərəfindən mal-materialların və müxtəlif xidmətlərin satın alınması məqsədi ilə keçirilmiş kotirovka sorğularında da ciddi qanun pozuntularına yol verilib. Apardığımız araşdırmanın nəticələrini yaxın vaxtlarda ictimaiyyətə açıqlayacağıq.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçay xəstəxanasında QƏSSAB İŞİ - BUNUN BAŞQA ADI YOXDUR...


Bu il iyulun 23-də gecə saatlarında Göyçay sakini, 29 yaşlı Vüsalə Quliyeva Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı nəticəsində həyatını itirib. Vüsalə Quliyevanın ailə üzvləri deyir, hadisənin üstündən 4 aya yaxın vaxt keçsə də, xəstəxana həkimləri barədə yalnız töhmət xarakterli tədbir görülüb, heç biri cinayət məsuliyyətinə cəlb olunmayıb.

Mərhumun ailə üzvü Səbuhi Quliyev Meydan TV-yə danışır ki, iyulun 20-də Vüsalə Quliyevada qəfil halsızlıq, yüksək hərarət yaranıb. Elə həmin gün ailə üzvləri onu Təcili Tibbi Yardım Stansiyasına aparıblar, həkim Əli Əsgərov iynə vurub, resept yazıb, arxayın edib ki, ciddi bir şey yoxdur və yola salıb:

“Dedi ki, indi hamıda bu qızdırmadan var, gedin, yazdığım reseptdəki dərmanları verin, yaxşı olacaq. Gəldik evə, qızdırma düşmədi, bu dəfə götürüb Göyçay Mərkəzi Xəstəxanasına apardıq. Xəstəxananın həkimi İlhamə xanım rentgenə göndərdi, sonradan bilmişik ki, rentgen aparatı işləmirmiş, bizdən gizlədiblər. Vüsaləni aidiyyəti olmayan flüoqrafoya aparatıyla müayinədən keçiriblər, hansı ki, həmin aparat ağciyərin vəziyyətini aşkar edə bilmir. Nəticəni gətirdik verdik İlhamə xanıma, dedi, bunda heç nə yoxdur, ciyərləri də, tənəffüs yolları da təmizdir”.

Şikayətçinin deməsinə görə, yenə xəstəni elə hərarət içində götürüb, evə dönüblər. Ancaq gecə saatlarında vəziyyəti ağırlaşıb və yenidən Göyçay Rayon Mərkəzi Xəstəxanasının qapısını döyməli olublar:

“Xəstəxananın acil şöbəsində növbətçi həkim Fatimə Abdullazadə idi. Vüsalənin hərarəti artıq 40-ı ötmüşdü. O da bir iynə vurdu, dedi, indi həkimlər yoxdur, heç nə edə bilmərəm, aparın evə, səhər gətirərsiz, həkimlər baxar. Gecəylə baş həkim Ləman Hacıyevaya dəfələrlə zəng vursam da, telefonu açmadı. Yenə də əlacsız şəkildə Vüsaləni xəstəxanadan çıxarıb anasıgilə apardıq”.

Səbuhi Quliyev deyir, eyni vaxtda Vüsalənin 8 aylıq övladı da ağır xəstə olub və eyni xəstəxanaya 1 ay imiş ki, aparıb-gətirirlərmiş, ancaq həkimlər diaqnoz qoya bilməyiblər. Vüsaləni evə gətirəndən sonra körpənin vəziyyətinin ağırlaşdığını öyrənib: “Körpəni də təxminən bir ay idi ki, həmin xəstəxanaya aparıb gətirirdik. Hər dəfə başqa-başqa diaqnozlar qoyub, fərqli müalicələr edib vəziyyətini ağırlaşdırmışdılar. Elə həmin gecə biz Vüsaləni evə gətirəndə zəng vurub dedilər ki, gəlin uşağı təcili Mingəçevirə aparın, yoxsa öləcək. Biz də Vüsaləni buraxıb, qaçdıq xəstəxanaya, uşağı götürüb gecəylə Mingəçevirə çıxdıq. Mingəçevir Mərkəzi Xəstəxanası qəbul etmədi, dedi, uşağın vəziyyəti ağırdır, bizlik deyil, Bakıya – OMD-yə çatdırın. Evdən zəng gəldiyi üçün uşağı götürüb, əvvəl Göyçaya gəldik, mən Vüsaləni Göyçay Mərkəzi Xəstəxanasına, qardaşımsa uşağı Bakıya – OMD-yə götürdü. Yenə müayinə rentgenə göndərdilər, bu dəfə dedilər ki, ciyərlərində buz var, infeksion şöbəyə yatırtdılar. Dedik, axı xəstənin durumu çox ağırdır, niyə reanimasiyaya götürmürsünüz? Heç yarım saat keçmədi, Vüsalə komaya düşdü, ondan sonra reanimasiyaya köçürtdülər”.

Günorta saatlarında reanimasiya şöbəsinə köçürülən gənc Vüsalənin hekayəti elə həmin gecə saat 4-də orada uğursuz başa çatır. Ekspert onun pnevmaniyadan öldüyünə dair rəy verir. Səbuhi Quliyev sözünə davam edir:

“Pnevmaniya vaxtında qarşısı alınanda sağalan xəstəlikdir. Kor-kor, gör-gör, həkimlər Vüsaləni 3 gün apar-gətir etməklə müalicəni gecikdirdilər. Göyçay Mərkəzi Xəstəxanasının həkimləri belədir – xəstəyə sağlığında qoymalı olduğu diaqnozu keçinındən sonra qoyur. Halbuki, pnevmaniyanı aşkarlamaq üçün dağı-dağ üstə qoymağa ehtiyac yoxdur. Məsələ ağciyər idisə, mütləq KT lazım idi, etməyiblər”.

Səbuhi Quliyevin deməsinə görə, əvvəlcə xəstəxana məsuliyyəti yaxasından uzaqlaşdırmaq üçün rəydə saxtalaşdırmaya yol verilib. O da Göyçay Rayon Prokurorluğuna, Baş Prokurorluğa, Prezident Administrasiyasına müraciət edib. O, ailə üzvlərinin də iştirakıyla təkrar komisyon ekspertiza keçirilməsini istəyib. Rayon prokuroru ötən ay müraciəti təmin edib:

“Komisyon ekspertiza sənədlərin ekspertizasıdır, həkimlər nə etməliydilər, nəyi ediblər, nəyi yox, müalicə düzgün aparılıb, ya yox, dozalar düzgün olub, olmayıb… Birinci komisyon ekspertizada infeksionist iştirak etməmişdi, mənim vəsatətimlə ikincidə infeksionist də dəvət olundu. Komisyon ekspertiza bir neçə dəfə keçirilsə də, bizi yalnız bir dəfə dəvət etdilər. Sonra da özlərinə sərfəli olan qərarı çıxartdılar”.

Vüsalə Quliyevanın ailə üzvləri Göyçay Rayon Mərkəzi Xəstəxanasının bir neçə həkiminin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir:

“Məsələn, Təcili Yardım Stansiyasının həkimi Əli Əsgərov yüksək hərarətlə gətirilən xəstəyə iynə vurub, nəzarətdə saxlamadan, hərarəti qaydasına düşmədən evə göndərib. Xəstədən yaxma götürmək, onu ixtisaslaşmış həkimə yönləndirmək əvəzinə, özbaşına resept yazıb ki, yazdığı dərmanlar da əks təsirini göstərərək xəstənin vəziyyətini ağırlaşdırıb. Növbəti gün Göyçay Rayon Xəstəxanasına aparanda KT olunmalıydı, etməyiblər, aidiyyəti üzrə olmayan flüoqrafiya aparatıyla müayinə aparıb nəticəni səhv yazıblar. Yenə də xəstənin hərarətini nəzarətdə saxlamaq, tibbi yardımlar göstərmək əvəzinə İlhamə həkim geri qaytarıb. Növbəti gecə yenə ağırlaşmayla aparanda növbətçi həkim Fatimə Abdullazadə geri qaytarıb ki, gedin, sabah gəlin. Analizlər, müayinələr, düzgün diaqnoz, müalicələr vaxtında olsaydı, ölüm-itim də baş verməzdi. Vüsalənin vəziyəti bu həkimlərin sayəsində ağırlaşıb və bir insan gənc yaşında həyatını itirib. İki körpə anasız qalıb – biri 1, o biri 3 yaşında… O həkimlər buna görə qanun qarşısında cavab verməlidilər. Mənim onlara həkim deməyə də dilim gəlmir”.

Səbuhi Quliyev deyir, Göyçay Rayon Prokurorluğu bir aydan çoxdur ki, TƏBİB-ə bu ölüm işiylə bağlı xidməti yoxlama aparmasını tapşırıb, ancaq hələ də aparılmayıb:

“Burada söhbət bir xəstəxanadakı idarəçilikdən gedir. Bir xəstəxananın altı həkimi xəstəyə üç gündə diaqnoz qoya bilməyib. Rentgen aparatının işləməməsi birbaşa xəstəxana direktorunun məsuliyyətidir. Xəstələri flüoqrafiya aparatından keçirib, rentgen müayinəsi qəbzi verirlər. 7 aydır ki, göyçaylılar rentgendən keçmək üçün Qəbələyə 70 kilometr yol gedib-gəlirlər”.

Göyçay Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, məsələ rayon prokurorluğunda araşdırılır və ora müraciət edək. Göyçay Rayon Prokurorluğundansa bildirilib ki, Vüsalə Quliyevanın müalicə aldığı Göyçay Mərkəzi Xəstəxanasında ölməsi faktı üzrə araşdırmalar davam edir. Oktyabrın 3-də mərhumun ailəsinin müraciəti əsasında komisyon-tibb ekspertizası təyin edilib və və icra edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının Patoloji Anotomiya Bölməsinə göndərilib, icra olunub.

TƏBİB-in Quliyevlər ailəsinə göndərdiyi məktubunda qeyd olunub ki, xəstəxanada Vüsalə Quliyevanın ölümüylə bağlı araşdırma aparılıb. Xəstəxananın Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım bölməsinin təcili tibbi yardım üzrə həkimi Fatimə Abdullazadə, bölmənin tibb bacısı Aytac Qasımovaya, tibb bacısı Samirə Zeynalovaya töhmət verilib. Xəstəxananın laboratoriya şöbəsinin laborantı Ulduzə Xəlilovaya yazılı xəbərdarlıq edilib.

Qurumdan Meydan TV-yə bildirilib ki, Vüsalə Quliyevanın tibbi sənədləri təhlil edilməsi üçün “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində şəxslərə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və ölüm hallarının təhlili üzrə Komissiya”ya təqdim edilib.

Komissiyanın araşdırmasından sonra nəticə barədə əlavə məlumat veriləcək.

“Eyni zamanda, xəstəxananın aidiyyəti şöbəsinin adıçəkilən əməkdaşları ƏMək Məcəlləsinin müvafiq maddələri üzrə cəzalandırılmışdır. Rentgen cihazında yaranan nasazlıq qısa müddət ərzində aradan qaldırılacaqdır”.

Quliyevlər ailəsinin deməsinə görə, rayon prokurorluğu sonuncu ekspertiza rəyinə əsasən xəstəxananın baş həkimi də daxil olmaqla, həkim məsuliyyətsizliyinə görə altı nəfəri işə cəlb edib. Ancaq Quliyevlər qərarla razılaşmayıblar və daha iki həkimin də cəlb olunması üçün müraciət ediblər.

Meydan TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-dən ƏMƏLİYYAT: İranın casus şəbəkəsi ələ keçdi - VİDEO

İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

Başqa bir araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində TEKNOFEST Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.

Eyni zamanda müəyyənləşdirilib ki, digər Azərbaycan Respublikası vətəndaşı Ağazadə Bəxtiyar Rafiq oğlu dini təhsil almaq üçün İran İslam Respublikasında olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlayıb, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranıb.

Həmçinin müəyyən edilib ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən Məmmədov Orxan Kəmran oğlunun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları “Telegram” tətbiqi sistemi vasitəsilə sonuncuya göndərib.

Azərbaycan Respublikasının vətəndaşları Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar.

Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahibkar xanımın başına oyun açdılar... - TƏFƏRRÜAT


Azərbaycanın ilk sahibkar xanımlarından olan Fatimə Ağamirzəyeva Alpan kəndində başına açılan oyunlardan yazıb. Bu barədə teref.az saytında məlumat verilir. Xanım sahibkar başına gələnləri belə nəql edir:

"Dostlar, mən 1988-ci ildən fəaliyyətdə olan Azərbaycanın ilk qadın sahibkarıyam. Müvəffəqiyyətlərim və gördüyüm işlər heç də az olmayıb. Hətta ən çətin şəraitlərdə belə...Lakin indi hərəkət eləmək heç mümkün deyil. Mən sizə bu dəfə bir sahəni deyəcəyəm və məsləhətlərinizə də ehtiyacım var və sonra ardıcıl olaraq nələrdə çətinliklərim olduğunu bölüşəcəyəm. Çünki arada həsəd bürüyür məni ki, tanıdığım xanımların güclü reklamı və bacarıqları tez-tez göstərilir. Görəsən, mənim beynəlxalq səviyyədə belə tanınmağıma baxmayaraq nəyə görə mən öz respublikamızda bacarıqsız görünürəm?!

Birinci - 2017-ci ildə ABŞ Səfirliyi və İqtisadiyyat Nazirliyinin birgə klaster layihəsi mənə tapşırıldı. Bu, Alpan kəndində qadınlar üçün Sənətkarlığı artırmaq və işə cəlb etmək üçün olan çox maraqlı bir layihə idi. Və biz həm bir qrup xanımı tədris etməli idik, həm də bina tikilməli idi. Binanın tikilişinə 3000 AZN xərcləməli idim, 75000 dollar səfirlik, qalan işləri isə bələdiyyə və ictimai şüra üzərinə götürməli idi. Bələdiyyə heç bir köməklik göstərmək istəmədi və hətta onun üzərinə düşən sənədləşmə işini bilərəkdən etmədi. İcmanın büdcəsi yox idi. O səbəbdən yük mənim və səfirliyin üzərində qaldı. Mənim özümdə olan iki böyük yük maşını quru taxta və içəridə olan dəzgahlar, xammal, stol-stullar, qapılar və digər xərclər mənim üzərimə düşdü ki, əvvəllər 42000 AZN hesabladılar, sonra isə onların bağladığı ikinci aktda azaldılaraq 34000 AZN düzəliş etdilər.
·
O vaxtadək ustaların öyrənilməsi üçün 5 növ texnoloq usta 3 ay müddətində maaşları, yol xərcliyi və yemək mənim üzərimə düşdü. Nə yaxşı ki, mən müəllimələrlə razılaşdıq ki, birdən bu pul mənə ödənilməsə, mən pulu tədricən, hissə-hissə ödəyərəm və belə də etdim. Dəzgahların quraşdırılması, xammalın alınması, sonradan işlə təmin etmək üçün ehtiyat xammal və bütün bunlar mənə 52000 AZN xərcləmək məcburiyyətində qoydu. Və 15 nəfər qadın çox yüksək səviyyədə xalça, kilim, verni, sumax texnologiyasını mənimsədilər və işə başladılar. Çox təntənəli açılış oldu. Səfirlik, nazir müavini, tanınmış Qadın Assosiasiyası rəhbərləri, kənd camaatı və s. (bu disk məndə var) bu görünən işlərin nümunələri ilə və xanımlarla tanış oldular. Lakin həmin vaxtda da bizim əsaslı ünvan sənədlərimiz bələdiyyə tərəfindən yerinə yetirilməmişdi. Baxmayaraq ki, məndə onların bağladığı akt var ki, guya torpaq sənədlərinin alımasına 3500 AZN, qazlaşdırmaya 500 AZN, işığa isə 500 AZN xərcləyib. Hamısının imzası var, bircə mən imzalamamışam. Yəni sənəd olmadığı üçün qaz çəkilişi bu günəcən mümkün olmayıb. İşıq pulun isə mən 830 AZN ödəmişəm (qəbz məndədir). Açılışdan sonra isə iş orada davam edib, əməkhaqları alıblar, mən isə sənədləri tələb etmişəm. Kəndin bələdiyyə sədri Seyidov Əziz qızlar haqqında müxtəlif şayiələr yaydıraraq onları işdən çəkindirməyə başladı və sənəd tələb etdikdə "mən bələdiyyə nəzdinə keçməliyəm" kimi bəhanə gətirdi. Hansı ki, bələdiyyənin dövlətə 2 milyondan çox borcu var idi və onun nəzdinə keçdikdə qazanan yer kimi borcu biz ödəməli idik. Bu isə, hamınızın bildiyi kimi, mümkün deyildi, amma biz Danışan İlmələr kollektivinə və onun idarə heyətinə əsasən, sənədi bir nəfərin adına ala bilərdik və beləcə müəssisə öz vergisini özü ödəyə bilərdi. Bina əvvəlki qüsurlarından və sonrakı baxımsızlıqdan ciddi zərər görür. İki ildir ki, oraya baxmaq adı ilə bir mollanı bir ailəsi ilə yerləşdirmiş və bütün müəssisəni mənzilə çevirmişdi. Həmin MOLLA öz evini satarkən deyildiyinə görə 10000 AZN pul alaraq Seyidov Əzizə vermiş və binamın yanında ona həyətinin çəpərlərini sökərək və birləşdirərək torpaq sahəsi vermişdir. Hətta binanın içərisində dəzgahların üstündə çox qiymətli xalçaların yarımçıq qalmağına və sifarişlə düzəltdirdiyim avadanlığın içəridə olmağına baxmayaraq mən o binaya 2 ildir ki, girə bilmirəm. Və son dəfə mən həmin şəxsin odunlarımızı yandırdığına və içəridə bizim bütün işimizi şok vəziyyətinə saldığına görə onun çıxmağını istədikdə Əziz Seyidov və kəndin icra nümayəndəsi çoxlu adam toplayaraq gəldilər və bildirdilər ki, bu adam bu kəndin sakinidir və çıxmayacaq.
İndi, əziz dostlar, siz deyin. Ət budursa, pişik hanı, pişik budursa, ət hanı. Yəni əgər bu bina Əzizin, yanındakı torpaq da mollanındırsa, mənim 86000 AZN pulum hara getdi və səfirliyin 75000 Dollar pulu MOLLAya niyə bağışlandı. Çəkdiyim əziyyəti, əsəbi, yolu demirəm. Bu, bir problem.
Növbəti dəfə çalışacağam (əgər sizə maraqlıdırsa) ikinci problemi də deyim. Yəni mən baş aça bilmirəm, siz nə məsləhət bilirsiniz?!"

Məsələ ilə əlaqədar olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ekologiyanın düşmənləri Xaçmazda İŞ BAŞINDA... - NAZİR(LİK) HARA BAXIR?


Ölkə ərazisində ekologiyaya qarşı qatı düşmənçilik nəinki davam edir, hətta demək olar ki, getdikcə daha da genişlənir. Buna səbəb isə aidiyyatı qurumların müxtəlif ərazilər üzrə səlahiyyətli əməkdaşlarının laqeydliyi, təbiətə qarşı biganəliyidir.

İndi elə bir dövrdür ki, kimsə şəxsi həyətində odun qıranda, bel ilə yer qazdıqda belə ərazi üzrə sahə müvəkkili, İcra nümayəndəsi, Bələdiyyə sədri və sair hamısı tək-tək xəbərdar olur, o ki, qaldı o boyda qazıntı işləri gedə, o qədər meşə zolağı məhv edilə, yerində təsərrüfat işləri aparıla...

"Kənd təsərrüfatı təyinatlı torpaqlar aidiyyatı qurumların ərazi üzrə səlahiyyətli nümayəndələrinin gözü baxa-baxa qazılıb, Bakı-Quba yoluna (yəqin, bunun üçün də büdcədən filan qədər pul silinir) daşınır".

Bu barədə "DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Xaçmaz rayon Çılğır kənd sakini İlyas Ramazanov canlı efirdə bildirib.

Onun sözlərinə görə, "kəndin ərazisindən keçən çayın kənarları xırda çay daşları çıxarmaq üçün qazılıb, ətrafı genişləndirilib, eyni zamanda axın istiqaməti də dəyişdirilib. Bundan əlavə kənd təsərrüfatı təyinatlı xeyli torpaq sahəsi də qazılıb, torpağı Bakı-Quba yolunun inşasında istifadə olunması üçün daşınır.

Kəndin ərazisindəki meşə zolağı isə tamamilə məhv edilib - ağaclar texnikalar vasitəsilə kəsilib, ərazidən daşınıb. Həmin meşə zolağının yeri də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi istifadə edilir."

Vətəndaş bildirir ki, bütün bunlar barəsində aidiyyatı qurumlara dəfələrlə məlumat verilsə də sözügedən proseslərin gedişatında heç nə dəyişməyib. Heçolmasa, ən azından ləngimə belə olmayıb.

İlyas Ramazanovun sözlərinə görə Cavidan Məmmədov adlı hazırkı Çılğır kənd İcra nümayəndəsinin ona borcu var.
Yeri gəlmişkən, borcun yaranmasının da maraqlı tarixçəsi var. Belə ki, Cavidan Məmmədov 20 il kənddə bələdiyyə sədri olub. Və həmin dövrlərdə torpaq satdığı şəxslərdən biri də İlyas Ramazanovdur. Şəxsin sözlərinə görə alqı-satqı zamanı aralarında müəyyən məbləğdə borc yaranıb və illərdir ki, İlyas Ramazanov həmin borcunu Cavidan Məmmədovdan geri ala bilmir.

Deyir, "Cavidan bir müddətdir ki, bələdiyyə sədri vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə təyin edilən bələdiyyə sədri barəsində isə araşdırmalar aparılıb, işində yol verdiyi nöqsanlara görə məsuliyyətə cəlb olunub. Hazırda ayağında elektron izləmə cihazı daşıyır və artıq, tutduğu vəzifəsindən də azad edilib. Maraqlıdır ki, Cavidan Məmmədov kənddə indi həm bələdiyyə sədrinin işlərini müvəqqəti icra edir, həm də öz işini (Çılğır kənd İcra nümayəndəsi vəzifəsini) icra edir."

Maraqlıdır ki, kənddə iki rəhbər vəzifəni eyni vaxtda idarə edən bu "od parçası" işgüzar adam barəsində nəinki heç bir araşdırma aparılır, hələ üstəlik digər rəhbər vəzifənin də icrası ona tapşırılır.

Vətəndaş bildirir ki, bununla bağlı o İcra Hakimiyyəti başçısı Elnur Rzayev da qəbulunda olub, bütün məlumatları verib. Elnur Rzayev də bir çox icra başçıları kimi onu dinləyib, aidiyyatı şəxslərə bununla bağlı elə vətəndaşın yanındaca lazımi tapşırıqlar verib və.....

"Və" dən sonrasını bir neçə müddətdir gözləyən vətəndaş Ramazanov deyəsən hələ çox gözləyəcək, çünki ortada bir nəticə yoxdur.
Qısa müddətdə bələdiyyə sədri olmuş şəxs barəsində araşdırma aparıb, nöqsanlar aşkar edib, onu məsuliyyətə cəlb edən orqanların 20 il kənddə bələdiyyə sədri işləyib, kifayət qədər torpaq sahəsini satmış, bu gün də icra nümayəndəsi olaraq, kəndin ərazisində aparılan "qanunsuzluqlar"ı (vətəndaşın iddiasına görə) "göz yuman" şəxs barəsində bu istiqamətdə heç bir addım atmaması özü də adamda şübhəli suallar yaradır. Həmçinin, metroda, marşrut avtobuslarında "məhv etmə, qoru" şüarları ilə gözümüzü boyayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə nümayəndəsi Adil müəllim niyə susdu meşə zolağının məhv edilməsinə, çay kənarlarının bərbad hala salınmasına?

Nə suallar bitir, nə sualları yaradan şübhələr, nə də şübhələri yaradan əməllər...

Odur ki, daha ətraflı əlavə məlumatlarla mövzuya yenidən qayıdacağıq.

P.S: Qeyd edək ki, mövqe ğyrənmək məqsədilə ETSN-nin sözçüsü İradə xanım İbrahimovaya zəng etdik, lakin xanım dəstəyi qaldırmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Xan"ın deputatı Siyavuş Novruzova "xan"ın baş akademiki İsmayıl Hacıyevdən anlamlı cavab - İLGİNC

"Naxçıvanın baş akademiki İsmayıl Hacıyev 2021-ci ildə AMEA-nın rəsmi saytına verdiyi müsahibəsində deputat Siyavuş Novruzovun və AMEA prezidenti İsa Həbibbəylinin yalan dediklərini, əksinə Naxçıvanın indiki statusunun Moskva və Qars müqavilələrinə zidd olduğunu təsdiqləyir". DİA.AZ bildirir ki, bu paylaşımla tanınmış jurnalist Heydər Oğuz çıxış edib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev həmin müsahibədə deyib:

“1921-ci ilin fevral-mart aylarında Moskvada Rusiya-Türkiyə konfransı keçirilmiş və yekun olaraq qeyd etdiyiniz kimi, 16 mart 1921-ci ildə "Dostluq və qardaşlıq haqqında" Moskva müqaviləsi 16 maddədən və 2 əlavədən ibarət qəbul edilmişdi. Müqavilənin 3-cü maddəsinə əsasən belə bir qərar qəbul edildi ki, Naxçıvan vilayəti bu müqavilənin 1(C) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir”.
Göründüyü kimi, burada söhbət hansısa respublikadan, dövlətdən getmir, sadəcə muxtar ərazidən bəhs olunur. Naxçıvanın Konstitusiyasına görə isə bu bölgə Muxtar dövlətdir. Yəni Naxçıvanın indiki statusunun özü əslində Moskva müqaviləsi ilə ziddiyyət təşkil edir.
İsmayıl Hacıyev həmçinin etiraf edir ki, Qars müqaviləsi də Moskva müqaviləsinin bu tələblərinə əsaslanır və faktiki olaraq Rusiya Naxçıvan üzərindəki iddialarından vaz keçir:
“Naxçıvanın statusu məsələsi Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə müəyyən edilmişdi. Həmin müqavilədə Naxçıvanın statusunda 3 mühüm məsələ yer almışdı:
1. Naxçıvana muxtariyyət statusu verilir.
2. Naxçıvan Azərbaycanın himayəsi altında olmalıdır.
3. Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcək.
...Qars müqaviləsi ilə təsdiq edilmiş Naxçıvanın muxtariyyət statusu Moskva müqaviləsindəki 3 məsələdən bir qədər fərqlidir. Müqavilədə yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi - bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdu. Müqavilənin bu maddəsində göstərilirdi ki, "Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər".

Gəlinən nəticə

Naxçıvanın muxtar statusu ləğv olunarsa, bu gün öz başının hayına qalan Moskvanın Azərbaycana etiraz etməyə hüquqi baxımdan da haqqı çatmır. Ermənistanın isə Naxçıvanın taleyinə qərar verməsi siyasi baxımından qəbul edilə bilməz. Hər halda ölkəmizdə Siyavuş Novruzovdan başqa heç kim bu absurd və ermənipərəst iddiaları dilə gətirmir, gətirə də bilməz.

Müsahibə burada: Qars müqaviləsi və Naxçıvanın statusu

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə təhsil sistemi nədən TƏNƏZZÜLDƏDİR? - MÜRACİƏT


Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Kamran Əliyevə

MÜRACİƏT

Çox hörmətli Prezident!
Artıq mən dözə bilmirəm. Bu gün Azərbaycan təhsilində baş verən özbaşınalıqlar, qanunsuzluqlar, ədalətsizliklər və haqsızlıqlar artıq heç bir ölçüyə sığmır. Məlumatınız olsun ki, təhsildə anarxiya və dərəbəylikdir. Xüsusilə Gəncə-Daşkəsən Regional Təhsilin müdiri Anar Qədiməliyev artıq Gəncəbasar təhsilini dədəsinin mülkü kimi tamamilə özəlləşdirib. Özü kimi bütün bank işçilərini təhsil idarəsinə işə götürüb. Bu adamın başlıca məqsədi Gəncədə yalnız çaxnaşma törətməkdir. Gəncədə təhsildən başqa yalnız çirkin əməllərlə məşğuldur. Anar Qədiməliyev ancaq SOROS-un göstərişlərini həyata keçirir. Özü bankir olmaqla yanaşı Regional təhsil üzrə yaxın dostu və qohumu Rövşən Kərimovu müavin, sinif yoldaşı Elnur adlı şəxsi təchizat şöbəsinə işə götürüb. O da bankirdir. Digər SOROS-da bir yerdə oxuduğu Elmir Cəfərovu Daşkəsən Təhsilinə sektor müdiri təyin etdirib. O da Aqrar Universitetinin Mexanikləşdirmə fakültəsini bitirib ixtisasca mexanizatordur. Goranboy rayonunun təhsil sektoruna müdir təyin etdirdiyi Xəyal adlı şəxs Gəncəbasarda maşın alverçisi kimi tanınır. Bunların əksinə olaraq Regional Maliyyə sektoruna qoyduğu özünün yaxın adamı Gülnar Nəbiyeva isə Texnalogiya Universitetinin Qida Məhsulları fakültəsini bitirib. Gəncədə məişət pozğunu kimi tanınan ən yaxın dostu, sinif yoldaşı Elnur Qasımovu əvvəlcə məktəb direktoru, sonra isə onu Göygöl Rayon Təhsilinə sektor müdiri təyin etdirib. Onun qeyri-qanunu eşq macərası yaşadığı müəlliməyə isə müəllimlər günündə “Təşəkkürnamə” verdirdi. Hazırda bu adamın cinayət faktları əsasında Göygöl rayon prokurorluğunda istintaq yekunlaşmaq üzrədir. Bu adamın hər bir hərəkəti özü bir cinayətdir. Amma bu adam Gəncədə özünü Prezident kimi aparır. Başlıca işi intriqa ilə məşğul olmaqdır. Lakin cəzasızlıq şəraitində get-gedə daha da azğınlaşır. Səlahiyyətli qurumlar onun haqqında lazımi tədbir görmürlər. Ona görə də Anar Qədiməliyev deyir ki, mən heç kimdən qorxmuram. Təhsili bilmədiyi təqdirdə Gəncə və Gəncəbasarda təhsili rüşvət mənbəyinə çevirib. Bütün 65 yaşı tamam olan müəllim və məktəb direktorlarını rüşvət verdiyi təqdirdə müqavilə bağlayıb işdə saxlayır. Rüşvət verməyəni dərhal işdən çıxardır. Bunun bariz nümunəsi bu il yenə 4 məktəb direktorları ilə yenə müqavilə bağlayıb işdə saxlamasıdır. Artıq 5 nömrəli məktəbin direktoru Bəhram İmranovla 6-cı dəfədir ki, müqavilə bağlayır. O da öz növbəsində qanunsuzluqlar edərək işləyən müəllimləri boğaza yığıb. Neçə-neçə müəllimlər hətta Prezident Adminstrasiyasına çox saylı şikayətlər edib. O, şikayətlərə də baxan yoxdur. O müəllimlərdən biri, savadlı bir qadın Gülzalə Şükürovadır. Bəhram İmranov Anar Qədiməliyevin əqidə dostudur. Daha sonra Anar Qədiməliyev, Fransada yaşayan idarənin işçisi Məsmə İsmayılovaya maaş yazıb mənimsəmişdir. Ancaq Anar Qədiməliyevə söz kar etmir. Çünki, nazir Emin Əmrullayev onu bərk müdafiə edir. Maraqlıdır ki, heç kəs ona söz demir. Yəni, Anar Qədiməliyev “Kənd Təsərrüfatı” işçisi ola-ola, əsgəri xidmətdə olmaya-olmaya, psixoloji problem yaşadığı halda, təhsildən başı çıxmadığı təqdirdə o qədər əvəzolunmaz şəxsiyyətdir? Bir sözlə Anar Qədiməliyev Gəncəbasar təhsilini sanki dəfn edib.Gəncə təhsilini bank işçilərinin qəbirsanlığına çevirib. Indi də yeni bir bufet əməliyyatına başlayıblar. Bütün bufetləri məcbur edirlər ki, şagirdlərin sayına görə hər bir şagirdə 45 qəpik olmaqla arenda pulu ödəsinlər. Bunların bir məqsədi var, əhalini ölkə prezidentindən narazı salsınlar. Mən isə söz verirəm ki, Gəncə şəhərində bir ziyalı kimi, bir ağsaqqal kimi buna imkan verməyəcəyəm. Cənab Prezident, demirlər ki, biz təmiz işləyirik, o zaman 65 yaşdan yuxarı bütün məktəb direktorlarını işdən azad etsinlər. Məndə deyim ki, halaldı. Yoxsa, məni, əməkdar müəllimi Gəncəbasarda tanınmış ictimai xadimi öz işimə bərpa etsinlər. Yadda saxlasınlar ki, Bəhram İmranov jurnal alıb əlinə sinifə girməyib. Mən isə 25 il bir nəfəsə müəllim işləmişəm. O, zaman hansı obyektivlikdən danışırlar? Bu baxımdan cənab Prezident, Anar Qədiməliyev nə böyük şəxsiyyətdir ki, ona heç kəs söz deyə bilmir. Cənab Prezident, sizdən xahiş edirəm ki, Gəncədə Anar Qədiməliyev barədə ən ciddi tədbirlər görülsün və o, cinayət məsuliyyətinə cəlb olunsun. Əlavə olaraq sizdən xahiş edirəm ki, Təhsil Naziri Emin Əmrullayevin Əli Həsənovun kadrı olması barədə dəqiq və ciddi araşdırma aparılsın. Çünki, bunlar bir kompaniya, bir şəbəkə və bir dəstədirlər. Mən bir onu görürəm ki, bunların törətdikləri əməllər qeyri-qanuni işlər ermənilərdən, xüsusilə Paşinyandan da təhlükəli və qorxuludur. Cənab Prezident, sizi öpürəm, bağrıma basıram, Azərbaycan müstəqilliyi uğrunda yeni-yeni uğurlar arzulayıram.


Hörmətlə: Həsənov İlham Musa oğlu

Azərbaycan Respublikasının Əməkdar müəllimi,
1995-ci ildən YAP-ın üzvü,
8 şeir kitabının müəllifi, Prezident mükafatçısı,
“Qızıl Qələm” mükafatı laureatı,
Gəncə şəhər Veteranlar Şurasının üzvü,
Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü
Heydər Əliyevin yaxın dostu və silahdaşı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib


Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib.

Bu barədə Müdafiə Nazirliyi məlumat paylaşıb.

Bildirilib ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir:

“İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.

Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.
Allah rəhmət eləsin”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski G20 sammitində çıxış edəcəyini təsdiqləyib


Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 15-16-da İndoneziyada keçiriləcək G20 sammitində iştirak edəcək.

Dövlət başçısı bu barədə videomüraciətində bildirib.

"Biz artıq Ukrayna üçün olduqca vacib həftəyə çox fəal hazırlaşırıq. Diplomatik həftə... G20 sammiti İndoneziyada keçiriləcək. Bizim mövqeyimiz olduqca məzmunlu şəkildə təqdim olunacaq", - dövlət başçısı deyib.

"Hazırda səsləndirilən bir çox suallara ictimai cavablar verəcəyik. İctimai cavablar ki, bütün xalqımız, tərəfdaşlarımız onları eşitsin. Bizi dəstəkləyən hər kəs (eşitsin -red). Mənim müraciətim artıq çərşənbə axşamı günündədir", - Prezident əlavə edib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO