[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah da yağış yağacaq


Noyabrın 15-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 12° -dək isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12°-dək isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-5° isti olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya bu məşhur aktyoru da “qara siyahı”ya saldı


Rusiya Kanadaya qarşı sanksiya siyahısını genişləndirib.

Bu haqda Rusiya Xrici İşlər Nazirliyi bəyanat yayıb.

Belə ki, Rusiya 100 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Onların arasında Stepan Banderanın nəvəsi aktyor Cim Kerri, yüksək vəzifəli məmurlar, iş adamları, media və maliyyə strukturları var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mahir Emreli erməni təxribatına belə cavab verdi - Video


Xorvatiya çempionatının 17-ci turu çərçivəsində keçirilən “Dinamo” – “Riyeka” matçı zamanı meydançanın kənarında isinmə hərəkəti edən Mahir Emreli erməni təxribatı ilə üzləşib.

“Riyeka”nın azarkeşlərindən Emreliyə “Qarabağ Ermənistandır” deyərək təxribata əl atıb.

Mahir isə meydana girib qol vurduqdan sonra həmin azarkeşə tərəf qaçaraq ona hərbi salam verib. Bununla da Emreli azarkeşə cavab göndərib.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sirrozdan əziyyət çəkən aktyorun bu fotosu müzakirə yaratdı


Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevin həyat yoldaşı ilə birlikdə çəkdirdiyi Yeni il fotosessiyası müzakirələrə səbəb olub.

Buna səbəb aktyorun fotoda spirtli içki içirmiş kimi görüntülənməsi olub. İzləyicilər E. Ağayevi sağlamlığına qəsdən zərər vurmaqda ittiham ediblər.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən aktyor bunu adi şəkil adlandırıb: “Hazırda həkim nəzarəti altında müalicəm davam edir. Həkimimin icazəsi ilə xırda-xırda işlərə başlamışam. Çəkilişlər, reklamlar və s. İnşallah biraz da sağalım, serial və ya filmlərdə rol alacağam. Orada məni fərqli obrazlarda görə bilərsiniz. Avara, siqaret çəkən, içki içən və s. Bu o demək deyil ki, mən adi həyatda da bunların istifadəçisiyəm. Mən ssenarist, aktyoram. Bununla pul qazanıram”.

Qeyd edək ki, E. Ağayev bu ilin avqustunda əməliyyat olunub. Onun donoru bacısı Gülnaz olub. Aktyor əməliyyatın uğurlu keçdiyini və yarım il evdə müalicə olunacağını bildirib.
Sirrozdan əziyyət çəkən aktyorun bu fotosu müzakirə yaratdı

Sirrozdan əziyyət çəkən aktyorun bu fotosu müzakirə yaratdı


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eks-nazirin məhkəməsi: Yoxlamalar zamanı 20 min aldı...


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Elşən Əliyev ifadə verib.

O bildirib ki, müəllim işləyir, 15 saylı cəzaçəkmə müəssisəsində məhkumlara dərs deyir. Onun sözlərinə görə, bundan əvvəl "Şahbulaq" MMC-yə direktor təyin olunub.

Şahid deyib ki, şəhid ailələrinə evlərin tikilməsi üçün müqavilə bağlayıb. Bildirib ki, müqavilə bağlanandan sonra orada işdən çıxıb, evlərin tikintisində iştirak etməyib. Şahidin sözlərinə görə, MMC-nin təsisçisi Şahin Hüseynovun təklifi ilə MMC-yə gəlib, orada işlədiyi müddətdə heç bir ödəniş almayıb. Şahid qeyd edib ki, MMC-də heç bir maliyyə işinə qarışmayıb.

İstintaq sənədlərinə görə, MMC-nin 12350 manat çatışmazlıq yaranıb. Şahid bu çatışmamazlıqdan xəbəri olmayıb.

Digər şahid İbrahim İsmayılov deyib ki, əmisi Teyyub İsmayılovun rəhbərlik etdiyi "Araz İnşaat" MMC-də işləyib. Onun sözlərinə görə, şəhid ailələri üçün 23 evin tikintisinin aparılması üçün tenderdə qalib olublar. Qeyd edib ki, hər evə görə nazirliyin tikilməkdə olaqda olan obyektlər idarəsini rəisi Natiq Əzizova 3 min manat olmaqla, ümumilikdə 69 min manat veriblər.

Şahid qeyd edib ki, Şamaxı rayonunda yarımçıq evlərin bərpası üçün MMC-yə 345 min manat köçürülüb: "Həmin məbləğ görülən işə görə az oldu. Buna görə də pulu geri qaytardıq. Pulu Fuad Əlizadəyə (DSMF-nin Bakı şəhərində hüquqi şəxslərlə iş üzrə departamentinin audit şöbəsinin müdiri - red.) veriblər. Onlar özləri yarımçıq evlərin bərpa etdilər".

Daha sonra ifadə verən şahid Elçin Əliyev deyib ki, Dövlət Əmək Müfəttişliyinin regional mərkəzinin Ucar rayon şöbəsinin rəisi olub. Onun sözlərinə görə, ərazi üzrə 120-130 müəssisədə yoxlama keçiriblər. O bildirib ki, Dövlət Əmək Müfəttişliyinin rəis müavini Anar Quliyevə il ərzində 800 manat qəzet pulu verib: "Həmin pulu da öz şəxsi hesabından verirdim. Anar müəllimin özünə pulu birbaşa verməmişəm. Zəng edib ki, sürücüm regiona gələcək, pulu onunla göndər. Məndə pulu sürücü ilə gömdərmişəm. Həmin pulu Nəşriyyatda qəzetlərə çatdırıb".

Şahid ifadəsində əlavə edib ki, müəssislərdə apardıqları yoxlamalar zamanı heç kimdən rüşvət almayıb.

Digər şahid, 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi olmuş Cəfər Əliyev deyib ki, müəssisəslərdə yoxlamalar baş idarə tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyinin Xidmət sektor müdiri Emil Allahverdiyev onların işinə müdaxilə edib: "İri müəssisəsləri Emin Allahverdiyevin özü yoxlayıb. Yoxlamalarla bağlı müəssisəslərin siyahısını biz təqdim edirdik. Onlar isə təsdiqləyirdilər. İri müəssisələri özləri yoxlaylrdılar. Eşitdiyimə görə iri müəssisələrdən Emil Allahverdiyevin özü nəsə alıb".

Bu zaman onun istinataqa verdiyi ifadəsi elan olunub. Həmin ifadəyə görə, Nizami rayonunda iri müəssisələri yoxlamağa Emil Allahverdiyev özü iri müəssisələrdə yoxlamaya gedib, yoxlamaların müsbət həll olunması üçün 20 min manat alıb.

Növbəti proses noyabrın 21-ə təyin olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Mançester Yunayted”dən Ronaldu ilə bağlı AÇIQLAMA


İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kriştianu Ronaldunun "The Sun" nəşrinə verdiyi qalmaqallı müsahibə ilə bağlı bəyanat yayıb.

Portuqaliyalı hücumçunun ittihamlarına bütün faktlar nəzərdən keçirildikdən sonra cavab veriləcəyi bildirilib.

"Hazırda əsas məqsədimiz mövsümün ikinci yarısına hazırlaşmaq, oyunçular, agentlər, heyət və azarkeşlər arasında qurulan inamı və birliyi qoruyub saxlamaqdır", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, 37 yaşlı forvard müsahibəsində "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"ABŞ-la müttəfiqlik mübahisəlidir" - Süleyman Soylu


"Türkiyənin ABŞ-la müttəfiqliyinin “mübahisəli vəziyyətdə”dir".

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bazar ertəsi, noyabrın 13-də İstanbulda 6 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonrakı açıqlamasında bildirib.

Daxili işlər naziri bazar günü İstiqlal prospektində baş verən partlayışa görə Kürdüstan Fəhlə Partiyası (PKK) və Suriya Kürd Xalq Müdafiə Birliklərinin (YPG) yaraqlılarının məsuliyyət daşıdığını qeyd edib. Polis bomba yerləşdirməkdə şübhəli bilinən suriyalı qadın da daxil olmaqla 47 vətəndaşı həbs edib.

Soylu terror əmrinin Türkiyə qüvvələrinin son illərdə YPG-yə qarşı əməliyyatlar keçirdiyi Suriyanın şimalındakı Kobani şəhərində verildiyini bildirib. Ankara YPG-nin PKK-nın qanadı olduğunu deyir və ABŞ-ın Suriya münaqişəsində YPG-ni dəstəkləməsi NATO müttəfiqləri arasında fikir ayrılığına səbəb olub.

“Məqsədi Türkiyənin dincliyini pozmaq olan Kobanidəki terror bölgələrini qidalandıran bu qruplara Senatından pul göndərən bir dövlətlə ittifaqımız mübahisəlidir”, o əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dərmanlar niyə yoxa çıxıb? - Dərdə dəva tapılmır…


Son zamanlar virus infeksiyalarına yoluxma halları kəskin şəkildə artıb. Xəstəlik burun axma, öskürək və daha bir sıra əlamətlərlə müşahidə edilir. Uşaqlar arasında isə ağırlaşmalar böyüklərlə nisbətdə daha çoxluq təşkil edir. Apteklərdə isə dərman qıtlığı yaşanır. Belə ki, xüsusilə də valideynlər qızdırma salan, soyuqdəymə üçün -yəni parasetamol tərkibli siropların ümumiyyətlə yoxa çıxdığından şikayətlənirlər.

Mövzu ilə bağlı apteklər üzrə sorğu apardıq. Əczaçılar sorğumuza cavab olaraq dərman çatışmazlığının olduğunu təsdiqlədilər. Gəlməmə səbəbini isə bilmədiklərini deyirlər. Çox təəssüf ki, bir çox apteklərdə həmin siropların əvəzedicisi belə tapılmır.

Bəs apteklərdə parasetamol tərkibli dərmanlar niyə yoxdur?

Mövzu ilə bağlı Jamaz.info-ya açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, bunun əsas səbəbi məhz Rusiya-Ukrayna arasında gedən müharibədir:

“Dərman bazarında müəyyən qıtlıq, çatışmazlıq hökm sürür. Azərbaycan dərmanları əsasən idxal edir. Düzdür bəzi məlhəmlər bizdə istehsal olunmağa başlayıb, amma bütövlükdə ampul formalı dərmanlar hələ ki, idxal olunur. Bəzi dərmanların yoxa çıxmasının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya,Ukrayna, Belarusiyadan Azərbaycan xeyli sayda dərman alırdı. Ukraynada infostrukturun dağılması, bu dərmanların qıtlığına səbəb olur”.

Adil bəy dərman idxal edən qurumların bunu mütləq şəkildə nəzərə almalı olduğunu diqqətə çatdırdı:

“Alternativ variantlar fikirləşməlidirlər. Yaxşı olar ki, qardaş Türkiyədən dərmanların idxalına başlanılsın. Bundan başqa digər variantlar da var. Yəni İranın, eləcə də Hindistanın da keyfiyyətli dərmanları var, amma Türkiyədən idxal etmək yeni situasiyada daha məqsədəuyğun olardı”.

Bəs xəstəliklərin yayıldığı, dərmanların isə yoxa çıxdığı bu zamanda vətəndaşlar nə etməli?

Bununla bağlı pediatr-allerqoloq Xəyalə Quliyevanın fikirlərini öyrəndik. Pediatr, dərmanlarla bağlı problemlərin yaşandığını bildirərək bundan çıxış yolunun alternativ üsulları tapmaqda gördüyünü dilə gətirdi:

“Biz dərman yazanda adətən ilk olaraq tərkibini qeyd edirik. Məsələn, parasetamol tərkibli və s. Eyni tərkibli, ancaq adı müxtəlif olan dərmanlar mövcuddur. Tövsiyə etdiyimiz dərmanlar tapılmadığı zaman təbii ki, biz də eyni tərkibli alternativ dərmanlardan istifadə edirik. Bu tip dərmanların adlarının müxtəlif olması vacib deyil, əsas tərkibidir”.

Quliyeva, parasetamol tərkibli siropların tapılmadığı zaman anaların kiçik yaşlı uşaqlar üçün 200 mq formalı parasetamol tərkibli tabletlərdən istifadə edə biləcəklərini vurğuladı.

“Artıq heç bir sirop olmadığı zaman bunlardan istifadəni tövsiyə edirik. Pediatr uşağın yaşı və çəkisini nəzərə alaraq miqdarı müəyyənləşdirib təyin edir. Həmçinin bu silsilədən olan şamlardan da istifadə edilə bilər”,-deyə Xəyalə xanım bildirdi.

Görünür dərman çatışmazlığı hələ bir müddət də davam edəcək. Odur ki, sağlamlıq üçün həmin dərmanları axtarmaqdansa alternativ üsulları həkimlə məsləhətləşərək tapmaq daha məqsədəuyğun hesab edilir. // Jamaz.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elman Rüstəmovdan güc alan, maraqlar konfliktində mərkəz olan “Şapka Mamed”lə bağlı İLGİNC FAKTLAR - Bu faktlar ARAŞDIRILARSA...


Azərbaycanda dövlət qurumlarında, yaxud dövlətə məxsus şirkətlərdə vəzifə tutan şəxslərin ictimai vəzifələrdə də təmsil olunması adi haldır. Lakin elə hallar var ki, ikili vəzifə tutan şəxs maraqlar konfliktinin obyektinə çevrilir. Belə ikili vəzifə tutan şəxslərdən biri də dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olan Məmməd Musayevdir. M.Musayev yüz faiz dövlət mülkiyyəti olan QSC ilə yanaşı, Azərbaycan Sahibkarları Milli Konfederasiyasına(ASK) da rəhbərlik edir.

M.Musayevin hansı əsasla sahibkarların hüquqlarını ilk növbədə hökumət qurumları qarşısında müdafiə edən ictimai birliyə rəhbərlik etməsi anlaşılmır.

Öncə gəlin ASK-nın internet saytında birlik haqqında məlumata diqqət yetirək: “ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Konfederasiya öz Nizamnamə məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

-Müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə edir.

-Əmək Qanunvericiliyinə uyğun olaraq ölkədə əmək münasibətlərinin tənzimlənməsi məqsədilə işəgötürənlərin Ümumazərbaycan birliyi kimi Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə kollektiv danışıqlarda iştirak edir, habelə üçtərəfli Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlayır”.

İndi bir anlığa təsəvvür edək ki, ASK Azərbaycan hökumətinin Baş Kollektiv Sazişdə təklif etdiyi müddəalarla razılaşmır, onları sahibkarların-işəgötürənlərin mənafeyinə zərbə kimi qiymətləndirir və sazişi imzalamaqdan imtina edir. Bu zaman nə baş verəcək: Azərbaycan hökuməti ASK prezidentinin həssas nöqtəsindən istifadə edərək, “Aqrarkredit”dəki vəzifəsindən ona təzyiq üçün yararlanacaq. Yəni M.Musayevin ASK-yə rəhbərliyi qurumun müstəqilliyinə birbaşa təhdid olmaqla, çox ciddi maraqlar konflikti yaradır.

Çox maraqlıdır ki, M.Musayev həm də Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin üzvü kimi onun idarəçiliyində əsas söz sahiblərindən biridir. Bu qurumun da yaradılmasında əsas məqsədin nə olduğu internet saytında açıq qeyd edilib: “Azərbaycan Banklar Assisasiyasının yaradılmasında əsas məqsəd üzv-təşkilatların korporativ maraqlarını dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında, ictimai təşkilatlarda və beynəlxalq qurumlarda daha fəal qorumaqdan, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərməkdən və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur”.

Yenə sual yaranır ki, M.Musayev bankların korporativ maraqlarını “dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında” necə müdafiə edəcək ki, özü bilavasitə dövlət təşkilatına rəhbərlik edir?

Bəs M.Musayevə eyni vaxtda iki kresloda oturmağa, birinə də kəmənd atmağa hansı üstünlükləri imkan verir? Necə olur ki, o, dövlətə məxsus təşkilata rəhbərlik etdiyi halda sahibkar kimi də çıxış edə bilir? Əslində, M.Musayev uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur: öz adına olmasa da onun iqtisadiyyatın müxtəlif sahələrində biznesinin olduğu heç kimə sirr deyil. Düzdür, əsas fəaliyyəti bank sahəsi ilə bağlıdır – Sovet hakimiyyətinin son illərindən başlayaraq indiyədək bank-maliyyə sektorunda “AqrarKredit”dəkindən əlavə müxtəlif vəzifələr daşıyıb. Bura onun təşəbbüsü ilə Türkiyənin “Ziraat Bankası” ilə birgə yaradıldığı deyilən “Azər-Türk-Bank” Müşahidə Şurasının rəhbərliyindən tutmuş, Beynəlxalq Bankın İdarə Heyətinin üzvlüyünə qədər çoxsaylı vəzifələr aiddir. Onun bank sahəsindəki “Günəşinin” parlamasında Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovla yaxınlığının böyük rol oynadığı bildirilir. Onları yaxın dostluq münasibətləri ilə yanaşı, həm də biznes maraqlarının birləşdirdiyi qeyd olunur. M.Musayevin ASK prezidenti postuna gətirilməsi də Elman Rüstəmovun xidməti hesab olunur. Həmçinin bu iki şəxsi ortaq biznes, nəhəng layihələr birləşdirir. Bakıda M.Musayev tərəfindən tikilən bir çox hündürmərtəbəli yaşayış binalarının maliyyəşməsində Elman Rüstəmovun ciddi rol oynadığına dair məlumatlar var.

M.Musayevin bank çevrələrində “Şapka Mamed” adı ilə çağırıldığı da heç kimə sirr deyil. Deyilənə görə, bu adı o, vəzifə tutduğu banklardan kreditləri məlum “şapka” üsulu ilə verməsinə görə qazanıb. O, həmçinin kredit ödənişlərini icra edə bilməyən vətəndaşlara qarşı amansız rəftarı ilə ad çıxarıb. M.Musayevin belə qəddar davranışları ilə bağlı ölkə mətbuatında çoxsaylı şikayətlər dərc olunmaqdadır. Lakin onunla bağlı məhkəmələrə edilən müraciətlərin böyük əksəriyyəti nəticəsiz qalmaqdadır.

Məlumdur ki, 2015-ci il devalvasiyalarından sonra batmaq üzrə olan Azərbaycan Beynəlxalq Bankının (ABB) 10 milyard manat həcmində problemli kreditləri "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına ötürülüb. Daha doğrusu, ABB-nin kreditləri ilə yaradılan 50-dək müəssisə “AqrarKredit”in idarəçiliyinə verilib – sağlamlaşdırılıb özəlləşməyə çıxarılması üçün. ABB-nin toksik aktivlərini idarəetməyə götürən “AqrarKredit”in 3 milyard manatdan yuxarı istiqrazı Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən satın alınıb. Bu satışdan əldə olunan 3 milyard manatdan yuxarı məbləğin necə sərf olunduğuna dair hər hansı açıqlama verilmir. Məlum olan budur ki, qısa müddət ərzində ABB-dən alınan müəssisələrin böyük əksəriyyəti kəskin şəkildə “dəyərsizləşib”. 51 şirkətin yaradılması və yenidən təşkil edilməsi üçün ABB-dən götürülmüş 3,8 milyard manat kreditin əvəzinə 2017-ci ildə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Sənaye Korporasiyası ASC-yə təhvil verilən problemli aktivlərin cəmi bazar dəyəri 673 milyon manat hesablanıb. Bu fakt “Ernest and Yang” audit şirkətinin rəyində əksini tapır.

Hazırda “AqrarKredit”in idarəetməsində ABB-dən götürülən aktivlərdən “Xırdalan Metal Konstruksiya” MMC, “Bakı Prefabrik” MMC, “Balaxanı Metal Məmulatları” MMC, “Qaradağ Mərmər Qranit” MMC, “Deutsche Fassaden Technologien” MMC, “Ağstafa Tekstil” MMC, “Mingəçevir Maşınqayırma Zavodu” ASC, “Accopen” MMC, “Abşeron Kərpic” MMC qalıb. QSC-nin İnternet resursunda bu müəssisələr ağızdolusu təriflənir, istehsal etdikləri məhsulların yüksək keyfiyyətə malik olduğu qeyd edilir. Bundan əvvəlki təcrübə deməyə əsas verir ki, sabah həmin müəssisələrin əl dəyişməsi, yaxud özəlləşməyə çıxarılması halında bazar dəyəri qat-qat aşağı “olacaq”.

Hazırda “AqrarKredit” aqrar istehsalçılara ən bahalı kreditləri təklif edən qurumdur. Onun dövlətin güzəştli vəsaitlərindən kənarda fermerlərə təklif etdiyi kreditlər üçün faiz dərəcəsi 18 faizdən başlayır.

Yeri gəlmişkən, M.Musayev özü bir neçə vəzifəni tutmaqla yanaşı, yaxın adamlarını da “işsiz” qoymur. Belə ki, bu ilin iyununda onun kürəkəni - Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib. R.Orucov bundan əvvəl Mərkəzi Bankın Baş direktoru idi. Bu vəzifəyə onun qayınatasının E.Rüstəmovla yaxın dostluğu nəticəsində gətirildiyi yəqin ki, hamıya məlumdur...

Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaralovun himayə etdiyi deyilən şirkətin külli miqdarda vergi borcu üzə çıxdı


İnşaat sektorunun əsas oyunçularından hesab edilən “Temirli Qrup” ASC-nin külli miqdarda vergi borcu yaranıb.

Şirkətin bu günə olan vergi borcu 642 170.10 AZN təşkil edir. Vergi borcuna görə şirkətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi arasında məhkəmə çəkişməsi yaşanır. İş Bakı İnzibati Məhkəməsinin hakimi Həmid Ağalarovun icraatındadır.

“Temirli Qrup” ASC 24 may 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 320 468 AZN olan şirkətin qanuni təmsilçisi Temirov Rüstəm Həzrət-Əli oğludur. Şirkətin sahibi isə Rüstəm Temirovun atası Həzrət-Əli Temirovdur.

ASC-nin veb-səhifəsində yerləşdirilən məlumata görə, şirkət neft-kimya zavodlarının təmiri üçün komplektləşdirici tikinti materiallarının istehsalı, eləcə də inzibati və yaşayış evlərinin tikintisi üçün dəmir-beton, taxta materiallarının təmin edilməsi üzrə ixtisaslaşıb.

ASC-nin ərazisində aşağıdakı istehsal sexləri və anbarlar yerləşir:

140 m3/saat gücünə malik olan əmtəə betonu, dəmir-beton konstruksiyalarının istehsalı üzrə qovşaq;
Metal konstruksiyaların istehsalı;
Ağac emalı meşələrinin istehsal sahəsi;

Üzlük daşının istehsal sexi;
600-1200 mm diametrli beton kanalizasiya və su borularının istehsalı;
Sənaye soyuducuları.

2013-cü ildə hüquqşünas Əliabbas Rüstəmli şirkətli bağlı o zamankı Baş prokuror Zakir Qaralova müraciət edib. Həmin müraciətdən bəlli olur ki, şirkətin himayədarı da keçmiş Baş prokurordur.

Bundan başqa, 2019-cu ildə Həzrət-Əli Temirovun adı Bakının Xətai rayonunda yaşıllığın məhv edilməsində hallanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həmin vaxt yaydığı məlumatda bildirilir:

“Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə nazirlik tərəfindən ”məcburi göstəriş" verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sözügedən ünvanda ağacların kəsilməsi ilə bağlı 16 aprel 2019-cu il tarixində də şikayət daxil olmuşdu. Araşdırma zamanı M.Hadi küçəsi, 93/99 ünvanında 0,24 hektar yaşıllıq sahəsinin tikinti məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həzrət Temirova ayrıldığı müəyyən edilmişdi. Ərazidəki 131 müxtəlif cinsli ağac nazirliyin əməkdaşları tərəfindən qeydiyyata alınaraq torpaq mülkiyyətçisinə təhvil verilmişdi".

Bundan başqa, məlumatda qeyd edilib ki, sözügedən ünvandakı ağacların kəsilməsi və köçürülməsi ilə bağlı 28 mart 2019-cu il tarixində mülkiyyətçinin oğlu Rüstəm Temirov 3 aprel 2019-cu il tarixində isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub, lakin yaşıllıqların toxunulmaz qalması məqsədəmüvafiq hesab edilib, ağacların köçürülməsi və kəsilməsinə icazə verilməyib.Qaynarinfo

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...