[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mask “Twitter”də ulduzlara ismarışlardan da pul qazanmağa hazırlaşır


“Twitter” sosial şəbəkəsinin yeni sahibi, milyarder İlon Mask “Twitter”də məşhurlara mesajları pullu eləmək istəyir.

Bu barədə şirkətdəki mənbələrdən xəbər verilib.

Bildirilir ki, istifadəçilər ulduzlara şəxsi mesajları ödəniş müqabilində göndərə biləcəklər.

Hələlik ödənişin və sosial şəbəkənin bu əməliyyatlardan komissiya haqqının nə qədər olacağı məlum deyil.

Qeyd edək ki, İlon Mask “Twitter” monetizasiyası üçün müxtəlif layihələr hazırlayıb. Belə ki, verifikasiya prosesinə yenidən baxılıb, mavi işarələr üçün aylıq rüsumu 4,99 dollardan 19,99 dollara artırıb. Bir çox istifadəçilərin narazılığından, o cümlədən məşhur yazıçı Stiven Kinqin etirazından sonra isə Mask təsdiqlənmiş səhifələr üçün aylıq ödənişi 8 dollara düşürməyi təklif edib. Bundan başqa, istifadəçilər artıq “Twitter”də yerləşdirdikləri videoya baxmağa görə ödəniş istəyə biləcəklər.

Mənbə: The New York Times

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR... - İcra başçısı HARA BAXIR?


Qışda palçıqlı, yayda toz-torpaqlı, dərin çalalarla dolu və keçilməsi təngə gətirən yol.

DİA.AZ bildirir ki, bu sözləri “Report”un Yuxarı Şirvan bürosuna Kürdəmirin Təklə kəndinin yollarının bərbad vəziyyətdə olmasından şikayətlənən sakinləri deyiblər.

Sakinlər bildiriblər ki, onlar kənddə məskunlaşandan bu günə qədər bir dəfə də olsa, yola asfalt örtüyü salınmayıb. Təklə kəndi rayon mərkəzindən 16 km aralıda yerləşir. Yolun 10 km-lik hissəsi Kürdəmir-Ağsu yolunun, 6 km-lik hissəsi isə Təklə kəndinin payına düşür. Kənd camaatına çətinlik yaradan da məhz yolun 6 km-lik hissəsidir.

Təklədə yaşayan 1 000 nəfərə yaxın sakin, 100-ə yaxın sürücü gediş-gəliş zamanı çətinlik çəkir. Qışda palçıq, yayda toz-torpaq sakinlərin gediş-gəlişinə mane olur, hərəkət çətinləşir, avtomobillər bərbad vəziyyətə düşür, sıradan çıxır.

Sakinlər Təklə kənd yolunda istər keçmiş SSRİ dövründə, istərsə də 1991-ci ildən sonra bir dəfə də olsa təmir-bərpa işlərinin görülmədiyini, yolun diqqətdən kənar qaldığını deyirlər.

Sakinlər bildirirlər ki, mövcud vəziyyətlə bağlı əlaqədar təşkilatlara müraciət ediblər. Onların sözlərinə görə, yolun vəziyyəti ilə bağlı 2020-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmiləri Kürdəmirdə görüş zamanı onlara rayonun Cəyli, Qarasaqqal və Təklə kəndlərinin yolunun çəkilişi eyni vaxtda olacağı deyilib. Amma təəssüf ki, Cəyli və Qarasaqqal kəndlərində yol tikintisi getdiyi bir vaxtda Təklə kəndinin yolu yenə diqqətdən kənarda qalıb.

Mövzu ilə bağlı Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Şəfaət İsmayılov “Report”a bildirib ki, rayonda kənd yollarının yenidən qurulması işləri növbəli şəkildə həyata keçrilir. Adıçəkilən Təklə kəndinə asfalt örtüyünün salınmasının isə 2023-cü ildə həyata keçirilməsi nəzərdə tutulur.

Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR... - İcra başçısı HARA BAXIR?
Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR... - İcra başçısı HARA BAXIR?
Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR... - İcra başçısı HARA BAXIR?
Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR... - İcra başçısı HARA BAXIR?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fazil Məmmədov nə qədər sərvət qoyub getdi?.. - AKTUAL


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın sabiq naziri Fazil Məmmədov vəfat edib.

DİA.AZ Axar.az-a istinadla xəbər verir ki, Fazil Məmmədoiv çox gənc yaşlarından müxtəlif vəzifələr tutub. O, hələ 29 yaşında ikən Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyinat almışdı. 35 yaşında Dövlət Vergi Müfəttişliyinin, 36 yaşından yeni yaradılan Vergilər Nazirliyinə rəhbər təyin edilmişdi.

Fazil Məmmədov tam 17 il nazir vəzifəsi daşımışdı.

Fazil Məmmədovun nazir fəaliyyəti dövründə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaiti büdcədən yayındıraraq ofşorlara yönləndirdiyi barədə xəbərlər yayılmışdı. Həmin xəbərlər bu günə qədər təkzib edilməyib.

Bundan başqa, Məmmədova aid olduğu bildirilən “Sinerji Qrup MMC” şirkətlər qrupuna rəsmi olaraq 30 şirkət daxil idi. Şəmkirdə yerləşən “Exselsior Otel Şəmkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər Sinerji Qrup MMC”nin tərkibində idi. Şəmkir-Quşçuluq MMC, 200-ə yaxın istixana, “Zəyəmkəndmaş” zavodu, Şəmkir Ət-süd MMC, “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi”, “Şəmkir səbəti” hipermarketi və bir çox şirkət və obyeklər də keçmiş nazirə məxsus idi.

İddialara görə, Şəmkir rayonunda salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinmişdi. Faktiki isə parkda görülən işlərin dəyəri 8 milyon manatdan da az olmuşdu. Bu xəbərlər də indiyədək təkzib edilməyib.

Vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Bu rayonlar Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonlarıdır. Gədəbəydə “Eldorado” oteli, “Narzan” istirahət zonasındakı istirahət mərkəzlərinin və rayondakı bir çox obyeklərin də F.Məmmədova aid olduğu deyilirdi.

Fazil Məmmədovun Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf etdiyi də iddia edilir ki, onlardan da biri Ukraynadır.

Onun Kiyevdə 5 ulduzlu “11 Mirros Dizayn” oteli, siqaret, təkər zavodu və “Vladimirski” adlı böyük bazarı var. Kiyevdəki “Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Bu bazar Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdədir.

Sabiq nazir Ukraynanın kurort şəhəri Truskovetsdə “Mir” adlı olduqca lüks otelə sahib idi.

Hazırda Ukraynada müharibə gedir və mərhum nazirin bu ölkədəki biznesinin taleyi bəlli deyil.

Rusiyada isə “Treydhaus Kaspian Kost Vayneri end Vaynyards” MMC adlı şirkəti fəaliyyət göstərirdi.

Məmmədovun nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi barədə də mətbuatda yazılar dərc olundu.

Bildirilirdi ki, nazir postunda ikən F.Məmmədov Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri başqa şəxslərin adına keçirməklə əlindən çıxarılmasını önləməyə çalışıb.

2021-ci ildə isə Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin 100 milyon manata Londonda bir neçə mülk aldığı barədəı məlumat yayıldı. Həmin xəbərə sənədlər də əlavə edilmişdi.

Əbdül Əliyev Nottinhem şəhərinin mərkəzində də dəyəri 1.5 milyon funt sterlinq olan binanı (Long Rov küçəsi 50, 51 və 52) satın almışdı. Britaniya paytaxtının Ladbroke Grove 131 və Ladbroke Crescent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı aldığı deyilirdi.

Fazil Məmmədovun səhhətində hələ vəzifədə ikən problemlər yarandığı haqda da bilgilər var. Bəzi məlumatlara görə, mədəaltı vəzinin xərçəngindən əziyyət çəkən nazir həftələrlə işə gəlmirdi.

Onun xaricdə müalicə alması xəbərləri isə vəzifədən azad edildikdən sonra üzə çıxdı. Belə ki, nazirin ölkə daxilində özünə aid olduğu bildirlən xəstəxanalarda və Türkiyədə müalicə aldığı haqda görüntülər də yayıldı.

F.Məmmədovun vəzifədən çıxması ilə qeyri-leqal biznesində problemlər də yaranmışdı. Hətta oğluna məxsus şirkətin dövlətə olan vergi borcunu ödəyə bilmədiyi də bəlli olmuşdu.

Yeri gəlmişkən qeyd edək ki, F.Məmmədovun kürəkəni Xaləddin İsgəndərov uzun illər Binəqədi rayonuna rəhbərlik edib. X.İsgəndərov özü və ailəsinin çoxsaylı mühafizə ilə gəzdiyi, var-dövləti ilə fəxr etdiyi və özbaşınalığı dillər əzbəri idi. Hətta Binəqədi rayonu ərazisində böyük faciəyə səbəb olan bina yanğını zamanı onun “Vertu” ilə performansları, faciədən qətiyyən təsirlənməməsi də ictimaiyyətdə tənqidlərə səbəb olmuşdu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SON DƏQİQƏ! 159 saylı məktəbdə rüşvət tuğyan edir: Valideyinlər ayağa qalxdı - VİDEO


"Azərbaycan Reallığı"na video müraciət edən valdeyin bildirir ki, 159 saylı tam orta məktəbdə onlardan rüşvət tələb olnur, maddi vəsaitləri olmadığı təqbirdə uşaqları dərsdə saxlanılır və yaxud da müxtəlif yollarla onlara əngəllər yaradılır.

Sözügedən məktəbin qarşısında video açıqlama verən valdeyinlər bildirir ki, rüşvətin başında məktəbin direktoru və onun bir neçə müəllim əlaltıları dayanır, bu məktəbdə 500-1000 manat rüşvət verən var, burada oxuyan şagirdin cibində gərək hər gün 50 manat olsun, şikayətçi valdeyinlər məktəbə rüşvət verən şagirdlərin də siyahsın təqdim edib, daha sonra valdeyinlər üzlərini təhsil nazirinə və digər güc sturukturlarına tutaraq kömək istəyiblər. "Azərbaycan Reallığı"

Daha ətraflı video reportajda

"Azərbaycan Reallığı" video reportajda adı çəkilən istənilən şəsin və şəslərin mövqeyin tanıyır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Veysəloğlu`nun QARABAŞAQ İNHİSARI... - Özbaşına qalanda BELƏ OLUR...


Dövlət qurumlarının yarıtmaz iş sistemi onunla nəticələnir ki, “Veysəloğlu” kimi şirkətlər bazarda “at oynadır”.

DİA.AZ xəbər verir ki, bu sözləri Tribuna.Az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Veysəloğlu” MMC-nin qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqe sərgiləməsinə görə 715 227 manat cərimələməsilə bağlı danışarkən deyib.

AİB sədri bildirib ki, Dövlət Xidməti vaxtında yoxlama aparmalı və bazar qiymətlərinə nəzarət etməlidir:

“Prezident İlham Əliyev iqtisadi toplantlarda həmişə qeyd edib ki, ölkədə karter sövdələşmələri var, inhisarçılıq var. Buna əsasən də prezident daim müvafiq qurumlara tapşırıqlar verib. Lakin ölkə başçısının açıq şəkildə dediyi bu tənqidləri bu işə nəzarət etməli olan dövlət qurumları eşitmir, özlərini karlığa vurublar.

Mən hələ inidiyə qədər şahidi olmamışam ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hansısa bir karter sövdələşmələrini yox etsin və bunu da elan etsin. Ölkə başçısının tapşırıqlarını açıq şəkildə yerinə yetirməyən dövlət qurumlarının yarıtmaz iş sistemi onunla nəticələnir ki, “Veysəloğlu” kimi şirkətlər bazarda “at oynadır”. Dövlət qurumu məsuliyyətsiz olanda belə şirkətlər də qarabaşaq bazarını da əlinə alar, qiymət də tənzimləyər. Bu gün konkret olaraq heç bir iş görməyən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin özünü də cərimələmək lazımdır. ”.
E.Hüseynov bildirib ki, yay ayı ərzində meyvə qiymətləri yüksək oldu və Dövlət Xidməti heç bir iş görmədi:
“Bu il meyvə bazarında apardığımız araşdırma onu göstərdi ki, meyvə çox baha oldu, süni qiymət artımı yaşandı. Ancaq Dövlət Xidməti heç bir tədbir görmədi.
Karter sövdələşmələrini müəyyən etmək o qədər də çətin iş deyil. Bunun üçün heç də bir-bir qapı döyüb gömrükdən kimin nə keçirdiyini yoxlamaq lazım deyil. Bunun üçün sadə və xüsusi riyazı yollar var. İstənilən analitik düşüncəsi olan iqtisadçı bazarda tədqiqat aparıb heç bir biznes qurumunun qapısına getmədən qiymətlərə baxıb özü tapa bilər. Ancaq Dövlət Xidməti işləmək istəmir. Onlar hesab edir ki, özbaşınalıq etmiş şirkəti cərimələmək problemin həlli deməkdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MTN generalı Mövlam Şıxəliyev həyat yoldaşından ayrıldı - sensasion təfərrüat


Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev həyat yoldaşından ayrılıb. O, boşanma haqda şəhadətnaməni məhkəməyə təqdim edib. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Mövlam Şıxəliyevin həyat yoldaşından ayrılması onun istintaqa cəlb edilməsindən sonraya təsadüf edib.

Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və digər 3 MTN polkovnikinin cinayət işi üzrə keçirilən prosesdə Aybəniz Şıxəliyevanın adı dəfələrlə hallanıb. Zərərçəkənlər Aybəniz Şıxəliyevanın və ailə üzvlərinin - oğlu Elgün Şıxəliyevin, qızı Samirə Əliyevanın də istintaqa cəlb olunmalarını tələb ediblər.

Tələblərini belə əsaslandırıblar ki, Mövlam Şıxəliyev cinayət yolu ilə əldə olunan əmlakların böyük bir hissəsini həyat yoldaşı Aybəniz Şıxəliyevanın, oğlu Elgün Şıxəliyevin və qızı Samirə Əliyevanın adına rəsmiləşdirməklə leqallaşdırıb.

Zərərçəkənlərdən Hüseyn Səfərov “Yeni Müsavat”a deyib ki, Mövlam Şıxəliyevin həyat yoldaşından ayrılması müsadirə olunacaq əmlakları xilas etməyə hesablanmış addımdır: “Bir çoxları kimi, deyəsən, Mövlam Şıxəliyev də bilmir ki, onun həyat yoldaşından ayrılması üzərinə həbs qoyulan əmlakları müsadirədən xilas etməyəcək. Çünki Mövlam Şıxəliyev istintaqa cəlb ediləndən dərhal sonra onun və ailə üzvlərinin adına rəsmiləşdirilən bütün əmlaklar üzərinə həbs qoyulub. Mövlam Şıxəliyevlə Aybəniz Şıxəliyevanın boşanması isə bundan sonraya təsadüf edir. Yəni Mövlam Şıxəliyev həyat yoldaşı ilə əmlaklara görə əbəs yerə boşanıb”.

Hüseyn Səfərov bildirib ki, Bakı Apelyasiya Məhkəməsinə təqdim etdikləri şikayətlərində Mövlam Şıxəliyevin üzərinə həbs qoyulmuş bütün əmlaklarının müsadirə edilməsini, onun ailə üzvlərinin də istintaqa cəlb olunmalarını tələb ediblər: “İbtidai istintaq dövründə Mövlam Şıxəliyevin 23 əmlakının üzərinə həbs qoyulub. Bakı Hərbi Məhkəməsi həmin mülklərin 7-sini heç bir əsas olmadan Mövlam Şıxəliyevin özünə qaytardı. Bundan başqa məhkəmə üzərində həbs olan 16 mülkdən səkkizinin 1\2-nin yenə də heç bir əsas olmadan Mövlam Şıxəliyevin özünə qaytarılması barədə qərar qəbul etdi. Yerdə qalan 12 mülkün satılması və zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə qərar verilib. İşdə 36 zərərçəkən, 20 milyon manat zərər var. Mövlam Şıxəliyeviin ümumilikdə 23 mülkü satılsa da, yenə də biz zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməsi mümkün deyil. Çünki zərərçəkmişlərə dəymiş ziyanın həcmi müsadirəyə götürülmüş 23 mülkün mövcud qiymətləndirmə ilə dəyərindən daha çoxdur. Bu səbəbdən Mövlam Şıxəliyevə məxsus bütün əmlakların müsadirə olunmasını, doğru-dürüst qiymətləndirilməsini tələb edirik. Mən 76 gün MTN-də girov saxlanılmışam. 76 gün ərzində ailəm, oğlum, qızlarım zülm-zillət içində olublar. Bu gün də mən onun arvadı Aybənizin, qızı Samirənin və oğlu Elgünün həbsini tələb edirəm. Onun arvadı Aybəniz Şıxəliyeva, 36 yaşlı qızı Samirə Əliyeva və 38 yaşlı oğlu Elgün Şıxəliyev də istintaqa cəlb olunmalıdırlar. Cinayət Məcəlləsində Mövlam Şıxəliyevin arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün həbsi üçün 2 maddə var. Cinayət Məcəlləsinin 193-1. maddəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlaki leqallaşdirma adlanır. Arvadı da, qızı da, oğlu da Mövlam Şıxəliyevin evinə apardığı torba-torba pulların, qızılların mənbəyini bilib. Gəlin görək, MTN-in İstintaq İdarəsində rəis işləyən biri maaşla milyonluq mülklər ala bilərdi? Haradandır torbalarla pullar, qızıllar? Arvadı Aybəniz bu gün milyonçudur. 10 milyonlarla ölçülən varidatın sahibidir. Onun sahibi olduğu əmlakları adına əri Mövlam Şıxəliyev iz azdırmaq üçün keçirib. İndi də formal olaraq boşanıblar, düşünürlər ki, bu cür gülünc üsullarla istintaqı və məhkəməni aldada biləcəklər.

Aybəniz Qinyaz qızı Şıxəliyeva 1961-ci ildəndir. Ağdaşdandır. Öyrənmişik ki, Aybənizin atası Qinyaz kasıb biri olub. Ortabab dolanıb. Aybənizin babası, Qinyazın atası da milyonçu olmayıb. Aybəniz Şıxəliyeva isə milyonçudur. Milyoner Aybənizin varidatının mənbəyi gizli deyil, ortadadır. Bu pulların mənbəyi Azərbaycan sahibkarlarının cibidir. Ağdaşlı Aybənizi milyonerə çevirən mənim kimi qanunsuz həbs edilən, girov saxlanılan iş adamlarıdır.

Cinayət Məcəlləsinin 194-cü maddəsi isə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə adlanır. Bu nə deməkdir? Mövlam Şıxəliyev günahı pul qazanmaq olan sahibkarları MTN-ə gətirdib və qanunsuz olaraq həbsə almaqla əllərindən pullarını alıb. Həmin pulları, həmin pullar hesabına əldə etdiyi varidatı arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün adına dövr etdirib. Mövlam Şıxəliyev cinayət yolu ilə əldə etdiyi əmlaklara ailə üzvlərini də şərik etməklə onları da cinayətkara çevirib. Azərbaycanda Mövlam Şıxəliyevin soyğununa məruz qalan şəxslərdən biri də mən olmuşam. Təsəvvür edin ki, çağırıb deyiblər ki, pul ver. Mən də heç bir cinayətim olmadığını demişəm, pul verməkdən imtina etmişəm. 2 ay yarım məni həbsdə saxlayıb evimi, oğlumun maşınını, qızlarımın, həyat yoldaşımın qızıl-zinət əşyalarını satdırıb pulunu alıblar. Bundan sonra məni qanunsuz həbsdən azad etsələr də, yenə də əl çəkməyiblər. Mövlam Şıxəliyev tipik dələduzdur. Hər dəfə bir şey fikirləşib məndən pul qoparırdı. Gah deyirdi ki, ad günümdür, mənə kostyum al. Gah deyirdi rütbə almışam, pul ver. Mənim kimi yüzlərlə iş adamı, sahibkarlar olub ki, şərləyib qanunsuz həbs ediblər, girov saxlayıblar, pul alıb buraxıblar. Amma əl çəkməyiblər. Onun qızı Samirə Əliyev Sumqayıtda musiqi məktəbində işləyib. Musiqi məktəbində işləyən müəllimənin 5-10 milyonluq əmlakı haradandır? Arvadı 2-ci qrup əlildir. Dövlətdən ayda 220 manat təqaüd alır. Haradandır adına olan 5-10 milyonluq əmlak? Oğlunun adına da milyonluq əmlaklar var. Mövlam Şıxəliyevin özü kimi ailəsi də bizə qarşı cinayətlərdə iştirak etdiklərinə görə həbsə alınmalıdırlar!"

“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbs olunan icra başçılarının müsadirə edilən MİLYONLARI - ARAŞDIRMA


Son dövrlərdə Azərbaycanda müxtəlif qanun pozuntularına görə xeyli sayda məmur həbs edilib. Onların bir qisminin əmlakları da özləri ilə eyni aqibəti yaşayıb. Xüsusilə də, son dönəmlərdə kreslodan zindana yollanan icra başçılarının

DİA.AZ bildirir ki, Bizim.Media-nın araşdırmasına görə, son dövrlərdə mənimsəmə, rüşvətxorluq və korrupsiya ittihamı ilə həbs olunan bəzi məmurların əmlakları müsadirə edilib, yaxud da üzərinə həbs qoyulub. Eyni zamanda onlara qarşı zərərçəkmişlər tərəfindən qaldırılan iddiaların təmin edilməsi ilə birlikdə, külli miqdarda zərər sabiq məmurlar tərəfindən ödənilib.

Həmin məmurların və müsadirə edilən mülklərinin siyahısını sizlərə təqdim edirik:

1. Qoca Səmədov

Yexlavın keçmiş icra başçısı ötən ilin noyabrında həbs olunub.

Müsadirə edilən əmlakları:

Hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil;

Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt;

Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi;
Rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi;

Goranboy rayonunun Aşağı Ağcakənd kəndində cəmi 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi;

Elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi – dəyəri 321 min manat;

Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq "Su səsi" restoranı;

Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt;

Tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası.

30 min manat nağd pul;

Eyni zamanda Məhkəmədə Yevlax Rayon İcra Hakimiyyəti 1 milyon 546 min, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "DOST" İş Mərkəzi isə 58 min manatlıq mülki iddia qaldırıb və bu iddialar təmin edilib.

2. İsmayıl Vəliyev

Lənkəranın sabiq icra başçısı İsmayıl Vəliyev on il müddətinə azadlıqdan məhrum edilib. İsmayıl Vəliyevin üzərinə həbs qoyulan mallarının siyahısı isə bu cürdür:

Səbail rayonu, Mətbuat prospektində yerləşən mənzil;

Gəncə şəhəri Nizami rayonunda yerləşən fərdi yaşayış evi;

Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən 1,5 kv.m qeyri-yaşayış sahəsi;

Yasamal rayonu Qurban Xəlilov küçəsində yerləşən ikimərtəbəli mənzil, 6 otaqlı daha bir mənzil;

Qobustan rayonu Xilmilli kəndində əmlak kompleksi müəssisəsi (Xırman binası);

Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası;

“Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan müəssisə;

Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Yurdum” adlı ictimai-iaşə obyekti və torpaq sahəsi;

3. Vilyam Hacıyev

12 il müddətinə azadlıqdan məhrum edilmiş İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin müsadirə olunan əmlaklarının və maddi vəsaitin ümumi dəyəri isə 12 milyon manata yaxındır.
Həmin əmlaklar aşağıdakılardır:

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri - 1 852 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş "BMW X5" markalı, "90-CM-200" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat);

Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş "Land Rover" markalı, "90-KH-900" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat);

İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "BMW 740-İ" markalı, "10-AZ-369" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat);

İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat).

Bundan əlavə V. Hacıyevə məxsus mənzilə və xidməti otağına baxış zamanı aşkar olunaraq götürülən 6 298 834 manat vəsait də dövlət nəfinə keçiriləcək.

4. Alimpaşa Məmmədov

Ötən ilin aprelində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən istintaqa cəlb edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun ümumi dəyəri 10 milyon manat olan əmlaklarına, bu il noyabrın 2-də həbs qoyulub.

Həmin əmlaklar bunlardır:

"Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat);

"Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat);

Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat).

5. Mahir Quliyev

M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb.

Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.

6. Namiq Zeynalov

Həbsdə olanlardan daha biri 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovdur. Məhkəmənin verdiyi hökmə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Zeynalovun da bazar dəyəri 2 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müştərisi “Yelo bank”dan şikayətçidir - MÜRACİƏT

Müştərisi Tural Qaragözov “Yelo bank”dan şikayətçidir.
Tribuna.Az xəbər verir ki, şikayətçi sözügedən kartla nə kredit köçürməsi edə bilib, nə də kardan pul çıxara bilib.
“Digər bankın kartında “Yelo bank”-ın “Digitalcard”ına şəxsi vesaitimi atıb oradan da kredit ödəyəcəkdim. Sonradan məlum oldu ki, nəinki kreditə və ya digər proseslərə ödəmə etmək, heç “Yelo bank” kartına köçürmə etmək belə mümkün deyilmiş” deyə şikayətçi bildirib.
T.Qarayevin sözlərinə görə, kartın balansındakı pulu çıxarmaq belə mümkün deyil:
“Banka yaxınlaşdım ki, kartı ləğv edib hesabdaki vəsaiti götürüm. Onu belə vermədilər və mənə sadəcə komunal ödənişlər edə biləcəyimi bildirdilər. Əgər kimsə sizə yüksək məbləğdə pul köçürməsi etsə, ehtiyatlı olun. Çünki kartdan pulunuzu çıxara bilməyəcəksiniz”.
Müştərisi “Yelo bank”dan şikayətçidir - MÜRACİƏT

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir əlilin HAQQI YEYİLİR... - GİLEY


Rəqsanə Cənnətova bildirir ki, övladı Cənnətov Asif Cənnət oğlunun 18 yaşı tamam olan kimi əlillik pensiyası kəsilib. Yenidən təyinat almaq üçün onlayn müraciət əsasında Asif Cənnətov Agentlikdə müayinəyə dəvət olunub. Lakin doktor İradə xanım anadangəlmə Parkinson xəstəliyindən, eləcə də nitq qüsurundan əziyyət çəkən Asif Cənnətovun əlilliyini qəsdən tanımaq istəmir. Sərbəst gəzib – dolaşa bilməyən Asif valideynlərinin müşayiəti ilə dəfələrlə İradə həkimin yanında olub. Hər dəfə də İradə xanım fərqli sözlər deyərək, onları get-gələ salıb. Hər dəfə bir başqa sənəd tələb edib, deyib ki, əvvəllər bu cür xəstələrə əlillik dərəcəsi düşürdü, indi qaydalar dəyişib, daha düşmür. Cənnətovlar həmin təsdiq sənədini (o sıradan axırıncısını Mirqasımov ad. 1 saylı Respublika Xəstəxanasından) gətirib təhvil verəndən sonra yeni bir “əmma” çıxarıb: Valideynlərə deyib ki, getsinlər evə, xəstə övladlarının qıcolması tutanda videoya çəkib gətirsinlər. Ən nəhayət, İradə həkim etiraf edib ki, “yuxarıdan” (bizim misalda Səhiyyə Naziri Teymur Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, DTSER Agentlyinin sədri Anar Bayramov) imperativ göstəriş var, heç kəsə humanist münasibət göstərilməsin, əks halda o, işini itirə bilər, evinə apardığı məvacibindən, çörək pulundan məhrum olar. Əlilliyin təyin olunması üçün mütləq gərək “yuxarı”dan göstəriş verilsin.

Elə isə sual olunur: Bəs o İradə xanımın “quru maaş” dediyi çörək pulu gerçək əlili pensiyadan məhrum edirsə, haram deyilmi? Və bu haramxorluq İradənin başına örtdüyü hicabla, qıldığı namazla, etdiyi ibadətlə necə uzlaşır?

Yeri gəlmişkən, Asifin atası Cənnət Cənnətov hicab məsələsinin (təkcə boyunu-buxağı kişilərin nəzərindən gizlətməklə deyil) mənəviyyatla, vicdanla, Allah xofu ilə bağlı olduğunu İradə xanıma xatırladıb, necə deyərlər, “daşları belə əridəcək” ürəkürpədici sözlər deyib. Amma bunlar dəmir ürəkli İradə xanıma kar etməyib. Cənnət Cənnətovun jurnalist olduğunu, ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovla danışmasını bilməsi, Talıbovun da məsələyə konstruktiv müdaxilə etməsi və Asif Cənnətovun yüksək ranqlı həkim-ekspertlərin iştirakı ilə ədalətli müayinəsinin təşkili ilə bağlı İradə həkimə tövsiyə verilməsinə nail olması nevropatoloqun qəlbində humanizm toxumu cücərtəmək əvəzinə, onun cəlladlıq həvəsini daha da stimullaşdırıb. İradə xanım düşünüb ki, əgər adi vətəndaşlardan fərqli olaraq ictimai rəyə təsir etmək üçün daha çox imkana malik jurnalistin gerçək əlil olan övladına imtina cavabı versə, özünün də adı tez dillərə düşər, nazirin və Agentlik rəhbərinin diqqətini çəkər. Onlar da bilərlər ki, “imtina planı”nı canla-başla, artıqlaması ilə yerinə yetirən, hətta bu işdə “ayı xidməti” göstərib az qala cərrahları belə geridə qoymağa cidd-cəhdlə çalışan İradə adlı nevropatoloq var. Burada sovetlər dönəmində dəbdə olan bir zərb-məsəl yada düşür: “Moskvada “dırnaq kəsin” deyəndə Bakıda barmaq kəsirlər”. İstisna deyil ki, “yuxarı”dan həkim-ekspertlərə dırnaq kəsmək planı qoyulub, İradə kimilər də planı doldurmaq üçün müraciət edən əlillərin barmağını, əlini, qolunu belə kəsməyə hazırdırlar, təki rəhbərlik onların yaxşı halda humanist olmalarından, pis halda isə rüşvətxor olmalarından şübhələnməsin. Nə eləyirsən elə, əmək qabiliyyətini itirmiş, dövlətin dəstəyinə ehtiyacı olan əlili bölgələrlə paytaxt arasında get-gələ, əziyyətə sal, taksilərə pul xərclətdir, məxsusi olaraq işbirliyində olduğun, faiz aldığın özəl tibb müəssisələrinə müayinəyə, analizə göndər, təki əlillik statusu və pensiya almasına imkan vermə! Belə sosial siyasətmi olar? Bəs möhtərəm Prezidentimiz İlham Əliyevin “Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur” sözləri necə olsun, ay Sahil Babayev, Teymur Musayev, Anar Bayramov cənabları?

Mövzuya qayıdacağıq.

“Həqiqət carçısı”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bayram Yusifovun “ağsaqqallığı” ilə bağlı ilginc məlumatlar... - iki MTK-ya 13 milyonluq ziyan

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlu başqa bir iş adamını aldatmaq və qanunsuz təzyiqlər etmək nəticəsində külli miqdarda əmlak əldə etməsi haqda məlumat vermişdik.

Xatırladaq ki, Bayram Yusifov hələ 2015-2016-cı illərdə guya Nofəl Hacıyev adlı şəxsə 1.500.000 (bir milyon beş yüz min) manat pul verdiyini iddia edərək, Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus yaşayış binalarından 25 mənzil və 1000 kv. metrdən artıq qeyri-yaşayış sahəsinin qanunsuz olaraq öz adına rəsmiləşdirilməsinə nail olub. Halbuki, həmin mənzillər və qeyri-yaşayış sahəsi 2013 və 2014-cü illərdə qanuni şəkildə müxtəlif vətəndaşlara satılıb. Əslində isə Nofəl Hacıyevin rəsmi olaraq “Çinar AN” MTK-ya heç bir bağlılığı yoxdur. O, MTK-da nə payçı, nə də sədr olmayıb, bununla da mənzil satmaq, müqavilə bağlamaq səlahiyyətlərinə də malik olmayıb. Mənbə bildirid ki, Bayram Yusifov Nofəl Hacıyevi aldadıb, müqavilələrin sadəcə olaraq, sığorta üçün girov kimi verilməsini tələb edib, lakin verdiyi pulu aldıqdan sonra həmin 25 mənzili və qeyri-yaşayış sahələsni də mənimsəyərək sahiblənmək üçün “Çinar AN” MTK-ya qarşı iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edib. (daha ətraflı BURADAN tanış ola bilərsiniz).
İş üzrə AFN.az-a danışan mənbə yeni detallar verib. Məlum olub ki, B.Yusifov saxta yolla aldığı mənzillərdən 32-sini artıq Şakir Göyüşov adlı şəxs (onun haqqında bir qədər sonra məlumat verəcəyik-red.) vasitəsilə satıb. Qalan 25 mənzil və 1000 kv.m qeyri-yaşayış sahəsini özününküləşdirmək üçün isə məhkəməyə müraciət edib: “O, 2013-2014-cü illərdə həmin mənzilləri qanuni yolla alan vətəndaşlara problem yaratmaqdan çəkinmir. Hətta açıq-aşkar bildirir ki, məhkəmələrə təzyiqlər edəcək və işi öz xeyrinə həll edəcək. Özünün Respublika Ağsaqqallar Şurasındakı vəzifəsindən istifadə edir və bunu da gizlətmir”.
Mənbə bildirir ki, B.Yusifov bütün bu əməlləri təkbaşına etmir. Onu bu işlərdə dəstəkləyən şəxs Avşarov Rza Muxtar oğludur. R.Avşarov xalq rəssamıdır. O, xalq artisti Muxtar Avşarovun oğludur. R.Avşarovun (onun da arxasında yüksək vəzifəli şəxslərin dayandığı bildirilir-red.) dəstəyinə arxalanan B.Yusifov ələ keçirdiyi başqa bir şirkəti – “Təbriz” MTK-nı da “Çinar AN” MTK-nın vəziyyətinə salıb: “Ayna Sultanova heykəlinin yaxınlığında Nofəl Hacıyevə aid olan 1 bloklu binanın tikintisinin tamamlanmamasına səbəb B.Yusifovun yol verdiyi qanunsuz əməllərdir. Belə ki, vaxtilə həmin ərazidə “Təbriz” MTK-ya məxsus 4 bina tikilməli idi, 3-ü tikilib, 1-nin tikintisinə isə “Cıdır düzü”nun barısına yaxın olduğu üçün Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev icazə verməyib. Bu icazəni B.Yusifov R.Avşarov vasitəsilə təmin edib. Onun qarşılığında N.Hacıyev onlara “Təbriz” MTK-ya məxsus binanın 12-ci mərtəbəsindən 716 kv.m-lik 7 mənzil, 7-ci mərtəbəsindən isə 92 kv.m-lik 1 mənzil verib. Onlar ümumilikdə “Təbriz” MTK-dan 38 evi alıblar. Hansı ki, həmin mənzillər əvvəlcədən başqalarına qanuni yolla satılıb. Sonradan həmin vətəndaşların iddiası əsasında N.Hacıyev həbs edilib. Beləliklə, B.Yusifovun N.Hacıyevə etdiyi təzyiqlər nəticəsində daha bir bina tikilməmiş qalıb. “Təbriz” MTK-ya dəyən zərər ümumilikdə 8 550 000 manat hesablanır. Yəni 38 mənzil orta hesabla 150 kv.m-dan ümumilikdə 5700 kv.m edir ki, onun da 1500 manatdan dəyəri 8,5 milyon manatdan artıq edir. “Çinar AN” MTK-ya dəyən 4 580 000 manat (4400 kv.m mənzil – 3080000 manat, 1000 kv.m qeyri-yaşayış sahəsi – 1 500 000 manat) zərəri də üzərinə gəldikdə ümumilikdə iki iş adamına 13 130 000 manat ziyan deməkdir. Yəni Ağsaqqallar Şurasının sədr müavini, özü də iş adamı olan B.Yusifov biznesini belə “böyüdür”.

Yuxarıda qeyd etmişdik ki, B.Yusifov qanunsuz yolla əldə etdiyi mənzilləri Ş.Göyüşov adlı şəxs vasitəsilə satır. Araşdırmalar göstərir ki, B.Yusifovun yanında olan bu şəxs də qalmaqallı adamdır. Belə ki, bir neçə il öncə onun haqqında mediada ciddi ittihamlar özünə yer alıb. “Azadlıq” qəzetində Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk vilayəti şöbəsinin sədri Islam Hüseynovla bağlı iddialar yazılıb və haqqında yazılanlara münasibət bildirən İ.Hüseynov Ş.Göyüşovun adını hallandırıb. O bildirir ki, Şakir Göyüşov bütün pullarını kartda uduzub indi hamını təhdidlə məşğuldur: “Bircə istəyi də odur ki, təki hardansa pul əldə etsin”. B.Yusifovun məhz belə bir adamla əlbir olması təəccüb doğurmaya bilməz. Axı o, Azərbaycan Ağsaqqallar Şurasını təmsil edir.
İstər əvvəlki yazılarda, istərsə də bu yazıda qeyd edilənlərlə bağlı mövqe almaq üçün B.Yusifova etdiyimiz zəng cavabsız qaldı. R.Avşarovun Azərbaycan Rəssamlar İttifaqından verilən, Ş.Göyüşovun isə şikayətçi tərəfindən bizə təqdim edilən nömrəsinə zəng çatmadı. Hər bir halda yazıda adları çəkilən hər bir şəxsin mövqeyini verməyə hazırıq. //reportyor.info//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO