Ədalət Abdinov: “Rusiya indi antiimperialist, antiqlobalist mübarizənin önündədir”

12:03 14.11.2022 210
Ədalət Abdinov: “Rusiya indi antiimperialist, antiqlobalist mübarizənin önündədir”

“Düz bir il əvvəl Valdayda Putin mövcud kapitalizm modelinin dalana dirəndiyini bəyan etmişdi. Bu il o, daha da irəli getmiş, V.İ. Lenindən sitat gətirərək "sinfi mübarizə" ifadəsini işlətdi. Leninin aşağıların əvvəlki kimi yaşamaq istəmədiyi, yuxarıların isə köhnə üsulla idarə edə bilmədiyi inqilabi vəziyyətə verdiyi tərif hazırki dünyada baş verənləri mümkün qədər dəqiq təsvir edir. Qərb artıq planetin qalan hissəsini istismar etmək iqtidarında deyil və insanların çoxu artıq bu istismara dözmək istəmir”.

Bunları “zamantv.az”a Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov söyləmişdir.

Onun sözlərinə görə çoxqütblülük, bir-birinin maraqlarına qarşılıqlı hörmət, bəşəriyyətin üzləşdiyi çağırışlara və problemlərə qarşı birgə mübarizə – beynəlxalq münasibətlərin qurulmalı olduğu prinsiplərdir. Bəli, bütün ölkələr Rusiyanın irəli sürdüyü bu prinsipləri açıq şəkildə dəstəkləməyə hazırdır. Amma bu gün köhnə paradiqma ilə irəliləməyin mümkün olmadığını anlayaraq, Rusiyaya ümidlə baxırlar.

Ədalət Abdinov bildirdi ki, V.Putin çıxışında Rusiyanın özünü asılı periferiya vəziyyətinə salması səbəbindən yaşadığı ən mühüm “ağrılı məqamları” qeyd etdi. O, dedi: Əgər Qərb başqa ölkələrə dərman və ya ərzaq bitkilərinin toxumlarını satırsa, o zaman milli dərman vasitələrinin və seleksiyanın məhv edilməsini əmr edir, dəzgah və avadanlıqları tədarük edir, yerli mühəndisliyi məhv edir.

“Bu həqiqətən də belədir. Azərbaycanda da eyni vəziyyətdir. Kapitalizm illərində biz xaricdən gətirilən dərmanlardan ciddi asılı vəziyyətə düşmüşük. Məsələn, Rusiyada 1991-ci ildən bəri antibiotiklərin istehsalı 10 dəfə azalıb. Covid pandemiyasının başlaması ilə bu problem həll edilməli idi. Ərzaq təhlükəsizliyi sahəsində də təhdidedici vəziyyət yaranırdı. Belə ki, xüsusi əməliyyat başlayana qədər Rusiya toxumluq kartof üzrə 65 faiz, günəbaxan 70 faiz, şəkər çuğunduru üzrə 97 faiz idxaldan asılı idi. Vladimir Putinin qeyd etdiyi digər həssas məsələ dəzgah və avadanlıqların istehsalıdır. Elə Azərbaycan da daxil olmaqla, Rusiya maşınqayırması xaricdən, ilk növbədə Qərbdən gətirilən dəzgahlardan kritik dərəcədə asılıdır” – Ədalət Abdinov vurğuladı.

Ədalət Abdinov qeyd etdi ki, rusiyalı həmkarlarımızınn uzun müddətdir ki, bütün bu problemlərdən, onların tezliklə həll edilməsinin vacibliyindən danışırlar. İndi V.Putin bunu deyib, amma vəziyyəti düzəltmək üçün təcili tədbirlər görmək vaxtıdır. Bretton-Vuds sisteminin təsisatlarını ləğv etmək çağırışı Valday Forumunda V. Putinin ən cəsarətli çıxışıdır. Və bu sadəcə siyasi bəyanat deyil - bu, kollektiv Qərbin və hər şeydən əvvəl ABŞ-ın maliyyə üstünlüyünə meydan oxumaqdır. Onların uydurduğu və bütün dünyaya, o cümlədən Rusiya və Çinə tətbiq etdiyi qaydalar keçmişdə qalmalıdır. Yeri gəlmişkən, dahi Stalin imperializmin fırıldaqlar üzərində qurulan Bretton-Vuds sistemini SSRİ-yə yaxın buraxmamış, rədd etmişdir.

Azərbaycan Kommunist Partiyası rəhbərinin fikrincə, Rusiya indi antiimperialist, antiqlobalist mübarizənin önündədir. Və bu mübarizənin təkcə siyasi tərəfi yoxdur. Bu, həm də maliyyə-iqtisadi cəbhədə həyata keçirilir. Rusiya, Çin, Braziliya və bir sıra digər ölkələr bir-biri ilə hesablaşmalarda öz milli valyutalarının payını artırırlar. Bu, kiminsə milli yurisdiksiyasından asılı olmayan, siyasətdən kənarlaşdırılmış və etibarlı yeni beynəlxalq maliyyə platformalarının formalaşması istiqamətində ilk addımdır.

Elmar Yolçuyev
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO